Məhkəmə qərarları › İş №1(006)-155/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-155/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-155/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Heydər oğlunun Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Masallı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X6 təyin olunmuş cəzanın milddətini Bakı Apellyasiya Məhkəməsində 9 ilə endirilməsini sonuncunun anası Zərərçəkmiş şəxs vəd verib etibardan sui-istifadə etməklə aldadıb qeyd olunan cinayət işi üzrə 27 noyabr 2017-ci il tarixli, 000392 nömrəli orderlə müdafiəçi qismində məhkəmə prosesinə buraxılmaqla öz qulluq mövqeyindən istifadə edərək 2018-ci ilin fevral ayında ünvan 1 ünvanda yerləşən ofisində X3 alınmış, bacısı Sadıqova llhamə Mustafa qızına məxsus 18.500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək öz qulluq mövqeyindən istifadə etməklə zərər çəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayında 2013-cü ildən şəxsən tanıdığı, bir vəkil kimi həmişə hüquqi yardım etdiyi şəxs X4 ona X10 adında yaxın qohumunun ağır cinayət törətməklə bir nəfəri bıçaqlayıb öldürdüyünü bildrimiş və bir vəkil kimi bu cinayət işinə çıxmağı xahiş etmişdir. O da təqsirləndirilən şəxsin vəkilinin olub-olmadığını soruşanda ona bildirilmişdir ki, onun Zəngi adlı bir vəkili var, lakin ondan narazı olduqları üçün imtina etmək istəyillər. Bir müddətdən sonra Əlibalayev Etibar onunla müqavilə bağlamış, hüquqi yardım ilə bağlı ona 150 manat pul vermişdir. O da fərdi qaydada fəaliyyət göstərən vəkil kimi tərəfindən tərtib edilmiş orderi Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etmiş və məhkəmə proseslərində iştirak etməyə başlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X5 anası kimi tanımışdır. Məhkəmə proseslərində təqsirləndirilən şəxs X6 yüksək səviyyədə hüquqi yardım etmişdir. Məhkəmədə etdiyi çıxışında təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsini və onun Cinayət Məcəlləsinin 126.3 və 228.4-cü maddələri ilə təqsirli bilib ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə X10 Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən apellyasiya şikayəti vermək üçün X4 onunla yeni müqavilə bağlamış, bununla bağlı 150 manat pul almışdır. Həmin hömkdən apelyyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Səbəbi isə zərər çəkmiş şəxsin hüquqi varisi kimi X1 məhkum X10 ilə barışmaması və X5 anası Zərərçəkmiş şəxs vurulmuş maddi və mənəvi ziyan kimi 20.000 manat məbləğində pul istəməsi idi. Bakı Apellyasiya Məhkəməsinin bu qərarından kassasiya şikayəti verilməsi üçün onunla yeni müqavilə bağlanılmış, buna görə də o təkrar 150 manat pul almışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti versə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Bütün proses müddətində o, X5 dayısı kimi İlham adlı şəxsi və anası Zərərçəkmiş şəxs tanımış, digər şəxsləri tanımamış, nə İlham, nə də Zərərçəkmiş şəxs ona hər hansı bir məbləğdə pul verməmişlər. X5 cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olarkən Zərərçəkmiş şəxs xahişinə əsasən təmənnasız olaraq X5 cinayət işi ilə bağlı müxtəlif təşkilatlara ərizələr yazmışdır. Yeganə məqsədi X5 cinayət işi üzrə cəzasının azaldılması idi. 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs ona zəng edərək zərər çəkmiş şəxsin hüquqi varisinin X5 cinayət işi ilə barışmaq istədiyini və ondan pul tələb etdiyini bildirmişdir. O isə cavabında həmin barışıq ərizəsinin artıq gec olduğunu, hər hansı bir işə tam yaramadığını söyləmişdir. Sonradan Zərərçəkmiş şəxs ona zəng edərək zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ondan ərizə aldığını demişdir. Onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil kimi fəaliyyəti 27 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X2 qərarı ilə dayandırılmışdır. Zərər çəkmiş şəxsdən heç bir vəsaiti almasa da, ona vurulmuş zərəri aradan qaldırmış, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, oğlu İbrahim Sadıqov 15 fevral 2017-ci il tarixdə əmisi nəvəsi İslam Hüseynovla aralarında baş vermiş mübahisə zamanı onun qarın nahiyəsinə bıçaq zərbəsi vurmuş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Baş vermiş bu hadisədən sonra oğlu İbrahimi Nərimanov rayon prokurorluğu tutmuş və oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, istintaq yekunlaşaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra o, baş verənlər barədə tanışlarına məlumat verdikdə ona öz sahəsini gözəl bildiyini Təqsirləndirilən şəxs adlı vəkilin olduğunu və bu işdə yaxından yardımçı ola biləcəyəni bildirmişlər. Bundan sonra o, qardaşı ilə birlikdə Təqsirləndirilən şəxslə görüşmüş, sonuncu da bu işdə yardımçı ola biləcəyini demişdir. Danışıq zamanı Qubadəli demişdir ki, hazırda o, Bakı Ağır Cinayətlər Məhkəməsinə işə qoşulmalı, məsələnin nə yerdə olduğunu aydınlaşdırdıqdan sonra işi tam şəkildə Bakı Apellyasiya Məhkəməsində tam həll edəcək. Həmin vaxt o, qardaşı İlham və yeznəsi Rizvan onun dediklərinə inanmış və ünvan 1 ünvanda yerləşən vəkil ofisində Təqsirləndirilən şəxslə qardaşı İlham arasında müqavilə bağlanmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunun hüquqlarını müdafiə etmiş, lakin 14 noyabr 2017-ci il tarixdə oğlu İbrahim Sadıqova 18 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narahat olmamağı və onlara işi Bakı Apellyasiya Məhkəməsində həll edəcəyini bildirmiş və cəzanı 18 il müddətindən 9 ilə endirilməsinə görə hakimlərə vermək adı ilə 18.500 manat pul istəmişdir. O da özünə məxsus qızıl-zinət əşyalarını satıb və çatışamayan məbləği borca götürüb 2018-ci ilin fevral ayında qardaşı İlham və yeznəsi Rizvanla birlikdə Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən ofisdə görüşüb həmin pulu ona vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində oğlu İbrahim Sadıqova verilən cəza aşağı endirilməmişdir. Bu barədə Təqsirləndirilən şəxslə bir daha söhbət etdikdə o, işi Ali Məhkəmədə həll edəcəyini demişdir. 2018-ci ilin iyul ayında Ali Məhkəmədə işə baxısa da, oğluna verilən cəza yenə də endirilməmişdir. Ardınca o, dəfələrlə Qubadəliyə zəng etsə də, Qubadəli görüşdən imtina etmiş və pulu ödəməkdən yayınmış, daha sonra isə zəngləri açmamışdır. Ardınca isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Vəkillər Kollegiyasından məhz belə əməllərə görə qovulmuşdur. Hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahidlər Şahid2 və Şahid1 zərər çəkmiş şəxsin ifadəsinə uyğun məzmunda ifadə verdilər. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, 2013-cü ildən etibarən Zərərçəkmiş şəxs bacısı vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxslə isə dəqiq olaraq xatırlamadığı məclislərin birində tanış olmuşdur. Baş vermiş hadisələr əsnasında ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs oğlu əmisi nəvəsini bıçaqlamış və sonuncu aldığı xəsarətlərdən vəfat etmişdir. Bununla bağlı cinayət işi başlanmış və istintaqı aparılaraq məhkəməyə verilmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs qardaşı İlham Təqsirləndirilən şəxslə əlaqə saxlamış və hüquqi yardım üçün müraciət etmiş, onunla müqavilə bağlamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs İlhamə və onun qardaşı İlhama söz vermişdir ki, oğlunun cəzasını hakimlərlə danışıb 18 ildən 9 ilə endirəcək və bunun müqabilində İlhamədən ümumilikdə 18.500 manat pul almışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmü qüvvədə saxlamış, Təqsirləndirilən şəxs isə verdiyi vədə əməl etməmişdir. Bundan sonra İlhamə Qubadəlidən pulunu tələb etmişdir. Həmin vaxt Qubadəli onunla əlaqə saxlamış və pulu birbaşa İlhaməyə deyil, onun vasitəsilə İlhaməyə verməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs konkret olaraq tarixini xatırlamasa da, 2020-ci ilin fevral ayında bir dəfə onunla görüşmüş və yanında İlhaməyə 5.000 manat, daha sonra isə 1.000 manat pul vermişdir. Sonra isə Təqsirləndirilən şəxs tanımadığı bir şəxs vasitəsilə ona 2.370 ABŞ dolları pul göndərmişdir ki, o bu vəsaiti İlhamə çatdırsın. Sonuncu dəfə isə 2020-ci ilin dekabr ayının əvvəllərində İlhaməyə çatdırmaq üçün Qubadəli ona 3.500 manat pul vermişdir. İş materiallarında olan:  27.11.2017-ci il tarixli, 000392 saylı orderin surətindən görünür ki, həmin tarixli 87 saylı müqavilə əsasında vəkil Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsində X6 hüquqi yardım göstərir (İ cild, i.v.70);  Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.11.2017-ci il tarixli, 1(101)-894/2017 saylı hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hökm Bakı Apellyasiya Məhkəməsinin 15.02.2018-ci il tarixli, 1(103)-166/2018 və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2018-ci il tarixli, 1(100)-892/18 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarında Təqsirləndirilən şəxs X5 müdafiəşisi kimi göstərilmişdir (İ cild, i.v.81-99);  Azərbaycan Respublikası Vəkillər X2 11.12.2020-ci il tarixli, 1141 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs 12.06.2019-cu il tarixdən Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir (İ cild, i.v.120);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.11.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.108);  14.12.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.145);  “Sübutların qiymətləndirilməsi haqqında” 25.12.2020 qərarla 3 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.173-181);  “xxxx” ASC-nin 30.06.2021-ci il tarixli, 4815 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında – 4.625 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İİ cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar