Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-157/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əkrəm oğlunun iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09:36-da ünvan 2 saylı ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “Mersedes-Benz C 180” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək qabaq sol qapını açıb avtomobilə daxil olaraq sürətlər qutusunun yanındakı qoltuq altından zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində olan 01 ədəd pul qabını içərisindəki 1845 manat nağd pul, Zərərçəkmiş şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, AF№ 033089 seriyalı sürücülük vəsiqəsi, qeyd olunan minik avtomobilinə aid AD№ 020457 seriyalı qeydiyyat şəhadətnaməsi və 10 manat dəyərində olan “Access” banka məxsus 5374 6212 3104 0080 saylı bank kartı ilə birlikdə gizli olaraq talamış, bundan sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 10:42-dən ll:03-dək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «5 mərtəbə» və «Bravo» mağazalarında elektron məlumat daşıyıcısı hesab olunan həmin bank kartından istifadə etməklə ümumilikdə 169,96 manat dəyərində müxtəlif məhsullar almış və bununla da, Zərərçəkmiş şəxs ümumilikdə 2029,96 manat (iki min iyirmi doqquz manat doxsan altı qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə iş axtarmaq məqsədi ilə səhər 09 radələrində kirayə yaşadığı ünvandan çıxmış, Nəsimi rayonu ərazisini gəzə-gəzə S.Vurğun küçəsi 69 saylı ünvanın qarşısına gəlmişdir. Həmin ünvanın qarşısında saxlanılmış qara rəngli Mesedes markalı avtomobili görüb avtomobilə yaxınlaşmış, ətrafa nəzər yetirdikdə onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin sürücü tərəfdən qapısını açıb avtomobilə əyləşmiş, avtomobilin qoltuq altı hissəsinin aşağısında olan qara rəngli pul kisəsini görüb götürmüş və pul kisəsini götürdükdən sonra avtomobildən düşmüş, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O, həmin ərazidən uzaqlaşdığı vaxt pul kisəsini açıb içərisinə baxmış, orada sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, etirabrnamə, “Access Banka” məxsus kart, xeyli sayda pul olduğunu görmüşdür. Bundan sonra o, «Qış parkı»na tərəf getmiş, parkda oturacaqların birində əyləşib pul kisəsinin içərisinə bir də nəzər yetirmiş, pul kisəsinin içərisində olan pulları saydıqda 1845 manat pul olduğunu bilmiş, həmin 1845 manat pulu və “Access Banka” məxsus kartı götürmüş, digər əşyaları yəni sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, etirabrnaməni pul kisəsinin içərisinə qoymuş, pul kisəsini içərisində olan əşyalarla birlikdə parkda skamyanın üzərinə qoymuşdur ki, kimsə pul kisəsini və içərisində olan sənədləri tapıb sahibinə qaytarsın. Bundan sonra “Access Banka” məxsus kart vasitəsi ilə 5 mərtəbə adlanan ərazidəki dükandan alver etmiş, əvvəlcə 66 manatlıq, sonra 2 manatlıq, daha sonra isə yenidən 66 manat dəyərində alver etmiş, bundan başqa Qış parkının yanında yerləşən Bravo marketdən 1 blok Kent 4 markalı siqaret almış, bundan sonrakı günlərdə pul kisəsindən götürdüyü pulları öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan bir neçə gün sonra, xx xxxxxxx 2020-ci il tarixdə “Access Banka” məxsus kart vasitəsi ilə Yasamal rayonu, 5 mərtəbə adlanan tərəfdə mağazalardan birindən markasını xatırlamadığı 1 qutu siqaret almış, siqareti alıb satıcıya yaxınlaşaraq “Access Banka” məxsus kartı uzatmışdır. Satıcı kassir kartdan 2 manat 60 qəpik çıxdıqdan sonra kartı ona qaytarmışdır. Kartda pul olduğunu görüb yenidən dükana geri qayıdaraq kart vasitəsilə siqaret alıb sonra həmin siqaretləri satmaq qərarına gəlmişdir. Ona görə də 2 blok “Kent 4” markalı, 2 blok “Winston compact” markalı siqaret götürüb satıcıya yaxınlaşaraq Access Banka məxsus kartı vermişdir. Satıcı kartdan 2 blok “Kent 4” markalı siqaretə görə 66 manat pul çıxmışdır. Sonra isə “Winston compact” markalı siqaretə görə də 66 manat pul çıxmışdır. Satıcının şübhələnməməsi üçün adlığı siqaretləri götürüb mağazanı tərk etmişdir. Bundan sonra Nəsimi rayonu, Qış parkının yanında yerləşən Bravo marketə girib oradan 1 blok “Kent 4” markalı siqaret və markasını xatırlamadığı bir ədəd pivə götürüb satıcıya yaxınlaşaraq “Access Banka” məxsus kartı vermiş, satıcı kartdan 35 manat 36 qəpik pul çıxıb kartı geri qaytarmışdır. Mağazalardan aldığı siqaretləri isə tanımadığı şəxslərə ucuz qiymətə sataraq əldə etdiyi pulları öz şəxsi tələbatları üçün xərcləmişdir. Satdığı şəxslərə işlətdiyi dükanın bağlandığını, ona görə də siqaretləri ucuz qiymətə satdığını demişdir ki, siqareti alan şəxslər həmin siqaretləri oğurluq yol ilə əldə etdiyini bilməsin. xx xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Nizami metrostansiyası yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, oğurladığı “Access Banka” məxsus kartı könüllü olaraq təqdim etmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, S.Vurğun küçəsi 69 saylı ünvanda yerləşən dükanda satıcı işləyir və hər gün səhər saat 08:00-da işə gəlir, saat 18:00-da işdən çıxıb evə gedir, işə gəldikdə idarə etdiyi Mercedes C180 markalı avtomobilini Nəsimi rayonu, S.Vurğun küçəsi 69 saylı ünvanda səkinin qarşısında saxlayır. Həmişə olduğu kimi xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində idarə etdiyi Mercedes C180 markalı avtomobilini Nəsimi rayonu, S.Vurğun küçəsi 69 saylı ünvanın qarşısında yol kənarında saxlayıb dükana girmiş, avtomobildən düşərkən qapını bağlamağı unutmuş, həmin gün saat 18 radələrində iş yerindən çıxıb avtomobilə əyləşdikdə avtomobilin salonunda qoltuq altı hissəsinin aşağısında qoyduğu pulların dağınıq olduğunu görmüş, salona baxdıqda pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Pul kisəsinin içərisində “Access Banka” məxsus əmək haqqı kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, avtomobilin etibarnaməsi və 1845 manat nağd pul olmuşdur. Avtomobilindən hadisə vaxtı oğurlanmış pul kisəsini hadisədən 1 ay əvvəl 10 manata almış, pul kisəsinin işlənməsini nəzərə alaraq oğurluq vaxtı pul kisəsinin dəyərini 5 manat kimi qiymətləndirir və hadisə nəticəsində ona ümumilikdə 1850 manat maddi ziyan dəymişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qətimkan tədbirlərin şərtlərini pozduğuna görə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 127-128-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti hazırlıq iclası keçirilənədək üzadılmışdır. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 131-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5594 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Access Bank»a məxsus 5374 6212 3104 0080 saylı bank kartının 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 10,0 (on) manat müəyyən edilir. Pul kisəsi tədqiqata təqdim edilmədiyinə görə həmin pul kisəsinin markasım, modelini, istehsal yerini və s. müəyyən etmək mümkün olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır Cinayət işinin 132-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 144-150-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Access Banka” məxsus 5374 6212 3104 0080 saylı bank kartı saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş CD disklərinə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, “01” nömrəsi ilə nömrələnmiş diskdə 01-ci video görüntünün 09:36:40- cı dəqiqəsində bir nəfər orta boylu orta yaşlı, əyninə qəhvəyi rəngli gödəkçə geyinmiş şəxs Nəsimi rayonu, S.Vurğun küçəsi, 69 saylı ünvanda yol kənarında dayanmış qara rəngli “Mersedes” markalı avtomobilin sürücü tərəfdən qapısını açaraq avtomobilin sükanı arxasına əyləşir. Baxış zamanı 02-ci video görüntünün 09:36:40-cı dəqiqəsində bir nəfər orta boylu orta yaşlı, əyninə qəhvəyi rəngli gödəkçə geyinmiş şəxs Nəsimi rayonu, S.Vurğun küçəsi, 69 saylı ünvanda yol kənarında dayanmış qara rəngli “Mersedcs” markalı avtomobilin sürücü tərəfdən qapısını açaraq avtomobilin sükanı arxasına əyləşir. Video görüntünün 09:36:52-ci dəqiqəsində həmin şəxs avtomobildən düşür və 09:36:54-cü dəqiqədən 09:37:10-cu dəqiqəyə qədər olan müddətdə avtomobil yolunu qaçaraq piyada keçib növbəti küçəyə tərəf dönür. Həmin orta boylu, orta yaşlı şəxsin ayağında ağ rəngli idman ayaqqabısı vardır. Həmin ərəfədə ətrafda avtomobil yolunda avtomobillər hərəkət edir. Baxış zamanı “02” nömrəsi ilə nömrələnmiş diskdə istintaq marağı doğuran video görüntülər aşkar edilməmişdir. Baxışda keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, əynində ağ rəngli idman ayaqqabısı, qəhvəyi rəngli gödəkçə geymiş orta boylu, orta yaşlı şəxs onun özüdür, qara rəngli “Mersedes” markalı avtomobilin sürücü tərəfdən qapısını açaraq avtomobilin sürətlər qutusu tərəfdə olan qara rəngli pul kisəsini gizli olaraq talayıb avtomobildən düşüb qaçaraq yolu keçib gözdən itir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, CD diskində olan video görüntülərlə və digər iş materialları ilə onun elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni xx xxxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut hesab edilən “Access Banka” məxsus 5374 6212 3104 0080 saylı bank kartı saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əkrəm oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Access” banka məxsus 5374 6212 3104 0080 saylı bank kartı saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs Əkrəm oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Əkrəm oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Əkrəm oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-157/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-157/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver