Məhkəmə qərarları › İş №1(006)-159/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-159/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-159/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Göyçay şəhəri, S.Vurğun küçəsi, ev 70-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Belə ki, o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 01:00 radələrində X11 tərəfindən «Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasındakı fılialı»na məxsus, yol vərəqəsi əsasında idarə eldiyi «Hyundai Accent» markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomaşını yuyulması üçün onun yuyucu işlədiyi ünvan 1 saylı ünvanda yerləşən «Kubinka» adı ilə fəaliyyət göstərən avtoyuyucuxanaya gətirildikdə avtomobili qısa müddətə yuyub sahibinə qaytaracağına söz vermiş, avtomobili yuduqdan sonra saat 03:30 radələrində sükan arxasına keçərək avtomobili hərəkətə gətirmiş və talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmış, avtomobili Bakı-Şamaxı-Yevlax yolu ilə Göyçay rayonu istiqamətində yüksək sürətlə hərəkət etdirdiyi üçün həmin yolun 93-cü kilometrliyində idarəetməni itirərək yol nəqliyyat qəzası törətmiş, avtomobil dərəyə aşaraq yararsız hala düşmüş və zərərçəkmiş «Zərərçəkmiş şəxs»na 8610 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Yasamal rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə törətdiyi cinayətinə görə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Nəsimi rayonu, Abad küçəsi, 360-cı məhəllə, 2 nömrəli yaşayış binasının yaxınlığında yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləmişdir. xx xxxx 2019-cu il tarixdə gecə vaxtlarında dəqiq xatırlamadığı saatda milliyyətcə türk olan, adını tam olaraq sonradan bildiyi X13 idarə etdiyi «Hyundai Accent» markalı, **-PL-*** dövlət qediyyat nişanlı avtomobili işlədiyi avtoyuma məntəqəsinə gətirmiş və maşını yudurtmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən maşının açarlarını alıb tez bir zamanda yuyub maşını ona verəcəyini bildirmişdir. Həmin vaxtı avtoyuma məntəqəsinin sahibi Firuz adlı şəxs içəridə yaxınlıqda olan otaqda yatdığından o, məntəqədə tək olmuşdur. X12 avtomobili təqdim etdiyi gündən sonrakı gün gəlib götürəcəyini bildirmiş və bundan sonra həmin şəxs çıxıb getmişdir. O, avtomobili yuduqdan sonra həmin maşını sürmək və avtomobil sürmək həvəsində olduğu üçün qaçırmaq qərarına gəlmiş, bu məqsədlə qeyd olunan avtomobili avtoyuma məntəqəsindən qaçırıb idarə edib şəhərarası küçələrdə bir müddət gəzmiş, sonradan həmin avtomaşınla Göyçay şəhərinə getməyi düşünmüşdür. Bu məqsədlə qeyd olunan avtomobili hərəkət etdirib şəhərdən çıxmış və Şamaxı yolu ilə Göyçay rayonu istiqamətdə hərəkət etməyə başlamışdır. Bakı-Şamaxı yolu ilə hərəkətdə olan zaman avtomobili təxminən 140 km/saat y sürətlə hərəkət etdirmiş, idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman Şamaxı rayonuna çatmağa təxminən 50 km məsafə qalmış diqqəti avtomobildən yayınmışdır. Bu anda görmüşdür ki, qarşıdakı yol döngəlidir və döndüyü anda avtomobili aşırmaq təhlükəsi olmuşdur. Buna görə də sükanı sağa burmuş və nəticədə idarəetməni itirdiyi üçün avtomobil yoldan çıxıb əvvəl iki dəfə aşmış və yolun kənarındakı dərəyə düşüb dayanmışdır. Həmin vaxtı o, maşının salonunda tək olmuş və onun yanında kənar heç kəs olmamış, hadisə nəticəsində cüzi zədələr almış, sonra avtomobildən çıxmış və yoldan keçən nömrəsini xatırlamadığı avtomobili saxlatdırıb Bakı şəhərinə yaşadığı evə getmiş, daha sonra isə işlədiyi avtoyuma məntəqəsinə bir daha qayıtmamşdır. Hal-hazırda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs «Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasında filialı»nın nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, «Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasında filialı»nda mühasib vəzifəsində çalışır. «Hyundai Accent» markalı 90- PL-910 dövlət nömrə nişanlı avtomobil şirkətə məxsusdur və həmin avtomobil yol vərəqəsi əsasında şirkətin işçisi X11 tərəfindən idarə edilməsi üçün verilmişdir. xx xxxx 2019-cu il tarixdə işdə olarkən X7 idarə etdiyi «Hyundai Accent» markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomaşını yuyulması üçün avtoyuyucuya verməsi və həmin yuyucu da avtomobili yuduqdan sonra qaçırması və Bakı-Şamaxı yolu ilə hərəkətdə olarkən 193-cü kilometrlikdə idarəetməni itirərək avtomobili qəzaya uğratması, nəticədə avtomobilə təxminən 9000 manata qədər maddi ziyan dəyməsi məlum olmuşdur. Əlavə olaraq göstərmişdir ki, şirkətə məxsus «Hyundai Accent» markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş maddi zərərin müəyyən edilməsi ilə bağlı ekspert-müxətəssis tərəfindən verilmiş rəydə göstərilmiş və onun avtomobilə 8610 manat dəyərində maddi ziyan dəyməsi barədə göstərilmiş qiymətlə bağlı hər hansı narazılığı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilmədiyindən şikayətçidir və onun barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bir neçə ildir işi ilə əlaqədar Azərbaycan Respublikasında yaşayır. İdarə etdiyi «Hyundai Accent» markalı 90-PL- 910 dövlət nömrə nişanlı avtomobil ona işlədiyi şirkət tərəfindən verilmişdir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 02 radələrində idarə etdiyi avtomobili yaşadığı evin yaxınlığında yerləşən avtomobillərin yuyulması məntəqəsinə yudurtmaq üçün vermiş, həmin vaxt orada üç nəfər işçi olmuş və onların birinə avtomobilin açarlarını verib səhər avtomobili ondan götürəcəyini deyərək evinə getmişdir. Avtomobilini verdiyi şəxs, yəni Təqsirləndirilən şəxs əvvəllər də onun avtomobilini yumaq məqsədilə götürmüş, lakin həmin avtomobili saz vəziyyətdə ona qaytarmışdır. Bundan sonra çox yorğun olduğu evində yatmış, həmin gün saat 08 radələrində yaşadığı evdə olarkən binanın mühafizəçisi onu çağırıb avtomobilinin digər avtomobillərin gediş-gəlişinə maneə törətdiyini bildirmiş, bundan sonra o, avtomobilini kənara çəkmək üçün avtoyuma məntəqəsinə getmiş və orada olan bir nəfər tanımadığı yaşlı kişi avtomobilinin polis əməkdaşları tərəfindən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə aparıldığını bildirmişdir. O. həmin kişiyə minnətdarlığını bildirib 21-ci Polis bölməsinə getmiş, orada polis əməkdaşları ona avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını və Şamaxı rayonunda olduğu bildirmiş, bundan sonra hadisə barədə şirkət rəhbəri Cem Aydemirə məlumat vermiş və 21-ci Polis Bölməsində ərizə yazıb avtomobilini qaçıran şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan DİN Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin rəisi Samir Haşimovdan həmin idarənin İstintaq Şöbəsinin baş müstəntiqi Hüseyn Nuriyevə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 082/1357 saylı məktubdan görünür ki, əməliyyat tapşırıığı əsasında xx xxxx 2019-cu il tarixdə «X15» markalı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılması müəyyən edilmişdir (i/v 57). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-20/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 02 il 09 doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i/v 72-85). İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tərbiyə işinin təşkili şöbəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Bakı istintaq Təcridxanasında saxlanıldığı vaxtlarda daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir (i/v 155). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Şahin Fərhadov tərəfindən tərtib olunan “Hadisə yerinin müayinə olunması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən və xx xxxx 2019-cu il tarixli arayış və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-PL-*** dövlət qeydiyyat nişanlı, «X15» markalı avtomobilin qaçırılması ilə bağlı şikayət əsasında ünvan 1 saylı ünvanına baxış keçirilmiş və Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax yolunun 93cü km-də yerləşən Baş DYPİ-nin 4-cü Patrul Xidməti Alayının 711 saylı YPX postunda cərimə meydançasında saxlanılmaqla həmin nəqliyyat vasitəsinin qəza törədildikdən sonrakı fotoşəkilləri çəkilmişdir (i/v 13-14, 20-24). İş materiallarında olan **-PL-*** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və yol vərəqəsinin surətindən görünür ki, **-PL-*** dövlət qeydiyyat nişanlı, «X15» markalı avtomobil «Zərərçəkmiş şəxs şirkətinin Azərbaycan Respublikasında filialı»nın mülkiyyətindədir və həmin avtomobil X16 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək avtomobili idarə etməsi üçün verilmişdir (i\v 11-12). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 2013-cü il buraxılışlı, **-PL-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Accent» markalı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır (i/v 135-140). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5081 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2020-ci il tarixli ziyan aktında olan məlumatlara əsasən 2013-cü il buraxılışlı, “Hyundai Accent” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8610,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə qiyməti isə 6994,00 manat müəyyən edilmişdir (i/v 111-115). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayında verilmiş tələbnamədən, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli Qərarından görünür ki, Abbasov X6 rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, verilmiş apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin Qərarı ilə hökm dəyişdirilərək “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə verilmiş ittiham artıq ittiham kimi ümumi ittihamdan xaric edilsin” məzmununda cümlə əlavə edilmiş və xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının 06 ay hissəsindən azad edilmiş, xx xxxxxx 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (i/v 102-103, 125-131, 132-134). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i/v 166-167). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkməsi nəzərə alınmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 2013-cü il buraxılışlı, “Hundai Accent” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2013-cü il buraxılışlı, “Hundai Accent” markalı, **- PL-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar