Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-156/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Kəlbəcər rayonu, Mərcimək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Mərcimək kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 29.01.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə 53 ünvanında yerləşən avtotəmir sexində Zərərçəkmiş şəxs ilə onun etibarnamə ilə idarə etdiyi “Mercedes Viano" markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir edən Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncu, Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruq zərbəsi vurması nəticəsində ona, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin iki yerdən və burun çəpərinin yerdəyişmiş sınıqları, alın, burun və hər iki gözətrafı yumşaq toxumalarının qançır-şişkinliyi xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 1 ildir ki, Daş Bazarı kimi tanınan ərazidə motorist kimi işləyir. Təqribən 23.12.2021-ci il tarixdə həmin vaxtadək tanımadığı Zərərçəkmiş şəxs ona “Mercedes Vito” markalı avtomobilinin mühərrikində mütamadi olaraq yağ azalması səbəbindən müraciət etmişdir. O, avtomobilə baxış keçirərək həmin mühərriki bir həftə ərzində təmir edəcəyini və bunun qarşılığında 450 manat alacağını bildirmişdir. Zərərçəkmiş şəxs onun bu təkilifı ilə razılaşaraq avtomobili ona təhvil vermiş və o, təmir işlərinə başlamışdır. Təmir zamanı sözü gedən mühərrikin gilizində müəyyən problemlər yarandığından, həmçinin, bayram ərəfəsi olduğundan o, vəd etdiyi vaxtda avtomobili təhvil verə bilməmiş və təqribən 15.01.2022-ci il tarixdə təmir işlərini yekunlaşdırmışdır. O, təmir işlərini yekunlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs onun işlədiyi avtoservisə gəlmiş və avtomobilini yoxlamaq üçün bir qədər idarə etdikdə mühərrikdə yenidən nasazlıq yaranmışdır. Zərərçəkmiş şəxs buna öz etirazını bildirərək mühərrikin yenidən təmir olunmasını tələb etmiş və o, həmin şəxsin bu istəyini qəbul etmişdir. Beləliklə o, mühərriki yenidən sökərək blokunda nasazlıq olmasını aşkar etmiş və öz vəsaiti hesabına yeni blok almışdır. 29.01.2022-ci il tarixdə saat 15:30 radələrində o, işlədiyi avtoservisdə Zərərçəkmiş şəxs avtomobilinin mühərrikini yığan zaman sonuncu, həmin yerə gəlmiş və avtomobilinin gec təmir olunmasını əsas gətirərək mübahisə yaratmışdır. O, əsəblərinə hakim ola bilməmiş və həmin şəxsin burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda dəymiş zərəri ödəmiş, zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23.12.2021-ci il tarixdə “Mercedes Vito” markalı avtomobilin mühərriki yağı mütamadi olaraq azaltdığından o, həmin məsələ ilə bağlı Daş Bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs avtomobilə baxaraq təmir üçün 1 həftə vaxt tələb olduğunu və zəhmət haqqı kimi 450 manat pul alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmış və əlavə olaraq tələb olunan bütün ehtiyat hissələrini alaraq həmin şəxsə təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəd etdiyi bir həftə müddət başa çatsa da, mühərrikin təmiri tamamlanmamış və həmin şəxs onu gözlətməyə başlamışdır. Nəhayət təqribən 15.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təmir işlərini yekunlaşdırmış və onu avtomobili təhvil vermək üçün işlədiyi avtoservisə dəvət etmişdir. O, qeyd edilən avtoservisə gələrək avtomobilini yoxlamaq üçün sükan arxasına keçmiş və həmin avtomobili təqribən 100 metr idarə etdikdən sonra mühərrik anidən dayanmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs öz narazılığını bildirmiş və mühərriki tam təmir edərək ona təhvil verməsini tələb etmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs mühərrikin blokunda əyrilik olmasını səbəb gətirərək məsuliyyəti öz üzərindən atmağa çalışsa da, daha sonra mühərriki yenidən təmir etməyi öz üzərinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefonda danışan zaman aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs onu vurmuşdur. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 14.02.2022-ci il tarixli, 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin iki yerdən və burun çəpərinin yerdəyişmiş sınıqları, alın, burun və hər iki gözaltı yumşaq toxumalarının qançır-şişkinliyi bərk küt əşyanın təsirindən, onun tibbi yardım üçün X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 29.01.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, bədən hissələri ilə (əl, ayaq, baş və s.) yetirilmiş zərbə (lər) nəticəsində əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Balayev X2 rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 73- 1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 06 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-156/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-156/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver