Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-160/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 01, ev 02-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 7B, mənzil 49-da yaşayan, məhkum edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs əlillik təyin etdirmək kimi imkanının olmasına inandıraraq, sonuncuya gözündə olan xəstəliklə bağlı əlillik təyin etdirəcəyinə dair yalan vəd verib aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 13:40-da Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Əmin Bazar” marketdə quraşdırılmış “MPay” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə aid **********441266 saylı karta göndərdiyi 1.200 manat pulu və Zərərçəkmiş şəxs oğlu Şahid 23 yanvar 2024-cü il tarixdə, saat 12:26-da ünvan 1 ünvanın qarşısında mobil bank tətbiqi vasitəsilə onun həmin bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 81 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.281 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayından 2024-cü ilin əvvəlinə kimi “X3” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri işləmişdir. Zərərçəkmiş şəxs deyil, sonuncunun oğlu Şahid tanıyır. Mirilyas meyvə-tərəvəz satır və o da Mirilyasın daimi müştərisi olduğu üçün onunla aralarında münasibət yaranmışdır. 2024-cü ilin yanvar ayında Mirilyasla onun işlədiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindəki meyvə-tərəvəz dükanında söhbət əsnasında Mirilyas ondan atasının gözündəki problemlə əlaqədar olaraq ona əlillik almasında köməklik göstərib-göstərə bilməyəcəyini soruşmuşdur. O da Mirilyasa bir nəfərlə danışıb bunun mümkün olub-olmayacağı barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Mirilyasın atasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzinə göndərməyi, bunun müqabilində onlardan pul almağı və əgər əlillik təyin olarsa, pulu özünə götürəcəyini düşünmüşdür. Bundan 02 gün sonra Mirilyas ona zəng etdikdə, o, ona bunun mümkün olduğunu deyərək 1.200 manata işin düzələcəyini söyləmişdir. Mirilyas da razılaşmış və xx.xx.2024-cü il tarixdə istifadəsində olan **********441266 saylı "xxxx" ASC-ya aid olan kartına 1.200 manat pul göndərmişdir. O, Mirilyasa və atasına 2024-cü ilin fevral ayının sonuna qədər İİ dərəcəli əlillik alacağını demiş, sonrakı günlərdə o, Mirdaməti onlayn qeydiyyatdan keçirmişdir. Onlayn qeydiyyatdan sonra o, Mirilyasa zəng edərək tibbi arayış üçün 81 manat rüsum ödəməli olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə Mirilyas onun yuxarıda göstərdiyi kartına bu pulu göndərmişdir. O, reabilitasiya mərkəzində Mirdamət üçün növbə almış və bu barədə Mirilyasa məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Mirilyasla Mirdamət Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1muşlar. Lakin onlar növbələri çatana yaxın gözləmədən getmişlər. Növbəti gün Mirdamət ona zəng edib bir saat müddətində pulunun geri qaytarılmasını istəmişdir. O da Mirdamətə yalandan pulu verdiyi adamla danışacağını və həmin şəxsdən pulu geri alıb qaytaracağını desə də, Mirdamət onunla razılaşmamışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ildə onun sağ gözünə avtomobilin əyləc mayesi dağılmış, buna görə bu gözünün görmə qabiliyyətini 90 faiz itirmişdir. Həmin hadisədən sonra o, əlillik dərəcəsi almaq istəmiş və buna görə də müxtəlif qurumlara müraciət etmişdir. Oğlu Mirilyas xx.xx.2024-cü il tarixdə ona zəng edib bir tanış qadının əlilliyin bərpası xidmətində işlədiyini, onun gözündəki əlilliklə bağlı köməklik edə biləcəyini demişdir. O, əvvəlcə buna inanmamış, lakin Mirilyas ondan həmin qadınla danışmağını istəmişdir. O da bu qadınla danışmış və sonuncu danışıq tərzi və sözləri ilə onu da inandıraraq 1.200 manat pula işi həll edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə adını Zülfiyyə kimi təqdim edən həmin qadının istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” proqramı vasitəsilə Mirilyasa, Mirilyasın da ona göndərdiyi "xxxx" ASC-yə məxsus **********441266 saylı karta saat 13:40-da Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Əmin Bazar” marketdə quraşdırılmış “MPay” ödəmə terminalından 1.200 manat pul göndərmişdir. Bundan sonra Zülfiyyə ona və Mirilyasa bir neçə gün gözləməli olduğunu, işinin həll olunacağını telefon vasitəsilə bildirmişdir. xx.xx.2024-cü il tarixdə Zülfiyyə Mirilyasa zəng edərək tibbi arayış üçün 81 manat da göndərməli olduğunu demiş və oğlu Mirilyas bu barədə ona məlumat vermişdir. Onun razılığından sonra Mirilyas “Birbank” proqramı vasitəsilə Zülfiyyənin hesabına bu pulu göndərmişdir. Beləcə o, Zülfiyyəyə ümumilikdə 1.281 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdən sonra o və Mirilyas Zülfiyyədən xəbər gözləmiş və bir neçə gün sonra Zülfiyyə onlara məlumat vermişdir ki, “Zərifə Əliyeva” adına göz klinikasının yanındakı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedib orada komissiyadan keçməlidir. O da Bakıya gələrək həmin yerə oğlu Mirilyasla birlikdə getmiş və orada saatlarla gözlədikdən sonra axşam olmuşdur. İş vaxtı bitdikdən sonra artıq anlamışlar ki, Zülfiyyə onları aldadıb. Həmin günü o, rayona qayıtmış və Zülfiyyə ilə telefon əlaqəsi yaradaraq ondan şikayətçi olacağını bildirmişdir. Zülfiyyə də ona pulu geri qaytaracağını desə də, bunu etməmişdir. Hazırda ona vurulmuş zərər ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid ifadəsində bildirdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində meyvə-tərəvəz satır. Təqsirləndirilən şəxs təxminən 03 ildir tanıyır. Zülfiyyə ondan mütəmadi olaraq meyvə-tərəvəz almış və beləcə aralarında ünsiyyət yaranmışdır. Zülfiyyə ona əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, sonrakı müddətlərdə isə ekspertiza mərkəzində işlədiyini demişdir. Atası Mirdamətin gözündə problem olduğundan o, ona əlillik dərəcəsi düzəltmək istəmiş və məsələni Zülfiyyəyə danışmışdır. Zülfiyyə ona tanışlarının olduğunu, nazirlikdə işlədiyini, atasına əlillik düzəldə biləcəyini ona demişdir. Zülfiyyə ona 200 manat ona qalması şərti ilə ümumilikdə 1.200 manat qarşılığında əlillik ala biləcəyini demişdir. Bundan sonra o, atasına zəng etmiş, atası əvvəlcə buna etiraz etmiş, lakin sonra Zülfiyyə ilə telefonla danışdıqdan sonra razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Zülfiyyə 070 ***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” proqramı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********441266 saylı kartı onun 070 ***-**-** saylı mobil telefonunda olan “WhatsApp” proqramına göndərmişdir. O da eyni qaydada həmin kartı atasına göndərmiş və atası xx.xx.2024-cü il tarixdə Sabirabad şəhəri ərazisindən Zülfiyyənin hesab kartına 1.200 manat pul göndərmişdir. Bundan sonra Zülfiyyə ona bir neçə gün gözləməli olduqlarını, bir ay müddətində atasının əlillik məsələsinin düzələcəyim demişdir. Bir neçə gün sonra Zülfiyyə onunla telefon əlaqəsi saxlayaraq sağlamlıq haqqında arayış lazım olduğunu demiş və buna görə onun yuxarıda qeyd olunan kartına 81 manat ödənməli olduğunu bildirmişdir. O da bu barədə atası ilə danışmış və atası da razılıq vermişdir. 23 yanvar 2024-cü il tarixdə, saat 12:26-da ünvan 1 ünvanın qarşısında o, telefonuna yüklədiyi “Leobank” tətbiqi vasitəsilə Zülfiyyənin həmin kartına 81 manat pul göndərmişdir. Bu pulu atası ona bir neçə gün sonra qaytarmışdır. Bundan sonrakı günlərdə Zülfiyyə onunla bir neçə dəfə telefon əlaqəsi saxlamış və onun telefonuna kod gələcəyini, həmin kodu ona deməli olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə Zülfıyyə ona zəng etmiş və xx.xx.2024cü il tarixdə atası ilə birlikdə “X4” adına Milli Oftalmologiya Mərkəzinin arxa hissəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olmalı olduqlarını demişdir. O da telefonla zəng edərək bunu atasına demiş, atası da onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində onlar həmin yerdə olmuşlar. O və atası Zülfiyyə ilə daim telefon əlaqəsi saxlamış və sonuncu onlara bir-iki saata atasını qəbul edəcəklərini, içəridə komissiya olduğunu, bir az gözlədikdən sonra onların da sıralarının çatacağını demişdir. Saat 18 radələrində artıq iş saatı başa çatdığından və heç kimin atasını qəbul etmədiyini görün aldadıldıqlarını anlamışlar. Həmin vaxt o, Zülfiyyəyə zəng edərək nəyə görə onları aldatdıqlarını soruşmuş və Zülfiyyə ona yalan danışaraq içəridə komissiya olduğunu, onların da növbələrinin çatacağını bildirərək yalan danışmağa davam etmişdir. Həmin gündən sonrakı günlərdə o, Zülfiyyə ilə dəfələrlə telefon əlaqəsi saxlamış və Zülfiyyə hər dəfəsində pulu geri qaytaracağını demişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • xx.xx.2024-cü il tarixli qəbzə əsasən 10 yanvar 2024-cü il tarixdə, saat 13:40-da Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Əmin Bazar” marketdə quraşdırılmış “MPay” ödəmə terminalından "xxxx" ASC-yə aid Təqsirləndirilən şəxs istifadəsində olan 5239 1517 1944 1266 saylı karta 1.200 manat pul göndərilmişdir (İ cild, i.v.09); • "xxxx" KB ASC-yə məxsus “Leobank” kartından çıxarışdan görünür ki, Şahid tərəfindən 23 yanvar 2024-cü il tarixdə, saat 12:26-də 523915****1266 saylı hesaba 81 manat pul göndərilmişdir (İ cild, i.v.09); • “Sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərara əsasən iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd ödəmə qəbzi, Şahid təqdim etdiyi “WhatsApp” proqramından çıxarışlar və içərisində səs yazıları olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (İ cild, i.v.181-189); • 15.11.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.139-140); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.115-117, 143-162). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ödəmə qəbzi, “WhatsApp” proqramından olan çıxarışlar və içərisində səs yazıları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd ödəmə qəbzi, “WhatsApp” proqramından olan çıxarışlar və içərisində səs yazıları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-160/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-160/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver