Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-153/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-cı ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş və təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs4 razılığı əsasında sonuncuya məxsus «Redmi Note 9S» markalı mobil telefonunu götürdükdən sonra mobil telefonla danışmaq görüntüsü yaradaraq şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb Zərərçəkmiş şəxs4 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 250 manat dəyərində «Redmi Note 9S» markalı mobil telefonu açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 255 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 12 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005ci məhəllədə yerləşən parkda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs3 razılığı əsasında sonuncuya məxsus «Samsung A51» markalı mobil telefonu götürdükdən sonra mobil telefonla danışmaq görüntüsü yaradaraq şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb Zərərçəkmiş şəxs3 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 280 manat dəyərində «Samsung A51» markalı mobil telefonu açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 285 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 14 noyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanının qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs1 razılığı əsasında sonuncuya məxsus «İphone 11» markalı mobil telefonu götürdükdən sonra mobil telefonla danışmaq görüntüsü yaradaraq şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb Zərərçəkmiş şəxs1 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 900 manat dəyərində «İphone 11» markalı mobil telefonu açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 905 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən «Tüstü pub» adlı restoranın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs2 razılığı əsasında sonuncuya məxsus «İphone 12» markalı mobil telefonu götürdükdən sonra mobil telefonla danışmaq görüntüsü yaradaraq şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb Zərərçəkmiş şəxs2 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1100 manat dəyərində «İphone 12» markalı mobil telefonu açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1105 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 26 noyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında yerləşən «Emporio Armani» adlı mağazanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs6 razılığı əsasında sonuncuya məxsus «İphone 12 Pro Max» markalı mobil telefonu götürdükdən sonra kənara çəkilib mobil telefonla danışmaq görüntüsü yaradaraq Zərərçəkmiş şəxs6 digər istiqamətə baxmasından və onu görmədiyinə tam əmin olduqdan sonra hadisə yerindən uzaqlaşıb içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1850 manat dəyərində «İphone 12 Pro Max» markalı mobil telefonu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 28 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 yaxınlaşıb danışmaq adı ilə Zərərçəkmiş şəxs5 razılığı əsasında sonuncuya məxsus «Samsung Note 10» markalı mobil telefonu götürdükdən sonra mobil telefonla danışmaq görüntüsü yaradaraq şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb Zərərçəkmiş şəxs5 gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində «Samsung Note 10» markalı mobil telefonu açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 705 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar maddi vəziyyətdən çətinlik çəkdiyi üçün ayrı-ayrı şəxsləri aldadıb, onlardan danışmaq adı ilə telefonlarını götürüb ələ keçirmək qərarına gəlmişdir. Bu səbəbdən 11 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində olan zaman yaxınlıqda bir nəfər təxminən 16-17 yaşlarında oğlanı görüb həmin oğlana yaxınlaşmış və təcili zəng etməli olduğunu, özündə mobil telefon olmadığını bildirərək həmin oğlandan mobil telefonunu danışmaq üçün istəmiş, həmin oğlan da etiraz etməyib “Redmi Note 9S” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu götürüb guya nömrə yığdığını nümayiş etdirib kənara çəkilmiş və guya telefonla danışan kimi özünü apararaq həmin oğlanın başının qarışmasını və fikrini başqa yerə cəmləməsini gözləməyə başlamışdır. Təxminən 1 dəqiqə sonra oğlanın başının qarışıq olduğunu və ona baxmadığını görüb həmin yerdən uzaqlaşmağa başlamış və hadisə yerindən bir qədər uzaqlaşıb mobil telefonu ələ keçirmişdir. Sonra o, həmin “Redmi Note 9S” markalı mobil telefonu tanışı Heydər adlı şəxsə 110 manata satmışdır. “Redmi Note 9S” markalı mobil telefon kiliddə olmuş və o, həmin kilidi bilməmiş, Heydər ondan mobil telefonu həmin vəziyyətdə almışdır. Heydərə mobil telefonu haradan əldə etdiyini deməmiş və Heydər bu barədə ondan soruşmamışdır. Bu məsələdən sonra 12 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində olarkən bir nəfər cavan oğlanı görüb, həmin oğlanın mobil telefonunu ələ keçirmək qərarına gəlmişdir. Buna görə həmin oğlana yaxınlaşmış və özünün mobil telefonunun olmadığını, təcili zəng etməli olduğunu bildirərək həmin oğlandan mobil telefonunu danışmaq üçün istəmiş, həmin oğlan da etiraz etməyib “Samsung A51” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu götürüb guya nömrə yığdığını nümayiş etdirib kənara çəkilmiş və guya telefonla danışan kimi özünü apararaq həmin oğlanın başının qarışmasını və fikrini başqa yerə cəmləməsini gözləməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra oğlanın başının qarışıq olduğunu və ona baxmadığını görüb həmin yerdən uzaqlaşmışdır. 14 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrostansiyasından 3-cü mikrorayon istiqamətində gedərkən 19 saylı məktəbin yaxınlığında olarkən bir nəfər cavan oğlanı görüb, həmin oğlanın mobil telefonunu ələ keçirmək qərarına gəlmişdir. Buna görə həmin oğlana yaxınlaşmış və özünün mobil telefonunun olmadığını, təcili zəng etməli olduğunu bildirərək həmin oğlandan mobil telefonunu danışmaq üçün istəmiş, həmin oğlan da etiraz etməyib “İphone 11” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu götürüb guya nömrə yığdığını nümayiş etdirib kənara çəkilmiş və guya telefonla danışan kimi özünü apararaq həmin oğlanın başının qarışmasını və fikrini başqa yerə cəmləməsini gözləməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra o, oğlanın başının qarışıq olduğunu və ona baxmadığını görüb həmin yerdən iti addımlarla uzaqlaşmağa başlamış və hadisə yerindən bir qədər uzaqlaşıb mobil telefonu ələ keçirmişdir. Sonra o, həmin “İphone 11” markalı mobil telefonu tanışı Heydər adlı şəxsə 150 manata satmışdır. 18 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən «Tüstü pub» restoranının yaxınlığında olarkən 2-3 həftə əvvəl tanıdığı, lakin heç bir yaxın münasibəti olmayan, adını belə bilmədiyi şəxsi görüb, həmin şəxsə yaxınlaşmış və adının Xəyyam olduğunu, onu tanıdığını, özünün mobil telefonunun olmadığını, təcili zəng etməli olduğunu bildirərək həmin oğlandan mobil telefonunu danışmaq üçün istəmiş, həmin oğlan da etiraz etməyib “İphone 12” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu götürüb guya nömrə yığdığını nümayiş etdirib kənara çəkilmiş və guya telefonla danışan kimi özünü apararaq həmin oğlanın başının qarışmasını və fikrini başqa yerə cəmləməsini gözləməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra oğlanın başının qarışıq olduğunu və ona baxmadığını görüb həmin yerdən uzaqlaşmışdır. Sonra o, həmin “İphone 12” markalı mobil telefonu tanışı Heydər adlı şəxsə 180 manata satmışdır. Bundan başqa, 26 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən Fəvvarələr Meydanı adlanan ərazidə «Emporia Armani» mağazasının yanında bir nəfər şəxsin telefonla danışdığını görmüş, həmin vaxt pula ehtiyacı olduğu üçün həmin telefonu oğurlamaq qərarına gəlmişdir. İlk öncə həmin şəxsə yaxınlaşıb telefonunun olmadığını, telefonu ilə dostu ilə danışmaq istədiyini bildirmişdir. Həmin şəxs özünə məxsus “İphone 12 Pro Max” markalı mobil telefonu ona verdikdən sonra o, guya dostunun nömrəsini yığıb telefonu qulağına yaxınlaşdırmışdır. Bir qədər telefonla danışan kimi özünü göstərmişdir. Telefonun sahibi üzünü çevirib başqa səmtə baxdığı zaman həmin şəxsin onu görmədiyindən əmin olub qaçaraq oradan uzaqlaşmışdır. Həmin şəxsin onu tapa bilməməsi üçün qaçaraq insanların çox olduğu Tarqovı adlanan yerə getmişdir. Bundan başqa, 28 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində olan zaman yaxınlıqda bir nəfər təxminən 16-17 yaşlarında oğlanı görüb həmin oğlana yaxınlaşmış və ilk öncə oğlandan alışqan istəmişdir. Oğlan ona alışqanı verdikdən sonra o, həmin oğlana təcili zəng etməli olduğunu, özündə mobil telefon olmadığını bildirərək həmin oğlandan mobil telefonunu danışmaq üçün istəmiş, həmin oğlan da etiraz etməyib “Samsung Note 10” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu götürüb guya nömrə yığdığını nümayiş etdirib kənara çəkilmiş və guya telefonla danışan kimi özünü apararaq həmin oğlanın başının qarışmasını və fikrini başqa yerə cəmləməsini gözləməyə başlamışdır. Təxminən 1 dəqiqə sonra oğlanın başının qarışıq olduğunu və ona baxmadığını görüb həmin yerdən iti addımlarla uzaqlaşmağa başlamış və hadisə yerindən bir qədər uzaqlaşıb mobil telefonu ələ keçirdiyini dərk etmişdir. Sonra o, həmin “Samsung Note 10” markalı mobil telefonu tanışı Heydər adlı şəxsə 120 manata satmışdır. “Samsung Note 10” markalı mobil telefon kiliddə olmuş və o, həmin kilidi bilməmişdir. Heydər ondan mobil telefonu həmin vəziyyətdə almışdır. Heydərə mobil telefonu haradan əldə etdiyini deməmiş və Heydər bu barədə ondan soruşmamışdır. Daha sonra isə onu polis bölməsinə dəvət etmişlər və o, bölmədə soyğunçuluq əməlini törətdiyini etiraf etmişdir. O, bütün epizodlarda telefonu zəng etmək məqsədilə almış, zərər çəkmiş şəxslərin başları qarışan kimi də qaçmışdır. Həmin şəxslərdən heç birinin onu çağırmasını eşitməmiş, dalınca qaçmasını görməmişdir. Ona iki maddə ilə ittiham irəli sürülməsini qəbul etmir. Belə ki, onun əməli ya dələduzluqdur, ya da soyğunçuluq. Çünki bütün epizodlar eyni cür baş vermişdir. Daha sonra əməlindən peşman olmasını, dəymiş ziyanın bir qismini ödədiyini, hazırda qalan zərəri ödəməyə maddi imkanı olmadığını, lakin azadlığa çıxandan sonra dəymiş zərəri tam ödəyəcəyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində olan zaman əvvəllər tanımadığı sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq özündə mobil telefon olmadığını, təcili qardaşına zəng vurmalı olduğunu bildirmiş və mümkündürsə mobil telefonunu zəng vurmaq üçün verməsini xahiş etmişdir. O da etiraz etməmiş və özünə məxsus olan “Redmi Note 9S” markalı mobil telefonu həmin tanımadığı şəxsə vermişdir. Həmin şəxs ondan bir neçə metr aralanıb mobil telefonla danışmağa başlamışdır. O, həmin şəxsə avtobus gəldiyini və getməli olduğunu bildirdikdə, sonuncu ona narahat olmamasını, telefonu verəcəyini demişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs qaçmış, o isə sonuncunun arxasınca baxsa da, hara qaçdığını görməmişdir. “Redmi Note 9S” markalı mobil telefonun dəyəri 450 manat olmuş və hadisə vaxtı mobil telefonun üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Ekspertiza rəyində göstərilən qiymətə etirazı yoxdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə saat 22 radələrində o, Memar Əcəmi metrostansiyasından 3-cü mikrorayon dairəsinə tərəf gedən yolda yerləşən “Shaurma №1” restoranının qarşısında telefonla danışan zaman təqsirləndirilən şəxs ona yaxınlaşmış və zəng etmək üçün telefonunu istəmişdir. Telefonunda pul az olduğundan əvvəlcə vermək istəməmiş, daha sonra isə şəxsin telefonu çox təcili istədiyini görüb vermişdir. Təqsirləndirilən şəxs telefonla danışa-danışa bir az yuxarı getmiş, o da Təqsirləndirilən şəxs yanına yaxınlaşmış, sonra sonuncu aşağı tərəfə getmiş, o yenə arxasınca getmiş və birdən Təqsirləndirilən şəxs qaçmışdır. O, Təqsirləndirilən şəxs arxasınca qaçmış, yolu keçərkən onu maşın vurmasına az qalmışdır. Təqsirləndirilən şəxs üzü Xutora tərəf qaçıb binaların arasına girmişdir. Orada binalar çox olduğundan arxasınca getməyə risk eləməmiş, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 14 noyabr 2021-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Memar Əcəmi» metrostansiyasından çıxıb 3-cü mikrorayon ərazisi tərəfə piyada hərəkətdə olan zaman tanımadığı sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər cavan oğlan zəng etmək üçün ondan mobil telefonunu istəmişdir. O, əvvəlcə konturu və meqabaytı olmadığını bildirmişdir. Daha sonra yaxınlıqdakı kafenin internetinə qoşulmuş və həmin şəxsə özünə məxsus “İphone 11” markalı mobil telefonu vermişdir. Təqsirləndirilən şəxs kiməsə zəng etmiş, 1-2 dəqiqə gözləmiş, sonra bir az aralanmış və qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs arxasınca qaçmış, lakin çata bilməmişdir. Özünə məxsus “İphone 11” markalı mobil telefonu 2040 manata kreditlə almışdır. Hadisə vaxtı mobil telefonun üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanda olarkən Naxçıvan şəhərindən olan tanışları ilə rastlaşmış və onlarla görüşüb söhbət etməyə başlamışdır. Tanışları ilə danışarkən tanımadığı sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər şəxs ona yaxınlaşaraq alışqan istəmişdir. O da alışqanı çıxarıb həmin şəxsə vermişdir. Daha sonra həmin şəxs demişdir ki, özündə mobil telefon yoxdur, təcili evlərinə zəng vurmalıdır və mümkündürsə o, mobil telefonunu versin və onun mobil telefonundan evlərinə zəng vursun. O da etiraz etməmiş və özünə məxsus olan “Samsung Note 10” markalı mobil telefonu həmin tanımadığı şəxsə vermişdir. Həmin şəxs ondan bir neçə metr aralanıb mobil telefonla danışmağa başlamışdır. Təxminən 1-2 dəqiqə sonra həmin tanımadığı şəxsin ona məxsus olan mobil telefonla danışa-danışa getdiyini görüb, həmin şəxsi səsləmiş və bu zaman həmin tanımadığı şəxs qəfildən qaçmağa başlamışdır. O, həmin şəxsin arxası ilə qışqırıb çağırsa da, dalınca bir qədər qaçsa da, həmin şəxs möhkəm qaçdığı üçün sonuncuya çata bilməmiş və həmin şəxs onun mobil telefonu ilə uzaqlaşıb qaçıb getmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, lakin kim olduqlarını bilmir. Bundan sonra o, polisə şikayət etmişdir. Ona məxsus “Samsung Note 10” markalı mobil telefonun dəyəri 700 manat olmuş və hadisə vaxtı mobil telefonun üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Ekspertiza rəyində göstərilən qiymətə etirazı yoxdur. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci il tarixdə saat 21:30 radələrində «Zəfər parkı»na dostları ilə görüşmək üçün gedərkən Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən «Tüstü pub» adlı restoranın yanında bir nəfər şəxs ona yaxınlaşmış və adının Xəyyam olduğunu bildirmişdir. Həmin şəxs onu tanıdığını dedikdə o, xatırlamışdır ki, həmin şəxslə əvvəllər məhəllədə futbol oynamışlar, lakin adını bilmir. Həmin Xəyyam adlı şəxs ona demişdir ki, özündə mobil telefon yoxdur, təcili evlərinə zəng vurmalıdır və mümkündürsə o, mobil telefonunu versin və onun mobil telefonundan evlərinə zəng vursun. O da etiraz etməmiş və özünə məxsus olan “İphone 12” markalı mobil telefonu Xəyyam adlı şəxsə vermişdir. Xəyyam adlı şəxs ondan bir neçə metr aralanıb mobil telefonla danışmağa başlamışdır. Təxminən 1-2 dəqiqə sonra həmin Xəyyam adlı şəxsin ona məxsus olan mobil telefonla danışa-danışa getdiyini görüb, Xəyyamı səsləmiş və bu zaman Xəyyam qəfildən qaçmağa başlamışdır. O, Xəyyamın arxası ilə qışqırıb çağırsa da, dalınca bir qədər qaçsa da, həmin şəxs möhkəm qaçdığı üçün sonuncuya çata bilməmiş və həmin şəxs onun mobil telefonu ilə uzaqlaşıb qaçıb getmişdir. Bundan sonra o, yaşadığı evə gəlmiş, həmin gün və sonrakı gün atası evdə olmadığı üçün bu barədə şikayət verə bilməmişlər. Buna görə atası evə gəldikdən sonra 20 noyabr 2021-ci il tarixdə atası ilə birlikdə Nəsimi RPİ-yə gedərək orada atası ərizə yazmış, o, izahat vermişdir. Xəyyam adlı şəxs ona qarşı fiziki zor tətbiq etməmişdir. Ona məxsus “İphone 12” markalı mobil telefonun dəyəri 2000 manat olmuşdur. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, lakin kim olduqlarını bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əlavə verdiyi ifadəsində göstərmişdir ki, hadisə vaxtı mobil telefonun üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Ekspertiza rəyində göstərilən qiymətə etirazı yoxdur. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında parkda piyada hərəkətdə olarkən yaşadığı ünvan 7 ünvanına getmək məqsədi ilə taksi çağıracaqdır. Bu zaman əvvəllər tanımadığı şəxs Səbail rayonu ərazisində yerləşən «Emporio Armani» mağazası qarşısında ona yaxınlaşaraq telefonunun xətti bağlı olduğunu, buna görə də onun telefonunu istəyərək zəng etməli olduğunu bildirmişdir. O, heç bir etiraz etmədən özünə məxsus dəyəri təxminən 1800 manat olan «İphone 12 Pro Max» markalı mobil telefonunu həmin şəxsə vermişdir. Həmin şəxs ona rahat danışmaq üçün kənara çəkilmək istədiyini bildirmiş, o da razılaşmışdır. Təxminən 1-2 dəqiqə sonra həmin oğlan olan tərəfə baxdıqda oğlanı görməmiş, həmin şəxsin oradan nə zaman uzaqlaşdığını görə bilməmişdir. Bundan sonra özünə məxsus “İphone 12 Pro Max” markalı mobil telefonunda olan ***-***-**-** mobil nömrəsinə həmin gün dəfələrlə zəng etmiş, lakin telefonu götürən şəxs telefonu məşğula vermişdir. Bir neçə dəfə telefonuna zəng etdikdən sonra artıq zəng çatmaması ona məlum olmuşdur. Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona məxsus mobil telefonun içərisində olan nömrənin dəyəri 10 manat olmuşdur. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, onun əvvəl işlətdiyi mobil telefon alqı-satqısı mağazası Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Memar Əcəmi» metrostansiyası tərəfdə olmuş və Xəyyamı həmin mağazasının yanından keçərkən dəfələrlə görmüşdür. Hətta bir dəfə Xəyyam ondan adi ucuz mobil telefon almışdır. Həmçinin Xəyyam bir dəfə onun yanına suya düşmüş mobil telefon gətirmiş və həmin mobil telefonu o, təmir etmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində saat 20-21 radələrində o, Sonti Market adlı mağazanın yanında olarkən Xəyyam yanında bir nəfər Eldar adlı şəxslə gəlmişdir. Həmin vaxt Xəyyamın yanında olan Eldar adlı şəxs demişdir ki, bir ədəd “Redmi Note 9S” markalı mobil telefon vardır, onu satmaq və ya barter etmək istəyir. Həmin vaxt Eldarın verdiyi mobil telefona baxmış və belə razılaşmışlar ki, “Redmi Note 9S” markalı mobil telefonu 120 manat nağd pul və bir ədəd “Samsung Edge S7” markalı mobil telefon verməklə almışdır. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Mağazasını sentyabr ayında bağlasa da, mobil telefon satmaq istəyən olanda alır. Bundan sonra, Xəyyam və ya Eldar adlı şəxslərdən mobil telefon almamışdır. Xəyyamdan aldığı mobil telefonu isə sonradan mağazaya gələn müştəriyə satmışdır, həmin müştəri barəsində heç bir məlumatı olmamışdır. O, Xəyyamdan “Samsung A51” markalı, “İphone 11” markalı və “İphone 12” markalı mobil telefonlar almamışdır. Xəyyamla aralarında düşmənçilik və va ədavət olmamışdır. Şahid qismində dindirilmiş Şahid Səbail RPİ-də verdiyi ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə dəqiq xatırlamadığı nömrədən ona əvvəllər tanımadığı şəxs zəng edərək İphone markalı mobil telefonu olduğunu və onu satmaq istədiyini bildirmişdir. Həmin şəxsə İphone markalı mobil telefonun alış-satışı ilə məşğul olmadığını bildirmiş və sağollaşmışdır. Bir neçə dəqiqə sonra həmin nömrədən yenidən ona zəng edərək mobil telefonu vacib satmalı olduğunu, buna görə köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra o, Qoşqar adlı şəxsə zəng edərək “İphone 12 Pro Max” markalı mobil telefon almaq istəyib-istəmədiyini soruşmuş, Qoşqar telefona baxmaq istədiyini bildirmişdir. Ardınca o, Xəyyam adlı şəxsə zəng edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtovağzalda görüşməyi təklif etmişdir. Görüş zamanı Qoşqar telefona baxdıqdan sonra onu almaq istəmədiyini bildirib getmişdir. Bu zaman Xəyyam təcili rayona getməli olduğunu bildirib, ondan faiz kimi 300 manat pul istəmiş və mobil telefonu girov qoya biləcəyini demişdir. Orada Xəyyamla razılaşıb 200 manat nəğd, 100 manatı isə e-manat vasitəsilə onlayn ödəmişdir. Qəbzi dəqiq yerini bilmədiyi yerdə atmış, bank hesabını isə xatırlamır. Razılıqlarına əsasən Xəyyam 3 gün sonra ona 400 manat verib mobil telefonu götürəcəkmiş. 27 noyabr 2021-ci il tarixdə Xəyyamla birlikdə telefonu satmağa gələn adını bilmədiyi dostu ona zəng edərək pulu verib telefonu götürmək istədiyini bildirmişdir. Həmin gün saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Əcəmi metrostansiyası yaxınlığında görüşmüşlər. Həmin şəxs ona 350 manat pul verib mobil telefonu götürüb getmişdir. Sonradan həmin şəxsin Xəyyamla görüşüb-görüşmədiyini bilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.54- 55); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.79-80); - “Şübhəli şəxsin tutulması haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.71); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.149-153); - “Üzləşdirmə haqqında” xx.xx.2021-ci saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid ifadələrində göstərdikləri xüsusatlan biri birilərinin üzlərinə qarşı tam təsdiq etmişlər. Həmin üzləşdirmə zamanı Şahid Təqsirləndirilən şəxs yalnız “Redmi Note 9S” markalı mobil telefonu aldığını qeyd etmişdir (İ cild, i.v.194-195); - “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş bir ədəd disk açıldıqda içərisində bir ədəd videofayl olması müşahidə olunur. Videofayl açıldıqda həmin videofaylın 17 saniyə müddətində olması müəyyən olunur. Videofaylın ilk saniyələrində bir nəfər şəxsin görüntüdə mobil telefonla danışması və qəfildən mobil telefonu cibinə qoyaraq qaçması, arxasınca isə 4 nəfər şəxsin qaçması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videofayldakı görüntüləri nəzərdən keçirib, bildirmişdir ki, görüntünün ilk saniyələrində əlində mobil telefon olan və qəfildən mobil telefonu cibinə qoyub qaçan şəxs o, özüdür, 28 noyabr 2021-ci il tarixdə “Samsung Note 10” markalı mobil telefonu ələ keçirdiyi görüntülərdir (İ cild, i.v.196); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Fldar oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 məxsus mobil telefonları harada və hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerlərində ifadəsini əyani təsdiq etmişdir (İ cild, i.v.199-203); - Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 onlara təqdim olunmuş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs fotoşəklini tanıyaraq məhz həmin fotoşəkildə olan şəxsin onlara məxsus mobil telefonları ələ keçirdiyini göstərmişlər (İ cild, i.v.92, 102, 111, 124, 205); - Dəymiş ziyanın ödənilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş 2000 manat ziyanın 1500 manatı təqsirləndirilən şəxsin qohumları tərəfindən istintaqa ödənilmişdir (İ cild, i.v.204); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 9/9399 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3230 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidir: «Samsung Note 10» markalı mobil telefon 700 manat; «İphone 12» markalı mobil telefon 1100 manat; «Redmi Note 9S» markalı mobil telefon 250 manat; «Samsung A51» markalı mobil telefon 280 manat; «İphone 11» markalı mobil telefon 900 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.115-118); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/503 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «İphone 12 Pro Max» markalı mobil telefonun satış üçün komplektləşdiriməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1850 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.147-149); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən və hökmdən görünür ki, təqsirləndirilən şəxs Əliyev X2 Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(098)-19/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum olunmuşdur (İİ cild, i.v.99-114); - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs hökm üzrə ödənilməmiş cərimə cəzası yoxdur; - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Videofaylın ilk saniyələrində bir nəfər şəxsin görüntüdə mobil telefonla danışması və qəfildən mobil telefonu cibinə qoyaraq qaçması, arxasınca isə 4 nəfər şəxsin qaçması müşahidə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, videogörüntüdəki şəxs odur, o, telefonla danışa-danışa gəzirdi, telefonun sahibini də görürdü, telefonun sahibinin başı qarışan kimi qaçmışdır. Görüntüdən də görünür ki, aralarında məsafə çoxdur. Ola bilsin ki, onun arxasınca qışqırıblar, amma o, eşitməmişdir. Ümumiyyətlə, epizodların heç birində kiminsə arxasınca qışqırdığını eşitməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ilkin olaraq özünü yalnız CM-nin 180.2.2-ci maddəsi, daha sonra isə yalnız CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilməsi, nəhayət törətdiyi cinayət əməllərini eyni formada törətməsinə istinad edərək məhkəmədən ona yalnız bir maddə üzrə hökm çıxarılmalı olduğuna dair verdiyi ifadəni onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərii iş materialları, zərər çəkmiş şəxslərin ifadələri, həmçinin iş üzrə digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 180.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cavan olmasını, dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 02 dekabr 2021ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdən 02 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-153/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-153/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver