Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-156/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 11, mənzil 28-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan xx xxxxxx 2009-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq xx xxxxxxx 1995-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs ödəməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(006)-991/2009 saylı qətnaməsini qərəzli olaraq icra etməməmiş, nəticədə xx.xx.2020-ci il tarixədək 8.400 manat aliment borcu yaranmışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1995-ci ildə evlənmiş, birgə nikahdan Bədirova Şəfiqə adlı övladı anadan olmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşayışları mümkün olmamış, bu səbəbədn də nikahlarına 1998-ci ildən xitam verilmişdir. Elə bu vaxtdan da Təranə övladı ilə birlikdə valideyinlərinin yanına köçüb orada yaşamışdır. Təranə 2009-cu il tarixdə ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə ondan xx xxxxxx 2009-cu il tarixdən etibarən hər ay 1995-ci il təvəllüdlü Ş.Bədirovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. O, dəfələrlə icra şöbəsində verdiyi izahatlarında bildirmişdir ki, icra sənədinin icrasından qərəzli boyun qaçırmır. Maddi vəziyyəti qətnamənin tam şəkildə icrasına çətinlik yaratsa da, icra sənədi üzrə ödənişlər etmiş, dəfələrlə qızına yardım göstərmişdir. İşsiz olduğundan ödəniş edə bilməmiş, həmçinin məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata düşmüşdür. Təranə ilə boşandıqdan sonra 1998-ci ildə yenidən ailə qurmuş və bu nikahdan iki övladı var. 2010cu ildə arvadı Alyona Xarkoviç vəfat etmişdir. Böyük oğlu xalasının yanında qalsa da, yetkinlik yaşına çatmayan xəstə oğlu onunla yaşayır. Qızı Şəfiqə də arada gəlib onunla birgə qalır. Yaranmış borcunu birdəfəlik ödəyə bilməsə də, məsələnin həlli üçün keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilin yarısını borcun əvəzi kimi verir, lakin sonuncu bundan imtina edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla 1995-ci ildə evlənmiş, birgə nikahdan Şəfiqə adlı qızı anadan olmuşdur. Ailə qurduqdan sonra bir yerdə yaşamaqları mümkün olmamış və nikahlarına xitam verilmişdir. Elə o vaxtdan da uşağı ilə birlikdə valideyinlərinin yanına köçərək onlarla yaşayır. Namiq qızının saxlanması üçün ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair məhkəmədə ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2009-cu il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq övladı xx xxxxxxx 1995-ci il təvəllüdlü Ş.Bədirovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası üçün icra məmurları borcluya dəfələrlə bildirişlər təqdim etmiş, lakin Namiq hər dəfə müxtəlif bəhanlər gətirməklə alimenti ödəməkdən yayınmışdır. Hətta bununla bağlı Namiq bir dəfə məhkum olunmuşdur. Namiq hər dəfə maddi vəziyyətini bəhanə etsə də, o, uzun müddətdir ki, fərdi əməklə məşğul olur və qazancı da yaxşıdır. Qızı Şəfiqə şəkər xəstəsidir, İİ qrup əlildir, eyni zamanda X2 qiyabi təhsil alır, həmçinin Türkiyənin Atatürk Universitetində aldığı təhsil isə maddi imkansızlıq səbəbindən yarımçıq qalıb. Namiqin borcun əvəzi kimi təklif mənzilin qeydiyyat çıxarışı yoxdur, ona görə də o, bu təklifi qəbul etmir. Namiq bir ata kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmir. Qızının saxlanılması ilə bağlı bütün qayğılar onun üzərinə düşür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin xx xxxx 2009-cu il tarixli, 2(006)-991/2009 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2009-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq xx xxxxxxx 1995-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməlidir. Qətnamə üzrə verilmiş icra sənədi ilə bağlı xx xxxxxxx 2014-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, aliment tələbinin könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə N.X5 Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb edildikdən sonra da icra məmurunun qanuni tələblərindən yayınmağa davam etdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə yenidən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Təqsirləndirilən şəxs Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata düşsə də, dəfələrlə ona təklif edilmiş işlərdən əsassız olaraq imtina etmişdir. Bunlarla yanaşı Təqsirləndirilən şəxs əvvəllər də icra sənədi üzrə yaranmış 2.200 manat aliment borcunun ödəmədiyi üçün Cinayət Məcəlləsinin 176.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixdə verilmiş təqdimatadək onun 8.400 manat aliment borcu yaranmışdır. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 991/2009 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2009-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat aliment alınaraq xx xxxxxxx 1995-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməlidir (İ cild, i.v.9-11); xx.xx.2009-cu il tarixli, 2(006)-991/2009 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2014-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır (İ cild, i.v.16-52); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(006)- 377/2017 saylı qərarı ilə Bədirov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 3(006)-1251/2019 saylı qərarı ilə isə İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir (İ cild, i.v.86-87, 97-98) ; Nəsimi Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2017 və xx.xx.2019-cu il tarixli məktublardan aydın olur ki, Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyatdan keçmiş, ona Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işi təklif olunsa da, iş rejimi qane etmədiyindən ondan imtina etmişdir (İ cild, i.v.104, 154); “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2020-ci il tarixli protokola görə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılmış, müstəntiqin xx.xx.2020-ci il tarixli qərarı ilə o, müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.211, 228-229, 233); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.1, 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 03 ay müddətinə azadlıqdan məhrum etmə və 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, həmin məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 10 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.155-160, 164); Nikah və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2010-cu il tarixdə Y.Xarkoviç vəfat etmişdir (İİ cild); Şəxsiyyət vəsiqəsinin surətinə görə Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasıicra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ondan xx xxxxxx 2009-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 200 manat alimentin alınaraq xx xxxxxxx 1995-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs ödəməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2009cu il tarixli, 2(006)-991/2009 saylı qətnaməsini qərəzli olaraq icra etməməmiş, nəticədə onun xx.xx.2020-ci il tarixədək 8.400 manat aliment borcu yaranmışdır. Bu hərəkətlərlə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin hal-hazırda cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə vurulmuş zərərin ödənilməsi üzrə göstərdiyi təşəbbüsü Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun yaşını və hazırki ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (İki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 11, mənzil 28-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-156/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-156/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver