Məhkəmə qərarları › İş №1(006)-163/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-163/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-163/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunda Dövlət İttihamının Müdafiəsi üzrə Şöbənin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2000-ci ildə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 42 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 3 ünvanında yerləşən “Qala-altı” kafesinin qarşısında Zərərçəkmiş şəxs məxsus, lakin Şahid1 tərəfindən xx.xx.2020-ci il tarixli, 0039 nömrəli yol vərəqəsi əsasında 50 manat pul müqabilində xx.xx.2020-ci il tarixdən- xx.xx.2020-ci il tarixədək icarəyə götürülmüş 2015-ci il buraxılışlı, ağ rəngli, “VAZ 21214” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını guya dırnaqlarını kəsmək məqsədi ilə kafedə Şahid1la birgə oturduqları stolun üzərindən götürüb həmin nəqliyyat vasitəsini Şahid1 icazəsiz sürərək talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 25 ünvanında tanışı Şahid1la rastlaşmış və bu zaman onun ağ rəngli, “VAZ 21214” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini görmüşdür. Şahid1 ondan avtomobilə əyləşməsini xahiş etmiş, o da razılaşaraq avtomobilə əyləşmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 3 ünvanında yerləşən “Qalaaltı” kafesinə gəlmişlər. Həmin kafedə çay içdikləri zaman onda avtomobili idarə etmək marağı yaranmış və o, dırnaqlarını kəsməyi bəhanə edərək Şahid1 icazəsi ilə üzərində avtomobilin açarları da mövcud olan açar toplusunu stolun üstündən götürmüşdür. O, açarlarla bir halqada bağlamış dırnaqkəsən qayçı ilə dırnaqlarının aralarını təmizləməyə başlamışdır. Təxminən saat 03:20 radələrində Şahid1 ondan bir qədər uzaqlaşdıqda o, xəlvətcə avtomobilin sükanı arxasına əyləşmiş və mühərriki işə salaraq avtomobillə əvvəl Biləcəri qəsəbəsi, sonra M.Əcəmi metrostansiyası istiqamətlərinə getmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan yerdə əvvəllər tanımadığı Vurğun adlı br şəxsi sərnişin kimi 2 manat pul müqabilində Xırdalan şəhərinə apararkən Xırdalan dairəsi adlanan yerdə avtomobilin mühərriki qızdırdığı üçün yol kənarında dayanmış və bir qədər sonra Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobillə birlikdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Onun tərəfindən zərərçəkimş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanınmaq haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ağ rəngli, “VAZ 21214” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanmaq üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 42). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublkası CM-nin 177.2.1-ci maddəsində nəzədə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 300 manat cərimə cəzasına, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublkası CM-nin 181.2.5-ci maddəsində nəzədə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və həmçinin xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 300 manat cərimə borcunu ödəmişdir (i/v 56-64). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i/v 98). İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus ağ rəngli Niva Markalı ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini saz və işlək vəziyyətdə təhvil almışdır. Onun heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (i/v 44). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onun barəsində şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən və digər iş materilları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.7.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 73-1-1-ci maddəsinə 185.1-ci maddə əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinin tələbinə görə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşmanlıq çəkdikdə, zərər çəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış ağ rəngli, “VAZ 21214” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibiZərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-163/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdəntəqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış ağ rəngli, “VAZ 21214” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar