Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-155/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaq yolu ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25.11.2021 -ci il tarixdə saat 21:22-də 135 saylı marşrut xətti ilə hərəkətdə olan ‘"Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusda sərnişin qismində olarkən ünvan 2 ünvanın qarşısında yerləşən dayanacağa çatdıqda avtobusda olan digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra avtobusda sərnişin qismində olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əynindəki gödəkcənin sol yan cibindən sonuncuya məxsus içərisində 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 220 manat dəyərində “Samsung A 12” markalı mobil telefonu gizli olaraq talamaqla, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ümumilikdə 226 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 25.11.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” adlanan kafenin yaxınlığında spirtli içki qəbul etmişdir. Həmin gün saat 20:40 radələrində Bakı şəhəri, Avtovağzal ərazisində 135 saylı avtobusa Nəsimi rayonu, "Əcəmi" metrostansiyası yaxınlığına getməkdən ötrü minmişdir. Spirtli içkinin təsiri altında olduğu üçün avtobusda olarkən və maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, saat təxminən 21:20 radələrində avtobus "Əcəmi" metrostansiyana çalan zaman avtobusda sərnişin qismində olan azyaşlı uşağın gödəkcəsinin sol yan cibində mobil telefon olduğunu görmüşdür. Bir neçə dəfə özü bilərəkdən həmin azyaşlı uşağa çırpılmışdır ki, həmin az yaşlı uşağın gödəkcəsinin sol yan cibində olan mobil telefonu oğurlasın və bunu azyaşlı uşaq hiss etməsin. Bir neçə dəfə azyaşlı uşağa çırpıldıqdan sonra azyaşlı uşağın gödəkcəsinin sol yan cibində olan mobil telefonu oğurlamışdır. Məmin azyaşlı uşağın və ətrafdakı sərnişinlərin telefonu oğurlamağını görmədiklərinə tam əmin olduqdan sonra mobil telefonu cibinə qoyaraq avtobusdan enmiş və iri addımlarla oradan uzaqlaşmışdır. Həmin mobil telefonu oğurladıqdan sonra “Samsung A 12” markalı mobil telefon olmasını müəyyən etmişdir. Bundan sonra həmin gün saat təxminən 23 radələrində Sumqayıt şəhərində “Yelmar dairəsi” adlanan ərazidə qiyabi tanıdığı Kamandar adlı şəxsə 70 manat müqabilində salmışdır, içərisində olan mobil nömrəni isə yol kənarına atmışdır. Oğurluq hadisəsini törədən zaman onu hər hansı bir şəxs və ya şəxslər görməmişdir. Zərərçəkmiş şəxs onun arxasınca qaçdığını görməmişdir, həmçinin arxasınca onu heç kim səsləməmişdir. Qeyd olunan oğurluq cinayətini tək törətmişdir. Törətdiyi cinayət hadisəsini səmimi olaraq etiraf etmiş və etiraf edərkən ona hər hansı bir şəxs tərəfindən fiziki zor və güc tətbiq edilməmişdir. Bundan başqa hər hansı cinayət törətməmişdir. Mobil telefonu Kamandar adlı şəxsə satarkən mobil telefonun özünə məxsus olduğunu bildirmişdir, buna görə də Kamandar adlı şəxs mobil telefonun oğurluq olduğunu bilməmişdir. Oğurluq yolu ilə əldə etdiyi telefonu sataraq pulunu öz şəxs maddi təlabatı üçün xərcləmişdir. Özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs vurulmuş zərərin tam həcmdə ödənilməsini, sonuncunun ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını, himayəsində xəstə anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş CD diskində olan video görüntülər və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25.11.2021-ci il tarixdə saat təxminən 20:50 radələrində yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal-ünvan 3 ünvanından 135 saylı xətt marşrutu üzrə hərəkət edən avtobusa babası İlqarın yaşadığı ünvana anası Şahid2 və kiçik qardaşı Əli Abdullayev ilə birlikdə minmişdir. Həmin vaxt anası və kiçik qardaşı avtobusda oturacaqlardan birində əyləşmişdirlər. O isə axırıncı duracağa çatana yaxın ayaq üstə durmuşdur. Təxminən saat 21:20 radələrində avtobusun sonuncu duracağına çatan zamanda bir nələr 35-45 yaşlarında başında qara idman papağı olan şəxs ona arxadan 1-2 dəfə toxunmuş və o, həmin şəxsin avtobus yelləndiyi üçün ona toxunduğunu zənn etmişdir. Həmin adam avtobusdan düşdükdən bir qədər sonra o, gödəkcəsinin sol yan cibində olan özünə məxsus “Samsung A 12” markalı mobil telefonunun olmadığını müəyyən elmiş və bundan sonra anası Şahid2 vo o həmin şəxsin arxasınca bir qədər qaçmışdırlar. Lakin, həmin şəxs oradan çox uzaqda olduğundan gözdən itmişdir və həmin şəxsə çata bilməmişdirlər. Bundan sonra isə anası Şahid2 DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin şəxsin arxasınca qaçdıqlarını gördüyünü zənn etmir, çünki o mobil telefonun olmadığını müəyyən etdikdə həmin şəxs yolu keçmiş və oradan uzaqlaşmış idi, həmçinin, həmin şəxsin arxasınca o və anası Şahid2 heç bir çağırış etməmişdirlər. Həmin mobil telefonu 6 ay əvvəl atası Llnıır ona 390 manata aldığından, ona 390 manat maddi ziyanlıq dəymişdir. Həmin şəxsi yenidən gördükdə tanıya bilər, çünki avtobusda sərnişin kimi əvvəlcədən həmin şəxsi görmüşdür. Bundan başqa o, məhkəmə-əmtəəşünaslıq ekspertizasında göstərilən mobil telefonun 220 manat dəyəri ilə razı olduğunu və heç bir etirazının olmadığını da bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma övladıdır. 25.11.2021-ci il tarixdə həyat yoldaşı Şahid2 ona zəng edərək, 135 saylı avtobusda olarkən, bir nəfər şəxsin övladları Zərərçəkmiş şəxs cibindən mobil telefonu oğurladığını və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini söyləmişdir. Həmin məsələ ilə bağlı həyat yoldaşı Şahid2 Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə yazmağ üçün dəvət edildikdə, o özü bu məsələ ilə bağlı Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedərək ərizə yazmışdır. Həmin mobil telefonun markası Samsung A12, yaddaşı 32 GB-dir. O, təxminən 6 ay bundan əvvəl oğlu Sənana 390 manata almışdır və həmin mobil telefonu oğlu Sənan işlətmişdir. Buna görə də oğurluq hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin tam həcmdə ödənilməsini, buna görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. 25.11.2021-ci il tarixdə saat təxminən 20:50 radələrində yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal- ünvan 3 ünvanından 135 saylı xətt marşrutu üzrə hərəkət edən avtobusa atası İlqarın yaşadığı ünvana böyük oğlu Zərərçəkmiş şəxs və kiçik oğlu Əli Abdullayev ilə birlikdə minmişdirlər. Həmin vaxt o və kiçik oğlu avtobusda oturacaqlardan birində əyləşmişdirlər. Böyük oğlu Zərərçəkmiş şəxs isə axırıncı duracağa çatana yaxın ayaq üstə durmuşdur. Təxminən saat 21:20 radələrində avtobusun sonuncu duracağına çatan zamanda avtobusdan düşmək istəmişdirlər. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs cibində olan mobil telefonunun olmadığını bildirimişdir. O, oğlu Sənandan bu barədə soruşduqda, oğlu Zərərçəkmiş şəxs bir qədər fikirləşdikdən sonra mobil telefonunun bir neçə dəqiqə öncə arxadan toxunan avtobusda olan şəxs tərəfindən oğurlandığını fikirləşdiyini söyləmişdir. Bundan sonra o və oğlu Sənan avtobusdan düşərək həmin şəxsi axtarmağa və arxasınca qaçmağa başlamışdırlar. Lakin, avtobusdan düşdükdə oğlu həmin şəxsi göstərmiş və o həmin şəxsin uzaqda olduğunu, bir neçə saniyə sonra isə gözdən itdiyini görmüşdür. Bundan sonra o DİN-nin 102 xidmətinə moluma! vermişdir. O, həmin şəxsin arxasınca qaçdıqlarını gördüyünü zənn etmir, çünki o və oğlu Sənan avtobusdan düşdükdə həmin şəxsin çox uzaqda olduğunu görmüşdürlər, bir neçə metr qaçdıqdan sonra isə həmin şəxsi gözdən itirmişdirlər, eləcə də, o və oğlu həmin şəxs çox uzaqda olduğundan səsləməmişdirlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, ifadəsində göstərmişdir ki, o, fərdi olaraq telefon təmirçisi işləyir. Təqsirləndirilən şəxs 3-4 il bundan əvvəl müştəri kimi tanımışdır, belə ki, əvvəllər Təqsirləndirilən şəxs həyat yoldaşının mobil telefonunu təmir etdirməkdən ötrü ona həvalə etmiş və o da həmin mobil telefonu təmir etmişdir. Yəni ki, Təqsirləndirilən şəxs ilə qiyabi tanışlığı olmuşdur. 25.11.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhərində adsız kafelərdən birindən çıxaraq yaşadığı evə gedən zaman “Yelmar” dairəsi adlanan ərazidə Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus olan mobil telefonu satmaq istədiyini bildirmiş, lakin, o Fəridə artıq telefon alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə israrla telefonu satmaq istədiyini və uşağının xəstə olmasını bildirmişdir. Bundan sonra isə o Fəridlə razılaşmış və özünə məxsus olduğunu bildirdiyi "Samsung A 12" markalı mobil telefonu 70 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs həmin mobil telefonun enerji adapterini və 1MF1 kodunu istədikdə. Təqsirləndirilən şəxs enerji adaplerinin özünə lazım olduğunu, İMEİ kodun isə mobil telefonun qulusunu tulladığı üçün bilmədiyini qeyd etmişdir. O isə bunun müqabilində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb elmişdir. Təqsirləndirilən şəxs isə ona şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Həmin vəsiqənin surətini Nəsimi RPİ- nin İŞ-nə təqdim edə bilər. Təxminən 2-3 gündən sonra isə həmin mobil telefonu Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsə 100 manat müqabilində satmışdır. Bunda ı başqa o. verilən suallara cavab olaraq bildirmişdir ki. Təqsirləndirilən şəxs ona həmin mobil telefonun özünə məxsus olmasını bildirmiş, həmin mobil telefon Samsung A 12 markalı, 32 GB yaddaşlı, formal olunmuş vəziyyətdə qara rəngli mobil telefon olmuş, mobil telefonu satdığı şəxs 30-35 yaşlarında orta boylu, orta bədən quruluşlu, qaraşın kişi olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini, dindirilməsi mümkün olmayan şahidlər X4 və Şahid3 dindirilməsinə zərurət görməməsini, sonuncuların ibtidai istintaq zamanı verdiyi ifadələri ilə razı olmasını və məhkəmə iclasında elan olunmaqla məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan 07 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 108-111-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 142-145-ci vərəqələrində olan Nəsimi rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 07 mart 2022-ci il tarixə qədər uzadılmışdır. Cinayət işinin 209-210-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 146-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 9/419 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samsung A 12” markalı, 32 CiB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 220 manat müəyyən olunur. Cinayət işinin 147-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 124-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin 08 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08 fevral 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 2) Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2008-ci il tarixli hökmü ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Nizami Rayon Məhkəməsinin 10 iyun 2009-cu il tarixli hökmü ilə həmin Məcəllənin 317.2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09.04.2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, 4) Yasamal Rayon Məhkəməsinin 24 fevral 2012-ci il tarixli hökmü ilə həmin Məcəllənin 180.1, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilib, 07 iyun 2015-ci il tarixdə cəzasını çəkib qurtarmış, 5) Abşeron Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmü ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2018ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 6) Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz) gün hissəsi cəzadan vaxtından əvvəl şərti azad edilmiş və 30 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan 25 oktyabr 2017-ci il tarixli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs anası X1 "biateral serebral hemisferlərdə mikroangiopatiyaya uyğun xr.işemik-qliotok ocaqlar qeyd olunur. Yaşa uyğun diffuz kortikal atrofiya mövduddur. Sağ talamusun arxa qütbü səviyyədən, oksipital paya qədər yayılmış, sağ PCA hövzəsinə uyğun lokalizasiyalarda (6-8 sutkaya uyğun) geniş işemik infarkt ocağı müşahidə olunur. 3-cü mədəcikdə 77mm kolloid kista" aşkar olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam həcmdə ödənilmişdir, hal-hazırda ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinin 79-81-ci vərəqələrində olan şəxsin tanınmaya təqdim edilməsi haqqında protokola əsasən Zərərçəkmiş şəxs 25.11.2021-ci il tarixdə saat 21 radələrində 135 saylı marşrut avtobusunda olan zaman əynində olan gödəkçəsinin sol yan cibindən Samsung Galaxy A 12 markalı mobil telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını göstərmişdir. Cinayət işinin materiallarında olan bir ədəd CD diskində olan video görüntülər məhkəmə iclasında təqqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Əcəmi" metrostansiyasının yaxınlığında "DAEWOO" markalı 135 nömrəli marşrut avtobusda Zərərçəkmiş şəxs əynində olan gödəkçənin sol yan cibindən mobil telefonu oğurlayır. Cinayət işinin 153-162-ci vərəqlərində olan 11 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, oğurluq hadisəsisni özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 53-cü vərəqələrində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuş və atası Qanuni nümayəndədir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskində olan videogörüntülər və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin cibindən çıxarmaq yolu ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, Zərərçəkmiş şəxs vurulmuş zərərin tam həcmdə ödənilməsini, sonuncunun ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını, ailəli olmasını, himayəsində xəstə anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3 -ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2020-ci il tarixdə cəzasının müddətinin başa çatması ilə azad edilmiş, lakin iki il keçmədən 25 noyabr 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən cinayəti az yaşlı şəxsə qarşı törətməsi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 dekabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, oğurluq hadisəsini əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-155/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-155/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver