Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-161/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı V.M.H.Dadaşova sonuncunun oğlu X4 Əliyev adına X8 işə düzəldəcəyinə dair yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq 15 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda yerləşən evdə 2.500 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanşışı Zərərçəkmiş şəxs2 sonucunun əri Şahid5 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-da operator vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq 22 iyul 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Kristella” gözəllik salonunun qarşısında 500 manat, eyni adla 25 iyul 2019-cu il tarixdə həmin ünvanda 2.500 manat pulunu ələ keçirib vermiş olduğu vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Şahid5 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-da işə düzəldəcəyinə dair yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq 28 iyul 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən “Kristella” gözəllik salonunun qarşısında 3.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində 2019-cu ildə bir sıra özünə aid ehtiyacları olmasını, belə ki, həyat yoldaşından ayrılmasını, övladlarını tək böyütməsini, həmçinin 2018-ci ildə borc alıb belindən əməliyyat da elətdirməsini, belində yırtıq olmasını, lakin bu qədər borca düşdükdən sonra çıxış yolu axtarmağa başladığını, belə ki, bunun üçün müxtəlif insanlara yalandan vəd edib onları işə düzəltmək adı ilə onlardan pul almağı fikirləşməsini, bundan sonra qonşusu Zərərçəkmiş şəxs1 həyat yoldaşı “Xanım”a yaxınlaşdığını, Xanıma oğlu Tərlanı “X9”da işə düzəldə biləcəyini dediyini, 2019-cu ilin mart ayı olmasını, bundan sonra Xanımın gedib evində həyat yoldaşı Vaqifə bu barədə məlumat verməsini, Vaqifin də bununla razılaşmasını, həmin şəxslərin artıq ona inandıqlarını, bundan sonra onlara bu təklifin qarşısında 2.500 manat pul lazım olmasını dediyini, həmin şəxslərin onunla razılaşdıqlarını, 2019-cu ilin mart ayında Vaqifin və Xanımın yaşadığı ünvanda olduğunu, Vaqifin burada ona 2.500 manat pul verməsini, Vaqifi burada oğlu Tərlanın işə düzəldikdən sonra 600-700 manat maaş alacağını inandırdığını, həmçinin Tərlana məxsus sənədləri də onlardan götürdüyünü, Tərlana aid hansı sənədləri götürməyini xatırlamadığını, artıq Vaqif və Xanımın ona tam inanmış olmasını, bundan sonra aldığı 2.500 manat pulu xəstəliyi ilə bağlı müalicəsinə xərclədiyini, daha sonra Vaqifə müxtəlif bəhanələr gətirərək işin yubanmasını dediyini, Vaqif və Xanımın artıq ona inanmamağa başladığını, bundan sonra Vaqif və Xanıma işin alınmayacağını, hissə-hissə onlara pulu geri qaytaracağını dediyini, onlar da bu təkliflə razılaşdıqlarını, daha sonra 2020-ci ilin sentyabr ayının 19-da 200 manat pulu gəlirərək Xanıma əlbəəl verdiyini, 2020-ci ilin oktyabr ayının 20-do isə Vaqifə yenə yaşadığı ünvan n qarşısında 300 manat pul qaytardığını, lakin hələ də, Vaqifə 2.000 manat borcu qalmasını, bundan əlavə 2019-cu ilin İyul ayında ona yenə pul lazım olmasını, bu səbəbdən eyni üsulla pul əldə etmək istədiyini, belə ki, uşaqlarını tək böyütmək iiçün müxtəlif adamlara borcu yaranmasını, daha sonra Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanında yerləşən “Kristella” gözəllik salonunda Günəş adlı saç ustası ilə tanış olduğunu, onun həyat yoldaşı üçün iş axtardığını müəyyən etdiyini, bundan istifadə edib Günəşə həyat yoldaşını “Socar” şirkətinə işə düzəldə biləcəyini dediyini, Günəşin də, ona inanmasını, Günəşə həyat yoldaşının işə düzəlmək üçün 3.000 manat pul lazım olmasını dediyini, Günəşə əlavə olaraq Socar-da işləyən bir nəfər qadının olmasını, onun köməyi ilə həyat yoldaşını işə düzəldə biləcəyini, 3.000 manat pulun isə həmin qadına çatmalı olmasını dediyini, Günəşin artıq ona tam inanmasım, bundan sonra 22.07.2020-ci il tarixdə Günəşin işlədiyi gözəllik salonunun qarşısında, yəni ünvan 4 ünvanının qarşısında Günəşdən 500 manat pul aldığını, 25.07.2020-ci il tarixdə Günəşin yenidən ona 2.500 manat pul verməsini, hər iki vaxtda yanlarında əlavə heç kimin olmadığım, Günəşi aldadaraq verilən pulun Günay adlı qadına çatacaq olmasını dediyini, lakin bunu özündən uydurmasını, belə bir qadının ümumilikdə mövcud olmadığını, daha sonra Günəşin onunla əlaqə saxlayaraq qardaşının da işə düzəlmək istədiyini dediyini, cavab olaraq problem olmadığını, onu da işlə təmin edə biləcəyini Günəşə dediyini, əlavə Günəşdən bunun üçün 3.000 manat pul istədiyini, 28.07.2020-ci il tarixdə Günəşin həyat yoldaşı Kamil və anası “Çiçək” olan qadınla birlikdə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanının qarşısında görüşdüklərini, burada da ona Günəşin əlavə 3.000 manat pul verdiyini, onları yenə burada qısa müddət ərzində “Socar” şirkətindən onlara zəng gələcəyini və Günəşin qardaşı ilə həyat yoldaşını işə çağıracaq olmalarına inandırdığını, Vaqifi aldatdığı kimi Günəşi də aldadıb onun həyat yoldaşı və qardaşına aid xatırlamadığı sənədləri götürdüyünü, artıq Günəşin ona tam inanmasını, ümumilikdə Günəşdən 6.000 manat pul almasını, həmin 6.000 manat pulu uşaqlarının sağlamlığına, əvvəllər götürdüyü digər borclarına vo maddi ehtiyaclarına xərclədiyini, daha sonra Günəşə müxtəlif yalan vədlər vərərək işin yubandığını ona dediyini, lakin daha sonra Günəşin də, ona inanmamağa başladığını, onun da eynilə pulunu geri istədiyini, bundan sonra onunla razılaşaraq pulunu hissə-hissə geri qaytaracağını dediyini, Günəşin qardaşı və həyat yoldaşına məxsus sənədləri isə 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsin işlətdiyi kafenin içərisinə qoyduğunu, bundan sonra Vaqif və Günəş onun barəsində müxtəlif vaxtlarda polis orqanlarına şikayət etməyə başladıqlarını, həmçinin Günəş və ailəsi onun əvvəllər ünvan 6 ünvanında yaşamağını öyrəndiklərini, lakin keçmiş həyat yoldaşı İlqardan ayrılandan etibarən o ünvanda yaşamadığını, Günəşin və ailəsinini həmin ünvana gedib İlqarla mübahisə etmələrini, İlqarın isə bu barədə polis orqanlarına müraciət etməsini, bundan sonra müxtəlif vaxtlarda Günəşə də pulu qaytarmağa başladığını, 16.10.2019-cu il tarixdə Şahid3 hesabına 300 manat, 16.10.2019-cu il tarixdə Şahid3 hesabına 8 manat, 23.10.2019-cu il tarixdə Şahid3 hesabına 200 mana:, 27.03.2020-ci il tarixdə Şahid6 hesabına 300 manat, 07.02.2020-ci il tarixdə Şahid3 hesabına 500 manat göndərməsini, bundan əlavə Şahid3 hesabına 160 manat. Şahid6 hesabına 250 manat pulu da əlavə göndərməsini, lakin bu ödənişlərin tarixlərini unutduğunu, bundan əlavə də həmin şəxslərin hesablarına dəqiq xatırlamadığı tarixlərdə, xatırlamadığı məbləğlərdə pul göndərmiş olmasını, göndərilən məbləğlərin bir neçəsinin qəbzini istintaqa təqdim edə biləcəyini, Zərərçəkmiş şəxs1 və Günəş Məmmədovdan aldığı pulu kiməsə vermədiyini, bu əməli törətməkdə ona heç kimin köməklik etmədiyini, ona pul lazım olduğu üçün bu cür əməli törətmiş olmasını, aldığı 8.500 manat pulla müxtəlif şəxslərə olan borclarını bağlamış olmasını, qeyd edilən şəxslərdən ümumilikdə 8.500 manat pulu dələduzluq yolu ilə əldə etməsini, lakin etdiyi əmələ görə də peşman olmasını, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini, X1 şikayət ərizəsində qeyd edilən xüsusatlarla əlaqədar Gün aş Məmmədovanın həyat yoldaşı olan Kamil Məmmədovun, həmçinin Zərərçəkmiş şəxs2 anası olan “Çiçək” adlı xanımın, yəni Şahid3 barəsində heç bir şikayət və tələbinin olmadığını, İlqarın yaşadığı ünvanda özünün narahat olduğu üçün bu cur ərizə ilə müraciət etməsini, bu barədə heç bir mülki iddiasının və ya şikayətinin olmadığını, Zərərçəkmiş şəxs1 2.500 manat pul almasını, ona 500 manat qaytarmış olmasını, lakin 2.000 manat pul öhdəliyinin hələ də qalmasını, Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 manat pul almasını, ona isə ümumilikdə nə qədər pul qaytarmağını dəqiq xatırlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərər üzrə qismən ödəniş etməsini, qalan borcun ödənilməsi ilə bağlı sonuncularla razılığa gəlməsini, azadlıqda qalarsa qalan borcu qısa müddətə ödəyəcəyini və himayəsində iki azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını bildirərək ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri DVD-R diskdə olan video görüntülər və səsyazıları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş V.M.H.Dadaşov ifadəsində oğlu Tərlanın işsiz olduğu üçün ona iş axtarmasını, qonşuluqda yaşayan, 20 il olar ki, qonşusu olan “Könül’’ adlı xanımın həyat yoldaşı Bacıxanım Dadaşovaya yaxınlaşaraq oğlu Tərlanın işləyib-işləmədiyini soruşmasını, həyat yoldaşı Bacıxanımın isə oğlu Tərlanın işsiz olduğunu ona bildirməsini, bu vaxt Könülün oğlu Tərlanı X9a işə düzəldə biləcəyini deyərək qarşılığında 3.000 manat pul istədiyini, həyat yoldaşının evə gələrək qonşusu Könülün verdiyi təklifi və 3.000 manat pul istədiyini ona bildirdiyini, sonradan qonşusu Könülün yaşadığı mənzilə gələrək oğlu Tərlanı işə düzəltmək istəyibistəmədiyini soruşduqda, 3.000 manat pulu olmadığını, 2.500 manat pul verə biləcəyini bildirdiyini, evdə 2.500 manat pulunun olmasını, Könülün onunla razılaşdığını və 2019-cu ilin mart ayının 15-də yaşadığı mənzildə həyat yoldaşı Bacıxanımın yanında 2.500 manat pulu Könülə verdiyini, Könülün həmçinin ondan evdə oğlu X3 məxsus şəxsiyyət vəsiqəsinin surətini, doğum haqqında şəhadətnamənin əslini, hərbi biletinin əslini, 2 ədəd 3x4 fotoşəklini götürdüyünü, Könülün 2.500 manat pulu alaraq 1 həftə ərzində oğlu Tərlanın işə çıxacağını bildirdiyini, təqribən 1 həftə sonra Könülün istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng etdiyini və oğlunun işi ilə bağlı maraqlandığını, Könülün isə cavabında gözləməklərini bildirdiyini, daha sonra Könülün ondan 2.500 manat pulu almasına baxmayaraq oğlu Tərlanı işə düzəltmədiyini görüb onunla dəfələrlə əlaqə saxladıqda Könülün hər dəfə yalan bəhanələrlə onu aldatmasını, hadisədən təxminən 1 ay sonra Könülün ondan aldığı oğluna aid olan sənədləri gətirib ona evdə qaytarmasını, sonuncu dəfə Könülə zəng edərək ona verdiyi 2.500 manat pulu qaytarmasını tələb etdikdə, onun pulu olmadığını, pulu hissə-hissə qaytaracağını bildirdiyini, lakin daha sonra onunla heç cür əlaqə saxlaya bilmədiyini, bundan sonra polis orqanlarına müraciət etmək qərarına gəldiyini, sonuncu dəfə isə 19.09.2020-ci il tarixdə Könülün oğlunun yaşadığı ünvana gələrək həyat yoldaşına 200 manat pul qaytardığını, hələ də, Könülün ona 2.300 manat pul verməli olmasını bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs V.M.H.Dadaşov Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan ona 900 manat məbləğində pul ödəniş edilməsini və gələcəkdə zərərin ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 2019-cu ilin İyul ayında Təqsirləndirilən şəxs müştəri qismində işlədiyi gözəllik salonuna gəlmiş olmasını, Könüllə söhbət zamanı onun “Socar” şirkətinə insanları işə düzəldə biləcəyini dediyini, həmin zaman həyat yoldaşı olan Şahid5 işsiz olmasını, Könüldən həyat yoldaşını Socara işə düzəldə biləcəyini soruşduğunu, daha sonra Könülün yoldaşının şəxsiyyət vəsiqəsini və hərbi biletini ondan aldığını, lakin bu işin qarşılığında Könülün ondan 3.000 manat pul istəməsini, Könüllə razılaşdığını, daha sonra pul lazım olması barədə atasına dediyini, atası Şahid2 Göyçay rayonunda yaşamasını, bundan sonra atasının Göyçay rayonunda yerləşən banka gedərək öz təqaüd kartından bank vasitəsilə 1.500 manat pul çıxarış etdiyini, lakin indiki dövrə kimi atasının təqaüdündən tutulan pulu da atasına özünün ödədiyini, özündə əlavə 1.500 manat pul olmasını, daha sonra Könülün ondan həkim komissiyalarına verilməsi üçün 22.07.2020-ci il tarixdə 500 manat pulu işlədiyim gözəllik salonunun qarşısında aldığını, qalıq qalan 2.500 manat pulu isə 25.07.2019-cu il tarixdə Könüllə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanının qarşısında, yəni işlədiyi gözəllik salonunun qarşısında görüşüb burada verdiyini, pulu verərkən yanlarında əlavə heç kimin olmadığını, Könülün burada ona pul qarşılığında həyat yoldaşı Kamili “Socar” şirkətinə operator vəzifəsinə işə düzəldəcək olmasını dediyini, Könülün ondan aldığı 3.000 manat pulu “Socar” şirkətinin işçisi olan “Günay” adlı qadına verəcək olmasını bildirdiyini, daha sonra Könülün 1 həftə gözləmək lazım olmasını, daha sonra “Socar” şirkətindən yoldaşına çağırış olacağını dediyini, Könülə çox inanmasını, daha sonra Könüldən qardaşı Şahid4 da “Socar”a işə düzəldə bilibbilməyəcəyini soruşmasını, Könülün bunu da edə bilməsini dediyini, bunun da qarşılığında ondan yenidən 3.000 manat pul istədiyini, bundan sonra qardaşının yoldaşı olan Şahid6 adına “İnternational” adlı bank olmayan təşkilatdan kredit götürdüyünü, özünün qeydiyyatda olduğu ünvan Göyçay rayonu olduğu üçün ona kredit verilmədiyini, buna görə qardaşının həyat yoldaşı Şahid6 adma kredit götürməli olmasını, bu krediti götürən zaman isə 10 ədəd qızılını girov qoymasını, qızıllarının ümumi dəyərinin 1.710 ABŞ dolları olmasını, bank olmayan təşkilat isə bunun qarşılığında ona 3.000 manat pul verdiyini, Könüllə razılaşdıqdan sonra 28.07.2019-cu il tarixdə yenidən Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanının qarşısında görüşüb burada ona 3.000 manat pulu verdiyini, bu zaman yanında anası Şahid3 və həyat yoldaşı Şahid5 olmasını, bu zaman Könüllə arasında olan danışıqların səsyazısını və videoyazısını yazdığını, lakin daha sonra Könülün verdiyi vədə əməl etməməyə başladığını, onun hər dəfə müxtəlif bəhanələr gətirərək işi yubatmasmı, pulu ondan geri istədikdə, onun yenə fərqli bəhanələr gətirib pulu geri qaytarmadığını, daha sonra polis orqanlarına müraciət etmək qərarına gəldiyini, şikayət etdikdən sonra 2019-cu ilin oktyabr avında Könülün onunla əlaqə saxlayaraq qardaşı və həyat yoldaşına məxsus şəxsiyyət vəsiqələrini və hərbi biletlərini “20 Yanvar” metrosu yaxınlığında yerləşən, ünvanını dəqiq xatırlamadığı kiçik bir kafenin içərisinə qoymasını dediyini, sənədləri ora gedib tanımadığı şəxsdən götürdüyünü, Könülün bundan sonra ona ümumilikdə 1.750 manat pulu hissə-hissə geri qaytardığını, belə ki, Könülün müxtəlif ödəniş və pul göndərmə üsulları ilə ümumilikdə ona 1.750 manat pul qaytardığını, hazırda Könülün ona 4.250 manat pul verməli olmasını, lakin Könüllə heç cür əlaqə saxlaya bilmədiyini, sonuncu ödənişi Könülün ona 2020-ci ilin İyul ayında etmiş olmasını, Könülə hissə-hissə 500, 2.500 və 3.000 manat pul verməsini, yalnız sonuncu dəfə pul verəndə yanında anası və həyat yoldaşının olmasını, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı və qardaşının işə düzəlməsi üçün verdiyi 6.000 manat pulun ona məxsus olmasını, belə ki, ilkin olaraq həyat yoldaşının işə düzəlməsi üçün əldə etdiyim 3.000 manat pulu Göyçay rayonunda yaşayan atasının vasitəsilə əldə etməsini, atasının öz təqaüd kartından çıxarış etmiş olmasını, lakin hələ də, krediti özünün ödədiyini, daha sonra isə qardaşının işə düzəlməsi üçün Könülə verdiyi 3.000 manat pulu da gəlinləri olan Şahid6 adına bank olmayan kredit təşkilatından əldə etdiyini, qeyd olunan kreditin də ödənişlərini özünün həyata keçirməsini, burada da maddi ziyanın ona dəymiş olmasını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan ona 1.750 manat və 700 manat məbləğlərində pul ödəniş edilməsini və gələcəkdə zərərin ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Könülün onun ailəsi ilə qonşuluqda yaşamasını, Könüllə mehriban qonşu olmasını, 2019-cu ilin fevral ayında Könülün ona yaxınlaşaraq, ondan oğlu Tərlanın işləyib-işləmədiyini soruşduğunu, Tərlanın hələ də, işsiz olmasını Könülə dediyini, Könülün ona 3.000 manat qarşılığında oğlu Tərlanı X9a işə düzəldə biləcəyini dediyini, Bu işə görə oğlunun ilkin olaraq 600-700 manatdan başlanan məbləğdə maaş ala biləcəyini dediyini, bundan sonra evə gələrək həyat yoldaşı Vaqiflə birikdə məsləhətləşdiyini, həyat yoldaşının da onunla razılaşdığını, bundan bir neçə gün sonra Könülün onlara gəldiyini, onların isə ümumilikdə 2.500 manat pul düzəltmiş olmalarını, Könülün burada işi 2.500 manata düzəldəcəyinə razılaşdığını, Könülün burada Vaqifdən 2.500 manat pul aldığını, həmçinin oğlu Tərlana aid bir sıra sənədləri də özü ilə apardığını, daha sonra isə Könülün verdiyi vədə əməl etməməyə başladığını, ondan pulu geri istədik də, Könülün onlara hazırda pulunun olmadığını, yaxın zamanda hissə-hissə pulu geri qaytaracağını dediyini, lakin bir müddət gözləsələrdə, Könülün bundan sonra onlarla heç bir vasitə ilə əlaqə saxlamadığını, arıtq bundan sonra polis orqanlarına şikayət etmək qərarına gəldiklərini, 19.09.2020-ci il tarixdə isə Könülün oğlu ünvana gələrək 200 manat pulu anasının göndərməsini dediyini və 200 manat pul verməsini, əlavə olaraq Təqsirləndirilən şəxs 2.500 manat pulu həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadıqları ünvanda, yəni ünvan 8dirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qızının həyat yoldaşı Şahid5 uzun müddətdir ki, iş axtarmasını, 2019-cu ilin İyul ayında qızınır, yaşadığı ünvana qonaq gəlməsini, qızının burada ona və anasına bir nəfər “Könül” adlı qadının həyat yoldaşı Kamilə iş tapacağına söz verməsini dediyini, lakin qarşılığında 3.000 manat pm istəməsini, onun və anasının bu xəbərə görə çox sevindiyini, qızının artıq Könülə bu işə görə 500 manat pul verməsini, özündə də 1.000 manat pul var olmasını, qızına kömək eləmək mqəsədilə yaşadığı Göyçay rayonunda yerləşən “Beynəlxalq Bank” filialına yaxınlaşdığını, burada öz təqaüd kartımdan istifadə edərək 1.500 manat pul götürdüyünü, bankdan götürdüyü 1.500 manat pulu gətirərək Bakı şəhərində qızı Günəşə verdiyini, Günəşin bundan əvvəl Könülə 500 manat vermiş olmasını, özündədə 1.000 manat pul olmasını, daha sonra onun da gətirdiyi 1.500 manat pulu götürərək ümumilikdə 2.500 manat pulu Könülə verdiyini, Könülün vəd etdiyi məsələ üzrə artıq 3.000 manat pul almış olmasını, dediyinə görə işi həll edəcək olmasını, lakin bundan sonra oğlu Şahid4 da Könülün vasitəsilə işə düzəltmək istədiklərini, oğlunun Könüllə telefon əlaqəsi saxladığını, Könülün oğluna da “Socar” şirkətinə 3.000 manat qarşılığında işə düzəldəcək olmasını dediyini, Könülün oğluna telefonda 1.200 manat aylıq maaş alacaq olmasını, buna görədə qızı Günəşin gəlinləri Şahid6 adma bank olmayan təşkilatdan 3.000 manat borca pul götürdüyünü, daha sonra yoldaşı, qızı Günəş və kürəkəni Kamilin Könüllə görüşdüklərini, görüşdə iştirak etmədiyini, lakin buradada Könülə oğlunun iş məsələsi üçün 3.000 manat əlavə pul ödənilməsini bildiyini, Könülün iş müqabilində ümumilikdə aldığı 6.000 manat pulu “Günay” adlı Socar-ın işçisinə verəcək olmasını, lakir. Könülün verdiyi vədə əməl etməməyə başladığını, bundan sonra yoldaşı və qızının hər dəfə Könülə zəng etsə də, onun müxtəlif bəhanələrlə işi yubatmasını, lakin daha sonra hissə-hissə pulu geri qaytarmağa başlasa da, Könülün hələ də, 4.250 manat pulu qızına ödəməli olmasını, qızının həyat yoldaşının işə düzəlməsi üçün lazım olan pulu onun təqaüd kartı vasitəsilə əldə etməsini, kredit adına götürülsə də, maddi ziyanın qızı Günəşə dəyməsini, belə ki, hər ay kreditin məbləğini qızının ona ödəməsini, ikinci 3.000 manat məbləği isə qızının gəlinləri olan İlahənin ad.na götürməsini, lakin maddi ziyanın yenə də qızına dəyməsini, belə ki, həmin krediti də qızının ödəməsini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs2 ifadəsinə ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində təxminən 2 il müddətdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə ailəli olmasını, yoldaşının uzun müddətdir ki, saç ustası işlədiyini, uzun müddətdir ki, özünə iş axtarmasını, 2019-cu ilin İyul ayında yoldaşının evə gələrək “Könül” adlı qadının olmasını, “Socar” şirkətinə tanışları vasitəsilə işçi qəbul edə biləcəyini, lakin bunun qarşılığında 3.000 manat pul istədiyini dediyini, bu zaman qaynatası və qaynanasının da onlara qonaq gəlməsini, yoldaşının bu xəbəri onlara da dediyini, onların da bu xəbərə görə çox sevinməsini, lakin onun bu məsələdə hələ də risk eləmək istəmədiyini, bu səbəbdən Könülə çox da güvənmədiyini, lakin yoldaşının Könülə inana biləcəyini dediyini, lakin nə onun nə də, yoldaşımın əlində 3.000 manat olmadığını, yoldaşının Könülə bu işə görə 500 manat pul verməsini, özlərinin də, əlavə 1.000 manat pulu olmasını, bundan sonra qaynatasmın yoldaşına kömək eləmək məqsədilə yaşadığı Göyçay rayonunda yerləşən “Beynəlxalq Bank” filialına yaxınlaşdığını, burada öz təqaüd kartından istifadə edərək 1.500 manat pul götürdüyünü, bankdan götürdüyü 1.500 manat pulu gətirərək Bakı şəhərində yoldaşı Günəşə verdiyini, sonuncunun bundan əvvəl Könülə 500 manat pul verməsini, özlərində də 1.000 manat pul olmasını, daha sonra qaynatasmın da gətirdiyi 1.500 manat pulu götürərək ümumilikdə 2.500 manat pulu Könülə verdiyini, Könülün vəd etdiyi məsələ üzrə artıq 3.000 manat pul almasını, dediyinə görə işi həll edəcək olmasını, həmin vaxt həyat yoldaşının qardaşı olan Rafiqin də iş axtarmasını, bu xəbərdən sonra onun da, Könülün vasitəsilə işə düzəltmək istədiyini, Könüllə telefon əlaqəsi saxladığını, Könülün onu da “Sokar” şirkətinə 3.000 manat qarşılığında işə düzəldəcəyini vəd etdiyini, Könülün ona telefonda, 1.200 manat aylıq maaş alacaq olmasım dediyini, Rafiqin də Könülə çox inanmış olmasım, Könülün artıq yoldaşı Günəşin etibarını qazanmış olmasını, buna görədə Günəşin təkidlə Könülün vasitəsilə işə düzəlməklərini istədiyini, lakin Rafiqdə də 3.000 manat pulun olmadığını, özünün də Göyçay- rayonunda qeydiyyatda olduğu üçün bankdan kredit götürə bilmədiyini, bundan sonra yoldaşının pulu özü tapacağını dediyini, risk eləməsini istəməsə də, yoldaşının qızıllarını girov qoyaraq Rafiqin həyat yoldaşı Şahid6 adına bank olmayan kredit təşkilatından 3.000 manat borca pul götürdüyünü, daha sonra qaynanası, yoldaşı Günəş və onun Könüllə görüşdüklərini, görüşdə Könülün dəfələrlə onları inandıraraq, Rafiqlə onun işinin tez bir zamanda həll olunacaq olmasını dediyini, buradada Könülə iş məsələsi üçün 3.000 manat əlavə pul ödədiklərini, Könülün iş müqabilində ümumilikdə aldığı 6.000 manat pulu “Günay” adlı Socar-ın işçisinə verəcək olmasını dediyir.i, lakin, Könülün verdiyi vədə əməl etməməyə başladığını, bundan sonra qaynanası və yoldaşı hər dəfə Könülə zəng etsə də, onun müxtəlif bəhanələrlə işi yubatmasını, lakin daha sonra hissə-hissə pulu geri qaytarmağa başlasa da, Könülün hələ də, 4.250 manat pulu yoldaşına ödəmədiyini, qeyd olunan hadisə ilə əlaqədar maddi ziyanın həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus olmasını, belə ki, işə düzəlməyi üçün lazım olan pulu qaynatasmın təqaüd kartı vasitəsilə əldə etmiş olmalarını, kredit qaynatasmın adma götürülsə də, maddi ziyanın yoldaşı Günəşə məxsus olmasını, hər ay kreditin məbləğini yoldaşının ödəməsini, ikinci dəfə alınan 3.000 manat məbləği isə yoldaşının gəlinləri olan İlahənin adına götürməsini, lakin yenə də, maddi ziyanın yoldaşına məxsus olmasını, belə ki, həmin krediti də yoldaşı Zərərçəkmiş şəxs2 ödəməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində artıq 8 il müddətdir ki, Şahid4 ilə ailəli olmasını, bu evlilikdən 2 qızının olmasını, özünün evdar olmasını, heç yerdə işləmədiyini, baldızı Zərərçəkmiş şəxs2 15-20 il müddətdir ki, ünvan 9 ünvanında yerləşən “Kristella” adlı gözəllik salonunda saç ustası işlədiyini, 2019-cu ilin İyul ayında “Təqsirləndirilən şəxs” adlı müştəri qismində olan qadın baldızının işlədiyi gözəllik salonuna gəlməsini, ona “Socar” şirkətinə insanları işə düzəldə biləcəyini deməsini, həmin zaman Günəşin həyat yoldaşı olan Şahid5 da işsiz olmasını, Günəşin Könüldən həyat yoldaşını Socara işə düzəldə biləcəyini soruşmasını, daha sonra Könülün bu işin qarşılığında Günəşdən 3.000 manat pul istəməsini, Günəşin bundan sonra Könüllə razılaşmasını, daha sonra Günəşin pul lazım olması barədə atasına deməsini, atasının Göyçay rayonunda yerləşən banka gedərək öz təqaüd kartından bank vasitəsilə 1.500 manat pul kredit götürməsini, lakin indiki dövrə kimi atasının təqaüdündən tutulan pulu hələ də, Günəşin ödəməsini, Günəşin özündə də əlavə 1.500 manat pul olmasını, daha sonra Günəşin ümumi düzəltdiyi 3.000 manat məbləği aparıb işlədiyi gözəllik salonunun qarşısında hissə-hissə Könülə verməsini, daha sonra həyat yoldaşı Şahid4 da, onu Könülün “Socar”a işə düzəldə bilib-bilməyəcəyini soruşduğunu, belə ki, Günəşin Könülə çox inanmasını, həyat yoldaşının da işsiz olmasını, onun da həmçinin iş axtarmasını, bundan sonra həyat yoldaşının Könüllə telefonda əlaqə saxladığını, Könülün həyat yoldaşını da özünə inandırmış olmasını. Könülün bunun da qarşılığında onlardan 3.000 manat pul istədiyini, lakin nə yoldaşında, nə də onda 3.000 manat pul olmadığını, bundan sonra Günəşin kredit götürüb qardaşı, yəni onun həyat yoldaşı olan Rafiqi də Könülün vasitəsilə işə düzəltmək istədiyini, lakin Günəş Göyçay rayonunda qeydiyyatda olduğu üçün, ona Bakı şəhərində kredit vermədiklərini, daha sonra Günəşin onun vasitəsilə kredit götürmək qərarına gəldiyini, belə ki, ailədə bir dənə onun qeydiyyatının Bakı şəhərində olmasını, daha sonra qaynanası Şahid3 ilə “İnternational” adlı bank olmayan təşkilatdan öz adıma kredit götürdüyünü, bu krediti götürən zaman isə Günəşə məxsus olan 10 ədəd qızılı girov qoyduğunu, qızılların ümumi dəyərinin 1.710 ABŞ dolları olmasını, bank olmayan təşkilat isə bunun qarşılığında onlara 3.000 manat pul verdiyini, Günəşin Könüllə razılaşdıqdan sonra 28.07.2019-cu il tarixdə yenidən Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanının qarşısında görüşüb burada ona 3.000 manat pulu verdiyini, daha sonra Könülün verdiyi vədə əməl etməməyə başladığını, belə ki, Könülün nə Günəşin həyat yoldaşı olan Şahid5, nədə ki, onun həyat yoldaşı olan Şahid4 işlə təmin etmədiyini, ümumilikdə Günəşdən 6.000 manat pul almasını, daha sonra isə Könülün hissə-hissə pul qaytarmağa başladığını, Könülün gah onun adma, gah qaynanası Şahid3 adına pul ödənişləri etməsini, həmin ödənişləri müxtəlif terminallardan qəbul edib onları Günəşə verdiyini, Günəşin isə həmin məbləğlərlə ona dəymiş ziyanları qarşıladığını, götürülmüş kreditləri ödəməsini bildirmişdir. Cinayət işinin 1-ci cild 202-204-cü vərəqələrində olan 22 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmiş və 24 avqust 2016-cı ildə Qusar Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar olaraq onun əməli 178.1-ci maddəsinə tövsif edilərək 700 manat cərimə təyin edilmiş, 16 iyul 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının 2.000 manatı ödəndiyindən cəzasını çəkib qurtarmış hesab edilmişdir. Cinayət işinin 1-ci cild 228-240-cı vərəqələrində olan 17 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs görüntülərini və səsyazılarını özündə əks etdirən 1-ədəd CD-R disk iş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, DVD-R diskdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinə əsasən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərər üzrə qismən ödənişlər etməsini, qalan borcun ödənilməsi ilə bağlı sonuncularla razılığa gəlməsini, azadlıqda qalarsa qalan borcu qısa müddətə ödəyəcəyini və himayəsində iki azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərə dəymiş zərər üzrə qismən ödənişlər etməsini, qalan borcun ödənilməsi ilə bağlı sonuncularla razılığa gəlməsini, azadlıqda qalarsa qalan borcu qısa müddətə ödəyəcəyini və himayəsində iki azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, həmçinin məhkumluğunun və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs görüntülərini və səsyazılarını özündə əks etdirən 1-ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1-ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-161/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-161/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver