Məhkəmə qərarları › İş №1(006)-157/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-157/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-157/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və mhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,637 qram çəkidə psixotrop maddə metamfetamini, 0,780 qram çəkidə narkotik vasitə heroini və 5,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 sentyabr 2024-cü il tarixdə saat 17:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının ciblərindən 01 bükümdə təmiz çəkisi 0,637 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 01 bükümdə təmiz çəkisi 0,780 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 17 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,137 qram, 0,442 qram, 0,160 qram, 0,248 qram, 0,509 qram, 0,346 qram, 0,210 qram, 0,175 qram, 0,385 qram, 0,502 qram, 0,189 qram, 0,262 qram, 0,288 qram, 0,414 qram, 0,304 qram, 0,150 qram, 0,389 qram olmaqla ümumi təmiz çəkisi 5,11 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, 19 sentyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində 3-cü mikrorayon dairəsinin yanında yerləşən binanın qarşısında olan zaman istifadə etdiyi mobil telefonuna tanımadığı şəxs tərəfindən zəng gəlmiş, onun harada olmağı soruşulmuş, o da cavab verməmişdir. Həmin zəngdən bir müddət keçdikdən sonra bir nəfər mülki geyimli şəxs qabaqdan, digəri isə arxadan yaxınlaşmışlar. Həmin şəxslər polis olduqlarını bildirdilər və elə həmin yerdəcə ona içəri getməli olduğunu bildirib maşına əyləşdirərək idarəyə aparmışlar. Polis idarəsində onun qarşısına xırda bükümləri qoydular və ona aid olmasını kamera qarşısında bildirməyi tələb olundu. O, ilkin olaraq buna etiraz etmiş, həmin anda da döyülmüşdür. Döyüldüyünə görə məcbur qalaraq onların dediklərini etmişdir. Çəkiliş altında həmin bükümlərin ona məxsus olduğunu etiraf etmişdir. Tərəzini də cibindən çıxararaq onun da ona aid olmasını etiraf etmişdir. O, heç vaxt narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Namiq» adlı şəxs qanunsuz olaraq satış məqsədilə xeyli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində saxlayır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə «Namiq» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Nəsimi RPl-nin Cinayət-axtarışı şöbəsinin kiçik inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1lə birlikdə saat 17 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 6 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə şərait olmadığından sonuncu Nəsimi RPl-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq Nəsimi RPl-yə gəlmişlər. Nəsimi RPİ-də olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması baş təhqiqatçı Babək Mirzəyevə həvalə olunmuşdur. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd «Vinston» markalı siqaret qutusunu, 01 ədəd alışqan, 01 ədəd «Fly» markalı mobil telefon, 17 ədəd kağız büküm, 01 ədəd «Bakı kart» plastik kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. 17 ədəd kağız bükümə baxıldıqda içərlərində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd sellofan bükümə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroin, 01 ədəd sellofan bükümə baxıldıqda isə içərisində ağ rəngli psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd kağız bükümlərdə olan maddənin «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana, sellofan bükümlərin birində olan maddə «kakos» kimi tanınan narkotik vasitə heroin, digər sellofan bükümdə olan maddənin «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri bir gün əvvəl Biləcən qəsəbəsində «Ruslan» adlı şəxsdən 225 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini, bir neçə ildir ki, narkotik vasitənin bütün növlərindən ağrıları olduğu üçün İstifadə etdiyini, elektron tərəzini isə narkotik vasitələri ölçüb miqdarını bilmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd kağız büküm, 02 ədəd sellofan küküm, 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefon qablaşdırılaraq götürülmüş, digər oşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 28-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 41-43-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, üzərində daşıması, saxlaması və satışı ilə ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla Nəsimi RPİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 19 sentyabr 2024-cü il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin günü saat 17:30 radələrində tədbir iştirakçıları tərəfindən ünvan 7 ünvanının qarşısında saxlanılaraq İdarənin inzibati binasına dəvət edilmişdir. İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X5 dəvət olunaraq ona təqdim olundu. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradıldı. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi, həmçinin ona hüquq və vəzifələri izah edildi. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr əldə etmə, daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirildi. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçiniməs haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edildi ki daxil olmuş üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində tünd qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd winston siqaret qutusu, həmin qutunun içərisində bir ədəd alışqan 1 bir ədəd qara rəngli “Flay” markalı mobil telefon, həmin cibdən 17 ədəd kağız bükümlərdə olan içərisində qurudulmuş ot şəkilli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr, bir ədəd plastik Bakı kart, özünə məxsus şəxsiyyət vəsiqəsi, şalvarının sol yan cibindən isə iki ədəd şəffaf sellofan bükümləri bir bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddələri və digər bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddəni və bir ədəd metal rəngli işlək vəziyyətdə olan elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin təqdim etdiyi 17 ədəd kağız bükümlərdə İçərisində qurudulmuş ot şəkilli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələrə açılaraq baxış keçirildi. Digər iki bükümdə olan narkotik vasitə və psixatrop maddəyə bənzər maddələr şəffaf sellofanlardan aşkar göründüyü üçün açılmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 17 ədəd ağ kağız bükümlərdə olan qurudulmuş ot şəkilli kütlələrin narkotik vasitə olan nəşə olduğunu, digər sellofan bükümlərində olan maddələrin isə bir bükümündə tünd qəhvəyi rəgli maddənin “kakos” olduğunu, digər bükümdə olan şəffaf rəngli kristalşəkilli maddənin isə “Patı” olduğunu bildirdi. Sorğu zamanı o, həmin maddələri bir gün bundan öncə saat təxminən 17 radələrində Biləcəri qəsəbəsində üzdən tanıdığı adını təxmini Ruslan kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün ümumilikdə 225 manat pul ödəyərək əldə etməklə üzərində saxladığını, bir neçə ildir ki, narkotik vasitələrin bütün növlərindən istifadə etdiyinə görə həmin maddələri ağrıları olduğundan öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini və onda olan elektron tərəzi ilə narkotikin miqdarını bilmək məqsədi ilə istifadə etdiyini bildirdi. Sorğu zamanı o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirdi. Cinayət işinin 62-63-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 6/4635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N°186” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən .... və sair” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,637 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,780 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Cinayət işinin 68-69-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 7/1561 nömrəli rəyindən görünür ki, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 17 kağız bükülüdə» yazılan zərfdə 17 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,137 qram, 0,442 qram, 0,160 qram, 0,248 qram, 0,509 qram, 0,346 qram, 0,210 qram, 0,175 qram, 0,385 qram, 0,502 qram, 0,189 qram, 0,262 qram, 0,288 qram, 0,414 qram, 0,304 qram, 0,150 qram, 0,389 qram olmaqla, ümumi təmiz çəkisi 5,11 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olub, tərkiblərinə görə eynidir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd elektron tərəzi.......” yazılan zərfdə 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Cinayət işinin 96-102-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-529/2024 saylı qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs Əiş oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 sentyabr 2024-cü il tarixdə saat 17:30-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 126-128-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 ay 02 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəza çəkməkdən azad edilmişdir. Cinayət işinin 136-137-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 6825 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində varanan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 139-140-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 1308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 142-148-ci vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin 12 dekabr 2022-ci il tarixdə hesablanması hökm edilmişdir. Cinayət işinin 149-157-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,11 qram narkotik vasitə qurudulmuş marixuana, 0,637 qram psixotrop maddə metamfetamin, 0,780 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 4,26 qram qalığı, psixotrop maddə metamfetaminin 0,587 qram qalığı, narkotik vasitə heroinin 0,730 qram qalığı və 014 ədəd elektron tərəzinin saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 6189 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs remissiya mərhələsində olan opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqdar olaraq, narkomaniya xəstəliyinə xas olan xarakterik, klinik əlamətlərin itməsi ilə əlaqədar olaraq, həmçinin hal-hazırda sağlamlıq durumu ilə bağlı narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 0,15 qram, Həmin Siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 5 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi isə 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,780 qram, psixtorop maddə maddə metamfetaminin təmiz çəkisi 0,637 qram, narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 5,11 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göstərilən xüsusatlardan irəli gələrək qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə Azərbaycan Respublikası CM-nın 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 19 sentyabr 2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 28 dekabr 2024-cü il – 07 fevral 2025-ci il tarixlərdə keçirilmiş 04 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 27 iyun 2025-ci il – 26 iyun 2025-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 33 saata görə 363 (üç yüz altmış üç) manat olmaqla, cəmi 435 (dörd yüz otuz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 02 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,26 qram narkotik vasitə qurudulmuş marixuana, 0,730 qram narkotik vasitə heroin, 0,587 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün cəmi 45 (qırx beş) iş saatına görə 435 (dörd yüz otuz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar