Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-158/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Oğuz rayonu, Padar kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işsiz, Oğuz rayonu, Padar ərazi dairəsi, Padar kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 avqust 2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Qızıl Ulduz“ qızıl-zinət əşyalarının satışı mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada satıcı işləyən Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncudan baxmaq adı ilə vitrində satışa qoyulmuş qızıl qolbaqları istədikdən sonra Zərərçəkmiş şəxs vitrindən götürərək ona təqdim etdiyi qızıl qolbaqlara baxmaq görüntüsü yaradaraq sonuncunun digər müştərilərə başının qarısıq olmasından istifadə edib həmin qızıl məmulatlarının arasından 01 ədəd 945 manat dəyərində 585 əyarlı, 10,5 qram çəkidə qızıl zəncir qolbağı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə azadlıqdan məhrum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “Qızıl Ulduz“ qızıl zinyət əşyaları satılan mağazaya daxil olmuş, orada olan satıcıdan qızıl almaq istədiyini deyərək ona qızılları təqdim etməsini bildirmişdir. Həmin qadın ona piştaxtanın arxasında olan qutudakı qızılları təqdim etmişdir. O, qızıllara baxaraq satıcının başının qarışıq olmasından istifadə edib, ona təqdim olunan qızılların içərisindən, 01 ədəd 585 əyarda olan qadın qolbağını gizlicə sol əlinin ovucunda gizlətmişdir. Həmin qadın onun qızıl qolbağı oğurladığını görməmişdir. Sonra isə satıcıya demişdir ki, hələ imkanı yoxdur, imkanı olanda gəlib qızıl alacaq. Bundan sonra o, mağazanı tərk etmişdir. Həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzinin yaxınlığında olan qızıl alqı-satqısı olan mağazaya yaxınlaşaraq oğurladığı 01 ədəd qadın qolbağını satmağı təklif etmişdir. Həmin mağazada olan satıcı qadın qızıla baxaraq 260 manat pul təklif etmişdir. O isə ucuz götürdüyünü demiş, sonra isə həmin qadın qiyməti qaldıraraq 290 manat təklif etmişdir. O da onunla razılaşaraq xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Qızıl Ulduz“ qızıl zinət əşyaları satılan mağazadan oğurladığı 01 ədəd qızıl qolbağı həmin qadına heç bir sənəd vermədən satmışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:35 radələrində ünvan 1 ünvanında yerləşən “Qızıl Ulduz“ qızıl zinət əşyaları satılan mağazadan 01 ədəd zəncir qolbaq oğurlayarkən tanışının qızı Sofiya da onun yanında olmuş, onun qızılı oğurlamasını Sofiya görməmiş, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Qızıl Ulduz“ qızıl zinət əşyaları satılan mağazadan oğurladığı 01 ədəd qızıl qolbağı satarkən həmin qızılın özünə məxsus olduğunu, maddi vəziyyəti yaxşı olmadığına görə həmin qızılı satmaq məcburiyyətində qaldığını demiş, oğurladığı qızıl qolbağın üzərində olan qızılın çəkisi və qiyməti yazılan kağız parçasını çıxararaq tullamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaq zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Qızıl Ulduz” qızıl-zinət əşyaları satılan mağazada satıcı işləyir. xx.xx.2024-cü il tarixdə saat 17:35 radələrində işlədiyi mağazaya müştəri qismində təxminən 50 yaşlarında olan bir qadın yanında azyaşlı qız uşağı ilə birlikdə daxil olmuşdur. Həmin qadın ona qolbaq lazım olduğunu bildirmiş və vitrindəki qolbaqları ona göstərməsini istəmişdir. O, qolbaqları yerindən çıxarıb qadına tərəf uzatmışdır. Təxminən qadının qarşısında 15 ədəd qolbaq olmuşdur. Həmin qadın qolbaqlara baxış keçirən zaman onun başı digər müştərilərə qarışmışdır. Bir qədər sonra qadın ona yanındakı qızının atası ilə birlikdə bir gün sonra bu qızıllardan birini gəlib alacağını bildirib mağazanı tərk edib getmişdir. Təxminən beş dəqiqə sonra qızılları yenidən vitrindəki yerlərinə qoyduğu zaman aralarında birinin olmadığını müəyyən etmişdir. Mağazanın daxilindəki müşahidə kameralarına baxış zamanı həmin qadının onun başının qarışıq olmasından istifadə edərək 10,5 qram çəkidə olan 585 əyarlı zəncir qolbaq qızılı oğurladığını müəyyən etmişdir. Oğurlanan qızılın çəkisi 10,5 qram olmaqla maya dəyəri 975 (doqquz yüz yetmiş beş) manat təşkil etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində mağazaya 975 manat maddi ziyan dəymiş, həmin maddi ziyan onun tərəfindən mağazaya ödənilmişdir. Mağazadan oğurlanmış qızıl qolbaq zəncir model qolbaq olmuş, həmin qolbağın üzərində məlumatverici birkası, həmin birkada qızılın 585 əyar qızıl olmaqla çəkisinin 10,5 qram olması göstərilmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 44 ünvanında yerləşən “Unix” telefon mağazasında qızıl alqı-satqısı şöbəsini işlədir. Həmin qızıl alqı-satqı şöbəsi mağazanın bir hissəsi olduğuna görə o, həmin şöbəni mağazanın sahibindən 800 manata icarəyə götürmüşdür. Həmin mağazada qızıl alqı-satqısı ilə məşğul olmaq üçün 035844 nömrəli lisenziyası da vardır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işlətdiyi qızıl alqı-satqısı şöbəsində olan zaman 1 nəfər qadın axsayaraq mağazaya daxil olmuş, onun işlətdiyi piştaxtaya yaxınlaşaraq 01 ədəd 585 əyarda olan modelini xatırlamadığı qızıl qolbağı satdığını bildirmişdir. O, həmin qızıla baxaraq tərəzidə çəkmiş, qramını 75 manata aldığını bildirərək, qızıl qolbağı 250 manata ala biləcəyini demiş, o isə bir söz deməyərək onunla razılaşmışdır. O, 250 manat verərək adını sonradan öyrəndiyi Çiçək adlı qadının satdığı 01 ədəd qadın qolbağını almışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 44 ünvanında yerləşən “Unix” telefon mağazasında işlətdiyi qızıl alqı-satqısı şöbəsinə satdığı qızılın oğurluq olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 44 ünvanında yerləşən “Unix” telefon mağazasında işlətdiyi qızıl alqı-satqısı şöbəsinə satdığı qızılın qeydiyyatını aparmaq üçün şəxsiyyətinin surətini istəmiş, lakin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin Asan xidmətə dəyişdirməyə verdiyini bildirərək, yaxın zamanlarda sənədini götürən kimi surətini ona təqdim edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 44 ünvanında yerləşən “Unix” telefon mağazasında işlətdiyi qızıl alqı-satqısı şöbəsinə satdığı qızılın modelini xatırlamamış, zəncir sep tipli qadın qolbağı olmuş, çəkisi təxminən 3,5 qram civarında, xüsusi əlamətlərini isə xatırlamamış, qızılın yeni və ya işlənmiş olması barədə məlumatı olmamış, o, həmin qızılı 04-xx.xx.2024-cü il tarix aralarında lom qiymətinə xatırlamadığı qızıl alan şəxsə satmışdır. O, 15 illik təcrübəsi ilə Təqsirləndirilən şəxs satdığı qızılın oğurluq olduğundan şübhələnməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən yetkinlik yaşına çatmayan Şahid2 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bəxtiyir qızı atası Qanuni nümayəndə tanışıdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı səhərı, Nəsimi rayonu, Cavadxan kürəsi 15Q ünvanında yerləşən “Qızıl Ulduz" qızıl zinət əşyaları satılan mağazaya daxil olmuşlar. Çiçək orada olan satıcıya ona qızılları təqdim etməsini bildirmişdir. Həmin qadın Təqsirləndirilən şəxs piştaxtanın arxasında olan qutudakı qızılları təqdim etmiş, Çiçək də qızılların bir neçəsinə baxaraq, sonra satıcıya demişdir ki, imkanı olanda gəlib həmin qızıllardan alar. Bundan sonra birlikdə mağazanı tərk etmişlər. Həmin gün Çiçəklə birlikdə Bakı səhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 Mall ticarət mərkəzinin yaxınlığında olan qızıl alqı-satqısı olan mağazaya yaxınlaşmışlar. Çiçək orada satıcı ilə nə isə danışmış, o isə həmin vaxt mobl telefonunda “Tik-tok” sosial şəbəkəsinə baxdığından başı qarışıq olmuşdur. Bundan sonra Çiçək ilə birlikdə mağazanı tərk edərək yaşadıqları evə getmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.56); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild İ, i.v.70); - “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v.84-85); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İ, i.v.100, 104); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” və “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə icraat təzələnmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır (cild İ, i.v.121, 128); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (cild İ, i.v.145-150); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İ, i.v.165-166); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən olunaraq istintaq orqanına təmin olunduğundan cinayət işi üzrə icraat təzələnmişdir (cild İ, i.v.167); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da 19-cu PŞ-nə gətirilmişdir (cild İ, i.v.169); - “Şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir (cild İ, i.v.171-172); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanında yerləşən “Qızıl Ulduz” adlanan qızıl-zinət əşyaları satılan mağazadır (cild İ, i.v.7-10); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən “Qızıl Ulduz” qızıl-zinət əşyaları satılan mağazadan 01 ədəd 585 əyarda olan qadın qolbağını hansı qaydada oğurladığını hadisə yerində əyani olaraq göstərmişdir (cild İ, i.v.67-69); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild İ, i.v.82- 83); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (cild İ, i.v.82-83); - “Video diskə baxış keçirilməsi barədə” 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdə 01 ədəd videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər əynində boz rəngli üzərində ağ rəngli xətlər olan qısa qol paltar, ayağında ağ rəngli ayaqqabı, qısa və qara saçları olan qadın, arxası ilə bir nəfər azyaşlı uzun qara saçlı, əynində açıq krem rəngli paltar, çiynində bir ədəd ağ rəngli çanta və əlində mobil telefona baxa-baxa gələn qız uşağı olması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxsin özünün olduğunu, qızıl mağazasından 01 ədəd qızıl qolbaq oğurlayıb hadisə yerindən uzaqlaşdığını bildirmişdir (i.v.89); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7317 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən, fotoşəkli təqdim edilmiş 01 ədəd 585 əyar, 10,5 qram qızıl zəncir qolbağın 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 945 manat (10,5 qram x 90,00 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.115-117); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 01 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.118-120); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır (cild İİ, i.v.34-35); - Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 14:45 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ–nə gətirilmişdir (cild İİ, i.v.37-38); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v.41). Məhkəmə iclasında “Qızıl Ulduz” qızıl-zinət əşyaları satılan mağazanın daxilində quraşdırılmış müşahidə kameralarından çıxarılmış video görüntülərin əks olunduğu diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 01 ədəd videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı bir nəfər əynində boz rəngli üzərində ağ rəngli xətlər olan qısa qol paltar, ayağında ağ rəngli ayaqqabı, qısa və qara saçları olan qadının, arxası ilə bir nəfər azyaşlı uzun qara saçlı, əynində açıq krem rəngli paltar, çiynində bir ədəd ağ rəngli çanta və əlində mobil telefona baxa-baxa gələn qız uşağının olması müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixindən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 40 saata görə cəmi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə cəmi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-158/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-158/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver