Məhkəmə qərarları › İş №1(006)-165/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-165/2020

19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-165/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 62, mənzil 49 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs x xxxxxx 2019-cu il tarixdə saat 23:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yeni inşa edilmiş binanın qarşısında X3 300 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd polietilen bükümdə təmiz çəkisi 14,482 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, x xxxxxx 2020-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanında yerləşən “28 Moll” ticarət mərkəzinin qarşısında Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun sağ ayağında olan corabın içərisindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 14,482 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 saylı Cəzaçəkmə Müəsisəsində cəza çəkərkən əslən Cəlilabad rayonundan olan məhkum X8 ilə tanış olmuşdur. 2019-ci ilin yay ayında Faiq komendaturaya buraxıldıqdan sonra onunla tez-tez görüşməyə başlamışdır. Faiqdən hələ tutulana kimi iki dəfə hamının şüşə kimi tanıdığı metamfetamin almışdır. Sonuncu də Faiqlə o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin yaxılığında görüşmüşdür. Əvvəlcədən Faiqlə aralarında olan danışığa görə Faiq ona heroin və şüşə, yəni metamfetmain gətirməli idi. Dediyi kimi Faiqlə həmin ünvanda görüşmüş və Faiq ona bir büküm sellofanda heroin və iki ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə və içərisində şüşə deyilən metamfetmain vermişdir. Sellofan bükümdə olan heroini sağ ayağında olan corabına, içərisində metmafetamin olan iki ədəd gümüşü rəngli kağız bükümlərdən birini özündə olan “Vinston" markalı siqaret qutusuna qoyub siqaret qutusunu isə əynində olan qara rəngli şalvarının sağ yan cibinə və digər gümüşü rəngli kağız bükümü isə sağ yan cibinin üzərində olan cibinə qoymuşdur. Heroini 300 manata alsa da iki bükümdə olan metamfetmaini isə Faiq ona hədiyyə vermişdir. Bir az Faiqlə söhbət etdikdən sonra o, Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısına getmiş və artıq ayın tarixi xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 00:05 radələrində orada olarkən bu vaxt ona mülki geyimdə bir neçə nəfər şəxs yaxınlaşıb özlərini Nəsimi rayon X7 Axtarış Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər və onlardan biri ondan kimliyi barədə soruşduqdan sonra o, Təqsirləndirilən şəxs olduğunu və Bakı şəhəri, Qardağ rayonu Sahil qəsəbəsində yaşadığını dedikdən sonra polis əməkdaşı ona üzərində saxlanması və gəzdirilməsi qadağan olan maddə və əşyanın olub-olmadığını soruşduqda o, artıq üzərində olan maddələri ata bilmədyini düşünüb hər şeyi olduğu kimi danışmış və demişdir ki, üzərində olan narkotik vasitə metamfetamin var. Bundan sonra onu Nəsimi rayon Polis İdarinin binasına gətirmişlər və izah edilmişdir ki, onun üzərinə şəxsi axtarış aparılacaq. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Polis İdarəsinə müdafiəçi və videoçəkiliş aparması üçün mütəxəssis dəvət edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən ona və şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah etmişdir. Səxsi axtarışın aparılma səbəbi əlavə olaraq ona izah edilmiş və əvvəlcə ona üzərində olan qanunsuz maddəni könüllü olaraq təhvil verməsini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən "Vinston" markalı siqaret qutusunu, həmin cibin üzərində olan kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, sağ ayağında olan corabın içərisindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının arxa sol cibində olan 5 manatlığı və şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonu çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra paltarına əlavə olaraq baxılsa da başqa heç nə aşkar olunmamışdır. “Vinston" markalı siqaret qutusunun isçərinə baxan zaman orada olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin, həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və corabından çıxarmış olduğu şəffaf sellofan bükmüdəki maddənin nə olduğunu ondan polis əməkdaşı soruşduqda o, “Vinston” markalı siqaret qutusunun isçərindəki siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin şüşə kimi tanınan metamfetamin, corabından çıxarmış olduğu şəffaf sellofan bükmüdəki maddənin isə heroin olduğunu, heroini 300 manata X3 aldığını və metamfetaminləri isə Faiqın ona hədiyyə verdiyini bildirmişdir. Onun heroni və metamfetmaini satmaq niyyəti olmayıb. Şəxsi axtarış zamanı ondan götürülmüş 03 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış aparılmasına görə təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olduqdan sonra imza etməklə protokolun düzgünlüyünü təsdiq etmişdir. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon X7 Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayon ərazisində “Fuad’ adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşur. Müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınması məqsədilə Nəsimi RPl-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və RPİ-nin rəisi tərəfindən əməliyyat axtarış tədbirərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmçinin əməliyyat qrupu yaradılmışdır. “Fuad” adlı şəxs barəsində əməliyyat məlumatında onun zahiri əlamətləri barədə məlumatlar da əks edilmişdir və bu barədə qrup üzvləri təlimatlandırılmışdır. Əməliyyat qrupunun tərkibinə o, və Nəsimi RPİ-nin CAŞnin əməliyyat müvəkkili X6, kiçik əməliyyat müvəkkiləri Şahid3 Lətif oğlu və Şahid4 daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında olarkən əlamətləri “Fuad” adlı şəxsin əlamətləri ilə oxşar olan bir nəfərin olduğunu görüb qrup üzləri ilə birlikdə ona yaxınlaşıb özlərini Nəsimi rayon X7 Axtarış Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər və ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu və Bakı şəhəri, Qardağ rayonu Sahil qəsəbəsində yaşadığını bildirmişdir.. Artıq həmin şəxsin əməliyyat məlumatında əks olunmuş Fuad adlı şəxs olduğunu ehtimal edib ondan üzərində saxlanması və gəzdirilməsi qanunla qadağan olan maddə və əşyanın olub olmadığını soruşduqda könüllü olaraq üzərində narkotik vasitə heroin və metamfetamin olduğunu demişdir. Üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığı üçün Təqsirləndirilən şəxsı Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Sonra raport əsasında araşdırmanın aparılması 22-ci PŞ-nin təhqiqatçısı Nicat Ədilbəyliyə həvalə edilmişdir. N.Ədilbəyli tərəfindən ilk öncə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil, daha sonra isə şəxsi axtarış zamanı videoçəkiliş aparılması üçün RPİ-nin kiriminalisti mütəxəssis qismində dəvət edilmişdir. Şəxsi axtarışın aparılma səbəbi saxlanılan Təqsirləndirilən şəxs və iştirakçılara izah edilmiş, sonra isə onlara hüquq və vəzifələri bildirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan və dövriyyəsi qadağan edilən maddənin könüllü olaraq təhvil verməsini təklif edilmiş, sonuncu isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunu, həmin cibin üzərində olan kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, sağ ayağında olan corabın içərisindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının arxa sol cibində olan 5 manatlığı və şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoymuşdur. “Winston" markalı siqaret qutusunun isçərinə baxan zaman orada olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin, həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və corabından çıxarmış olduğu şəffaf sellofan bükmüdəki maddənin nə olduğunu ondan soruşduqda Təqsirləndirilən şəxs “Winston” markalı siqaret qutusunun isçərindəki siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin və həmçinin kiçik cibində olan siqaretin gümüşü rəngli bükümdəki kristal maddənin şüşə kimi tanınan metamfetamin, corabından çıxarmış olduğu şəffaf sellofan bükmüdəki maddənin isə heroin olduğunu, heroini 300 manata X3 aldığını və metamfetaminləri isə sonuncunun ona hədiyyə verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış aparılmasına görə təhqiqatçı tərəfindən yazılmış protokolla tanış olduqdan sonra protokola imza etməklə protokolun düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri X6 və Şahid4 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncuya məxsus “Winston” markalı siqaret qutusunun içərisindən, həmçinin kiçik cibindən psixotrop maddə olan metamfetamin və corabından isə narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş və məhkəmə iclasında iştirak etməyən Nəsimi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsi elan olunaraq müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək həqiqətən də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncuya məxsus “Winston” markalı siqaret qutusunun içərisindən, həmçinin kiçik cibindən psixotrop maddə olan metamfetamin və corabından isə narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X8 ifadəsində göstərmişdir ki, 13 saylı Cəzaçəkmə Müəsisəsindən çıxdıqdan sonra Bakı şəhərində yaşayan məhkum dostu Fuadla vaxt aşırı görüşməyə başlamışdır. Bundan başqa o, cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra İran Respublikasından olan Mürşüd adlı şəxslə tanış olmuşdur. Mürşüd haqqında məlumtları dəqiq bilmir, ancaq üzdən görsə tanıyar. O, Mürşüdün narkotik satdığını bildiyinə görə Mürşüddən ona heroin və şüşə gətriməsini xahiş etmişdir. Mürşüd də ona bidirmişdir ki, Xırdalan dairəsinə heroin və metamfetamin qoyacaq və o, gedib oradan götürməli idi. xx xxxxxx 2020-ci ildə o, Mürşüdün dediyi yerə, yəni Xırdalan dairəsinə gedib Mürşüdün gizlətdiyi heroin olan sellofan bükümü və metamfetamin olan 5 ədəd sellofan bükümü götürmüşdür.Faiqlə o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin yaxılığında görüşmüşdür. Fuada o, heroin və metamfetmain gətirmişdir. Fuada o, bir büküm sellofanda heroin və iki ədəd siqaretin gümüşü kağızına bükülmüş olan metamfetamini vermişdir. Sellofan bükümdə olan heroini 300 manata Fuada satsa da, iki bükümdə olan metamfetamini Fuada hədiyyə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə o, saat 03:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi 1776 nömrəli bina evinin qarşısında dayanan zaman ona mülki geyimdə bir neçə nəfər yaxınlaşmış, həmin şəxslər özlərini ona Nəsimi rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra polislər ondan şəxsiyyəti barədə soruşduqda o, onlara X8 olduğunu bildirmişdir. Polis işçiləri onun Faiq Qarayev olduğunu bildikdən sonra ona izah etmişlər ki, o, Təqsirləndirilən şəxs narktoik satmaqda şübhəli bilinir. O, bunu eşidən kimi polis işçisinə həqiqətən də Fuada 300 manata heroin satdığını, metamfetamini isə hədiyyə verdiyini demişdir. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 150-154-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 223-225-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti xx xxx 2020-ci il tarixədək uzadılmişdir. Cinayət işinin 2-ci cild 68-69-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 84-85-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 64-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 462 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "saxlnılan şəxs: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 14,482 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,075 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 14,482 qram olmuş, tədqiqata 0,10 qram sərf edilmiş və 14,382 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 0,075 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir və 0,025 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 65-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 229-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 381 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 1-18-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə, ilkin tədqiqatdan sonra qalıq qalmış 14,352 qram olan narkotik vasitə heroin və iki ədəd bükümdə, qalıq qalmış 0,025 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin video görüntüsünü əks etdirən CD diski iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 199-200-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 279.1, 228.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-ci il tarixdə cəzasının müddətinin sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan şəxsi axtarışın gedişatını əks etdirən CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Nicat Ədilbəyli tərəfindən Təqsirləndirilən şəxs üzərinə vidokameradan istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Winston"” markalı siqaret qutusunun içərisində 01 ədəd və şalvarın həmin cibinin üzərindəki cibindən 01 ədəd olmaqla ümumilikdə iki ədəd siqaretin gümüşü rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,075 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin və sağ ayağında olan corabın içərisindən isə bir ədəd polietilen bükümdə külli miqdarda təmiz çəkisi 14,482 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və ailəli olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 279.1, 228.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq altı il keçmədən xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 381 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 14,382 qram narkotik vasitə olan heroin və 0,025 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 14,382 qram narkotik vasitə olan heroin və 0,025 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar