Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-164/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1985-ci ildə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X3 mətbəx mebeli hazırlayaraq yaşadığı mənzilə quraşdıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 22 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında sonuncudan 1500 manat pul alıb verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Həqiqət Süleymana maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 2022-ci ilin qış aylarında ünvan 3 ünvanında yerləşən obyekti icarəyə götürüb mebellərin sifarişi ilə məşğul olmuşdur. Belə ki, o, aldığı sifarişləri kəsim sexlərində hazırlatdırıb daha sonra icarəyə götürdüyü ofisdə mebelləri yığıb müştərilərə təhvil verərərk bu yollada gəlir əldə etmişdir. Təxminən həmin obyekti dörd ay işlətmiş, daha sonra maddi sıxıntıları olduğundan ofisi bağlamaq məcburiyyətində qalmışdır. 2022-ci ilin dekabr ayının 22-də Zərərçəkmiş şəxs onun işlədiyi ofisə gələrək evi üçün mətbəx mebeli sifariş vermək istədiyini bildirmiş, bundan sonra birlikdə yaxınlıqda sonuncunun yaşadığı mənzilə getmişlər. Mənzildə söhbət zamanı mətbəxdə düzəldəcəyi mebelin ölçülərini götürüb, mebelin hazırlanması üçün Zərərçəkmiş şəxs 2000 (iki min) manat pul istəmişdir. Razılaşmalarına əsasən beh olaraq 1000 (min) manat, mebel dəsti hazır olduqdan sonra isə qalan 1000 (min) manat ödənilməli olmuş və sifariş verilmiş mebeli bir həftə ərzində hazır edəcəyinə dair söz vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə mebel hazırlamağına görə 1000 (min) manat nağd pul almışdır. Lakin qapıdan çıxarkən Zərərçəkmiş şəxs mebellərin aksessuarları üçün əlavə 500 manat lazım olduğunu bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs həmin zaman mənzildə ona əlavə olaraq 500 manatda pul vermişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs cəmi 1500 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə yenidən həmin şəxsin evinə gedərək mətbəxdə ölçüləri bir daha dəqiqləşdirmiş və xx.xx.2022-ci il tarixədək mebeli quraşdıracağına söz vermişdir. Lakin verdiyi vədə əməl etməmiş və Həqiqət xanımı aldatmışdır. Hər dəfəsində Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onu aldadıb bir neçə gün ərzində mebel dəstini tam şəkildə təhvil verəcəyini bildirsə də, dediklərinə əməl etməmişdir, həmin mebel ofisində işləyərkən mebel düzəltmək üçün xatırlamadığı bəzi müştərilərin pulunu alıb xərcləmiş, sonradan isə söz verdiyi vaxtda mebel dəstlərini hazırlayıb həmin şəxslərə təhvil verməmiş və müştərilər gəldikcə pullarını qaytaracağını fikirləşmişdir. Lakin müştəri azalmış və borclu olduğu şəxslərin pullarını verə bilməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs ona verdiyi pulu alıb borclarını ödəmiş və sonradan sonuncunun mebelini düzəldəcəyini fikirləşmişdir. Lakin müştəri gəlməmiş və bu səbəbdəndə Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş və bundan sonra borcunu ödəməyə başlamışdır. Hal-hazırda onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan sonradan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə vaxtı ünvan 4 ünvanında yerləşən 43 nömrəli mənzildə yaşamışdır. 22 dekabr 2022-ci il tarixdə evi üçün mətbəx mebeli sifariş vermək məqsədi ilə yaşadığı binanın yaxınlığında yerləşən mətbəx mebeli sifarişi qəbul edən ofisə yaxınlaşmışdır. Sifarişi qəbul edən Təqsirləndirilən şəxsla birlikdə yaşadığı mənzilə gəlmişdir. Sonuncu mətbəxdə düzəldəcəyi mebelin ölçülərini götürüb, mebelin hazırlanması üçün ondan 2000 (iki min) manat pul istəmişdir. Razılaşmalarına əsasən beh olaraq 1000 (min) manat, mebel hazır olduqdan sonra isə yerdə qalan 1000 (min) manatı verməli olmuş və Nicat ona mebelin bir həftə ərzində hazır edəcəyinə dair söz vermişdir. Bundan sonra, o, həmin tarixdə Nicata 1000 (min) manat nağd pul vermişdir. Lakin Nicat həmin vaxt mebellərin aksessuarları üçün 500 manat əlavə pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən Nicata əlavə olaraq 500 manat pul vermişdir. Beləliklə, həmin gün Nicata cəmi 1500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Nicat yenidən onun evinə gələrək mətbəxdə ölçüləri bir daha dəqiqləşdirmiş və xx.xx.2022-ci il tarixədək mebeli quraşdıracağına söz vermişdir. Lakin Nicat verdiyi vədə əməl etməmiş və onu aldatmışdır. Hər dəfəsində də mebeli qısa zaman ərzində hazırlayıb təhvil verəcəyi barədə ona müxtəlif bəhanələr gətirərək aldatmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində polisə müraciət etmişdir. Lakin hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Cinayət işi başlanması haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/3119 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i/v 1-2). İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanıdır. (i/v 19-26). İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/3119 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i/v 34-36). İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rüstəm Şıxəliyevin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərarı Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifsini icra edən Fərid Dadaşov tərəfindən ləğv edilmişdir (i/v 49-50). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 89-90). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 oktyabr 2024-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 120-121). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq qazancından 20 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i/v 69-70, 127-131). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan, “axtarışda olan şəxsin tutulması barədə” 29 oktyabr 2024-cü il tarixli protokoldan və “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 29 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-nə təhvil verildiyindən icraat təzələnərək müstəntiqin icraatına qəbul edilmişdir (i/v 67, 76, 78). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin Elnur Abdullayev tərəfindən tərtib edilmiş “maddi ziyanın ödənilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1100 manat pul zərərçəkmiş şəxs X3 təqdim edilmişdir. (i/v 125) Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş 06 mart 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam həcmdə ödənildiyindən onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materilları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-652/2024 saylı, 25 dekabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 27 dekabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-164/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-164/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver