Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-163/2021 30.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1963-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Vaqon Deposunda vaqon bələdçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 sonuncunun qohumu, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş X5 ev dustaqlığına buraxılmasını təmin edəcəyinə dair yalan vəd verib Rauf Nurinin arvadı Zərərçəkmiş şəxs məxsus və ona çatdırılması üçün Şahid1 verdiyi pulları aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 05 iyun 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 17000 manat, 08 iyun 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 nömrəli Bakı X6rşısında həmin dövrün məzənnəsinə uyğun olaraq 850 manat təşkil edən 500 ABŞ dolları və 15 iyun 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 300 manat pulu Şahid1 götürərək ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, 18150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona X5 ev dustaqlığına buraxılmasına nail olmaq üçün Şahid1 müraciət etmiş və onun tərəfindən köməklik edilməsi vədi verildikdən sonra əvvəlcə 20.000 manat məbləğində vəsait istəsə də, sonradan ona 17.000 manat məbləğində vəsaitin hazır olduğunu bildirmişlər. O, Baş Prokurorluqda işləyən qohumu vasitəsi ilə bu işi həll etməyə köməklik edə biləcəyini bildirmişdir. Təxminən 2018-ci ilin iyun ayının əvvəllərində Şahid1 onunla əlaqə saxlamış və 17.000 manat pul vəsaitini ona vermişdir. Bir neçə gün sonra Şahid1 onunla əlaqə saxlayıb 500 ABŞ dolları pulu məbləğini, həmin vəsaiti qəbul etdikdən 3-4 gün sonra isə Şahid1 əlavə olaraq 300 manat pulu ona göndərmişdir. Lakin sonradan onun tərəfindən vəd yerinə yetirilməmiş və bu səbəbdən onun barəsində şikayət verilmişdir. Bundan sonra o, pul məbləğini tam olaraq ödəyə bilməmişdir. Lakin sonradan məhkəmə istintaqı dövründə aldığı pul vəsaitini tam olaraq zərərçəkmiş şəxsə ödəmişdir. Bundan əlavə cinayət məsuliyyətindən azad olunmaq üçün dövlət büdcəsinə müəyyən edilmiş məbləğdə vəsaiti ödəmişdir. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri aradan qaldırmış, onunla barışmışdır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun həyat yoldaşı X7 narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün 27 aprel 2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Rauf Nuri həbs oldunduğu vaxtlar onun ev dustaqlığına buraxılmasına nail olmaq üçün köməklik edilməsi üçün bir sıra şəxslərə müraciət etmiş, qohumu Şahid1 əlaqələri geniş olan bir nəfər tanışı olduğunu və həmin tanışı ilə görüşüb danışdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra Şahid1 onunla əlaqə saxlayıb Elniyət adlı tanışı ilə danışdığını və həmin şəxsin “Faiq” adlı Baş Prokurorluqda işləyən qohumu vasitəsi ilə bu işi həll etməyə köməklik edə biləcəyini bildirmişdir. Növbəti görüşdə Şahid1 Təqsirləndirilən şəxs 20 min manat pul müqabilində onun həyat yoldaşını ev dustaqlığına buraxdırmağı öz öhdəsinə götürdüyünü demişdir. Həyat yoldaşı həbs olunan ilk günlərdən qohumlar, yaxınlar ona maddi köməklik etməyə başlamış, həm onların köməkliyi, həm də özündə olan pulları toplamaqla və bəzi əşyaları satmaqla 17000 manat pul hazırlaya bilmişdir. Bu səbəbdən də Şahid1 dedyi 20 min manat məbləğlə razılaşmış və bir neçə gün sonra oğlu Seymurla 17000 manat pulu İlşada göndərmişdir. Daha sonra Şahid1 onunla əlaqə saxlayıb demişdir ki, Elniyət 10 gün ərzində Raufun ev dustaqlığına buraxılacağını söz vermişdir. Bir neçə gün sonra İlşad onunla əlaqə saxlayıb pulun qalan hissəsini də ödəməyi istəmiş, həmin vaxt cəmi 500 ABŞ dolları pulu olduğunu ona demiş və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Tibb texnikomunun qarşısında pulu Şahid1 vermişdir. Təxminən 3-4 gün sonra isə oğlu Seymurun vasitəsi ilə İlşada əlavə olaraq 300 manat pul göndərmişdir. Həyat yoldaşı Raufun ev dustaqlığına buraxılması üçün Şahid1 ümumilikdə 17300 manat və 500 ABŞ dolları pul verilmişdir. İlşad vəd etdiyi 10 gün müddət başa çatsa da əri ev dustaqlığına buraxılmamışdır. Təxminən avqust ayının sonları, ya da sentyabr ayının əvvəllərində Şahid1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan gizlənir. Hətta özü də 2-3 dəfə Şahid1la birlikdə Elniyətin evinə getmiş, lakin onu evdə tapa bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına müracət edilmişdir. Hal-hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X1 2018-ci ilin aprel ayında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılan cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun ev dustaqlığına buraxılması məqsədi ilə ailə üzvləri, yaxınları, qohumları maraqlandıqda anasının dayısı oğlu olan Şahid1 öz tanışları vasitəsi ilə bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Şahid1 17000 manat pul müqabilində atasının ev dustaqlığına buraxılacağını vəd etdiyindən anası Zərərçəkmiş şəxs həm borc alaraq, həm də özündə olan pulları toplayaraq 17000 manat pulu ona vermiş, o da 2018-ci ilin may ayının ortalarında həmin pulu aparıb İlşadın yaşadığı ünvan 5 ünvanında yerləşən evində Şahid1 vermişdir. Həmin ilin iyun ayının əvvəllərində Şahid1 ona zəng edib pulu Elniyət adlı şəxsə çatdırmaq lazım olduğunu bildirib pulu onun evindən götürüb «Təzə bazar» adlanan yerə aparmasını xahiş etmişdir. O, İlşadın yaşadığı evə gedib ailə üzvlərindən həmin pulu götürüb Nəsimi rayonu, M.Qardaşları küçəsi 59 ünvanının qarşısına getmiş, orada avtomobilin salonunda 17000 manat pulu İlşada vermişdir. Şahid1 pulu götürüb avtomobildən düşmüş və təxminən 6-7 metr uzaqlıqda dayanmış bir şəxsə yaxınlaşmışdır. Həmin şəxsin üzünü görə bilməsə də, İlşadın onunla dayanıb söhbət etdiyini və pulları verdiyini görmüşdür. Bundan sonra o, həmin ərazidən uzaqlaşıb getmişdir. Həmin hadisədən təxminən 10-15 gün sonra İlşad əlaqə saxlayıb əlavə olaraq 500 ABŞ dolları pul verilməsini istədiyindən anası Yasamal rayonu ərazisində yerləşən 2 saylı Tibb Texnikomunun qarşısında İlşadla görüşüb həmin pulu ona çatdırmışdır. Təxminən 2018-ci ilin iyul ayının əvvəllərində İlşad onun anası ilə əlaqə saxlayıb əlavə olaraq 300 manat pul vermək lazım olduğunu bildirdiyindən həmin məbləğdə pulu anasından götürüb Bakı İstintaq Təcridxanasının qarşısında İlşada vermişdir. Pullar İlşada verilərkən o, öz əlaqələri vasitəsi ilə 1 ay ərzində atasının ev dustaqlığına buraxılmasını təmin edəcəyini vəd etmişdir. Həmin müddət başa çatandan sonra isə İlşad hər dəfə ondan asılı olmayan səbəbdən bu prosesin uzandığını deyib səbirli olmağı tövsiyyə etmişdir. Bu proses təxminən 2018-ci ilin oktyabr ayına qədər uzanmış və Şahid1 bildirmişdir ki, iş gördüyü Elniyət adlı şəxs onu aldadıb, nə işi həll etmir, nə də pulu geri qaytarmır, bununla əlaqədar Bakı şəhəri Nəsimi rayon polis idarəsinə şikayət etmişdir. Lakin həmin şikayət üzrə heç bir nəticə olmadığından anası Zərərçəkmiş şəxs pulu Şahid1 tələb etməyə başlamış, İlşad pulu qaytara bilmədiyindən anası 2020-ci ilin iyun ayında ərizə ilə Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Lakin sonradan həmin cinayət əməlində Şahid1 heç bir təqsirinin olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bibisinin nəvəsi Zərərçəkmiş şəxs əri Rauf Nuri 2018-ci ilin aprel ayının 27-də Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunmuşdur. Qohumlar, tanışlar maraqlanıb onun ən azından ev dustaqlığına buraxılmasına nail olmaq üçün yollar axtarmışlar. Həmin ərəfədə yadına düşmüşdür ki, tanışı, hamının «Əliyar» adı ilə müraciət etdiyi Təqsirləndirilən şəxs bu işdə köməklik edə bilər. Belə ki, Elniyətlə 2015-ci ildə Keşlə qəsəbəsində onunla qonşuluqda yaşayan qohumumun vasitəsi ilə tanış olmuş, ondan sonra da bir neçə dəfə ümumi məclislərdə bir yerdə olmuşlar. Söhbət edərkən Elniyət Faiq adlı qohumunun Azərbaycan Respublikası Baş Prokurorluğunda işlədiyini və onun vasitəsi ilə hüquq mühafizə orqanlarında olan istənilən işə köməklik edə biləcəyini bildirmişdir. Ortaq tanışlarından da Elniyətin bu işlərdə müxtəlif şəxslərə köməklik etdiyindən ona inamı yaranmışdır. Bu səbəbdən də qohumu Raufun həbsdən azad olunmasına köməklik edilməsi üçün ona müraciət etmək qərarına gəlmiş, bu məqsədlə də həmin dövrdə istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Elniyətin istifadə etdiyi ***-***-**-** saylı mobil telelon nömrəsinə zəng edib bir məsələ ilə ələqədar onunla görüşmək istədiyini bildirmişdir. Elniyət onunla görüşməyə razılaşmış və onun təklifi ilə 2018-ci ilin may ayının sonlarında Nəsimi rayonu ərazisində yerləşən X11 İdarəsinin inzibati binasının qarşısında görüşmüşlər. Söhbət edərkən Raufun qohumu olması, onun Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həbs olunması barədə Elniyətə ətraflı məlumat vermiş və bildirmişdir ki, məqsədi ən azından Raufun ev dustaqlığına buraxılmasına nail olmaqdır. Elniyət Respublika Prokurorluğunda işləyən Faiq adlı şəxsin vasitəsi ilə bu məsələni həll edə biləcəyini demiş və Faiqlə danışmaq üçün mobil telefonu ilə ona zəng edib təxminən 5-7 addım kənara çəkilmişdir. 1-2 dəqiqə danışdıqdan sonra Elniyət onun yanına qayıtmış və demişdir ki, Faiqlə danışıb, bu işi həll etmək mümkündür. Həmin vaxt Elniyət bu işin hansı məbləğdə pul müqabilində həll ediləcəyini ona bildirməmiş, demişdir ki, Faiq ona məlumat verəndən sonra görüşüb məbləği deyəcəkdir. Bundan sonra Elniytətlə sağollaşıb ayrılmış, onunla görüşməyi barədə qohumu Zərərçəkmiş şəxs məlumat vermişdir. Elniyətlə söhbət edərkən o, Faiq adlı şəxsin onun arvadının qohumu olduğunu bildirsə də, qohumluq əlaqələrinin tam olaraq hansı formada olduğunu deməmişdir. Təxminən 2-3 gün sonra Elniyət «Təzə Bazar»ın yaxınlığında yerləşən iş yerinin qarşısına gəlib onunla görüşmüşdür. İlk görüşdə iş yerinin harada yerləşməsi barədə Elniyətə məlumat verdiyindən rahatlıqla gəlib onu tapa bilmişdir. Görüşdükdən sonra yaxınlıqdakı çayxanaya gedib əyləşmiş və söhbət zamanı Elniyət demişdir ki, Faiq adlı qohumu bu işi 25000 manat pul müqabilində həll edə bilər. Lakin məbləğin çox olması səbəbindən onun təklifi ilə razılaşmamış, cəmi 10000 manat pul verə biləcəklərini demişdir. Elniyət qohumu Faiqlə təkrarən danışıb xəbər edəcəyini bildirmiş və sağollaşıb getmişdir. Növbəti gün Elniyət təkrarən işlədiyi yerin qarşısına gəlib onunla görüşmüş və söhbət edərkən demişdir ki, Faiq adlı qohumu yekun olaraq bu işi 20000 manat pul müqabilində həll etməyə razılaşıb və bu məbləğdən aşağı işi həll etmək mümkün deyildir. O, Elniyətə demişdir ki, həbsdə olan şəxsin ailə üzvləri ilə danışıb ona xəbər edəcəkdir. Elə həmin gün Zərərçəkmiş şəxs ilə görüşərək, ya da zəngləşərək Elniyətlə olan bütün danışıqlar barədə ona ətraflı məlumat vermiş və Elniyətin təklif etdiyi məbləğlə razı olub-olmadığını soruşmuşdur. Başqa çıxış yolu olmadığından Könül bu məbləğlə razılaşmışdır. Həmin vaxta qədər bütün qohumlar, tanışlar Könülə maddi köməklik etməyə çalışmışlar və o, ümumilikdə 17000 manat pul hazırlamışdır. Könül pulu oğlu Seymurun vasitəsi ilə ona göndərmişdir. Seymur onun yaşadığı evin qarşısına gəlib 17000 manat pulu vermişdir. O da pulu Seymurdan götürüb evə qoymuşdur. Növbəti gün Elniyət iş yerinin qarşısına gəlib ondan fikirini soruşduqda onun təklifi ilə razı olduqlarını bildirmiş və Faiq adlı şəxsin bu işi dəqiq həll edib edə bilməyəcəyini soruşmuşdur. Elniyət də Faiq adlı qohumunun yüksək vəzifə tutduğunu və hər yerdə sözünün keçdiyini bildirib onu inandırmışdır. Həmin gündən etibarən demək olar ki, hər gün Elniyət iş yerinin qarşısına gəlib onunla görüşmüş, pulu hazır edib etmədiklərini soruşmuşdur. Həmin görüşlərin təxminən ikisində uzaq qohumu Elnur da iştirak etmiş, Elniyət Elnurun iştirakı ilə olan görüşlərdə də onu inandırmışdır ki, narahat olmasın, Faiq müəllim işi həll edəcək, pul veriləndən ən uzağı 10 gün sonra Rauf ev dustaqlığına buraxılacaqdır. Təxminən 2018-ci ilin iyun ayının əvvəllərində Elniyət iş yerinin qarşısına gəlib demişdir ki, artıq Faiq müəllim Raufun məsələsini danışıb, ona görə də pulu təcili olaraq çatdırmaq lazımdır. O, Seymura zəng edib xahiş etmişdir ki, onun evinə gedib pulu götürsün və «Təzə bazar»ın qarşısına gətirsin. Bir qədər sonra Seymur idarə etdiyi avtomobillə ünvan 6 ünvanının qarşısına gəlmişdir. O, Seymurun idarə etdiyi avtomobilə əyləşmiş və 17000 manat pulu ondan götürmüşdür. Sonra isə avtomobildən düşüb təxminən 5-10 metr kənarda dayanmış Elniyətə yaxınlaşmış və Seymurdan götürdüyü pulu ona vermişdir. Elniyət də pulu sayıb götürmüşdür. Həmin vaxt ümumi məbləğdən 3000 manat əskik olduğunu, həmin məbləği də Rauf azad edilən gün çatdıracağını Elniyətə demiş, Elniyət pulu saydıqdan sonra həmin pulu Faiq müəllimə çatdıracağını bildirib sağollaşıb getmişdir. Təxminən 2-3 gün sonra Elniyət iş yerinin qarşısına gəlib demişdir ki, Faiq müəllim pulun qalan hissəsinin də verilməsini istəyir. O, Könülə zəng edib bu barədə ona məlumat vermiş, Könül də demişdir ki, onda cəmi 500 ABŞ dolları pul var. Könüllə danışdıqdan sonra Elniyətlə birlikdə Bakı şəhəri ünvan 10 2 nömrəli Bakı X6rşısına getmişdir. Elniyət avtomobildə əyləşib gözləmiş, özü isə avtomobildən düşüb Könüllə görüşmüş və ondan 500 ABŞ dolları pulu götürmüşdür. Daha sonra isə avtomobilə qayıdıb həmin 500 ABŞ dolları pulu Elniyətə vermişdir. Təxminən 2 gün sonra Elniyət iş yerinin qarşısına gəlmiş, demişdir ki, Faiq müəllim ona deyib ki, heç olmasa sonuncu verilən pulu 1000 manata tamamlasınlar. O, Könülə zəng edib Elniyətin dediklərini çatdırdıqda o, cəmi 300 manat pul düzəldə bildiyini demişdir. Növbəti gün Seymurla birlikdə atası Rauf üçün Bakı İstintaq Təcridxanasına sovqat aparmağa getmişdir. Seymur elə oradaca 300 manat pulu ona vermişdir. Təcridxanadan qayıtdıqdan sonra Elniyətə zəng edib onunla Mərdanov Qardaşları küçəsi 59 ünvanının qarşısında görüşmüş və 300 manat pulu ona vermişdir. Ümumilikdə 17300 manat və 500 ABŞ dolları pulu 2018-ci ilin iyun avında 10 gün müddət ərzində Elniyətə vermişdir. Elniyət Raufun ev dustaqlığına buraxılması prosesinin 10 gün ərzində yekunlaşacağını bildirsə də vədinə əməl etməmiş, hər dəfə soruşanda 3 gün - 5 günə həll olunacaq demiş və bu prosesi iyul ayının əvvəllərinə qədər uzanmışdır. 2018-ci ilin iyul ayının əvvəllərində Gəncə şəhərində kütləvi iğtişaşlar baş vermiş və Elniyət ona demişdir ki, Faiq müəllim həmin səbəbdən Gəncə şəhərinə ezam olunub və oradan qayıtdıqdan sonra bu işlə məşğul olacaqdır. Elniyət hər dəfə danışıq üslubu ilə onu inandırdığından ilk vaxtlar onun hərəkətlərindən şübhə etməmişdir. Lakin 2018-ci ilin avqust ayının ortalarından etibarən Elniyət zənglərinə cavab versə də, onunla görüşməkdən yayınmağa başlamışdır. Hətta bir neçə dəfə özü tək, yaxud Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı evə getsə də, Elniyəti evdə tapa bilməmiş, oturub gözləsələr də, o evə gəlməmişdir. Yalnız sentyabr ayının əvvəllərində onunla 1-2 dəfə görüşə bilmişdir. Elniyət ilk vaxtlar pulu Faiq adlı qohumuna verdiyini deyirdisə sentyabr ayındakı görüşdə pulu «Komitetin», yəni Dövlət Gömrük Komitəsinin işçisinə verdiyini, Raufun azadlığa buraxılma məsələsinin tezliklə həll olunacağını iddia etmişdir. 18 sentyabr 2019-ci il tarixdə axşam saatlarında qohumu Elnurla birlikdə Elniyətlə görüşərkən onun səsini qeydə almaq qərarına gəlmiş və bu məqsədlə də mobil telefonun diktofonundan istifadə etmişdir. Elnurun avtomobilində əyləşib söhbət edərkən Elniyət iddia etmişdir ki, guya pulu Komitənin işçisi olan Əbdüləli adlı şəxsə verib, həmin şəxs pulu qaytarmadığından barəsində Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edib və tezliklə pulu alıb verəcəkdir. Həmin söhbət zamanı Elniyət həm də ondan vaxt istəyib demişdir ki, sentyabr ayının 29-da Faiq müəllim Gəncədən Bakıya qayıdacaq və bütün problemlər həll olunacaqdır. Lakin Elniyət yenə də sözünə əməl etməmiş və sentyabr ayının sonu nə işi həll etməmiş, nə də pulu qaytarmamışdır. Elniyətin onu aldatdığına tam əmin olduğundan 22 oktyabr 2018-ci il tarixdə onun barəsində ərizə ilə Nəsimi RPİ-nin 21-ci PB-nə müraciət etmişdir. 21-ci PB-də araşdırma aparıldığı müddətdə Elniyətdən də izahat alınarkən o, guya Şahid5 vasitəsi ilə tanış olduqlarını, Yaşarın ona borclu olduğu pulu alıb qaytarmaqda köməklik edəcəyini vəd etdiyini bildirmişdir, əslində isə bunlar həqiqətən uyğun deyildir. Şahid5 uzun müddətdir tanıyır. Belə ki, uzun illər əvvəl Sabirabad rayonunda avtobazada baş mühəndis işləyərkən Yaşar da orada onunla birlikdə işləmişdir. Yaşarla münasibəti normal olsa da yalnız xeyir şər məclislərində, yaxud təsadüfi hallarda görüşmüşlər. 2018-ci ilin təxminən avqust ayının sonlarında Yaşarla növbəti dəfə təsadüfən görüşüb söhbət edərkən o, Elniyətlə aralarında problem olduğunu, barəsində şikayət etdiyini və onu tutdurmaq istədiyini danışmışdır. Bundan bir neçə gün sonra qohumu Raufun işi ilə əlaqədar Elniyətlə görüşüb söhbət edərkən söz arası Yaşarla aralarında nə olduğunu soruşmuş, Elniyət də demişdir ki, onun başına oyun açacaqdır. Nə Yaşar, nə də Elniyət aralarındakı mübahisənin nədən ibarət olduğunu ona bildirməmişdir. Onun ərizəsi əsasında 21-ci Polis Bölməsində araşdırma aparılarkən Elniyət Yaşarın adını çəkdiyindən o, Yaşara zəng etmiş, Yaşar da Elniyətə olan borcunu tam ödədiyini və notarial qaydada təsdiq edilmiş ərizəsinin olduğunu bildirmiş və onun xahişi ilə 21-ci PB-nə gəlib izahat vermiş, notarial qaydada təsdiq edilmiş ərizənin surətini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 05 iyun 2018-ci il tarixdə 17000 manat, 08 iyun 2018-ci il tarixdə 500 ABŞ dolları, 15 iyun 2018-ci il tarixdə isə 300 manat pul vermişdir. Birinci dəfə 17000 manat və 3-cü dəfə 300 manat pulu Elniyətə ünvan 9 ünvanının qarşısında, 2-ci dəfə isə ünvan 10 2 nömrəli Bakı X6rşısında vermişdir. X7 qohumu olduğundan onun ev dustaqlığına buraxılmasına köməklik etmək məqsədi ilə vasitəçilik etməyi öhdəsinə götürmüş, bu işdə başqa heç bir marağı, o cümlədən maddi marağı olmamışdır, əgər belə bir marağı olsaydı verilən pulların məbləği ilə Təqsirləndirilən şəxs çatdırdığı pulların məbləği arasında fərqlilik olardı. O, ilk dəfə Elniyətə 17000 manat pul verərkən Şahid2 də orada olduğunu, Seymur avtomobidə əyləşmiş vəziyyətdə olsa da onun Elniyətlə görüşməyini, ona pulları verməyini və Elniyətin pulları sayıb götürməyini görmüşdür, digər iki dəfə isə pulları Elniyətə verərkən yanında başqa şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun həyat yoldaşının bacısıdır, qohum kimi onlarla həmişə münasibəti çox yaxşı olmuşdur. Könülün həyat yoldaşı Rauf Nuri 2018-ci ilin aprel ayının 27-də Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunmuşdur. Bundan sonra onun ən azından ev dustaqlığına buraxılmasına nail olmaq üçün yollar axtarmışlar. Həmin ərəfədə qardaşı Şahid1 belə bir tanışı olduğunu bildirmiş və bu məsələnin həll olunması üçün Elniyət adlı tanışı ilə danışıqlar aparmışdır. Rauf Nurinin ev dustaqlığına buraxılması məqsədi ilə Elniyət adlı şəxsə 18000 manata yaxın pul ödənilsə də o, vəd etdiyi müddət ərzində bu işi həll etməmişdir. Şahid1 soruşanda isə demişdir ki, Elniyət bu məsələni tezliklə həll edəcəyini ona deyir. İşin 10 gün ərzində həll olunacağı vəd edildiyi halda 1 aydan çox müddət çəkdiyindən onu Elniyətlə görüşdürməsini qardaşından istəmişdir. Şahid1 razılaşmış və təxminən 2018-ci ilin yay aylarından birində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən «saatlı bina» adlanan ərazidə görüşmüşlər. Həmin görüş zamanı Elniyət özünü ona etibarlı bir şəxs kimi tanıtmağı bacarmış, Elniyət İlşadın ona pul verdiyini təsdiq edərək Respublika prokurorluğunda işləyən qohumu vasitəsi ilə bu işi qısa müddət ərzində həll edəcəyini, bu qədər yubanmanın ondan asılı olmadığını bildirmişdir. Söhbət zamanı Elniyət onu da inandırmağı bacardığından hər hansı bir irad bildirməmişdir. Lakin Elniyət bu işi həll etmədiyindən və pulu da qaytarmaqdan imtina etdiyindən 2018-ci ilin oktyabr ayında qardaşı Şahid1 ərizə ilə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şahid5 09 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Şahid1 onun həmyerlisidir və onu uzun müddətdir tanıyır, hətta əvvəllər eyni avtobazada işləmişlər. Təqsirləndirilən şəxs isə, Şahid1 vasitəsi ilə təxminən 5-6 il öncə Bakı şəhərində tanış olmuş, Elniyət özünü «Əlyar» adı ilə ona tanıtmış və vaqon bələdçisi işlədiyini demişdir. Təxminən 2017-ci ilin sonlarında özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini 18500 manat pula bir şəxsə satmış, lakin həmin torpaq sahəsinin sənədlərində problem olduğundan torpağı alan şəxs alqı-satqını pozmuş və ödədiyi pulu geri tələb etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs 18500 manat borc pul götürüb həmin şəxsə ödəmişdir. Həmin şəxs ondan pulu alsa da, torpaq sahəsinin sənədlərini vermədiyindən onun barəsində polisə şikayət etmiş, şikayət etdikdən sonra həmin şəxs sənədləri qaytarmışdır. Elniyətdən aldığı borcu isə qısa müddət ərzində, vəd etdiyi vaxtda ödəyə bilmədiyindən Elniyət onun barəsində Sabunçu RPİ-nə müraciət etmişdir. Araşdırma aparıldığı dövrdə Elniyətə olan borcunu tam həcmdə ödəmiş, hətta 25.08.2018-ci il tarixdə borcun tam həcmdə ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs notarial qaydada ərizə vermişdir (cild 2, 66-68). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, i.v.197-199), Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş 18150 (on səkkiz min yüz əlli) manat ziyan tam həcmdə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir tələb və iddiası yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin 29.12.2021-ci il tarixli, 12185 saylı ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında yəni, 4538 (dörd min beş yüz otuz səkkiz) manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Təqsirləndirilən şəxs 320 (üç yüz iyirmi) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmnış) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs 320 (üç yüz iyirmi) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X4 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-163/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-163/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver