Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-166/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Quba rayonu Amsar- Palasa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu Amsar-Palasa kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09.02.2022-ci il tarixdə, gccə saat 23.30 radələrində, əylənmək üçün getdiyi Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti 40 ünvanında yerləşən “Boss” gecə klubunda, həmin vaxt cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq, hamı tərəfindən qəbul olunmuş qaydalara laqeydlik göstərərək, ətrafda olan digər şəxslər arasında həyəcanın, narahatçılığın yaranmasına səbəb olan, onların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edib, özünün şəxsiyyətini onların fövqündə qoyub, ətrafdakı şəxslərin gözü qarşısında, həmin kluba müştəri kimi gələn T.S.Qurbanlı üzərində zor tətbiq edərək, qəsdən onun baş nahiyəsinə əli ilə zərbə endirib ona - burun nahiyəsinin burun sümüklərinin yerin dəyişməyən sınığı ilə müşayiət olunan qançır şişkiniik-halıııda əzilməsi, sağ gözeltı və sağ yanaq nahiyələrinin qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.02.2022-ci il tarixdə gecə saat 23 radələrində şəhərdə dostu, əvvəllər iş yoldaşı olmuş X6 ilə birlikdə görüşüb əylənmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən “Boss’' gecə klubuna getmişlər. Klubda əyləşib spirtli içki qəbul etdikdən sonra masanın kənarında rəqs etməyə başlamışdır. Həmin zaman masanın yaxınlığında digər şəxslərdə rəqs edirmiş və həmin şəxslərdən biri yəni Zərərçəkmiş şəxs rəqs edərək ona baxıb barmağı ilə biədəb hərəkət edirmiş. O, həmin şəxsə fikir verməyib rəqs edən zaman həmin şəxs qarşısına keçib yenidən ona orta barmağı ilə işarə göstərmişdir. Bu zamar o, Zərərçəkmiş şəxs işarəni kimə etdiyini soruşduqda, o kinayəli şəkildə gülərək üzünü çevirmişdir. O, onun görünüşündən yəni qaşlarının alınması və davranışından cinsi azlığa bənzətdiyi üçün ona baş qoşmamışdır. Təxminən 3 dəqiqə sonra yenidən rəqs edən zaman Zərərçəkmiş şəxs gülərək ona tərəf gəlib əli ilə arxasını əlləmiş, bu zaman o, artıq əsəblərini cilovlaya biləməyib onun sifət nahiyəsindən iki dəfə yumruqla zərbə vurmuşdur. Ətrafda olan şəxslər onları ayırmış və ora gələn polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərdən qismən ödəniş etməsini, zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin fadəsi, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09.02.2022-ci il tarixdə axşam saat 22 radələrində dostu X2 ilə görüşüb bir qədər gəzişdikdən sonra əylənmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Bulbul prospektində yerləşən “Boss” gecə klubuna getmişlər. Klubda masada əyləşərək spirtli içki qəbul etmişlər və klubda səslənən mahnı onun xoşuna gəldiyindən əyləşdiyi masadan qalxaraq rəqs etməyə başlamışdır. Səslənən mahnının klipində ifaçı hər iki eli ilə orta barmağını göstərərək rəqs etdiyi üçün, o da ifaçı kimi hər iki əli ilə orta barmağını göstərib rəqs etməyə başlamışdır. Həmçinin bildirmişdir ki, orada heç kimə niyyətli olaraq həmin işarəni göstərməmiş sadəcə olaraq sərxoş olduğundan gözlərini yumaraq, özü üçün rəqs edirmiş. Bu zaman klubda müştəri olan tanımadığı şəxs ona yaxınlaşaraq həmin işarənin ona edib etməməyini soruşmuş, o, da ona nəzakətli şəkildə yaxınlaşaraq, onun üzünə sığal çəkib heç kimə işarə etmədiyini bildirmişdir. Bundan sonra yenidən rəqs edən zaman, rəqs meydanı kiçik olduğundan və orada sıxlıq olduğundan təsadüfən əli Təqsirləndirilən şəxs dəymişdir. Bundan sonra sonuncu, heç bir söz demədən onun sifət nahiyəsindən yumruqla vurmuş, o, da sifətini tutub geri çəkilən zaman Təqsirləndirilən şəxs onun baş nahiyəsindən yenidən yumruqla zərbə vurmuşdur. Ətrafda olan şəxslər onu tutub saxlamış və ora gələn polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində hazırda Təqsirləndirilən şəxsla barışmasını, sonuncunun ona dəymiş zərərdən qismən ödəniş etməsini və ona yüngül cəza verilməsini xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 8-ci vərəqəsində olan 10.02.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01-09-da DİN 102 xidmətindən ********* saylı (döymə) məlumatı daxil olmuşdur. Q.Ş.Qurbanlı zəng edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bulbul prospektində yerləşən “Boss” gecə klubunda qardaşı Zərərçəkmiş şəxs döyülərək xəsarət almasını bildirmişdir. Sadələşdirilmiş icraat materialının 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Təcrübi və Tədris Birliyinin məhkəmə tibb ekspertizasının 01 mart 2022-ci il tarixli 178 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin burun sümük ərinin yerinidəyişməyən sınığı ilə müşayiət olunan qançır şişkinlik-halında əzilməsi, sağ gözaltı və sağ yanaq nahiyələrinin qançırları bərk küt əşyanın təsiıindon müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 09.02.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Sadələşdirilmiş icraat materialının 6-cı vərəqəsində olan 10.02.2022-ci il tarixli 2/2129 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs alkoqol sərxoşluğuyüngül dərəcəli müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materialının 83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sadələşdirilmiş icraat materialının 43-cü vərəqəsində olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 09.02.2022-ci il tarixdə axşam radələrində klubda çəkilmiş, rəqs edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gülərək ona tərəf yaxınlaşır və əli ilə ona toxunur, bu zaman əvvəlki onun sifət nahiyəsindən iki dəfə yumruqla zərbə vurur və ətrafda olan şəxslər onları ayırır. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxsla barışmış, sonuncu ona dəymiş zərərdən qismən ödəniş etmiş və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərdən qismən ödəniş etməsini, zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərdən qismən ödəniş etməsini, zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət hadisəsini əks etdirmiş 01 ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-166/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-166/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver