Məhkəmə qərarları › İş №1(006)-154/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-154/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-154/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 16.06.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 35 saylı binanın 51 saylı mənzilinin giriş qapısının kilidini özündə olan istintaqa məlum olmayan buraçla sındırıb açdıqdan sonra oraya qanunsuz daxil olub mənzilin qonaq və yataq otaqlarından 50 manat dəyərində 3 hissədən ibarət mavi və ağ rəngli, atlas materialından olan 1 dəst pərdəni, 01 ədəd 30 manat dəyərində ağ rəngli pərdəni, 01 ədəd 300 manat dəyərində “Horacio” markalı, qara rəngli, 60 ölçülü, boyun və içərisi xəzli, astarlı dəri materialından olan kişi gödəkçəsini, 01 ədəd 50 manat dəyərində “Baibaolong” markalı, qara rəngli, XXL ölçülü kişi gödəkçəsini, 01 cüt 10 manat dəyərində “Bota" markalı, içərisi xəzli, qara rəngli yarımboğaz kişi ayaqqabısını, 01 cüt 5 manat dəyərində “Alberto Piero” markalı, qara rəngli kişi ayaqqabısını, 01 cüt 2 manat dəyərində “Lido Marinozzi” markalı, qara rəngli yay çəkələyini, 01 ədəd 20 manat dəyərində “Adidas F198” markalı, qırmızı-göy rəngli üst idman geyimini, 01 ədəd 15 manat dəyərində Türkiyə istehsalı olan “Billcee” markalı gödəkçəsini, 01 ədəd 15 manat dəyərində “Electrolux” markalı kiçik ölçülü qızdırıcını, 01 ədəd 10 manat dəyərində Çin istehsalı olan, “DC Brushless” markalı “AFC1212DE” model havalandırma qurğusunu, 01 ədəd 20 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, ağ rəngli havalandırma qurğusunu, 01 ədəd 10 manat dəyərində Türkiyə istehsalı olan “Ovivo” markalı qara rəngli elektrik şitinin qapağını, 01 ədəd 5 manat dəyərində “Mirsa İP40” markalı elektrik şitinin qapağını, 01 ədəd 25 manat dəyərində “Pioneer” markalı, “DV- 310S” model dvd aparatı, 01 ədəd 6 manat dəyərində “Meloniya” markalı su kranını, 01 ədəd 3 manat dəyərində “Brawo” markalı su kranını, 01 ədəd 5 manat dəyərində “Epos” markalı su kranını, 01 ədəd 10 manat dəyərində mavi rəngli uzun qol kişi köynəyini, 01 ədəd 50 manat dəyərində qara rəngli “Windsor” markalı gödəkçəsini, 01 ədəd 60 manat dəyərində “Paolo Gazz” markalı kişi kostyumunu, 01 ədəd 20 manat dəyərində “Rey Robson” markalı kişi pəncəyini, 01 ədəd 30 manat dəyərində “Tesla” markalı zolaq şəkilli gödəkçəni, 01 ədəd 25 manat dəyərində “Maks Mara” markalı qara rəngli gödəkçəni, 01 ədəd 15 manat dəyərində “Club Frendy” markalı qadın geyimini, 01 ədəd 50 manat dəyərində boz rəngli “Sheray” markalı uzun gödəkçəni, 01 ədəd 6 manat dəyərində bəzəkli əl çantasını, 01 ədəd 15 manat dəyərində 3 mərtəbəli çərəz qabını, 01 ədəd 40 manat dəyərində 7 şamlı xrustal çilçırağı, 01 ədəd 25 manat dəyərində 3 şamlı müxtəlif rəngli çilçırağı, 01 ədəd 10 manat dəyərində 1 şamlı qızılı rəngli çilçırağı, 01 ədəd 5 manat dəyərində “X7” yazıları olan led işıqları, 01 ədəd 3 manat dəyərində 3 girişli elektrik ötürücüsünü, 01 ədəd 4 manat dəyərində “Horoz” markalı 1 lampalı led işığı, 01 ədəd 6 manat dəyərində “Favorite” markalı led işığı, 01 ədəd 4 manat dəyərində “Hill Fan” markalı elektrik şitinin qapağını, 01 ədəd 1 manat dəyərində bir girişli “Dulmo” markalı elektrik keçiricisini, 01 ədəd 6 manat dəyərində xrustal led işığı, 01 ədəd 15 manat dəyərində havalandırma qurğusunu, 01 ədəd 8 manat dəyərində “Farmasi” markalı parfumeriya qabını, 01 ədəd 7 manat dəyərində “2015” yazısı olan suvenir su qabını, 01 ədəd 40 manat dəyərində nərd taxtasını, 01 ədəd 25 manat dəyərində akvarium suveniri, 01 cüt 3 manat dəyərində “Blear Bears” markalı çəkələyi, 01 cüt 3 manat dəyərində “Sport” markalı çəkələyi, 01 cüt 6 manat dəyərində süni dəri çəkələyi, 01 ədəd 16 manat dəyərində 2x1.30 ölçülü stolüstü süfrəni, 01 ədəd 12 manat dəyərində 1.80x1.20 ölçülü stolüstü süfrəni, 01 ədəd 23 manat dəyərində 2.90x1.60 ölçülü boz rəngli stolüstü süfrəni, 01 ədəd 3 manat dəyərində əl-üz dəsmalını, 01 ədəd 10 manat dəyərində qırmızı rəngli qadın xalatını, 01 ədəd 7 manat dəyərində Lovely yazılı qadın xalatını, 01 ədəd 6 manat dəyərində mavi rəngli gülli şəkilli qadın xalatını, 30 manat dəyərində boz rəngli gülli yataq örtüyü dəstini, 01 ədəd 13 manat dəyərində 1.80x1.70 ölçülü mavi rəngli zərli yataq örtüyünü, 01 ədəd 20 manat dəyərində 2x2 ölçülü qırmızı rəngli gülli şəkilli yataq örtüyünü, 01 ədəd 40 manat dəyərində gülli naxış formalı güldanı, 01 ədəd 40 manat dəyərində gülli naxışlı meyvə qabını, 01 ədəd 18 manat dəyərində meyvə qabı üçün səbəti, 70 manat dəyərində müxtəlif növ qaşıq-bıçaq-çəngəl dəstini, 01 ədəd 25 manat dəyərində "xxxx" MMC-yə məxsus möhürü, hər dəstinin qiyməti 6 manat olmaqla ümumilikdə 18 manat dəyərində kilidi ilə birlikdə qapı dəstəyini, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 4 manat dəyərində 2 ədəd sanitar qovşağının kranını, hər birinin qiyməti 5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 3 ədəd Çin istehsalı olan “Optonica” markalı led işıqları, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində “Favorite” markalı, 295x2955 mm ölçülü led işıqları, hər birinin qiyməti 10 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 3 ədəd gül formalı xrustal led işıqları, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 40 manat dəyərində 8 ədəd kiçik yumru formalı led işıqları, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 24 manat dəyərində 8 ədəd iki girişli “Dulmo" markalı elektrik keçiricilərini, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla, ümumilikdə 7 manat 50 qəpik dəyərində 3 ədəd “Dulmo” markalı bir girişli elektrik keçiricisini, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 5 manat dəyərində “Dulmo" markalı antena keçiricisini, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində “Dulmo” markalı elektrik işıq keçiricisini, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 32 manat dəyərində 16 ədəd asma tavan hissələrini, hər birinin qiyməti 4 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 6 ədəd “Siemens" markalı elektrik avtomatını, hər birinin qiyməti 9 manat olmaqla, ümumilikdə 18 manat dəyərində 2 ədəd “Horoz" markalı 3 lampalı led işıqları, hər birinin qiyməti 1 manat 50 qəpik olmaqla, ümumilikdə 4 manat 50 qəpik dəyərində 3 ədəd iki girişli “Dulmo" markalı elektrik keçiricilərini, hər birinin qiyməti 1 manat 50 qəpik olmaqla, ümumilikdə 3 manat dəyərində 2 ədəd “Dulmo" markalı elektrik işıq keçiricilərini, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd plastmast materiallı hamam aksesuarlarını, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 5 ədəd xrustal led işığın arxa hissələrini, hər birinin qiyməti 4 manat olmaqla, ümumilikdə 12 manat dəyərində 3 ədəd kvadrat şəkilli led işıqları, hər birinin qiyməti 5 manat olmaqla, ümumilikdə 10 manat dəyərində 2 ədəd “Brave” markalı Shower gelləri, hər birinin qiyməti 6 manat olmaqla, ümumilikdə 18 manat dəyərində 3 ədəd hamam dəsmallarını, hər birinin qiyməti 4 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 2 ədəd “Mudomay” markalı kişi corablarını, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 2 ədəd gülli naxış formalı vazanı, hər birinin qiyməti 5 manat olmaqla, ümumilikdə 10 manat dəyərində 2 ədəd şüşə materiallı külqabıları, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 50 manat dəyərində “Лучшие Меха Россия" markalanma yazıları olan, xəz materialından olan kişi üçün papağı və həmin günün məzənnəsi ilə 1770 manat təşkil edən 75.000 rus rublunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3629 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il yay aylarında işsiz olduğu üçün ona pul lazım olmuşdur. Bu səbəbdən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 35 saylı binanın 51 saylı mənzilinə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin mənzilin ev sahibinin rayonda olduğunu bilmişdir. 16.06.2021-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 35 saylı binanın 2-ci mərtəbəsinə qalxaraq sağ tərəfdə yerləşən 51 saylı mənzilin qapısını üzərində olan vintaçanla açaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqlara bir-bir baxış keçirtmişdir. Mənzilin qonaq otağında olan pərdələrini söküb yerindən çıxartmışdır ki, mənzildən oğurladığı əşyaları həmin pərdənin içinə rahat şəkildə yerləşdirə bilsin. Belə ki, mənzilin bütün otaqlarından müxtəlif növ mənzilə aid əşyaları yəni, mənzildə olan gödəkcələri, kostyum və pencəkləri, qadın geyimlərini, qadın xalatlarını, idman geyimlərini, ətirləri, parfumeriya məhsullarını, çəkələkləri, ayaqqabıları, papağı, süfrələri, dəsmalları, çərəz qabı, meyvə qabı, güldanı, vaza, qaşıq-bıçaq-çəngəl dəsti, külqabıları, yataq örtüklərini, corabları, suvenirləri, nərd taxtanı, həmin pərdənin içərisinə yığmışdır. Daha sonra mənzilin otaqlarından elektrik keçiricilərini, elektrik şitini, müxtəlif növ xrustal led işıqları, led işıqları, çilçıraqları, su şlanqları, hamam aksesuarları, havalandırma qurğularını, asma tavanları, santexnik avadanlığını, mənzilin qapılarının dəstəklərini söküb pərdənin içərisinə qoymuşdur. Qonaq otağında olan DVD markalı maqnitafonu götürmüşdür. Təxminən saat 18:00-da mənzildən çıxaraq oradan uzaqlaşmışdır. Mənzildən oğurladığı əşyaları yaşadığı ünvan 2 ünvana gələrək otaqda saxlamışdır. O, əşyaları evə gətirərkən evdə həyat yoldaşı Sabinaya özünə yeni iş tapdığını, evlərin birində təmir işləri apardığını, evə gətirdiyi əşyaların həmin evə məxsus olduğunu və həmin evdə təmir işləri apardığına görə ona maneə törətdiyindən bir müddət burada qalacağını bildirmişdir. Həyal yoldaşı Sabinaya oğurluq cinayətini törətdiyini deməmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, işi ilə əlaqədar rayonda yaşayır. 17.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 35, mənzil 51 ünvanında yerləşən mənzilə gələn zaman mənzilin giriş qapısının kilidinin qırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olan zaman görmüşdür ki, evdən bir çox əşya oğurlanmışdır. O, dərhal DİN-nin 102-zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları oğurluq edən şəxsin onun qonşusu Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs oğurlanan əşyaları sata bilməmiş, əşyalar onun özünə qaytarılmışdır. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2015-ci ildən rəsmi nikahla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 2 azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Mixail ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 35A, mənzil 32-də qeydiyyatda olmaqla yaşamışlar. Əvvəllər Mixailin öz biznesi olmuş, reklam işi ilə məşğul olmuşdur. Pandemiya başlayandan sonra şirkət bağlanmış və işsiz qalmışdır. Bir dəfə Mixail yaşadıqları mənzilə gələrək ona tanışına məxsus mənzildə təmir işləri apardığını bildirmişdir. Sonra pərdənin içərisində müxtəlif növ mənzilə aid əşyaları evə gətirməyə başlamış və ona ev sahibinin başqa ölkəyə istirahətə getdiyini, əşyaları təmir zamanı çirklənməsin deyə evə gətirdiyini, təmir işləri qurtarandan sonra qaytaracağını demişdir. Noyabr ayında polislər Mixaili tutanda sonuncunun cinayət törətdiyini və həmin əşyaları oğurladığını bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 19.11.2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.67); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-521/2021 saylı, 20.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.133-137); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-554/2021 saylı 14.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 19 fevral 2022-ci il tarixədək müddətə uzadılmışdır (i.v.185-188); - “Götürmə aparılması haqqında” 19.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mavi rəngdə pərdə, 1 ədəd ağ rəngdə tül, 1 ədəd “Horacio” markalı dəri gödəkçə, 1 ədəd “Baibqolong” markalı gödəkçə, 1 ədəd norka papaq, 1 cüt “Bota” markalı qış ayaqqabısı, 1 cüt “Alberto Piero” markalı yay ayaqqabısı, 1 cüt “Lido Marinozzi” markalı yay çəkələyi, 1 ədəd “Adidas” markalı idman geyimi, 1 ədəd “Abbillcee” markalı idman geyimi, 1 ədəd “Electrolux” markalı qızdırıcı, 3 ədəd kilidi ilə birlikdə qapı dəstəyi, 1 ədəd “Made in Chine” istehsalı olan “DC BRUSHLESS” markalı havalandırma qurğusu, 1 ədəd markasız havalandırma qurğusu, 1 ədəd “Ovivo” markalı Türkiyə istehsalı olan qara rəngli elektrik şitinin qapağı, 1 ədəd “Mirsa” markalı elektrik şitinin qapağı, 1 ədəd “Pioneer DV310S” markalı DVD maqnitafon, 1 ədəd “Meloniya” markalı su krantı, 1 ədəd “Brawo” markalı su krantı, 1 ədəd “Epos” markalı su krantı, 2 ədəd sanitar qovşağının krantı, 1 ədəd 7 lampalı xrustal çilçıraq, 1 ədəd 3 lampalı çilçıraq, 1 ədəd 1 lampalı çilçıraq, 3 ədəd “Optonica” markalı led işıqlar, 2 ədəd “Favorite” markalı led işıqlar, 1 ədəd yumru formalı “Panel light” maraklı led işıq, 3 ədəd gül formalı xrustal led işıqlar, 8 ədəd kiçik yumru formalı led işıqlar, 8 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 3 ədəd “Dulmo” markalı bir girişli elektrik keçiricilər, 2 ədəd “Dulmo” markalı antena keçiriciləri, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 16 ədəd asma tavanın hissələri, 1 ədəd 3 girişli elektrik ötürücüsü götürülmüşdür (i.v.79-80); - “Maddi sübutun tanınması haqqında” 19.11.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 tərəfindən ünvan 3 ünvandan oğurlanmış 1 ədəd mavi rəngdə pərdə, 1 ədəd ağ rəngdə tül, 1 ədəd “Horacio” markalı dəri gödəkçə, 1 ədəd “Baibqolong” markalı gödəkçə, 1 ədəd norka papaq, 1 cüt “Bota” markalı qış ayaqqabısı, 1 cüt “Alberto Piero” markalı yay ayaqqabısı, 1 cüt “Lido Marinozzi” markalı yay çəkələyi, 1 ədəd “Adidas” markalı idman geyimi, 1 ədəd “Abbillcee” markalı idman geyimi, 1 ədəd “Electrolux” markalı qızdırıcı, 3 ədəd kilidi ilə birlikdə qapı dəstəyi, 1 ədəd “Made in Chine” istehsalı olan “DC BRUSHLESS” markalı havalandırma qurğusu, 1 ədəd markasız havalandırma qurğusu, 1 ədəd “Ovivo” markalı Türkiyə istehsalı olan qara rəngli elektrik şitinin qapağı, 1 ədəd “Mirsa” markalı elektrik şitinin qapağı, 1 ədəd “Pioneer DV310S” markalı DVD maqnitafon, 1 ədəd “Meloniya” markalı su krantı, 1 ədəd “Brawo” markalı su krantı, 1 ədəd “Epos” markalı su krantı, 2 ədəd sanitar qovşağının krantı, 1 ədəd 7 lampalı xrustal çilçıraq, 1 ədəd 3 lampalı çilçıraq, 1 ədəd 1 lampalı çilçıraq, 3 ədəd “Optonica” markalı led işıqlar, 2 ədəd “Favorite” markalı led işıqlar, 1 ədəd yumru formalı “Panel light” maraklı led işıq, 3 ədəd gül formalı xrustal led işıqlar, 8 ədəd kiçik yumru formalı led işıqlar, 8 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 3 ədəd “Dulmo” markalı bir girişli elektrik keçiricilər, 2 ədəd “Dulmo” markalı antena keçiriciləri, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 16 ədəd asma tavanın hissələri, 1 ədəd 3 girişli elektrik ötürücüsü maddi sübut kimi tanınmışdır (i.v.89-90); - “Axtarış və götürmə aparılması haqqında” 01.12.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda axtarış nəticəsində 1 ədəd “Siemens” markalı elektrik avtomatı, 2 ədəd “Horoz” markalı 3 lampalı led işıqları, 1 ədəd “Horoz” markalı 1 lampalı led işıq, 1 ədəd “Favorite” markalı led işıq, 1 ədəd qara rəngli “Hill Fan” markalı elektrik şitinin qapağı, 3 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 1 ədəd bir girişli “Dulmo” markalı elektrik keçiricisi, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 3 ədəd plastmas materiallı hamam aksesuarları, 1 ədəd xrustal led işıq, 5 ədəd xrustal led işığın arxa hissələri, 3 ədəd kvadrat şəkilli led işıqlar, 1 ədəd asma tavanın led işığı, 1 ədəd havalandırma qurğusu, 2 ədəd “Brave” markal Shower gellər, 1 ədəd “Farmasi” markalı parfumeriya qabı, 1 ədəd kiçik ölçülü kvadrat şəkilli led işıq, 1 ədəd “Davidoff Champion“ markalı ətir, 1 ədəd “Dolce Gabana light blue” markalı ətir, 1 ədəd “Platinum” markalı ətir, 1 ədəd “X6” markalı ətir, 1 ədəd “White Pearl” markalı ətir, “1 ədəd Brave” markalı ətir, 1 ədəd “Sheikk” markalı ətir, 1 ədəd “Balea men” markalı deodorant, 1 ədəd “2015” yazısı olan suvenir, 1 ədəd nərd taxtası, 1 ədəd akvarium suveniri, 1 cüt “Blear Bears” markalı çəkələk, 1 cüt “Sport” markalı çəkələk, 1 cüt dəri çəkələk, 2 ədəd stolüstü süfrələr, 1 ədəd boz rəngli stolüstü süfrə, 3 ədəd hamam dəsmalları, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd qırmızı rəngli qadın xalatı, 1 ədəd Lovely yazılı qadın xalatı, 1 ədəd mavi rəngli gülİi şəkilli qadın xalatı, 1 dəst boz rəngli güllü şəkilli yataq örtüyü, 1 ədəd mavi rəngli zərli yataq örtüyü, 1 ədəd qırmızı rəngli güllü şəkilli yataq örtüyü, 2 ədəd “Mudomay” markalı kişi corabları, 1 ədəd mavi rəngli kişi köynəyi, 1 ədəd “Windsor” markalı gödəkçə, 1 dəst “Paolo Gazz” markalı kostyum, 1 ədəd “Rey Robson” markalı pəncək, 1 ədəd “Tesla” markalı zolaq şəkilli gödəkçə, 1 ədəd “Maks Mara” markalı qara rəngli gödəkçə, 1 ədəd “Club Frendy” markalı qadın geyimi, 1 ədəd boz rəngli “Sheray” markalı uzun gödəkçə, 1 ədəd bəzəkli əl çantası, 1 komplekt 3 mərtəbəli çərəz qabı, 2 ədəd güllü naxış formalı vaza, 1 ədəd güllü naxış formalı güldan, 1 ədəd güllü naxışlı meyvə qabı, 1 ədəd meyvə qabı üçün səbət, 1 qutu müxtəli növ “qaşıq-bıçaq-çəngəl” dəsti, 2 ədəd şüşə materiallı külqabılar, 1 ədəd "xxxx" MMC-yə məxsus möhür və mənzilə məxsus çıxarış sənəd götürülmüşdür (i.v.152- 154); - “Maddi sübutun tanınması haqqında” 01.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aşkar edilmiş 1 ədəd “Siemens” markalı elektrik avtomatı, 2 ədəd “Horoz” markalı 3 lampalı led işıqları, 1 ədəd “Horoz” markalı 1 lampalı led işıq, 1 ədəd “Favorite” markalı led işıq, 1 ədəd qara rəngli “Hill Fan” markalı elektrik şitinin qapağı, 3 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 1 ədəd bir girişli “Dulmo” markalı elektrik keçiricisi, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 3 ədəd plastmas materiallı hamam aksesuarları, 1 ədəd xrustal led işıq, 5 ədəd xrustal led işığın arxa hissələri, 3 ədəd kvadrat şəkilli led işıqlar, 1 ədəd asma tavanın led işığı, 1 ədəd havalandırma qurğusu, 2 ədəd “Brave” markal Shower gellər, 1 ədəd “Farmasi” markalı parfumeriya qabı, 1 ədəd kiçik ölçülü kvadrat şəkilli led işıq, 1 ədəd “Davidoff Champion“ markalı ətir, 1 ədəd “Dolce Gabana light blue” markalı ətir, 1 ədəd “Platinum” markalı ətir, 1 ədəd “X6” markalı ətir, 1 ədəd “White Pearl” markalı ətir, “1 ədəd Brave” markalı ətir, 1 ədəd “Sheikk” markalı ətir, 1 ədəd “Balea men” markalı deodorant, 1 ədəd “2015” yazısı olan suvenir, 1 ədəd nərd taxtası, 1 ədəd akvarium suveniri, 1 cüt “Blear Bears” markalı çəkələk, 1 cüt “Sport” markalı çəkələk, 1 cüt dəri çəkələk, 2 ədəd stolüstü süfrələr, 1 ədəd boz rəngli stolüstü süfrə, 3 ədəd hamam dəsmalları, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd qırmızı rəngli qadın xalatı, 1 ədəd Lovely yazılı qadın xalatı, 1 ədəd mavi rəngli gülİi şəkilli qadın xalatı, 1 dəst boz rəngli güllü şəkilli yataq örtüyü, 1 ədəd mavi rəngli zərli yataq örtüyü, 1 ədəd qırmızı rəngli güllü şəkilli yataq örtüyü, 2 ədəd “Mudomay” markalı kişi corabları, 1 ədəd mavi rəngli kişi köynəyi, 1 ədəd “Windsor” markalı gödəkçə, 1 dəst “Paolo Gazz” markalı kostyum, 1 ədəd “Rey Robson” markalı pəncək, 1 ədəd “Tesla” markalı zolaq şəkilli gödəkçə, 1 ədəd “Maks Mara” markalı qara rəngli gödəkçə, 1 ədəd “Club Frendy” markalı qadın geyimi, 1 ədəd boz rəngli “Sheray” markalı uzun gödəkçə, 1 ədəd bəzəkli əl çantası, 1 komplekt 3 mərtəbəli çərəz qabı, 2 ədəd güllü naxış formalı vaza, 1 ədəd güllü naxış formalı güldan, 1 ədəd güllü naxışlı meyvə qabı, 1 ədəd meyvə qabı üçün səbət, 1 qutu müxtəli növ “qaşıq-bıçaq-çəngəl” dəsti, 2 ədəd şüşə materiallı külqabılar, 1 ədəd "xxxx" MMC-yə məxsus möhür və mənzilə məxsus çıxarış sənəd maddi sübut kimi tanınmışdır (i.v.159-160); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2021-ci il tarixli 9/8457 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: 3 hissədən ibarət mavi və ağ rəngli, atlas materialından olan pərdə 1 dəst dəyəri 50 manat, ağ rəngli tül pərdə 1 ədəd dəyəri 30 manat, “Horacio” markalı, qara rəngli, 60 ölçülü, boyun və içərisi xəzli, astarlı dəri materialından olan kişi gödəkçəsi 1 ədəd dəyəri 300 manat, “Baibaolong” markalı, qara rəngli XXL ölçülü kişi gödəkçəsi 1 ədəd dəyəri 50 manat, “Лучшие Меха Россия" markalanma yazıları olan, təbii xəz materialından olan kişi üçün papaq (istifadəyə yararsız vəziyyətdədir) 1 ədəd, “Bota” markalı, içərisi xəzli, qara rəngli yarımboğaz kişi ayaqqabısı 1 cüt dəyəri 10 manat, “Alberto Piero” markalı, qara rəngli kişi ayaqqabısı 1 cüt dəyəri 5 manat, “Lido Marinozzi" markalı, qara rəngli yay çəkələyi 1 cüt dəyəri 2 manat, “Adidas F198" markalı, qırmızı-göy rəngli üst idman geyimi 1 ədəd dəyəri 20 manat, Türkiyə istehsalı olan, “Billece” markalı gödəkçə 1 ədəd dəyəri 15 manat, “Electrolux” markalı kiçik ölçülü qızdırıcı 1 ədəd dəyəri 15 manat, kilidi ilə birlikdə qapı dəstəyi 3 dəst bir ədədinin dəyəri 6 manat olmaqla ümumilikdə dəyəri 18 manat, Çin istehsalı olan, “DC Brushless" markalı “AFC1212DE” model havalandırma qurğusu 1 ədəd dəyəri 10 manat, üzərində markalanmasına dair heç bir məlumat olmayan, ağ rəngli havalandırma qurğusu 1 ədəd dəyəri 20 manat, Türkiyə istehsalı olan, “Ovivo” markalı qara rəngli elektrik şitinin qapağı 1 ədəd dəyəri 10 manat, “Mirsa İP40” markalı elektrik şitinin qapağı 1 ədəd dəyəri 5 manat, “Pioneer” markalı, “DV-310S” model dvd 1 ədəd dəyəri 25 manat, “Meloniya” markalı su kranı (üzərində korroziya izləri, pas ləkələri və s. var) 1 ədəd dəyəri 6 manat, “Brawo” markalı su kranı (üzərində korroziya izləri, pas ləkələri və s. var) 1 ədəd dəyəri 3 manat, “Epos” markalı su kranı 1 ədəd dəyəri 5 manat, Sanitar qovşağının kranı (duş) 2 ədəd hər bir ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə dəyəri 4 manat, 7 şamlı xrustal çilçıraq 1 ədəd dəyəri 40 manat, 3 şamlı müxtəlif rəngli çilçıraq 1 ədəd dəyəri 25 manat, 1 şamlı qızılı rəngli çilçıraq (uzun müddət istifadədə olub üzərində olan xrustalların bir neçəsi aşkar edilmədi və üzərində qüsurlar var) 1 ədəd dəyəri 10 manat, Çin istehsalı olan, “Optonica” markalı led işıqlar 3 ədəd hər bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə dəyərilə 15 manat, “Favorite” markalı, 295x2955 mm ölçülü led işıqlar 2 ədəd hər bir ədədinin qiyməti 15 manat olmaqla ümumilikdə dəyəri 30 manat, Çin istehsalı olan üzərində “X7” yazıları olun led işıq 1 ədəd dəyəri 5 manat, Gül formalı xrustal led işıqlar 3 ədəd hər bir ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə dəyəri 30 manat, kiçik yumru formalı led işıqlar 8 ədəd hər bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə dəyəri 40 manat, iki girişli “Dulmo” markalı elektrik keçiriciləri 8 ədəd hər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə dəyəri 24 manat, “Dulmo” markalı bir girişli elektrik keçiricisi 3 ədəd hər bir ədədinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə dəyəri 7 manat 50 qəpik, “Dulmo” markalı antena keçiricisi 2 ədəd hər bir ədədinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə dəyəri 5 manat, “Dulmo” markalı elektrik işıq keçiricisi 2 ədəd hər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə dəyəri 6 manat, asma tavan hissələri 16 ədəd hər ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə dəyəri 32 manat, 3 girişli elektrik ötürücüsü 1 ədəd dəyəri 3 manat olmaqla, ekspertizaya təqdim edilmiş 34 adda malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 875,50 manat müəyyən edilir. Aparılmış tədqiqiatın dəyəri 50 manat təşkil edir (i.v.139-142); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2021-ci il tarixli 9/8898 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: “Siemens” markalı elektrik avtomatı 6 ədəd hər bir ədədinin qiyməti 4 manat olmaqla ümumilikdə dəyəri 24 manat, “Horoz” markalı 3 lampalı led işıqlar 2 ədəd hər bir ədədinin qiyməti 9 manat olmaqla ümumilikdə dəyəri 18 manat, “Horoz” markalı 1 lampalı led işıq 1 ədəd dəyəri 4 manat, “Favorite” markalı led işıq 1 ədəd dəyəri 6 manat, “Hill Fan” markalı elektrik şitinin qapağı 1 ədəd dəyəri 4 manat, iki girişli “Dulmo” markalı elektrik keçiricilər 3 ədəd hər bir ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumilikdə dəyəri 4 manat 50 qəpik, bir girişli “Dulmo” markalı elektrik keçiricisi 1 ədəd dəyəri 1 manat, “Dulmo" markalı elektrik işıq keçiriciləri 2 ədəd hər bir ədədinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumilikdə dəyəri 3 manat, plastmas materiallı hamam aksesuarları 3 ədəd hər ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə dəyəri 9 manat, xrustal led işıq 1 ədəd dəyəri 6 manat, xrustal led işığın arxa hissələri 5 ədəd hər ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə dəyəri 15 manat, kvadrat şəkilli led işıqlar 3 ədəd hər ədədinin qiyməti 4 manat olmaqla ümumilikdə dəyəri 12 manat, havalandırma qurğusu 1 ədəd dəyəri 15 manat, istifadə olunmuş “Brave” markalı Shower gelləri 2 ədəd gellər hər ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə dəyəri 10 manat, “Farmasi” markalı parfumeriya qabı 1 ədəd dəyəri 8 manat, “2015" yazısı olan suvenir (su qabı) 1 ədəd dəyəri 7 manat, nərd taxta 1 ədəd dəyəri 40 manat, akvarium suveniri 1 ədəd dəyəri 25 manat, istifadə olunmuş “Blear Bears” markalı çəkələk 1 cüt dəyəri 3 manat, istifadə olunmuş “Sport” markalı çəkələk 1 cüt dəyəri 3 manat, istifadə olunmuş süni dəri çəkələk 1 cüt dəyəri 6 manat, istifadə olunmuş 2x1.30 ölçülü stolüstü süfrə 1 ədəd dəyəri 16 manat, istifadə olunmuş 1.80x1.20 ölçülü stolüstü süfrə 1 ədəd dəyəri 12 manat, istifadə olunmuş 2.90x1.60 ölçülü boz rəngli stolüstü süfrə 1 ədəd dəyəri 23 manat, istifadə olunmuş hamam dəsmalları 3 ədəd hər bir ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə dəyəri 18 manat, istifadə olunmuş əl-üz dəsmalı 1 ədəd dəyəri 3 manat, istifadə olunmuş qırmızı rəngli qadın xalatı 1 ədəd dəyəri 10 manat, istifadə olunmuş Lovely yazılı qadın xalatı 1 ədəd dəyəri 7 manat, istifadə olunmuş mavi rəngli güllü şəkilli qadın xalatı 1 ədəd dəyəri 6 manat, boz rəngli güllü yataq örtüyü dəsti 30 manat, istifadə olunmuş 1.80x1.70 ölçülü mavi rəngli zərli yataq örtüyü 1 ədəd dəyəri 13 manat, istifadə olunmuş 2x2 ölçülü qırınızı rəngli güllü şəkilli yataq örtüyü 1 ədəd dəyəri 20 manat, “Mudomay” markalı kişi corabları 2 ədəd hər bir ədədinin qiyməti 4 manat olmaqla ümumilikdə dəyəri 8 manat, istifadə olunmuş mavi rəngli uzun qol kişi köynəyi 1 ədəd dəyəri 10 manat, istifadə olunmuş qara rəngli “Windsor” markalı gödəkcə 1 ədəd dəyəri 50 manat, istifadə olunmuş “Paolo Gazz” markalı kişi kostyumu 1 ədəd dəyəri 60 manat, istifadə olunmuş “Rey Robson” markalı kişi pəncəyi 1 ədəd dəyəri 20 manat, istifadə olunmuş “Tesla” markalı zolaq şəkilli gödəkçə 1 ədəd dəyəri 30 manat, istifadə olunmuş “Maks Mara” markalı qara rəngli gödəkçə 1 ədəd dəyəri 25 manat, istifadə olunmuş “Club Frendy” markalı qadın geyimi 1 ədəd dəyəri 15 manat, istifadə olunmuş boz rəngli “Sheray” markalı uzun gödəkçə 1 ədəd dəyəri 50 manat, istifadə olunmuş bəzəkli əl çantası 1 ədəd dəyəri 6 manat, istifadə olunmuş 3 mərtəbəli çərəz qabı 1 ədəd dəyəri 15 manat, istifadə olunmuş güllü naxış formalı vaza 2 ədəd hər bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə dəyəri 60 manat, istifadə olıınmuş güllü naxış formalı güldan 1 ədəd dəyəri 40 manat, istifadə olunmuş güllü naxışlı meyvə qabı 1 ədəd dəyəri 40 manat, istifadə olunmuş meyvə qabı üçün səbət 1 ədəd dəyəri 18 manat, istifadə olunmuş müxtəlif növ “qaşıq-bıçaq-çəngəl” dəstin dəyəri 70 manat, istifadə olunmuş şüşə materiallı külqabılar 2 ədəd hər bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə dəyəri 10 manat, "xxxx" MMC-yə məxsus möhür 1 ədəd dəyəri 25 manat olmaqla ekspertizaya təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 933,50 manat müəyyən olunur. Aparılmış tədqiqiatın dəyəri 50 manat təşkil edir (i.v.198-202); - Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.07.2020-ci il təvəllüdlü və 04.10.2018-ci il təvəllüdlü iki azyaşlı övladı var (i.v.190-194); - Zərərçəkmiş şəxs 05.02.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar və digər əmlaklar ona qaytarılaraq dəymiş ziyan tam ödənilmişdir (i.v.264); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.168). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 19 noyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd mavi rəngdə pərdə, 1 ədəd ağ rəngdə tül, 1 ədəd “Horacio” markalı dəri gödəkçə, 1 ədəd “Baibqolong” markalı gödəkçə, 1 ədəd norka papaq, 1 cüt “Bota” markalı qış ayaqqabısı, 1 cüt “Alberto Piero” markalı yay ayaqqabısı, 1 cüt “Lido Marinozzi” markalı yay çəkələyi, 1 ədəd “Adidas” markalı idman geyimi, 1 ədəd “Abbillcee” markalı idman geyimi, 1 ədəd “Electrolux” markalı qızdırıcı, 3 ədəd kilidi ilə birlikdə qapı dəstəyi, 1 ədəd “Made in Chine” istehsalı olan “DC BRUSHLESS” markalı havalandırma qurğusu, 1 ədəd markasız havalandırma qurğusu, 1 ədəd “Ovivo” markalı Türkiyə istehsalı olan qara rəngli elektrik şitinin qapağı, 1 ədəd “Mirsa” markalı elektrik şitinin qapağı, 1 ədəd “Pioneer DV310S” markalı DVD maqnitafon, 1 ədəd “Meloniya” markalı su krantı, 1 ədəd “Brawo” markalı su krantı, 1 ədəd “Epos” markalı su krantı, 2 ədəd sanitar qovşağının krantı, 1 ədəd 7 lampalı xrustal çilçıraq, 1 ədəd 3 lampalı çilçıraq, 1 ədəd 1 lampalı çilçıraq, 3 ədəd “Optonica” markalı led işıqlar, 2 ədəd “Favorite” markalı led işıqlar, 1 ədəd yumru formalı “Panel light” maraklı led işıq, 3 ədəd gül formalı xrustal led işıqlar, 8 ədəd kiçik yumru formalı led işıqlar, 8 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 3 ədəd “Dulmo” markalı bir girişli elektrik keçiricilər, 2 ədəd “Dulmo” markalı antena keçiriciləri, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 16 ədəd asma tavanın hissələri, 1 ədəd 3 girişli elektrik ötürücüsü, “Лучшие Меха Россия" markalanma yazıları olan, xəz materialından olan kişi papağı, 1 ədəd kiçik ölçülü kvadrat şəkilli led işıq, 1 ədəd “Davidoff Champion“ markalı ətir, 1 ədəd “Dolce Gabana light blue” markalı ətir, 1 ədəd “Platinum” markalı ətir, 1 ədəd “X6” markalı ətir, 1 ədəd “White Pearl” markalı ətir, “1 ədəd Brave” markalı ətir, 1 ədəd “Sheikk” markalı ətir, 1 ədəd “Balea men” markalı deodorant, 1 ədəd “Siemens” markalı elektrik avtomatı, 2 ədəd “Horoz” markalı 3 lampalı led işıqları, 1 ədəd “Horoz” markalı 1 lampalı led işıq, 1 ədəd “Favorite” markalı led işıq, 1 ədəd qara rəngli “Hill Fan” markalı elektrik şitinin qapağı, 3 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 1 ədəd bir girişli “Dulmo” markalı elektrik keçiricisi, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 3 ədəd plastmas materiallı hamam aksesuarları, 1 ədəd xrustal led işıq, 5 ədəd xrustal led işığın arxa hissələri, 3 ədəd kvadrat şəkilli led işıqlar, 1 ədəd asma tavanın led işığı, 1 ədəd havalandırma qurğusu, 2 ədəd “Brave” markalı Shower gellər, 1 ədəd “Farmasi” markalı parfumeriya qabı, 1 ədəd “2015” yazısı olan suvenir, 1 ədəd nərd taxtası, 1 ədəd akvarium suveniri, 1 cüt “Blear Bears” markalı çəkələk, 1 cüt “Sport” markalı çəkələk, 1 cüt dəri çəkələk, 2 ədəd stolüstü süfrələr, 1 ədəd boz rəngli stolüstü süfrə, 3 ədəd hamam dəsmalları, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd qırmızı rəngli qadın xalatı, 1 ədəd Lovely yazılı qadın xalatı, 1 ədəd mavi rəngli gülİi şəkilli qadın xalatı, 1 dəst boz rəngli güllü şəkilli yataq örtüyü, 1 ədəd mavi rəngli zərli yataq örtüyü, 1 ədəd qırmızı rəngli güllü şəkilli yataq örtüyü, 2 ədəd “Mudomay” markalı kişi corabları, 1 ədəd mavi rəngli kişi köynəyi, 1 ədəd “Windsor” markalı gödəkçə, 1 dəst “Paolo Gazz” markalı kostyum, 1 ədəd “Rey Robson” markalı pəncək, 1 ədəd “Tesla” markalı zolaq şəkilli gödəkçə, 1 ədəd “Maks Mara” markalı qara rəngli gödəkçə, 1 ədəd “Club Frendy” markalı qadın geyimi, 1 ədəd boz rəngli “Sheray” markalı uzun gödəkçə, 1 ədəd bəzəkli əl çantası, 1 komplekt 3 mərtəbəli çərəz qabı, 2 ədəd güllü naxış formalı vaza, 1 ədəd güllü naxış formalı güldan, 1 ədəd güllü naxışlı meyvə qabı, 1 ədəd meyvə qabı üçün səbət, 1 qutu müxtəli növ “qaşıq-bıçaq-çəngəl” dəsti, 2 ədəd şüşə materiallı külqabılar, 1 ədəd "xxxx" MMC-yə məxsus möhürün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd mavi rəngdə pərdə, 1 ədəd ağ rəngdə tül, 1 ədəd “Horacio” markalı dəri gödəkçə, 1 ədəd “Baibqolong” markalı gödəkçə, 1 ədəd norka papaq, 1 cüt “Bota” markalı qış ayaqqabısı, 1 cüt “Alberto Piero” markalı yay ayaqqabısı, 1 cüt “Lido Marinozzi” markalı yay çəkələyi, 1 ədəd “Adidas” markalı idman geyimi, 1 ədəd “Abbillcee” markalı idman geyimi, 1 ədəd “Electrolux” markalı qızdırıcı, 3 ədəd kilidi ilə birlikdə qapı dəstəyi, 1 ədəd “Made in Chine” istehsalı olan “DC BRUSHLESS” markalı havalandırma qurğusu, 1 ədəd markasız havalandırma qurğusu, 1 ədəd “Ovivo” markalı Türkiyə istehsalı olan qara rəngli elektrik şitinin qapağı, 1 ədəd “Mirsa” markalı elektrik şitinin qapağı, 1 ədəd “Pioneer DV310S” markalı DVD maqnitafon, 1 ədəd “Meloniya” markalı su krantı, 1 ədəd “Brawo” markalı su krantı, 1 ədəd “Epos” markalı su krantı, 2 ədəd sanitar qovşağının krantı, 1 ədəd 7 lampalı xrustal çilçıraq, 1 ədəd 3 lampalı çilçıraq, 1 ədəd 1 lampalı çilçıraq, 3 ədəd “Optonica” markalı led işıqlar, 2 ədəd “Favorite” markalı led işıqlar, 1 ədəd yumru formalı “Panel light” maraklı led işıq, 3 ədəd gül formalı xrustal led işıqlar, 8 ədəd kiçik yumru formalı led işıqlar, 8 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 3 ədəd “Dulmo” markalı bir girişli elektrik keçiricilər, 2 ədəd “Dulmo” markalı antena keçiriciləri, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 16 ədəd asma tavanın hissələri, 1 ədəd 3 girişli elektrik ötürücüsü, “Лучшие Меха Россия" markalanma yazıları olan, xəz materialından olan kişi papağı, 1 ədəd kiçik ölçülü kvadrat şəkilli led işıq, 1 ədəd “Davidoff Champion“ markalı ətir, 1 ədəd “Dolce Gabana light blue” markalı ətir, 1 ədəd “Platinum” markalı ətir, 1 ədəd “X6” markalı ətir, 1 ədəd “White Pearl” markalı ətir, “1 ədəd Brave” markalı ətir, 1 ədəd “Sheikk” markalı ətir, 1 ədəd “Balea men” markalı deodorant, 1 ədəd “Siemens” markalı elektrik avtomatı, 2 ədəd “Horoz” markalı 3 lampalı led işıqları, 1 ədəd “Horoz” markalı 1 lampalı led işıq, 1 ədəd “Favorite” markalı led işıq, 1 ədəd qara rəngli “Hill Fan” markalı elektrik şitinin qapağı, 3 ədəd iki girişli “Dulmo” markalı elektrik keçiriciləri, 1 ədəd bir girişli “Dulmo” markalı elektrik keçiricisi, 2 ədəd “Dulmo” markalı elektrik işıq keçiriciləri, 3 ədəd plastmas materiallı hamam aksesuarları, 1 ədəd xrustal led işıq, 5 ədəd xrustal led işığın arxa hissələri, 3 ədəd kvadrat şəkilli led işıqlar, 1 ədəd asma tavanın led işığı, 1 ədəd havalandırma qurğusu, 2 ədəd “Brave” markal Shower gellər, 1 ədəd “Farmasi” markalı parfumeriya qabı, 1 ədəd “2015” yazısı olan suvenir, 1 ədəd nərd taxtası, 1 ədəd akvarium suveniri, 1 cüt “Blear Bears” markalı çəkələk, 1 cüt “Sport” markalı çəkələk, 1 cüt dəri çəkələk, 2 ədəd stolüstü süfrələr, 1 ədəd boz rəngli stolüstü süfrə, 3 ədəd hamam dəsmalları, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd qırmızı rəngli qadın xalatı, 1 ədəd Lovely yazılı qadın xalatı, 1 ədəd mavi rəngli gülİi şəkilli qadın xalatı, 1 dəst boz rəngli güllü şəkilli yataq örtüyü, 1 ədəd mavi rəngli zərli yataq örtüyü, 1 ədəd qırmızı rəngli güllü şəkilli yataq örtüyü, 2 ədəd “Mudomay” markalı kişi corabları, 1 ədəd mavi rəngli kişi köynəyi, 1 ədəd “Windsor” markalı gödəkçə, 1 dəst “Paolo Gazz” markalı kostyum, 1 ədəd “Rey Robson” markalı pəncək, 1 ədəd “Tesla” markalı zolaq şəkilli gödəkçə, 1 ədəd “Maks Mara” markalı qara rəngli gödəkçə, 1 ədəd “Club Frendy” markalı qadın geyimi, 1 ədəd boz rəngli “Sheray” markalı uzun gödəkçə, 1 ədəd bəzəkli əl çantası, 1 komplekt 3 mərtəbəli çərəz qabı, 2 ədəd güllü naxış formalı vaza, 1 ədəd güllü naxış formalı güldan, 1 ədəd güllü naxışlı meyvə qabı, 1 ədəd meyvə qabı üçün səbət, 1 qutu müxtəli növ “qaşıq-bıçaq-çəngəl” dəsti, 2 ədəd şüşə materiallı külqabılar, 1 ədəd "xxxx" MMC-yə məxsus möhürün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar