Məhkəmə qərarları › İş №1(006)-154/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-154/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-154/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 nümayəndəsi (vəkil) Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X15 xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır, subaydır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bildirir ki, barəsində şikayət verdiyi X5 7 ildir tanıyır, aralarında hər zaman normal münasibət olmuşdur. Onunla sonuncu dəfə 2024-cü ilin avqust ayının sonunda “Sea Breeze” istirahət mərkəzində “Maize Beach” restoranında bir ad günü məclisində görüşmüş və həmin görüşdən sonra “İnstagram” sosial şəbəkəsi və “WhastApp” mobil tətbiqi vasitəsilə ünsiyyət qurmuşlar. xx.xx.2024-cü il tarixində, gecə saat 23:00 radələrində Məmmədova Leylini “Sea Breeze” istirahət mərkəzində yerləşən “Shore House” restoranına dəvət etmişdir. Həmin məclisdə Leyli və digər tanışları ilə içki qəbul edib birlikdə vaxt keçirmişlər. Həmin gecə Leyli çox içki qəbul etdiyi üçün onu tək buraxmaq istəməmiş və ona həmin gecə onun evində qalmağı təklif etmişdir. Bu təklifi qəbul etdiyi üçün həmin restorandan çıxaraq ona məxsus olan mənzilə getmişlər. Həmin gecə aralarında heç bir cinsi əlaqə olmamış və səhəri gün ona məxsus avtomobillə həmin mənzili tərk etmişlər və Leylini onun dediyi ünvana aparmış və bundan sonra onunla görüşməmişdir. Lakin, bundan sonra X8 onun barəsində şikayət ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğuna müraciət edərək onun içkisinə “barbiturat” adlı maddə qatıldığını, həmin maddənin təsiri nəticəsində huşsuz vəziyyətə düşməsindən istifadə edərək onun və dostu tərəfindən zorlandığını iddia etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun 17 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarına əsasən X3 müraciəti əsasında toplanmış 491c-24 nömrəli material üzrə mənim əməlimdə zorlama və şəxsi həyatın toxunulmazlığını pozma cinayət tərkibləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra X8 “İnstagram” sosial şəbəkəsində ona məxsus olan “phoenixsoul1311” adlı və “leylim013” adlı profillər vasitəsilə müxtəlif vaxtlarda statuslar yazaraq onun haqqında həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlar yaymış və guya onu zorladığını, içkisinə “barbiturat” adlı maddə qatdığını və həmin maddənin təsiri nəticəsində huşsuz vəziyyətə düşməsindən istifadə edərək onu zorladığı barədə böhtan xarakterli məlumatlar yaymışdır. X3 ona məxsus həmin sosial şəbəkə profillərini izləyən şəxslər arasında yaydığı statuslardan ibarət 37 səhifədən ibarət screenshot (ekran görüntüsü) formasında olan sübutu bu şikayətə əlavə edərək məhkəməyə təqdim edir və həmin sübutlarda onun barəsində qeyd edilən böhtan xarakterli məlumatları diqqətə çatdırmaq istəyir (material rus dilində olduğu üçün həmin materialda onun barəsində qeyd edilən böhtan xarakterli məlumatlar Azərbaycan dilinə tərcümə edilərək şikayətdə qeyd edilir). Həmin materialın 12-ci səhifəsində “Niyaz Bədirov, sən hardan bu narkotiki tapmısan?! Hardan bilirsən ki, bu narkotik zorlama üçün yararlıdır?!” ifadəsini, materialın 14-cü səhifəsində “Alçaq cinayət törədən Niyaz Bədirov bununla kifayətlənməyib öz alçaqlığını yenə davam etdirib və mənim psixoloji durumuma fikir verməyib” ifadəsini, materialın 15-ci səhifəsində “Sənə kişiliyi nümayiş etdirmək yaraşmır, çünki sənin üzündə artıq alçağın siması var”, “ikiüzlü” ifadələrini, materialın 19-cu səhifəsində “Sən öz törətdiyin cinayəti dərk etməməklə öz alçaqlığını və əclaflığını sübut etdin” ifadəsini, materialın 20-ci səhifəsində “mən prokurorluq orqanlarına Niyaz barəsində Cinayət Məcəlləsinin 149-cu və 150-ci maddələri üzrə şikayət etmişəm” ifadəsini, materialın 23-cü səhifəsində “Prokuraturada Niyazin törətdiyi cinayəti və onun dəlillərini gizlətdilər, həmçinin Niyazin evinin qarşısında olan qeydə alınan video görüntüləri gizlətmək məqsədilə mənə vermədilər, cinayətin digər icraçısı X9 zorlama planına uyğun olaraq onu narkotiklə yükləyəndən sonra Niyazin evinə girdi”, materialın 26-cı səhifəsində “Niyaz Bədirov məni belə bir zülmə düçar etsə də, buna görə heç bir qəbahət hissi hiss etməmişdir. Bu qorxaq və alçaq məni ləkələmək istəyir, həmin gecədən qeyri-müəyyən videoları ictimailəşdirir, lakin həmin videolardan bəlli olur ki, mən narkotik maddənin təsiri altındayam, sonra ekspertizanın rəyini saxtalaşdırır. Niyaz Bədirov o zaman şad olardı ki, mən özümü öldürərdim və hər şey barəsində susardım” ifadəsini, materialın 27-ci səhifəsində “Xahiş edirəm, mənim statusuma biganə qalmayın, bu həqiqəti paylaşın ki, hamı bunu bilsin” ifadəsini, materialın 28-ci səhifəsində “Mən öz iradəmdən asılı olmayaraq X11 Tarasyuka hədiyyəsi oldum. Niyaz mənimlə cinsi əlaqədə olmasını istisna edir, həmçinin onlar çalışır ki, Qriqorinin həmin gecə orada olması faktını gizlətsinlər. Niyaz Bədirov mənə öz dostu kimi yaxınlaşaraq mənə qarşı bu cür alçaqlıq və əclaflığı etdi” ifadəsini, materialın 30-cu səhifəsində “Səhəri günü mən oyandığımda Niyaz Bədirova dedim ki, məni evə aparsın, amma mən bilmirdim ki, o məni axşam zəhərləyib və zorlayıb, çünki hələ də “barbiturat” adlı maddənin təsiri hələ də mənim bədənimdə qalmışdı” ifadəsini, materialın 31-ci səhifəsində “Mən heç təsəvvür etməzdim ki, Niyaz Bədirovun verdiyi narkotik məni özümdən çıxara bilər və məni başqa kişi ilə yatmağa vadar edə bilər. Preparatın təsiri keçəndən sonra mən anal dəliyimdə və bədənimin digər hissələrində ağrı hiss etməyə başladım” ifadəsini, materialın 33-cü səhifəsində “X20 və Qriqoriy Tarasyuk tərəfindən “barbiturat” narkotik tərkibli preparatın sayəsində ağır kütləvi zorlamaya məruz qalmışam, məhz həmin o preparat məni dərin yuxuya aparıb və ağrı hislərimi keyləşdirdiyi üçün onlar bunu edə biliblər, yoxsa ki mən bundan öncə heç vaxt qeyri-ənənəvi üsulla seksual əlaqədə olmamışam, yoxsa ki, mən ağrıdan qışqırardım” ifadəsini, materialın 35-ci səhifəsində “X20 və onun atası ilə dirəşmədim və onların prokuroturaya təsir etməsinin qarşısını almadım, çünki bilirdim ki, bu işdə çarəsiz olacam və prokurotura onun cinayətinin üstünü bağladı” ifadəsini, materialın 36-cı səhifəsində “Həmin gecə Niyaz mənim başıma nə oyun açıb, videoya çəkib-çəkməyib mən bunu bilmirəm və ədaləti tapmağa çalışıram” ifadəsini işlətmişdir. Hesab edir ki, Məmmdova Leyli tərəfindən barəmdə səsləndirilən aşağıdakı ifadələr təhqirdir: “Sənə kişiliyi nümayiş etdirmək yaraşmır, çünki sənin üzündə artıq alçağın siması var”, “ikiüzlü”, “Sən öz törətdiyin cinayəti dərk etməməklə öz alçaqlığını və əclaflığını sübut etdin”, “Bu qorxaq və alçaq məni ləkələmək istəyir”, “ Niyaz Bədirov mənə öz dostu kimi yaxınlaşaraq mənə qarşı bu cür alçaqlıq və əclaflığı etdi”. Hesab edir ki, Məmmdova Leyli tərəfindən barəsində səsləndirilən aşağıdakı ifadələr böhtandır: “Alçaq cinayət törədən Niyaz Bədirov bununla kifayətlənməyib öz alçaqlığını yenə davam etdirib və mənim psixoloji durumuma fikir verməyib”, “Sən öz törətdiyin cinayəti dərk etməməklə öz alçaqlığını və əclaflığını sübut etdin”, “Səhəri günü mən uyandığımdan Niyaz Bədirova dedim ki, məni evə aparsın, amma mən bilmirdim ki, o məni axşam zəhərləyib və zorlayıb, çünki hələ də “barbiturat” adlı maddənin təsiri hələ də mənim bədənimdə qalmışdı”, “Mən heç təsəvvür etməzdim ki, Niyaz Bədirovun verdiyi narkotik məni özümdən çıxara bilər və məni başqa kişi ilə yatmağa vadar edə bilər”, “X20 və Qriqoriy Tarasyuk tərəfindən “barbiturat” narkotik tərkibli preparatın sayəsində ağır qruppavoy zorlamaya məruz qalmışam, məhz həmin o preparat məni dərin yuxuya aparıb və ağrı hislərimi keyləşdirdiyi üçün onlar bunu edə biliblər, yoxsa ki, mən bundan öncə heç vaxt qeyri-ənənəvi seksual əlaqədə olmamışam”. Qeyd edir ki, Məmmədova Leyliyə məxsus “phoenixsoul1311” adlı profili 213 şəxs izləyir, hansı ki, həmin 213 şəxsin 15 nəfəri ortaq tanışdır və hər iki profili izləyir. Qeyd edilən təhqir və böhtan xarakterli məlumatların yer aldığı statusları görən tanışları həmin statusları screenshot (ekran görüntüsü) edərək onun mobil telefonuna göndərmiş və Məmmədova Leylinin haqqında rüsvayedici məlumatlar yaydığını bildirmişlər (həmin yazışmaları bu şikayətə əlavə edərək məhkəməyə təqdim edir). Göründüyü kimi, göstərilən məlumatlar həqiqətə uyğun deyil, ona qarşı təhqir və böhtandır ki, bu da məhkəmə tərəfindən araşdırılmaqla qanuna müvafiq tədbirlər görülməlidir. Çünki, Məmmədova Leyli öz yalan, böhtan və təhqir dolu statuslarında şərəf və ləyaqətimi ləkələyən, şəxsiyyətimi mənfi qiymətləndirən, cəmiyyət içərisində onu nüfuzdan salan məlumatları yaymış, lakin həmin məlumatların həqiqət olmasını təsdiq edən heç bir sübut və mənbə göstərməmişdir. Məmmədova Leyli onu zorlamaqda ittiham etsə də, Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun 17 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ittiham rədd edilmiş və mənim həmin cinayəti törətmədiyi sübut edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə əsasaən zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən stifadə etməklə onunla cinsi əlaqədə olma hərəkətlərindən ibarətdir. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qanunvericiliyin istinad edilən normasından da göründüyü kimi Məmmədova Leylinin onun törətdiyini iddia etdiyi zorlama cinayəti ağır cinayətlər kateqoriyasına aiddir və ağır cinayətdə ittiham etməklə böhtan atma AR CM-nin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bundan başqa, Məmmədova Leyli onun podrat müqaviləsi əsasında çalışdığı “Sea Breeze” istirahət mərkəzinə məktub göndərərək onu zorladığı barədə əsassız məlumatlar verməklə işgüzar nüfuzuna zərər vurmuşdur. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, Məmmədova Leylinin hərəkətləri nəticəsində o, arzuolunmaz vəziyyətə düşmüş, onun barəsində bu cür yalan məlumatlar yayımlanması cəmiyyət içərisində nüfuzuna ciddi xələl gətirmiş, xüsusilə ailəsinin psixologiyasına pis təsir göstərmiş, qanuni hüquqlarının və mənafeyinin pozulması ilə yanaşı, ailəsi onunla birgə mənəvi iztirab keçirmiş, əzab çəkmişdir. Hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bu hal onun işgüzar nüfuzuna xələl gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Ona görə də hesab edir ki, onun barəsində təhqir və böhtan xarakterli məlumatlar yayan Məmmədova Leyli qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında CM-nin 147-ci və 148-ci maddəsində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində qeyd olunmuşdur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yayma hərəkətlərindən ibarətdir. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətdir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində qeyd olunmuşdur ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi hərəkətlərdən ibarətdir. Yuxarıda qeyd etdiyi kimi barəsində şikayət verilən şəxs onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, həmçinin təhqir, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları instagram” sosial şəbəkəsində ona məxsus olan “phoenixsoul1311” adlı və “leylim013” adlı profillərdə yaymaqla öz hərəkətində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddəsində qeyd olunmuş cinayət əməllərini törətmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən yayım dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə və ya qeyri-şəxslər dairəsinə vermə başa düşülür. İşin təkzibedilməz halı ondan ibarətdir ki, barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin və 148-ci maddəsinin dispozisiyasında qeyd edilən cinayət əməllərini artıq törətmişdir. Bu şəxsin hərəkətləri onun mənəvi-psixoloji baxımdan ağır vəziyyətə salmış, ailəsinin psixologiyasına mənfi təsir göstərmiş və onu cəmiyyətdə nüfuzdan salmışdır. Yuxarıda göstərilənlərə əsasən, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 nümayəndəsi (vəkil) Nümayəndə xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək, X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət edərək, əvvəllər də tanıdığı və aralarında dost münasibətləri olan X7 onun içkisinə “barbiturat” adlı maddə qatması, həmin maddənin təsiri nəticəsində onun huşsuz vəziyyətə düşməyindən istifadə edərək, Niyaz Bədirov və onun dostu tərəfindən zorlanmağı barədə bildirmişdir. Eləcə də, o, xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət edərək, barəsində şikayət etdiyi şəxs X15 tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “Sea Breeze” istirahət mərkəzində yerləşən “Shore House” restoranında, həmçinin “Lighthouse 2” yaşayış kompleksində müşahidə kamerasının qeydə aldığı ona məxsus şəxsi video görüntülərin qanunsuz olaraq əldə edilərək, həmin görüntülərin qanunsuz olaraq yayılması ilə şəxsi toxunulmazlıq hüququnun pozulması barədə bildirmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 17 oktyabr 2024-cü il tarixli qərarı ilə onun müraciəti əsasında toplanmış 491c-24 nömrəli material üzrə X7 əməlində zorlama və şəxsi həyatın toxunulmazlığını pozma cinayət tərkibləri əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət etmiş və həmin məhkəmənin 25 yanvar 2025-ci il tarixli qərarına əsasən Sabunçu rayon prokurorluğunun qərarı ləğv edilmişdir. X19 barəsində qeyd etdikləri böhtan olmamış, həqiqəti əks etdirmişdir. X10 barəsində mənfi fikirlər ifadə etmiş, o da həmin şəxsin hərəkətlərinə uyğun cavab vermişdir. Niyaz Bədirov onun barəsində şikayət versə də, əslində həmin şəxs tərəfindən onun hüquqları pozulmuş və zorlamaya məruz qalmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, Leyli Məmmədova pozulmuş hüquqlarının bərpası və cinayət əməlinə məruz qalması barədə Sabunçu rayon prokurorluğuna müraciət etmiş və həmin prokurorluq tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Leyli Məmmədova həmin qərardan şikayət vermiş və Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli qərarına əsasən Sabunçu rayon prokurorluğunun qərarı ləğv edilmiş və hal-hazırda araşdırma davam etdirilir. X12 Bədirov barəsində qeyd etdikləri böhtan xarakterli məlumatlar olmamış və həmin məlumatlar həqiqəti əks etdirmişdir. Hal-hazırda Sabunçu rayon prokurorluğunda araşdırmalar davam etdirilir. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmun baxımından da qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin AR Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq hökm çıxarılması xahiş olunmuş, lakin həmin Məcəllənin 147-ci maddəsinin müvafiq olaraq 1-ci və yaxud 2-ci hissəsi ilə məsuliyyətə cəlb olunması konkret olaraq deyil, ümumi olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan da aydın olur ki, X15 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, həmin şəxs tərəfindən X7 barəsində ehtimal olunan cinayət əməllərinin hansı tarixdə internet resurslarında yayılması öz əksini tapmamış, xüsusi ittiham qaydasında şikayətdə ümumiyyətlə belə tarix və vaxt barədə məlumat göstərilməmişdir. Halbuki, cinayətin törədilmə vaxtının müəyyən edilməsi, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, müəyyən edilmişdir ki, X8 onun tərəfindən yazılması ehtimal edilmiş məlumatları hüquq-mühafizə orqanlarına da ünvanlanmışdır və X8 həmin məlumatlarda digər hallarla yanaşı ona qarşı yol verilən, qanunsuz və ya cinayət hesab etdiyi əməllərlə bağlı hüquqi müstəvidə tədbir görülməsini xahiş etmişdir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə olan halda, həmin məlumatların ilk olaraq hüquq-mühafizə orqanlarına verilməsi, yoxsa kütləvi informasiya vasitələrində yayılması da müəyyən deyildir, əks halda məlumatların kütləvi çıxış şəklində yayılması halında onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edildiyi nəzərə alınmalıdır. X1 müraciəti əsasında Sabunçu rayon prokurorluğunda araşdırmanın davam etdiyini nəzərə alsaq, həmin qurum tərəfindən yekun araşdırma nəticəsi olaraq qərar qəbul edilmədən törədilməsi ehtimal edilən əməllərə hər hansı hüquqi qiymət verilməsi məqbul hesab edilə bilməz. Bundan əlavə şikayətdə böhtan və təhqir xarakterli məlumatların instaqram səhifəsində Leyli Məmmədova tərəfindən yayılması göstərilsə də, lakin bu paylaşımların əks olunması barədə və həmin səhifənin Leyli Məmmədovaya aid olmasına dair işə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Tədqiq edilmiş materiallarından da aydın olur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X15 şikayətdə X3 CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini bildirmiş, lakin şikayətdə göstərilən cinayətin törədilmə halları hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Tərəflər arasında mübahisə predmeti olan paylaşımlarda X12 Bədirov barəsində təhiqiramiz ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-642/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024cü il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X6 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar