Məhkəmə qərarları › İş №1(006)-158/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-158/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-158/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 23 avqust 2020-ci il tarixdə, saat 19:30 radələrində ünvan 3 ünvanında yerləşən “Uğur” kafesində qulluqçu işləyən tanışı Şahid1 ona zəng edərək kafedə olan müştərilərin hesabı ödəmədiyini bildirib ondan kömək istədikdən sonra o, həmin gün saat 20:00 radələrində spirtli içkinin təsirindən sərxoş vəziyyətdə ictimai yer hesab edilən həmin kafeyə gələrək orada müştəri qismində əyləşən Zərərçəkmiş şəxs1 yedikləri yeməyin hesabını ödəməsini tələb edib sonuncunu kafenin qarşısına çıxardaraq orada heç bir əsaslı səbəb olmadan münaqişənin yaranmasına səbəb olmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib zor tətbiq edərək masanın üzərindən götürdüyü, silah qismində istifadə etdiyi şüşə bakal ilə qəsdən başının arxa hissəsindən vurub yerə yıxaraq öz qanunazidd hərəkətlərini davam etdirib əlayaq zərbələri ilə, həmçinin silah qismində istifadə etdiyi şüşə bakal ilə Zərərçəkmiş şəxs1 baş, əl və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib ona sol əlin İV barmağının 1 ədəd və V barmağının 1 ədəd olmaqla hər iki barmağın açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və başın sol gicgah nahiyəsinin 1 ədəd, sağ əlin arxa səthinin 2 ədəd kəsilmiş yarası kimi ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt dava-dalaşa müdaxilə etmək üçün ona yaxınlaşan Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 qarşı da qanunsuz hərəkətlərini davam etdirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əlində olan silah qismində istifadə etdiyi şüşə bakal ilə zor tətbiq edərək Zərərçəkmiş şəxs2 üz nahiyəsindən vurub ona sağ almacıq yanaq nahiyəsinin kəsilmiş yarası, sol əlin V barmağının səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Uğur” adlı kafedə kababçı işləyib. Həmin kafeni icarə əsasında işlədən “Ziba” adlı qadınla o vaxtdan etibarən tanışdır. 23.08.2020ci il tarixdə Ziba ona zəng edərək onu icarə əsasında işlətdiyi kafeyə çağırmış, ona kafedə 2 nəfər müştəri qismində olan şəxsin hesabı vermək istəmədiyini demişdir. O, dərhal həmin kafeyə yollanmışdır. Həmin vaxt o, Muradın içkili vəziyyətdə, nalayiq ifadələr işlədərək kafeni dağıtdığını gördükdə Murada yaxınlaşıb sonuncuya etdiyi hərəkətin yanlış olmasını, onlara qulluq edən qadınların da kiminsə anası və ya bacısı olmasını demişdir. Murad daha da hiddətlənərək onun bacısını söymüş o, Muraddan bacısının cavan yaşda rəhmətə getdiyi üçün bacısına söyməməsini xahiş etmiş, lakin Murad təkrarən daha ağır şəkildə yenə də onun bacısını söymüşdür. Daha sonra o, bundan təsirlənərək Muradla dalaşmağa başlamış, sonuncu əlinə həmin zaman bakal almış, həmin bakalı yerə çırparaq onun üzərinə gəlmişdir. O özünü müdafiə məqsədilə Muradın əlində olan bakal parçasını almağa çalışmış, həmin zaman Vüsal kafeyə daxil olmuş, Vüsal onları ayırmağa çalışmış, o, Muradın qolunu tutub əlindəki bakalı alanda həmin bakal Vüsalın üzünə dəymiş və sonuncunun üzünü bir balaca cızmış, Murad isə onunla dalaşan zaman yerə yıxılmışdır. Daha sonra özünü qismən təqsirli bilərək baş vermiş hadisədən zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başladığını, özünü müdafiə edərək zərərçəkmiş şəxslə mübahisə etdiyini, həmçinin zərərçəkmiş şəxslərlə barışdığını, sonuncuların ona qarşı hər hansı şikayət, tələb və mülki iddasının olmamasını, iş üzrə obyektiv araşdırma aparılaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onun əlində bıçaq olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 23.08.2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində Vüsalla birlikdə onun yaşadığı ünvandan çıxıb yeyib-içmək üçün Nəsimi rayonu, 3-cü mikrorayon bazarının içərisində yerləşən adını bilmədiyi kafeyə getdiyini, orada yeyib bir butulka arağı içdikdən sonra təkrarən Vüsalın spirtli içki almağa görə kafedən çıxıb marketə getdiyini, bundan sonra siqaret çəkmək üçün kafenin qarşısına çıxdığında kafedə işləyən qadının ona hesabı verməyini bildirdiyini, cavab olaraq həmin qadına heç bir yerə getmədiyini və əlavə yemək pişirməyi istədiyini, qadın isə ona iş vaxtının bitdiyini və geç olduğundan evə getməli olduqlarını, bir daha ona hesabı verməsini təkid etdikdə o əsəbləşərək heç bir yerə qaçmadığını, hətta əşyalarının kafenin içərisində masanın üzərində olmasını bildirdiyini, bundan sonra həmin qadının kafenin çölündə olan bir nəfər kişini yardıma çağırdığını, həmin şəxs də gələrək ona hesabı ödəməyini bildirdiyini bu zaman həmin şəxsi itələdiyini və sözlə mübahisə etdiyini, aralarında mübahisə yaranan zaman onun yerə yıxıldığını, yerə yıxılarkən sağ, üz nahiyəsindən və bədəninin sol tərəfindən xəsarət aldığını, ayağa durmaq istəsə də, yıxıldığı yerdən dura bilmədiyini, halının olmadığını, daha sonra həmin şəxsin əlində tutduğu pivə bakalı ilə başına vurmaq istərkən iki əlindən xəsarət aldığını, belə ki, pivə bakalının onun hər iki əlini kəsməsini, daha sonra Vüsalın marketdən qayıtdığını gördüyünü, sonrakı proseslər barədə məlumatının olmadığını, gözünü açarkən isə artıq səhər açılmasını və Sabunçu rayon xəstəxanasında olmasını, bundan sonra qeyd olunan hadisə zamanı onu döyən şəxsin daha sonra dostu Vüsalı da döyüb ona xəsarət yetirməsini xatırladığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o içkili olmuş baş vermiş hadisəni dəqiq xatırlamır, Muquşov kafeyə daxil olarkən ondan hesabı verməyini və orada işləyən şəxslərin kiminsə anası, bacısı olduğunu bildirmiş, həmin anda içkili olduğuna görə Təqsirləndirilən şəxs ilə mübahisə yaranmış, onun tərəfindən Muquşovu pivə bakalı ilə vurmaq istəməsi yadında deyil, mübahisə zamanı ona söyüş söyüldüyü üçün də o, da qarşılıq vermiş, qapıdan çıxarkən yıxılaraq üzü pilləkənə dəymiş və oradaca özünü itirmişdir. Bundan sonra o, özünə gələndə vətərinin kəsildiyini görmüşdür. Həmçinin bildirmişdir ki, həmin axşam Təqsirləndirilən şəxs əlində bıçaq olmamışdır, Vüsalın onu vurmasını xatırlamır. Həmçinin, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində hökm çıxarılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Muradla 23.08.2020-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon bazarı” adlanan ərazidə yerləşən, adını unutduğu kafeyə gəlmiş, burada Muradla birlikdə bir butulka spirtli içki qəbul etmiş, daha sonra masada spirtli içkinin bitdiyini görüb yaxınlıqdakı marketdən spirtli içki almağa getmişdir. Marketdən qayıtdıqda orada mübahisə düşdüyünü, muradın əlində qırıx pivə bakalının olduğunu görmüş və dərhal Muradla Təqsirləndirilən şəxs bir-birindən ayırmağa çalışmiş bu zaman sonuncu Muradın əlindən qırıx pivə bakalını alarkən ehtiyatsızlıqdan onunda üzünə xəsarət yetirmişdir. O, daha sonra baş vermiş hadisə barədə “102” və “103” xidmətlərinə məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının onları Sabunçu rayonu xəstəxanasına aparmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin başlanma səbəbi Təqsirləndirilən şəxs Muraddan hesabı verməyini istədikdə və orada işləyən şəxslərin kiminsə anası, bacısı olduğunu bildirdikdə həmin anda Muradın Təqsirləndirilən şəxs bacısını söyməsi olmuşdur. Həmçinin bunlar mübahisə edərkən Təqsirləndirilən şəxs Murada uca səslə “mən sənə bacımı söyməməyini bildirdim ama sən təkrarən yenə də söydün” sözlərini eşitmişdir. Murad çox əsəbi olduğu üçün kafedə olan stolu aşırmış və qabları sındırmışdır. Həmçinin o, bildirmişdir ki, Murad Təqsirləndirilən şəxs ilə mübahisə edən zaman və sonra kafedən çıxarkən pilləkənlərın üzərinə müqavimətini itirdiyi üçün yerə yıxılmışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində onun icarə əsasında işlətdiyi kafeyə tanımadığı iki nəfər şəxs gəlmiş, orada yemək sifarişi vermiş və özləri ilə gətirdikləri bir böyük butulka arağı içmişlər. Həmin iki nəfər sonradan adlarını bildiyi Murad və Vüsal yeməyi və arağı bitirdikdən sonra Vüsal yenidən araq almaq üçün marketə getmiş, Murad isə kafedə qalmışdır. Daha sonra o, onunla birgə işləyən Şahid2 artıq gec olduğunu və kafeni bağlamaq vaxtı gəldiyini deyərək sonuncunun həmin iki nəfərdən yeməyin pulunu istəməsini demiş, Şahid2 da onlardan hesabı istəməyə getmişdir. Murad yeməyini pulunu ödəmək istəməmiş, Şahid2 isə təkidlə pulu istədikdə Murad onu və Şahid2 nalayiq küçə söyüşləri ilə təhqir etməyə və kafeni dağıtmağa başlamış və ona “buraları dağıdacağam, mən buranın polojeniyasına baxıram tanımadız məni” deyərək başını və şüşə bakalları divara çırpmışdır. O, Murada polis çağıracağını desə də, sonuncu buna əhəmiyyət vermədən polisində arxasınca söyüş söymüşdür. O, tanıdığı polislərə məlumat verdikdə polis əməkdaşları ona uzaqda olduqlarını bildirmişdir. Sonraisə o, sahə müvəkkilinə zəng vurmuş sonuncuda uzaqda olduğunu bildirmişdir. Yaranmış vəziyyəti gördükdə kafedən kənarda duran insanları yardıma çağırsa da insanlar ona kömək etməmiş, sonradan ağlına Təqsirləndirilən şəxs köməyə çağırmaq gəlmişdir. Daha sonra Şəfi gələrək Murada yaxınlaşıb “niyə belə edirsən buraları nə üçün dağıdırsan və yemək pulunu vermirsən” dedikdə, sonuncu onunda ünvanına söyüş söyməyə başlamış, Şəfi ayıbdır burada işləyən xanımlar kiminsə anası bacısıdır bəsdir dedikdə, bu zaman Murad daha da hiddətlənərək Şəfinin bacısının ünvanına söyüş söyləməyə başlamış, Şəfi həmin zaman Murada bacısının cavan yaşda dünyasını dəyişdiyini və sonuncunu söyməməsini xahiş etməsinə baxmayaraq yenə də Murad Şəfinin bacısını söymüşdür. Bundan sonra Şəfi eşitdiyi sözlərdən təsirlənərək Murada qarşılıq vermiş, sonuncu əlində olan bakalı masanın üzərinə çırparaq qırmış və əlində olan şüşə parcası ilə Şəfiyə hücüm etdikdə sonuncu onun əlində tutaraq şüşə parçasını almağa çalışmış, bu zaman kafeyə daxil olan Vüsal onları ayırmağa calışanda Şəfi Muradın əlindən şüşə qırığını alarkən ehtiyatsızlıqdan Vüsalın üzünü cızmışdır. Mübahisə zamanı Murad yerə yıxılmış sonra oradan durub gedərkən müqavimətini itirərk pilləkəndən yıxılmışdır. X4 xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində onun işlədiyi kafeyə tanımadığı iki nəfər şəxs gəlmiş, orada yemək sifarişi vermiş və özləri ilə gətirdikləri bir böyük butulka arağı içmişlər. Həmin iki nəfər sonradan adlarını bildiyi Murad və Vüsal yeməyi və arağı bitirdikdən sonra Vüsal yenidən araq almaq üçün marketə getmiş, Murad isə kafedə qalmışdır. Daha sonra o, kafeni icarə əsasında işlədən Şahid1 ondan artıq gec olduğu və kafeni bağlamaq vaxtı gəldiyü üçün gedib yeməyin pulunu almasını istəmiş, o, da kafenin çölündə dayanan Muraddan hesabı istəməyə getmişdir. Murad yeməyini pulunu ödəməyəndə o, təkidlə pulu istədikdə Murad onu və Şahid1 nalayiq küçə söyüşləri ilə təhqir etməyə və kafeni dağıtmağa başlamış və ona “buraları dağıdacağam, mən buranın polojeniyasına baxıram tanımadız məni” deyərək başını və şüşə bakalları divara çırpmışdır. Şahid1 Murada polis çağıracağını desə də, sonuncu buna əhəmiyyət vermədən polisində arxasınca söyüş söymüşdür. Şahid1 tanıdığı polislərə məlumat verdikdə polis əməkdaşları sonuncuya uzaqda olduğunu bildirmiş, sonra isə Şahid1 sahə müvəkkilinə zəng vurmuş sonuncuda uzaqda olduğunu bildirmişdir. Onlae yaranmış vəziyyəti gördükdə kafedən kənarda duran insanları yardıma çağırsa da insanlar onlara kömək etməmiş, sonradan Şahid1 ağlına Təqsirləndirilən şəxs köməyə çağırmaq gəlmişdir. Daha sonra Şəfi gələrək Murada yaxınlaşıb “niyə belə edirsən buraları nə üçün dağıdırsan və yemək pulunu vermirsən” dedikdə, sonuncu onunda ünvanına söyüş söyməyə başlamış, Şəfi ayıbdır burada işləyən xanımlar kiminsə anası bacısıdır bəsdir dedikdə, bu zaman Murad daha da hiddətlənərək Şəfinin bacısının ünvanına söyüş söyləməyə başlamış, Şəfi həmin zaman Murada bacısının cavan yaşda dünyasını dəyişdiyini və sonuncunu söyməməsini xahiş etməsinə baxmayaraq yenə də Murad Şəfinin bacısını söymüşdür. Bundan sonra Şəfi eşitdiyi sözlərdən təsirlənərək Murada qarşılıq vermiş, sonuncu əlində olan bakalı masanın üzərinə çırparaq qırmış və əlində olan şüşə parçası ilə Şəfiyə hücum etdikdə sonuncu onun əlində tutaraq şüşə parçasını almağa çalışmış, bu zaman kafeyə daxil olan Vüsal onları ayırmağa çalışanda Şəfi Muradın əlindən şüşə qırığını alarkən ehtiyatsızlıqdan Vüsalın üzünü cızmışdır. Mübahisə zamanı Murad yerə yıxılmış sonra oradan durub gedərkən müqavimətini itirərk pilləkəndən yıxılmışdır. X4 xəstəxanaya aparmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan axtarışda olan şəxsin yaxalanması haqqında 19 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Cinayət işinin 180-181-ci vərəqələrində olan 21 noyabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 25 sentyabr 2020-ci il tarixli, 659 nömrəli rəydən görünür ki, 1. vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində - başın sol nahiyəsinin səthikəsilmiş yarası, sağ əlin arxa səthinin 2 (iki) ədəd, sol əlin İV barmağının 1 (bir) ədəd və V barmağının 1 (bir) ədəd kəsilmiş yaraları, sağ yanaq nahiyəsinin sıyrığı xəsarətləri aşkar olunmuşdur. 2. vətəndaş Zərərçəkmiş şəxs1 bədənində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin əmələ gəlmə müddəti, şəraiti və sağlamlığa zərər vurma dərəcəsi, Zərərçəkmiş şəxs1 adına olan tibbi sənədlərin ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin 49-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 19 sentyabr 2020-ci il tarixli, 658 nömrəli rəydən görünür ki, 1. vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ almacıq-yanaq nahiyəsinin kəsilmiş yarası, sol əlin V barmağının səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 23.08.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. 2. Vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. 3. Vətəndaş Zərərçəkmiş şəxs2 sağ almacıq-yanaq nahiyəsində olan yaranın silinməz olub-olmaması qeyd olunan yaranın tam sağalaraq çapıqlaşmasından sonra Zərərçəkmiş şəxs2 təkrar məhkəmə-tibbi müayinəsi keçirilməklə əlavə olaraq təyin oluna bilər. Cinayət işinin 91-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 14 noyabr 2020-ci il tarixli, 38 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədənində - başın sol gicgah nahiyəsinin səthi-kəsilmiş yarası, sağ əlin arxa səthinin 2 (iki) ədəd kəsilmiş yarası, sol əlin İV barmağının 1 (bir) ədəd və V barmağının 1 ədəd olmaqla hər iki barmağın açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları, sağ yanaq nahiyəsinin sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən başın sol gicgah nahiyəsinin səthi-kəsilmiş yarası, sağ əlin arxa səthinin 2 (iki) ədəd kəsilmiş yarası, sol əlin İV barmağının 1 (bir) ədəd və V barmağının 1 (bir) ədəd olmaqla hər iki barmağın açıcı vətərlərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən, sağ yanaq nahiyəsinin sıyrığı isə küt əşyanın təsirindən ilkin müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.08.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə, sol əlin İV barmağının 1 (bir) ədəd və V barmağının 1 (bir) ədəd olmaqla hər iki barmağın açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd, sağ əlin arxa səthinin 2 (iki) ədəd kəsilmiş yarası isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ yanaq nahiyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 10 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 202-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, 23.08.2020-ci il tarixdə 102 xidmətinə döyülməsi ilə bağlı müraciət etsə də hazırda heç bir şikayəti olmamış, iş üzrə aparılan icraatın dayandırılmasını xahiş etmiş və ona xəsarət yetirən Təqsirləndirilən şəxsla barışdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Balakən rayonu İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş 10 may 2021-ci il tarixli, 1017 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi iki qızı, iki oğlu və 5 nəvəsindən ibarətdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 08 aprel 2021-ci il tarixli notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir dövlət orqanı qarşısında iddia qaldırmayacaqdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən, sonuncuya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli, onun həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində AR CM-nin 221.3 və 127.2.3-cü maddələrinin tərkibinin olmadığı, onun əməlində yalnız AR CM-nin 127.1-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və məhkum Zərərçəkmiş şəxs2 digər sübutlarla uzlaşmayan ifadələrinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri təşkil edir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 yemək yediyi kafedə hesabı ödəməmiş, daha sonra Təqsirləndirilən şəxs gəlib ondan pulu tələb etdikdə o, pulu vermək istəməmiş, Zərərçəkmiş şəxs1 əsassız olaraq Təqsirləndirilən şəxs bacısını söymüş, buna görə də mübahisə başlamış və həmin mübahisə zamanı Şəfi tərəfindən onlara xəsarət yetirilmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, o, kafenin qarşısına çıxıb siqaret çəkəndə kafedə işləyən qadın ondan hesabı istəmiş, o, hesabı verməyəndə həmin qadın kafenin çölündə olan bir nəfər kişini yardıma çağırmış, həmin şəxs də gələrək ona hesabı ödəməsini istədikdə o, həmin şəxslə mübahisə edərək sonuncunu itələmiş, mübahisə yaranan zaman o, yerə yıxılmış, yerə yıxılarkən sağ üz nahiyəsindən və bədəninin sol tərəfindən xəsarət almış, ayağa qalxmaq istəsə də, yıxıldığı yerdən dura bilməmiş, həmin şəxsi əlində tutduğu pivə bakalı ilə başına vurmaq istərkən iki əlindən xəsarət almışdır. Həmçinin o, bildirmişdir ki, mübahisə olarkən o içkili olmuş baş vermiş hadisəni dəqiq xatırlamır və onun tərəfindən Təqsirləndirilən şəxs pivə bakalı ilə vurmaq istəməsi yadında deyil, mübahisə zamanı ona söyüş söyüldüyü üçün də o, da qarşılıq vermişdir. Belə ki, o, qapıdan çıxarkən yıxılaraq üzü pilləkənə dəymiş və oradaca özünü itirmişdir. Bundan sonra o, özünə gələndə vətərinin kəsildiyini görmüşdür. Həmçinin bildirmişdir ki, həmin axşam Təqsirləndirilən şəxs əlində bıçaq olmamışdır, Vüsalın onu vurmasını xatırlamır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası olmadığnı və sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, digər zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində hökm çıxarılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsini dəyişərək bildirmişdir ki, o, Muradla Nəsimi rayonu, “3-cü mikrorayon bazarı” adlanan ərazidə yerləşən, adını unutduğu kafeyə gələrək birlikdə bir butulka spirtli içki qəbul etmiş, daha sonra masada spirtli içkinin bitdiyini görüb yaxınlıqdakı marketdən spirtli içki almağa getmiş, həmin marketdən qayıtdıqda orada mübahisə düşdüyünü, Muradın əlində qırıq pivə bakalının olduğunu görmüş və dərhal Muradla Təqsirləndirilən şəxs bir-birindən ayırmağa çalışmış bu zaman sonuncu Muradın əlindən qırıq pivə bakalını alarkən ehtiyatsızlıqdan onunda üzünə xəsarət yetirmişdir. Belə ki, hadisənin başlanma səbəbinin kafedən işləyən qadının Muraddan hesabı verməsini istəməsi, lakin sonuncunun pulu verməməsi, daha sonra Təqsirləndirilən şəxs onlara yardıma gələrək hesabı verməsini istəməsi və orada işləyən şəxslərin kiminsə anası, bacısı olduğunu bildirməsi həmin anda isə Muradın Təqsirləndirilən şəxs bacısını söyməsi olmuşdur. Həmçinin onlar mübahisə edərkən Təqsirləndirilən şəxs Murada uca səslə “mən sənə bacımı söyməməyini bildirdim ama sən təkrarən yenə də söydün” sözlərini eşitmişdir. Murad çox əsəbi olduğu üçün kafedə olan stolu aşırmış və qabları sındırmışdır. Həmçinin o, bildirmişdir ki, Murad Təqsirləndirilən şəxs ilə mübahisə edən zaman və sonra kafedən çıxarkən pilləkənlərin üzərinə müqavimətini itirdiyi üçün yerə yıxılmışdır. Murad yerə yıxılan vaxt sonuncu kiminsə vurduğunu görməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası olmadığını və sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, icarə əsasında istifadə etdiyi kafeyə tanımadığı iki nəfər şəxsin gəlib orada yemək sifarişi verdiyini və özləri ilə gətirdikləri arağı içdiyini, sonradan adını bildiyi Vüsalın yenidən marketə araq almaq üçün getdiyini, Muradın isə kafedə qaldığını, daha sonra o, onunla birgə işləyən Şahid2 Muraddan yeməyin pulunu ödəməsini istədiyini, lakin Muradın pulu vermədiyini, sonuncunun kafeni dağıtmağa, əlində olan bakalları sındırmağa və onları söyməyə başladığını, sonradan Təqsirləndirilən şəxs gəlib Muraddan hesabı istədiyini, lakin Muradın yenə də hesabı vermədiyini və onun bacısını söyməyə başladığını, bundan sonra mübahisə yarandığını, Muradın əlində olan bakalı masanın üzərinə çırparaq qıraraq əlində olan şüşə parçası ilə Şəfiyə hücum etdikdə sonuncunun onun əlindən tutaraq şüşə parçasını almağa çalışdığını, bu zaman kafeyə daxil olan Vüsalın onları ayırmağa çalışanda Şəfinin Muradın əlindən şüşə qırığını alarkən ehtiyatsızlıqdan Vüsalın üzünü cızdığını bildirmişdir. Həmçinin o, mübahisə zamanı Muradın yerə yıxıldığını sonra oradan durub gedərkən müqavimətini itirərək pilləkəndən yıxıldığını və X4 xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işlədiyi kafeyə tanımadığı iki nəfər şəxsin gəlib orada yemək sifarişi verdiyini və özləri ilə gətirdikləri arağı içdiyini, sonradan adını bildiyi Vüsalın yenidən marketə araq almaq üçün getdiyini, Muradın isə kafedə qaldığını, daha sonra o, kafenin sahibi Şahid1 ona Muraddan yeməyin pulunu ödəməsini istədiyini, lakin Muradın pulu vermədiyini, sonuncunun kafeni dağıtmağa, əlində olan bakalları sındırmağa və onları söyməyə başladığını, sonradan Təqsirləndirilən şəxs gəlib Muraddan hesabı istədiyini, lakin Muradın yenə də hesabı vermədiyini və onun bacısını söyməyə başladığını, bundan sonra mübahisə yarandığını, Muradın əlində olan bakalı masanın üzərinə çırpıb qıraraq əlində olan şüşə parçası ilə Şəfiyə hücum etdikdə sonuncunun onun əlindən tutaraq şüşə parçasını almağa çalışdığını, bu zaman kafeyə daxil olan Vüsalın onları ayırmağa çalışanda Şəfinin Muradın əlindən şüşə qırığını alarkən ehtiyatsızlıqdan Vüsalın üzünü cızdığını bildirmişdir. Həmçinin o, mübahisə zamanı Muradın yerə yıxıldığını sonra oradan durub gedərkən müqavimətini itirərək pilləkəndən yıxıldığını və X4 xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin tərkibi olmamaqla onun xuliqanlıq niyyəti olmadan yalnız zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 23 avqust 2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ittiahmda irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki cinayət işi üzrə işin hallarından, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, 23 avqust 2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən kafedə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la birgə yedikləri yeməyin hesabını verməməsi, həmin kafeni dağıtması və kafe sahibini Şahid1 və orada işləyən Şahid2 nalayiq ifadələri ilə təhqir etməsi, daha sonra Təqsirləndirilən şəxs kafeyə gələrək Zərərçəkmiş şəxs1 yemək hesabını istəməsi, sonuncunun hesabı verməyərək ictimai yerdə nalayiq ifadələr işlətməsini, daha sonra Təqsirləndirilən şəxs bacısının ünvanına nalayiq söyüşlər söyməsini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bacısını söyməməsini xahiş etməsini, lakin Zərərçəkmiş şəxs1 qəsdən yenədə Təqsirləndirilən şəxs bacısını söyməsi nəticəsində şəxsi münasibətlər zəminində mübahisə başlamış və Zərərçəkmiş şəxs1 sınmış pivə bakalı ilə Təqsirləndirilən şəxs üzərinə hücum etmiş, sonuncu özünü qorumaq üçün Zərərçəkmiş şəxs1 əlindən sınmış pivə bakalı alarkən digər Zərərçəkmiş şəxs2 onları ayırmağa çalışanda sonuncunun üzü cızılmışdır. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən xəsarətlər yetirmişdir. Bununla yanaşı, digər Zərərçəkmiş şəxs2 və şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdiyi və biri digəri ilə üst-üstə düşən ifadələrindən görünür ki, hadisə günü Zərərçəkmiş şəxs1 içkili olmuş, sonuncunun təşəbbüsü ilə Təqsirləndirilən şəxsla arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, zərərçəkmiş şəxsin sınmış pivə bakalı ilə Təqsirləndirilən şəxs üzərinə gəlmiş, sonuncu özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs1 əlindən həmin sınmış bakalı alarkən bu zaman onları ayırmağa çalışan Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs əlində va yaxud üzərində daşıdığı heç biri kəsici alət və ya bıçaq olmamışdır. Lakin istintaq orqanı qeyd olunan xüsusatların üstündən keçərək, həmin hallara heç bir münasibət bildirmədən, həmin halların zərərçəkmiş şəxslərin ifadəsindən savayı başqa heç bir şahid ifadəsi və ya digər sübutla təkzib edilmədiyi halda zərərçəkmiş şəxslərin ifadələrini inandırıcı hesab etmiş və nəyə əsasən həmin ifadəni mötəbər sübut hesab etməsini əsaslandıra bilməmiş, digər sübutlara isə ümumiyyətlə münasibət bildirmədən hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı əsaslı göstərmək üçün qərəzli olaraq heç bir əsaslandırma aparmamış, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyənləşdirməmişdir. Bütün bunlar isə istintaq orqanının Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülməsində maraqlı olması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə qeyd edir ki, 23 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında olan hadisə ilə bağlı ibtidai istintaq orqanı Azərbaycan Respublikasının CPM-nin 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələblərini gözləməmiş və əsassız olaraq Təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Belə ki, ibtidai istintaq materiallarından, həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aralarında olan mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə başlanmışdır. Həmçinin mübahisə zamanı sonuncular bir-birlərini təhqir etsə də Təqsirləndirilən şəxs niyyəti heç kəsə qəsddən xəsarət yetirmək olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaranan mübahisə zamanı özünü müdafiə edərkən ehtiyatsızlıqdan xəsarət yetirmiş, sonunculara və cəmiyyətə açıqca hörmətsizlik etməmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndinə əsasən tövsiyyə edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi xuliqanlıq cinayəti üzrə təqsirli bilərkən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onların müvafiq əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi heç bir əsaslı səbəb olmadan deyil, əksinə kifayət qədər əsaslı səbəbləri olduğu halda, yəni Zərərçəkmiş şəxs1 kafedə yemək yedikdən sonra hesabı ödəməməsi, ondan yemək pulunun ödənilməsini istənildikdə kafeni dağıtması, kafe sahibi Şahid1 və Şahid2 qarşı nalayiq ifadələr işlətməsi, daha sonra Təqsirləndirilən şəxs Murada yaxınlaşıb ondan hesabı istəməsi, lakin sonuncunun yenə də söyüşlər söyməsinə və Təqsirləndirilən şəxs dünyasını dəyişən bacısını söyməsinə görə mübahisə yaranmış, həmin vaxt zərərçəkmiş şəxsin əlində olan sınmış bakal olmuşdur ki, (bu hal təqsirləndirilən şəxslə yanaşı, digər şahidlər, o cümlədən, Zərərçəkmiş şəxs2 ifadəsi ilə də öz təsdiqini tapmışdır) belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisə baş verən vaxt hadisə yeri olan ünvan 3 ünvanında yerləşən “Uğur” kafesində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa kənar şəxslər olmamış, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurması nə kafenin normal fəaliyyətinin pozulmasına, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hadisənin baş verdiyi yerlərdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən, o cümlədən bu pozuntunun nədə ifadə olunduğunu göstərən konkret hallar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin ifadəsində istinad etdiyi xüsusatı, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mübahisə olan zaman ehtiyatsızlıqdan onların Zərərçəkmiş şəxs2 sağ almacıq-yanaq nahiyəsində olan yaranın və Zərərçəkmiş şəxs1 başın sol gicgah nahiyəsinin səthi-kəsilmiş yarası, sağ əlin arxa səthinin kəsilmiş yarası, sol əlin İV barmağının 1 (bir) ədəd və V barmağının 1 ədəd olmaqla hər iki barmağın açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları, sağ yanaq nahiyəsinin sıyrığı xəsarətlərinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmasını qəbul edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir ki, belə olan halda Təqsirləndirilən şəxs verilmiş ittihamda onun heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi nəticəsinə gəlinməsi həm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozitiv əlamətlərinə, həm də yuxarıda qeyd olunan müvafiq Plenum qərarlarına uyğun olmamaqla onlarla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həmin Məcəllənin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir; Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə sonuncuya istinad edilən ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə münasibətdə isə məhkəmə 23 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirilməli olmasını əsassız hesab edir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrindən görünür ki, mübahisə içkili olan Zərərçəkmiş şəxs1 yemək pulunu verməməsi, kafenin sahbinə və orada işləyən qadına qarşı nalayiq ifadələr işlədərək kafeni dağıtması, bu zaman Təqsirləndirilən şəxs oraya gələrək ona yemək pulunu verməsini istəməsi, lakin zərərçəkmiş şəxsin ona söyüşlər söyməsi, həmçinin sonuncunun dünyasını dəyimiş bacısının ünvanına nalayiq ifadələr işlətməsi ilə yaranmış, daha sonra Zərərçəkmiş şəxs1 sınmış bakalla Təqsirləndirilən şəxs üzərinə gedib onu vurmaq istəmiş, sonuncu özünü müdafiə məqsədi ilə Zərərçəkmiş şəxs1 əlindən tutaraq şüşə parçasını almağa çalışdığını, bu zaman kafeyə daxil olan Vüsalın onları ayırmağa çalışanda Şəfinin Muradın əlindən şüşə qırığını alarkən ehtiyatsızlıqdan Vüsalın sağ yanaq nahiyəsinin cızılmaqla onlara sağlamlığa yüngül və az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə olan halda işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı hərəkətini, o cümlədən, onların sağlamlığına az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlıqlarını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlərlə deyil, hadisədən əvvəl Zərərçəkmiş şəxs1 heç bir əsas olmadan Təqsirləndirilən şəxs bacısına qarşı nalayiq ifadələr işlətməsi ilə əlaqədar yaranmış münaqişəli vəziyyətlə şərtləndirmişlər ki, bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlində hərəkətverici amil rolunu oynamamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gəlir ki, sonuncunun ittiham elan edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır xəsarət yetirsə də, onun həmin əməli xuliqanlıq niyyəti ilə törətməsi istisna olunduğundan onun həmin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər yetirməsi həm zərərçəkmiş şəxsin özünün, həm də digər Zərərçəkmiş şəxs2 ifadəsi və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 noyabr 2020-ci il tarixli, 38 saylı rəyləri ilə tam olaraq sübuta yetirilmiş və məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə verdiyi ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Həmçinin, iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlar, təqsirləndirilən şəxslə barışmış, onlara dəymiş ziyan tamamilə ödənilmiş və onların Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham irəli sürüldüyü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 istintaq orqanında iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar