Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-160/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X1, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 22 nömrəli yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə saat 10:44-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai” markalı “Matrix” modelli **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə “28 May” metrostansiyası istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsinə çatdıqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, yəni “svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdır” tələblərinə riayət etməli olduğu halda qanunun həmin tələblərinə riayət etməyərək svetoforun qırmızı qadağanedici işığında hərəkətini davam etdirib həmin küçələrin kəsişməsinə daxil olmaqla Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsi istiqamətində svetoforun yaşıl işığında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota” markalı, “Rav4” modelli, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsi ilə toqquşmuş və idarə etməni itirərək həmin vaxt ünvan 1 ünvanın qarşısında səkidə dayanmış piyada Zərərçəkmiş şəxs2 vuraraq nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 travmatik və hemorragik şokla nəticələnən sağ ağ ciyərin cırılması, sağdan İV V Vİ Vİİ Vİİİ İX və X qabırğaların sınıqları və qabırğa arası əzələlərə qansızmalar, baş beyin qişalarına toxumasına və mədəciklərinə qansızmalar, çənə sümüyünün sınığı, başın sağ təpə-gicgah nahiyəsinin, çənənin sağ yarısının əzilmiş-cırılmış yaraları, sol budun qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmuş, “Toyota” markalı “Rav4” modelli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 22.300 (iyirmi iki min üç yüz) manat 85 (səksən beş) qəpik maddi ziyan vuraraq yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 noyabr 2021-ci il tarixdə saat 10 radələrində müştərini hazırda xatırlamadığı ünvandan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Matrix” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürərək Xətai rayonu ərazisində yerləşən “Megafun” əyləncə mərkəzinə aparmalı idi. Həmin gün saat 10 radələrində müştərini ünvandan götürmüş və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektinə gəlmişdir. Azadlıq prospekti ilə hərəkətdə olan zaman “Koala” parkının yanındakı svetoforu keçmiş, Azadlıq prospekti ilə Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsindəki svetoforun qırmızı işığının yanmağını görməmişdir. Bu zaman Bakıxanov küçəsi ilə “Toyota” markalı avtomobilin gəldiyini görmüş, əyləcə basmış, lakin əyləc saxlamamışdır. O, idarəetməni itirmiş və nəticədə “Toyota” markalı avtomobillə toqquşmuşdur. Avtomobillər toqquşandan sonra o, huşunu itirmiş və bundan sonra baş verənlər barədə xəbəri olmamışdır. Xəstəxanada ayılanda ona səkidə dayanmış bir qadını vurduğunu və həmin qadının öldüyünü demişlər. Hadisənin necə baş verdiyini isə müşahidə kameraları ilə çəkilən videogörüntülərə baxanda görmüşdür. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X6 ilə barışdığını, sonuncunun ondan şikayət və tələbi olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri qismən ödədiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 23 noyabr 2021-ci il tarixdə saat 10 radələrində yeni aldığı texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Rav 4” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall" ticarət mərkəzinə getmək üçün evdən çıxmışdır. Həmin gün saat 10:40 radələrində Bakıxanov küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsinin kəsişməsinə gəlib çatdıqda svetoforun qırmızı işığı yandığından gözləmiş, Bakıxanov küçəsinin hərəkət istiqamətində yolun sağdan ikinci cərgəsində dayanmışdır. Svetoforda Zərərçəkmiş şəxs1 öndə kimsə dayanmamışdır. Həmin vaxt Azadlıq prospektində yolun hərəkət istiqamətində svetoforun qadağanedici işığı olan qırmızı işıq yanmış və Abbasqulu ağa Bakıxanov küçəsində yolun hərəkət istiqamətində svetoforun yaşıl işığı yanan kimi Zərərçəkmiş şəxs1 digər avtomobillərlə birlikdə hərəkətə başlamış və təxminən 18 metr hərəkət etmişdir ki, idarə etdiyi “Toyota Rav 4” markalı avtomobilin sol tərəfindən, yəni idarə etdiyi tərəfdən avtomobilinə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı avtomobil zərbə ilə dəymiş və zərbənin təsirindən həmin vaxt idarə etdiyi avtomobil yolun ortasında fırlanaraq yol kənarında olan dirəyə çırpılıb dayanmışdır. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobildə olan şəxslər yüngül xəsarət almış, sağlamlıqlarında bir problem olmamış, lakin avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobilə dəyən zərər 22300,85 manat məbləğindədir. Həmin zərərdən 7.500 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. 5000 manat məbləğində pul isə sığorta tərəfindən ödənilmişdir. Avtomobilə dəymiş 9800,85 manat məbləğində zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəməyə mülki iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələrlə müraciət edərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş 9800,85 manat məbləğində dəymiş maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun arvadı olmuşdur. 23 noyabr 2021-ci il tarixdə saat 10:10 arvadı Zərərçəkmiş şəxs2 xadimə işlədiyi Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən restorana getmək üçün yaşadıqları evdən çıxmışdır. Həmin gün saat 12 radələrində qızı Gülşən ona zəng edərək Zərərçəkmiş şəxs2 maşın vurduğunu və oraya getdiyini bildirmişdir. Bundan sonra o, dərhal arvadının avtomobillə vurulduğu Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yerə gəlmişdir. Məlum olmuşdur ki, “Hyundai Matrix” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni ititrərək səkidə dayanmış arvadı Zərərçəkmiş şəxs2 vurmuş və arvadı hadisə yerində ölmüşdür. Hadisədən sonra təqsirləndirilən şəxs və yaxın qohumları onlara gələrək başsağlığı vermiş, öz maddi və mənəvi dəstəklərini göstərmişlər. Daha sonra təqsirləndirilən şəxsin vurulmuş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən yolda hərəkətin 28 May metrostansiyası istiqamətində özünə məxsus idarə etdiyi “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayır müştəri gəldikdə isə ünvana aparır. Qeyd olunan yerdə olarkən 23 noyabr 2021-ci il tarixdə saat 10:40 radələrindo idarə etdiyi avtomobili hər zaman saxladığı yerdə saxlamışdır. Belə ki, həmin vaxt idarə etdiyi avtomobilin arxa tərəfinə söykənərək onunla birlikdə orada taksi fəaliyyəti ilə məşğul olan hazırda adını xatırlamadığı şəxslə söhbət edirdi. Elə bu zaman "Hyundai Matrix” markalı qara rəngli avtomobilin yol ayrıcına daxil olduğunu görmüşdür. Belə ki, Hyundai markalı avomobil Azadlıq prospekti ilə hərəkətini davam etdirmiş və svetoforun qırmızı işığından keçərək Bakıxanov küçəsi ilə hərəkət edən avtomobillərin yol ayrıcına daxil olmuş və avtomobilin qarşı tərəfi ilə Bakıxanov küçəsində hərəkət edən “Toyota” markalı avtomobilin sol hissəsi ilə vurmuş, daha sonra isə idarəetməni itirərək həmin vaxt svetoforun altında dayanan qadın arxaya tərəf qaçmaq istədikdə səkinin üzərinə çıxan "Hyundai Matrix” markalı avtomobil həmin qadını vuraraq üzərindən keçmiş və daha sonra isə yolun Azadlıq prospekti istiqamətində səkidən düşərək dayanmışdır. Bundan sonra o, dərhal həmin vaxt orada olan şəxslərlə birlikdə hadisə yerinə qaçmış və həmin qadına yaxınlaşdıqda artıq qadının can verdiyini görmüşdür. Orada olan şəxslərlə birlikdə təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım gəldikdə məlum olmuşdur ki, artıq həmin qadın baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən, yəni üzərindən maşın keçməsi nəticəsində ölmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 12.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.167-168); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23.11.2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yolda baş vermişdir. Toqquşmada piyadanın ölümü ilə nəticələnən hadisə baş vermişdir. Yolun hərəkət hissəsi düzdür. Örtük asfaltbetondur. Örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 17.5 metrdir. Azadlıq prospekti bir istiqamətlidir, 6 hərəkət zolağına qırıq-qırıq xətlərlə bölünmüş düzünə və sola hərəkətə icazə verilir. Bakıxanov küçəsində hərəkət bir istiqamətlidir və 4 hərəkət zolağında qırıqqırıq xətlərlə bölünmüş düzünə, sağa hərəkətə icazə verilir. İşlək hissəyə sağdan və soldan səki birləşir. Daha sonra yaşayış binası və ticarət obyektləridir. Hadisə yeri “4.1.4, 1.14.1, 4.1.5” yol nişanları zonasındadır. Gözlə qavrama qabiliyyəti düzünə məhdudiyyətsizdir. Kabinədən sağ tərəfə 30 metr, sol tərəfi 30 metrdir. “Toyota Rav 4” markalı “**-SJ-***” dövlət qeydiyyat nişanlı avtomobil Bakıxanov küçəsində hərəkətə başlayıb soldan 3-cü zolaqda düzünə davam edərkən Azadlıq prospekti ilə yüksək surətlə hərəkət edən “Hyundai Matrix” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında soldan ikinci zolaqla yol ayrıcına daxil olaraq qabaq hissəsi ilə “Toyota” markalı avtomobili vurmuş, zərbənin təsirindən “Toyota” markalı avtomobil arxa sağ istiqamətdə fırlanaraq yolun Bakıxanov küçəsi ilə sağ çiynində dayanmış, “Hyundai Matrix” markalı avtomobil isə idarəetməni itirərək sol səki üzərində dayanmış piyadanı səkidə vurmuş, piyada hadisə yerində ölmüşdür. Hadisə yerində təkər və protektorun izi aşkar edilmədi. Su və yağ mayesi aşkar olundu. Nəqliyyat vasitələrinin sınmış detalları meyitin yanında, habelə “Hyundai Matrix” markalı avtomobilin ön nömrə parçası aşkar olundu. Səki üzərində qan izləri aşkar olundu. (İ cild, i.v.4-21); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 23.11.2021-ci il tarixli, 123 №-li rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -travmatik və hemorragik şokla nəticələnən sağ ağciyərin cırlması sağdan İV, V Vİ Vİİ Vİİİ İX və X qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızmalar; - başbeyin qişalarına, toxumasına və mədəciklərinə qansızmalar; - çənə sümüyünün sınığı; - başın sağ təpəgicgah nahiyəsinin, çənənin sağ yarısının əzilmiş-cırılmış yaraları; - sol budun qançırı.
2. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 23.11.2021-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdlər.
3. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin qişalarına, toxumasına və mədəciklərinə qansızmalar fonunda sağ ağ ciyərin cırılması, qabırğaların iki tərəfli çoxsaylı və çənə sümüyünün sınıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur.
4. Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (23.11.2021 -ci il tarixdə saat 13:00-dan) təxminən 2-4 saat əvvəl baş vermişdir.
5. Zərərçəkmiş şəxs2 meyitinindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) lenotiazin pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.90-94); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 11.12.2021-ci il tarixli, 1186 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və başın sol gicgah-təpə nahiyəsinin qançırı, sol baldırın sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X15 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 23.11.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v.95-97); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli, 8/55 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Hyundai Matrix” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (İ cild, i.v.108-111); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli, 9/8796 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Toyota Bakı Mərkəzi” tərəfindən tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2021-ci il buraxılışlı “Toyota Rav 4” markalı **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan təxminən 22300,85 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti- 16156,79; təmir-bərpa işlərinin qiyməti-6144,05 manat; yekun 22300 manat 85 qəpik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.98-101); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.37); - 23.11.2021-ci il tarixli, 925 №-li raportdan görünür ki, DİN-in 102 zəng mərkəzindən daxil olmuş məlumata əsasən Azadlıq prospekti ilə A.Bakıxanov küçəsinin kəsişməsində “Hyundai” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol kənarında dayanan qadına dəymiş və hadisə nəticəsində səkidə dayanan qadın ölmüşdür (i.v.3); - AE822806 nömrə və seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir və 31 avqust 2029-cu il tarixədək etibarlıdır (i.v.26); -ƏN-V №724758 nömrəli 25.07.2021-ci il taixli etibarnamədən görünür ki, X7 Hyundai Matrix markalı 99FZ827 dövlət qeydiyyat nişalı avtomobili Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin 20 dekabr 2021-ci il tarixli 150434-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 822806 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.89); - “Sübutların qiymətləndirilməsi haqqında” 07.02.2022-ci il tarixli qərardan görünür ki, “Hyundai” markalı “Matrix” modelli universal tipli qara rəngli **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayətin bilavasitə törədilməsi vasitəsi olduğundan, habelə üzərində cinayətin izlərini və əlamətlərini daşıdığından maddi sübut qismində tanınmış və hadisə yerinə baxış keçiriləndən sonra Siqnal İdarəsinə məxsus 8 saylı duracağa yerləşdirilməsi, həmçinin, “Toyota” markalı “Rav4” modelli tünd göy metallik rəngli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş hadisə zamanı ziyan dəydiyi və sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır (i.v.126-137); - 05.02.2022-ci il tarixli ərizədən görünür ki, “Hyundai” markalı “Matrix” modelli universal tipli qara rəngli ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük üçün Təqsirləndirilən şəxs verilmiş olsa da, avtomobilə dəymiş ziyana görə X8 və anası X3 hər hansı şikayət və tələbi yoxdur (i.v.123); - 25.11.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı iddiası, şikayəti və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir (i.v.44); - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşdirilmiş Təhlükəsiz şəhər Xidmətinin TŞ-3-010 və TŞ 3-055 nömrəli kameralarının 23.11.2021-ci il tarixdə saat 10:42-dən saat 10:47-dək olan görüntülərinin yazıldığı video görüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülərin hər biri müxtəlif istiqamətlərdən baş vermiş video görüntüləri özündə əks etdirir. Videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsindəki Bakıxanov küçəsindəki yerləşən yol ayrıcında olan svetoforda hərəkətin yaşıl işığı yanır və bu zaman Azadlıq prospektində isə hərəkətin qadağanedici işığı, yəni qırmızı işığı yanır. Qırmızı qadağanedici işığın yanmasından 7 saniyə sonra, videogörüntünün 02 dəqiqə 07-ci saniyəsində Azadlıq prospekti ilə hərəkət edən “Hyundai Matrix”markalı avtomobil yol ayrıcına daxil olaraq Bakıxanov küçəsi ilə hərəkət edən “Toyota Rav 4” markalı avtomobilin yan hissəsi ilə toqquşur, daha sonra isə “Hyundai Matrix” markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkidə dayanan Zərərçəkmiş şəxs2 vurmuş və sonuncu hadisə yerində ölmüşdür; - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşdirilmiş Təhlükəsiz şəhər Xidmətinin TŞ-3-010 videomüşahidə qurğusunun 1-ci müşahidə kamerasının 23 noyabr 2021-ci il tarixdə saat 10:48-dən 11:10dək olan müddət ərzində görüntülərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerinə gəlmiş şəxslər tərəfindən tibbi yardım göstərilməsi, həmçinin baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs avtomobilinin baş vermiş hadisədən sonra qalıqlarının Zərərçəkmiş şəxs2 meyitinin yanında olması müşahidə olunur. Habelə ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön nömrə hissəsinin hadisə zamanı ölmüş şəxsin yanında olması və hadisə zamanı ölmüş şəxsin ətrafında hadisədən sonra şəxslərin gələrək ilkin tibbi yardım etmələri müşahidə olunur. Bundan başqa hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərirlər; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.85); - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 706 №-li Hərbi Hissənin 29.06.2021-ci il tarixli, 2837 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdən 06.12.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı Füzuli və Xocavənd rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirmişdir; - Azərbaycan Respublikası medalının 1-12347 №-li və 1-7067 №-li vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur; - Azərbaycan Vətən Müharibəsi X4 79655 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X4 üzvüdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri qismən ödəməsini və Vətən müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X13 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Siqnal İdarəsinə məxsus 8 saylı duracaqda yerləşdirilmiş “Hyundai Matrix” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X2ytarılmalıdır. “Toyota” markalı “Rav4” modelli, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü DVD disklər iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 22300 manat 85 qəpik maddi ziyan dəydiyi və həmin ziyanın 12500 manat hissəsinin ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, Zərərçəkmiş şəxs1 dəymiş ziyana görə 9800,85 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 140 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Dəymiş maddi zərərə görə 9800,85 (doqquz min səkkiz yüz manat səksən beş qəpik) manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 140 (yüz qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. “Toyota” markalı “Rav4” modelli, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Siqnal İdarəsinə məxsus 8 saylı duracaqda yerləşdirilmiş “Hyundai Matrix” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X2ytarılsın. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü DVD disklər iş materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva