Məhkəmə qərarları › İş №1(006)-165/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-165/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-165/2021 30.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Xalq İnfo az” xəbər portalının baş direktoru, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1, Şəfayət Mehdiyev küçəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək onu Bakı şəhəri, Qaradağ rayonu, 106 saylı orta təhsil məktəbinə direktor müavini vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 05 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005ci məhəllədə yerləşən «Başkent» şirniyyat evində 10.000 (on min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolıı ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu Sabirabad şəhər 1 saylı orta məktəbə direktor vəzifəsinə bərpa etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 10.04.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 18.000 (on səkkiz min) manat pulunu, 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 15.000 (on beş min) manat pulunu, 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 10.000 (on min) manat pulunu və 28 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 5.000 (beş min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 48.000 (qırx səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək onun işlədiyi X5 və Texnologiya kollecində direktor vəzifəsinin bir il müddətinə müqaviləsinin uzadılmasına dair yalandan vəd verib aldadaraq 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 15a/4 ünvanında yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs6 ona çatdırılması üçün Şahid3 verdiyi 30.000 (otuz min) manat pulu tanışı Şahid1 vasitəsi ilə götürərək ələ keçirdib vədinə əməl etməyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar səxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu Bakı şəhərində olan orta təhsil məktəblərindən birinə musiqi müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 01 may 2019-cu il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın girəcəyində 15.000 (on beş min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onu Bakı şəhərində orta təhsil məktəblərindən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 02 may 2019-cu il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının qarşısında 10.000 (on min) manat pulunu ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onu Bakı şəhərində orta təhsil məktəblərindən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 05 may 2019-cu il tarixdə saat 10:20 radələrində Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 15.000 (on beş min) manat pulunu ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək onu Sabirabad rayonunda yerləşən «Asan Xidmət» mərkəzində işlə təmin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrıayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 14.05.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 10.000 (on min) manat pulunu və 25 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 3.000 (üç min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 13.000 (on üç min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək ona orta təhsil məktəblərinə direktorluq sertifikatı düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 15a/4 ünvanında yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs7 ona çatdırılması üçün Şahid3 verdiyi 5.000 (beş min) manat pulu tanışı Şahid1 vasitəsi ilə götürərək ələ keçirdib vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onu Bakı şəhərində orta təhsil məktəblərindən birinə ingilis dili müəlliməsi vəzifəsinə yerdəyişmə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 11 iyun 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Başkent” şirniyyat evində 15.000 (on beş min) manat pulunu ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, ixtisasca tarixçi olsa da jurnalist kimi fəaliyyət göstərir və 2014-cü ildən təsisçisi olduğu «Xalqinfo.az» xəbər portalının baş direktoru vəzifəsində işləmişdir. Onun dediklərinə diqqətlə yanaşılsa aydın olar ki, zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələr ona qarşı yönəlmiş şər və böhtandır. Zərərçəkmiş şəxs Şahid2 ilə o, təxminən 2018-ci il tarixdə Şəhidlər Xiyabanında keçirilən tədbirlərdən birində tanış olmuşlar. Aralarında ədavətləri və düşmənçilikləri olmamış, münasibətləri normal olmuşdur. Belə ki, 2019-cu ilin aprel ayının əvvəllərində Rəna xanım ona zəng vuraraq xəbər portalında reklam vermək lazım olduğunu bildirmiş, o, da onunla razılaşmış və onlar ünvan 2 ünvanda yerləşən “Başkent” şirniyyat evində görüşmüşlər. Rəna xanım oraya sonradan adı ona məlum olan Diləfruz Mustayaeva ilə gəlmişdir. Onlar masa arxasında əyləşib bir az söhbət etmişlər, o, Diləfruz xanıma özünü təqdim edib «Xalqinfo.az» xəbər portalının baş direktoru işlədiyini bildirmiş, Diləfruz xanım da uzun illər Təhsil sahəsində işlədiyini və son iş yeri Sabirabad rayonu 1 saylı orta məktəbin direktoru olduğunu və işdə verdiyi nöqsanlara görə işdən çıxarıldığını ona bildirmişdir. Bundan əlavə söhbət əsnasında Diləfruz xanım ona bildirmişdir ki, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbsi 106 saylı orta məktəbin müəlliməsi işləyən Aynurə adlı rəfiqəsi vardır və onun fəaliyyəti haqqında müsbət məqalə çap etdirmək istəyir. O, da onunla razılaşmışdır ki, məqalə çap etdirmək olar və bunun üçün Diləfruz xanımdan təxminən 1000 (bir min) manat pul istəmişdir. Diləfruz xanım da onunla razılaşmış və çıxıb getmişlər. Həmin günün səhərisi Diləfruz xanım ona zəng vuraraq görüşmək istədiyini bildirmiş və onlar ünvan 3 ünvanda yerləşən “Başkent” şirniyyat evində görüşmüşlər. Həmin görüşə Diləfruz xanım tək gəlmişdir. Onlar masa arxasına əyləşmişlər və Diləfruz xanım ona çantasından 1000 (bir min) manat pul çıxarıb vermişdir. O, da pulu sayıb cibinə qoymuşdur və söz vermişdir ki, Aynurə xanımın məqaləsini öz saytında çap etdirəcək. Bundan başqa, Diləfruz xanım onunla həmin ərəfədə ünvan 3 ünvanda yerləşən “Başkent” şirniyyat evində görüşərək Aynurə adlı orta məktəb müəlliməsinin məktəbdə işlə bağlı direktorla problemi olduğunu və ona kömək etmək lazım olduğunu bildirmişdir. O, da onunla razılaşmış və həmin məktəb direktorundan Aynurə xanım barədə xahiş edəcəyini bildirmişdir. Bunun üçün isə pul söhbətləri olmamışdır. Diləfruz xanım ona Aynur xanımın işi düzələrsə hörmət edəcəyini demiş, lakin məbləği barədə bir söz deməmişdir. 2019-cu ilin təxminən may ayının əvvəllərində Diləfruz xanım onunla görüşərək ona kimlərinsə sənədini gətirərək həmin şəxsləri vergidə tapşırtmaq lazım olduğunu bildirmişdir. O, da ona bildirmişdir ki, vergi haqqında məlumatı yoxdur, yaxın adam var onunla danışar. Bildirmişdir ki, onun Elşad adlı tanışı əvvəllər vergi sahəsində işləmiş, lakin hal-hazırda işləmir. Ona görə də bununla bağlı o, Elşad adlı tanışına müraciət etmiş və o, Diləfruz və Elşad adlı tanışı Gənclik metrostansiyası yaxınlığında kafelərdən birində görüşmüşlər. Diləfruz xanım Elşadla danışmış və bir sıra sənəd göstərmişdir. Onlar görüşdən çıxıb gedərkən Elşad ona bildirmişdir ki, bu problemli işdir, sən bu işə baş qoşma. Bundan başqa Diləfruz xanım onu Xəlil adlı bir nəfərlə tanış etmişdir. Belə ki, ona bildirmişdir ki, Xəlil haqqında saytında müsbət məqalə çap etdirsin. Lakin Xəlil həmin məqalənin çap olunmasına razılaşmamışdır. Sonradan ona məlum olmuşdur ki, Diləfruz xanım ondan neçə müddət əvvəl Xəlil müəllimdən 30.000 (otuz min) manat pul almışdır ki, onu işlədiyi kollecdə direktor vəzifəsinin müqavilə müddətini uzatdırsın. Lakin bu işi bacara bilməmişdir. Ona görə də o, Xəlil adlı şəxsə bu işin düzələn iş olmadığını və Diləfruz xanıma verdiyi 30.000 (otuz min) manat pulunu ondan geri almasını bildirmişdir. Həmçinin onu da demişdir ki, o, Diləfruz xanımdan onun tanışı Aynurə adlı xanımın barəsində müsbət məqalə çap etdirmək üçün aldığı 1000 manat pulu Diləfruz xanımın özünə geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 Sabirabad şəhərində olan 1 saylı orta təhsil məktəbinə direktor vəzifəsinə bərpa etdirəcəyinizə vəd edib, ondan hissə-hissə olmaqla ümumilikdə 48.000 manat pul almamış, bütün bunlar Diləfruz xanım tərəfindən planlaşdırılmış və ona qarşı yönələn yalandır. Zərərçəkmiş şəxs2 Bakı şəhərində olan orta təhsil məktəblərindən birinə musiqi müəlliməsi vəzifəsinə düzəldəcəyinizə vəd edib, ondan 15.000 manat pul almadığını, lakin təxminən 2019-cu ilin avqust ayının axırlarında Nəsimi rayonu ərazisində yerləşən «Başkent» restoranında o, həmin İlhamə adlı qadını görmüş, həmin vaxt Diləfruz xanım, İlhamə xanım və bir neçə qadın onun üstünə gələrək onunla mübahisə edib ondan pul tələb etmişlər, guya o, onlardan iş düzəltmək adı ilə pul almışdır. Zərərçəkmiş şəxs4 Bakı şəhərində olan orta təhsil məktəblərindən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəldəcəyinizə vəd edib, ondan 10.000 manat pul almadığını, həmin gün ümumiyyətlə Abşeron rayonu, Xırdalan şəhərində olmadığını, hamısı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 uydurduqları planın bir hissəsi olmuşdur. Zərərçəkmiş şəxs3 Bakı şəhərində olan orta təhsil məktəblərindən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəldəcəyinə vəd edib, ondan 15.000 manat pul almadığını və bu da ona qarşı şər və böhtandır. Zərərçəkmiş şəxs5 Bakı şəhərində olan orta təhsil məktəblərindən birinə ingilis dili müəlliməsi vəzifəsinə düzəldəcəyinizə vəd edib, ondan 15.000 manat pul almamış, o, Zərərçəkmiş şəxs5 cəmi bir dəfə Nərimanov metrostansiyasının yanında yerləşən kafedə, o, Diləfruz xanım və Elvina ilə oturaraq çay içib söhbət etmişlər. O, Şakir adlı taksi sürücüsünü təxminən bir iki dəfə Diləfruz xanımdan Aynur və Aida adlı xanımları işlədiyi xəbər portalında onların haqqında müsbət məqalə çap etdirmək üçün göndərmiş və dəqiq yadında qalmamış təxminən 1000 və 800 manat pul almışdır. Bundan başqa 2019-cu ilin təxminən may ayının axırlarında Diləfruz xanım ona bir nəfər Aida adlı tanışının müəllimə işlədiyini və ona direktorluq kursunu keçmək üçün sertifikat lazım olduğunu və bu işdə ona köməklik göstərməsini bildirmişdir. O, da onunla razılaşmış və Aida adlı xanımla zəngləşərək Nərimanov rayonu ərazisində görüşmüşlər. O, Aida adlı xanımla görüşüb söhbət etmiş və ona kömək edəcəyini bildirmiş, lakin o, nə Diləfruza, nədə ki, Aidaya bu işin düzəlməsi üçün heç bir məbləğdə pul deməmişdir. Bundan sonra təxminən 2019-cu ilin iyun ayının əvvəllərində Diləfruz xanım ona zəng vuraraq Aida xanımın sertifikat məsələsi ilə bağlı 1000 manat pul verdiyini və o, Sabirabad rayonunda olduğundan pulu Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində işləyən qohumu Famil adlı şəxsdən götürməsini bildirmiş, o, da işi olduğu üçün Şakir adlı taksi sürücüsünü göndərərək həmin pulu alacağını ona bildirmişdir. Bundan sonra Şakirlə danışmış və o, göstərilən ünvana gedərək pulu Famil adlı şəxsdən alıb ona gətirib vermişdir. Lakin sonradan işi alındıra bilmədiyi üçün aldığı 1000 manat pulu Diləfruz xanımın özünə qaytarmışdır. Bundan başqa Diləfruz xanım ona Zərərçəkmiş şəxs9 adlı şəxsin olmasını və onu Sabirabad rayon «Asan Xidmətinə» işə düzəltmək lazım olduğunu bildirmişdir. O, da Zərərçəkmiş şəxs9 ilə görüşüb onunla bu barədə söhbət etmiş, lakin ondan pul almamışdır. Zərərçəkmiş şəxs9 guya Nərimanov rayonu ərazisindəki “Mado” adlı kafedə görüşüb ona pul verməsi yalandır, ona qarşı şər və böhtandır. Bundan başqa, Diləfruz xanım ona bildirmişdir ki, o, müxtəlif adamlardan onların işlərinin düzəlməsi üçün pullar almış və qaytara bilmir. Ona görə də ona köməklik etməsini xahiş etmiş və demişdir ki, o, həmin şəxslərin yanında olanda ona zəng vurub guya onların işlərinin düzəlməsi üçün pulu ona verdiyini və əgər düzəlmirsə pulları qaytarmasını deyəcək və telefon vasitəsi ilə onların danışıqlarını yazacaqdır. O, da Diləfruz xanıma kömək etmək məqsədi ilə onun dediyi kimi etmişdir. Bu sadəcə ona köməklik məqsədi ilə olmuşdur. Həmin ərəfədə o, dəfələrlə özünün ***-***-**-** və ***-***-**-** nömrələrindən Diləfruz xanımın ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng elmiş və SMS vasitəsi ilə mesaj yazması yadında qalmamışdır. Bundan başqa Aynurə adlı xanıma özünün ***-***-**-** və ***-***-**-** nömrələrindən onun yadında qalmayan telefon nömrəsinə zəng vurub danışmış, lakin SMS vasitəsi ilə mesajlar yazması yadında qalmamışdır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-**,***- ***-**-** nömrələri ona məxsus olmuş və həmin ərəfələrdə onları işlətmişdir. İfadəsinin sonunda ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını, zərərçəkmiş şəxslərin ona qarşı verdikləri ifadələrin yalan olduğunu, ittihamda göstərilən məbləğlərdə pulları həmin şəxslərdən götürmədiyini, heç kimə qarşı dələduzluq etmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 1982-ci ildən 2015-ci ilədək Sabirabad rayonu 5 saylı orta məktəbdə müəllimə, bundan sonra Sabirabad rayonu 9 saylı orta məktəbdə məktəb direktoru, 2015-ci ildən isə Sabirabad rayonu 1 saylı məktəbdə direktor vəzifəsində işləmişdir. Sonradan isə müəyyən səbəblərə görə vəzifəsindən azad olunmuşdur. 2019-cu ilin aprel ayında rəfiqəsi və həmkəndlisi Şahid2 ilə söhbət əsnasında o, tezliklə nəvəsi Əli Allahverdizadənin 10 yaşı olmasını və bu münasibətlə ona hər hansı bir hədiyyə etmək istədiyini bildirmişdir. Rəfiqəsi Şahid2 ona bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adlı jurnalist tanışı var və Təqsirləndirilən şəxs onun 10 yaşlı nəvəsi Əli Allahverdizadəni yaşı münasibəti ilə qəzetdə məqalə yazaraq təbrik edə bilər. O, da Rəna ilə razılaşmış və Rəna tanışı Tural adlı şəxsə zəng etmiş, onunla danışmış və sonuncu görüş yerini təyin edərək onları dəvət etmişdir. Bu mlinvalla o, rəfiqəsi Rəna ilə 2019-cu ilin aprel ayının 3-də Bakı şəhəri, Nəsimi rayonu, 3cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evinə gəlmişlər və o, orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla tanışlığı vaxt söhbət əsnasında Tural ona bildirmişdir ki, o, jurnalist işləyir, «Xalqinfo.az» xəbər portalının baş direktorudur, nəvəsi Əli Allahverdizadəni yaşı münasibəti ilə qəzetdə məqalə yazaraq təbrik edə bilər. Söhbət zamanı o, Turala əvvəllər məktəb direktoru vəzifəsində işlədiyini və sonradan işdən azad olunduğunu bildirmişdir. Tural da ona bildirmişdir ki, onun güclü əlaqələri vardır və lazım gələrsə onu, yaxınlarını, tanışlarını işə düzəlməsinə köməklik edə bilər. Bu münvalla o, işsiz olduğu üçün şəxsən öz işi ilə əlaqədar, yəni Sabirabad rayonu 1 saylı orta məktəbə direktor vəzifəsinə işə bərpa olunması ilə əlaqədar Turaldan xahiş etmişdir. Tural da ona kömək edə biləcəyini və kiminləsə danışdıqdan sonra ona bildirəcəyini demiş və onlar sağollaşmışlar, Tural çıxıb getmiş, o, isə Rəna ilə bir qədər həmin kafedə oturmuşlar. Bundan bir neçə gün sonra o, Turalla zəngləşərək yenidən Bakı şəhəri, Nəsimi rayonu, 3cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində görüşmüşlər, O, görüşə tək gəlmiş, çünki Tural ona telefonda bildirmişdir ki, Rənanı bu işlərə qoşmasın, o, təhlükəli adamdır. Ona görə də o, Turalla görüşə tək gəlmişdir. Turalla söhbət əsnasında o, işə bərpası ilə bağlı onunla söhbət edərkən, eyni zamanda Turaldan tanışı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 saylı orta məktəbin ibtidai sinif müəlliməsi X2 həmin məktəbdə direktor müavini təyin etdirməsini xahiş etmişdir. Tural da onun yanında kiməsə zəng vurmuş, danışmış və telefonla danışıb qurtardıqdan sonra ona bildirmişdir ki, o, həmin işlərin düzəlməsi üçün məbləği öyrənib ona deyəcək. Bundan sonra o, Sabirabad rayonunda olarkən Turala zəng vuraraq işin nə yerdə olmasını soruşduqda sonuncu ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs8 işi ilə maraqlanıb, həmin işin həll olunması üçün 10.000 manat pul lazımdır, lakin ilk əvvəl 3000 manat pulu verməlidir. O, da Zərərçəkmiş şəxs8 ilə danışmış və ondan 10.000 manat pul almış və ehtiyat etdiyi üçün ilk əvvəl Turala onun dediyi kimi həmin pulun 3000 manatını Bakı şəhərinə gələrək Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində görüşüb pulu Turala vermişdir. Həmin görüşə o, tək gəlmişdir. Bundan sonra o, Turalla həmin ərəfədə bir neçə dəfə də görüşmüş, o, Aynurənin işi üçün ondan 3000, 1500 və axırıncı dəfə görüşəndə ona bir əmr göstərərək bildirmişdir ki, Aynurənin işi düzəlib və 2500 manat da pul vermək lazımdır ki, əmri göndərsinlər. O, da çantasından Aynurənin ona verdiyi 2500 manat pulu çıxarıb Turala vermişdir. Bundan sonra Tural ona bildirmişdir ki, onun öz işi üçün danışılıb və ilk əvvəl 18.000 manat pul lazımdır, o, həmin pulu tezliklə çatdırmalıdır. O, da Turalla razılaşmış və onlar ayrılmışlar. 2019-cu ilin aprel ayının 10-da səhər saatlarında Tural ona zəng vurub bildirmişdir ki, onun Sabirabad rayonunda 1 saylı orta məktəbə müdür vəzifəsinə işinin bərpası üçün pulu vermək lazımdır. O da, həmin günü təxminən günorta saatlarında Turalla Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində görüşüb 18.000 pulu ona vermiş, Tural da ona tezliklə xəbər edəcəyini bildirmişdir. Elə həmin ərəfədə o, rəfiqəsi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində lobaratoriya müdürü vəzifəsində işləyən Səadət xanımla görüşüb söhbət edərkən ona bildirmişdir ki, onun tanışı var, onun güclü əlaqələri var, əgər lazım olsa o, işə adam düzəldə bilər. Təxminən bir neçə gün sonra Səadət xanım ona zəng vuraraq bildirmişdir ki, Göyçay Kollecinin direktoru Xəlil müəllim işinin artılırlması üçün bir illik müqavilə istəyir. Buna görə o, Turalla zəngləşib danışmış və Tural maraqlanıb ona bildirmişdir ki, həmin müqaviləyə görə 30.000 manat pul lazımdır. Təxminən 2019-cu ilin aprel ayının ortalarında o, bu barədə Səadət xanıma bildirmiş və Səadət xanım Xəlil müəllimlə danışdıqdan sonra ona zəng edərək razı olduğunu bildirmişdir. O, da Sabirabad rayonunda olduğundan Səadətə bildirmişdir ki, pulu aparıb qohumu Famil adlı şəxsə versin. Səadət də onunla razılaşmış və o, Familin telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Familə zəng vuraraq onun harada olmasım soruşmuş, Famil bildirmişdir ki, hal-hazırda ünvan 5 ünvanındadır. O, da ona bildirmişdir ki, Sabirabad rayonundadır, Bakı şəhərinə gələ bilmir, bir nəfər Səadət adlı qadın ona zəng vuracaq və ona 30.000 manat pul verəcək, o, həmin pulu alıb saxlasın, o, nə edəcəyini bildirəcək. Famil də onunla razılaşmışdır. Bundan sonra o, Turala zəng vurub Xəlil müəllimin işi ilə bağlı 30.000 manat pulun qohumu Famil adlı şəxsdə olduğunu bildirmişdir. Tural da işinin olduğunu və Şakir adlı taksi sürücüsünü göndərəcəyini bildirmişdir. Bundan sonra Famil ona zəng vurub pulu aldığını və Şakir adlı şəxsin gələrək pulu ona verdiyi barədə telefonda danışmışlar. Bundan sonra o, Turala zəng vurub işlə maraqlanmış və ona darıxmamağını, tezliklə işinin həll olunacağını bildirmişdir. Təxminən 2019-cu ilin may ayının əvvəllərində o, yaşadığı Sabirabad rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, artıq Təhsil Nazirliyində onun işinə baxıblar, tezliklə əmrini verməlidirlər, lakin işin düzəlməsi üçün əlavə 15.000 manat pul lazımdır ki, iş tezliklə həll olunsun. O, yenə də Turala inanıb yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gələrək Turalla Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində görüşmüşlər, o, görüşə tək gəlmişdir. Orada o, Turala öz işi ilə bağlı 15.000 manat pulu çıxarıb vermişdir. Tural da həmin pulu ondan alıb sayaraq cibinə qoymuş və tezliklə ona xəbər verəcəyini bildirmişdir. Bundan sonra o, həmin günü yenidən yaşadığı Sabirabad rayonuna qayıtmışdır. Daha sonra 2019-cu ilin təxminən may ayının axırlarında Bakı şəhər, Yasamal rayonu 60 saylı orta məktəbdə ingilis dili fənni üzrə müəllimə işləyən tanışı Zərərçəkmiş şəxs7 ilə görüşən zaman söhbət əsnasında ona bildirmişdir ki, o, özü üçün işi ilə əlaqədar direktorluq kursunu keçmək barədə sertifikat istəyir. O, da Turala zəng vuraraq bu barədə bildirmiş və Tural həmin sertifikat üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Aida xanıma demiş və Turalın mobil telefon nömrəsini Aida xanıma vermişdir ki, özləri görüşüb danışsınlar. Təxminən 2019-cu ilin iyun ayının əvvəllərində Aida xanım ona zəng vuraraq Turalın ona dediyi 5000 manat pulu düzəltdiyini və ona vermək istədiyini bildirmiş, o, isə Sabirabad rayonunda olduğunu və pulu Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində işləyən qohumu Famil adlı şəxsə verməsini bildirmiş və Familin mobil telefon nömrəsini Aida xanıma vermişdir. Bundan sonra o, zəng vuraraq Famillə danışmış və Aida xanım onunla görüşərək 5000 manat pulu Familə vermiş, bundan sonra Turalın tapşırığı ilə Şakir adlı taksi sürücüsü gəlib Famildən həmin pulu götürmüşdür. Elə həmin ərəfədə yəni, 2019-cu ilin iyun ayının əvvəllərində o, Bakı şəhərində olarkən Tural ona zəng vuraraq işi ilə bağlı əlavə 15.000 manat pul lazım olduğunu bildirmişdir. Tural əlavə etmişdir ki, onun işi ilə maraqlanıblar, keçmiş işində problemlər olduğu üçün bir az çətindir və bu pulu verməliyik. O, da artıq öz işi ilə bağlı Turala 33.000 manat pul verdiyi üçün bu pulu da verməyi razılaşmış və həmin puldan 10.000 manat düzəldib Turalla zəngləşib Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində həmin pulu ona vermişdir. 27 iyun 2019-cu il tarixdə o, Sabirabad rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng vuraraq onu təbrik etdiyini və işinin həll olunduğunu bildirmişdir. Tural əlavə etmişdir ki, onun işinə görə əlavə 5000 manat pulu çıxmışdır, o, həmin pulu onun yerinə özündən qoymuş və əgər mümkünsə ona pul lazım olduğu üçün 5000 manat pulu ona çatdırsın. O, da Turala inanıb 28 iyun 2019-cu il tarixdə yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gələrək özü şəxsən 5000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində Turalla görüşərək ona vermiş və Tural tezliklə onu işə çağıracaqlarını bildirmişdir. O, da Turalla sağollaşıb çıxıb getmiş və gözləməyə başlamışdır. Lakin işin uzandığını və heç kimin ona zəng vurmamasını görüb Turalla əlaqə saxlamış, Tural ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Lakin sonradan o, Turalın onu aldadaraq pulunu ələ keçirməsini başa düşüb ondan verdiyi pulları tələb etməyə başlamışdır. Eyni zamanda, onun vasitəsi ilə işlərinin düzəlməsi üçün Turala pul vermiş adlarını göstərdiyi şəxslər də Turalın onları aldatdıqlarını başa düşüb pullarını ondan tələb etməyə başlamışlar. Lakin Tural sonradan onun telefon zənglərinə cavab vermədiyindən o, məcbur olub Nəsimi RPİnə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 48.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, H.Əliyev prospekti 91 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 8 ünvanında kirayədə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, əvvəllər Sabirabad rayonu, 5 saylı Nizami Gəncəvi adına orta məktəbdə musiqi müəlliməsi işləmiş, lakin sonradan 2012-ci ildə Bakı şəhərinə köçdüyü üçün işdən çıxmışdır. Bakı şəhərinə köçdükdən sonra orada orta məktəblərin birində musiqi müəlliməsi kimi iş axtarmışdır. Digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır. Diləfruz Mustayaeva həmkəndliləri Şahid2 vasitəsi ilə 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tural adlı şəxslə bacısı Diləfruzun tanışlığı vaxt söhbət əsnasında Tural bildirmişdir ki, onun güclü əlaqələri vardır və lazım gələrsə onu, yaxınlarını, tanışlarını işlə təmin edə bilər. Bu minvalla bacısı Diləfruz da işsiz olduğu üçün şəxsən öz işi ilə əlaqədar, yəni Sabirabad rayonu 1 saylı orta məktəbə direktor vəzifəsinə bərpa olunması ilə əlaqədar Turalla danışmış, Tural ona vəd verərək onu işlədiyi 1 saylı orta məktəbə direktor vəzifəsinə bərpa olunmasına köməklik göstərəcəyini demişdir. O, da bunu bildiyindən bacısı Diləfruzdan onu da Turalla tanış etməsini xahiş etmişdir. Buna görə də ilkin olaraq Diləfruz Turalla öz işi ilə bağlı görüşərkən onun işini də ona bildirmiş və Tural onu Bakı şəhərində hər hansı bir orta məktəbə musiqi müəlliməsi düzəldə biləcəyini və bunun üçün 15.000 manat pul lazım olduğunu bildirmişdir. Diləfruz da bunu ona bildirmiş və o, razılaşıb həmin pulu topladıqdan sonra Diləfruzdan Tural adlı şəxsin istifadəsində olan ***-***-**-** telefon nömrəsini almış və ona zəng vurmuşdur. Tural ona bildirmişdir ki, söhbət üçün görüşmək lazımdır və ona Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkında görüşə biləcəyini bildirmişdir. Tural onunla razılaşmış və 01 may 2019-cu il tarixdə saat 17 radələrində o, Turalla göstərdiyi ünvanda parkın girəcəyində görüşmüş, Tural görüşə tək gəlmiş və ona bildirmişdir ki, arxayın olsun, 2019-cu ilin avqust ayına kimi onu orta məktəblərin birinə musiqi müəlliməsi düzəldəcək. Bunun üçün 15.000 manat pul lazımdır. O, da Turala inanmış və 15.000 manat pulu Turala vermişdir. Bundan sonra o, ara-bir Turala zəng vurub maraqlanmışdır və o, bu gün sabah deyərək vaxtı uzatmışdır. 2019-cu ilin avqust ayının axırlarında o, Turala zəng vurub işi barəsində soruşanda sonuncu onun yenə də gözləməsini bildirərəkən, artıq Turalın onu aldatdığını başa düşmüş və buna görə də Turaldan pulunu istəmişdir. Tural da yenidən müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bundan sonra Tural onun telefon zənglərinə cavab verməmiş və o, məcbur olub şikayət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 15.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 04 may 2019-cu il tarixdə saat təxminən 13:00 radələrində xalası Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 rəfiqəsi Şahid2 vasitəsi ilə 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tural adlı şəxslə xalası Diləfruz tanış olub söhbət edərkən Tural xalasına onun güclü əlaqələrinin olduğunu və istəyərsə onu, yaxınlarını, tanışlarını işlə təmin edə biləcəyini demişdir. Bu münvalla xalası da əvvələr məktəb direktoru işlədiyindən və halhazırda işsiz olduğu üçün şəxsən öz işi ilə əlaqədar, yəni Sabirabad rayonunda işlədiyi 1 saylı orta məktəbə direktor vəzifəsinə işə bərpa olunması ilə əlaqədar Turalla danışmış, Tural xalasına vəd verərək yenidən Sabirabad rayon 1 saylı orta məktəbə direktor vəzifəsinə işə bərpa etdirəcəyinə kömək edəcəyini bildirmişdir. O, da bunu bilib xalası Diləfruzdan xahiş etmişdir ki, həmin şəxslə onu da tanış etsin ki, o, onu Bakı şəhərində hər hansı bir məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə düzəltsin. Ona görə də o, Tural adlı şəxsin mobil telefon nömrəsini xalası Diləfruzdan alıb danışmış və o, ona Bakı şəhərində 3-cü mkr., dairəsi yaxınlığında yerləşən Başkent şirniyyat evində görüşməyi təklif etmişdir. O, da onunla razılaşmışdır. 04 may 2019-cu il tarixdə saat 13 radələrində xalası Diləfruz ilə birlikdə ünvan 9 ünvanında yerləşən «Başkent» şirniyyat evində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar həmin şiriniyyat evində əyləşib təxminən 40 dəqiqə söhbət etmişlər. Turalı həmin vaxt ilk dəfə idi ki, görmüşdür. Söhbət zamanı Tural tanışları olduğunu 15000 manat müqabilində onu Bakı şəhərində hər hansı bir məktəbə ibtidai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini, lakin həmin iş yerini bron etmək üçün səhər saat 10:30-dək pulu həmin ünvanda ona çatdırmalı olduğunu söyləmişdir. O, da işsiz olduğundan və Turalın sözlərinə inandığından onunla razılaşmış və onu həmin işə düzəltməsini söyləmişdir. 05 may 2019-cu il tarixdə səhər saat 10:20 radələrində o, xalası Diləfruzla birlikdə Turalın dediyi yerə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə getmişlər, orada yaxınlıqda yerləşən “Başkent” şiriniyyat evinin qarşısında Turalla görüşmüşdür. Həmin vaxt Turalın tələb etdiyi 15000 manat pulu Turala vermişdir. Tural demişdir ki, ən geci 2019-cu ilin avqust ayının axırına kimi işə qəbul olacaq. Bundan sonra xalası Diləfruz özünə məxsus mobil nömrədən Turalın istifadəsində olan ***-***-**-** və 050-399-48- 41 nömrələrə mütəmadi olaraq zəng vurub işlə maraqlanmış, Tural isə narahat olmamasını hər şeyin qaydasında olduğunu və işin həll olunacağını demişdir. 2019-cu ilin avqust ayının axırlarında iş həll olunmadığı üçün Turaldan bunun səbəbini soruşmuş, sonuncu isə ona darıxmamasını, tezliklə işin həll olacağını bildirmişdir. Lakin bundan sonra da iş həll olunmadığı üçün artıq Turalın onu aldatdığını başa düşüb ondan pulunu geri qaytarmasını istəmişdir. Tural da hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonradan Tural onunla görüşüb pulu qaytaracağını bildirmiş və pullu götürməyə gedən zaman o, atalığı ilə birlikdə getmişdir. Atalığı Turalın maşınına oturub onlardan aldığı pulu geri götürmək istəyən zaman onların mübahisələri düşmüş və Tural pulu verməyərək, maşını sürüb çıxıb getmişdir. Bundan sonra, Turalın onu aldatdığını və pulunu geri qaytarmadığını görüb onun barəsində Nəsimi RPİ-nə şikayət etmişdir. Tural həmçinin söhbət əsnasında Aydın adlı şəxsin bu işlərin düzəlməsində ona köməklik etdiyini bildirmişdir. Bundan sonra, xalası Diləfruzdan Aydın müəllimin mobil nömrəsin almış və sonuncuya zəng edərək ondan işi ilə bağlı soruşmuş, Aydın müəllim bildirmişdir ki, onun heç nədən xəbəri yoxdur, Təqsirləndirilən şəxs onun adından çox istifadə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 15.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 o, bir həmkəndlisi kimi, eyni zamanda onun yaşadığı rayonun məktəb direktoru kimi tanımışdır. Belə ki, o, işsiz olduğu üçün Diləfruzdan onun müəllimə kimi işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Diləfruz da ona Bakı şəhərində Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və həmin şəxsin güclü əlaqələrinin olduğunu və bu işdə ona müraciət etməyin lazım olduğunu demişdir. Bundan sonra o, Diləfruz xanıma demişdir ki, Tural adlı şəxslə danışsın ki, onu da Sabirabad rayonundan Bakı şəhərinə hər hansı bir orta məktəbə ibtidai sinif müəlliməsi vəzifəsinə işini düzəltsin. Dilfəruz xanım da, onunla razılaşmış və Turalla danışdıqdan sonra ona bildirmişdir ki, bu iş üçün Tural 10.000 manat istəyir. O, da həmin pulun bir qismini borc olaraq alıb özündə olan pulun üzərinə qoyaraq 10.000 manat pul düzəltmiş və bu barədə Diləfruz xanıma bildirmişdir. Diləfruz xanım ona Tural adlı şəxsin mobil telefon nömrəsini vermiş və o, 01 may 2019-cu il tarixdə Sabirabad rayonundan Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində əvvəllər tanıdığı həmkəndlisi olan Şahid2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ünvan 10 ünvanına gəlib orada qonaq qalmışdır. 02 may 2019-cu il tarixdə o, saat 10:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş və Bakı şəhərində olduğunu, tələb etdiyi pulu vermək istədiyini, lakin Bakı şəhərini yaxşı tanımadığı üçün hal-hazırda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının qarşısında görüşə biləcəyini bildirmişdir. Tural da onunla razılaşmış və həmin tarixdə günorta radələrində ona zəng vuraraq həmin ünvanda yəni Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında olduğunu bildirmişdir. Diləfruz xanım ona onun işini kimin düzəltməsini yəni Turalın adını Rənaya deməməsini bildirmişdir. Ona görə də o, Rənaya Bakı şəhərində orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi düzəlməsi üçün 10.000 manat pul verəcəyini və onunla getməsini bildirmişdir. Lakin kimə pul verəcəyini deməmişdir. Onlar Rəna ilə bayıra çıxmışlar və parka bir az qalmış «Kontakt Home» un qarşısında o, Rənaya bildirmişdir ki, onu gözləsin bir nəfərlə görüşüb pulu verib gəlir. Rəna da onu həmin yerdə gözləmişdir. O, H.Əliyev parkının qarşısına gəlib Turalla görüşmüş, ona 10.000 manat pulu vermiş və Tural pulu ondan aldıqdan sonra 2019-cu ilin avqust ayına kimi işinin həll olunacağını bildirmiş və çıxıb getmişdir. Lakin bir müddət keçməsinə baxmayaraq, ona verilən vədə əməl olunmamış və işin sentyabr ayında həll olunacağı bildirilmişdir. Həmin müddətdə də iş həll olunmadığı üçün o, sonradan işin düzəlməsinin sentyabr ayına çəkəcəyini ona demişlər. O, da işinin uzanması ilə bağlı hər dəfə Diləfruzla danışarkən, sonuncu ona bildirmişdir ki, Tural onun və bir çox insanların pulun alaraq işlərini düzəltməmiş və pullarını da geri qaytarmamışdır. Bundan sonra o, Tural tərəfindən aldadıldığını başa düşmüş və məcbur olub Turalın ondan dələduzluq yolu ilə aldadaraq 10.000 manat pulunu mənimsəməsi barədə ərizə ilə şikayət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 10.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, 9 saylı ümumi orta məktəbdə ingilis dili müəlliməsi işləmişdir. Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Belə ki, anası Diləfruz Mustayaeva rəfiqəsi Şahid2 vasitəsi ilə 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tural adlı şəxslə anası Diləfruzun tanışlığı vaxt söhbət əsnasında Tural anasına bildirmişdir ki, onun güclü əlaqələri vardır və lazım gələrsə onu, yaxınlarını, tanışlarını işlə təmin edə bilər. Bu minvalla anası da işsiz oldıığu üçün şəxsən öz işi ilə əlaqədar, yəni yaşadıqları Sabirabad rayonunda işlədiyi 1 saylı orta məktəbə direktor vəzifəsinə işə bərpa olunması ilə əlaqədar Turalla danışmış. Tural anasına vəd verərək onu orta məktəbə direktor vəzifəsinə bərpa etdirəcəyinə kömək edəcəyini bildirmişdir. Hətta bunun üçün anasından pul da almışdır. Belə ki, o, da anasına bildirmişdir ki, Tural adlı şəxslə danışsın ki, onu da Sabirabad rayonundan Bakı şəhərinə hər hansı bir orta məktəbə ingilis dili müəlliməsi vəzifəsinə işini dəyişsin. Anası da onunla razılaşmış və Turalla danışdıqdan sonra anası ona bildirmişdir ki, bu iş üçün Tural 15.000 manat pul istəyir. O, da həmin pulun bir qismini borc olaraq alıb özündə olan pulun üzərinə qoyaraq 15.000 manat düzəltmiş və Sabirabad rayonundan Bakı şəhərinə gəlmişdir. 2019-cu ilin 11 iyun tarixində o, anası Diləfruzla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evinə gəlmişlər və Tural adlı şəxslə orada görüşmüşlər. Turalla söhbət əsnasında o, ona bildirmişdir ki, 2019-cu ilin avqust ayına kimi onu Sabirabad rayonundan Bakı şəhərinə dəyişərək orta məktəblərin birinə ingilis dili müəlliməsi düzəldəcək. O, da ona inanmış və çantasından 15.000 manat pulu çıxarıb Tural adlı şəxsə vermişdir. Tural da pulu ondan aldıqdan sonra onlar sağollaşmışlar. 2019-cu ilin avqust ayının axırlarında o, Turala zəng vurmuş və işi ilə maraqlananda Tural ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bundan sonra o, Tural tərəfindən aldadıldığını başa düşmüş və ondan pulunu tələb etməyə başlamışdır. Tural isə əvvəllər bu gün sabah deyərək vaxtı uzatmağa başlamış, lakin sonradan onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də o, məcbur olub Turalın ondan dələduzluq yolu ilə aldadaraq 15.000 manat pulumu mənimsəməsi barədə ərizə ilə şikayət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 15.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, 1975-ci ildən 1976-cı ilədək Göyçay rayonu, Şıxbəy məktəbində müəllim işləmişdir. 1976-cı ildə o, hərbi xidmətə getmiş və 1977-ci ildə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Göyçay rayonu, Qarabağlar kənd orta məktəbində 10 il müəllim işləmişdir. 1987-ci ildən 2003-cü ilədək Təhsil şöbəsində inspektor vəzifəsində işləmiş, 2003-cü ildən 2019-cu ilədək X5 və Texnologiya kollecində direktor vəzifəsində işləmiş, hal-hazırda isə heç bir yerdə işləmir, təqaüdçüdür. 2019-cu ilin yanvar ayının 3-də o, təqaüdə çıxdıqdan sonra təxminən həmin ilin aprel ayının əvvəllərində çoxdan tanıdığı həmkarı Xırdalan şəhər Kollecinin direktoru X4 ilə onun iş yerində görüşmüşdür. Söhbət əsnasında o, işdən təqaüdə çıxmağını bildirmiş və əgər imkan olarsa işinin bir il müddətinə müqavilə müqavilə əsasında artırılmasını bildirmişdir. Ruxsarə xanım ona onun yaxın tanışı Zərərçəkmiş şəxs1 olmasını və sonuncunun bu işi düzəldə biləcəyini və onun güclü əlaqələri olan tanışlarının olduğunu demişdir. O, da həmin qadınla onu tanış etməsini Ruxsarədən xahiş etmişdir. Ruxsarə də, ona Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini vermişdir ki, özü zəng vurub danışsın. O, da Diləfruz xanımın istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq danışmış və onlar görüşməyi qərara almışlar. Təxminən 2019-cu ilin aprel ayının əvvəllərində o, Bakı şəhərində dəqiq ünvan yadında qalmayan kafedə Diləfruz xanımla görüşərək tanış olmuş və söhbət əsnasında Diləfruz xanım bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adlı jurnalist tanışı var, onun güclü əlaqələri var və o, onun müqavilə məsələsini həll edəcəkdir. Bunun üçün lazım olan məbləği ondan öyrənib ona telefonda bildirəcəkdir. Bundan sonra onlar ayrılmışlar və həmin ilin aprel ayının ortalarında Diləfruz xanım ona zəng vuraraq onun işi ilə bağlı Turalla danışdığını və həmin iş üçün 30.000 manat pul istədiklərini bildirmişdir. O, da onunla razılaşmış və elə həmin ərəfədə o, 30.000 manat pulu düzəltmiş və Diləfruza zəng vurub pulun hazır olması barədə ona bildirmişdir. Diləfruz bildirmişdir ki, o, Bakı şəhərində deyil pulu Ruxsarə xanımın bacısı Səadət xanıma versin və Səadət xanımın telefon nömrəsini ona vermişdir. O, da yol maşını ilə Bakı şəhərinə gəlmiş və Səadət xanıma zəng vuraraq onunla iş yerində görüşmüş və pulu Diləfruza çatması üçün ona vermişdir. Sonradan bildiyinə görə pul Diləfruzun vasitəsi ilə Turala çatmışdır. Həmin vaxtdan sonra o, arabir zəngləşib işlə bağlı maraqlanmışdır, lakin işin uzanmasını görüb Diləfruzdan əgər alınmırsa pulunu geri qaytarmasını istəmişdir. Diləfruz xanım ona bildirmişdir ki, o, onun işinin həll olunması üçün pulu Turala vermişdir və əgər inanmırsa o, onunla Tural adlı şəxsi görüşdürə bilər. O, da onunla razılaşmışdır. Təxminən 2019-cu ilin iyul ayında o, Bakı şəhərinə gələrək Nərimanov rayonu ərazisində adı dəqiq yadında qalmayan kafelərdən birində o, Diləfruz xanım və Tural adlı şəxslə görüşmüşdür. Söhbət əsnasında Diləfruz onu Təqsirləndirilən şəxsla tanış edib bildirmişdir ki, onun müqavilə məsələsini həll edən şəxs budur. Tural da ona bildirmişdir ki, o, jurnalistdir, onun güclü əlaqələri vardır, onun müqavilə məsələsini danışıb, tezliklə həll olunmalıdır. O, da Turalla razılaşmış və hətta onlar mobil telefon nömrələrini biri-birinə vermişlər ki, əlaqə saxlasınlar. Bundan sonra o, bir neçə dəfə Tural adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq işi ilə bağlı maraqlanmışdır və Tural ona müxtəlif vədlər verərək vaxtı uzatmışdır. O, işin uzandığını görüb təxminən 2019-cu ilin avqust ayında Turala zəng vuraraq işin nə yerdə olmasını soruşduqda Tural ona bildirmişdir ki, artıq iş düzəlib və onun elektron ünvanına müqavilənin surətini göndəriblər. O, da zəng vurub maraqlananda ona məlum olmuşdur ki, heç bir yeni müqavilə göndərilməmişdir. Bundan sonra o, aldadıldığını başa düşüb Diləfruz xanıma zəng vuraraq pulunu tələb etməyə başlamışdır. Diləfruz xanım da pulu Təqsirləndirilən şəxs verdiyini və ona vaxt verməsini, tezliklə Turaldan pulu alıb qaytarmasını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Diləfruz xanım Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək onu və yaxın qohumlarını dələduzluq yolu ilə aldatması və onların da pullarını ələ keçirməsi barədə bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 30.000 manat ziyanın dəydiyini və pulunu tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olmasına baxmayaraq, sonradan məhkəməyə ərizə ünvanlayaraq ona qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhər, Yasamal rayonu 60 saylı orta məktəbdə ingilis dili fənni üzrə müəllimə işləyir. Zərərçəkmiş şəxs1 o, çoxdan tanıyır. Onunla aralarında ədavətləri və düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. Belə ki, 2019-cu ilin təxminən may ayının axırlarında o, Diləfruz xanımla görüşüb söhbət edən zaman ona bildirmişdir ki, özü üçün direktorluq kursunu keçmək üçün sertifikat istədiyini demiş, Diləfruz da ona Tural adlı tanışının olduğunu bildirmiş və onun güclü əlaqələrinin olduğu üçün bu işdə ona köməklik edə biləcəyini demişdir. O, bu məsəslə ilə bağlı ilk öncə Diləfruzla danışmış və sonradan onun vasitəsilə Turalla tanış olmuşdur. Turalın istifadəsində 4 müxtəlif nömrə olmuş və birinci dəfə Tural ona ***-***-**-** nömrədən zəng vuraraq danışmış və Nərimanov rayonu ərazisində «Mado» adlı kafedə görüşmələrini bildirmişdir. Görüş zamanı Tural Təhsil Nazirliyində bu işi danışdığını və onun sertifikat məsələsini təxminən bir həftə on günə həll edəcəyini və bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. Tural ona ildə iki dəfə yəni, fevral və mart aylarında sənəd qəbulu olduğunu və imtahan olmadan qəbul olunacağını bildirmişdir. O, da ona inanmış və əlaqə saxlayacağını bildirmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində o, Diləfruz xanıma zəng vuraraq Turalın dediyi 5000 manat pulu düzəltdiyini və pulu vermək istədiyini bildirmiş, Dilfəruz xanım isə ona Sabirabad rayonunda olduğunu və pulu Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində işləyən qohumu Famil adlı şəxsə verməsini bildirmiş və Familin mobil telefon nömrəsini ona vermişdir. O, da Turala zəng vuraraq pulun Familə verilməsini dəqiqləşdirmək istəmiş, Tural da ona televiziyada verilişə çıxacağını, pulun bu gün mütləq çatmalı olduğunu demiş və hal-hazırda tələsdiyi üçün pulu Familə verməyini, sonuncu da pulu Şakir adlı tanışına verib sonda isə ona çatacağını demişdir. Turalla telefonla danışdıqdan sonra Famil adlı şəxslə «28 Mall» ticarət mərkəzinin yan tərəfində görüşmış və onunla salamlaşdıqdan sonra, o, Familə rezinlə bağlı şəkildə 5000 manat pulu vermiş və çıxıb getmişdir. O, pulu verdikdən sonra isə işin uzandığını görüb bir neçə dəfə Turalın istifadəsində olan mobil telefon nömrəsi ilə onunla əlaqə saxlamış, həmçinin onunla bir neçə dəfə də görüşmışdür. Tural da görüş zamanı hər dəfəsində, ona tezliklə işinin həll olunacağını bildirərək vaxtı uzatmışdır. Sonradan o, Diləfruza zəng vuraraq əgər iş düzəlmirsə pulu Turaldan alıb qaytarmasını ondan xahiş etmişdir. O pulunu həm Turaldan həm də Diləfruzdan istəmişdir. Ona həmçinin məlum olmuşdur ki, Tural adlı şəxs ondan başqa Diləfruz xanımın özünü və yaxınlarını iş düzəltmək adı ilə aldadaraq onların pullarını ələ keçirmişdir. Buna görə də, Diləfruz Təqsirləndirilən şəxs şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu 106 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Zərərçəkmiş şəxs1 o, çoxdan tanıyır. Onunla normal münasibətləri olmuşdur. Belə ki, 2019-cu ilin təxminən aprel ayının əvvəllərində o, Diləfruz xanımla görüşüb söhbət edən zaman ona bildirmişdir ki, işlədiyi məktəbdə direktor müavini yeri boşdur və həmin vəzifəyə keçmək istəyir. Diləfruz da ona bildirmişdir ki, bu işdə ona Tural adlı tanışı köməklik edə bilər. Həmin söhbətdən təxminən 2-3 gündən sonra Diləfruz xanım ona zəng vuraraq Tural adlı şəxsdən onun işini soruşduğunu və həmin şəxs 10.000 manat müqabilində bu işi düzəldə biləcəyini bildirdiyini demişdir. O, da Diləfruz xanımla razılaşmış və 10.000 manat pulu düzəldərək 2019-cu ilin aprel ayının 5-də həmin pulu Elmlər Akademiyası metrosu tərəfdə görüşərək Diləfruz xanıma vermişdir. Bundan sonra Diləfruz xanımın dediyi şəxs ona Zahid adı ilə zəng vuraraq, işin tezliklə həll olunacağını və narahat olmamağını bildirmişdir. O, Turalın üzünü görməmiş, adını da Diləfruzdan öyrənmişdir. Lakin artıq həmin söhbətdən 2 ay keçmiş və o, narahat olduğu üçün Diləfruz xanıma zəng vuraraq ondan işin nə yerdə olmasını soruşduqda, o, Tural adlı şəxsin işin tezliklə həll olunacağını bildirmişdir. Bundan başqa, Diləfruz ona Tural adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsini verərək zəng vurub işlə maraqlanmağını demişdir. Növbəti gün o, Tural adlı şəxslə mobil telefon vasitəsi ilə danışaraq işini soruşmuş və o, səbr etməyini və tezliklə bir xəbər çıxacağını bildirmişdir. Bundan sonra o, işin uzandığını görüb Diləfruz xanıma zəng vuraraq əgər iş düzəlmirsə pulu Turaldan alıb qaytarmasını ondan xahiş etmişdir. Bundan sonra, ona məlum olmuşdur ki, Tural adlı şəxs ondan başqa Diləfruz xanımın özünü və yaxınlarını işə düzəltmək adı ilə aldadaraq onların pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs olaraq pulunu Diləfruza verdiyi üçün həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 o, uzun müddətdir ki, tanıyır. Belə ki, Diləfruz xanım onun həmkəndlisidir, onunla qonşuluqda yaşayır. Aralarında münasibətləri normal olmuşdur, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təxminən 2018-2019-cu ilin may ayında işsiz olduğundan və iş axtararkən qonşusu Diləfruz xanımın vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Diləfruz xanımın onun tanışı Turalın güclü əlaqələrinin olduğunu və ondan onun üçün işlə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Diləfruz xanım ona bildirmişdir ki, o, Turalla danışmış və onu Sabirabad rayon «Asan xidmət»-inə işə düzəldə bilər. Bunun üçün təxminən 10-15 min manat pul lazımdır. Eyni zamanda, Diləfruz xanım ona Turalın istifadəsində olan, halhazırda xatırlamadığı nömrəsini də verərək onun özünün zəng edib əlaqə saxlamağını demişdir. Bundan sonra o, Turala zəng vurmuş və onlar görüşməyi qərara almışlar. O, da bu söhbətdən sonra Sabirabad rayonundan Bakıya gəlmiş və ilk dəfə Turalla Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Park Kafe”də görüşüb, çay içib söhbət etmişlər. Orada Tural ona işə düzəlməsi üçün 13.000 manat pulun verilməsini demişdir. İlkin olaraq 10000 manat və əlavə olaraq isə 3000 manat xərcin çıxacağını bildirmişdir. O, da Turalın dediyi məbləğlə razılaşmış və yaxın vaxtlarda həmin məbləği ona verəcəyini demişdir. Bundan sonra o, Diləfruz və Tural Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Başkent» şirniyyat evində görüşmüşlər. Görüş zamanı o, 10.000 manat pulu çıxarıb Diləfruz xanımın şahidliyi ilə göstərilən ünvanda Turala vermiş və bildirmişdir ki, yerdə qalan 3000 manat pulu da təxminən 10 günə düzəldəcəkdir. Tural da ona vəd vermişdir ki, o, onun işini təxminən bir aya kimi həll edəcək. Bundan sonra onlar sağollaşıb ayrılmışlar və o, Diləfruz xanımla həmin günü yaşadığı Sabirabad rayonuna qayıtmışdır. Sonradan Turalın ona dediyi 3000 manat pulu da düzəldib ona zəng vurmuş və Tural ona yenidən Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Başkent» şirniyyat evində görüşmələrini bildirmiş, o, həmin günü yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gəlmiş və təxminən günorta saatlarında Turalla göstərilən ünvanda Diləfruzla birlikdə görüşmüş və qalan 3000 manat pulu da Turala vermişdir. Tural da ona söz vermişdir ki, tezliklə onu Asan Xidmətə işə düzəldəcəkdir. Bundan sonra bir neçə dəfə işi ilə bağlı maraqlanmış, lakin xəbər çıxmadığı üçün Diləfruza zəng vuraraq pulunu geri istəmişdir. Diləfruz isə ona bildirmişdir ki, Tural onu və bir neçə nəfəri də aldadaraq pullarını mənimsəyib və bu günə kimi verdiyi vədlərə əməl etməmişdir. Diləfruz ona bildirmişdir ki, əgər istəyirsə Tural barəsində polisə şikayət edə bilər. Daha sonra ona məlum olmuşdur ki, Diləfruz xanım Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etdiyindən o, da PŞ-nə və Nəsimi RPİ-nin İŞ-nə gedərək Turalın onu aldadaraq 13.000 manat pulumu mənimsəməsi barədə izahat yazmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs qarşı şikayətçidir, pulunun geri qaytarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, etibarnamə əsasında «Mercedes» markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, taksi kimi idarə etdiyi «Mercedes» markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə əsasən ünvan 14 ünvanın qarşısında dayanaraq müştəri gözləyir. Təxminən 2019-cu ilin əvvəllərində o, qeyd olunan ünvanda dayanıb müştəri gözləyərkən yoldan keçən «Lexsus» markalı dövlət nömrə nişanı yadında qalmayan bir avtomobil onun yanında saxlamış və ondan xahiş etmişdir ki, ona 200 manat pul verəcək ki, o, həmin pulu Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə Nərmin» şadlıq sarayının yaxınlığında olan hündürmərtəbəli yaşayış binasında yaşayan keçmiş həyat yoldaşına çatdırsın. O, da onunla razılaşmış və xidmətə görə 5 manat alaraq, həmin pulu aparıb çatdıracağnı bildirmişdir. Həmin şəxs adını ona Tural kimi təqdim edərək onun mobil telefon nömrəsini almış və o, da Tural adlı şəxsdən ona məxsus mobil telefon nömrəsini və həyat yoldaşına məxsus mobil telefon nömrəsini almışdır ki, göstərilən ünvana çatanda ona zəng vursun. Bundan sonra, Tural adlı şəxs ona 2 ədəd 100 manat əskinazı vermiş və onun yol haqqını ödəmişdir. O, da Turalın ona dediyi kimi Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə Nərmin» şadlıq sarayının yanına gəlmiş, Turalın ona verdiyi nömrəyə zəng vurmuş və bir nəfər dolu bədənli qadın yaşayış binasının qarşısına düşmüş və o, 200 manat pulu ona vermiş və çıxıb getmişdir. Bundan təxminən bir neçə gün keçmiş yenidən o, idarə etdiyi «Mercedes» markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu ərazisində yerləşən «Ağa Neymətulla» küçəsi 50 ünvanın qarşısında dayanaraq müştəri gözləyərkən Tural adlı şəxs idarə etdiyi «Lexsus» markalı dövlət nömrə nişanı yadında qalmayan avtomobillə gələrək onun yanında saxlamış və ondan hər gün burada dayanıb dayanmadığını soruşmuşdur. O, da Turala hər gün burada dayandığını bildirmiş və Tural başqa söz deməyib çıxıb getmişdir. Bundan sonra təxminən 2019-cu ilin fevral ayında Tural onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq bildirmişdir ki, o, onun taksi kimi dayandığı yerin yanında siqaret satılan köşkə 10 manat pul qoymuş, o, həmin pulu götürsün və benzin alıb onun həyat yoldaşını Mərdəkan qəsəbəsindən gedib evə gətirsin. Tural əlavə etmişdir ki, əlavə yol pulu nə qədər olarsa o, verəcək. O, da onunla razılaşmış və 10 manat pulu siqaret köşkündən götürərək Turalın dediyi kimi onun həyat yoldaşını Mərdəkan qəsəbəsindən gətirib yaşadığı ünvana qoymuşdur. Bundan sonra bir dəfə də Turalın göstərişi ilə o, onun həyat yoldaşını yaşadığı ünvandan götürərək Mərdəkan qəsəbəsinə aparmışdır. Turalın həmin vaxt ona 30 manat borcu yaranmışdır. Lakin o, onun pulunu verməmiş və bir daha onlar görüşməmişlər. Əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin aprel ayının ortalarında Tural ona zəng vuraraq harada olmasını soruşmuş, o, da halhazırda Nərimanov rayonu ərazisində yerləşən «Ağa Neymətulla» küçəsi 50 ünvanın qarşısında olduğunu bildirmişdir. Tural ona yaxın qohumundan gedib pul götürmək lazım olduğunu demiş və hansı ünvana getmək lazım olduğunu da ona söyləmişdir. Həmçinin pulu ona verəcək Famil adlı şəxsin mobil nömrəsini də vermişdir. İlk dəfə Biləcəri qəsəbəsində Famil adlı şəxslə görüşmüş və ondan Turala çatacaq pulu götürüb gödəkçəsinin cibinə qoymuşdur. Famildən götürdüyü pullar 100-lük əskinaslar olmaqla təxminən 1200-1300 manat məbləğində olmuşdur. Həmin pulların reklamla bağlı olmasını ona bildirmişlər. Pulları götürdükdən sonra Turala zəng vurub hara gəlməsini soruşmuş, sonuncu da ona Nərimanov rayonu ərazisində yerləşən Vergilər İdarəsi ilə üzbə-üz Nərimanov parknının qarşısına gəlməyini bildirmişdir. O da, göstərilən ünvana gəlmiş, pulu Turala vermiş və sonuncu da ona yol haqqı olaraq 10 manat puldan 6 manatını vermiş, qalan 4 manatını isə sonra verəcəyini demişdir. Bundan bir müddət sonra 2019-cu ilin təxminən may ayının axırları, iyun ayının əvvəllərində Tural ona yenidən zəng vuraraq onun harada olmasını soruşmuş, o, da Nərimanov rayonu ərazisində yerləşən «Ağa Neymətulla» küçəsi 50 ünvanın qarşısında olduğunu bildirmişdir. Tural ona «28 Mall» ticarət mərkəzinin yanına gedib oradan Famil adlı şəxsdə əmanət olduğunu və onu gətirib ona vermək lazım olduğunu demişdir. O, da Turalın göstərdiyi ünvana getmiş, Famil adlı şəxsin mobil telefon nömrəsinə zəng vurmuş və ticarət mərkəzinin yan tərəfində onunla görüşmüş, Famil yenidən kiməsə zəng vurduqdan sonra rezinlə bağlanmış miqdarını bilmədiyi pulu ona vermiş, o, da pulu cibinə qoyub Turala zəng vurmuşdur. Tural ona bildirmişdir ki, o, onu Nərimanov rayonu ərazisində A.Neymətulla küçəsində «AVİS» adlı aptekin qarşısında gözləyir. O, göstərilən ünvana gəlmiş. Turalla görüşmüş, pulu ona vermiş və yol haqqını alıb çıxıb getmişdir. Bundan sonra Tural onu bir neçə dəfə də ailəsini aparmaq üçün müxtəlif ünvanlara yollamış, bundan sonra o, Turalı görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2018-ci tarixdə Şəhidlər Xiyabanında keçirilən tədbirlərdən birində tanımış, Tural özünü ona sayt rəhbəri kimi təqdim etmişdir. Bundan sonra bir neçə tədbirlərdə də o, Təqsirləndirilən şəxs görmüşdür. Lakin həmin vaxta kimi heç bir əlaqələri olmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 bir həmkəndli kimi tanımış, onlar rayonda qonşu olmuşlar. Münasibətləri normal olmuşdur, aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. Diləfruz xanımı hamı rayonda müəllimə kimi tanıyır. Belə ki, Diləfruz xanım əvvəllər Sabirabad rayonunda məktəb direktoru vəzifəsində işləmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Diləfruz xanımla söhbət əsnasında o, ondan nəvəsi Əli Allahverdizadənin 10 yaşı olmasını və bu münasibətlə ona hər-hansı bir hədiyyə etmək istədiyini bildirmişdir. O, da Diləfruz xanıma bildimişdir ki, onun Təqsirləndirilən şəxs adlı jurnalist tanışı var və Təqsirləndirilən şəxs Diləfruzun nəvəsini yaşı münasibəti ilə qəzetdə məqalə yazaraq təbrik edə bilər. Diləfruz da onunla razılaşmış və o, Tural adlı şəxsə zəng vurmuş, onunla danışmış və Turalla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., dairəsində yerləşən «Başkent» şirniyyat evində görüş təyin etmişlər. O, Diləfruz xanımla birlikdə 2019cu ilin aprel ayının 3-də göstərilən ünvana gəlmiş və Təqsirləndirilən şəxs ilə orada görüşmüşlər. O, Diləfruz xanımı Turalla tanış etmiş, masa arxasına oturaraq söhbət etmişlər. Söhbət əsnasında Diləfruz xanın əvvəl nəvəsinin saytda təbrik edilməsi ilə bağlı məqaləni ondan xahiş etmiş, Tural da onunla razılaşmışdır. Bundan sonra, Diləfruz xanım söhbət əsnasında işdən çıxma səbəbini danışmışdır. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, onun güclü əlaqələri vardır və lazım gələrsə onu, yaxınlarını, tanışlarını işlə təmin edilməsinə kömək edə bilər. Hətta Tural və Diləfruz xanım biri-birinə öz telefon nömrələrini vermişlər. Bundan sonra Tural sağollaşıb getmiş, o, isə Diləfruz xanımla həmin kafedə bir az oturmuşlar. Həmin söhbətdən sonra o, işləri ilə əlaqədar bir müddət Diləfruz xanımla əlaqə saxlaya bilməmişdir, yəni Turalla onun arasında nə baş verməsindən onun məlumatı olmamışdır. 01 may 2019-cu il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs4 Sabirabad rayonundan Bakı şəhərinə gəlmiş və onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ünvan 10 ünvanında bir neçə gün qonaq qalmışdır. Sevinc ona bildirmişdir ki, o, Bakı şəhərinə işə düzləmək məqsədi ilə gəlmişdir. 02 may 2019-cu il tarixdə saat 12 radələrində Sevinc telefonla kiminləsə danışmış və onlar Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının yanına görüş təyin etmişlər. Sevinc həmin yerlərə bələd olmadığını bildirib onunla getməsini xahiş etmişdir ki, o, ona iş düzəldən adama pul versin. Sevinc əlavə etmişdir ki, həmin şəxs, yəni adını ona bildirmədiyi şəxs, onu Bakı şəhərində orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi düzəltmək üçün ondan 10.000 manat pul istəmişdir. Onlar birlikdə Heydər Əliyev parkının yanına getmişlər, həmin vaxt Sevinc ona onu gözləməsini və pulu verdikdən sonra qayıdacağını bildirmişdir. O, da orada olan skamyalardan birinə əyləşmiş və Sevinc getmiş, təxminən bir neçə dədiqədən sonra geri qayıtmış, bildirmişdir ki, o, pulu verib və həmin şəxs ona 2019-cu ilin avqust ayına kimi işinin düzələcəyini bildirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Sevincin pul verdiyi şəxs Tural olmuşdur, Sevinci onunla Diləfruz xanım tanış etmişdir. Bundan sonra 2019-cu ilin təxminən iyul ayında o, eşitmişdir ki, Diləfruz xanımla Təqsirləndirilən şəxs arasında nəsə problem yaşanmışdır. O, Diləfruz xanımla danışmış, o, ona bildirmişdir ki, zəhər içib özünü öldürmək istəyir, çünki Tural bir neçə adamla onu üz-üzə qoyub, işə düzəltmək adı ilə onun vasitəsi ilə həmin şəxslərdən pul alıb qaytarmır, həmin şəxslər də hal-hazırda Diləfruz xanımdan pullarını istəyirlər. Ona görə o, Turala zəng vurub onunla görüşmək istədiyini bildirmiş və onlar, yəni o, Diləfruz və Tural Nərimanov rayonu ərazisində «Maida» restoranında görüşmüşlər, Tural Diləfruzu görən kimi əvvəl çıxıb getmək istəmiş, lakin o, ona bildirmişdir ki, oturub birlikdə söhbət edib, hər şeyi yoluna qoymaq lazımdır və nə lazımdısa kömək edə bilər. Bundan sonra Tural gəlib masa arxasına əyləşmiş və Diləfruzla məsələni aydınlaşdırmağa başlamışlar. O, da onlar dedikcə qarşısında olan masanın üzərindəki salfetə onların dedikləri rəqəmləri yazmışdır. Belə ki, o, həmin salfetdə Sonaxanım, Sevinc, Elvina, Aidə və s. adları və qarşısında da rəqəmlər yazmışdır. Lakin Diləfruz və Tural arasındakı söhbət sözlə mübahisəyə keçdiyindən o, yazmağı dayandırmış və onları sakitləşdirib, Turaldan xahiş etmişdir ki, hissə-hissə də olsa Diləfruzdan aldığı pulları geri qaytarsın. Tural da onunla razılaşmışdır. Lakin onların mübahisələri davam etdiyindən, o, Diləfruzla Turalı ikilikdə qoyub restoranı tərk etmişdir. Tural pulun qaytarılmasına dair söz versə də, onlardan qaçmağa başlamış və telefon zənglərinə cavab verməmişdir. Onlar onu nə qədər axtarsalar da tapa bilməmişlər. Hətta Diləfruz xanımla birlikdə Turalın valideynlərinin yanına Giləzinin yanan vaqonlar adlanan məhəlləsinə yəni, valideynlərinin yaşadığı yerə getmişlər. Onlar Turalın anası və atası ilə görüşmüşlər, onlar Turalın əlindən bezdiklərini və onun etdiyi əməllərə görə ondan imtina etdiklərini bildirmişlər. Bundan sonra 2019-cu ilin avqust ayının axırlarında Tural ona zəng vuraraq Gənclik metrosatansiyasının yaxınlığında yerləşən kafelərdən birinə dəvət etmişdir ki, o, Diləfruzun pulundan bir hissəsini ona vermək istəyir. O, da onunla razılaşmış və Diləfruzu da özü ilə götürərək Turalın təyin etdiyi adı yadında qalmayan kafeyə gəlmişlər. Tural da həmin kafeyə gələndə cibindən dollar şəklində pul çıxarıb bildirmişdir ki, burada Azərbaycan manatı ilə 8300 manat pul var və o, həmin pulu verib canını qurtarmaq istəyir. Lakin Diləfruz bunu eşidən kimi qışqıraraq bildirmişdir ki, «Tural sən nə danışırsan, 161000 puldan 8300 manat nə deməkdir?» bu zaman Tural bildirmişdir ki, o, kafenin qarşısına keçib siaret çəkib qayıdır və bayıra çıxmışdır. O, da onun arxasınca kafenin qarşısına çıxanda görmüşdür ki, Tural cəld addımlarla onlardan qaçır. Hətta Diləfruz xanım onun arxasınca qaçaraq onu tutmaq istəmiş, lakin Tural yeraltı keçidlə keçib qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs1 onun uzaq qohumudur. 2019-cu ilin aprel ayından iyun ayına kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində usta kimi hamam-tulaletin təmiri ilə məşqul olmuşdur. 2019-cu ilin aprel ayının ortalarında qohumu Zərərçəkmiş şəxs1 ona zəng vuraraq harada olduğunu soruşmuş, o, da ona hal-hazırda ünvan 5 ünvanında olduğunu bildirmişdir. Diləfruz xanım ona Sabirabad rayonunda olduğunu və Bakı şəhərinə gələ bilmədiyini, bir nəfər Səadət adlı qadının ona zəng vuracağını və ona 30.000 manat pul verəcəyini, o, da həmin pulu alıb saxlamasını və sonda ona nə etmək lazım olduğunu demişdir. O, da onunla razılaşmış və təxminən yarım saat sonra ona bir nəfər qadın zəng vurub adını soruşmuş, o, Famil olduğunu bildirmiş, həmin qadın da demişdir ki, Diləfruz xanımın dediyi Səadət adlı xanımdır və ona əmanət çatdırmalıdır və o, onu yaşadığı binanın qarşısında gözləyir. O, yaşadığı binanın qarşısına düşmüş və «Mercedes» markalı, dövlət nömrə nişanı dəqiq yadında qalmayan avtomobildə əyləşmiş orta yaşlarında bir nəfər xanım olduğunu görüb yaxınlaşmışdır. Həmin xanım Diləfruz xanıma zəng vurmuş və dəstəyi ona vermiş, o, da Diləfruz xanımla danışdıqdan sonra həmin xanım ona paketdə pul vermiş və çıxıb getmişdir. O, da pulu alıb cibinə qoymuş və yenidən yaşadığı mənzilə qayıtmışdır. Təxminən bir saat keçmiş Diləfruz xanım yenidən ona zəng vuraraq yaşadığı binanın qarşısında onu Şakir adlı şəxsin gözlədiyini və pulu həmin şəxsə verməyini bildirmişdir. O, da yenidən yaşadığı binanın qarşısına düşmüş və bir nəfər özünü Şakir adı ilə təqdim edən şəxslə görüşmüşdür. O, Diləfruz xanıma zəng vurmuş və ona Şakir adlı şəxslə görüşdüyünü və pulu ona verəcəyini bildirmişdir. Diləfruz xanım razılıq verdikdən sonra o, pulu Şakir adlı şəxsə vermiş, həmin şəxs çıxıb getmişdir. O, da yenidən öz yaşadığı mənzilə qayıtmışdır. Daha sonra 2019-cu ilin təxminən may ayının axırları, iyun ayının əvvəllərində yenidən qohumu Zərərçəkmiş şəxs1 ona zəng vuraraq harada olduğunu soruşmuş, o, da ona hal-hazırda Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində iş gördüyünü bildirmişdir. Diləfruz xanım ona, Sabirabad rayonunda olduğunu və bir nəfərin ona zəng vuracağını və ona 5.000 manat pul verəcəyini, onun da həmin pulu alıb saxlamasını xahiş etmişdir. O, da onunla razılaşmış və təxminən yarım saat sonra ona bir nəfər qadın zəng vurub adını soruşmuş, o, Famil olduğunu bildirmiş, həmin qadın bildirmişdir ki, Diləfruz xanımın dediyi adamdır və ona əmanət çatdırmalıdır, o, onu «28 Mall» ticarət mərkəzinin yan tərəfində gözləyir. O, da «28 Mall» ticarət mərkəzinin yan tərəfinə düşmüş və qara rəngli, «Prado» markalı, dəqiq dövlət nömrə nişanı yadında qalmayan avtomobildə bir nəfər tanımadığı qadının onu gözlədiyini görmüşdür. O, həmin avtomobilə yaxınlaşmış və həmin qadınla salamlaşdıqdan sonra həmin qadın adının Aidə olduğunu bildirmiş və Diləfruz xanıma zəng vurmuş və dəstəyi ona vermiş, o, da Diləfruz xanımla danışdıqdan sonra həmin xanım 1 büküm 50 manatlıq əskinaslar olmaqla 5000 manat pulu ona vermiş və çıxıb getmişdir. O, da pulu alıb cibinə qoymuş və yenidən iş yerinə qayıtmışdır. Təxminən bir saat keçmiş Diləfruz xanım yenidən ona zəng vuraraq «28 Mall» ticarət mərkəzinin yan tərəfində onu Şakir adlı şəxsin onu gözlədiyini və pulu həmin şəxsə verməsini bildirmişdir. O, da «28 Mall» ticarət mərkəzinin yan tərəfinə düşmüş və orada Şakir adlı şəxslə görüşmüş, Diləfruz xanıma zəng vurmuş Şakir adlı şəxslə görüşdüyünü və pulu ona verəcəyini bildirmişdir. Diləfruz xanım razılıq verdikdən sonra o, pulu Şakir adlı şəxsə vermiş, həmin şəxs çıxıb getmişdir. O, da yenidən öz iş yerinə qayıtmışdır. Bundan sonra olanlardan onun heç bir xəbəri olmamışdır. İşdə olan 12.11.2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14.11.2020-ci il tarixli qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 05.01.2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 27 iyanvar 2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 174, cild 2, i/v 29-32, 284- 287). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild1, i/v 147-148). İş materiallarında olan götürmənin aparılması haqqında 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs səs yazıları əks olunmuş bir ədəd «Fləşkart» müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür (cild 1, i/v 78-80). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 15 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 48.000 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən «Başkent» şirniyyat evində vermişdir (cild 2, i/v 48-49). İşdə olan "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 23.12.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrənin 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2019-cu il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnlərindən aşağıdakılar müəyyən edilmişdir: 1) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs1 30-04-2019-cu il tarixdə saat 22:01:08 “İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm.” 2) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs1 30-04-2019-cu il tarixdə saat 22:44:14 “indi telefona cavab verə bilmərəm. Daha sonra zəng et.” 3) Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı abunəçi Təqsirləndirilən şəxs 30-04-2019-cu il tarixdə saat 23:13:35 “yenə də sözünüzü tutmadız. saat 10-da demişdiz mütləq yığacam”; 4) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Diləfruz Mustayeva 05-05-2019-cu il tarixdə saat 13:00:28 «İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm». 5) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abınəçi Diləfruz Mustayeva 06-05-2019-cu il tarixdə saat 09:21:40 «İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm». 6) Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı abunəçi Təqsirləndirilən şəxs 13-05-2019-cu il tarixdə saat 00:38:37 “siz nətər insansız”; 7) Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı abunəçi Təqsirləndirilən şəxs 13-05-2019-cu il tarixdə saat 00:38:55 “telefonu açın”; 8) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs7 04-07-2019-cu il tarixdə saat 09:32:37 “Sabahiniz xeyir Aidə myellime yigacam.” 9) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs7 09-07-2019-cu il tarixdə saat 23:33:27 “İ can’t talk right now. İ'll eall you back shortly.. 10) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Diləfruz Mustayeva 09-07- 2019-cu il tarixdə saat 18:12:27 “Gktl6o. 11) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Diləfruz Mustayeva 10-07-2019-cu il tarixdə saat 15:23:51 “Biraz sebr et 5 deq men yigiram indide. 12) Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı abunəçi Təqsirləndirilən şəxs 10-07- 2019-cu il tarixdə saat 16:05:47 “gör bu gün neynəyəcəm. 13) Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı abunəçi Təqsirləndirilən şəxs 10-07- 2019-cu il tarixdə saat 16:19:14 “Azəri Zahidi yığırlar. 14) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs7 31-07- 2019-cu il tarixdə saat 19:40:44 ‘‘Muellime yigiram” 15) Təqsirləndirilən şəxs ***-***-**-** saylı abunəçi Zərərçəkmiş şəxs7 01-08- 2019-cu il tarixdə saat 17:12:26 «Aide muellime men yigiram» sözlərini yazmışdır (cild 2, i/v 141-143). İşdə olan baxış keçirilməsi haqqında 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışıqlarını əks etdirən səs yazıları yazılmış bir ədəd “Fləşkart” Zərərçəkmiş şəxs1 götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmin səs yazıları dinlənilmiş və aşağıdakılar müəyyən olunmuşdur: -Qadın-müəllim, axşamınız xeyir, bilirəm narahat eliyirəm, bu gün onsuzda çox yormuşam sizi... -Kişi - yox-yox, buyurun, buyurun.... -Qadın - zavuç deyirki, noldu məni çağırmadılar, demişdüz 2-3 günə çağıracaqlar -Kişi- kimi deyirsiz? -Qadın- Zavuçu, Lökbatandakını - Kişi-hökmən, hökmən, nə deyirki ? -Qadın - bidənə deyərdüz xəbər edərdilərdə, -Kişi -nətər deyim ki, ona deyin, deyəcəklər mən o boyda iş görürəm, indi də deyirsiz belə -Qadın -nə vaxt sənədlər gedəcək inşallah? -Kişi- sabah saat 08:30-da mənə xəbər deyəcəklər -Kişi-hə mütləq, sadəcə olaraq onu qane etməkdən ötrü, deyir salam var, var, xudahafiz, deyir 3000 ver, mən orda adam var ona dedim o, edir 1500, 1 manatda oyan yoxdu -Qadın- oturandan sonra hörmət eliyəcək ha onu kimə verərsüz özüvüz bilərsüz, yaxşı, mən sizə çatdıraram, qaldı ki, oturandan sonra nə desələr deyərsüz -Kişi-hə, hə, problem yoxdu, oldu təşəkkür edirəm, -Qadın -nə vaxt zəng eləsöz deyin gəlim, -Kişi - oldu, sabah zəng edəcəyəm, sağ olun -Qadın- müəllim, salam axşamınız xeyir, -Kişi-salam, nətərsiz, kefiniz necədi ? -Qadın-yaxşıyam sağ olun, -Kişi -telefonu söndürmüşdüm, -Qadın -bildim hələ, gördüm vatsapa da girmirsüz, -Kişi-hə-hə -Qadın -mən sözümü deyim birinci yoxsa siz, -Kişi -buyurun, buyurun -Qadın-mən o, Laçınlı oğlanla görüşmüşəm, narahat olmuyun, sabah görüşəcəyəm də siznən, bidənə maaşını istəyir, -Kişi-maaşı 700 manatdı, hardan istəyir öyrənsin -Qadın- hə vəssəlam, deyirəmdə o, da sizin kimi ana ata dərdi çəkəndi -Kişı-yox müəllimə, mən boyunuda dedim onun, razılaşdılar, amma əvvəlcədən istəyirlər ha -Qadın -nəyi? -Kişi-deyirəm ki, oturandan sonra deyirlər yox, 6-sını bu tərəfdən güzəştə getmişik, heç olmasa 3 verməlidir, -Qadın -nə qədər? -Kişi-3, 3, 3 -Qadın-hə, sabah görüşərik də inşallah, müəlliməni də sabah hazırlayacağam, o, da hazırlanacaq inşallah, -Kişi-o olmasa müəlliməni bayaq dedilər ha, hökmən onu vermək lazımdır -Qadın-müəllimənin ancaq xəbəri çıxsın sən allah, daha başım gedib, sonra laçınlı da hazırdır, narahat olmuyun -Kişi- hə, hə, hə onun 9000 minində, 12 demədüz, mən helədə tam demişəm, bir ay yarımada həll edəcəklər -Qadın-Allah canınızı sağ eləsin, müəllim -Kişi-Allah canınızı sağ eləsin, amma o qızınınkini hökmən sabah özün gətir, yada özün apar ver -Qadın-yoxe, tay axıraqədər gedində mənimlə, özünüz həll edin. Laçınlı hazırdı, sonra zavuçda hazırdı, sabah görüşək ? -Kişi-həəə, sabah rəsmi... -Qadın-sizə əvvəldən nə dedim, dedim siz mənə inanun, Laçınlının üstünə düşmək lazımdı, o, demək olar ki, mənim oğlumdu -Kişi-yoxe problem yoxdu, qoy o mənimlə görüşsün, o, mənimlə görüşsə bəlkə hələ qohumuq -Qadın-hə inşallah yaxşı, sabah saat neçədə görüşək? -Kişi-sabah mən saat 10 da çox yüksək tədbirdəyəm -Qadın-günortadan sonra olsa yaxşı olar -Kişi -üzr istəyirəm, saat 3-də yoldaşımı həkimə aparacağ -Qadın- hə, hə allah şəfa versin -Kişi-3-dən sonra boşam, görüşərik -Kişi- telefonda heç nə danışma, indi görəcəksən -Qadın-hə oldu ona sağ olun Allah köməyiniz olsun, -Kişi-sizində sağ olun -Qadın -müəllim -Kişi- salam gözəl anamız, dəyərli anamız, deyir örtülü bazar dostluğu pozar, deməli Kamal var ha, onun işini həll ediblər, deyir Tural müəllim biz pulu götürmüşük, verdiyimiz 3000 var ha, onu, komissiyadan keçirmək üçün deyir artırmalıyıq 1500 manat -Qadın- onu sonra versində -Kişi-deyir səhər-səhər axırıncı komissiyadır -Qadın-haçan çağıracaqlar Kamalı -Kişi - deyir, sabah vermirik, biri gün çağıracaqlar -Qadın -hə oldu, indi xəstəyə gəlmişəm dəyməyə, gedim görüm nə edirəm -Qadın -telefon zəng çalır.... -Kişi-Bəli dəyərli anamız? -Qadın - gəl görüşək, axşama qoyma, yığacam indi camaatıda, qız deyir ki, orda Tərlan yoxdu, camaatı az doluyun dayı, qız zəng edib deyiblər ki, vergidə Tərlan yoxdu -Kişi-Tərlan kimdi? -Qadın -nə bilim kimdi, hərdən bir adama yığdırırsan -Kişi-ay müəllimə indi Aydə xanıma da zəng vuracaqlar, əgər çağırmasalar, gətirib bütöv qoyacağam ortaya -Qadın-dünən sən deyəndə bilirdim ki, özüvə lazımdı, -Kişi-ayıbdıye vallah, mənim puluma nə olub? -Qadın-bəsdidə dayı, dolamayında bizi, dünən də deyirsən ki, 11-də zəng edəcəklər, ayıbdıye, -Kişi-ay müəllimə, gör nə qədər iş deyibsən, -Qadın -saat 6-dıye dayı, 6-dan sonra hansı idarə işləyir? -Kişi-6 deyil, 6-ya 10 dəqiqə işləyir -Qadın- qoy görüm indi zəng vuraram, soruşaram yaxşı -Qadın-gəl mənimlə hesablaş çıxıb gedirəm, gəl hamısını bura yığmamış -Kişi-yoxe QAİ saxlamışdı -Qadın- cəhənnəmə saxlamışdı, gəl bura, nə camaatın əsəbi ilə oynayırsan, fırıldaqlığı götürmüsəne boynuva -Kişi -nə haqq-hesabe? -Qadın-bilə-bilə axşama saxlayırsanki sabah olsun, gəlirsən, pulları götürürsən, gedirsən, ona buna zəng etdirirsən yalandan, -Kişi-ayıb olsun -Qadın-ayıb sənə olsun, məni 60 yaşında qoymusan çölün düzündə, sən ananın namusuna and içdin eləmədüna, qurtarda dayı, gündə bir söz deyirsən, məni yəsiz bilirsən, gəl bu dəqiqə bura, məni yaman günə qoymusan, gecəyə saxlamısan, mən də qalmışam çöldə, zəng edəcəyəm bu saat hamısına, hamısını deyirsən gətir, -Kişi- ay müəllimə, ay müəllimə ? -Qadın-doğurdanda jurnalistsəne, jurnalist nə bilir iş görmək nədir? Bəsdidə dayı, gedib küçədən birini tutur yığır deyir Nazirlikdən zəng vururlar, bu dəqiqə gəl, gəlmirsənsə, özümə uje nifrət edirəme -Kişi- ay müəllimə, ay müəllimə, darıxma indi zəng vuracaqlar -Qadın -saat 8-di indi idarə var? -Kişi-ay müəllimə telefonu zanit eləmə indi zəng vuracaqlar -Qadın-get özüvü dola, məni dolama, gəlirsən ? gəlmirsən? -Kişi- ay müəllimə? -Qadın-bəsdidə dayı, istəmirlərdə, məcburdu ? istəmirlər, 2 ay bundan qabaq dedim ki, gücün çatmırsa qaytar -Kişi-ay müəllimə, ay müəllimə 3 dəqiqədən sonra dediyin sözlərə görə peşman olacaqsan -Qadın-ayıbdır, boynuva alda, sənin heç bir gücün yoxdu, mətbuatdan başqa sənin gücün heç nəyə çatmır -Kişi -ay müəllimə, ay müəllimə (cild 1, 85-88). Məhkəməyə təqdim olunmuş 19.10.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Ərizənin nəzərə alınması və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş edir. Məhkəməyə təqdim olunmuş 19.10.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Ərizənin nəzərə alınması və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş edir. Məhkəməyə təqdim olunmuş 19.10.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Ərizənin nəzərə alınması və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Ərizənin nəzərə alınması və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır, onunla barışmışdır. Ərizənin nəzərə alınması və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini xahiş edir. Zərərçəkmiş şəxs6 tərəfindən 18.11.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və hər hansı pul tələbi yoxdur. Pulu şəxsən Zərərçəkmiş şəxs1 verdiyi üçün pul tələbi ondandır. Nəzərə alınması xahiş olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, bu müdafiə xarakteri daşıyır, lakin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd «Fləşkart» da olan səs yazıları və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 noyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar