Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-161/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna müvafiq olaraq cəzası 05 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin qərarı ilə 01 il 04 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 162,455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 0,776 qram çəkidə narkotik vasitə heroini və 0,031 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü saat 21:05-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol iç hissəsindən 14 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,281 qram, 5,009 qram, 3,986 qram, 5,092 qram, 3,013 qram, 4,421 qram, 5,606 qram, 5,191 qram, 3,938 qram, 4,883 qram, 5,781 qram, 6,397 qram, 3,775 qram, 4,687 qram və bir ədəd polietilen bağlamada təmiz çəkisi 95,395 qram olmaqla, ümumi təmiz çəkisi 162,455 qram təşkil edən qurudulmuş marixuana, narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd elektron tərəzi, həmçinin xx.xx.2021-ci il tarixdə, saat 01:45-də şübhəli şəxs qismində Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilən zaman əməkdaşlar tərəfindən üzərinə və əynində olan paltarlara baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa hissəsində olan emblemin altından satış məqsədi ilə əldə etdiyi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qram, 0,332 qram və 0,064 qram olmaqla, ümumi təmiz çəkisi 0,776 qram təşkil edən heroin və 01 bükümdə təmiz çəkisi 0,031 qram təşkil edən metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxındır ki, marixuana istifadəçisi olsa da, narkotikin satışı ilə məşğul olmur. 23 noyabr 2021-ci il tarixdə Asif adlı tanışı ilə birlikdə Göyçay rayonundan Bakıya gəlmişdir. Bakıda Asif ona bir şəxslə görüşüb nəsə verməli olduğunu demiş, özünə məxsus mebel sexində onu gözləməsini xahiş etmişdir. Getdikdən sonra Asif qayıtmamış, bir müddət sonra polis əməkdaşları sexə gələrək onu tutub polis bölməsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman heç nə aşkar olunmasa da, polis əməkdaşları bir ədəd sellofan torbanı göstərərək onun ona məxsus olduğunu demişlər. Asif keçmiş polis əməkdaşı olduğundan və yenidən xidmətə qəbul olunmaq istədiyindən ondan məsuliyyəti üzərinə götürməyini istəmiş, o da narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. O, Göyçaydan özü ilə marixuana gətirməmiş, tapılan narkotik vasitə və tərəzi Asifə məxsus olmuş və sonuncunun sexindən aşkar edilmişdir. Videoçəkiliş zamanı həmin narkotik vasitəni ona məxsus olduğunu etiraf etməsini demişlər, o da razı olmadığından polis əməkdaşları onu döymüşlər. Hətta müstəntiq onun narkotik vasitənin satışı ilə məşğul olması kimi yox, yalnız istifadəçisi kimi məsuliyyətə cəlb olunacağını demişdir. Nəsimi Rayon Polis İdarəsinin X2rkən üzərinə baxış keçirilmiş, baxış videoçəkilişlə qeydə alınmamışdır. Əynində olan şalvarı çıxartdıqdan sonra baxışı keçirən polis əməkdaşlarından biri şalvarı götürüb otaqdan çıxmış və qayıtdıqdan sonra şalvarın arxa tərəfindəki emblem hissəsinin altından 03 büküm heroin və 01 büküm metafetamin aşkar olunduğunu bildirmişlər. Onun üzərində bu maddələr olmamış, tərəzi də ona aid deyil. Məhkəmə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, gəzdirməsi və Bakı şəhərinə gətirərək Nəsimi rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 23 noyabr 2021-ci il tarixdə əldə olunmuş məlumat əsasında Şahid5 ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. Daha sonra o, Şahid5la birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə getmiş, təxminən saat 21:05 radələrində 20 Yanvar küçəsi, 24 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun üzərində və paltarlarında hər hansı bir narkotik maddə gəzdirdiyi şübhəsi olduğu üçün onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç hissəsindən içərisində 02 ədəd tərəzi, 14 ədəd kibrit qutusunda və 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir.Həmçinin onun cibindən 20 manat pul və bir ədəd telefon aşkar olunmuşdur. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid5 Şahid6 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Şahid1 ifadəsində bildirdi ki, 23 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixə keçən gecə, saat 01:45 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirilən Təqsirləndirilən şəxs üzərində və paltarlarına müvafiq qaydalara uyğun növbətçi Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa hissəsində olan emblemin altında 03 ədəd şəffaf rəngli paketlərdə narkotik maddə heroinə bənzər kütlələr və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs MSY-nə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmasını bildirməmiş, onda xəsarət aşkar olunmamışdır. Məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşı Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən sonuncu əynində olan gödəkçəsinin sol iç hissəsindən qara rəngli sellofan torbanı təqdim edir. Torbanın içərisində 1 ədəd elektron və 1 ədəd əl tərəzi, 14 ədəd kibrit qutusunda və 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, onları həm öz şəxsi istifadəsi, həm də satış məqsədi ilə yaşadığı Göyçay rayonunda əkərək yetişdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 216 qram oldu. Sonra onun üzərində şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 20 manat pul və içərisində ***-***-**- ** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilir, pul özünə qaytarılır, telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Onun paltarından başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs özünün narkotik vasitə aludəçisi olduğunu, 2 ildir ki, narkotik istifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir (İ cild, i.v.34-35, disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs ifadələrində göstərir ki, 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. 23 noyabr 2021-ci il tarixdə, saat 21:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24-ün yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə dəvət etmişlər. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması soruşularaq onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol iç hissəsindən içərisində 2 ədəd tərəzi, 14 ədəd kibrit qutusunda və 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olan qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 20 manat pul və içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 216 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon götürülmüş, 20 manat pul isə geri qaytarılmışdır. 24 noyabr 2021-ci il tarixdə 01:45 radələrində Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilən zaman əynində olan göy rəngli cins şalvarının arxa hissəsindəki emblemin altında 03 ədəd şəffaf rəngli paketdə və 01 ədəd ağ rəngli paketdə ümumilikdə 04 ədəd büküm aşkar edilərək götürülmüş və həmin bükümlər ona məxsus olmuşdur. Həmin bükümlərdən 03 ədədinin içərisində narkotik vasitə heroin, 01 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olmuşdur. O, həmin narkotik vasitə və psixotrop maddəni Göyçay şəhərində avtovağzaldan tanımadığı şəxsdən 50 manata almışdır. Saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (İ cild, i.v.53-55, 66-70, 174-175); • xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs X5 üzərinə baxış keçirilən zaman göy cins şalvarının arxa hissəsində olan emblemin altında şəffaf rəngli paketlərdə 3 büküm narkotik vasitəyə bənzər maddə və 1 büküm ağ rəng olan metafetamin formasında narkotik maddəyə bənzər maddələr aşkar olunaraq götürülmüş, bu barədə akt tərtib edilərək müvafiq sənədləşmə aparılmış, aşkar edilmiş maddələr müvafiq qaydada zərfə qoyulub, imzalanaraq möhürlənmişdir (İ cild, i.v.49, 50); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin - xx.xx.2021-ci il tarixli, 7/1205 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd tərəzi, 14 ədəd kibrit qutusunda və 1 ədəd bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan kağız paketdə 14 ədəd kibrit qutusunda, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 5,281 qram, 5,009 qram, 3,986 qram, 5,092 qram, 3,013 qram, 4,421 qram, 5,606 qram, 5,191 qram, 3,938 qram, 4,883 qram, 5,781 qram, 6,397 qram, 3,775 qram, 4,687 qram və 95,395 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi – 162,455 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdəki 14 ədəd kibrit qutusunda, 1 ədəd polietilen bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş iki ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Onlar üzərində narkotik vasitə hissəcikləri olmadığı üçün müqayisəli tədqiqat aparılmadı. Tədqiqatdan sonra marixuanaların ümumi qalıq çəkisi 162,155 qram, aparılmış tədqiqatın dəyəri isə 66,46 manat təşkil edir (İ cild, i.v.44-46); - xx.xx.2021-ci il tarixli, 6/5348 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,031 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qram, 0,332 qram, 0,064 qram, ümumi təmiz çəkisi 0,776 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək olmadı. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,021 qram, heroinin - 0,626 qram, aparılmış tədqiqatın dəyəri isə 81,82 manat təşkil edir (İ cild, i.v.135-138); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında xx.xx.2021-ci il tarixli, 5247 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.132-133); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonunda 050 ***-**-** saylı nömrə ilə istifadə edilən “WhatsApp” sistemində olan yazışmalar və səs yazıları aşağıdakılardır: - 050 ***-**-** nömrəsindən 27 noyabr 2021-ci il tarixdə saat 22:18-də 26 saniyəlik səs yazı: İsi adlı şəxs Təqsirləndirilən şəxs audio səslə sms yazaraq ondan 150 manat dəyərində narkotik maddələr kimi tanınan “kola” və “patı” tapmasını deyir; - Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** nömrəli telefonu ilə 051 ***-**-** nömrəli şəxslə “WhatsApp” sistemində olan yazışmalar: • 051 ***-**-** [4:17, 2021-10-28] +994 51 366 06 55: Bomba düşüb qaqa. • [4:18, 2021-10-28] T.T.T: Hesen dedi mənə bir rlon fayqa al mənimde 5 m pulum qaldı • [4:18, 2021-10-28] T.T.T: Sene öz kartımı atacam 10 m pul at faqa alım ona • [22:53, 2021-11-6] +994 51 366 06 55: Qaqa mənə özümə bir dənə mal ver Ata lomkam açıla açıldı. bilmirəm neynəyəcəm qaqa.ğecə. • [22:56, 2021-11-6] +994 51 366 06 55: Versəmdə bostan üstü deyile qaqa pulumu alacam sonra. • [22:57, 2021-11-6] T.T.T: Yox qaqa vrrmə pulunu ala bilməyədəm • [22:57, 2021-11-6] T.T.T: Mənim ona veriləsi malım yoxfu • [23:00, 2021-11-6] T.T.T: Buna göre • [10:21, 2021-11-10] +994 51 366 06 55: Səndə 15 var • [10:21, 2021-11-10] T.T.T: Var qaqa prosdu ağa teli götürmür • 1:59, 2021-11-18] +994 51 366 06 55: Qardaş bu vicdansız telefonu açmır. • [3:08, 2021-11-20] +994 51 366 06 55: Qaqa bəs patı ğəlmədi Ata. • [4:00, 2021-11-20] T.T.T: Qaqa ağa hele gelmeyib bu günde bayaq 500 m pull yolladımqaqa. • Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** nömrəli telefonu ilə Ağasi adlı şəxsə məxsus 051 ***-**-** nömrəli şəxslə “WhatsApp” sistemində olan yazışmalar: • [14:06, 2021-11-17] Ağası: Qaqam nagarsan • [14:07, 2021-11-17] Ağası: Calis hec olmuya pulum duzelmir bir 300 manat vur isimi hel eliyim • [18:26, 2021-11-17] Ağası: Qaqa hec olmuya 200 vurku men hereket eliye bilim qadan alaram • [18:27, 2021-11-17] Ağası: Baba deyirdi 1 2 gune pul olacax denen versin de 2 gun kecdi usdinen • [18:27, 2021-11-17] Ağası: Dene vardi babanin pulu var qaqa denen 200 300 versin • [0:41, 2021-11-18] T.T.T: Qaqa sen zuzunun canı saxlayım yanımda 200 m varıdı 100 m da gedib götürür deyir eyer düzelirse • [0:46, 2021-11-18] Ağası: He gotursun qaqa senol • [4:54, 2021-11-18] Ağası: Qaqa das olmadi ozumuz elemek ucun oldu seher gotrecem ama torpax elimdedi • [5:28, 2021-11-18] Ağası: 250 vermisen 190 seymur atif • [5:28, 2021-11-18] Ağası: 440 cemi mende olan pulunuz budu • [5:28, 2021-11-18] Ağası: Atam elave neqeder pulun var • [5:28, 2021-11-18] T.T.T: Pul dediyini olacaq 300 400 m olacaq elave • [5:29, 2021-11-18] Ağası: He bildim.bele edek de qaqa • [5:29, 2021-11-18] Ağası: 400 nagdi var indi • [5:29, 2021-11-18] Ağası: 50 verim • [5:29, 2021-11-18] Ağası: 400 ver • [5:29, 2021-11-18] Ağası: 440 da vermisiniz • [5:29, 2021-11-18] Ağası: 880 • [5:30, 2021-11-18] Ağası: 120 bosdu qalirsan olar verersen olmazda seher tema verif pul eliyende atarsan • [5:30, 2021-11-18] Ağası: Qaqa menim • [5:30, 2021-11-18] Ağası: Kartima • [5:31, 2021-11-18] Ağası: 60 manat vurde • [5:31, 2021-11-18] Ağası: İndi vacifdi adam var ona vuracam sehere das bagasin • [5:31, 2021-11-18] Ağası: Atam baxde bura • [5:32, 2021-11-18] T.T.T: Ağa bir deqa telesme pul atdıram karta yoldayam ele olsunki cox pulnN a gelmek isdeyirem • [5:32, 2021-11-18] Ağası: 7p at hemde aramiz 500 olsun helmi qaqa • [5:32, 2021-11-18] Ağası: Neyinde var verersen qalanin borsdu qalarsan • [5:33, 2021-11-18] Ağası: Can qaqa 50 dene mende amanat var gel hamisi senin di apar balamin cana senen basqa resbubilkada 2 adam yoxsu verem soyusdiyem deyanmisam • [5:33, 2021-11-18] Ağası: Hay huy elemirem birdene sen sen qeretin sikim yalan deyen oglanin • [5:34, 2021-11-18] Ağası: Gel qaqam • Təqsirləndirilən şəxs məxsus 050 ***-**-** nömrəli telefon ilə 051 ***-**-** nömrəli şəxslə “WhatsApp” sistemində olan yazışmalar: • [6:37, 2021-11-10] +994 51 403 92 59: 50 torpax • [6:37, 2021-11-10] +994 51 403 92 59: He senol sebirli ol tutacam • [6:38, 2021-11-10] +994 51 403 92 59: Kisisen de orda onan mal alan adamlarin birin basqa adamin eliynem 2 qram zad gotrek de • [6:38, 2021-11-10] T.T.T: Hazır deyilsə ləngiyim • [6:38, 2021-11-10] +994 51 403 92 59: Men mali taniyram • [6:41, 2021-11-10] +994 51 403 92 59: O mal bilsen neter oluf bu mali ozu tapif qaqa deyir eyagim burxuldu yalan deyir orda eyilif mal goturuf he bahane eliyif • [20:12, 2021-11-10] +994 51 403 92 59: Siz deqiq ne gotresen denen • [20:16, 2021-11-10] T.T.T: Tutuquşu 5 defe demir tövbe 50 d demədim senə • [20:20, 2021-11-10] +994 51 403 92 59: Bildim qaqam • [23:12, 2021-11-10] +994 51 403 92 59: Qaqa 25 dene torpax vermek olar • [23:12, 2021-11-10] +994 51 403 92 59: 1 2 sata zada bele • [23:27, 2021-11-10] +994 51 403 92 59: Qaqa elemek olar • [23:27, 2021-11-10] +994 51 403 92 59: 30 dene tema vere bilerik • [23:27, 2021-11-10] +994 51 403 92 59: Versek yaxsi olar de maya duzelderem hec olmasa • [23:28, 2021-11-10] +994 51 403 92 59: Ne deyirsen qaqa alinar he yox de bilik • [23:28, 2021-11-10] T.T.T: Yaxşı qaqam • [23:29, 2021-11-10] T.T.T: Gedim catım deyim • [23:29, 2021-11-10] +994 51 403 92 59: Yaxsi qaqa gozdurem de xeber ele qadan alaram • [23:48, 2021-11-10] +994 51 403 92 59: Calis adam tap verek de 30 dene zad qaqa • [23:48, 2021-11-10] +994 51 403 92 59: Basina donerem senin • [23:58, 2021-11-10] T.T.T: Ok qaqam (İ cild, i.v.179-180); • “Sübutların qiymətləndirilməsi haqqında haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalan 162,155 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,021 qram psixotrop maddə metamfetamin və 0,626 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.187-195); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.79-82); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə qərarlarına əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna müvafiq olaraq cəzası 05 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin qərarı ilə 01 il 04 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur (İ cild, i.v.92-93, 95, 98-101); • Şəxsiyyət vəsiqəsinin surətinə görə Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü bir övladı var (l cild, i.v.184). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür (8-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspert rəyləri, şəxsi axtarış və təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokollar və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir, ibtidai araşdırma dövründə verdiyi ifadələrinsə isə ona qarşı belə hərəkətlərə yol verilmədiyini bildirir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətinə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 23 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 162,155 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,021 qram psixotrop maddə metamfetamin və 0,626 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi Cinayət-Prosessual Məcəlləsinin 132ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 148 manat 28 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 162,155 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,021 qram psixotrop maddə metamfetamin və 0,626 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-161/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-161/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver