Məhkəmə qərarları › İş №1(006)-153/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-153/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-153/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi – X4, təqsirləndirilən şəxs – X7 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən X15 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,215 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 02:10-da Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində saxlanılaraq, Nəsimi rayonu Azadlıq prospekti 56 ünvanında yerləşən 22-ci polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,215 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayıram. Narkotik vasitə olan heroindənı aradabir istifadə edirdi. 16 oktyabr 2023-cü il tarixdə “Metropark” ticarət mərkəzin qarşısında hərəkət edən zaman zibil qabının yaxınlığında yerdə büküm görmüş və bükümü götürüb açan zaman içərisində ona məlum olan kola - narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümü bağlayaraq əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Sonra o, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində saat 02.10-da dayanan zaman əvvəllər görmədiyi və tanımadığı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək, özlərini polis kimi təqdim etmiş və bundan sonra onun ad, soyad və ata adını soruşmuşlar. O, polis əməkdaşlarının suallarını cavablandırdıqdan sonra polis əməkdaşları onun narkotik vasitə alüdəçisi olduğundan şübhələnib onu Nəsimi RPl-nin 22-ci Polis Şöbəsinə dəvət etmişlər və o da etiraz etməmişdir. Bundan sonra 22 PŞ-nə getmişlər və onu xidməti otaqların birinə apararaq hüquqlarının müdafiəsi üçün, öz xahişi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Polis şöbəsində olduğu zaman üzərinə videoçəkilisdən istifadə etməklə şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonradan polis şöbəsinə gəlmiş vəkilin, tərcüməçinin, mütəxəssisin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir əşya olub-olmaması, olduğu halda təqdim etməyi təklif olunduqda, yuxarıda qeyd etdiyi qaydada yerdə tapmış olduğu 1 ədəd bükümü əynində olan şalvarının sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində heç nəyin olmadığını bildirmiş və onun əynində olan paltarlarına baxış keçirilmiş, başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi büküm açılaraq baxılmış və nə olması ona sual edildikdə, həmin maddənin narkotik vasitə “Kakos”, yəni ki, heroin olduğunu, yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı ona qarşı zorakılığın olub olmaması sual edildikdə, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs X15 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü i! tarixdə xidmətdə olarkən məlumat daxil oldu ki, «Alım» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı tərəfindən qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə əldə etdiyi məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov və S.Əsgərova küçələrinin kəsişməsinə gəlmişlər. Həmin kəsişmədə olarkən saat 02:10-da «Alım » adlı şəxsi görərək, ona yaxınlaşmışlar. Özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Alım» adlı şəxsi Nəsimi RPl-nə dəvət etmişlər. Orada olarkən «Alım» adlı şəxsin X7 olması müəyyən edilmiş və Alım onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişdir. Polis şöbəsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması təhqiqatçı İsa Turalova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Alım Nabıevin şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Alım Nabıevin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Alım Nabıevin əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş formada narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Alım Nabıevin təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə “kola" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Metropark’ ticarət mərkəzinin yaxınlığında tapdığını bildirmişdir. Daha sonra Alım Nabıevin təqdim eldiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 10-cu vərəqində olan Gürcüstan Respublikasına məxsus 11AB66369 nömrəli pasportdan görünür ki, verilmiş X1 Respublikasının vətəndaşıdır. Cinayət işinin 26-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X15 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-49-cu vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs X12 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. X3 əynindəki şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb masanın üzərinə qoydu. Sonra X3na üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra X7 üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi gödəkçənin boyun hissəsinə, qollarına və ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi şalvarının sağ, sol yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra isə X12 ayağında olan ayaqqabılarını çıxarması tələb olundu və o, ayaqqabılarını çıxarıb silkələdi, həmçinin ona ayağında olan corablarını çıxarıb çevirməsini tələb edildi və o, corablarını çıxararaq çevirdi, lakin heç bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. X5 təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildi. O, 01 ədəd bükümü içərisində olan maddənin “kola” adlanan narkotik vasitə olduğunu, 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında tapdığını qeyd etmişdir. Alım Nabıevin təqdim etdiyi 01 ədəd büküm açılaraq içərisinə baxıldıqda qəhvəyi rəngli, toz şəkilli maddə olduğu aşkar edilmişdir, Alım Nabıevə, tapdığı və “kola” adlandırdığı narkotik vasitədən satıb-satmaması barədə soruşulduqda o, satmadığını bildirmişdir. Cinayət işinin 56-57-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘'Azərbaycan Respublikası DİN Zərflər üçün № 190” dairəvi möhür əksləri, “X7 üzərindən aşkar edilmiş 01 ədəd büküm...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 86-cı vərəqində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X8 Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqlərində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, X15 əvvəllər məhkum olunmamışdur. Cinayət işinin 101-102-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi tərəfindən verilmiş Ambulator X2 dair 15 noyabr 2023-cü il tarixli, 7430 nömrəli rəydən görünür ki, X9 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür, Cinayət işinin 113-114-cü vərəqlərində olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X7 barəsində 18 oktyabr 2023-cü il tarixli qərarla seçilmiş polisin nəzarəti altına vermə qətimkan tdəbirinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 118-122-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,215 qram narkotik vasitə heroinin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı 0.165 qram qalığının Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İV seriyalı 905982 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X13 atası X10r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İV seriyalı 905981 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X11 atası X10r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X18 2009cu ildən etibarən Mərkəzdə talasemiya böyük forma diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında X7 üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən X7 əynindəki şalvarın cibindən narkotik vasitə heroinin bir ədəd bükümdə aşkar olunaraq götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X15 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,215 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X7 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X15 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X7 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, onun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki övladının olmasını və övladının talasemiya xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, X12 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, onun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, onun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki övladının olmasını və övladının talasemiya xəstəliyindən əziyyət çəkməsini, cəzanı ağırlaşdıran halların olmamasını, bundan başqa, aşkar edilmiş narkotik vasitənin qramını və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun bilir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Eyni zamanda məhkəmə, bu qənaətə gələrkən X8 əcnəbi olmasını və azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsinin mümkünsüzlüyünü də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in: 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, X12 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (on) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində X7 davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. X7 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X15 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,165 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat X5 tutularaq dövlət büdcəsinə ödənilsin. X12 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (on) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar