Məhkəmə qərarları › İş №1(006)-166/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-166/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-166/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Viləş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını cibindən və əl çantasından çıxarmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2019-cu il tarixdə saat 12:46-da Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin qarşısında hərəkətdə olan 55 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan X2 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus 300 manat pulu, "xxxx" ASC-yə aid “Albalı” və "xxxx" ASC-yə aid “Bolkart” plastik bank kartlarını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 70 manat dəyərində bir ədəd “Samsung J3” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 377 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Azneft” dairəsində hərəkətdə olan “Baku Bus" MMC-yə məxsus sərnişin avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs1 əynindəki paltonun sağ yan cibindən sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 16 manat dəyərində ***-***-**-** və 7 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 600 manat dəyərində bir ədəd “Samsung Galaxy J5” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 627 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq elmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 mart 2020-ci il tarixdə saat 21:50 radələrində ünvan 1 ünvanının qarşısında hərəkət edən 214 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs5 çiyninə asdığı əl çantasından içərisində sonuncuya məxsus "xxxx" ASC-yə aid “Albalı” və “X11” ASC-yə aid plastik bank kartları və 240 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ağ rəngli dəri pul kisəsini çıxarıb gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2020-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında hərəkətdə olan 66 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs6 çiyninə asdığı əl çantasından içərisində sonuncuya məxsus 320 manat pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 250 manat dəyərində 850 əyyarlı İtaliya istehsalı olan 5 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 200 manat dəyərində, 850 əyyarlı İtaliya istehsalı olan 4 qram çəkidə qızıl boyunbağı aralığı (klon), 01 ədəd 100 manat dəyərində, 850 əyyarlı İtaliya istehsalı olan 2 qram çəkidə qızıl üzük və şəxsiyyət vəsiqəsi olan 5 manat dəyərində qara rəngli dəri pul kisəsini çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 675 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 mart 2020-ci ii tarixdə saat 00:50 radələrində ünvan 3 ünvanının qarşısı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs3 çiyninə asdığı əl çantasından içərisində sonuncuya məxsus 630 manat pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 19 manat dəyərində şabalıdı rəngli dəri pul kisəsini çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 649 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq elmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2020-ci il tarixdə saat 14:45-də Bakı şəhəri, Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən “Balli” marketin qarşısında hərəkətdə olan 191 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs9 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 5 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində bir ədəd “Samsung Galaxy A50” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkrniş şəxsə ümumilikdə 708 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyul 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 10-cu dairə adlanan yerin qarşısında hərəkətdə dan 209 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs8 çiyninə asdığı əl çantasının içərisindən üzərində sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 626 manat dəyərində bir ədəd “Redmi Not 8” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 633 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 avqust 2020-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanının qarşısında hərəkətdə olan 165 nömrəli marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs12 arxa cibindən sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 4 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 650 manat dəyərində bir ədəd «Samsung Galaxy A50» markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 659 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanında yerləşən “Səməd Vurğun” parkının qarşısında hərəkətdə olan "xxxx" MMC-yə məxsus “M1” saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs4 şalvarın cibindən sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 5 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1.000 manat dəyərində bir ədəd “Xiaomi MiNot 10” markalı mobil telelfon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1008 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2020-ci il tarixdə saat 20:50 radələrində ünvan 6 ünvanının qarşısında hərəkətdə olan “M2” saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs13 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 5 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 450 manat dəyərində bir ədəd “X12 Note7” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 458 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 avqust 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 20 ünvanının qarşısında hərəkətdə olan 14 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs11 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 4 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 600 manat dəyərində bir ədəd “Huavvei E9 Proe” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 607 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 avqust 2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında hərəkətdə olan 79 saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs7 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 7 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 600 manat dəyərində bir ədəd “Nokia 7.1” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 610 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində ünvan 8 ünvanın qarşısında hərəkətdə olan 7A saylı marşrut avtobusunda olarkən həmin avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs10 çiyninə asdığı əl çantasının içərisindən sonuncuya məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 6 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 600 manat dəyərində bir ədəd “X12 7” markalı mobil telefon aparatını çıxardaraq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 613 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə oğurluq, cibgirlik və digər cinayətlərə görə 10 ildən artıq azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 26.11.2019-cu il tarixdə saat 12 radələrində cibgirlik etmək məqsədi ilə 55 saylı sərnişin avlobusna daxil olmuş və avtobusda göz gəzdirərək bir qadının çiynində çanta olduğunu görüb ona yaxınlaşıb münasib fürsət əldə etmək üçün arxasında dayanmışdır. Avtobus Suraxanı rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün City” ticarət mərkəzinin qarşısında olduğu zaman fürsət taparaq həmin istiqamətdə X2 üzərindəki əl çantasının içərisindən 300 manat pul, plastik kartlar və GSM nömrəsi olan bir ədəd köhnə “Samsung j3” markalı mobil telefon, eləcə də enerji yığan cihazı gizli olaraq oğurlayıb avtobusdan düşmüşdür. Kartla birgə enerji yığan cihazı zibilliyə tullamış, telefonu hadisə yerinin yaxınlığında tanımadığı şəxsə 10 manata satmışdır. Bundan başqa, 10 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Səbail rayonu, Neftçilər prospektində yerləşən “Azneft” dairəsi yaxınlığında "xxxx" MMC-yə məxsus sərnişin avtobusuna daxil olmuşdur. Avtobus bir qədər qarşıya hərəkət edərkən qarşısında dayanmış Zərərçəkmiş şəxs1 əynindəki paltonun sağ yan cibindən üzərində iki ədəd GSM nömrələr olan “Samsung Galaxy J.5” markalı mobil telefonu oğurlayaraq avtobusdan düşmüşdür.Telefonun üzərində olan nömrələri çıxararaq orada tulladıqdan sonra telefonu bir neçə gün özündə saxladıqdan sonra 28 May metrosunun yaxınlığındakı telefon mağazalarının qarşısında yoldan keçən tanımadığı şəxsə heç bir sənəd təqdim etmədən 100 manata satmışdır. Bundan başqa, 07.03.2020-ci il tarixdə saat 21 radələrində Neftçilər metrosunun qarşısında 214 saylı sərnişin avtobusuna daxil olmuşdur. Avtobus saat 21:50 radələrində Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi döngə 3 ünvanı qarşısında olduğu zaman sıxlıqdan istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs5 üzərindəki əl çantasının içərisindən, ağ rəngli pul kisəsini çıxarıb avtobusu tərk etmişdir. Pul kisəsinə baxdıqda içərisində plastik kartlar, şəxsiyyət vəsiqəsi və 240 manat pulun olduğunu görüb, pulu götürdükdən sonra kartları, sənədi və pul kisəsini orada zibilliyə tullamışdır. Bundan başqa, 11.03.2020-ci il tarixdə saat 19 radələrində Neftçilər metrosunun yaxınlığında 66 saylı marşrut avtobusuna daxil olmuşdur. Avtobus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 3 ünvanın qarşısında olduğu zaman qarşısında dayanmış Zərərçəkmiş şəxs6 üzərindəki əl çantasından, qara rəngli pul kisəsini oğurlayaraq bir qədər qarşıda avtobusdan düşmüşdür. Pul kisəsinə baxdıqda içərisində 120 manat pul, 5 qram çəkidə qızıl boyunbağı, 4 qram çəkidə qızıl klon, 2 qram çəkidə qızıl üzüyü və şəxsiyyət vəsiqəsinin olduğunu görüb, pul kisəsi ilə şəxsiyyət vəsiqəsini orada tullamışdır. Ertəsi gün qızılları “Xalqlar bazarı” adlanan bazarda bir yerdə 300 manata tanımadığı bir qadına satmışdır. Bundan başqa, 14 mart 2020-ci il tarixdə gecə saat 00:50 radələrində ünvan 9 ünvanının qarşısından piyada getdiyi zaman qarşısından yeriyən Zərərçəkmiş şəxs3 arxadan yaxınlaşıb gizlicə üzərindəki çantasının içərisindən şabalıdı rəngli dəri pul kisəsini götürmüşdür. Bir qədər irəlidə pul kisəsini açdıqda içərisində 630 manat pulu və bəzi sənədlərin olduğunu görüb pulu götürdükdən sonra sənədlə pul kisəsi ilə birgə orada tullamışdır. Bundan başqa, 03.07.2020-ci il tarixdə saat 14 radələrində Suraxanı dairəsi adlanan yerdə dayanaraq sərnişin avtobuslarının gəlməsini gözlədikdə 191 saylı sərnişin avtobusda sərnişin sıxlığının olduğunu görüb daxil olmuşdur. Avtobus Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən “Balli” marketin qarşısında olduğu zaman saat 14:45 radələrində qarşısında dayanmış Zərərçəkmiş şəxs9 əl çantasının içərisindən, üzərində GSM nömrə olan bir ədəd “Samsung Galaxy A50” markalı mobil telefonu gizli olaraq oğurlamış və qarşıda avtobusdan düşmüşdür. Telefonun üstündə olan GSM nömrəni tullamış və bir neçə gündən sonra həmin telefonu üzərindəki kapron üzlüyü ilə birgə Neftçilər metrosunun qarşısında tanımadığı şəxsə 200 manata satmışdır. Bundan başqa, 27.07.2020-ci il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, 10-cu dairənin qarşısında 209 saylı marşrut avtobusuna daxil olmuşdur. Avtobus hərəkət etdikdən sonra sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs8 arxadan yaxınlaşaraq onun çiynindəki əl çantasının içərisindən üzərində GSM nömrə olan bir ədəd “Redmi Not 8” markalı mobil telefonu oğurlayaraq avtobusdan enmişdir. Avtobusdan endikdən sonra orada GSM nömrəni telefonun üzərindən çıxararaq sındırıb yol kənarına tullamışdır. Bir neçə gündən sonra həmin telefonu Nizami rayonunda yerləşən “8-ci km bazarı” adlanan bazarda tanımadığı şəxsə 130 manata satmışdır. Bundan başqa, 07.08.2020-ci il tarixdə saat 20 radələrində ünvan 10 ünvanının qarşısında 165 nömrəli sərnişin avtobusuna daxil olmuşdur. Avtobusda sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs12 arxa cibindən üzərində GSM nömrə olan bir ədəd «Samsung A50» markalı mobil telefonu gizli olaraq oğurlamışdır. Bir dayanacaqdan sonra avtobusdan düşmüş və telefonun üzərində olan GSM nömrəni çıxararaq sındırıb orada yol kənarına tullamışdır. Daha sonra telefonu həmin gün Nəsimi rayonu, “Əcəmi metrosu” adlanan yerdə tanımadığı bir şəxsə 150 manata satmışdır. Bundan başqa, 12.08.2020-ci il tarixdə saat 15 radələrində Nərimanov metrosunun qarşısında “M2” sərnişin avtobusuna daxil olmuşdur. Avtobus Nəsimi rayonu, 28 May küçəsi 10 ünvanında yerləşən “Səməd Vurğun" parkının qarşısından keçərkən sərnişin sıxlığından istifadə edib qarşısında dayanmış Zərərçəkmiş şəxs4 çantasından “X13 10” markalı telefonu gizli olaraq oğurlayıb avtobusdan düşmüşdür. Telefonun üzərində olan GSM nömrəni sındıraraq orada yol kənarında tullamışdır. Telefonu isə Nəsimi rayonu, 3-cü MKR adlanan yerdə yerləşən telefon mağazasında tanımadığı bir şəxsə heç bir sənəd təqdim etmədən 200 manata satmışdır. Lakin həmin telefonun oğurluq olmadığını və özünə məxsus olmasını bildirmişdir. Bundan başqa, 20.08.2020-ci il tarixdə saat 20:50 radələrində ünvan 11 ünvanın qarşısında “M2” saylı sərnişin avtobusuna daxil olmuş və sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs13 çiynindəki əl çantasının içərisindan, “Xiomi Redmi Not7“ markalı mobil telefonu oğurlayaraq qarşıdakı dayanacaqda avtobusdan düşmüşdür. Telefonun üzərində olan GSM nömrəni sındıraraq orada yol kənarında tullamışdır. Telefonu isə Nəsimi rayonu, 3-cü MKR adlanan yerdə yerləşən telefon mağazasında Rəfail adlı şəxsə 120 manata satmışdır. Lakin həmin telefonun oğurluq olmadığını və özünə məxsus olmasını ona bildirmişdir. Bundan başqa, 21.08.2020-ci il tarixdə saat 18 radələrində 20 yanvar metrosunun qarşısında 14 nömrəli avtobusa daxil olmuşdur. Avtobusda sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs11 və qucağında azyaşlı uşağın olmasını gördükdə onun çantasından daha rahat şəkildə oğruluq edəcəyini düşünərək onun çantasından “Huavvei E9 Proe” markalı mobil telefonu gizli olaraq oğurlamışdır. Qarşıdakı dayanacaqda avtobusdan düşdükdən sonra telefonun üzərindəki GSM nömrəni sındıraraq orada yol kənarında tullamışdır. Telefonu isə həmin gün Nəsimi rayonu, 3-cü MKR adlanan yerdə yerləşən telefon mağazasında Rəfail adlı şəxsə 100 manata satmışdır. Lakin həmin telefonun oğurluq olmadığını və özünə məxsus olmasını sonuncuya bildirmişdir. Bundan başqa, 24.08.2020-ci il tarixdə saat 08:30 radələrində 20 yanvar metrosunun qarşısında 79 nömrəli sərnişin avtobusuna daxil olmuşdur. Avtobus Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən "xxxx"ın qarşısında olduğu zaman sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs7 çiynindən asdığı əl çantasının içərisindən bir ədəd “Nokia 7.1” markalı mobil telefonu gizli olaraq oğurlamış və qarşıdakı dayanacaqda avtobusdan enmişdir. Telefonun üzərində olan GSM nömrəni sındıraraq orada yol kənarında tulladıqdan sonra telefonu isə həmin gün Nəsimi rayonu, 3-cü MKR adlanan yerdə yerləşən telefon mağazasında Rəfail adlı şəxsə 50 manata satmışdır. Lakin həmin telefonun oğurluq olmadığını və özünə məxsus olmasını ona demişdir. Bundan başqa 04.09.2020-ci il tarixdə saat 10 radələrində 20 yanvar metrosunun qarşısında 7a nömrəli sərnişin avtobusuna daxil olmuşdur. Avtobus Nəsimi rayonu, Salamzadə küçəsi 28 ünvanın qarşısında olduğu zaman o, sərnişin sıxlığından istifadə edərək qarşısında dayanmış Zərərçəkmiş şəxs10 çantasından ona məxsus “Xiaomi Redmi 7" markalı mobil telefonu oğurlayaraq qarşıdakı dayanacaqda avtobusdan düşmüşdür. Bir qədər sonra Təranə ona zəng edərək telefonu qaytarmasını tələb etmişdir. O, sonuncuya telefonu qaytarmaqdan ötrü ona pul verməsini tələb etmişdir. Təranə də onun təklifinə razı olmasına baxmayaraq, hətta Nərimanov rayonunda yerləşən Gənclik metrostansiyasının qarşısında görüşmələrini təyin etsələr də lakin o, Təranənin onun barəsində şikayət etdiyini anladığı üçün telefonun üzərində olan GSM nömrəni sındıraraq yol kənarında tullamış və telefonu isə bir neçə gündən sonra Nəsimi rayonu, 3cü MKR adlanan yerdə yerləşən telefon mağazasında Rəfail adlı şəxsə 110 manata satmışdır. Lakin hər zaman olduğu kimi həmin telefonun da oğurluq olmadığını və özünə məxsus olduğunu Rəfailə demişdir. İfadəsinin sonunda törətdiyi əməlləri etiraf edərək peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 24.08.2020-ci il tarixdə saat 08:30 radələrində Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən "xxxx"ın qarşısında 79 nömrəli sərnişin avtobusunda olduğu zaman çiynindəki əl çantasının içərisindən üzərində 7 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 3 manat dəyərində ********** saylı GSM nömrə olan 600 manat dəyərində bir ədəd “Nokia 7.1” markalı mobil telefonun oğurlandığını aşkar etmiş və nəticədə ona ümumilikdə 610 manat miqdarda maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 27.07.2020-ci il tarixdə saat 20 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, 10-cu dairənin qarşısında 209 saylı marşrut avtobusunda əl çantasının içərisindən, üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ********** saylı GSM nömrə olan 626 manat dəyərində bir ədəd “Redmi Not 8” markalı mobil telefon aparatın oğurlandığını aşkar etmiş və hadisə nəticəsində ona ümumilikdə 633 manat miqdarında maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 03.07.2020-ci il tarixdə saat 14:45-də Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən “Balli” marketin qarşısında 191 saylı sərnişin avtobusunda olarkən əl çantasının içərisindən, üzərində 5 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ********** saylı GSM nömrə olan 700 manat dəyərində bir ədəd “Samsun Galaxsy A50” markalı mobil telefonun oğurlandığını aşkar etmiş və hadisə nəticəsində ona ümumilikdə 708 manat miqdarda maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 04.09.2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmiş və həmin tarixdə saat 10 radələrində 20 yanvar metrosunun qarşısında 7a saylı sərnişin avtobusu ilə Neftcilərə gedərkən Nəsimi rayonu, Salamzadə küçəsi 28 ünvanın qarşısında avtobusda olduğu zaman üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 6 manat dəyərində ********** və 3 manat dəyərimlə ********** saylı GSM nömrələr olan 600 manat dəyərində bir ədəd “Xiaomi Redmi 7” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Üzərində olan digər nömrə ilə oğurlanmış telefonuna zəng etdikdə bir kişi zəngə cavab verərək həmin telefonu cibgirin əlindən aldığını və ona 50-100 manat müqabilində qaytaracağını, həmin pulu vermək istədiyi təqdirdə Gənclik metrosunun qarşısında onunla görüşmək istədiyini və orada birgə çay içmək istədiyini ona dediyi üçün o da bu barədə polisə müraciət etdiyini ona demişdir. Ondan sonra telefonuna zəng çatmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 613 manat miqdarında maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Təxminən avqust ayı olardı, o 20 yanvar metrosunun qarşısından 14 saylı sərnişin avtobusuna minərək qabaqda oturmuşdur. Həmin gün avtobusda sıxlıq var idi. Avtobusla gələrək Nəsimi rayonu, ünvan 12 ünvanında yerləşən H.Əliyev adına sarayın qarşısındakı dayanacaqda avtobusdan düşərkən çantasının dartıldığını hiss etmiş və görmüşdür ki, telefonu çantasından oğurlanıb. Bundan sonra avtobusu saxlatdıraraq telefonunun kim tərəfindən götürüldüyünü sərnişinlərdən soruşmuş, lakin onun telefonunu heç kim qaytarmamışdır. Digər bir telefonla öz nömrəsinə zəng vurduqda artıq telefonuna zəng çatmamışdır. Hadisə zamanı cibindən, üzərində 4 manat dəyərində kapron telefon üzlüyü və eyni zamanda 3 manat dəyərində ********** saylı GSM nömrə olan 600 manat dəyərində bir ədəd “Huawei E9 Proe” markalı mobil telefon oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 607 manat miqdarda maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 17.06.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs12 22.06.2021-ci il tarixdə, Zərərçəkmiş şəxs13 23.07.2021-ci il tarixdə, X6 26.07.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və X4 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilmınəsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 yanvar 2020-ci il tarixdə günün ikinci yarısında Səbail rayonu, Neftçilər prospektində yerləşən “Kukla” teatrının qarşısına getmişdir. Oradan da, Lökbatan qəsəbəsinə getmək üçün "xxxx" MMC-yə məxsus 125 saylı sərnişin avtobusuna daxil olmuşdur. Həmin gün saat 16 radələrində avtobus “Azneft” dairəsinin qarşısında olduğu zaman o, orta boylu bir kişinin onun arxasında dayanaraq onu itələməsini hiss etmiş və daha sonra həmin kişi ordakı dayanacaqda avtobusdan düşərək getmişdir. Avtobus oradan bir qədər uzaqlaşdıqda o, əynindəki paltonun sağ yan cibindən, üzərində 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 16 manat dəyərində ********** və 7 manat dəyərində 070 ******* saylı GSM nömrələr olan 600 manat dəyərində bir ədəd “Samsung Galaxi J5” markalı mobil telefonun oğurlandığını aşkar etdiyini və nəticədə ona ümumilikdə 627 manat miqdarda maddi ziyan dəydiyini bildirmişdir (cild 3, i/v128-130). Zərərçəkmiş şəxs X5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26.11.2019cu il tarixdə səhər saatlarında Sabunçu rayonunda yerləşən Bakıxanov qəsəbəsindəki “klas” ticarət mərkəzində ödəniş etdikdən sonra həmin tarixdə saat 12:46-da oradan 55 saylı sərnişin avtobusu ilə Suraxanı rayonu, Bakıxanov qəsəbəsindəki “Aygün City” ticarət mərkəzinin qarşısına gələrək orada “Araz” marketdə ödəniş etmək istəyərkən əl çantasından ona məxsus 300 manat pulun, "xxxx"-a aid “Albalı” və “Bolkart” plastik kartları və 4 manat dəyərində kapron telefon üzlüyü, eyni zamanda 3 manat dəyərində ********** saylı GSM nömrə olan 70 manat dəyərində bir ədəd “Samsung J3” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsinin oğurlandığını aşkar etdiyini və nəticədə ona ümumilikdə 377 manat maddi ziyan dəydiyini bildirmişdir (cild 1, i/ 194-199). Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13-dən 14-nə keçən gecə Elvin Zərbəliyevlə “Fəvvarələr meydanın”da piyada gəzərək istirahət etdikdən sonra yenidən piyada həmin gecə, yəni 14 mart 2020-ci il tarixdə saat 00:50 radələrində ünvan 9 ünvanının qarşısından keçərkən arxasınca gələn şəxsin onun üzərindəki çantasının içərisindən 630 manat pulu olan 19 manat dəyərində şabalıdı rəngli dəri pulqabı ilə birgə gizli olaraq oğurladığını sonradan aşkar etdiyini və nəticədə ona ümumilikdə 649 manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir(cild 3, i/v15-22). Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07.03.2020-ci il tarixdə saat 21 radələrində Qara Qarayev metrosunun qarşısında 214 saylı sərnişin avtobusuna daxil olaraq Suraxanı rayonu, Ramana qəsəbəsinə gedərkən həmin tarixdə 21:50 radələrində avtobus Ramana qəsəbəsi Samir Əliyev küçəsi döngə 3 ünvanında hərəkətdə olduqda o, üzərindəki əl çantasının içərisindən, "xxxx"-a aid “Albalı”və “Yapıkredit” kartları, 240 manat pulu 10 manat dəyərində ağ rəngli dəri pul kisəsi ilə birgə oğurlandığını aşkar etməsini və nəticədə ona ümumilikdə 250 manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir (cild 1, i/v 255-258). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)-208/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində 01 (bir) ay 30 (otuz) gün müdətinə, yəni 11 noyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-648/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 yanvar 2021-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 4(006)-5/2021 saylı, 06.01.2021-ci il tarixli qərarı onun həbsdə saxlama müddəti 31.01.2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 163, cild 2, i/v 27-28, 73-75, cild 3, i/v 191-196). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli tələbnamədən, Yardımlı rayon məhkəməsinin 1(038)-14/2008 saylı, 09.07.2008-ci il tarixli hökmündən və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 fevral 2010-cu il tarixli, 1(101)-353/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1999-cu ildə Azərbaycan Respublikası CM-nin 15, 93-3-cü maddəsinə əsasən Masallı rayon məhkəməsinin hökmü ilə 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, 2000-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinə əsasən Masallı rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və 01.02.2001-ci il tarixdə Amnistiya qərarı əsasında cəzadan azad edilmişdir. Bubndan başqa, 2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və 10.05.2007-ci il tarixdə AR Milli Məclisinin 08.05.2007-ci il tarixli Amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Bundan başqa, 2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin hökmü ilə 01 islah isləri cəzasına məhkum edilmişdir. Bundan başqa, 17.12.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.2 və 181.2.5-ci maddələrinə əsasən Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12.07.2019-cu il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 01 ay 10 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, 12.03.2020-ci il tarixdə Lənkəran RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə olan cinayət işi yekunlaşdırılaraq 08.05.2020-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərilmiş və hazırda məhkəmə istintaqı davam edir. Bundan başqa, barəsində 21.08.2020-ci il tarixdə Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət işi yekunlaşdırılaraq 10.10.2020-ci il tarixdə Sabunçu rayon məhkəməsinə göndərilmiş və hazırda məhkəmə istintaqı davam edir (cild 2, i/v 33-36, 49- 53). İş üzrə ‘'Respublika Narkoloji Mərkəzin"dən və "Respublika Psixiatriya” Xəstəxanası”X9 daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs sözü gedən müalicə müəssisələrində qeydiyytda deyil (cild 2, i/v 46, 54). İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 23 dekabr 2020ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə aid sərnişin avtobuslarından götürülmüş video görüntülərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs **-ZX-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun ikinci qapısının qarşısında qucağında azyaşlı uşaqla dayanmış Zərərçəkmiş şəxs11 çantasından ona məxsus telefonu oğurladığını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə aid 10-TH 235 dövlət qeydiyyat nişanlı 79 nömrəli sərnişin avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs7 çiynindəki əl çantasının içərisindən ona məxsus telefonu oğurladığını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Nəqliyyat Agentliyinə aid 165 nömrəli **- JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun içərisində qapının qarşısında dayanaraq avtobusdan düşməyə çalışan Zərərçəkmiş şəxs12 arxa cibindən mobil telefon oğurlayır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özü olduğunu və həqiqətən də sözü gedən telefonların oğurladığı anların görüntüləri olduğunu təsdiq etmişdir (cild 3, i/v 206). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, videogörüntülərə baxış keçirilməsi protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, Zərərçəkmiş şəxs7 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-166/2021 saylı, 13 yanvar 2021-ci il tarixli qərara əsasən 18 yanvar 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar