Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-160/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Müdafiəçi2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.257 qıam çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 25 sentyabr 2023-di il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq saat 13:20-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0.257 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiəçi2 özünü CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki,rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitə olan "kakos" qəbul edir, xx.xx.2023-cü il tarixdə saat 13600-da ünvan 5 ünvanın qarşısında olanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ondan özünü təqdim etməsini bildirmiş, o, da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş, bundan sonra onun narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirmişlər, o səmimi olaraq narkotik maddə üzərində olduğunu demiş və onu idarəyə dəvət etmişlər. Polislər onu Nəsimi RPİ-nin inzibati binasına xidməti otaqlardan birinə aparmışlar. O. könüllü olaraq müdafiəçi istəmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Belə ki. müdafiəçisinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ondan müdafiəçisinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, da əynindəki şalvarının cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o isə hər hansı bir əşya olmadığını bildirmişdir Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ona təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o həmin bükümün içərisindəkinin narkotik vasitə olan '“kakos" olduğunu demiş və harada, nə vaxt, necə aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb eldiyi iiçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. O, həmçinin ifadəsində narkotik maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə heroin istifadə eldiyini, ona polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir zorakılıq tətbiq edilmədiyini. Nəsimi RPİ-də yalnız təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirildiyini, narkotik vasitə aldığı şəxsin anket məlumatı barədə hansısa məlumatı olmadığını, onu ilk dəfə gördüyündən zahiri görünüşünü xatırlamadığını, narkotik vasitə aldığı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmadığım bildirmişdir. Sonda o özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, ailəli olmasını, ailəsini yeganə qazanc yerinin olmasını, bildirərək barəsində həbslə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Müdafiəçi2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə məruzə olunduqdan sonra ondan və Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 25 sentyabr 2023-cü il tarixdə saat 13:00-da ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən Müdafiəçi2 oxşayan şəxsə yaxınlaşıb üzlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişdir. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmiş və həmin şəxs də özünü Müdafiəçi2 oglu kimi təqdim etmişdir Ondan üzərində hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlaması və daşımasını soruşduqda o, səmimi olaraq üzərində narkotik maddə olduğunu bildirmişdir. Onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətinin olduğunu deyərək onu Nəsimi RPİ-yə dəvət etmiş, həmin şəxs razılaşmış və onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Nəsimi RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilinin, eləcə də təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Müdafiəçi2 üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Müdafiəçi2 üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Müdafiəçi2 oglu əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra Müdafiəçi2 üzərində hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. Sonra Müdafiəçi2 üzərində axtarış davam etdirilmiş və onun üzərindən heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra Müdafiəçi2 təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulmuş. Müdafiəçi2 həmin bükümün içərisində olan maddənin "kakos” olduğunu, onu "Sovetski" adlanan yerdə tanımadığı şəxsə 5 manat verib öz istifadəsi üçün alaraq üzərində saxladığım bildirmişdir. Müdafiəçi2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Cəfərli X4 Orxan Qalib oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi2 barəsində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); «şübhəli şəxsin tutulması haqqında» 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Müdafiəçi2 həmin tarixdə, saat 13:55-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24-25); «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Müdafiəçi2 barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (i.v. 45-46); «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 sentyabr 2023-cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş “DVD” diskdə olan video çəkilişdən görünür ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru, polis serjantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, ünvan 5 ünvanda qeydiyyatla yaşayan vətəndaş Müdafiəçi2, 14 saylı Vəkil Bürosunun vəkili X1, mütəxəssis (ekspert) xx.xx.1979-cu ildə Naxçıvan MR-da anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, 2018-cu il tarixdən Nəsimi RPİ-nin KTQ-nun inspektor kriminalisti vəzifəsində xidmət aparan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 iştirakları ilə xx.xx.2023- cü il tarixdə saat 15:00-dən etibarən ünvan 9 ünvanda yerləşən Nəsimi RPİnin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Müdafiəçi2 üzərində şəxsi axtarış aparılmış, o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə "kakos"-dur. Həmçinin verilən suallara cavab olaraq, Müdafiəçi2 təqdim etdiyi 01 ədəd bükümü Yasamal rayonu “Sovetski" kimi tanınan ərazidə xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən narkotik vasitə olan "kakos"-u 5 manata öz istifadəsi üçün orada alıdğını qeyd etmişdir. Daha sonra onun geyindiyi şalvarının sağ, yan, arxa ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilmədir. Bundan sonra iştirakçılara həmin içərisində şəffaf toz şəkilli narkotik maddəyə ənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq ablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. (i.v. 49-51); «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5056 nömrəli rəyindən» görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Müdafiəçi2...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,257 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,207 qram. (i.v. 57-60); «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 74-75); «Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-468/2023 saylı, 27 sentyabr 2023cü il tarixli qərarından» görünür ki, təqsirləndirilən şəxs Müdafiəçi2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (i.v. 96-100); «təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 101-102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 06 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Müdafiəçi2 məhkumluğu barədə məlumat yoxdur. (i.v. 108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X2 14 dekabr 2023-cü il tarixli, 8202 nömrəli rəyindən görünür ki, müayinə zamanı Müdafiəçi2 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 116-117); «sübutların qiymətləndirilməsi haqqında» 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxs Müdafiəçi2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, hazırkı cinayət işi materiallarından Müdafiəçi2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə ayrıca icraata material ayrılmış, üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,257 qram narkotik vasitə heroin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonrakı 0,207 qram qalığı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanması üçün Nəsimi rayon polis idarəsinin maddi sübutlan saxlama otağına verilmiş, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi və digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış zamanı çəkilmiş içərisində videogörüntü olan 01 ədəd disk və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. (i.v. 131-136); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, “DVD” diskdə olan video görüntülər (məhkəmə istintaqı zamanı baxış keçirilmiş), istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası CPM-in 144-146). Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,257 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi2 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müdafiəçi2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Müdafiəçi2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Müdafiəçi2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Müdafiəçi2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Müdafiəçi2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Müdafiəçi2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Müdafiəçi2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Müdafiəçi2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Müdafiəçi2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Müdafiəçi2 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Müdafiəçi2 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Müdafiəçi2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Müdafiəçi2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Müdafiəçi2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müdafiəçi2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 0.207 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Müdafiəçi2 tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-160/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-160/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver