Məhkəmə qərarları › İş №1(006)-158/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-158/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-158/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu, Buynuz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Bakı Apelyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(103)-974/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2022-ci il tarixdə saat 19:02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seydizadə küçəsi, 142A saylı binanın 8-ci mərtəbəsinin blokunun eyvanından beton arakəsmənin üzərindən tullanmaqla Zərərçəkmiş şəxs1 yaşadığı 31 saylı mənzilin eyvanına keçib mənzilin mətbəxinin qapısının açıq olmasından istifadə edərək oraya qanunsuz daxil olaraq yataq otağındakı dolablarda saxlanılan S.İ.Hüseynli və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 birgə mülkiyyətlərində olan 150 manat pulu, 1700 manat dəyərində 11 qram çəkidə, 585 əyarlı bir cüt qızıl sırğa və 7 qram çəkidə 585 əyarlı qızıl üzükdən ibarət qızıl dəsti, 01 cüt 650 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 cüt 600 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 cüt 600 manat dəyərində 7 qram çəkidə 585 əyarlı qızıl sırğanı, 01 ədəd 700 manat dəyərində 20 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 01 ədəd 750 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 01 ədəd 800 manat dəyərində 10 qram çəkidə, 750 əyarlı qızıl qolbağı, 01 ədəd 1750 manat dəyərində 18 qram çəkidə, 750 əyarlı brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 1000 manat dəyərində 2 qram çəkidə, 585 əyarlı brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 750 manat dəyərində 4 qram çəkidə, 750 əyarlı brilyant qaşlı qızıl üzük, 01 ədəd 800 manat dəyərində 5 qram çəkidə, 750 əyarlı qızıl üzüyü, 01 cüt 500 manat dəyərində 6 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 cüt 450 manat dəyərində 4 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 ədəd 500 manat dəyərində 3 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 01 ədəd 550 manat dəyərində 5 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 01 ədəd 800 manat dəyərində 4 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 1500 manat dəyərində 3 qram çəkidə, 585 əyarlı qızıl üzük və 6 qram çəkidə, 585 əyarlı qızıl sırğadan ibarət dəsti, 01 ədəd 1400 manat dəyərində 6 qram çəkidə, 585 əyarlı kulonlu qızıl boyunbağını, 6000 manat dəyərində 8 qram çəkidə, 585 əyarlı qızıl boyunbağı, 5 qram çəkidə, 585 əyarlı qızıl qolbaq və 4 qram çəkidə, 585 əyarlı cızıl üzükdən ibarət dəsti, 1300 manat dəyərində 9 qram çəkidə, 585 əyarlı bir cüt sırğa və 3 qram çəkidə, 585 əyarlı qızıl üzükdən ibarət dəsti, 01 ədəd 4000 manat dəyərində 16 qram çəkidə, 750 əyarlı brilyant qaşlı üzüyü, 01 ədəd 900 manat dəyərində 6 qram çəkidə, 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 500 manat dəyərində 8 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, 01 ədəd 450 manat dəyərində 6 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, 01 cüt 500 manat dəyərində 2 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 ədəd 450 manat dəyərində 4 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, 01 cüt 300 manat dəyərində 9 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 cüt 350 manat dəyərində 8 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 cüt 400 manat dəyərində 9 qram çəkidə, 585 əyarlı qızıl sırğanı, 01 ədod 450 manat dəyərində 11 qram çəkidə, 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 550 manat dəyərində 14 qram çəkidə, 585 əyarlı kulonlu qızıl boyunbağını, 01 ədəd 400 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı qızıl boyunbağını, 01 ədəd 7000 manat dəyərində 16 qram çəkidə, 585 əyarlı brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 300 manat dəyərində 8 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, 01 ədəd 20 manat dəyərində 3 qram çəkidə gümüş üzüyü, 01 ədəd 20 manat dəyərində 4 qram çəkidə gümüş üzüyü, 01 ədəd 20 manat dəyərində 3 qram çəkidə gümüş üzüyü, 01 ədəd 90 manat dəyərində 11 qram çəkidə gümüş üzüyü, 01 ədəd 100 manat dəyərində 18 qram çəkidə gümüş üzüyü, 01 ədəd 100 manat dəyərində 13 qram çəkidə gümüş üzüyü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 40150 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03 dekabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 142A nömrəli yeni tikili olan binanın ətrafında dolanan zaman 8-ci mərtəbədə bir mənzilin işığının uzun müddət yanmadığını görmüş və həmin mənzilə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə binaya daxil olmaq üçün mühafizəçiyə yaxınlaşmış və mühafizəçiyə yalandan adam adı deyərək guya qonaq gəldiyini bildirmişdir. Mühafizəçi ona inandıqdan sonra binada onun göstərdiyi blokun qapısını açmış, belə ki, blokların qapısı kod vasitəsilə açılırmış. Bloka daxil olduqdan sonra 8-ci mərtəbəyə qalxmışdır. Həmin mərtəbənin dəhlizində olarkən, dəhlizin ümumi eyvanına keçmiş, belə ki, əvvəlcədən binanı təsvir etdikdə ümumi dəhlizlərdən mənzillərin eyvanına keçməyin mümkün olduğunu düşünmüşdür. Düşündüyü kimi də etməyə başlamışdır. Belə ki, mənzilin ümumi eyvanında olarkən, qeyd etdiyi mənzilin işıqlarının sönülü olduğunu və mənzildə heç kimin olmamasına daha da əmin olmuşdur. Bundan sonra ümumi eyvandan qeyd etdiyi mənzilə binanın beton arakəsməsindən tutaraq keçmişdir. Mənzilin eyvanına daxil olduqdan sonra otaqlara daxil olan qapını yoxlamış və açıq olduğunu müəyyən etmişdir. Bundan sonra mənzilə daxil olmuşdur və daxil olduqda mənzilin mətbəxi yerləşirdi. Mətbəxdən çıxdıqdan sonra yataq otağını axtarmağa başlamışdır, belə ki, əsasən pulların və qiymətli əşyaların yataq otağında olduğunu bilmişdir. Ancaq əvvəlcə mənzilin giriş qapısını bağlamışdır ki, mənzilə heç kim daxil ola bilməsin. Bundan sonra mənzilin yataq otağına getmiş,otağa girdikdə üzbəüzdə kiçik dolab var idi imiş, həmin dolabı açıb axtardıqda sirmədən 150 manat pul görmüş və götürmüşdür. Həmin dolabda saat və telefon, eləcə də, bank kartları var imiş lakin, götürməmişdir. Həmçinin, həmin dolabda qızıl qutular var idi, həmin qutuların içərisindən 3-4 ədəd qızıl zinət əşyalarını, yəni ki, boyunbağı və üzükləri götürmüşdür. Yataq otağında sağ tərəfdə yerləşən paltar dolabının içərisini də açmışdır. Həmin dolabda çoxlu sayda qızıl zinət əşyaları var idi. Həmin qızıl zinət əşyalarından çox hissəsini götürmüş, bir hissəsini isə götürməmişdir. Həmin qızıl zinət əşyaları isə boyunbağılar, üzüklər, qolbağlar olmuşdur, təxminən həmin dolabdan götürdüyü qızıl zinət əşyalarının sayı isə 10 ədəd olmuşdur. Həmin mənzildən başqa heç bir əşya oğurlamamışdır. Daha sonra isə həmin mənzili daxil olduğu yerdən də tərk etmişdir. Mənzili tərk etdikdə isə giriş qapısını açmamışdır. 05 dekabr 2022-ci il tarixdə saat 11 radələriııdə Gənclik metrostansiyası yaxınlığında yerləşən qızıl mağazasına, əvvəllər tanıdığı Rafiq adlı şəxsin yanına həmin qızılların bir hissəsini satmaq üçün getmişdir. Qızılların bir hissəsini 4.000 manata oğurluq olmasını bilməmişdir, o Rafiqə qızılların özünə məxsus olduğunu bildirmişdir. 08 dekabr 2022-ci il tarixdə isə yenidən Rafiqin yanma qeyd etdiyi ünvana getmişdir və qızılların qalan hissəsini 6.600 manata Rafiqə satmışdır, yenidən alqı-satqı qəbzini imza etmiş, Rafiq yenə də qızılların oğurluq olmasını bilməmişdir. Həmin gün yaxınlıqda yeləşən başqa qızıl mağazasına getmiş və qızılların bir hissəsini də tanımadığı qızıl mağazasına 1.500 manata satmışdır. Həmin şəxslə də alqı-satqı qəbzinə imza etmiş və qızılların oğurluq olmasını bildirməmişdir. 08 dekabr 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı 10.000 manat pulu əvvəlki cinayəti ilə bağlı dəymiş ziyanı ödəmişdir. Oğurluq cinayətini tək törətmiş və oğurluq hadisəsini törədən zaman onu hər hansı başqa şəxs və ya şəxslər görməmişdir. Qızılların bir hissəsini Rafiq adlı şəxsə satmış, bir hissəsini tanımadığı şəxsə satmış, 2-3 ədəd qızıl isə yaşadığı evdə olmuşdur, bir hissəsini də hadisə yerindən uzaqlaşarkən itirmiş, qeyd olunan 150 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə olan şəxs özüdür, o, binanın lifti vasitəsilə 9-cu mərtəbəyə qalxdıqdan sonra 8-ci mərtəbəyə pilləkənlər vasitəsilə düşmüş və daha sonra qeyd olunan mənzilə eyvandan daxil olaraq cinayət əməlini törətmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 dekabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxmışdır. Həmin vaxt evdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 və övladları Milah Hüseynli ilə Selin Hüseynli qalmışdır. Həyat yoldaşı və azyaşlı övladları isə həmin gün saat 16 radələrində yaşadığı evdən çıxmışdır. Həmin gün saat 23 radələrində o həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə yaşadığı ünvana geri qayıtmışdır. Lakin, mənzilin giriş qapısını açarla aça bilməmişdir, belə ki, qapının kilidi açarla açılsa da, içəridən kilidin bağlanmasından şübhələnmişdir. Bundan sonra binanın komendantına və mühafizəçisinə zəng edərək bu barədə məlumat vermişdir ki, köməklik etsinlər. Bir müddət sonra hər ikisi yaşadığı mənzilin qarşısına gəlmişlər, lakin, heç biri qapını aça bilməmişdir. Komendant dəhlizdə olan ümumi eyvandan mənzilin mətbəxinin eyvanına beton arakəsmədən keçərək, mənzilin qapısının kilidini açmaq istəmişdir. Lakin, həm komendant, həm də mühafizəçi sərxoş vəziyyətdə olduqlarından və təhlükəli olduğundan o, buna icazə verməmişdir. Həmin gün oranı tərk etmiş və yaxınlıqda yerləşən qaynatasının yaşadığı ünvana getmişdirlər. Sabahısı gün, yəni ki, 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə gəlmiş və komendantı çağırmışdır. Komendant gəldikdən sonra dəhlizdəki ümumi eyvandan mənzilin mətbəxinin eyvanına keçərək giriş qapısının içəridən kilidini açmasını xahiş etmişdir. Komendat bundan sonra qeyd etdiyi şəkildə mənzilə daxil olmuş və mənzilin giriş qapısını açmışdır. Bundan sonra o, və ailə üzvləri birlikdə mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda müəyyən etmişdirlər ki, yataq otağında dolablarda yerləşdirilmiş qızıl zinət əşyaları, eləcə də, 150 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng etmişdir və polis əməkdaşları yaşadığı ünvana gəlmişdirlər. Həmçinin, bildirmişdir ki, yaşadığı ünvandan yataq otağında sol tərəfdə yerləşdirilmiş kiçik dolabdan 150 manat pul, 1700 manat dəyərində qadın üçün bir cüt qızıl sırğa və qızıl üzük komplekti, 650 manat dəyərində qadın üçün bir cüt qızıl sırğa, hər biri 600 manat dəyərində qadın üçün iki cüt qızıl sırğa, 700 manat dəyərində qadın üçün bir ədəd qızıl qolbaq, 750 manat dəyərində qadın üçün bir ədəd qızıl qolbaq, 800 manat dəyərində qadın üçün bir ədəd qızıl qolbaq, 1750 manat dəyərində qadın üçün bir ədəd qızıl briliant üzük, 1000 manat dəyərində qadın üçün bir ədəd briliant qaşlı üzük, 750 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük. 800 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 500 manat dəyərində uşaq üçün bir ciit qızıl sırğa, 450 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, 500 manat dəyərində uşaq üçün bir ədəd qızıl qolbaq, 550 manat dəyərində uşaq üçün bir ədəd qızıl qolbaq, 800 manat dəyərində uşaq üçün bir ədəd qızıl qolbaq oğurlanmışdır, yaşadığı ünvandan yataq otağında sağ tərəfdə yerləşdirilmiş böyük dolabdan isə 1500 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük və bir ədəd qızıl sırğa komlekti, 1400 manat dəyərində qadın üçün bir ədəd klonla birlikdə qızıl boyunbağı, 6000 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzük olan komplekt, 1300 manat dəyərində qadın üçün bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük olan komplekt, 4000 manat dəyərində qadın üçün bir cüt briliantlı qızıl üzük, 900 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı, 500 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 450 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 500 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, 450 manat dəyərində uşaq üçün bir ədəd qızıl qolbaq, 300 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, 350 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, 450 manat dəyərində uşaq üçün bir ədəd qızıl boyunbağı, 550 manat dəyərində uşaq üçün bir ədəd klounlu qızıl boyunbağı, 400 manat dəyərində uşaq üçün bir ədəd qızıl boyunbağı, 7000 manat dəyərində kişi üçün bir ədəd briliant qaşlı qızıl üzük, 300 manat dəyərində kisi üçün bir ədəd qızıl üzük, hər biri 20 manat dəyərində 3 ədəd kişi üçün gümüş üzük, 90 manat dəyərində kişi üçün bir ədəd gümüş üzük, 100 manat dəyərində qadın üçün iki ədəd gümüş üzük oğurlanmışdır, həmin qızıl zinət əşyalarının əyyarları və çəkiləri: 1)01 cüt 585 əyyarlı, 11 qramlıq qızıl sırğa və 01 ədəd 585 əyyarlı, 7 qramlıq qızıl üzük olan 01 ədəd qızıl komplekti; 2) 01 cüt 585 əyyarlı, 7 qramlıq qızıl sırğa; 3) 01 cüt 585 əyyarlı, 7 qramlıq qızıl sırğa; 4) 01 cüt 585 əyyarlı, 7 qramlıq qızıl sırğa; 5) 01 ədəd 585 əyyarlı, 20 qramlıq qızıl qolbaq; 6) 01 ədəd 585 əyyarlı, 7 qramlıq qızıl qolbaq; 7) 01 ədəd 750 əyyarlı, 10 qramlıq qızıl qolbaq; 8) 01 ədod 750 əyyarlı, 18 qramlıq briliaııt qaşlı qızıl üzük; 9) 01 ədəd 585 oyyarlı, 2 qramlıq briliant qaşlı qızıl üzük; 10) 01 ədod 750 əyyarlı, 4 qramlıq briliaııt qaşlı qızıl üzük; 11) 01 odod 750 əyyarlı, 5 qramlıq briliant qaşlı qızıl üzük; 12) 01 cüt 585 əyyarlı, 6 qramlıq qızıl sırğa; 13) 01 cüt 585 əyyarlı, 4 qramlıq qızıl sırğa; 14) 01 ədəd 585 əyyarlı 3 qramlıq qızıl qolbaq; 15) 01 ədəd 585 əyyarlı, 5 qramlıq qızıl qolbaq; 16) 01 ədəd 585 əyyarlı, 4 qramlıq qızıl qolbaq; 17) 01 cüt 585 əyyarlı, 6 qramlıq qızıl sırğa və 01 ədəd 585 əyyarlı, 3 qramlıq qızıl üziik olan 01 ədəd qızıl komplckti; 18) 01 ədəd 585 əyyarlı, 6 qramlıq klonlu qızıl boyunbağı; 19) 01 ədəd 585 əyyarlı, 8 qramlıq qızıl boyunbağı, 01 ədəd 585 əyyarlı, 5 qramlıq qızıl qolbaq və 01 ədəd 585 əyyarlı, 4 qramlıq qızıl üzük olan 01 ədəd qızıl komplckti; 20) 01 cüt 585 əyyarlı, 9 qramlıq qızıl sırğa və 01 ədəd 585 əyyarlı, 3 qramlıq qızıl üzük olan 01 ədəd qızıl komplekti; 21) 01 cüt 750 əyyarlı. 16 qramlıq briliant qaşlı qızıl sırğa; 22) 01 ədəd 585 əyyarlı, 6 qramlıq qızıl boyunbağı; 23) 01 ədəd 585 əyyarlı, 8 qramlıq qızıl üzük; 24) 01 ədəd 585 əyyarlı, 6 qramlıq qızıl üzük; 25) 01 bir cüt 585 əyyarlı, 2 qramlıq qızıl sırğa; 26) 01 ədəd 585 əyyarlı, 4 qramlıq qızıl qolbaq; 27) 01 cüt 585 əyyarlı, 9 qramlıq qızıl sırğa; 28) 01 cüt 585 əyyarlı, 8 qramlıq qızıl sırğa; 29) 01 cüt 585 əyyarlı, 9 qramlıq qızıl sırğa; 30) 01 ədəd 585 əyyarlı, 11 qramlıq qızıl boyunbağı; 31) 01 ədəd 585 əyyarlı, 14 qramlıq klon ilə qızıl boyunbağı; 32) 01 ədəd 585 əyyarlı, 7 qramlıq qızıl boyunbağı; 33) 01 ədəd 585 əyyarlı, 16 qramlıq briliant qaşlı qızıl üzük; 34) 01 ədəd 585 əyyarlı, 8 qramlıq qızıl üzük; 35) 01 ədəd 3 qramlıq gümüş üzük; 36) 01 ədəd 4 qramlıq gümüş üzük; 37) 01 ədəd 3 qramlıq gümüş üzük; 38) 01 ədəd 11 qramlıq gümüş üzük; 39) 01 ədəd 18 qramlıq gümüş üzük və 40) 01 ədəd 13 qramlıq gümüş üzük olmuşdur, qeyd olunan qızıl zinət əşyarlar, 150 manat pul, eləcə də, gümüşlər həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə onun birgə mülkiyyətində olmuşdur, oğurluq hadisəsi nəticəsində qızıl zinət əşyaları və gümüşlərin oğurlanması nəticəsində 40.000 manat maddi ziyan dəymişdir, eləcə də, 150 manat pul oğurlandığı üçün də 40.150 manat maddi ziyan dəymişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir, ondan şikayətçidir və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ondan əvvəl məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən qızıl mağazasında alqı-salqi ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2 il bundan əvvəl müştəri qismində tanımış və 2 ildir ki, həmin şəxslə heç bir əlaqəsi olmamışdır. 05 dekabr 2022-ci il tarixdə işlədiyi qızıl mağazasına Təqsirləndirilən şəxs deməsinə görə həyat yoldaşı ilə yaxınlaşaraq qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O İsmayıldan qızıl zinət əşyalarının kimə məxsus olmasını və hansı səbəblə satmaq istədiyini soruşduqda İsmayıl ona bildirmişdir ki, qardaşı yol nəqliyyat hadisəsi törədərək piyada vurmuşdur, bu səbəblə təcili pul lazım olduğu üçün həyat yoldaşının qızıl zinət əşyalarını satmaq istəyir. Bundan sonra qızıl zinət əşyalarını İsmayıl təqdim etmiş və o, həmin qızıl zinət əşyalarını alqı-satqı qəbzi tərtib etməklə almışdır. Həmin qızıl zinət əşyalarını neçəyə almağı və əyyarları barədə alqı-satqı qəbzini Nəsimi RPİ-yə təqdim etmişdir. Həmin gün aldığı qızıl zinət əşyalarını səhərisi gün, yəni ki, 06 dekabr 2022-ci il tarixdə adlarını bilmədiyi zərgərlərə satmışdır. Bundan başqa 08 dekabr 2022-ci il tarixdə yenidən İsmayıl işlədiyi qızıl mağazasına həyat yoldaşı ilə gəlmişdir. İsmayıl yenidən əlindəki qızılları göstərərək qardaşına məxsus olmasını və satmaq istəməsini bildirmişdir. O həmin qızılları alqı-satqı qəbzi tərtib etməklə almışdır. Həmin qızıl zinət əşyalarını neçəyə almağı və əyyarları barədə də alqı-satqı qəbzini Nəsimi RPİ-yə təqdim etmişdir. Bundan sonra isə qızıl zinət əşyaları sabahısı gün, yəni ki, 09 dekabr 2022-ci il tarixdə tanımadığı zərgərlərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 7 ildir ki, tanıyır. Son 1 həftədir ki, İsmayıl ilə yuxarıda qeyd etdiyi ünvanda yaşamağa başlamışdır. İsmayılın oğurluq etməsinə görə Binəqədi Rayon Məhkəməsində işinin olmasından məlumatlı olmuşdur. 8 dekabr 2022-ci il tarixdə İsmayıl ilə birlikdə Gənclik metrostansiyasının yaxınlığında yerləşən qızıl alan yerə getmişdirlər və orada İsmayıl əvvəlcədən bildirməsinə görə rayondan ailə üzvlərinin göndərdiyi qızılları satmış və pul əldə etmişdir. Daha sonra həmin gün Binəqədi Rayon Məhkəməsinə getdikdə İsmayıl dəymiş ziyanın 10.000 manatını ödəmişdir. O həmin vaxt qızılların oğurluq olmasını bilməmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmişdirlər. Polis əməkdaşları ona bildirmişdirlər ki, İsmayıl qızıl-zinət əşyaları oğurlamış və bununla bağlı olaraq yaşadığı evdə oğurlanmış qızıllardan ola bilər. O yaşadığı evə baxdıqda özünə məxsus olan qızıl əşyalarının arasından özünə məxsus olmayan bəzi qızıl əşyaları tapmış və polis əməkdaşlarına könüllü təqdim etmişdir. Belə ki, həmin qızıl zinət əşyaları ona məxsus olmadığı üçün İsmayılın oğurlayıb oraya qoyduğunu fikirləşmişdir. Həmçinin İsmayılın yaxın zamanlarda oğurluq etməsi, eləcə də, təqdim etdiyi qızılların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsində yerləşən “Karvan MTK"-ya məxsus olan 142A saylı binada komendant işləyir, eləcə də, həmin ünvanda da yaşayır. Zərərçəkmiş şəxs1 Nəsimi RPİ-yə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Sonuncu komendantı olduğu binanın sakinidir və 8-ci mərtəbədə yaşayır. 03 dekabr 2022-ci il tarixdə saat 19 radələrində qeyd etdiyi binaya bir nəfər şəxs gələrək, binanın 9-cu mərtəbəsinə qalxmaq istədiyini bildirmişdir. Binanın mühafizəçisi Namiq həmin şəxsdən hansı mənzilə, yəni ki, kimə qonaq gəldiyini soruşduqda 9-cu mərtəbədə yaşayan Nazim adlı şəxsin mənzilinə gəldiyini bildirmişdir. Mühafizəçi Namiq həmin şəxsdən şübhələnmədiyi üçün binaya girişə icazə vermişdir, həmin şəxs isə sonradan binadan çıxdıqda Namiq şübhələnmiş, lakin, həmin şəxs oranı tərk etdiyi üçün o, nə baş verməsi barədə məlumatı olmamışdır. Namiq bu barədə Şəhadət ona bildirdikdən sonra söyləmişdir. Belə ki, həmin gün saat təxminən 23 radələrində binada yaşayan Şəhadət ona, eləcə də Namiqə zəng etmiş və yaşadığı mənzilin qapısının açılmadığını bildirmişdir. Bundan sonra o Namiqlə birlikdə həmin mənzilə qalxmış və mənzilin qapısının həqiqətən də açılmadığını görmüşdür. Bundan sonra isə Şəhadət mənzilin qapısı açılmadığı üçün oran tərk etmişdir. Sabahsı gün isə yenidən Şəhadət mənzilə gəlmiş və qapı açılmadığı üçün ondan qapının açılması üçün balkondan daxil olunmasını xahiş etmişdir. O buna etiraz etməyərək balkondan daxil olaraq qapını içəridən açmış, yəni ki, mənzilin qapısı içəridən bağlanmış vəziyyətdə idi. Şəhadət və həyat yoldaşı mənzilə daxil olduqda mənzildə qızıllarının oğurlandığını söyləmiş və daha sonra bu barədə polisə məlumat vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsində yerləşən “Karvan MTK”-ya məxsus olan 142A saylı binada gözətçi işləyir. Onun əsas vəzifələrindən biri qeyd olunan binanı mühafizə etməkdir. Zərərçəkmiş şəxs1 Nəsimi RPİyə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Həmin şəxs mühafizə etdiyi binanın sakinidir və 8-ci mərtəbəsində yaşayır. 03 dekabr 2022-ci il tarixdə saat 19 radələrində qeyd etdiyi binaya bir nəfər şəxs gələrək, binanın 9-cu mərtəbəsinə qalxmaq istədiyini bildirmişdir. O həmin şəxsdən hansı mənzilə, yəni ki, kimə qonaq gəldiyini soruşduqda 9-cu mərtəbədə yaşayan Nazim adlı şəxsin mənzilinə gəldiyini bildirmişdir. O 9-cu mərtəbədə yaşayan Nurlan adlı şəxsi Nazim adlı şəxs ilə səhv salmış və buna görə də həmin şəxsə inanmışdır. Daha sonra isə həmin şəxsin hərəkətlərindən şübhələnmədiyi üçün binanın girişindən giriş kartı vasitəsilə keçirtmiş, eləcə də, 9-cu mərtəbəyə qalxmasına görə liftdən giriş kartı vasitəsilə keçirtmişdir. Təxminən 30 dəqiqədən sonra həmin şəxs binanın pilləkənlər olan hissəsindən çıxdığını görmüş, belə ki, binanın lifti və pilləkən olan girişlərinin qapıları fərqlidir. Bundan sonra o həmin şəxsdən şübhələnmiş, lakin, əlində hər hansı əşya görməmişdir. Daha sonra isə həmin şəxsdən nə üçün pilləkənlər vasitəsilə düşdüyünü soruşmuşduqda həmin şəxs səhv gəldiyini və buna görə əsəbləşdiyini, kənarda durmağını, yaxınlaşsa onu vuracağını bildirmişdir. Bundan sonra isə həmin şəxs oradan qaçaraq uzaqlaşmışdır. Qaranlıq olduğu üçün o, həmin şəxsin arxasınca qaça bilməmiş, eləcə də, üzündə maska və başında papaq olduğu üçün üzünü görə bilməmişdir. Daha sonra isə həmin gün saat təxminən 23 radələrində binada yaşayan Şəhadət ona zəng etmiş və yaşadığı mənzilin qapısının açılmadığını bildirmişdir. O da bu barədə komendant işləyən Ramazan adlı şəxsə məlumat vermişdir. Ramazan adlı şəxslə birlikdə həmin mənzilə qalxmış və mənzilin qapısının həqiqətən də açılmadığını görmüşlər. Bundan sonra isə Şəhadət adlı şəxs mənzilin qapısı açılmadığı üçün oranı tərk etmişdir. Həmin vaxt o komendant işləyən Ramazan adlı şəxsə bir nəfər şəxsin 9-cu mərtəbəyə qalxması və sonradan şübhəli vəziyyətdə binadan çıxması barədə məlumat vermişdir. Elə həmin vaxt həmin şəxsin Şəhadətin evindən oğurluq etməsi barədə şübhələnmişdir. Sabahısı gün isə Şəhadət polisə məlumat verdikdən sonra polis əməkdaşları həmin binaya gəlmişdirlər. Cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 130-134-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 242-244-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə uzaldılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 175-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1210-9/1505 saylı materialların məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində boş qaş yerləri olan üzük (deformasiyaya uğramışdır) - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,93 qramdır, qırıntı hesab olunur; 1 ədəd sarı rəngli metaldan, üzərində boş qaş yerləri olan sırğa cütü - üzərində "585" əyarlı damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,07 qramdır; 1 ədəd sarı rəngli metaldan, müxtəlif formalı 25 ədəd hissələrə ayrılmış boyunbağı - üzərində "585" əyarlı damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 6,09 qramdır, qırıntı hesab olunur. Aparılmış tədqiqat nəticəsində təqdim edilmiş məmulatların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 649,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan, qərarda qeyd edilən, istifadə olunmuş məmulatların 2022-ci ilin dekabr ayına nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri 17940,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan, qərarda qeyd edilən məmulatlardan üzərində brilyant qaş olanlar (sıra sayı 8,9,10,20,30) üzrə qaşların ölçü və keyfiyyətləri məlum olmadığı üçün qiymətləndirmə aparılmadı. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 196-212-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə götürülmüş 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı çəkisi 1,93 qram olan qızıl üzük, 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı, çəkisi 2,07 qram olan sırğa cütü və 01 ədəd müxtəlif formalı 25 ədəd hissələrə ayrılmış 585 əyarlı ümumi çəkisi 6,09 qram olan boyunbağı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə verilmişdir. Cinayət işinin 1-ci cild 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin 1-ci cild 158-165-ci vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-79/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılımışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(103)-974/2023 saylı qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-79/2023 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılımışdır. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində 05 ədəd videogörüntü vardır: 1-ci görüntünün həcmi 14 saniyədir, həmin görüntüdə 03 dekabr 2022-ci il tarixdə saat 19:02də Təqsirləndirilən şəxs başında papaq və ağzında tibbi maska ilə binanın mühafizəçisi işləyən Namiq adlı şəxslə birlikdə binaya daxil olur; 2-ci görüntünün həcmi isə 11 saniyədir, həmin görüntüdə 03 dekabr 2022-ci il tarixdə saat 18:54-də Təqsirləndirilən şəxs başında papaq və ağzında tibbi maska ilə binanın həyətində gəzir; 3-cü görüntünün həcmi 9 saniyədir, həmin görüntüdə 03 dekabr 2022-ci il tarixdə saat 19:02- də Təqsirləndirilən şəxs başında papaq və ağzında tibbi maska ilə binanın liftinə daxil olur; 4-cü görüntünün həcmi 56 saniyədir, həmin görüntüdə 03 dekabr 2022-ci il tarixdə saat 19:02-də Təqsirləndirilən şəxs başında papaq və ağzında tibbi maska ilə binanın lifti ilə 9-cu mərtəbəyə qalxır; 5-ci görüntünün həcmi 54 saniyədir, həmin görüntüdə 03 dekabr 2022-ci il tarixdə saat 18:55-də Təqsirləndirilən şəxs başında papaq və ağzında tibbi maska ilə binanın həyətində gəzir Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun tamah niyyəti ilə yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini oğurladığı əmlaklardan zərərçəkmiş şəxslərə qismən qaytarmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirilən şəxsin əvvəldə eyni tərkibli cinayət əməlini törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-974/2023 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-79/2023 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılımışdır və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, hazırkı iş üzrə cinayət əməlinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-79/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 974/2023 saylı qərarı ilə təqsirləndirilən şəxsin üzərində saxlanılmış qəti olaraq 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə ona təyin edilmiş cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanılmaq yolu ilə ona qəti cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-974/2023 saylı qərarına əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı çəkisi 1,93 qram olan qızıl üzük, 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı, çəkisi 2,07 qram olan sırğa cütü və 01 ədəd müxtəlif formalı 25 ədəd hissələrə ayrılmış 585 əyarlı ümumi çəkisi 6,09 qram olan boyunbağı zərəçəkmiş şəxslərə qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı Apelyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(103)-974/2023 saylı qərarı ilə qəti olaraq üzərində saxlanılmış 01 (bir) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq, sonuncuya qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı çəkisi 1,93 qram olan qızıl üzük, 01 ədəd üzərində boş qaş yerləri olan 585 əyarlı, çəkisi 2,07 qram olan sırğa cütü və 01 ədəd müxtəlif formalı 25 ədəd hissələrə ayrılmış 585 əyarlı ümumi çəkisi 6,09 qram olan boyunbağı zərərçəkmiş şəxslərə qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar