Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-159/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Faberlic” mağazasında satıcı vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəsinə görə ona etibar edilmiş əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vuraraq mənimsəmə etməklə özgə əmlakını talamışdır. Belə ki, o, qeydiyyat № (VÖEN) ********** olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə ilə xx.xx.2019-cu il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən Lombard ofisində 25 aprel 2020-ci il tarixdən 23 fevral 2021-ci il tarixə kimi maddi məsul şəxs, yığıcı-nəzarətçi vəzifəsində işləyərkən işinin xarakterinə və ona inanılıb həvalə edilmiş vəzifəsinə görə etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və digər görüləcək işlərə dair dəqiq uçot aparmalı, müəyyən edilmiş qaydalara və sahibkar Zərərçəkmiş şəxs ilə Şahid6 arasında xidmətlərin göstərilməsi haqqında bağlanmış müqaviləyə əsasən sonuncuya gün ərzində Lombard ofisinin nümayəndəsi ilə müştərilər arasında bağlanmış müqavilələrə uyğun olaraq kassaya mədaxil etdiyi pul vəsaitlərini və qiymətli əşyaları, həmçinin kassaya mədaxil və məxaric etdiyi pul vəsaitlərinin hərəkətini əks etdirən hesabatları təqdim etməli olduğu halda bunu etməyərək, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını talamaq qərarına gəlib, bu məqsədlə 01 dekabr 2020-ci il tarixdən 22 fevral 2021-ci il tarixədək olan müddət ərzindəki iş vaxtının müxtəlif saatlarında Lombard ofisinin kassasına mədaxil etdiyi pulun bir qismini ələ keçirməkdən ötrü müştərilərin ödədiyi pul vəsaitlərinə görə yazmış olduğu kassa orderi qəbzlərini gündəlik hazırladığı pul vəsaitlərinin hərəkətini əks etdirən hesabatın qeydiyyatından gizlədərək həmin şəxslərə cərimə yazıb öz əməlini ört-basdır etməklə müştərilərin etdiyi ödənişləri əldə edib kassaya mədaxil etməli olduğu öhdəsində olan ümumi pul məbləğindən ******* №-li müqavilə üzrə X27 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020583 №-li kassa orderində əks olunan 56 manat pul vəsaitini, müqavilə nömrəsi ******* olan X10 xx.xx.2021-ci il tarixdə ödədiyi 30 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X11 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli ******* №-li kassa orderində əks olunan 45 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X11 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli ******* №-li kassa orderində əks olunan 80 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid7 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020579 №-li kassa orderində əks olunan 226 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X32 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020624 №-li kassa orderində əks olunan 13 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid2 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020577 №-li kassa orderində əks olunan 70 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid2 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020621 №-li kassa orderində əks olunan 4 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X20 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020571 №-li kassa orderində əks olunan 28 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X15 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2020-ci il tarixli 20020571 №-li kassa orderində əks olunan 44 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid8 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020618 №-li kassa orderində əks olunan 95 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X5 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020588 №-li kassa orderində əks olunan 3 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X12 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020533 №-li kassa orderində əks olunan 13 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X33 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020560 №-li kassa orderində əks olunan 70 manat pul vəsaitini, müqavilə nömrəsi ******* olan Şahid9 xx.xx.2021-ci il tarixdə ödədiyi 146 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X16 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 17 nömrəli kassa orderi 10 manat pul vəsaitini, müqavilə nömrəsi ******* olan X21 xx.xx.2021-ci il tarixdə ödədiyi 16 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X28 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020625 №-li kassa orderində əks olunan 250 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid4 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020587 №-li kassa orderində əks olunan 104 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid5 Təyyar qızının götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020633 №-li kassa orderində əks olunan 17 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid5 Təyyar qızının götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan 11.02 2021-ci il tarixli 20020632 №-li kassa orderində əks olunan 36 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X34 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020633 №-li kassa orderində əks olunan 6 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X34 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020633 №-li kassa orderində əks olunan 6 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X22 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020593 №-li kassa orderində əks olunan 24 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə Şahid3 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli 20020596 №-li kassa orderində əks olunan 84 manat pul vəsaitini və xx.xx.2021-ci il tarixli 20020642 №-li kassa orderində oks olunan 84 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X3 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2020-ci il tarixli ödədiyi 16 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X3 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2020-ci il tarixli ödədiyi 15 manat pul vəsaitini, ******* №-li müqavilə üzrə X29 götürdüyü kreditin faiz dərəcəsinin ödənişi olan xx.xx.2021-ci il tarixli ödədiyi 12 manat pul vəsaitini, ümumilikdə kassaya mədaxil etməli olduğu 1603 manat pul vəsaitini, həmçinin 22 fevral 2021-ci il tarixdə Lombardın kassasına mədaxil olunmuş pul vəsaitlərindən 4000 manat nağd pulu götürməklə, ümumilikdə isə göstərilən dövr ərzində 5603 (beş min altı yüz üç) manat miqdarında müştərilərdən qəbul etdiyi pul vəsaitini Şahid6 təhvil vermədən özünün şəxsi ehtiyaclarına sərf edib, ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu 2020-ci il aprelin 25-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən “Lombard" ofisində maddi məsul şəxs, yığıcı-nəzarətçi vəzifəsinə işə götürmüşlər. Həmin lombardın sahibi Zərərçəkmiş şəxs onunla elə həmin tarixdə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlamış və o, iş vəzifələrini həmin tarixdən icra etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs yalnız müqavilə bağlayan zaman görmüş, onu işə götürən Şahid6 olduğu üçün sonuncunu lombardın sahibi bilmişdir. Ona VÖEN-in Zərərçəkmiş şəxs adına olduğunu demişlər, lakin lombardın əsl sahibi Şahid6 olmuşdur. Onun vəzifə borclarına müştəridən girov şəklində əmtəə-maddi sərvətlərin qəbulu, girov qarşısında verilən ssuda məbləğini müəyyən etmək, əmtəə-maddi sərvətlərin saxlanması qaydalarına riayət olunmasına nəzarət etmək, girova qoyulmuş əmtəə-maddi sərvətlər üzrə operativ uçotun aparılması və lazımi hesabatların hazırlanması daxil olmuşdur. Lombardın fəaliyyətinə nəzarət etmək üçün gündəlik tələb olunan hesabatları "xxxx" MMC-nin səlahiyyətli nümayəndələrinə təqdim etmişdir. Onun kiçik qızı Şəms Kazımzadənin ürəyində problem olmuş, qızının müalicəsi üçün bir dəfə lombardın rəhbəri kimi tanıdığı Şahid6 borc pul istəmişdir. Şahid6 da ona kassadan 1.000 manat pul götürməyini, sonra maaşından tutacaqlarını demişdir. O, pulu götürmüş və daha sonra həmin pul maaşından tutulmuşdur. 2021-ci ilin yanvar ayında qızının sağlamlığında yenə problem yaranmış, əməliyyat edilməli olmuşdur. Bunun üçün ona pul lazım olmuşdur. Bu barədə Sevinc xanıma deyib kassadan 4.000 manat pul götürmüşdür. 2-3 gün sonra Nərmin adlı işçi ona 4.000 manat pulu götürdüyünə dair akt imzalatmış və məbləğ böyük olduğundan onların əlində 4.000 manat pul götürməsi və hər ay maaşından çıxaçaqları ilə bağlı bir sənəd olmağının lazım olduğunu bildirmişdir. O da həmin aktı imzalamışdır. Bundan sonra o, Sevinc xanıma ona akt imzalatdıqlarını bildirərək, bunun nə məsələ olduğunu soruşmuş, Sevinc xanım isə onu təhqir etməyə başlamışdır. O, Sevinc xanıma həmin pulu qaytaracağını və pulu ödəməsi üçün ona kart nömrəsi və ya bir sənəd vermələrini demişdir. Lakin bir müddət ona ödəniş etməyi üçün heç bir sənəd verməmişlər. Bundan sonra 22 fevral 2021-ci il tarixdə heç nə demədən onu işdən kənarlaşdırmışlar. Mart ayında isə ona müştərilərin pullarını mənimsədiyini bildirmişlər. O, müştərilərin pullarını götürdüyünü boynuna alır. Mənimsədiyi pul məbləği ümumilikdə 5603 manat olmuşdur. Həmin pulun 4000 manatını lombard ofisindən götürmüş, qalanı isə müştərlərin pulları olmuşdur. Ümumilikdə 2302 manat pulu geri qaytarmışdır. Lakin həmin məbləğdən 190 manat pulu ödəməsinə dair qəbzi saxlamamışdır. Qalan zərəri birdəfəlik ödəməyə imkanı yoxdur. Hər ay 300 manat ödəniş edə bilər. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardın filialında sahibkar olaraq fəaliyyətə başlamışdır. xx.xx.2020-ci il tarixdə imzalandığı gündən 2 il müddətində qüvvədə olan "xxxx" MMC-nin baş direktoru Şahid6 ilə xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən icraçı Şahid6 işə qəbul olunan şəxslərlə treninq kursların keçirilməsini, işçi heyətinin hazılanmasını, mühasibatlıq işlərinin, daxili auditin və auditin aparılması üçün müvafiq hesabat sənədlərinin tələb olunmasını, xəzinə sənədlərinin yoxlanılmasını, tərtib və təqdim olunmasını, işə qəbul olunmuş şəxslərin iş yeri və iş ilə tanış edilməsini, dövlət qurumlarına hesabatların tərtib, təqdim və təmsil edilməsini, hüquqi məsələlərin konsultasiyasını, qiymətli əşyaların və pul vəsaitlərinin mühafizə altında müşahidə olunmasını həyata keçirmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombard ofisində 2 nəfər işçi işləmişdir. Onlardan biri qızılları yoxlayaraq və qiymətləndirərək onların məbləğini müəyyən edən zərgər, digəri isə girovları, pul vəsaitlərini qəbul edən, girov bileti üzərində borcların hesablanmasını həyata keçirən maddi məsul şəxs olan yığıcı-nəzarətçi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardda Şahid1 əmək müqaviləsinə əsasən zərgər vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardda yığıcı-nəzarətçi vəzifəsinə təyin olunması ilə bağlı əmək və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışlar. Lombardın fəaliyyətinə nəzarət edən Şahid6 xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn hüquq və vəzifələrinə uyğun olaraq hesabat yoxlanışını, eyni zamanda nağd büdcə sisteminə nəzarəti lombardın filialında həyata keçirərkən Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızının xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin nümayəndələrinə təqdim etdiyi pul vəsaitlərinin hərəkəti haqqında hesabatlara əsasən həmin gün 4240 manat pul vəsaiti mədaxil olunmasına baxmayaraq lombardın xəzinəsində 240 manat pul olmasını aşkar etdikdə dərhal ona məlumat verilmişdir. Bu barədə maddi məsul şəxs, yığıcı-nəzarətçi vəzifəsini həyata keçirən Zöhrə Kazımovaya (Axundovaya) sual veriləndə, sonuncu 4000 manat pulu götürdüyünü etiraf etmiş və həmin pulu qaytaracağını bildirmişdir. Elə həmin gün, yəni, 22 fevral 2021-ci il tarixdə Zöhrə Kazımovanın (Axundovanın) iştirakı ilə akt tərtib olunaraq sonuncu 4000 manat pul götürdüyünü özü yazılı şəkildə bir daha təsdiq etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Zöhrə Kazımova (Axundova) ilə əmək müqaviləsinə xitam vermişdir. Həmin hadisədən sonra lombarda girovverən müştərilərdən bir neçəsi pul ödənişi ilə bağlı müraciət etdiyi zaman onlardan bəzilərinə gecikmələrinə görə cərimələri olduğunu bildirildikdə həmin müştərilər girov pulunu vaxtında ödədiklərini söyləyərək kassa mədaxil qəbzlərini təqdim etmişlər. Belə ki, xx.xx.2021-ci il tarixdə lombardın xəzinəsinə mədaxil olan pul vəsaitlərinin gündəlik hesabatları yoxlanarkən 4000 manat pulun çatışmamasından əlavə Zöhrə Kazımova (Axundova) ümumilikdə 1603 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək müştərilərin pulunu da mənimsəmişdir. Ona ümumilikdə 5603 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində ona ümumilikdə 5603 manat məbləğində maddi zərər dəymişdir. Həmin ziyandan müxtəlif vaxtlarda hissə-hissə cəmi 1045 manat pul geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq, vurulmuş maddi zərərə görə ödənilməmiş qalan 4558 manat məbləğində pulun, auditor xidmətinin göstərilməsinə görə ödənilmiş 500 manat məbləğində pulun və 76 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yenidən ödəniş etdiyini və hazırda ödənilməmiş 2112 manat borcu qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən “İnvest Financ Bakı" MMC-nin direktoru vəzifəsində işləyir. Rəhbəri olduğu qurum aparıcı audit və konsaltinq fəaliyyətini həyata keçirir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardın filialında fəaliyyəti həyata keçirən sahibkar Zərərçəkmiş şəxs ilə 17 yanvar 2020-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən icraçı kimi müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”nin müəyyən etdiyi loqistikaya dair xidmətlərin həyata keçirilməsi, daxili audit aparılması, mühasibatlıq işlərinin və auditin aparılması üçün müvafiq hesabat sənədlərinin tələb olunması kimi vəzifələri icra etmişlər. Əvvəldən tanıdığı Şahin adlı şəxs 2020-ci ilin aprel ayında ona Zöhrə Kazımova adlı qohumunun olduğunu və iş axtardığını bildirmişdir. Zöhrə Kazımovanın əvvəllər bankda çalışdığını, ali təhsilli olduğunu, ailəsindən ayrıldığını və tək yaşadığına görə işə ehtiyacı olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs Zöhrə Kazımovanı işçi kimi məsləhət görmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla Zöhrə Kazımovanın arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Əmək müqaviləsinə əsasən müvafiq kompyüter, proqram üzrə iş təlimatı təlimlərindən keçərək X13 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardın filialında maddi məsul şəxs olmaqla yığıcı-nəzarətçi vəzifəsini yerinə yetirməyə başlamışdır. İşlədiyi müddətdə Zöhrə xanımla münasibətləri normal olmuşdur. Zöhrə Kazımova gündəlik kassanı yazıb onlara göndərirdi. Kassa həm elektron qaydada, həm də əl ilə tərtib olunurdu, arxasına qəbzlər qoyulurdu, sonra bir-biri ilə tutuşdurulurdu. Qaydaya görə günün sonunda kassada 500 manatdan artıq pul saxlanıla bilməzdi, ekspeditor lombarda yaxınlaşıb kassanın artığını təhvil alırdı. Lombardla müqavilələri olduğundan onların sistemlərini görə bilirlər. 2021-ci ilin fevral ayında kassada çatışmazlıq olduğu müəyyən olunmuşdur. Zöhrə Kazımova müştərilərin xeyli miqdarda pulunu mənimsəmişdir. O, özü kassa nəzarətini həyata keçirir, gündəlik kassanı yoxlayırdı. Bir neçə gün ardıcıl olaraq kassada böyük məbləğdə pul olduğunu aşkar etmiş və Zöhrə xanımdan kassada böyük məbləğ olduğu halda nəyə görə pulu inkassatorlara vermədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında müştərinin gələcəyini, qızıl qoyub pul götürməli olduğunu bildirmişdir. Növbəti gün kassada yenə böyük məbləğ olduğunu görmüşdür. Zöhrə Kazımova bu dəfə müştərinin səhər gələcəyini bildirmişdir. Üçüncü gün nə müştəri gəlmiş, nə də ki pul göndərilmişdir. O, öz əməkdaşlarından Məhəmməd Məmmədovu məsələni aydınlaşdırması və pulu götürməsi üçün lombarda göndərmiş və kassada 4.000 manat pulun olmadığı müəyyən olunmuşdur. Zöhrə xanım ona heç kimə deməməsini, səhər pulu yerinə qoyacağını bildirərək yalvarmışdır. Növbəti gün isə ondan 4.000 manat borc pul istəmişdir. Bundan sonra Zöhrə xanım işdən kənarlaşdırılmışdır. Daha sonra müştərilər ödəniş etdikləri ilə bağlı müraciət etmiş və həmin ödənişlərin kassaya mədaxil edilmədiyi aşkar olunmuşdur. Məsələ ilə bağlı daxili audit keçirilmiş və müştərilərin əlində olan qəbzlərə əsasən Zöhrə Kazımovanın müştərilərin 1.600 manatdan çox pulunu mənimsədiyi müəyyən olunmuşdur. Daha sonra işlə bağlı aidiyyəti orqanlara müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin oktyabr ayından bir yerdə işləmişdir. Əvvəllər başqa filialda işləmiş, sonra Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən filiala gəlmiş və orada zərgər mütəxəssis kimi işləmişdir. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ona aptekə getdiyini, müştəri gəlsə qəbul etməsini bildirmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra iki nəfər müştəri gəlmiş, biri təxminən 12-13 manat, digəri isə təxminən 250 manat ödəniş etmişdir. O, ödənişləri götürmüş və hər iki ödənişlə bağlı qəbz yazmışdır. Qəbz iki nüsxədə yazılır, biri müştəriyə verilir, biri isə onlarda qalır. Müştərilərə qəbzi vermiş, Zöhrə xanım gələndən sonra pulu və qəbzləri sistemə işləməsi üçün ona vermişdir. Zöhrə xanımın pulları mənimsəməsi faktı aşkar olunan ərəfədə qardaşı rəhmətə getdiyindən işdə olmamışdır. Ondan sonra da xəstə olduğundan işə çıxmamışdır. Xəstə olan zaman Zöhrə xanım ona zəng edib uşağı xəstə olduğu üçün kassadan 4.000 manat pul götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ona şəxsi ehtiyacları üçün pul lazım olduğundan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombarda müraciət edərək qızıl-zinət əşyalarını girov qoyub 5000 manat pul götürmüşdür. Pulu götürən zaman müqavilə bağlamış və müqavilədə 02 ay 10 gün ödəniş edilməsə, qızılların satışa çıxarılacağı yazılmışdır. Onun lombarda qoyduğu qızıllar da başqa adamın qızılları olmuşdur. Bir dəfə ona lombarddan zəng edərək 02 ay 10 gün gecikməsi olduğu üçün qızıllarının satışa çıxarıldığını demişlər. O isə cavabında 10-15 gün bundan əvvəl ödəniş etdiyini bildirmiş və qızılların nəyə görə satışa çıxarıldığını soruşmuşdur. Bu zaman ona iki aydır ki, ödəniş etmədiyini bildirmişlər. O, ödəniş etdiyi qəbzləri də götürüb lombarda getmiş və onun ödənişləri vaxtlı-vaxtında etdiyi təsdiq olunmuşdur. O, 7-8 ay ödəniş edərkən pulları Zöhrə adlı xanım qəbul etmişdir. O, iki ayın pulunu - cərimə və faizlərlə birlikdə 545 manat ödəmişdir. Məlum olmuşdur ki, həmin pulu Zöhrə xanım sistemə vurmadığından faizi və cəriməsi yığılıb 1200-1300 manat pul olmuşdur. Həmin pul da onun adına qalmışdır. Pulları Təqsirləndirilən şəxs mənimsədiyi müəyyən edildikdən sonra onun adına olan cərimə silinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ona xəstəliyi ilə əlaqədar pul lazım olduğundan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombarda müraciət etmişdir. Lombardda olarkən müqavilə şərtləri ilə tanış olub qızıl-zinət əşyalarını girov qoyaraq pul götürəcəyinə razılıq vermişdir. Müqavilənin şərtlərinə əsasən götürəcəyi pula görə hər ay əsas borcun 3%-i miqdarında əlavə pul ödəməli idi. Bundan sonra qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Lombarda ödənişləri vaxtında etmiş, ödənişləri Təqsirləndirilən şəxs adlı xanım qəbul etmişdir. Ödənişlərlə bağlı ona qəbzlər də verilmişdir. Sonradan ona lombarddan zəng edərək gecikməsi olduğunu bildirmişlər. O, lombarda gedərək ödənişlə bağlı qəbzləri təqdim etmiş və müəyyən edilmişdir ki, qəbzlərin verilməsinə baxmayaraq ödədiyi pullar kassaya daxil edilməmişdir. Təqsirləndirilən şəxs mənimsədiyi pullara görə ona cərimə yazılsa da, o, ödəniş qəbzlərini Lombarın ofisinə təqdim etdikdən sonra onun ödənişləri qeydiyyata alınmış və ona yazılmış cərimələr silinmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, ona xəstəliyi ilə əlaqədar pul lazım olduğundan 11 yanvar 2021ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombarda müraciət etmişdir. Lombardda olarkən müqavilə şərtləri ilə tanış olub qızıl-zinət əşylarını girov qoyaraq pul götürəcəyinə razılıq vermişdir. Müqavilənin şərtlərinə əsasən götürəcəyi pula görə hər ay əsas borcun 3%-i miqdarında əlavə pul ödəməli olmuşdur. Bundan sonra özünə aid qızıl-zinət əşyalarını girov qoyaraq 3159 manat pul götürmüşdür. O, 2021-ci ilin fevral ayından Lombarda ödənişlər etməyə başlamışdır. Lombardla bağladığı müqaviləyə əsasən götürdüyü pulları həmin vaxtdan bu günə qədər hər zaman vaxtı-vaxtında ödəmişdir. Növbəti ödənişini xx.xx.2021-ci il tarixdə lombardın yığıcı-nəzarətçisi olan Zöhrə Kazımovaya 95 manat ödəniş etmişdir. Zöhrə Kazımova da ona ödəniş etməyi ilə bağlı kassa orderinin qəbzini vermişdir. 2021-ci ilin mart ayında ödəniş edərkən Lombardın hazırda adını xatırlamadığı işçisi ona ödənişləri gecikdirməyi ilə əlaqədar olaraq cəriməsinin olduğunu bildirmişdir. O, ödənişləri vaxtında etdiyini və bununla bağlı ödəniş qəbzlərinin olduğunu bildirmişdir. Bundan sonra o, özündə olan ödəniş qəbzlərini Lombarda təqdim etdikdə onun ödənişləri vaxtında etməyi təsdiq olunmuş və cəriməsi silinmişdir. Daha sonra onun ödənişlərinin Lombardda işləyən Zöhrə Kazımova tərəfindən mənimsənildiyini bilmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, şəxsi ehtiyaclarına görə pul lazım olduğundan 29 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombarda müraciət etmişdir. Lombardda olarkən müqavilə şərtləri ilə tanış olub qızıl-zinət əşyalarını girov qoyaraq pul götürəcəyinə razılıq vermişdir. Müqavilənin şərtlərinə əsasən götürəcəyi pula görə hər ay əsas borcun 3%-i miqdarında əlavə pul ödəməli olmuşdur. Bundan sonra özünə aid qızıl-zinət əşyalarını girov qoyaraq 2800 manat pul götürmüşdür. 2021-ci ilin yanvar ayından Lombarda ödənişlər etməyə başlamışdır. Lombardla bağladığı müqaviləyə əsasən götürdüyü pulları həmin vaxtdan bu günə qədər hər zaman vaxtıvaxtında ödəmişdir. xx.xx.2021-ci il tarixdə 80 manat və xx.xx.2021-ci il tarixdə 80 manat ödəniş etmişdir. Zöhrə Kazımova da ona ödəniş etməyi ilə bağlı kassa orderinin qəbzini vermişdir. 2021-ci ilin mart ayında ödənişini edərkən Lombardın hazırda adını xatırlamadığı işçisi ona ödənişləri gecikdirməyi ilə əlaqədar olaraq cəriməsinin olduğunu bildirmişdir. O, ödənişləri vaxtında etdiyini və bununla bağlı ödəniş qəbzlərinin olduğunu bildirmişdir. Bundan sonra o, özündə olan ödəniş qəbzlərini Lombarda təqdim etdikdə onun ödənişləri vaxtında etməyi təsdiq olunmuş və cəriməsi silinmişdir. Daha sonra onun ödənişlərini Lombardda işləyən Zöhrə Kazımovanın mənimsədiyini bilmişdir. Zöhrə Kazımovanı o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombard ofisinə kredit üçün müraciət etdiyi zaman görmüş və tanımışdır. X31 işlədiyi müddətdə pul mənimsəməsi zamanı ona heç bir ziyan dəyməmişdir. Zöhrə Kazımovanın mənimsədiyi pullara görə ona cərimə yazılsa da, o, ödəniş qəbzlərini Lombard ofisinə təqdim etdikdən sonra onun ödənişləri qeydiyyata alınmış və ona yazılmış cərimələr silinmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, şəxsi ehtiyacları üçün pul lazım olduğundan 03 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombarda müraciət etmişdir. Lombardda olarkən müqavilə şərtləri ilə tanış olub qızıl-zinət əşylarını girov qoyaraq pul götürəcəyinə razılıq vermişdir. Müqavilənin şərtlərinə əsasən götürəcəyi pula görə hər ay əsas borcun 4%-i miqdarında əlavə pul ödəməli olmuşdur. Bundan sonra özünə aid qızıl-zinət əşyalarını girov qoyaraq 1750 manat və xx.xx.2020-ci il tarixdə isə 100 manat pul götürmüşdür. 2020-ci ilin dekabr ayından Lombarda ödənişlər etməyə başlamışdır. Lombardla bağladığı hər iki müqaviləyə əsasən götürdüyü pulları həmin vaxtdan bu günə qədər hər zaman vaxtı-vaxtında ödəmişdir. 2021-ci ilin mart ayında ödənişini edərkən Lombardın hazırda adını xatırlamadığı işçisi ona ödənişləri gecikdirməyi ilə əlaqədar olaraq cəriməsinin olduğunu bildirmişdir. O, ödənişləri vaxtında etdiyini və bununla bağlı ödəniş qəbzlərimin olduğunu bildirmişdir. Bundan sonra o özündə olan ödəniş qəbzlərini Lombarda təqdim etdikdə onun ödənişləri vaxtında etməyi təsdiq olunmuş və cəriməsi silinmişdir. Daha sonra onun ödənişlərini Lombardda işləyən Zöhrə Kazımovanın mənimsədiyini bilmişdir. Qeyd edilən Lombard ofisindən götürdüyü pulu həmin ofisin kassiri Zöhrə Kazımovaya ödəmiş və etdiyi ödəniş müqabilində ona kassa orderi qəbzlərini təhvil vermişdir. Zöhrə Kazımovanı o Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombard ofisinə kredit üçün müraciət etdiyi zaman görmüş və tanımışdır. Zöhrə Kazımova ilə əvvəllər tanışlığı, aralarında heç bir mübahisə, ədavət və düşmənçilik olmamışdır. X31 işlədiyi müddətdə pul mənimsəməsi zamanı ona heç bir ziyan dəyməmişdir. Zöhrə Kazımovanın mənimsədiyi pullara görə ona cərimə yazılsa da, o, ödəniş qəbzlərini Lombard ofisinə təqdim etdikdən sonra onun ödənişləri qeydiyyata alınmış və ona yazılmış cərimələr silinmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (lll cild, i.v.217-218); - xx.xx.2019-cu il tarixli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsində qeydiyyat nömrəsi (VÖEN) ********** göstərilən Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (İ cild, i.v.177); - Əmək müqaviləsi və vəzifə təlimatından görünür ki, xx.xx.2020-ci il tarixdə Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızı ilə sahibkar Zərərçəkmiş şəxs arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əsasən Zöhrə Kazımova (Axundova) lombardda yığıcı-nəzarətçi kimi işə təyin olunmuşdur (İ cild, i.v.173-176); - “Götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən “Lombard”ın sahibi Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tərəfindən 1603 manat pul vəsaitini mənimsədiyi zaman müştərilərə verdiyi qəbzlər əsasında hazırlanmış hesabat və müvafiq sənədlər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (lll cild, i.v.01- 94); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat ödəməsini əks etdirən mədaxil qəbzləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (lll cild, i.v.146-148); - “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən “Lombard”ın sahibi Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan Zöhrə Kazımovanın (Axundovanın) 703 manat və 190 manat pul ödəməsini əks etdirən xx.xx.2022-ci il tarixli arayışları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (lll cild, i.v.149-153); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9607 saylı rəyindən görünür ki, 24 sentyabr 2021-ci il tarixli sərbəst auditorun rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındıqda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardda yığıcı-nəzarətçi vəzifəsində çalışan Zöhrə Kazımova məsuliyyətində olan pul vəsaitinin inventarizasiyası zamanı hesabında olan 4000,00 manat məbləğində pul vəsaitinin, eyni zamanda iş materiallarında olan cədvəl məlumatlarına əsasən X13 tərəfindən müştərilərə verdiyi qəbzlərdən 148.538,00 manat qəbul etdiyi halda onun hesabatında 146.935,00 manat mədaxil etmiş, nəticədə 1603,00 manat məbləğində çatışmazlıq yaranmışdır ki, bununla da ümumilikdə 5603,00 manat məbləğində çatışmazlığın olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (lll cild, i.v.133-138); - Azərbaycan Respublikası Auditorlar Palatasının Sərbəst X1 xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, maddi məsul şəxs, yığıcı-nəzarətçi X13 tərəfindən müştərilərdən qəbul etdiyi pul vəsaitlərindən 1603 manat məbləğində pul vəsaitini hesabatına salmayaraq mənimsənilmişdir. xx.xx.2021-ci il tarixdə maddi məsuliyyətində olan pul vəsaitinin invertarizasiyası aparılan zamanı isə hesabında 4000 manat məbləğində pul vəsaitinin çatışmadığı müəyyən edilmiş və aktla rəsmiləşdirilmişdir. Beləliklə, X13 tərəfindən auditlə əhatə olunan dövr ərzində sahibkar Zərərçəkmiş şəxs 5603 manat məbləğində ziyan vurulmuşdur (İ cild, i.v.232-233); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X48 Xidmətinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızının (FİN: xxxxxxx) adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlara görə Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızı ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə imzalan əmək müqaviləsi xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndinə yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu hallara görə əmək müqaviləsinə xitam verilmişdir (İİİ cild, i.v.130-132); - X19 xx.xx.2021-ci il tarixli 191/21 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X39 həmin klinikaya müraciət etməmişdir (lll cild, i.v.102-103); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X42 Şəxsinin xx.xx.2021-ci il tarixli, 1842 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (lll cild, i.v.124-125); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 4439 №-li məktubundan görünür ki, Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızı yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda yoxdur (lll cild, i.v.153-154); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2021-ci il tarixli, 1/2301 №-li məktubundan görünür ki, Kazımova (Axundova) Zöhrə Məmmədhəsən qızı son 10 ildə stasionar müalicə üçün yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir (lll cild, i.v.155-156); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 84 ünvanında yerləşən lombardın ofisindən istintaqa təqdim edilmiş Zöhrə Kazımova tərəfindən X24 xx.xx.2021-ci il tarixdə 56 manat, X6 xx.xx.2021-ci il tarixdə 30 manat, X7 xx.xx.2021-ci il tarixdə 45 manat, X7 xx.xx.2021-ci il tarixdə 80 manat, Şahid7 xx.xx.2020-ci il tarixdə 226 manat, X51 xx.xx.2021-ci il tarixdə 13 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 4 manat, X40 xx.xx.2020-ci il tarixdə 28 manat, X8 xx.xx.2020-ci il tarixdə 44 manat, Şahid8 xx.xx.2021-ci il tarixdə 95 manat, X9 xx.xx.2021-ci il tarixdə 3 manat, X17 xx.xx.2021-ci il tarixdə 13 manat, X52 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid9 xx.xx.2021-ci il tarixdə 146 manat, X14 xx.xx.2021-ci il tarixdə 10 manat, X43 xx.xx.2021-ci il tarixdə 250 manat, X18 xx.xx.2021-ci il tarixdə 16 manat, Şahid4 xx.xx.2021-ci il tarixdə 104 manat, Şahid5 Təyyar qızından xx.xx.2021-ci il tarixdə 17 manat, Şahid5 Təyyar qızından 11,02.2021-ci il tarixdə 36 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X44 xx.xx.2021-ci il tarixdə 24 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, X2 xx.xx.2020-ci il tarixdə 16 manat, X2 xx.xx.2020-ci il tarixdə 15 manat və X25 xx.xx.2021-ci il tarixdə aldığı 12 manat pul vəsaitlərinin alınmasına dair kassa orderinin qəbzləri və aktları cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından sübut kimi tanınmışdır (İİİ cild, i.v.157-183); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır (lll cild, i.v.141); - Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013cü il təvəllüdlü X35 və xx.xx.2018-ci il təvəllüdlü X39 adlı iki övladı var; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsin və peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsin və peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən maddi məsuliyyət daşıyan vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 64 ünvanında yerləşən lombardın ofisindən istintaqa təqdim edilmiş Zöhrə Kazımova tərəfindən X24 xx.xx.2021-ci il tarixdə 56 manat, X6 xx.xx.2021-ci il tarixdə 30 manat, X7 xx.xx.2021-ci il tarixdə 45 manat, X7 xx.xx.2021-ci il tarixdə 80 manat, Şahid7 xx.xx.2020ci il tarixdə 226 manat, X51 xx.xx.2021-ci il tarixdə 13 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 4 manat, X40 xx.xx.2020-ci il tarixdə 28 manat, X8 xx.xx.2020-ci il tarixdə 44 manat, Şahid8 xx.xx.2021-ci il tarixdə 95 manat, X9 xx.xx.2021-ci il tarixdə 3 manat, X17 xx.xx.2021-ci il tarixdə 13 manat, X52 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid9 xx.xx.2021-ci il tarixdə 146 manat, X14 xx.xx.2021-ci il tarixdə 10 manat, X43 xx.xx.2021-ci il tarixdə 250 manat, X18 xx.xx.2021-ci il tarixdə 16 manat, Şahid4 xx.xx.2021-ci il tarixdə 104 manat, Şahid5 Təyyar qızından xx.xx.2021-ci il tarixdə 17 manat, Şahid5 Təyyar qızından 11,02.2021-ci il tarixdə 36 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X44 xx.xx.2021-ci il tarixdə 24 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, X2 xx.xx.2020-ci il tarixdə 16 manat, X2 xx.xx.2020-ci il tarixdə 15 manat və X25 xx.xx.2021-ci il tarixdə aldığı 12 manat pul vəsaitlərinin alınmasına dair kassa orderinin qəbzləri və aktları cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 150 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs 5603,00 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, 5603,00 manat maddi ziyanın 2112 manat hissəsi təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs bundan əlavə dəymiş zərərdən 190 manat ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs dəymiş ziyana görə 3491,00 manat məbləğində pul vəsaiti, həmçinin mülki iddia qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 58 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 33 saata görə 198 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətə maddi məsuliyyət daşıyan vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 3491,00 (üç min dörd yüz doxsan bir) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə sübut kimi tanınmış Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 64 ünvanında yerləşən lombardın ofisindən istintaqa təqdim edilmiş Zöhrə Kazımova tərəfindən X24 xx.xx.2021-ci il tarixdə 56 manat, X6 xx.xx.2021-ci il tarixdə 30 manat, X7 xx.xx.2021-ci il tarixdə 45 manat, X7 xx.xx.2021-ci il tarixdə 80 manat, Şahid7 xx.xx.2020ci il tarixdə 226 manat, X51 xx.xx.2021-ci il tarixdə 13 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid2 xx.xx.2021-ci il tarixdə 4 manat, X40 xx.xx.2020-ci il tarixdə 28 manat, X8 xx.xx.2020-ci il tarixdə 44 manat, Şahid8 xx.xx.2021-ci il tarixdə 95 manat, X9 xx.xx.2021-ci il tarixdə 3 manat, X17 xx.xx.2021-ci il tarixdə 13 manat, X52 xx.xx.2021-ci il tarixdə 70 manat, Şahid9 xx.xx.2021-ci il tarixdə 146 manat, X14 xx.xx.2021-ci il tarixdə 10 manat, X43 xx.xx.2021-ci il tarixdə 250 manat, X18 xx.xx.2021-ci il tarixdə 16 manat, Şahid4 xx.xx.2021-ci il tarixdə 104 manat, Şahid5 Təyyar qızından xx.xx.2021-ci il tarixdə 17 manat, Şahid5 Təyyar qızından 11,02.2021-ci il tarixdə 36 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X30 xx.xx.2021-ci il tarixdə 6 manat, X44 xx.xx.2021-ci il tarixdə 24 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, Şahid3 xx.xx.2021-ci il tarixdə 84 manat, X2 xx.xx.2020-ci il tarixdə 16 manat, X2 xx.xx.2020-ci il tarixdə 15 manat və X25 xx.xx.2021-ci il tarixdə aldığı 12 manat pul vəsaitlərinin alınmasına dair kassa orderinin qəbzləri və aktları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-159/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-159/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver