Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-154/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, əvvəllər məhkum olunmamış, ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində betonçu qəlibçi briqadiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs inşa edilməkdə olan hündürmərtəbli yaşayış binasında aparılan tikinti işlərinə rəhbərlik edən zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, “xxxx” MTK ilə aralarında bağlanmış 20 fevral 2020-ci il tarixli 0001 TPM №-li podrat müqaviləsi əsasında “xxxx” MMC tərəfindən Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində həyata keçirilən yaşayış binasının tikintisi zamanı 04 aprel 2020-ci il tarixli əmək müqaviləsi ilə betonçu qəlibçi briqadiri kimi işləməklə 04 aprel 2020-ci il tarixli 145 №-li əmrə əsasən vəzifəli şəxs olaraq tikinti ərazisində işin təşkili, işçilər arasında iş bölgüsünün həyata keçirimləsi və iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının icrasına nəzarət kimi vəzifələri icra edərkən, “İİİ-4-80 Tikinti Norma və Qaydaları, Tikintidə təhlükəsizlik qaydaları” - 2.1-ci, 12. 23-cü və qaydaların 1 saylı Əlavəsinin 12-ci bəndlərinin tələblərini pozmuş, yəni, texnoloji avadanlıqların (ayaqaltılarm, qoruyucu vasitələrin, ... xəndək... dayaqlarının və analoji qurğuların) işçilərin mühafizə vasitələrinin istifadəsinin təşkilini düzgün aparmamış, iş meydançası, iş sahəsi və iş yerinin təşkilini, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini, həmçinin tikili, bina və konstrukiyaların quraşdırılması zamanı, quraşdırıcıların əvvəlcədən müəyyən edilmiş və etibarlı bərkidilmiş konstruksiyaların və ya ayaqaltılarn üstündə dayanmasını təmin etməmiş, nəticədə 15 oktyabr 2020-ci il tarixli 33 k saylı əmrə əsasən əmək müqaviləsi ilə “xxxx” MMC-də armaturçu-betonçu vəzifəsində işləyən Zərərçəkmiş şəxs 20.10.2020-ci il tarixdə, saat 12 radələrində tikilməkdə olan yaşayış binasının 0 nöqtəsindən, hesablandıqda İİ mərtəbəsinin döşəməsində olan taxta lövhələri döşəmə ilə torpaq ərazi arasında olan xəndək üzərində quraşdırılmış ayaqaltı meydançanın üzərinə yığan zaman meydançanı saxlayan borulardan biri yığılmış yüklərin ağırlığına tab gətirməyərək deformasiyaya uğrayıb əyilmiş, bundan sonra Zərərçəkmiş şəxs meydançanın qırılması ilə üzərində olan taxta lövhələrlə birlikdə xəndəyin dibinədək, yəni 8,5 metr dərinliyə yıxılaraq döş qəfəsinin küt travması, sol İ-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağ ciyərin cırılmış yaraları, pnevmohematoroks, L1-L4-L5 fəqərə cisminin, sağ mil sümüyünün, oma sümüyünün, hər iki oturaq və hər iki qasıq sümüklərinin, sağ budun yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ almacıq nahiyəsinin, sol qaş nahiyəsinin, döş qəfəsinin sol yan səthinin, sol baldırın yuxarı 1/3-nin iç səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin sıyrıqları kimi dərəcələrinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aid və ölümlə birbaşa səbəbli əlaqədə olan xəsarətlər almış, almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə səbəbindən 21.10.2020-ci il tarixdə Sumqayıt TTYX-da ölmüş, beləliklə o, inşa edilməkdə olan hündürmərtəbli yaşayış binasında aparılan tikinti işlərinə rəhbərlik edən zaman işlərin aparılmasının təhülkəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, tikinti sektorunda ayrı-ayrı tikintilərdə usta kimi işləmişdir. 04.04.2020-ci il tarixdən "xxxx” MMC-də betonçu qəlibçi briqadiri kimi işə götürülmüşdür. İşə qəbul olunan zaman onunla əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində də vəzifəsi bu formada göstərilmişdir. Faktiki olaraq tikintidə ümumi olaraq bütün işlərin briqadiri kimi fəaliyyət göstərmişdir. “xxxx” MTK ilə “xxxx” MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı “xxxx” MMC, sifarişçi “xxxx” MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış binasının tikintisini başa çatdırıb təhvil verməlidir. Binanin hadisə baş verən anadək 0 nöqtəsindən 3-cü mərtəbəsinə kimi olan hissəsi tikilmişdir. Tikintidə işin gedişatından asılı olaraq iş zamanı dəmirçi, qəlibçi, betonçu, fəhlələrdən istifadə olunmuşdur. İşçilərə dəbilqə, əlcək və geyim forması, yüksəlikdə işləyənlərə kəndir və primetr verməsi üçün qırılmayan kəndir verilir. Həmin geyim vasitələri və ləvazimatların verilməsi ilə bağlı anbarda qeydiyyat aparılır. Əməyin təhlükəsizliyi (Sətəm) üzrə mühəndis isə Şahid2dur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis kimi işçilərə bütün təlimatları mühəndis Rauf izah edir və jurnallara qol çəkdirir. Ama əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair tədbirlərin həyata keçirilməsinə dair işlərin təmin edilməsi özü tərəfindən həyata keçirilir. Tikintidə iş icraçısı vəzifəsini icra edən hər hansı bir şəxs yoxdur. O, briqadir kimi tikintidə həm də iş icraçısı vəzifəsini icra edir. Belə ki, bununla bağlı onunla əmək müqaviləsi bağlanan gün ayrıca əmr verilmiş və tikinti ərazisində işin təşkili, işçilər arasında iş bölgüsünün həyata keçirilməsi və iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının icrasına nəzarət vəzifələri ona həvalə edilmişdir. Briqadir kimi vəzifəsi səhər iş başlamadan öncə işçilərin texniki təhlükəsizlik üzrə təlimatlandırılmasında iştirak etmək, təlimatlandırılmasının təmin edilməsində rəhbərlik etmək, bundan sonra layihə üzrə iş bölgüsünü həyata keçirməkdən ibarətdir. Tikintidə həyata keçirilən işləri isə “xxxx“ MTK-nın əməkdaşı texniki nəzarətçi Şahid4 ondan təhvil almışdır. İş saatı 08-dən 18-ə qədər davam edir. Saat 11 və 16-da 20 dəqiqəlik çay fasiləsi vardır. Nahar isə 13-dən 14-ə qədər davam edir. Həmçinin hər sahə üzrə yəni, qəlibçilərin, dəmirçilər və s. baş ustaları vardır. Onlar da öz sahələri üzrə işə nəzarət edir, bəzi hallarda həmin baş ustalar özləri də müvafiq işləri icra edirlər. Zərərçəkmiş şəxs ilə şirkət arasında 15.10.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs müqaviləyə əsasən betonçu kimi işə götürülmüş, qəlib işlərini həyata keçirməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs tikintidə işə cəlb olunmasında qonşusu Şahid3 vasitəçi olmuşdur. Zərərçəkmiş şəxslə müqavilə 15 oktyabrda bağlansa da işə başlaması növbəti həftənin 1-ci günündən yəni 19.10.2020-ci il tarixdən nəzərdə tutulmuşdur. Səməd 19.10.2020-ci il tarixdə işə başlamış, işə başlamadan ilk öncə giriş təlimatı, yanğın təhlükəsizliyi və ilkin təlimat keçirilmiş və sənədlərə imza atılmışdır. Həmçinin Səmədə həm 19 həm də 20 oktyabr tarixlərdə işqabağı təlimatlar da keçirilmişdir. 20.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs işə gəlmiş müvafiq təlimatlanmadan sonra işə başlamışdır. O, Zərərçəkmiş şəxs hadisə baş verən gün həyata keçirəcəyi taxta lövhələrin xəndək üzərində olan meydançaya yığılması işlərini icra etməsini tapşırmışdır. Hadisə baş vermədən öncə Zərərçəkmiş şəxs işlədiyi yerə gəlmiş və ona artıq meydança üzərinə yığdığı taxtaların kifayət etdiyini, daha ora taxta yığmamasnı demişdir. Meydançanın özü də taxta materialdan hazırlanmışdır və hər iki tərəfindən ona bərkildilmiş atmalarla xəndəyin üzərində olmuş, bundan başqa yerdən yuxarı qalxan dirəklər də meydançaya dəstək vermişdir. Saat təxminən 12 radələrində möhkəm səs gəlmişdir. Dərhal səs olan istiqamətə yəni, tikintinin V.Plotnikov küçəsi olan tərəfə gəlmiş və bu zaman Zərərçəkmiş şəxs iş gördüyü meydança dağılıb qırıldığını, meydança üzərinə yığdığı taxta materialların yerə töküldüyünü, Səmədin özünün də binanın alt hissəsində uzanıqlı vəziyyət olduğunu, yəni təxminən 8,5 metr hündürlükdən yerə yıxıldığını başa düşmüşdür. Hadisədən sonra dirəklərdən birinin əyildiyini görmüşdür. Meydança üzərində həddən artıq materialın yığılmağı meydançanın ağırlığa tab gətirməyərək qırılmasına səbəb olmuşdur. Görünür həmin əyilmiş dayaq artıq keyfiyyətini itirmiş və ağır yükə tab gətirməmişdir. Tez işçilərin köməyi ilə Səmədi oradan çıxarmış və TTYS-yə məlumat vermişlər. Həmin vaxt Səmədin huşu özündə olmuş və danışa bilmişdir. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Səməd xəstəxanaya aparılmış, bir gün sonra, yəni 21.10.2020-ci il tarixdə rəhmətə getmişdir. İş zamanı Zərərçəkmiş şəxs kəmərdən istifadə etməmişdir. Düzdür Səməd işə gəlib kəməri təhvil almışdır. Lakin niyə istifadə etmədiyini bilməmişdir. Həmin vaxt hələ də qəlib söküntüsü həyata keçirildiyindən və materiallar ərazidən tam çıxarılmadığından döşəmənin sonunda sütunlar arası məhəccər düzəldilməmişdir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyi ilə tam razıdır. Hadisə onun səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, 20.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs hadisə baş verən gün həyata keçirəcəyi taxta lövhələrin xəndək üzərində olan meydançaya yığılması işlərini icra etməsini o, tapşırmışdır. Hadisə baş vermədən öncə Zərərçəkmiş şəxs işlədiyi yerə gəlmiş və artıq meydança üzərinə yığdığı taxtaların kifayət etdiyini, daha ora taxta yığmamasını demişdir. Ancaq sonradan Səmədin işi dayandırıb-dayandırmamasına nəzarət edə bilməmişdir. Saat təxminən 12 radələrində isə hadisə baş vermişdir. Səmədin işi dayandırmasını qətiyyətlə tələb edib buna nail olsa, bədbəxt hadisə verməyəcəkdi. Hal-hazırda əməlindən səmimi peşmandır, tərəfindən zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi yardım göstərilmiş, barışıq əldə olunmuş, ondan şikayətləri yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Atası Zərərçəkmiş şəxs əslən Yardımlı rayonundandır. Atası Zərərçəkmiş şəxs əvvəllər Yardımlı rayonunda yaşamış, ailə qurduqdan sonra isə Sumqayıt şəhərində məskunlaşmışdır. Ailələri 5 nəfərdən, iki qardaş və bir bacıdan ibarət olmuşdur. Anası evdar xanımdır. Bacısı ailə qurmuşdur və öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X11 də ailəlidir və öz ailəsi ilə ayrı yaşayır. O, öz ailəsi ilə birlikdə atası və anasının yaşadığı evdə məskunlaşmışdır. Atasının həm anası ilə, həm də övladları ilə münasibəti normal olmuşdur. Qohumlar tərəfindən də hamı xətrini istəmişdir. Səmimi və mehriban insan olmuşdur. Evin dolanışığı onun və atasının aylıq əmək haqqı hesabına olmuşdur. Atası Zərərçəkmiş şəxs uzun müddət idi ki, tikinti sektorunda işləmişdir. Ayr-ayrı vaxtlarda fərqli tikintilərdə fəhlə, usta kimi işləmişdir. Atasının bundan əvvəl sağlamlığa zərər vurma ilə məhkumluğu da olmuşdur. Atası Zərərçəkmiş şəxs 11 il həbs cəzası verilsə də, əvvəlcə cəzası 3 ilə endirilmiş, sonra isə 2 il vaxtından əvvəl azadlığa çıxmışdır. Təxminən 7 il idi ki, azadlıqda olmuşdur. Azadlığa çıxdıqdan dərhal sonra da işə başlamışdır. Zərərçəkmiş şəxs “xxxx” MTK-da işə yeni işə başlamışdır. 20.10.2020-ci il tarixdə saat təxminən 16 radələrində onlara tikintidən atasının hündürlükdən yıxılması və xəsarət alması barədə məlumat verilmişdir. Bu səbəbdən atasını Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparmışlar. O, dərhal qardaşı ilə birlikdə adı çəkilən yerə getmişdir. Həmin xəstəxanadakı vəziyyət onları qane etmədiyindən ərizə yazaraq atalarını xəstəxanadan çıxarmış və TTYS avtomobili ilə Sumqayıt şəhərində yerləşən TTY xəstəxanasına aparmışlar. 21 oktyabr 2020-ci il tarixdə isə atası həmin xəstəxanada vəfat etmişdir. Bundan sonra tikinti şirkətinin əməkdaşları dəfn proseslərində onlara maddi köməklik də etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər ayrı-ayrı tikintilərdə fəhlə, baş usta, briqadir və iş icraçısı kimi işləmişdir. 2016-cı ildən “xxxx” MMC-ni təsis etmiş və MMC-nin direktoru kimi fəaliyyət göstərir. 20 fevral 2020-ci il tarixdə “xxxx” MMC və “xxxx” MTK arasında № 0001 TPM nömrəli tikinti podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı “xxxx” MMC, sifarişçi “xxxx” MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış binasının tikintisini başa çatdırıb təhvil verməlidir. Binanin indiyədək 0 nöqtəsindən 3-cü mərtəbəsinə kimi olan hissəsi tikilmişdir. Müqaviləyə əsasən tikintinin ən geci 3 il müddətinə yəni, 20.02.2023-cü il tarixədək yekunlaşması nəzərdə tutulmuşdur. Tikintində iş icraçısı vəzifəsini icra edən hər hansı bir şəxs olmadığından onun vəzifələrini də briqadir Təqsirləndirilən şəxs həyata keçirir. Belə ki, bununla bağlı Kamillə əmək müqaviləsi bağlanan gün tərəfindən ayrıca əmr verilmiş və tikinti ərazisində işin təşkili, işçilər arasında iş bölgüsünün həyata keçirilməsi və iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının icrasına nəzarət vəzifələri Təqsirləndirilən şəxs həvalə edilmişdir. İş bölgüsünü briqadir Kamil Seyidəliyev həyata keçirir, işlərə ümumi nəzarəti həm özü həm də işlərə uyğun olaraq ona kömək edən baş ustalar həyata keçirir. Əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair tədbirlərin həyata keçirilməsinə dair işlərin təmin edilməsi vəzifəsi ümumilikdə briqadir Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Təlimatların keçirilməsi, jurnallara imza atılması isə mühəndis tərəfindən icra edilir. Əməyin təhlükəsizliyi (Sətəm) üzrə mühəndis isə Şahid2dur. İşə qəbul olunan işçilərə giriş təlimatı, yanğın təhlükəsizliyi, iş qabağı təlimat və briqadirin iştirakı ilə ilkin təlimat keçirilmişdir. Həmçinin hər gün işə gələn işçilərə iş qabağı təlimat keçirilir və müvafiq jurnala qeydiyyat aparılmaqla imza atılmışdır. Tikintidə həyata keçirilən işləri isə “xxxx“ MTK-nın əməkdaşı texniki nəzarətçi Şahid4 təhvil alır. İş saatı 08-dən 18-ə qədər davam edir. Saat 11 və 16da 20 dəqiqəlik çay fasiləsi vardır. Nahar isə 13-dən 14-ə qədər davam edir. İşçilər səhər 08-də işə gəlib müvafiq iş geyimlərini geyindikdən sonra briqadir iş bölgüsünü həyata keçirir və aidiyyəti üzrə icra edilməsi üçün tapşırır. Həmçinin hər sahə üzrə yəni, qəlibçilərin, dəmirçilər və s. baş ustaları vardır. Onlar da öz sahələri üzrə briqadirə işə nəzarət hissəsində kömək edirlər. Bəzi hallarda həmin baş ustalar özləri də müvafiq işləri icra edirlər. Zərərçəkmiş şəxs ilə şirkət arasında 15.10.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs müqaviləyə əsasən betonçu kimi işə götürülmüşdür. Zərərçəkmiş şəxs qəlib işlərini həyata keçirməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslə müqavilə 15 oktyabrda bağlansa da, işə başlaması növbəti həftənin 1-ci günündən yəni 19.10.2020-ci il tarixdən nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs 19.10.2020-ci il tarixdə işə başlamışdır. Zərərçəkmiş şəxs işə başlamadan ilk öncə giriş təlimatı, yanğın təhlükəsizliyi və ilkin təlimat keçirilmiş və sənədlərə imza atılmışdır. Həmçinin Səmədə həm 19 həm də 20 oktyabr tarixlərdə işqabağı təlimatlar da keçirilmişdir. 20.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs işə gəlmiş, müvafiq təlimatlanmadan sonra işə başlamışdır. Görülən işlərin icra edilməsi ilə bağlı tapşırığı və ümumi nəzarəti briqadir Təqsirləndirilən şəxs həyata keçirmişdir. Səməd qəlib işləri gördüyündən işinə nəzarətdə köməkliyi həmin sahə üzrə baş usta Şahid3 həyata keçirmişdir. Məlumatına görə Zərərçəkmiş şəxs qəliblərin söküntüsü işlərini görmüşdür. 20.12.2020-ci il tarixdə o özü də tikinti ərazisində olmuşdur. Saat təxminən 12 radələrində binanın 1-ci mərtəbəsində olan zaman möhkəm səs gəlmiş və səsdən hadisə baş verdiyini başa düşmüşdür. Dərhal səs olan istiqamətə yəni, tikintinin V.Plotnikov küçəsi olan tərəfə gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs iş gördüyü meydançanın dağılıb qırıldığını, meydança üzərinə yığdığı taxta materialların yerə töküldüyünü, Səmədin özünün də binanın alt hissəsində uzanıqlı vəziyyət olduğunu, yəni təxminən 8,5 metr hündürlükdən yerə yıxıldığını görmüşdür. Tez işçilərin köməyi ilə Səmədi oradan çıxarmışlar. Həmin vaxt Səmədin huşu özündə olmuş, danışa bilmişdir. Dərhal bu barədə TTYS-yə məlumat vermiş və həkimlər tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs onun da iştirakı ilə 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmışdır. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Qısa müddət sonra Səmədin oğlu oraya gəlmiş və özlərinin Sumqayıtda yaşaması səbəbindən gedib-gəlmək rahat olacağından Səmədi Sumqayıt TTY xəstəxanasına aparmışlar. Hadisədən sonra bina ərazisində olan təhlükəsizlik kamerasının görüntülərinə baxdıqda Səmədin həmin meydança üzərində həddən artıq çox taxta material yığdığını və meydançanın ağırlığa tab gətirmədiyindən qırıldığını görmüşlər. Bundan sonra isə həm taxtalar yerə tökülmüş, həm də Səməd özü hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. Hadisədən bir gün sonra, yəni 21.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat etdiyini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat texnilogiya fakültəsinin fövqəladə hallar və həyat təhlükəsizliyi ixtisası üzrə bitirmişdir. Bundan sonra əmək fəaliyyətinə başlamış və müxtəlif şirkətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis kimi işləmişdir. 22.06.2020-ci il tarixdən “xxxx” MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis kimi işə başlamışdır. İşə qəbul olunan zaman onunla əmək müqaviləsi bağlanmışdır. Əməyin mühafizəsi və texniki təhlkükəsizlik üzrə mühəndisi kimi işçilərin əməyin mühafizə və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət edir, təhlükəsizlik qaydaları ilə bağlı lazımi ləvazimatların alınması üçün müdiriyyətə müraciət edir və s. işlər həyata keçirir. “xxxx” MMC-nin direktoru Şahid1dur. “xxxx” MTK ilə “xxxx” MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı “xxxx” MMC, sifarişçi “xxxx” MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış binasının tikintisini başa çatdırıb təhvil verməlidir. Binanın indiyədək 0 nöqtəsindən 3-cü mərtəbəsinə kimi olan hissəsi tikilmişdir. Tikintidə işin gedişatından asılı olaraq iş zamanı dəmirçi, qəlibçi, betonçu, fəhlələrdən istifadə olunur. Tikintində iş icraçısı vəzifəsini icra edən hər hansı bir şəxs olmadığından iş icraçısı vəzifələrini də briqadir Təqsirləndirilən şəxs həyata keçirir. Tikintidə həyata keçirilən işləri isə “xxxx“ MTK-nın əməkdaşı texniki nəzarətçi Şahid4 təhvil alır. O, işə qəbul olunan işçilərə giriş təlimatı, yanğın təhlükəsizliyi, iş qabağı təlimat və briqadirin iştirakı ilə ilkin təlimat keçmişdir. Ama əməyin mühafizəsi və texniki təhlükəsizliyinə dair tədbirlərin həyata keçirilməsinə dair işlərin təmin edilməsi vəzifəsi ümumilikdə briqadir Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Həmçinin hər gün işə gələn işçilərə iş qabağı təlimat keçirilmiş və müvafiq jurnala qeydiyyat aparılmaqla imza atılmışdır. İş saatı 08-dən 18-ə qədər davam etmişdir. Saat 11 və 16-da 20 dəqiqəlik çay fasiləsi vardır. Nahar isə 13-dən 14-ə qədər davam edir. İşçilər səhər 08-də işə gəlib müvafiq iş geyimlərini geyindikdən sonra briqadir iş bölgüsünü həyata keçirir və aidiyyəti üzrə icra edilməsi üçün tapşırır. Həmçinin hər sahə üzrə yəni, qəlibçilərin, dəmirçilər və s. baş ustaları vardır. Onlar da öz sahələri üzrə briqadirə işə nəzarət hissəsində kömək edir, bir növ briqadirin köməkçiləri kimi fəaliyyət göstərirlər. Bəzi hallarda həmin baş ustalar özləri də müvafiq işləri icra edirlər. İşçilərə kaska, əlcək və geyim forması, yüksəlikdə işləyənlərə kəndir və primetr geyinməsi üçün qırılmayan kəndir verilmiş, həmin geyim vasitələri və ləvazimatların verilməsi ilə bağlı anbarda qeydiyyat aparılmışdır. Məlumatına görə Zərərçəkmiş şəxs ilə şirkət arasında 15.10.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs müqaviləyə əsasən betonçu kimi işə götürülmüşdür. Zərərçəkmiş şəxs qəlib işlərini həyata keçirməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxslə müqavilə 15 oktyabrda bağlansa da işə başlaması növbəti həftənin 1-ci günündən yəni 19.10.2020-ci il tarixdən olacağı deyilmişdir. Zərərçəkmiş şəxs 19.10.2020-ci il tarixdə işə başlamadan ilk öncə giriş təlimatı, yanğın təhlükəsizliyi, ilkin təlimat keçirilmiş və sənədlərə imza atılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs işə başlamışdır. Həmçinin Zərərçəkmiş şəxs həm 19 həm də 20 oktyabr tarixlərdə işqabağı təlimatlar da keçirilmişdir. Səmədə hündürlükdə işləyərkən kəmər taxmağı, sahədə mismarlı taxta olmamasına diqqət yetirməsini, nərdivandan düzgün istifadə etməsini, mişardan düzgün şəkildə istifadə etməsini, yükqaldırma əməliyyatı və yüklərin daşınması əməliyyatını və s. izah etmişdir. 20.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs işə gəlmiş, müvafiq təlimatlanmadan sonra işə başlamışdır. Görülən işlərin icra edilməsi ilə bağlı tapşırığı və ümumi nəzarəti briqadir Təqsirləndirilən şəxs həyata keçirmişdir. Səməd qəlib işləri gördüyündən onun işinə nəzarətdə köməkliyi həmin sahə üzrə baş usta Şahid3 icra etmişdir. Həmin gün Zərərçəkmiş şəxs tikintinin V.Plotnikov küçəsinə baxan hissəsində qəliblərin söküntüsü işlərini gördüyünü müşahidə etmişdir. O, saat 10 radələrində tikinti ərazisini gəzəndə Səmədin kəmərinin döşəmə üzərində olduğunu və onun istifadə etmədiyini görmüş, Səməddən hansı səbəbdən kəmərdən istifadə etmədiyini soruşduqda ona meydança üzərində iş həyata keçirən zaman kəməri taxacağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin gün binanın 0 nöqtəsindən hesablandıqda İİ mərtəbəsində işləmişdir. Səməd həmin işləri binanın döşəməsi ilə bina ilə təxminən 4-5 metr aralıda olan torpaq hissə üzərinə atılmış atmalar üzərində quraşdırılmış meydançanın üzərində görmüşdür. Səməd döşəmə üzərində olan qəlib qurmaq üçün nəzərdə tutulmuş taxta materialları həmin meydançanın üzərinə yığmışdır. Sonradan xüsusi texnika vasitəsilə həmin materialların bir mərtəbə yuxarı qaldırılması və ordakı qəlib işlərində istifadə edilməsi nəzərdə tutulmuşdur. İşçilər yalnız briqadir Təqsirləndirilən şəxs göstərişi əsasında hər hansı işi icra edirlər. Bu səbəbdən düşünür ki, həmin işi də Səmədə Kamil tapşırmışdır. Qeyd olunan meydança döşəmə ilə torpaq arasında atmalardan əlavə yerdən də dəmir dirəklərlə dəstəklənmişdir. Saat təxminən 12 radələrində binanın 1-ci mərtəbəsində olan zaman möhkəm səs gəlmişdir. Səsdən hadisə baş verdiyini başa düşmüşdür. Dərhal səs olan istiqamətə yəni, tikintinin V.Plotnikov küçəsi olan tərəfə gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs iş gördüyü meydançanın dağılıb qırıldığını, dirəklərdən birinin əyildiyini, meydança üzərinə yığdığı taxta materiallar yerə töküldüyünü, Səmədin özünün də binanın alt hissəsində uzanıqlı vəziyyətdə olduğunu, yəni təxminən 8,5 metr hündürlükdən yerə yıxıldığını görmüşdür. Tez işçilərin köməyi ilə Səmədi oradan çıxarmışlar. Həmin vaxt Səmədin huşu özündə olmuşdur və danışa bilmişdir. Dərhal bu barədə TTYS-yə məlumat vermişlər və həkimlər tərəfindən Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra isə Səməd xəstəxanaya aparılmışdır. Hadisədən sonra bina ərazisində olan təhlükəsizlik kamerasının görüntülərinə baxdıqda Səmədin həmin meydança üzərində həddən artıq çox taxta material yığdığını və meydançanın ağırlığa tab gətirmədiyindən qırılmasını görmüşlər. Bundan sonra isə həm taxtalar yerə tökülmüş, həm də Səməd özü hündürlükdən yerə yıxılaraq xəsarət almışdır. Həmin vaxt hələ də qəlib söküntüsü həyata keçirildiyindən və materiallar ərazidən tam çıxarılmadığından qeyd olunan məhəccər düzəldilməmişdir. Hadisədən bir gün sonra, yəni 21.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat etdiyini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, 1968-ci ildən bəri Bakı şəhərinə köçmüş və burada məskunlaşmışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin inşaat fakültəsini bitirmiş, bundan sorna 17 il ərzində Layihə İnstitutunda işləmişdir. Uzun müddətdir ki, tikinti sektorunda fəaliyyətini davam etdirir. 2020-ci ilin mart ayından “xxxx” MTK-da texniki nəzarətçi vəzifəində işləyir. Onun şirkətlə əmək müqaviləsi olmuşdur. Belə ki, 20 fevral 2020-ci il tarixdə “xxxx” MMC və “xxxx” MTK arasında № 0001 TPM nömrəli tikinti podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı “xxxx” MMC, sifarişçi “xxxx” MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış binasının tikintisini başa çatdırıb təhvil verməlidir. Binanin indiyədək 0 nöqtəsindən 3-cü mərtəbəsinə kimi olan hissəsi tikilmişdir. Müqaviləyə əsasən tikintinin ən geci 3 il müddətinə yəni, 20.02.2023-ci il tarixədək yekunlaşması nəzərdə tutulmuşdur. Onun texniki nəzarətçi kimi fəaliyyəti binanın layihəyə uyğun tikilməsinə nəzarətdən ibarətdir. Tikintidə həyata keçirilən işlərin layihəyə uyğun olub-olmaması onun tərəfindən təftiş edilir və hər hansı bir uyğunluq olmazsa işlərin həyata keçirilməsinə icazə verilir. Bundan sonra isə sonda o, həmin işin layihəyə uyğunluğunu təsdiq edərək podratçıdan təhvil alır və digər sahə üzrə eyni proseslər davam edir. Tikintinin briqadiri podratçı şirkət olan “xxxx” MMC-nin əməkdaşı Təqsirləndirilən şəxsdir. Tikintidə konkret olaraq iş icraçısı vəzifəsində işləyən şəxs yoxdur. Kamil həm də faktiki olaraq iş icraçısının vəzifələrini icra etmişdir. Bundan başqa məlumatına görə əməyin təhlükəsizliyi (sətəm) üzrə mühəndis isə Şahid2dur. Həmçinin hər sahə üzrə yəni, qəlibçilər, dəmirçilər və s. baş ustaları vardır. Onlar da öz sahələri üzrə işə nəzarət edirlər. Bəzi hallarda həmin baş ustalar özləri də müvafiq işləri icra edirlər. Rəsmi olaraq olmasa da, bir növ briqadirin köməkçiləri kimi fəaliyyət göstərirlər. O, hər gün işə getməmiş, müvafiq olaraq həftədə 2-3 dəfə tikinti ərazisinə gələrək nəzarəti həyata keçirmiş və müvafiq tapşırıqlar vermişdir. 20.10.2020-ci il tarixdə işə getməmişdir. Həmin gün günortadan sonra tikintidə sonradan adının Zərərçəkmiş şəxs olduğunu eşitdiyi bir nəfər işçinin hündürlükdən yıxılaraq xəsarət aldığını eşitmişdir. Növbəti gün isə həmin işçinin vəfat etdiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” X8 27.11.2020-ci il tarixli, 115 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: döş qəfəsinin küt travması, sol İ-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağ ciyərin cırılmış yaraları, pnevmohematoroks, L1-L4-L5 fəqərə cisminin, sağ mil sümüyünün, oma sümüyünün, hər iki oturaq və hər iki qasıq sümüklərinin, sağ budun yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ almacıq nahiyəsinin, sol qaş nahiyəsinin, döş qəfəsinin sol yan səthinin, sol baldırın yuxarı 1/3-nin iç səthinin, sol baldırın aşağı 1/3-nin ön səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla 21.10.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində (10 metrə qədər olan məsafə) əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanm əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu döş qəfəsinin küt travması nəticəsində daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir (cild 1, i/v 1-4). İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741-ci məhəllə ünvanıdır. Hadisənin baş verdiyi dəqiq yer tikintinin V.Plotnikov küçəsi hissəsində yerləşən girişdən tikinti ərazisinə daxil olduqda sol tərəfdədir. Mövcud məlumata görə 20.10.2020-ci il tarixdə saat 11:55-də qeyd olunan tikilməkdə olan yaşayış binasının İ mərtəbəsinin (0 nöqtədən hesablandıqda İİ mərtəbə) döşəməsi ilə binanın bilavasitə hissəsində qazılmış xəndəyin üzərində quraşdırılmış meydançanın uçulması nəticəsində, həmin zaman meydançanın üzərində olmuş Zərərçəkmiş şəxs 8,5 metr hündürlükdən aşağıya düşərək bədən xəsarəti almış və xəstəxanaya çatdırıldıqdan sonra 21.10.2020-ci il tarixdə xəstəxanada ölmüşdür. Baxış zamanı müəyyən edildi ki, binanın – 0 nöqtədən 3 mərtəbəsi tikilmişdir. Bina dəmirbeton gövdəlidir, yaşayış üçün təyinatlıdır. Baxış zamanı binada tikinti quraşdırma işləri davam etdirilir. Hadisə yerini “xxxx” MMC-nin sətəm üzrə əməkdaşı Şahid2 təqdim etdi. Müəyyən edildi ki, həmin yer V.Plotnikov küçəsində 2 taylı darvazadan tikinti sahəsinə daxil olduqda sol tərəfdə yerləşir, həmin yerə müvəqqəti istifadə olunan taxta nərdivandan qalxıldı. Binanın İİ mərtəbəsinin (0 nöqtəsindən) döşəməsi dəmir-beton örtüklüdür, üzərində müxtəlif təyinatlı tikinti materialları, tikinti tullantıları, taxtabond işlərinin görülməsi üçün istifadə olunan taxta-dikt lövhələr və s. vardır. Qeyd olunan mərtəbəyə qalxıb bir qədər sol tərəfə hərəkət etdikdən sonra aşırım hissədir. Baxış zamanı göründü ki, aşırım hissə məhəccərə alınmamış vəziyyətdə olmaqla, insanların həmin əraziyə yaxınlaşmaması üçün qırmızı siqnal lenti ilə əhatəyə alınmamışdır. Şahid2 bildirdiklərindən, eləcə də, hadisə yerinin videoçəkilişindən məlum oldu ki, hadisə baş verdiyi yer binanın “0” nöqtəsindən götürdükdə İİ mərtəbənin döşəməsiylə xəndək üzəri ilə atılmış atmaların üstündə quraşdırılmış meydançadır. Meydançanın sahəsi 3x3 metr təşkil edir. Döşənəyi hər birinin ölçüsü 1,5x1,5 metr olan taxta diktlərdən quraşdırılmış, döşənəyin altında dirək kimi müxtəlif diametrli polad borulardan istifadə edilmişdir. Ümumilikdə həmin İİ mərtəbənin döşəməsi ilə xəndəyin əks divarınadək məsafə təxminən 4,5 metr təşkil edir. Videogörüntülərdən məlum olur ki, hadisə ərəfəsində Zərərçəkmiş şəxs tərəfindən qeyd olunan meydançanın üzərinə üst-üstə olmaqla 2 sıra hüdünürlükləri təxminən 1,5 metr olmaqla taxta diktlər yığılmışdır. Hadisə zamanı meydançanı saxlayan dirəklərdən birinin əyilib yerdəyişməsi nəticəsində meydançanın, üzərindəki diktlərlə və üstünə çıxmış Zərərçəkmiş şəxslə birlikdə xəndəyin dibinədək, yəni 8,5 metr dərinliyə aşması nəticəsində bədbəxt hadisə baş vermişdir. Hadisə yerinə baxış keçirilən zaman Şahid2 uçulmuş meydançanın döşəməsini təşkil edən taxta diktlərdən birini əli ilə göstərərək təqdim etdi. Bununla bərabər hadisə zamanı əyilərək bina tərəfə bükülmüş dirək kimi istifadə olunmuş polad borunun da şəkilləri çəkilmişdir. Hadisə yerinin videogörüntüsü diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir (cild 1, i/v 2-5). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2020-ci il tarixli 10/3729 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İİİ- 4-80 TN və Q”-nın 2.1, 12.23 bəndlərinin və “İİİ-4-80 TN və Q”-nın 1saylı Əlavəsinin 12 bəndinin tələbləri pozulmuşdur. Göstərilən tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. O cümlədən, hadisə zamanı Zərərçəkmiş şəxs üzərindəki hərəkət edib dayandığı ayaqaltının konstruksiyasının dayanaqlığı (yəni, üzərinə yığılması nəzərdə tutulmş taxta materialların ağırlığına uyğun olaraq yükgötürmə qabiliyyəti) təmin edilməmişdir, belə ki, polad borudan ibarət yükdaşıyan dayaqlarından birinin deformasiyaya uğrayıb əyilməsi nəticəsində ayaqaltı bütövlükdə aşaraq hadisənin baş verməsini şərtləndirmişdir. “İİİ-4-80 TN və Q”-nın 2.1,12.23 bəndlərinin və “İİİ-4-80 TN və Q”-nın 1 saylı Əlavəsinin 12 bəndinin tələbləri, müəssisə üzrə verilmiş 145№-li 04.04.2020-ci il tarixli əmrə əsasən, üzərinə - tikinti ərazisində işin təşkili, işçilər arasında iş bölgüsünün həyata keçirilməsi və iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının icrasına nəzarət edilməsi vəzifələri həvalə edilmiş, Zərərçəkmiş şəxs bilavasitə iş rəhbəri olaraq hadisə zamanı gördüyü işin icrasını tapşırmış və özünün bildirdiyinə görə, iş sahəsində faktiki olaraq iş icraçısının vəzifələrini yerinə yetirmiş - betonçu qəlibçi briqadiri X4 tərəfindən pozulmuşdur. Baş vermiş hadisədə zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların pozulması müəyyən edilməmişdir (cild 1, i/v 241-245). İş materiallarında olan Bakı şəhər icra hakimiyyətinin 24.12.2014-cü il tarixli 614 nömərli sərəncamından görünür ki, “xxxx” MTK-nin 17.12.2014-cü il tarixli, 1 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsin üçün həmin kooperativə icazə verilmişdir (cild 1, i/v 27). İş materiallarında olan istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2020 nömrəli aktın 4.1-ci bəndinə əsasən “xxxx” MMC-nin betonçusu Zərərçəkmiş şəxs ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən “xxxx” MMC-nin briqadiri Təqsirləndirilən şəxs cavabdehliyi müəyyən edilmişdir (cild 1, i/v165). İş materiallarında olan 04 aprel 2020-ci il tarixli 01 k nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanılmış və 04.04.2020-ci il tarixdən “xxxx” MMC-də tikintidə betonçu qəlibçi briqadiri vəzifəsinə qəbul edilmişdir. Həmçinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi də elektron qaydada sistemə qeydiyyata salınmışdır. 04.04.2020-ci il tarixli 145 nömrəli əlavə əmrlə tikinti ərazisində işin təşkili, işçilər arasında iş bölgüsünün həyata keçirilməsi və iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının icrasına nəzarət işə götürüldüyü 04.04.2020-ci il tarixdən Təqsirləndirilən şəxs həvalə edilmişdir (cild 1, i/v 100-101). İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli 33 k №-li əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanılmış və 15 oktyabr 2020-ci il tarixdən “xxxx” MMC-də armaturçu-betonçu vəzifəsinə qəbul edilmişdir. Həmçinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi də elektron qaydada sistemə qeydiyyata salınmışdır (cild 1, i/v 87-93). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin idarənin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i/v 8). İş materiallarına əlavə olunmuş “qətimkan tədbiri seçilməsi haqqında” 22.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 44-5). İş materiallarında olan BRİHB-nın Xocəsən qəsəbəsi İƏD üzrə nümayəndəsi Ə.Haqverdiyev tərəfindən verilən 14.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Xocəsən qəsəbəsi Yeni-yol küçəsi 115 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət-təqdimat daxil olmayıb (cild 1, i/v 155). Məhkəməyə təqdim olunmuş 25.02.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət, iddia və mənəvi tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət qanunu sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilmə şəraitini və xarakterini, ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 120 (yüz iyirmi) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə tikinti sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-154/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-154/2021
08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver