Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-164/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1996-cı ildə Lənkəran rayonu, Haftonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Muradbəyli sahəsində pasport qeydiyyatında olan və Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 32.4, 32.5, 177.2.3, 32.4, 32.5, 177.2.4-cü maddələri ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında pasport qeydiyyatında olan, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ağçiçəyim” gül mağazasının arxa hissəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında pasport qeydiyyatında olan, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində kirayəşin yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmiş, sövdələşməklə şəxsi cinayət törətməyə sövq edən hərəkətlər edərək cinayətin törədilməsinə məsləhətlər və məlumatlar verib, cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi qabaqcadan vəd edib tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq edilməsində təhrikçi və köməkçilik etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 ünvanında yerləşən «El Telecom» mobil telefonların alqı-satqısı mağazasının qapısını təpik zərbəsi ilə vurub açdıqdan sonra oraya qanunsuz daxil olub mağazada qoyulmuş vitrinlərin üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 300 manat dəyərində qara rəngli «Samsung A50» markalı, bir ədəd 240 manat dəyərində qara rəngli «Samsung A30» markalı, bir ədəd 170 manat dəyərində göy rəngli «Samsung A20» markalı, bir ədəd 140 manat dəyərində qara rəngli «Samsung A10» markalı, bir ədəd 110 manat dəyərində qara rəngli «Samsung A5 2016» markalı, bir ədəd 120 manat dəyərində qızılı rəngli, 352 901 062 543 485 İMEİ kodlu «Samsung J5-2017» markalı, hər biri 80 manat təşkil edən, ümumilikdə 160 manat dəyərində iki ədəd çəhrayı və qara rəngli «Samsung Note 3» markalı, bir ədəd 85 manat dəyərində qara rəngli «Samsung Note 3-Neo» markalı, bir ədəd 110 manat dəyərində qara rəngli, 352 902 062 553 463 İMEİ kodlu «Samsung J5 2016» markalı, bir ədəd 75 manat dəyərində qara rəngli «Samsung Grand 2-7102» markalı, 01 ədəd 100 manat dəyərində qara rəngli «Samsung J2-2018» modelli, hər biri 70 manat təşkil edən, ümumilikdə 210 manat dəyərində üç ədəd qızılı, ağ və boz rəngli «X21» markalı, hər biri 90 manat təşkil edən, ümumilikdə 270 manat dəyərində üç ədəd qara rəngli «Samsung J2-Prime» markalı, hər biri 80 manat təşkil edən, ümumilikdə 160 manat dəyərində iki ədəd qara və qızılı rənglərdə olan «Samsung J2-2016» markalı, bir ədəd 110 manat dəyərində qara rəngli «Samsung J3-2017» markalı, bir ədəd 60 manat dəyərində ağ rəngli «Samsung 9082» markalı, bir ədədi 30 manat dəyərində boz rəngli «Samsung 7582» markalı, bir ədədi 140 manat dəyərində qırmızı rəngli «Ulefone S-ll» markalı, bir ədədi 90 manat dəyərində qara rəngli «Alcatel Shine» markalı, bir ədədi 100 manat dəyərində qara rəngli 359 966 085 706 975, 359 965 085 716 693 İMEİ kodlu «Samsung J2-2018» markalı, bir ədədi 80 manat dəyərində göy rəngli «Alcatel İdol4» markalı, bir ədədi 80 manat dəyərində qara rəngli «Samsung J2-Core» markalı, bir ədədi 25 manat dəyərində ağ rəngli «Samsung 7262» markalı, bir ədədi 120 manat dəyərində qara rəngli «Samsung J4+» markalı, bir ədədi 160 manat dəyərində qara rəngli «Samsung J6+» markalı, bir ədədi 135 manat dəyərində qara rəngli «Xiaomi Redmi Mia2 lite» markalı, bir ədədi 200 manat dəyərində ağ rəngli «Xiaomi Redmi Mia3 lite» markalı, bir ədədi 70 manat dəyərində göy rəngli «Xiaomi Redmi go» markalı, bir ədədi 60 manat dəyərində qara rəngli «Venus» markalı, bir ədədi 160 manat dəyərində qara rəngli 869 012 032 535 820, 865 971 034 799 102 İMEİ kodlu «Huawei Psmart-2018» markalı, bir ədədi 140 manat dəyərində qara rəngli 865 971 034 799 094 «Xiaomi MİA 2» markalı, bir ədədi 120 manat dəyərində boz rəngli «Xiaomi Mİ s2» markalı, bir ədədi 15 manat dəyərində ağ rəngli «Samsung 6802» markalı, bir ədədi 160 manat dəyərində mavi rəngli «Samsung J6-2018» markalı, mağazaya qoyulmuş masanın üzərindən bir ədədi 190 manat dəyərində qara rəngli «Samsung J3-2017» markalı, bir ədədi 355 manat dəyərində qara rəngli «Samsung J6-2018» markalı, hər biri 220 manat təşkil edən, ümumilikdə 440 manat dəyərində iki ədəd qızılı rəngli «Samsung J5-2017» markalı, bir ədədi 340 manat dəyərində qara rəngli «Samsung J7- 2017» markalı, bir ədədi 370 manat dəyərində qara rəngli «Samsung A8-2018» markalı mobil telefonları və bir ədədi 300 manat dəyərində «Toshiba» markalı noutbuk tipli kompüteri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6200 (altı min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ona maddi vəziyyətinin yaxşı olmadığını və pul borclarının olduğunu bildirdikdə Təqsirləndirilən şəxs3 borclarının qaytarılması və maddi vəziyyətini yaxşılaşdırması üçün tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 ünvanında yerləşən «El Telecom» mobil telefonların alqı-satqısı mağazasından oğurluq etməyi təklif edərək onu həmin cinayətin törədilməsinə sövq edib onda cinayət törətmək qətiyyəti yaradaraq birgə sövdələşdikdən sonra, digər tanışları Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 oğurluq edəcəyi mağazanın yerləşdiyi ünvanı göstərib, həmin mağazaya hansı yolla daxil olacağı, mobil telefonların mağazanın içərisində harada olması barədə müəyyən üsullarla məsləhətlər və məlumatlar verib, gələcəkdə cinayət yolu ilə əldə olunacaq əmlakı sataraq pul əldə etməkdə köməklik edəcəyini qabaqcadan vəd etmiş, Təqsirləndirilən şəxs3 öz hərəkətinin kriminal xarakterini və törədəcəyi əməli digər iştirakçıların köməyi ilə törətdiyini dərk edib xx xxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində həmin mobil telefonların alqı-satqısı mağazasının giriş hissəsinin sol tərəfində olan nəfəsliyin dəmir barmaqlıqlarını əli ilə əyib oraya qanunsuz daxil olaraq mağazanın arxa otağında olan dolablardan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 120 manat dəyərində «Samsung C5» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A10» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A10s» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A01» markalı, bir ədəd 110 manat dəyərində «Samsung J4» markalı, bir ədəd 130 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A5-2017» markalı, bir ədəd 135 manat dəyərində «Samsung A7 -2016» markalı, bir ədəd 95 manat dəyərində «Samsung A3 -2016» markalı, bir ədəd 450 manat dəyərində A-klass model «Vertu Signature» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J5 -2017» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J7 -2015» markalı, bir ədəd 120 manat dəyərində «Samsung J7 -2017 gold» markalı, bir ədəd 200 manat dəyərində «Samsung S7 edge» markalı, bir ədəd 130 manat dəyərində «Samsung S6 edge» markalı, bir ədəd 280 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 260 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J3-2017» markalı, bir ədəd 75 manat dəyərində «Hoffman X-max» markalı, bir ədəd 55 manat dəyərində «Hoffman X-go» markalı, bir ədəd 90 manat dəyərində «Nokia 5.1» markalı, bir ədəd 120 manat dəyərində «Nokia 6.1» markalı, bir ədəd 100 manat dəyərində «LG g5» markalı, bir ədəd 80 manat dəyərində «Samsung S5» markalı, bir ədəd 100 manat dəyərində «LG style 2» markalı, bir ədəd 90 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 80 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J3-2016» markalı, bir ədəd 170 manat dəyərində «Samsung Note 5» markalı, bir ədəd 320 manat dəyərində «Samsung Note 8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung Note 4» markalı, bir ədəd 80 manat dəyərində «Samsung Note 2» markalı, bir ədəd 120 manat dəyərində «Samsung 760» markalı, bir ədəd 450 manat dəyərində «Samsung A71» markalı, bir ədəd 350 manat dəyərində «Samsung S5+256gb» markalı, bir ədəd 300 manat dəyərində «İphone 11 Pro max» markalı, bir ədəd 1800 manat dəyərində «Samsung Note 2 Ultra 256 GB» markalı, bir ədəd 800 manat dəyərində «Samsung S10+128GB» markalı, bir ədəd 430 manat dəyərində «Samsung A80+128gb» markalı, bir ədəd 230 manat dəyərində «Redme Note 8 Blue 4 64 gb» markalı, bir ədəd 220 manat dəyərində «Redme Note 8 White 64gb» markalı, bir ədəd 400 manat «Redme Note 9 PRO 128 GB» markalı, bir ədəd 190 manat dəyərində «Redme Note 7 64 GB» markalı, bir ədəd 170 manat dəyərində «Redme Note 7 32 GB» markalı, bir ədəd 160 manat dəyərində «Redmi 8 64 GB» markalı, bir ədəd 140 manat dəyərində «Redme 8A 32GB» markalı, bir ədəd 70 manat dəyərində «Redmi GO» markalı, bir ədəd 110 manat dəyərində «Redme 7A markalı, bir ədəd 230 manat dəyərində «Samsung A50 64 GB» markalı, bir ədəd 210 manat dəyərində «Samsung A40» markalı, bir ədəd 300 manat dəyərində «Samsung A51» markalı, bir ədəd 270 manat dəyərində «Samsung A70» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A20» markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 pul borclarının olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdə Faris Həsənov ona borclarının qaytarılması və maddi vəziyyətini yaxşılaşdırması üçün ortaq tanışları Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 ünvanında yerləşən «El Telecom» mobil telefonların alqı-satqısı mağazasından oğurluq etməyi təklif edərək onu həmin cinayətin törədilməsinə sövq edib onda cinayət törətmək qətiyyəti yaradaraq birgə sövdələşmiş və Faris Həsənov oğurluq edəcəyi mağazanın yerləşdiyi ünvanı göstərib, həmin mağazaya hansı yolla daxil olacağı, mobil telefonların mağazanın içərisində harada olması barədə müəyyən üsullarla məsləhətlər və məlumatlar verib, digər tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gələcəkdə cinayət yolu ilə əldə olunacaq əmlakı sataraq pul əldə etməkdə köməklik edəcəklərini qabaqcadan vəd etdikdən sonra hərəkətinin kriminal xarakterini və törədəcəyi əməli digər iştirakçıların köməyi ilə törətdiyini dərk edib xx xxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində həmin mobil telefonların alqı-satqısı mağazasının giriş hissəsinin sol tərəfində olan nəfəsliyin dəmir barmaqlıqlarını əli ilə əyib oraya qanunsuz daxil olaraq mağazanın arxa otağında olan dolablardan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 120 manat dəyərində «Samsung C5» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A10» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A10s» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A01» markalı, bir ədəd 110 manat dəyərində «Samsung J4» markalı, bir ədəd 130 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A5-2017» markalı, bir ədəd 135 manat dəyərində «Samsung A7 -2016» markalı, bir ədəd 95 manat dəyərində «Samsung A3 -2016» markalı, bir ədəd 450 manat dəyərində A-klass model «Vertu Signature» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J5 -2017» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J7 -2015» markalı, bir ədəd 120 manat dəyərində «Samsung J7 -2017 gold» markalı, bir ədəd 200 manat dəyərində «Samsung S7 edge» markalı, bir ədəd 130 manat dəyərində «Samsung S6 edge» markalı, bir ədəd 280 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 260 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J3-2017» markalı, bir ədəd 75 manat dəyərində «Hoffman X-max» markalı, bir ədəd 55 manat dəyərində «Hoffman X-go» markalı, bir ədəd 90 manat dəyərində «Nokia 5.1» markalı, bir ədəd 120 manat dəyərində «Nokia 6.1» markalı, bir ədəd 100 manat dəyərində «LG g5» markalı, bir ədəd 80 manat dəyərində «Samsung S5» markalı, bir ədəd 100 manat dəyərində «LG style 2» markalı, bir ədəd 90 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 80 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J3-2016» markalı, bir ədəd 170 manat dəyərində «Samsung Note 5» markalı, bir ədəd 320 manat dəyərində «Samsung Note 8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung Note 4» markalı, bir ədəd 80 manat dəyərində «Samsung Note 2» markalı, bir ədəd 120 manat dəyərində «Samsung 760» markalı, bir ədəd 450 manat dəyərində «Samsung A71» markalı, bir ədəd 350 manat dəyərində «Samsung S5+256gb» markalı, bir ədəd 300 manat dəyərində «İphone 11 Pro max» markalı, bir ədəd 1800 manat dəyərində «Samsung Note 2 Ultra 256 GB» markalı, bir ədəd 800 manat dəyərində «Samsung S10+128GB» markalı, bir ədəd 430 manat dəyərində «Samsung A80+128gb» markalı, bir ədəd 230 manat dəyərində «Redme Note 8 Blue 4 64 gb» markalı, bir ədəd 220 manat dəyərində «Redme Note 8 White 64gb» markalı, bir ədəd 400 manat «Redme Note 9 PRO 128 GB» markalı, bir ədəd 190 manat dəyərində «Redme Note 7 64 GB» markalı, bir ədəd 170 manat dəyərində «Redme Note 7 32 GB» markalı, bir ədəd 160 manat dəyərində «Redmi 8 64 GB» markalı, bir ədəd 140 manat dəyərində «Redme 8A 32GB» markalı, bir ədəd 70 manat dəyərində «Redmi GO» markalı, bir ədəd 110 manat dəyərində «Redme 7A markalı, bir ədəd 230 manat dəyərində «Samsung A50 64 GB» markalı, bir ədəd 210 manat dəyərində «Samsung A40» markalı, bir ədəd 300 manat dəyərində «Samsung A51» markalı, bir ədəd 270 manat dəyərində «Samsung A70» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A20» markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi qabaqcadan vəd edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq edilməsində köməkçilik etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 maddi vəziyyətinin yaxşı olmadığını və pul borclarının olduğunu bildirdikdə digər tanışı digər tanışı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 borclarının qaytarılması və maddi vəziyyətini yaxşılaşdırması üçün ortaq tanışları Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 ünvanında yerləşən «El Telecom» mobil telefonların alqı-satqısı mağazasından oğurluq etməyi təklif edərək onu həmin cinayətin törədilməsinə sövq edib onda cinayət törətmək qətiyyəti yaradaraq birgə sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs3 oğurluq edəcəyi mağazanın yerləşdiyi ünvanı göstərib, həmin mağazaya hansı yolla daxil olacağı, mobil telefonların mağazanın içərisində harada olması barədə müəyyən üsullarla məsləhətlər və məlumatlar verib, gələcəkdə cinayət yolu ilə əldə olunacaq əmlakı sataraq pul əldə etməkdə köməklik edəcəyini qabaqcadan vəd etmiş, Təqsirləndirilən şəxs3 öz hərəkətinin kriminal xarakterini və törədəcəyi əməli digər iştirakçıların köməyi ilə törətdiyini dərk edib xx xxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində həmin mobil telefonların alqı-satqısı mağazasının giriş hissəsinin sol tərəfində olan nəfəsliyin dəmir barmaqlıqlarını əli ilə əyib oraya qanunsuz daxil olaraq mağazanın arxa otağında olan dolablardan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 120 manat dəyərində «Samsung C5» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A10» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A10s» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A01» markalı, bir ədəd 110 manat dəyərində «Samsung J4» markalı, bir ədəd 130 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 120 manat dəyərində «Samsung A6» markalı, bir ədəd 140 manat dəyərində «Samsung A5-2017» markalı, bir ədəd 135 manat dəyərində «Samsung A7 - 2016» markalı, bir ədəd 95 manat dəyərində «Samsung A3 -2016» markalı, bir ədəd 450 manat dəyərində A-klass model «Vertu Signature» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J5 -2017» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J7 -2015» markalı, bir ədəd 120 manat dəyərində «Samsung J7 -2017 gold» markalı, bir ədəd 200 manat dəyərində «Samsung S7 edge» markalı, bir ədəd 130 manat dəyərində «Samsung S6 edge» markalı, bir ədəd 280 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 260 manat dəyərində «Samsung S8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung J3-2017» markalı, bir ədəd 75 manat dəyərində «Hoffman X-max» markalı, bir ədəd 55 manat dəyərində «Hoffman X-go» markalı, bir ədəd 90 manat dəyərində «Nokia 5.1» markalı, bir ədəd 120 manat dəyərində «Nokia 6.1» markalı, bir ədəd 100 manat dəyərində «LG g5» markalı, bir ədəd 80 manat dəyərində «Samsung S5» markalı, bir ədəd 100 manat dəyərində «LG style 2» markalı, bir ədəd 90 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 80 manat dəyərində «Hisense C30» markalı, bir ədəd 70 manat dəyərində «Samsung J3-2016» markalı, bir ədəd 170 manat dəyərində «Samsung Note 5» markalı, bir ədəd 320 manat dəyərində «Samsung Note 8» markalı, bir ədəd 100 manat dəyərində «Samsung Note 4» markalı, bir ədəd 80 manat dəyərində «Samsung Note 2» markalı, bir ədəd 120 manat dəyərində «Samsung 760» markalı, bir ədəd 450 manat dəyərində «Samsung A71» markalı, bir ədəd 350 manat dəyərində «Samsung S5+256gb» markalı, bir ədəd 300 manat dəyərində «İphone 11 Pro max» markalı, bir ədəd 1800 manat dəyərində «Samsung Note 2 Ultra 256 GB» markalı, bir ədəd 800 manat dəyərində «Samsung S10+128GB» markalı, bir ədəd 430 manat dəyərində «Samsung A80+128gb» markalı, bir ədəd 230 manat dəyərində «Redme Note 8 Blue 4 64 gb» markalı, bir ədəd 220 manat dəyərində «Redme Note 8 White 64gb» markalı, bir ədəd 400 manat «Redme Note 9 PRO 128 GB» markalı, bir ədəd 190 manat dəyərində «Redme Note 7 64 GB» markalı, bir ədəd 170 manat dəyərində «Redme Note 7 32 GB» markalı, bir ədəd 160 manat dəyərində «Redmi 8 64 GB» markalı, bir ədəd 140 manat dəyərində «Redme 8A 32GB» markalı, bir ədəd 70 manat dəyərində «Redmi GO» markalı, bir ədəd 110 manat dəyərində «Redme 7A markalı, bir ədəd 230 manat dəyərində «Samsung A50 64 GB» markalı, bir ədəd 210 manat dəyərində «Samsung A40» markalı, bir ədəd 300 manat dəyərində «Samsung A51» markalı, bir ədəd 270 manat dəyərində «Samsung A70» markalı, bir ədəd 100 manat dəyərində «Samsung A20» markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 32.4, 32.5, 177.2.3, 32.4, 32.5, 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən mobil telefon mağazasından xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində oğurlanmış mobil telefonlarla bağlı özünü təqsirli hesab etmir və həmin oğurluq cinayəti onun tərəfindən törədilməmişdir. Digər oğurluq hadisəsi ilə bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs2 onun xalası oğludur. Təqsirləndirilən şəxs3 isə xalası oğlu Rüstəmin dostudur. Təqsirləndirilən şəxs3 təxminən 2 aydır tanıyır. Rüstəm və Tural ilə münasibəti normal olmuşdur və onlarla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmayıb. Baş vermiş oğurluq hadisəsindən bir-neçə gün öncə o, Tural və Rüstəm ilə şəhərdə gəzən zaman söhbət əsasında Turalın tanımadığı şəxslərə borclarının olmasını eşitmişdir. Buna görə o, Turala təklif etmişdir ki, daha əvəllər işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən telefon mağazasından oğurluq etsin. Həmçinin ona bildirmişdir ki, o, daha əvəllər həmin mağazada işlədiyinə görə mağaza sahibinin mobil telefonları harada saxladığını, mağazaya hansı yolla daxil ola biləcəyini ona izah edəcək. Daha sonra o, oğurluq etdikdən sonra oğurladığı mobil telefonları ona və xalası oğlu Rüstəmə verəcəkdir, onlar isə öz növbəsində həmin mobil telefonların satışını həyata keçirib, qazanacaqları pulu üç yerə böləcəkdilər. Tural ilk öncə tərəddüd etsə də, daha sonra borcunun olduğuna görə onunla razılaşmış və danışdıqları telefon mağazasından oğurluq edəcəyini bildirmişdir. Buna görə də, onlar üçü bir yerdə, yəni o, Tural və Rüstəm daha əvəllər işlədiyi mağazanın yaxınlığına getmişlər və o, orada Turala oğurluq edəcəyi mağazanı kənardan göstərmişdir. Aralarında olan razılaşmaya əsasən Tural xx.xx.2020-ci il tarixdə gecə radələrində həmin mağazadan oğurluq etməli idi, lakin onunla birlikdə oğurluq etməyə nə o, nə də Rüstəm getməyəcəkmiş. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində xalası oğlu Rüstəm ona mobil telefon vasitəsi ilə zəng etmiş və bildirmişdir ki, Tural artıq oğurluq edib və oğurlanmış mobil telefonlar onun kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonunda “Ağ Çiçəyim” gül dükanının arxasında yerləşən kirayə yaşadığı mənzildədir. Həmin mənzili o, tanıdığına görə yaşadığı evdən çıxaraq həmin ünvana gəlmiş və Turalgildə olan zaman Turalın mağazadan təxminən 50 ədəd mobil telefon oğurladığını görmüşdür. Həmin mobil telefonların arasında işləməyən və detal kimi olan mobil telefonlar da, sadə mobil telefonlar da, normal vəziyyətdə olan istifadə edilmiş mobil telefonlar da olmuşdur. Oğurlanmış mobil telefonların arasında təzə mobil telefon olmamışdır. Həmin mobil telefonları qara rəngli çantaya yığmışdır və üçü bir yerdə Biləcəri dairəsi adlanan yerə gəlmişlər. Orada onun mobil telefon alış-verişi ilə məşğul olan tanışı Qoşqar adlı şəxs olmuş və Biləcəri dairəsi adlanan yerdə yerləşən kafelərin birində oturmuşdur. O, Tural və Rüstəm həmin kafeyə daxil olmuşdur və Qoşqarın masasına əyləşərək, onunla söhbət etmişlər. Həmin vaxt Qoşqar tək olmuşdur. Aralarında olan söhbət zamanı o, Qoşqara bildirmişdir ki, 7 ədəd müxtəlif markalarını xatırlamadığı, işlək vəziyyətdə olan və istifadə edilmiş mobil telefonları satır. Maddi durumu zəif olduğuna görə həmin mobil telefonları satmaq istədiyini bildirmişdir. Qoşqarla söhbət zamanı mobil telefonların özünə məxsus olmasını bildirmişdir və onun oğurluq hadisəsi barədə heç bir məlumatı olmamışdır. Qoşqar onunla razılaşmış və həmin 7 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları ondan 720 (yeddi yüz iyirmi) manata almışdır. Həmin kafenin içərisində o, mobil telefonları Qoşqara vermiş və o, ona 720 (yeddi yüz iyirmi) manat pul vermişdir. Mobil telefonları satan zaman Qoşqara həmin mobil telefonların adapterlərini və qutularını verə bilmədiyi üçün bildirmişdir ki, telefonları istifadə edilmiş aldığı üçün adapter və qutu yoxdur. Qoşqar onun telefon alış-verişi ilə məşğul olduğunu bildirmişdir. Qoşqarla aralarında heç vaxt düşmənçilik və şəxsi ədavət olmayıb. Kafedən çıxdıqdan sonra həmin 720 (yeddi yüz iyirmi) manat pulu o, Turala vermiş, çünki oğruluğun edilməsində onun rolu böyük olmuş və o, real olaraq oğurluğu icra etmişdir. Tural həmin puldan ona 120 (yüz iyirmi) manat pul vermişdir. O, isə öz növbəsində ona ayrılmış pulun 20 (iyirmi) manatını Rüstəmə vermişdir. Bundan sonra o, şəxsi işlərinin olduğuna görə Tural və Rüstəmdən ayrılmışdır. Həmin vaxt mobil telefonlar olan çanta Turalın özündə qalmışdır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, Tural ilə mobil telefonla danışmış və məsləhət görmüşdür ki, əllərində qalan telefonları satmaq məqsədilə Tural öz adına icarə avtomobil götürsün və onlar, yəni o, Tural və Rüstəm Ağcabədi rayonuna gedərək, mobil telefonları orada satsınlar. Bakı şəhərində həmin telefonları satmaq şübhəli ola biləcəyinə görə o, telefonları Ağcabədi rayonunda satmağı təklif etmişdir. Ağcabədi rayonunda o, 4-5 il yaşadığına görə orada tanışları olmuş və mobil telefonları rahat şübhəsiz satacağından əmin olmuşdur. Tural onunla razılaşmış və Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi adlanan ərazidən Turalın deməsinə görə 90 (doxsan) manata icarə Hyundai Elantra markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili götürmüş və onlar üçü, yəni o, Rüstəm və Tural Ağcabədi rayonuna yola düşmüşlər. Ağcabədi rayonuna çatan zaman saat təxminən 21 radələri olduğundan onlar orada qalmaq qərarına gəlmişlər və Rüstəmgilin orada evi olduğundan o, Rüstəmlə birlikdə onların evinə, Tural isə tanışının olduğunu söylədiyinə görə həmin tanışıgilə qalmağa getmişdir. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat 09 radələrində onlar üçü görüşmüşlər və onun tanışı Həsən adlı şəxsgilə getmişlər. Həsəni o, uzun illərdir tanımışdır və o, Ağcabədi rayonunda mobil telefon alış-verişi ilə məşğuldur. Həsən ilə aralarında heç bir düşmənçilik və şəxsi ədavət olmamışdır. Həsən ilə onların yaşadığı Ağcabədi rayonunda yerləşən evin qarşısında görüşmüşlər və o, ona bildirmişdir ki, topdan telefon satışı ilə məşğuldur. Əllərində olan mobil telefonları Həsənə göstərmiş və o, həmin telefonlara baxaraq təxminən 15 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları bəyənmişdir. Həmin mobil telefonlara görə Həsən ona 1000 (min) manat pul vermişdir. Həsənin həmin mobil telefonların oğurluq olması barədə heç bir məlumatı olmamışdır, çünki o, ona bildirmişdir ki, həmin mobil telefonlar özünə məxsusdur və topdan satış ilə məşğuldur. Həsəndən 1000 (min) manat aldıqdan sonra həmin pulu Turala vermişdir. Həmin puldan Tural ona 200 (iki yüz) manat pul vermişdir, Rüstəmə isə 100 (yüz) manat vermişdir. Bundan sonra onlar Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gəldikdən sonra onlar ayrılmışlar və hərə öz işinə getmişdir. Bu gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün yaşadığı evin qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gələn zaman o, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Həm Turalın, həm də Rüstəmin Vüsalim ilə tanışlıqları olub. Vüsalim Rüstəmi onun qohumum kimi, Turalı isə onun dostu kimi tanıyıb. Aralarında heç bir düşmənçilik və şəxsi ədavət olmayıb. İfadəsində qeyd etdiyi kimi onların aralarında razılaşma ondan ibarət olub ki, Tural onun ona göstərdiyi qaydada mağazaya daxil olacaq, mağazadan onun ona dediyi yerdən mobil telefonları oğurlayacaq, özü isə Rüstəmlə birlikdə oğurlanmış mobil telefonların satışını həyata keçirəcəkdilər. Əvvəlcədən aralarında razılıq pulun üç yerə bölünməsindən ibarət olsa da, daha sonradan Turalın daha çox fəal hərəkət etdiyinə görə Tural onlara az pul vermiş və onlar etiraz etməmişlər. Mobil telefonları satan zaman şəxsiyyət vəsiqəsindən istifadə etməmiş, çünki həmin şəxslər onu şəxsən tanıyıblar və buna lüzum olmamışdır. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır, Təqsirləndirilən şəxs1 isə Rüstəmin qohumdur və o, onu Rüstəmin hesabına 2 ay olar tanıyır. Aralarında heç bir düşmənçilik və ya şəxsi ədavət yoxdur. Baş vermiş oğurluq hadisəsindən bir-neçə gün öncə o, Fariz və Rüstəm ilə şəhərdə gəzən zaman söhbət əsasında borcunun olduğunu söyləmişdir. X3 yaşayan tanışlarına 8000 manat borcu olmuş və həmin borc sahibləri pulun geri qaytarılmasını tələb etdiklərinə görə son zamanlar çox sıxılırmış. Bunu danışan zaman Fariz ona təklif etmişdir ki, onun tanışı Vüsalim adlı şəxsin işləditdiyi mağazadan oğurluq etsin. Fariz bildirmişdir ki, özü ona mağazaya hansı yolla rahat daxil olacağını izah edəcək və oğurluq etdikdən sonra əldə olunmuş mobil telefonların satışına Rüstəm ilə birlikdə köməklik göstərəcəklər. Rüstəm də onlarla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən əldə edilmiş pulu onlar üç yerə böləcəkmişlər. Fariz, Rüstəm və o, oğurluq edəcəyi telefon mağazasının yaxınlığına getmişlər və orada Fariz ona həmin mağazanın girişini göstərmişdir. İzah etmişdir ki, mağazanın giriş qapısının kənarında olan nəfəsliyin dəmir barmaqlıqları yumşaq dəmirdəndir və əyilir. O, həmin dəmiri əyərək nəfəslikdən mağazaya daxil olmalı olmuşdur. Həmçinin izah etmişdir ki, nəfəslikdən içəri daxil olduqdan sonra mağazanın arxa otağına, yəni mobil telefonların saxlanc yerinə daxil olmalı olmuşdur. İzah etdikdən sonra onlar evlərinə getmişlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 02 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən telefon mağazasının qarşısına getmişdir. Orada mağazanın girişin sol hissəsində olan nəfəsliyin dəmir barmaqlıqlarını əli ilə əymiş və nəfəslik açıq olduğundan oradan mağazanın arxa otağına daxil olmuşdur. Farizin dediyi kimi mağazanın arxa otağında olan dolabın içərisində təxminən 50 ədəd mobil telefon olmuşdur. Həmin mobil telefonları özü ilə apardığı qara rəngli bel çantasının içərisinə yerləşdirmişdir. Mağazaya daxil olduğu yerdən, yəni nəfəslikdən də mağazdan çıxmış və yaşadığı evə getmişdir. Həmin vaxt əynində idman forması və kapuşonka olmuşdur. Kapuşonkanı ona görə taxmışdır ki, haradasa kameraya düşsə üzünü tanımaq çətin olsun. Yaşadığı evə gəldikdən sonra bir müddət istirahət etmiş və həmin gün saat 07 radələrində Rüstəmə zəng edərək, artıq oğurluq etdiyini bildirmiş və gəlmələrini onlardan xahiş etmişdir. Bir-neçə dəqiqə sonra Fariz və Rüstəm kirayə yaşadığı evə gəlmişlər. Evdə olan zaman onun mağazadan təxminən 50 ədəd mobil telefon oğurladığını görmüşlər. Həmin mobil telefonların arasında işləməyən və detal kimi olan mobil telefonlar da, sadə mobil telefonlar da, normal vəziyyətdə olan istifadə edilmiş mobil telefonlar da olmuşdur. Oğurlanmış mobil telefonların arasında təzə mobil telefon olmamışdır. Həmin mobil telefonları qara rəngli çantaya yığmışlar və üçü bir yerdə Biləcəri dairəsi adlanan yerə getmişlər. Orada Farizin mobil telefon alış-verişi ilə məşğul olan tanışı Qoşqar adlı şəxs olmuş və Biləcəri dairəsi adlanan yerdə yerləşən kafelərin birində oturmuşdur. O, Fariz və Rüstəm həmin kafeyə daxil olmuşlar və Qoşqarın masasına əyləşərək, onunla söhbət etmişlər. Həmin vaxt Qoşqar tək olmuşdur. Aralarında olan söhbət zamanı Fariz Qoşqara bildirmişdir ki, 7 ədəd müxtəlif markalarını xatırlamadığı, işlək vəziyyətdə olan və istifadə edilmiş mobil telefonları satır. Maddi durumu zəif olduğuna görə həmin mobil telefonları satmaq istədiyini bildirmişdir. Qoşqarla söhbət zamanı Fariz mobil telefonların özünə məxsus olmasını bildirmişdir və onun oğurluq hadisəsi barədə heç bir məlumatı olmamışdır. Qoşqar Farizlə razılaşmış və həmin 7 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları ondan 720 (yeddi yüz iyirmi) manata almışdır. Həmin kafenin içərisində Fariz mobil telefonları Qoşqara vermiş və o, Farizə 720 (yeddi yüz iyirmi) manat pul vermişdir. Mobil telefonları satan zaman Qoşqara həmin mobil telefonların adapterlərini və qutularını verə bilmədiyi üçün Fariz bildirmişdir ki, telefonları istifadə edilmiş aldığı üçün adapter və qutu yoxdur. Qoşqar Farizin telefon alış-verişi ilə məşğul olduğunu bildirmişdir. Qoşqarla aralarında heç vaxt düşmənçilik və şəxsi ədavət olmayıb və hadisədən öncə onu tanımamışdır. Kafedən çıxdıqdan sonra həmin 720 (yeddi yüz iyirmi) manat pulu Fariz ona vermiş və o, həmin puldan ona 120 manat pul vermişdir. O, isə həmin pulun 20 manatını Rüstəmə vermişdir. Pulu ona görə 3 yerə bölməmək qərarına gəlmişlər ki, işdə daha böyük əziyyət çəkən özü olmuşdur. Bundan sonra ayrılmışlar və evlərinə getmişlər. Mobil telefonlar olan çanta həmin vaxt özündə qalmışdır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, Fariz və Rüstəmlə mobil telefon vasitəsi ilə danışmış və Farizin təklifi ilə əllərində olan mobil telefonları şübhəli olmamağı üçün satmaq məqsədilə Ağcəbədi rayonuna getmək qərarına gəlmişlər. Həmin rayonu seçməkdə məqsədləri ondan ibarət olmuşdur ki, Rüstəm həmin rayondan olmuşdur, Fariz isə uzun müddət orada yaşamışdır və onların orada çox saylı tanışları olmuşdur. Rayona getmək üçün o, Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi adlanan ərazidən 90 (doxsan) manata icarə Hyundai Elantra markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili götürmüş, daha sonra isə Fariz və Rüstəmi də şəhərdən götürərək, Ağcəbədi rayonuna yola düşmüşlər. Ağcabədi rayonuna çatan zaman saat təxminən 21 radələri olduğundan onlar orada qalmaq qərarına gəlmişlər və Rüstəmgilin orada evi olduğundan Fariz Rüstəmlə birlikdə onların evinə, onun isə Ağcabədidə evi olduğuna görə öz evinə qalmağa getmişdir. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat 09 radələrində onlar üçü görüşmüşlər və Farizin tanışı Həsən adlı şəxsgilə getmişlər. Həsən mobil telefon alış-verişi ilə məşğul olan şəxs olmuş və o, Fariz ilə Rüstəmi də həmin işlə məşğul olan şəxslər kimi tanıyırmış. Fariz və Rüstəm Həsənə bildirmişlər ki, topdan mobil telefon satışı ilə məşğuldurlar və həmin telefonlar onlara məxsusdur. Həsənin mobil telefonların oğurluq olması barədə məlumatı olmamışdır. Həsən mobil telefonlara baxdıqdan sonra ordan təxminən 15 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları bəyənmişdir. Həmin mobil telefonlara görə Həsən Farizə 1000 (min) manat pul vermişdir. Həsəndən 1000 (min) manat aldıqdan sonra Fariz həmin pulu ona vermişdir. Həmin puldan o, Farizə 200 (iki yüz) manat vermiş, Rüstəmə isə 100 (yüz) manat vermişdir. Bundan sonra onlar Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gəldikdən sonra onlar ayrılmışlar və hərə öz işinə getmişdir. Bu gün, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün yaşadığı evin qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gələn zaman o, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Həmin şəxsin Vüsalim olmasını bilirmiş və bir-neçə dəfə onu Farizlə birlikdə görmüşdür. Onunla heç bir düşmənçiliyi və ya şəxsi ədavəti olmayıb. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həm xalası oğludur, həm də qaynıdır. Tural isə onun dostudur. Tural ilə Fariz onun hesabına bir-birilərini tanıyıblar və münasibətləri yaranıb. Onların bir-biriləri ilə heç vaxt düşmənçilikləri və ya şəxsi ədavəti olmayıb. Baş vermiş oğurluq hadisəsindən birneçə gün öncə o, Tural və Fariz ilə şəhərdə gəzən zaman söhbət əsasında Turalın tanımadığı şəxslərə borclarının olmasını eşitmişdir. Buna görə Fariz Turala təklif etmişdir ki, daha əvəllər işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən telefon mağazasından oğurluq etsin. Həmçinin ona bildirmişdir ki, o, daha əvəllər həmin mağazada işlədiyinə görə mağaza sahibinin mobil telefonları harada saxladığını, mağazaya hansı yolla daxil ola biləcəyini ona izah edəcək. Daha sonra o, oğurluq etdikdən sonra oğurladığı mobil telefonları ona və Farizə verəcəkdir, onlar isə öz növbələrində həmin mobil telefonların satışını həyata keçirib, qazanacaqları pulu üç yerə böləcəkmişlər. Oğurluq olunacaq mağazanın sahibi Vüsalim adlı şəxs olmuş, o, onu qohumu Farizin hesabına tanımış və heç bir düşmənşiliyi və şəxsi ədavəti olmamışdır. Tural ilk öncə tərəddüd etsə də, daha sonra borcunun olduğuna görə onunla razılaşmış və danışdıqları telefon mağazasından oğurluq edəcəyini bildirmişdir. Buna görə də onlar üçü bir yerdə, yəni o, Tural və Fariz oğurluq olacaq mağazanın yaxınlığına getmişlər və Fariz orada Turala oğurluq edəcəyi mağazanı kənardan göstərmişdir. Aralarında olan razılaşmaya əsasən Tural xx.xx.2020-ci il tarixdə gecə radələrində həmin mağazadan oğurluq etməli olmuş, lakin onunla birlikdə oğurluq etməyə nə o, nə də Fariz getməyəcəkmişlər. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Tural ona zəng edərək bildirmişdir ki, oğurluq edəcəyi mağazdan artıq mobil telefonları oğurlamış və hazırda yaşadığı Bakı şəhəri, Yasamal rayonunda “Ağ Çiçəyim” gül dükanının arxasında yerləşən kirayə yaşadığı mənzildədir. O, evdən çıxaraq həmin ünvana getmiş və yolda olan zaman qohumu Farizə də bu barədə məlumat vermişdir. Turalgilin evində görüşən zaman Turalın mağazadan təxminən 50 ədəd mobil telefon oğurladığını görmüşdür. Həmin mobil telefonların arasında işləməyən və detal kimi olan mobil telefonlar da, sadə mobil telefonlar da, normal vəziyyətdə olan istifadə edilmiş mobil telefonlar da olmuşdur. Oğurlanmış mobil telefonların arasında təzə mobil telefon olmuşdur. Həmin mobil telefonları qara rəngli çantaya yığmışlar və üçü bir yerdə Biləcəri dairəsi adlanan yerə gəlmişlər. Orada Farizin mobil telefon alış-verişi ilə məşğul olan tanışı Qoşqar adlı şəxs olmuşdur və Biləcəri dairəsi adlanan yerdə yerləşən kafelərin birində oturmuşdur. O, Tural və Fariz həmin kafeyə daxil olmuşlar və Qoşqarın masasına əyləşərək, onunla söhbət etmişlər. Həmin vaxt Qoşqar tək olmuşdur. Aralarında olan söhbət zamanı Fariz Qoşqara bildirmişdir ki, 7 ədəd müxtəlif markalarını xatırlamadığı, işlək vəziyyətdə olan və istifadə edilmiş mobil telefonları satır. Maddi durumu zəif olduğuna görə həmin mobil telefonları satmaq istədiyini bildirmişdir. Qoşqarla söhbət zamanı mobil telefonların Farizə məxsus olmasını bildirmiş və onun oğurluq hadisəsi barədə heç bir məlumatı olmamışdır. Qoşqar onunla razılaşmış və həmin 7 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları Farizdən 720 (yeddi yüz iyirmi) manata almışdır. Həmin kafenin içərisində Fariz mobil telefonları Qoşqara vermiş və o, Farizə 720 (yeddi yüz iyirmi) manat pul vermişdir. Mobil telefonları satan zaman Qoşqara həmin mobil telefonların adapterlərini və qutularını verə bilmədiyi üçün Fariz bildirmişdir ki, telefonları istifadə edilmiş aldığı üçün adapter və qutu yoxdur. Qoşqar Farizin telefon alış-verişi ilə məşğul olduğunu bildirmişdir. Qoşqarı o, əvəllər tanımamış və onunla aralarında heç vaxt düşmənçilik və şəxsi ədavət olmamışdır. Kafedən çıxdıqdan sonra həmin 720 (yeddi yüz iyirmi) manat pulu Fariz Turala vermiş, çünki oğurluğun edilməsində onun rolu böyük olmuş və o, real olaraq oğurluğu icra etmişdir. Tural həmin puldan Farizə 120 (yüz iyirmi) manat pul vermiş, Fariz isə öz növbəsində ona öz pulundan 20 (iyirmi) manat vermişdir. Bundan sonra Fariz şəxsi işləri olduğuna görə onlardan ayrılmış və getmişdir. Fariz getdikdən sonra onlar da yaşadıqları evlərə getmişlər. Həmin vaxt mobil telefonlar olan çanta Turalın özündə qalmışdır. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Fariz və Tural ona zəng edərək, mobil telefonları satmaq məqsədilə Ağcabədi rayonuna gedəcəklərini və bunun üçün Turalın icarə avtomobil götürəcəyini bildirmişlər. Bakı şəhərində həmin telefonları satmaq şübhəli ola biləcəyinə görə onlar telefonları Ağcabədi rayonunda satmaq qərarına gəlmişlər. O, Ağcabədi rayonundan olduğundan və Fariz isə 4-5 il orada yaşadığı üçün onların orada tanışları olmuş və mobil telefonları rahat şübhəsiz satacaqlarından əmin olmuşlar. Tural onlarla razılaşmış və Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi adlanan ərazidən Turalın deməsinə görə 90 (doxsan) manata icarə Hyundai Elantra markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili götürmüş və onlar üçü, yəni o, Fariz və Tural Ağcabədi rayonuna yola düşmüşlər. Ağcabədi rayonuna çatan zaman saat təxminən 21 radələri olduğundan onlar orada qalmaq qərarına gəlmişlər və onun orada evi olduğuna görə o, Farizlə birlikdə evlərinə getmişlər, Tural isə bildirmişdir ki, tanışlarıgildə qalacaq. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə saat 09 radələrində onlar üçü görüşmüşlər və Farizin tanışı Həsən adlı şəxsgilə getmişlər. Həsəni o, uzun illərdir tanımış və o, Ağcabədi rayonunda mobil telefon alış-verişi ilə məşğuldur. Həsən ilə aralarında heç bir düşmənçilik və şəxsi ədavət yoxdur. Həsən ilə onların yaşadığı Ağcabədi rayonunda yerləşən evin qarşısında görüşmüşlər və onlar ona bildirmişlər ki, topdan telefon satışı ilə məşğuldurlar. Əllərində olan mobil telefonları Həsənə göstərmişlər və o, həmin telefonlara baxaraq təxminən 15 ədəd müxtəlif markalarını xatırlamadığı mobil telefonları bəyənmişdir. Həmin mobil telefonlara görə Həsən Farizə 1000 (min) manat pul vermişdir, çünki pul söhbətini Fariz etmişdir. Həsənin həmin mobil telefonların oğurluq olması barədə heç bir məlumatı olmamışdır, çünki onlar ona bildirmişlər ki, həmin mobil telefonlar onlara məxsusdur və onlar topdan satış ilə məşğuldurlar. Həsəndən 1000 (min) manat aldıqdan sonra Fariz həmin pulu Turala vermişdir. Həmin puldan Tural Farizə 200 (iki yüz) manat pul vermişdir, ona isə 100 (yüz) manat vermişdir. Bundan sonra, onlar Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gəldikdən sonra onlar ayrılmışlar və hərə öz işinə getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün Sahil metrostansiyasının qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilmiş, polis şöbəsinə gələn zaman səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Qeyd etdiyi kimi onların aralarında razılaşma ondan ibarət olmuşdur ki, Tural Farizin ona göstərdiyi qaydada, yəni mağazanın giriş qapısının yanında olan nəfəsliyin dəmir barmaqlıqlarını qıraraq mağazaya daxil olacaqmış. Daha sonra mağazadan Farizin ona dediyi yerdən, yəni mobil telefon mağazasının arxa otağnda olan saxlanc yerindən mobil telefonları oğurlayacaqmış. O isə, Farizlə birlikdə oğurlanmış mobil telefonların satışını həyata keçirəcəkmiş. Əvvəlcədən aralarında razılıq pulun üç yerə bölünməsindən ibarət olsa da, sonradan Turalın daha çox fəal hərəkət etdiyinə görə Tural onlara az pul vermiş və onlar da etiraz etməmişlər. Vüsalim mağazasında köhnə və istifadəyə yararsız mobil telefonları detallarından təmirdə istifadə etmək üçün alırmış. Oğurlanmış və istifadəyə yararlı mobil telefonlar satıldıqdan sonra qalıq telefonlar işləmirmiş və detal kimi yararlı ola bilərmiş. Buna görə də Tural həmin telefonları yerini bilmədiyi yerə zibilə atıb, çünki onlar satış üçün yararsız olmuşdur. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı ünvanda yerləşən “EL telecom” adlı mağazanı icarə əsasında işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində mağazada işləyən Təqsirləndirilən şəxs1 Şaliz oğlu ilə birlikdə mağazadan çıxaraq, mağazanın qapısını bağlamışlar. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində o mağazaya gəldikdə naməlum şəxsin içəriyə daxil olaraq, mağazanın vitrinində və içəridə olan telefonları oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə zəng etmiş və polis əməkdaşları hadisə yerinə gələrək, hadisə yerinə baxış keçirmişlər. Hadisə yeri müayinə olunduqdan sonra sərbəst şəkildə mağazasına daxil olmuş və müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər mağazanın vitrinində işlənmiş olan mobil telefonları, yəni 300 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “A50” modelli, 240 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “A30” modelli, 170 manat dəyərində 01 ədəd göy rəngli “Samsung” markalı “A20” modelli, 140 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “A 10” modelli, 110 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “A5-2016” modelli, 120 manat dəyərində 01 ədəd qızılı rəngli, 352 901 062 543 485 İMEİ kodlu “Samsung” markalı, “J5- 2017” modelli, hər biri 80 manat olan ümumilikdə 160 manat dəyərində 02 ədəd çəhrayı və qara rəngli “Samsung” markalı, “NOTE3” modelli, 85 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “NOTE3-NEO” modelli, 110 manat dəyərində 01 ədəd qara rəngli 352 902 062 553 463 İMEİ kodlu “Samsung” markalı, “J5-2016” modelli, 75 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “Grand2-7102” modelli, 100 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J2-2018” modelli, hər biri 70 manat olmaqla,ümumilikdə dəyərləri 210 manat təşkil edəd 03 ədəd qızılı, ağ və boz rəngli “Samsung” markalı, “GrandPrime” modelli, hər biri 90 manat olmaqla,ümumilikdə dəyərləri 270 manat təşkil edəd 03 ədəd qara rəngli “Samsung” markalı, “J2-Prime” modelli, hər biri 80 manat olan ümumilikdə dəyərui 160 manat təşkil edən 01 ədəd qara və qızılı rənglərdə olan “Samsung” markalı, “J2-2016” modelli, 110 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J3-2017” modelli, 60 manat dəyərində 01 ədəd ağ rəngli “Samsung” markalı, “9082” modelli, 30 manat dəyərində 01 ədəd boz rəngli “Samsung” markalı, “7582” modelli, 140 manat dəyərində 01 ədəd qırmızı rəngli “Ulefone” markalı, “S-ll” modelli, 90 manat dəyərində 01 ədəd qara rəngli “Alcatel” markalı, “Shine” modelli, 100 manat dəyərində 01 ədəd qara rəngli 359 966 085 706 975,, 359 965 085 716 693 İMEİ kodlu “Samsung” markalı, “J2-2018” modelli, 80 manat dəyərində 01 ədəd göy rəngli “Alcatel” markalı, “İdol4” modelli, 80 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J2-Core” modelli, 25 manat dəyərində 01 ədəd ağ rəngli “Samsung” markalı, “7262” modelli, 120 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J4+” modelli, 160 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J6+” modelli, 135 manat dəyərində 01 ədəd qara rəngli “Xiomi” markalı, “Redmi Mia2 lite” modelli, 200 manat dəyərində 01 ədəd ağ rəngli “Xiomi” markalı, “Redmi Mia3 lite” modelli, 70 manat dəyərində 01 ədəd göy rəngli “Xiomi” markalı, “Redmi go” modelli, 60 manat dəyərində 01 ədəd qara rəngli “Venus” markalı, 160 manat dəyərində 01 ədəd qara rəngli 869 012 032 535 820, 865 971 034 799 102 İMEİ kodlu “Huawei” markalı, “Psmart-2018” modelli, 140 manat dəyərində 01 ədəd qara rəngli 865 971 034 799 094 “Xiomi” markalı, “MİA 2” modelli, 120 manat dəyərində 01 ədəd boz rəngli “Xiomi” markalı, “Mİs2” modelli, 15 manat dəyərində 01 ədəd ağ rəngli “Samsung” markalı, “6802” modelli, 160 manat dəyərində 01 ədəd mavi rəngli “Samsung” markalı, “J6-2018” modelli mobil telefonları oğurlamışlar. Daha sonra masanın üzərinə baxdıqda, masanın üzərində yeni qutuda olan 190 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J3-2017” modelli, 355 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J6-2018” modelli, hər biri 220 manat olan, ümumilikdə dəyəri 440 manat təşkil edən 02 ədəd qızılı rəngli “Samsung” markalı, “J5-2017” modelli, 340 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “J7- 2017” modelli, 370 manat dəyərində 01 ədəd qara rəngli “Samsung” markalı, “A8- 2018” modelli mobil telefonların, həmçinin özünə məxsus 300 manat dəyərində olan “Toshiba” markalı notbukumun da oğurlandığını aşkar etmişdir. Mobil telefonların oğurlanması nəticəsində ona ümumilikdə 5900 manat, noutbukun nəticəsində isə 300 manat olmaqla, ümumilikdə ona 6200 manat maddi ziyan dəymişdir. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində icarədarı olduğu Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “El telekom” mobil telefonların alqısatqısı mağazasını bağlayaraq yaşadığı evə getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində icarədarı olduğu mağazaya gələn zaman mağazanın giriş qapısının sol hissəsində olan nəfəsliyin üzərindəki dəmir barmaqlıqların əyildiyini və kiminsə mağazaya nəfəslikdən daxil olduğunu görmüşdür. Mağazanın qapısını açaraq ora daxil olmuş və ona məlum olmuşdur ki, orada mağazanın arxa otağında olan dolabdan bir ədəd 120 manat dəyərində Samsung C5, bir ədəd 120 manat dəyərində Samsung A10, bir ədəd 140 manat dəyərində Samsung A10s, bir ədəd 100 manat dəyərində Samsung A01, bir ədəd 110 manat dəyərində Samsung J4, bir ədəd 130 manat dəyərində Samsung A6, bir ədəd 120 manat dəyərində Samsung A6, bir ədəd 140 manat dəyərində Samsung A5-2017, bir ədəd 135 manat dəyərində Samsung A7 -2016, bir ədəd 95 manat dəyərində Samsung A3 - 2016, bir ədəd 450 manat dəyərində a clas model “Vertu Signature”, bir ədəd 100 manat dəyərində Samsung J5 -2017, bir ədəd 70 manat dəyərində Samsung J7 -2015, bir ədəd 120 manat dəyərində Samsung J7 -2017 gold, bir ədəd 200 manat dəyərində Samsung S7 edge, bir ədəd 130 manat dəyərində Samsung S6 edge, bir ədəd 280 manat dəyərində Samsung S8, bir ədəd 260 manat dəyərində Samsung S8, bir ədəd 100 manat dəyərində Samsung J3-2017, bir ədəd 75 manat dəyərində Hoffman X-max, bir ədəd 55 manat dəyərində Hoffman X-go, bir ədəd 90 manat dəyərində Nokia 5.1 markalı, bir ədəd 120 manat dəyərində Nokia 6.1, bir ədəd 100 manat dəyərində LG g5, bir ədəd 80 manat dəyərində Samsung S5, bir ədəd 100 manat dəyərində LG style 2, bir ədəd 90 manat dəyərində Hisense C30, bir ədəd 80 manat dəyərində Hisense C30, bir ədəd 70 manat dəyərində Samsung J3-2016, bir ədəd 170 manat dəyərində Samsung Note 5, bir ədəd 320 manat dəyərində Samsung Note 8, bir ədəd 100 manat dəyərində Samsung Note 4, bir ədəd 80 manat dəyərində Samsung Note 2, bir ədəd 120 manat dəyərində Samsung 760, bir ədəd 450 manat dəyərində Samsung A71, bir ədəd 350 manat dəyərində Samsung S5+256gb, bir ədəd 300 manat dəyərində İphone 11 Pro max markalı, bir ədəd 1800 manat dəyərində Samsung Note 2 Ultra 256 GB, bir ədəd 800 manat dəyərində Samsung S10+128GB, bir ədəd 430 manat dəyərində Samsung A80+128gb, bir ədəd 230 manat dəyərində Redme Note 8 Blue 4 64 gb, bir ədəd 220 manat dəyərində Redme Note 8 White 64gb, bir ədəd 400 manat Redme Note 9 PRO 128 GB, bir ədəd 190 manat dəyərində Redme Note 7 64 GB, bir ədəd 170 manat dəyərində Redme Note 7 32 GB, bir ədəd 160 manat dəyərində Redmi 8 64 GB, bir ədəd 140 manat dəyərində Redme 8A 32GB, bir ədəd 70 manat dəyərində Redmi GO, bir ədəd 110 manat dəyərində Redme 7A, bir ədəd 230 manat dəyərində Samsung A50 64 GB, bir ədəd 210 manat dəyərində Samsung A40, bir ədəd 300 manat dəyərində Samsung A51, bir ədəd 270 manat dəyərində Samsung A70, bir ədəd 100 manat dəyərində Samsung A20 markalı mobil telefonlar oğurlanmışdır. İlkin olaraq hadisə barədə polisə məlum verməmiş, çünki düşünmüşdür ki, polis cinayəti törətmiş şəxsi müəyyən edə bilməyəcək. Lakin daha sonra xx.xx.2020-ci il tarixdə hadisə barədə polisə məlumat vermək qərarına gəlmişdir. Hadisə xx xxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrindən xx xxxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrinədək olan müddət ərzində icarədarı olduğu Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən “El telekom” mobil telefonların alqı-satqısı mağazasında heç kəsin olmadığı müddət ərzində baş vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 11500 manat məbləğində maddi ziyan dəymişdir. Mağazada olan bütün mobil telefonları o, öz vəsaiti hesabına almış və mobil telefonlar özünə məxsusdur. Oğurlanmış bütün mobil telefonlar istifadə edilmiş mobil telefonlardır. Həmin mobil telefonların arasında istsifadəyə yararsız və detal kimi telefonların təmirində istifadə etmək üçün aldığı mobil telefonlar da olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mobil telefon mağazasında istifadə edilmiş mobil telefonların satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs1 4-5 ildir istifadə edilmiş mobil telefonların alış-verişi ilə məşğul olan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs1la aralarında heç bir düşmənçilik və ya şəxsi ədavət olmayıb. xx.xx.2020-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə çay içən zaman Təqsirləndirilən şəxs1 ona zəng etmiş və alverin zəif olduğuna görə bir vaxtlar alış-veriş məqsədilə aldığı istifadə edilmiş mobil telefonları satdığını bildirmişdir. O, ona kafedə olduqlarını bildirmiş və yolu izah etmişdir ki, həmin yerə gəlsin. Bir-neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 qohumu Rüstəm və dostu Tural ilə birlikdə kafeyə gəlmişlər və o, tək oturduğuna görə onun əyləşdiyi masada əyləşmişlər. Fariz ilə söhbət zamanı o, yenidən bildirmişdir ki, özünə məxsus alış-veriş məqsədilə aldığı mobil telefonları hazırda satır. O, mobil telefonlara baxdıqdan sonra həmin telefonlardan 7 ədəd mobil telefonu bəyənmiş və həmin telefonlara görə Farizə 720 manat pul verərək, onları almışdır. Farizin ona göstərdiyi mobil telefonların arasında xeyli sayda istifadə üçün yararslz mobil telefonlar olmuşdur. Fariz həmin telefonların detallarının təmirdə istifadə edildiyini qeyd etmiş, lakin o, həmin telefonlardan almamışdır. Adətən işlədiyi mağazada istifadə edilmiş mobil telefon alan zaman mobil telefonu satan şəxsin şəxsiyyət vəsiqəsini alıb nüsxəsini çıxarır və həmin vərəqin arxasında aldığı mobil telefonun markasını, imei kodunu və hansı qiymətə aldığını qeyd edir. Təqsirləndirilən şəxs1 tanıdığına görə düşünürmüş ki, o, ona problemli mobil telefon satmaz. Buna görə də, həmin vaxt ondan ancaq şəxsiyyət vəsiqəsinin nüsxəsini istəmiş, lakin heç bir qeydiyyat aparmamışdır. Həmin şəxsiyyət vəsiqəsinin nüsxəsini könüllü olaraq istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı mobil telefonların cinayət yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmayıb. Hazırda həmin telefonların yeddisini də tanımadığı müştərilərə satmışdır. Həmin telefonların yeddisi də “Samsung” markalı mobil telefonlar olmuşdur, lakin modellərini xatırlamır. Hadisə ilə bağlı başqa heç bir məlumatı yoxdur. 2020-ci ilin əvvəllərində Farizdən mobil telefon almamışdır. İş materiallarına əlavə olunmuş könüllü təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa könüllü təqdim etdiyi 01 vərəqədə olan bir ədəd sənəd Təqsirləndirilən şəxs1 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nüsxəsidir. Həmin sənədin arxa hissəsində göy rəngli qələm ilə “Samsung J2-2018, İMEİ: 359 966 085 706 975, 359 965 085 716 693, 50 manat” yazıları və bir ədəd imza vardır. Baxışda iştirak edən Şahid1 həmin imzanın Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirdi, yazılar isə həmin telefonun Təqsirləndirilən şəxs1 50 manata alınmasını, həmin telefonun markasını və İMEİ kodunu göstərir. Şahid1 bildirdi ki, həmin mobil telefonu işlədiyi mağazada tanımadığı müştəriyə satmışdır. Qeyd olunan şəxsiyyət vəsiqəsinin surəti götürülərək iş materiallarına əlavə edilmişdir (cild 2, i/v 93-95). İş materiallarına əlavə olunmuş könüllü təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən istintaqa könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olan şəxsiyyət vəsiqəsinin surəti götürülərək iş materiallarına əlavə edilmişdir (cild 2, i/v 121-123). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Şahid2 tərəfindən istintaqa könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olan şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i/v 124-146). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Şahid1 tərəfindən istintaqa könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olmaqla, arxa hissəsində mobil telefonun marka, İMEİ kodu və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonun alınma məbləği qeyd olunan şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i/v 124-146). İş materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüntüdə əks olunan şəxsin Təqsirləndirilən şəxs3 olduğunu, o cümlədən Təqsirləndirilən şəxs3 görüntüdə əks olunan şəxsin özü olduğunu bildirmişdir (cild 2, i/v 74-76). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-609/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 48, cild 2, i/v 52-57). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-610/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 70, cild 2, i/v 58-63). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-608/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 101, cild 2, i/v 46-51). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i/v 77). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i/v 78). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i/v 79). İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2013-cü il tarixdə X6 ilə nikaha daxil olmuşdur (cild 1, i/v 231). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018ci il təvəllüdlü X1 adlı dörd azyaşlı uşaqları vardır (cild 1, i/v 233-234). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan ərizələrdən görünür ki, 1(006)-164/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş maddi ziyan (zərər) tam ödənilmişdir. Onlara qarşı heç bir mülki iddia və şikayəti yoxdur. Hökm çıxarılarkən təqsirləndirilən şəxslər ilə barışmağını nəzərə alaraq onların barəsində daha yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənilmişdir, onlara qarşı heç bir iddia və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan qəbzdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi zərər tam ödənilmişdir, gələcəkdə həmin cinayət işi üzrə heç bir maddi tələbi olmayacadır. Məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərin dəyərinin məbləği 4000 (dörd min) manat olması barədə razılığa gələrək X12 tərəfindən 4000 (dörd min) manat pul Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəməyə təqdim olunmuş Lənkəran rayon ƏSMM tərəfindən verilmiş 221982 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2-ci qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 32.4, 32.5, 177.2.3, 32.4, 32.5, 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələri özlərinin etirafları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 32.4, 32.5, 177.2.3, 32.4, 32.5, 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməlləri qismən etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində dörd azyaşlı uşaqlarının olmasını, 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus olan şəxsiyyət vəsiqəsinin surəti və Təqsirləndirilən şəxs1 məxsus olmaqla, arxa hissəsində mobil telefonun marka, İMEİ kodu və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonun alınma məbləği qeyd olunan şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs3 göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı isə dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 32.4, 32.5, 177.2.3, 32.4, 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus olan şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus olmaqla, arxa hissəsində mobil telefonun marka, İMEİ kodu və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonun alınma məbləği qeyd olunan şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-164/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-164/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver