Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-164/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Türkmənistan Respublikası, Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə saat 14:34-də vətəndaşların azad girib-çıxdığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 175 saylı binanın blokuna daxil olub, 4-cü mərtəbədə yerləşən 9 saylı mənzilin giriş qapısının qarşısına qoyulmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd 850 manat dəyərində "‘Marlin-Trek 7” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 oktyabr 2022-ci il tarixdə saat 21:15-də vətəndaşların azad girib-çıxdığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 175 saylı binanın blokuna daxil olub, 4-cü mərtəbədə yerləşən 9 saylı mənzilin giriş qapısının qarşısına qoyulmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd 850 manat dəyərində “Marlin-Trek 7” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham aktı elan olundu və CD diskdə olan hadisə anlarını özündə əks etdirən görüntülər göstərildi və o, başını qabağa doğru hərəkət edərək ona elan edilmiş ittihamda özünün təqsirli olduğunu nümayiş etdirdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün davranışı, zərərçəkmiş şəxsin məhkəməyədək istintaq dövründə verdiyi ifadəsi, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 175, mənzil 9-da yaşayır. Təxminən 1 il əvvəl Almaniya istehsalı “Marlin-Trek 7” markalı hər biri 1.500 manata olan ümumilikdə 3.000 manata 2 ədəd velosiped almış, həmin velosipedi həmişə yaşadığı mənzilin giriş qapısında bir-birinə bağlamadan, yəni açıq vəziyyətdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarından etibarən evdə olmuş və velosipeddən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında mənzildən çıxan zaman ona məxsus velosipedlərin yerində olmadığını görmüş, sonra binada mənzilinin giriş hissəsində yerləşdirdiyi videomüşahidə kameralarına baxan zaman xx.xx.2022-ci il tarixdə saat 14:34-də və həmin günü saat 21:15 radələrində tanımadığı bir nəfər şəxsin həmin velosipedləri götürməsi kameralarda əks olunmuş, sonra o, hadisə barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, ona ümumilikdə 3.000 manat dəyərində maddi ziyan dəymiş, hazırda ona məxsus 2 ədəd Almaniya istehsalı “Marlin Trek7” markalı velosipedləri oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, sonuncu tərəfindən vurulmuş ziyanın ödənildiyini göstərmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan 17 oktyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-82-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 143-145-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 202-206-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 220-223-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində əlavə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Cinayət işinin 244-245-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatıik Fkspertiza Mərkəzi» X10 xx.xx.2022-ci il tarixli 3387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onunla ünsiyyət yaratmaq mümkün olmadığı üçün obyektiv anamnestik məlumatları əldə etmək mümkün olmaması; cinayət işinə əlavə edilmiş TƏBİB Sabirabad rayon X2 Poliklinika şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 857 №-li arayışda Təqsirləndirilən şəxs «Şizofreniya paranoid forma» diaqnozu ilə xx.xx.2002-ci il tarixdən psixiatrın qeydiyyatında olması qeyd olunmuşdur. Yuxarıda göstərilənlərə və təqdim edilmiş arayışa görə Sabirabad rayon X2 Poliklinika şöbəsində «Şizofreniya paranoid forma» diaqnozu ilə psixiatrik qeydiyyatda olmasını nəzərə alaraq, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinin düzgün qiymətləndirilməsi ətraflı və uzun müddətli müayinə tələb etdiyi üçün onun stasionar məhkəmə-psixiatrik ekspertizasına göndərilməsinin zəruri olması qeyd olunmuşdur. Cinayət işinin 149-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatıik Fkspertiza Mərkəzi» X10 xx.xx.2023-cü il tarixli 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» xroniki psixi xəstəliyinə xas əlamətlər müşahidə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan «Paranoid şizofreniya» xəstəliyinin gedişində dayanıqlı remissiya vəziyyəti olduğu müəyyən edilir. Buna görə Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi «Paranoid şizofreniya» xəstəliyinin gedişində dayanıqlı remissiya vəziyyəti olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, hal-hazırda özünü göstərən bəzi əlamətlərin şizofrenik spektrli patologiyalarına xas olmamasına baxmayaraq onların getdikcə dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkimpsixiatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə tərəfindən təyin edilmiş və cinayət işinin 226-231-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatıik Fkspertiza Mərkəzi» X10 xx.xx.2023-cü il tarixli 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA, X4» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallanndakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (Sabirabad Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsində «Şizofrenıya, paranoid forma» diaqnozu ilə 02 sentyabr 2022-d il tarixdən psixiatnn qeydiyyatında olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri {yoxlanılan şəxsin düşüncəsinin pozulmadığının müəyyən edilməsi, kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi və s.) sübut edir. N.T Nurəliyevin 03 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadə verməsi, əvvəlki məhkəmə psixiatrik ekspertizalarında ünsiyyətə daxil olması, nazırkı ekspertiza müddətində şöbədaxılı dinamik müşahidədə yalnız videomüşahidə zamanı davranışının adekvat olduğunun gülünməsi, ekspert komissiyasının iclasında aparılan müayinə gedişində sadə göstənşləri düzgün icra etməsi, produktiv verbal kontakt qurulması, ona verilən sualları diqqətlə dinləməsi, mimikasında suala uyğun emosional reaksiya nəzərə çarpması, əhvalı-ruhıyyəsındə yüngül dəyişiklik müşahidə olunması, bilərəkdən öz istəyi ilə suallara mahiyyətinə uyğun olmayan şəkildə cavab verməsinin müəyyən edilməsi, kəskin produktiv psixopatoloji sımptomatikanın aşkarlanmaması, ittiham olunduğu cinayət əməli və hadisələr n mahiyyəti barəsində soruşularkən gərginləşərək aktiv şəkildə suallardan yayınmağa çalışdığının müşahidə edilməsi halhazırkı ekspertiza zamanı onun stasionar şöbədə olduğu müddət ərzində təmizliyinə və xarici görkəminə fikir verməməsinin, ümumilikdə özünü narahat aparmasının, ekspert komissiyasının iclasında ünsiyyətə qeyn-adekvat daxil olmamasının onun əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin kəskinləşməsi nətcəsində olmayıb simulyativ davranışla əlaqədar olduğunu gostərir. Təqsirləndirilən şəxs Teymurian oğlunun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbq edilməsinə ehtiyac olmasada, onda müəyyən edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Sonuncu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidanndadır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan dnayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür N.T Nurəliyev hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidanndadır. N.T. Nurəliyevin hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7887 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı, «Trek-Marlin 7» markalı, 29 ölçülü, alüminium korpuslu, sarı-qırmızı rəngli velosipedin istifadədə olması nəzərə alınmaqda 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 850.0 manat müəyyən edilir. Cinayət işinin 104-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan 27 fevral 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, 1 ədəd Çin istehsalı, «Trek-Marlin 7» markalı, 29 ölçülü, alüminium korpuslu, sarı-qırmızı rəngli velosiped maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 03 noyabr 2022ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Sabirabad Rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2 il şərti sınaq müddəti verilmiş, 2) Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 dekabr 2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 6 gün vaxtından əvvəl şərti azad olunmuş; 3) Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 107-115-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 1(006)-169/2020 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkməsi hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 7(007)-212/2022 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 23 iyun 2022-cü il tarixli 107 nömrəli arayışından görünür ki, Nizami Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 1 ay 5 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuşdur. Cinayət işinin 26-cı vərəqəsində olan CD diskdəki məlumatlara məhkəmə iclasında baxış keçirilərək müəyyən olunmuşdur ki, diskin yaddaşında 02 ədəd videogörüntü vardır. Qeydə alınmış 1-ci videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:34-də ünvan 2 ünvanda binanın blokuna daxil olub 4-cü mərtəbədə yerləşən 9 saylı mənzilin giriş qapısının qarşısında qoyulmuş “Marlin-Trek 7” markalı velosipedi götürərək oradan uzaqlaşır. Qeydə alınmış 2-ci videogörüntüdən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixdə saat 21:15-də təkrarən həmin ünvana gələrək giriş qapısının qarşısında qoyulmuş “Marlin-Trek 7” markalı digər velosipedi götürərək oradan uzaqlaşır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, sonuncu tərəfindən vurulmuş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün davranışı, zərərçəkmiş şəxsin ərizəsi, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman ifadə verməməsini, ona verilən sualları diqqətlə dinləməsini, mimikasında suala uyğun emosional reaksiya nəzərə çarpmasını, ittiham olunduğu cinayət əməlini və hadisələrin mahiyyəti barəsində soruşularkən gərginləşərək aktiv şəkildə suallardan yayınmağa çalışdığının müşahidə edilməsini, həmçinin CD diskə baxış keçirilərkən davranışını və ümumilikdə özünü narahat aparmasını simulyativ davranış kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən, oğurluq yəni təkrarən tamah niyyəti ilə özgənin əmlaklarını gizli olaraq talamaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və «Paranoid Şizofreniya, X4» xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə 1 ay 5 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 12 oktyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 oktyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 95.0 və 95.0.1-ci maddələrinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər - məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi olduğundan onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatıik Fkspertiza Mərkəzi» X10 xx.xx.2023-cü il tarixli 84 saylı rəyinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsalı, “Trek Marlin 7” markalı, 29 ölçülü, alüminium korpuslu, sarı-qırmızı rəngli velosiped zərərçəkmiş şəxs N.K.Miuradovaya qaytarıldığından sonuncunun istifadəsində verilmiş hesab ediməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili A.Ə.Əsədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsalı, “Trek-Marlin 7” markalı, 29 ölçülü, alüminium korpuslu, sarı-qırmızı rəngli velosiped zərərçəkmiş şəxs X5 qaytarıldığından sonuncunun istifadəsində verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-164/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-164/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver