Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-153/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə ermənistan respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “HU” avtoservisin həyətində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən sonuncunun sol qol nahiyəsindən vuraraq ona sol bazu oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hematoması, sol bazunun və dirsək oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs əl qaldırmamış və ona toxunmamış, sadəcə ona qarşı söyüş işlətmiş və söyüşləri də qarşılıqlı olmuşdur. O, bir kişi kimi heç vaxt xanıma əl qaldırmaz və vurmaz. Göstərilən halı nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinin səbəbi onun zərərçəkmiş şəxsə yeznəsi İlkinin ətrafında görmək istəmədiyini bildirməyi olmuşdur. Belə ki, zərərçəkmiş şəxsə görə bacısı ilə yeznəsi arasında münaqişələr yaranmışdır. Lakin zərərçəkmiş şəxs onun bu iradına qarşı “sən kimsən bunu mənə deyirsən, servis mənimdir, xoşun gəlmir əşyalarını götür çıx get” demiş, sonra isə onu hədələyərək təkrarən “sən kimsən, səni gecəylə götüzdürərəm" ifadəsi işlətmiş və nalayiq söyüşlər söymüşdür. Həmin vaxt o, zərərçəkmiş şəxsdən kənar durmağa çalışsa da sonuncu yaxınlaşaraq onun sinəsindən yapışmış, həmçinin iki əli ilə onu geriyə itələmişdir. Həmin müddət ərzində isə bir-birinin ünvanına qarşılıqlı söyüşlər söymüşlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən işlətdiyi avtoservisə idarə etdiyi avtomobili ilə gələrək, maşından düşdükdən sonra usta köməkçisi işləyən Allahverdi Bədəlov əli ilə ona işarə edərək, servisdən çıxıb getməyini bildirmişdir. Həmin vaxt İlkin Xankişiyevin avtoservisdə olmadığını, Allahverdi Bədəlovun ona nə dediyini anlamadığından sonuncunun nə demək istədiyini soruşduqda o, İlkinin qaynı Təqsirləndirilən şəxs sexdə olduğunu bildirmişdir. Şəmsəddin ilə aralarında söz söhbət yaranacağından ehtiyat etdiyini demiş, o, isə ona qulaq asmayaraq təmirdə olan avtomobilinin açarlarını Allahverdidən istəmişdir. Bu zaman avtomobil təmiri sexində olan Şəmsəddin ona yaxınlaşaraq “sənə deməmişəm ki, bura gəlmə, İlkin ilə olan iş birliyini sonlandır, bir daha bu servisə ayağın dəyməsin”. Bunun cavabında isə o, Şəmsədinə bildirmiş ki, “sən kimsən bunu mənə deyirsən, servis mənimdir, xoşun gəlmir əşyalarını götür çıx get”. Bundan sonra Şəmsəddin onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmiş, həmçinin sol qolunu tutaraq sıxmışdır. Həmin vaxt onun maşınında olan bacısı oğlu Aslan səs-küy olmasını eşidib onlara yaxınlaşmaq istədikdə əli ilə yaxınlaşmamasını işarə etmişdir. Bu zaman Allahverdi Bədəlov yaxınlaşıb onları aralamaq istəyərkən o, sonuncuya Anarı (Söhbəti) çağırmağı bildirmiş, sonra İlkinin qardaşı Anar gəlib Şəmsəddini oradan uzaqlaşdıraraq avtomobilinə mindirib aparmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək Şəmsəddin tərəfindən döyülməyi barədə məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəmsəddin onu yalnız bir dəfə zərbə ilə qolundan vurmuş, o isə sonuncunun ünvanına söyüş söymüşdür. Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 onun bacısı oğludur, hal hazırda Rusiya Federasiyasındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 59 ünvanında olan “HU” avtomobil təmiri servisində rəngsaz işləyir. xx.xx.2022-ci il tarixdə avtoservisdə olarkən səs-küy və nalayiq söyüşlər eşitmiş, işlədiyi sexin yanından baxdığı zaman orada 2 və ya 3 nəfərin olduğunu, bir şəxsin Ülviyyə xanımı itələyərək, oradan getməsini bildirməsini, bir-birlərini nalayiq söyüşlərlə təhqir etmələrini, onların bir-birinə əl atmalarını və itələmələrini, xanım oğlana əlini ondan çəkməsini deməsini, həmçinin hadisənin 2-3 dəqiqə çəkdiynin şahidi olmuşdür. Bundan başqa şahid N.V.Əsədov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Ülviyyə xanımın qolundan vurulmasının şahidi olmamış, Ülviyyə xanım ilə mübahisə edib onu vuran şəxs İlkin olmuş, Təqsirləndirilən şəxs tanımır, Ülviyyə xanım ilə mübahisə edən şəxslərin arasında Təqsirləndirilən şəxs olmamışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Şəmsəddin onun qardaşının qaynıdır. Həmçinin Ülviyyə xanımı da tanıyır. Onların heç birinə qarşı ədavəti və ya düşmənçiliyi yoxdur. O, istintaqda da ifadə vermiş və həmin ifadəni də təsdiq edir. Onun adı bu işdə Anar kimi qeyd edilib, çünki onun adı əvvəllər Anar olmuş, sonradan adını Söhbət olaraq dəyişmişdir. Hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə nə vurma, nə də xəsarətlərin olmasını görməmiş, yalnız Şəmsəddinlə Ülviyyənin arasında nalayiq söyüşlərin söyülməsinin şahidi olmuş o, da hadisənin gərginləşməsinin qarşısını almaq məqsədilə Şəmsəddini avtomobilinə əyləşdirib oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisə yerində olan Ülviyyəni (zərərçəkmiş şəxsi), Anarı (Söhbəti), Şəmsəddini tanıyır. Hadisə ilə bağlı onu deyə bilər ki, orada tərəflər ancaq birbirinin ünvanına nalayiq söyüşlər söymüşlər. Hadisənin baş verdiyi yerin yanından onun arasında olan məsafə 3-4 metr olmuş, bu səbəbdəndə hadisənin baş verdiyi andan bitənədək, yəni təxmini 3 dəqiqə orada olmuşdur. Həmin vaxt kimsə kimsəyi vurmamış, hadisə zamanı orada o və Anar (Söhbət) olmuş, arada dayanan Ülviyyənin avtomobilinin qabaq oturacağında sonuncunun bacısı oğlu Şahid1 əyləşmişdir. Hadisənin gərginləşməsinin qarşısını almaq məqsədilə Anar (Söhbət) dərhal Şəmsəddini avtomobilinə əyləşdirib oradan uzaqlaşdırmışdır. Bundan başqa, şahid A.K.Bədəlov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş vermən zaman orada X9 adlı şəxs hadisə yerində olmamış, belə şəxs görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Şəmsəddini hadisə yerində bir dəfə görmüş, həmin günü o, ağacın altında avtomobilin zamaskasını sürtürmüş, bu zaman səsküy gəlmiş və o, baxdıqda qadınla bir oğlanın mübahisə etdiyini, bir-birlərini nalayiq söyüşlərlə təhqir ediklərini, sonra isə oğlanın qadının qolunun sol nahiyyəsindən yumruqla vurduğunu görmüşdür. Bundan başqa, şahid T.Ə.Baxşıyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində başqa kimsəyi görməmiş yalnız mübahisə edən oğlanın qadının qolunun sol nahiyyəsindən bir dəfə yumruq atdığını görmüş, sonra isə dərhal oradan uzaqlaşmışdır. Məhkəmə iclasında ölkə xaricində olması səbəbindən iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Yaqub oğlunun ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 59 ünvanında yerləşən xalası Ülviyyənin rəhbəri oldu “HU” avtomobil təmiri servisinə onunla birlikdə getmişdir. Xalası maşından düşdükdən sonra, o, maşında qalmış, bir müddət keçdikdən sonra qışqırıq səslərini eşitdiyini, o, dərhal maşından düşərək ora yaxınlaşmışdır. Orada xalasının Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini görmüş, sonuncu həmin vaxt xalasının ünvanına nalayiq söyüşlər söyürmüş. Xalası isə Şəmsəddinə danışığına fikir verməyini deyərək əli ilə sonuncunun sinəsindən itələyərək ona yaxınlaşmamasını bildirdikdə Şəmsəddin xalasının sol qolundan tutaraq silkələmiş və onları aralaşdırmaq istəyəndə Şəmsəddin yumruqla Ülviyyənin sol qoluna 2 dəfə zərbə ilə vurmuş, bu vaxt Söhbət Təqsirləndirilən şəxs qolundan tutub maşına oturdararaq birlikdə avtoservisdən uzaqlaşdıqlarını, sonra isə xalasının DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyini, mübahisənin 4-5 dəqiqə davam etdiyini bildirmişdir. Cinayət işinin 81-82-ci vərələrində olan qətimkan tədbiri seçilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 10 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin 01 may 2009-cu il tarixli hökmü ilə AR-nın Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2010-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub. Cinayət işinin 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 X19 sağlamlığa zərər vurmanın təyini ekspertizasının hadisə baş verən gündən 6 gün sonra yəni, 10 avqust 2022-ci il tarixli, 989 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş həcmli hcmatoması, sol bazunun və dirsək oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfındən yetirilməsi az inandırıcıdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin 5-6-cı vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 19cu PB-nə hadisə baş verən günü yəni, xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs Nəsimi Rayon, A.Məhərrəmov küçəsində yerləşən 12 saylı Poliklinikanın yanındaki sexə getmiş, orada usta köməkçisi əli ilə ona işarə edərək içəri gəlmədiyini bildirmişdir. Lakin o, içəri girmiş İlkinin qaynı kimi təqdim edən “Şamil” adlı şəxs bu zaman onun üzərinə yeriyib təhqir etməyə başlamış və sol qolundan bərk sıxıb tutaraq onu itələmişdir. Orada olan insanlar onların arasına girmişlər. Cinayət işinin 27-28-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs Nəsimi Rayon, A.Məhərrəmov küçəsində yerləşən 12 saylı Poliklinikanın yanındaki sexə getmiş, orada usta köməkçisi əli ilə ona işarə edərək içəri gəlmədiyini bildirmişdir. Lakin o, içəri girmiş İlkinin qaynı kimi təqdim edən “Şəmsəddin” adlı şəxs bu zaman onun üzərinə yeriyib təhqir etməyə başlamış və sol qolundan bərk sıxıb tutaraq onu itələmişdir. Orada olan insanlar onların arasına girmişlər. SUAL: xx.xx.2022-ci il tarixdə Şəmsəddin adlı şəxs Sizi vurub hansı xəsarətləri yetirmişdir? CAVAB : xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Şəmsəddin əli ilə mənim sol qolumdan tutub bərk sıxaraq məni itələmişdir. Aramızda baş vermiş hadisə 15-20 dəqiqə çəkmişdir. SUAL: baş vermiş hadisənin şahidləri kimlər olmuşlar? CAVAB: Şahid1, Sərkan, Anar və Allahverdi olmuşdur. Cinayət işinin 43-44-cü vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, Şəmsəddin onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmiş, Zərərçəkmiş şəxs ona danışığına fikir verməyini deyərək iki əli ilə Şəmsəddinin sinəsindən tutaraq ona yaxınlaşmamasını bildirmiş, sonuncu onun sözlərinə məhəl qoymayaraq birdə İlkin Xankişiyevə zəng etməməyini dedikdə, İlkin Xankişiyevin onun rəhbərlik etdiyi avtomobil təmiri cərvisində işlədiyi müddətdə lazım olduqda o, İlkinə zəng edəcəyini demiş. Bundan sonra Şəmsəddin daha da əsəsbləşərək, sağ əli ilə onun sol qolundan tutaraq silkələmiş, sonuncunun əlini qolundan uzaqlaşdırarkən, Şəmsəddin yumruqla onun sol qoluna əli ilə 2 dələ zərbə vurmuşdur. Ülviyyənin maşınında olan bacısıoğlu Aslan və sürücüsü Sərhad onun Şəmsəddin ilə dava dalaş etdiyini görüb onlara yaxınlaşmış, bu zaman Allahverdi Bədəlov da yaxınlaşıb, onları aralaşdıraraq, Şəmsəddini maşına oturdaraq servisdən uzaqlaşmışlar. Bundan sonra Ülviyyə DİN-nin 102 xidmətinə zəng edərək Şəmsəddin tərəfindən döyülməyi barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs ilə aralarında mübahisənin 4-5 dəqiqə davam etdiyini, hadisə zamanı sol qolundan əzik, qançır və göyərmə xəsarətləri aldığını, hadisə baş verən zaman Şahid1, Allahverdi Bədəlov, Şa; hin Qəhrəmanov və Söhbət Xankişiyevin hadisəni gördüklərini bildirmişdir. SUAL: Şəmsəddin ilə aranızda olan mübahisə nə qədər davam etmişdir? CAVAB : Aramızda baş vermiş hadisə 4-5 dəqiqə çəkmişdir. SUAL: baş vermiş hadisənin şahidləri kimlər olmuşlar? CAVAB: Şahid1, Sərkan Kayayız, Allahverdi və Şahin olmuşdur. Cinayət işinin 106-cı vərəqəsində olan Şahid2 Nəsimi RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 57 ünvanında yerləşən servisin həyətində Şəmsəddin ilə Ülviyyə xanımın mübahisə etdiyini gördüm, onlar mübahisə edərək bir-birlərini nalayiq söyüşlərlə söyürdülər, bu zaman Şəmsəddin Ülviyənin sol qolundan tutaraq itələyib sol qoluna bir dəfə yumruq bir dəfə isə şillə vurdu bundan sonra yaxınlıqda olan şəxslər onları aralaşdırdı. Şəmsəddini Söhbət maşına mindirərək oradan uzaqlaşdırdı. SUAL: xx.xx.2022-ci il tarixdə Şəmsəddin Ulviyəni vurmuşdurmu? CAVAB : bəli Şəmsəddin əli ilə Ülviyənin sol qolundan tutub itələyərək onu sol qoluna əli ilə iki dəfə zərbə vurmuşdur. Cinayət işinin 106-cı vərəqəsində olan Şahid2 Nəsimi RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 57 ünvanında yerləşən servisin həyətində Şəmsəddin ilə Ülviyyə xanımın mübahisə etdiyini gördüm, onlar mübahisə edərək bir-birlərini nalayiq söyüşlərlə söyürdülər, bu zaman Şəmsəddin Ülviyənin sol qolundan tutaraq itələyib sol qoluna bir dəfə yumruq bir dəfə isə şillə vurdu bundan sonra yaxınlıqda olan şəxslər onları aralaşdırdı. Şəmsəddini Söhbət maşına mindirərək oradan uzaqlaşdırdı. SUAL: xx.xx.2022-ci il tarixdə Şəmsəddin Ulviyəni vurmuşdurmu? CAVAB : bəli Şəmsəddin əli ilə Ülviyənin sol qolundan tutub itələyərək onu sol qoluna əli ilə iki dəfə zərbə vurmuşdur. Cinayət işinin 107-ci vərəqəsində olan şahid X3 Nəsimi RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 57 ünvanında yerləşən servisin həyətində Şəmsəddin ilə Ülviyyənin mübahisə etməsini görmüş, lakin onlar əhəmiyyət verməyərək oradan uzaqlaşmışdır. Hadisəni sonra kimi müşahidə etməmiş, lakin onun şahidi olduğu müddət ərzində bir-birini vuran şəxs görməmişdir. Məhkəmə yuxarıda göstərilən iş üzrə toplanmış və aşağıda göstərilən sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 5-6-cı vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 19cu PB-də hadisə baş verən gün yəni, xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsinə əsasən Təqsirləndirilən şəxs onun üzərinə yeriyib təhqir etməyə başlamış və sol qolundan bərk sıxıb tutaraq onu itələmişdir. Həmçinin cinayət işinin 27-28-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-də xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsinə əsasən hadisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə yeriyib təhqir etməyə başlamış və sol qolundan bərk sıxıb tutaraq onu itələmiş və verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəmsəddin əli ilə onun sol qolumdan tutub bərk sıxaraq onu itələmiş, həmçinin baş vermiş hadisə 15-20 dəqiqə çəkmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-d xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsinə əsasən isə Ş.Ə..Xankişiyev onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmiş, sonra sağ əli ilə onun sol qolundan tutaraq silkələmiş, sonuncunun əlini qolundan uzaqlaşdırarkən, Şəmsəddin yumruqla onun sol qoluna əli ilə 2 dələ zərbə vurmuş və verilmiş suala cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə 4-5 dəqiqə çəkmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs qoluna yumruqla vurulması, yoxsa sadəcə qolunun sıxılması məsələsi, həmçinin mübahisənin baş vermə müddəti ilə bağlı Nəsimi RPİ-nin 19-cu PB-də və Nəsimi RPİ-nin İŞ-də bir-birinə ziddiyətli və fərqli olan ifadələr vermişdir. Belə ki, əvvəlki iki ifadəsində Təqsirləndirilən şəxs sadəcə onun qolundan tutub sıxaraq itələməsini bildirmiş, hətta vurulması ilə bağlı sual verildikdə də yenə yumruqla vurulmasını bildirməmiş, sadəcə qolunu sıxıb onu itələdiyini bildirmiş, ikinci ifadəsində mübahisənin 20 dəqiqə davam etməsini bildirmişdir. Lakin, hadisədən 4 aya yaxın müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə verdiyi 3-cü ifadəsində əvvəlki ifadələrindən fərqli olaraq Təqsirləndirilən şəxs sağ əli ilə onun sol qolundan tutaraq silkələməsini, sonuncunun əlini qolundan uzaqlaşdırarkən, Şəmsəddinin yumruqla onun sol qoluna əli ilə 2 dəfə zərbə vurmasını və hadisənin 15-20 dəqiqə deyil yalnız 4-5 dəqiqə çəkməsini bildirmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs ilkin ifadəsində də, Təqsirləndirilən şəxs yalnız onun üzərinə yeriyərək təhqir etməsini və sol qolundan bərk sıxaraq onu itələməsini, hadisənin 5 dəqiqə çəkməsini və sonuncunun yumruqla onun sol qoluna əli ilə yalnız bir dələ zərbə vurmasını bildirmişdir. Zərərçəkmiş şəxs ifadələrində olan digər ziddiyyətli məqam hadisənin şahidləri ilə bağlı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində hadisənin şahidi kimi Şahid1, Sərkan, Anar və Allahverdi adlı şəxsləri, xx.xx.2022-ci il tarixli ifadəsində hadisənin şahidi kimi Şahid1, Sərkan Kayayız, Allahverdi və Şahin adlı şəxsləri göstərmişdir. lakin, məhkəmə istintaqı zamanı isə tam fərqli bir şəxsin - X4 da şahid olmasını bildirərək onun şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda verdiyi bir-birinə ziddiyət yaradan bu ifadələri ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirilməli və təqsirləndirilən şəxsin xeyrinə həll edilərək onlar əhəmiyyətsiz sübüt növü kimi tanınmalıdır. Bundan başqa, məhkəmə şahid ifadələrinə və onlar arasında olan ziddiyətlərə də qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, istintaq orqanı ittiham aktında iki şahidin adını qeyd etmiş, digər şahidlərin adını isə şahidlər siyahısına salmamışdır. İttiham aktında adı qeyd edilən şahidlər Şahid1 və Şahid2dur. Həmin şahidlərdən Şahid1 ölkə xairicində olması səbəbindən məhkəmə iclasında iştirak etməmiş, digər Şahid2 isə iştrak edərək istintaq zamanı verilmiş ifadəsindən fərqli ifadə verərək ümumiyyətlə Təqsirləndirilən şəxs tanımadığını, sonuncunu hadisə yerində görmədiyini, Zərərçəkmiş şəxs ilə mübahisə edib onu vuran şəxsin İlkin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər X5, X1 və X3 ifadələri istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilməmiş və şahidlər siyahısına salınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, istintaq zamanı təqsirləndirilən şəxsin lehinə ifadə vermiş hadisənin bilavasitə şahidi olmuş həmin şəxslərin ifadələrinin sübut kimi qiymətləndirilməyərək ittiham aktına salınmamasının məqsədi təqsirləndirilən şəxsə qarşı əsssız ittihamın elan edilməsi olmuşdur. İstintaq orqanı bununla müdafiə tərəfinin sübutlarının araşdırılıb obyektiv qiymətləndirilməsindən faktiki olaraq imtina etmiş və nəticədə Təqsirləndirilən şəxs əsssız olaraq cinayət məsuliyyətinə cəlb edimişdir. Hadisənin bilavasitə şahidi olmuş qeyd edilən şahidlərdən ikisi - X12 və X2 məhkəmə iclasında da şahid kimi ifadə vermişlər, həmin şahidlər ibtidai istintaq zamanı olduğu kimi məhkəmə istintaqında da ifadələrində yekdilliklə və qəti olaraq qeyd etmişlər ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə sözlə olmuş, bir-birinin ünvanlarına nalayiq söyüşlər söymüşlər və həmin vaxt mübahisə daha da böyüməsin deyə Söhbət (Anar) Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşdirərək oradan aparmışdır. Hadisəsinin bilavasitə şahidlərindən olmuş və istintaq zamanı ifadə vermiş X3 ifadəsi isə məhkəmə istintaqı zamanı təqdiq edilərək araşdırılmış və müəyyən edilmişdir ki, onun da ifadəsinə əsasən mübahisə zamanı yalnız səs-küy eşitmiş, lakin təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs vəsatəti əsasında məhkəmədə ifadə vermiş X4 ifadəsini isə münasibətdə isə qeyd edir ki, həmin ifadə iş üzrə mötəbər sübut kimi qəbul edilə və ittihamın sübut edilməsində istifadə edilə bilməz. Belə ki, iş üzrə ibtidai istintaq zamanı 3 dəfə ifadə vermiş Zərərçəkmiş şəxs hadisənin şahidlərinin kim olması barədə iki dəfə sual verilmiş və sonuncu şahid kimi qeyd etdiyi şəxslər aşağıdakı kimi olmuşdur: xx.xx.2022-ci il tarixli ifadəsində bu suala cavab olaraq qeyd edir ki, hadisənin şahidləri Şahid1, Sərkan, Anar və Allahverdi olmuşdur. xx.xx.2022-ci il tarixli ifadəsində bu suala cavab olaraq qeyd edir ki, hadisənin şahidləri Şahid1, Sərkan Kayayız, Allahverdi və Şahin olmuşdur. Göründüyü kimi bu şəxslərin sırasında X4 adı çəkilməmişdir. Həmin şəxsin şahid olmasını zərərçəkmiş şəxs yalnız məhkəmə istintaqı zamanı bildirmişdir. Digər tərəfdən şahid X4 ifadəsində də işin həqiqi halları və baş verməsi iddia edilən hadisənin mexanizmi ilə üst-üstə düşməyən halla mövcuddur. Belə ki, şahid bildirir ki, hadisə zamanı o avtomobilin zamaskasını sürtürmüş və bu zaman səs-küyə olan yerə baxdıqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qoluna yumruqla bir dəfə vurmasını görmüş və oradan uzaqlaşmışdır. Əvvəla ifadədə özü-özünü ifşa edən hal odur ki, şahid hadisə yerinə kənardan gəlməmiş, olduğu yerdən hadisəni görümüşdür. Kənardan mübahisə görən şəxsin isə öz işini buraxıb hətta mübahisəyə belə baxmadan ümumiyyətlə oradan uzaqlaşması məntiqli və real deyil. Digər tərəfdən, hadisənin xx.xx.2022-ci il tarixdə baş verməsinə baxmayaraq, iş üzrə ekspert rəyi yalnız xx.xx.2022-ci il tarixdə 6 gün sonra verilmişdir. Sözügedən tarixlər arasındakı vaxt intervalını nəzərə aldıqda, ekspertiza rəyinin mötəbərliyi məhkəmədə müəyyən şübhələrin yaranmasına səbəb olur. Həmçinin zərərçəkmiş şəxs qol nahiyyəsində xəsarətin olmasını iddia etdiyi və həmin gün polisə şikayət etdiyi halda iş materiallarında həmin xəsarətin olmasını təsdiq edən hər hansı foto şəkil də əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, xəsarətin yetirilməsi iddia edilən nahiyyənin şəkili araşdırma aparan orqan və ya şəxsin özü tərəfindən çəkilərək təqdim edilə bilərdi. Bütün bunlar isə həm ekspert rəyi, həm də ümumiyyətlə xəsarətin həqiqətən də olub-olmaması ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmənin fikrincə, iş üzrə yuxarıda qeyd edilən çox saylı ziddiyyətli hallar mövcud olduğundan və həmin ziddiyyətlər aradan qaldırılmadan qanuna uyğun olmayan qaydada aparılmış ibtidai istintaqın nəticələri, onun məntiqi davamı kimi isə təqsirləndirilən şəxsə elan edilmiş ittiham əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış zərərçəkmiş şəxs, şahid ifadələri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Belə ki, zərərçəkmiş şəxs ilk iki ifadələrində sadəcə qolunun sıxılmasını bildirsə də dörd aydan sonra ifadəsini dəyişərək təqsirləndirilən şəxsin onun qoluna yumurqla vurmasını bildirmiş, mübahisənin davam etmə müddəti və qoluna vurulduğu iddia etdiyi zərbələrin sayı ilə də bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr vermiş, xəsarətin həqiqətən də olub-olmamasını bilavasitə təsdiq edən heç bir maddi sübut mövcud olmamış, ekpert rəyi isə hadisədən 6 gün sonra verilmiş, istintaq orqanı tərəfindən iş üzrə ifadəsi mötəbər sübut kimi qiymətləndirilmiş iki şahidin biri ölkə xaricində olması səbəbindən məhkəməyə gəlməmiş, ittiham tərəfinin digər şahidi isə məhkəmə iclasında tamamilə fərqli ifadə verərək təqsriləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görmədiyini bildirmiş, istintaq zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş şahidlərdən heç birinin adı ittiham aktına salınmamış, lakin həmin şahidlər məhkəmə istintaqı zamanı ifadə verərək təqsriləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmadığını, yalnız sözlə mübahisə etdiklərini bildirmişlər. Həmçinin zərərçəkmiş şəxs istintaq zamanı hadisə şahidi kimi qeyd etmədiyi əlavə bir şəxsin şahid kimi məhkəmədə dindirilərək ifadəsinin əsas götürlüməsini xahiş etmiş, lakin həmin şahidin ifadələrində də yuxarıda qeyd edildiyi kimi kifayət qədər ziddiyyətli hallar olduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı, həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm elan olunduqdan sonra ondan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-153/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-153/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver