Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-166/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi3 və vəkili Müdafiəçi4, müdafiəçi – Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MTK-nın sədri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan. barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 186.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla zərərçəkmiş şəxsin külli miqdarda ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının istintaqla dəqiq müəyyən edilməyən tarixində təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olaraq "ELİPS- R” indiki adı ilə "xxxx" Mənzil Tikinti Kooperativin sədri kimi 20 noyabr 2024-cü il tarixli vəzifə təlimatına, həmçinin "ELİPS-R” LTD MMC ilə bağladığı 21 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən sifarişçi tərəfindən ona həvalə edilmiş Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə 17 mərtəbəli, 4 bloklu yaşayış binasının inşası üçün torpaq, o cümlədən çala ətrafının bərkidilməsi işləri, daş-hörgü, monolit-beton və dəmir beton konstruksiyaların qurulması, yığma beton və dəmir beton konstruksiyalarının qurşadırılması işlərinin yerinə yetirilməsi, qeyd olunan ərazidə mövcud olan fərdi yaşayış evlərinin sahibləri ilə razılaşma əldə etdikdən sonra həmin evlərin söküntüsünü həyata keçirməli olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, yəni sədri olduğu Mənzil Tikinti Kooperativi və üçüncü şəxs hesab edilən "ELİPS-R” LTD Məhdud Məsuliyyətli Cəmiyyətin üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Bakı şəhəri icra hakimiyyəti başçısının aparatının Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 30/68600 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən və dəyəri 110.505 manat (yüz on min beş yüz beş) təşkil edən 45.72 kvadrat metr sahədən ibarət bir 1 otaqlı fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar əmlak sahibi ilə hər hansı razılaşma əldə etmədən şəxsiyyəti istintaqa məlum olmayan günəmuzd işləyən ekskavatorçuya vəzifə səlahiyyətlərindən suiistifadə edərək söküntü barədə göstəriş verməklə həmin göstərişin icrasına nail olub fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla Zərərçəkmiş şəxs külli miqdarda, yəni 110.505 manat (yüz on min beş yüz beş) ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 45 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək yerində yaşayış evlərinin layiləndirilməsi və tikilməsi məqsədilə ərazinin 0,41 ha sahəsi "xxxx" LTD MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2016-ci il tarixli 495 nömrəli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MTKya Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 968-ci məhəllədə yaşayış binalarının tikintisinin aparılması üçün icazə verilmişdir. "xxxx" MTK xx.xx.2014-cü il tarixdə yaradılmış, MTK-nın təsisçiləri o, X5, X14, X3 olmuşdur. 28 fevral 2024-cü il tarixdən "xxxx" MTK-nın adı "xxxx" MTK olaraq dəyişdirilmişdir. 20 noyabr 2014-cü il tarixdən indiki vaxta qədər “ELİPS-R" MTK-nın sədri vəzifəsində işləmişdir. "xxxx" LTD MMC ilə "xxxx" MTK arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X11 küçələrinin kəsişməsində 17 mərtəbəli, 4 bloklu yaşayış binasının inşası üçün torpaq, o cümlədən tikintinin çala ətrafının bərkidilməsi işlərinin, daş hörgü, monolit-beton və dəmir-beton konstruksiyaların qurudulması, yığma, beton və dəmir-beton konstruksiyaların quraşdırılması işlərinin yerini yetirilməsi işlərini və qeyd olunan ərazidə mövcud olan fərdi yaşayış evlərinin sahibləri ilə razılaşma əldə etdikdən sonra həmin evlərin söküntüsünü həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Onun vəzifə təlimatına görə səlahiyyətinə Bakı şəhəri, Nəsimi rayonu Süleyman Rüstəm, Mir Qasımov və X11 küçələrinin kəsişməsində 17 mərtəbəli, 4 bloklu yaşayış binasının inşasını təmin etmək, qeyd olunan ərazilərdə fərdi yaşayış evlərinin sahibləri ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlamaq, həmin evlərin sökülərək tikinti işlərinin həyata keçirilməsi aiddir. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşir, Zərərçəkmiş şəxs ilə şəxsən tanışlığı olmamış, qohumu Şahid2 vasitəsi ilə qiyabı tanımışdır. Həmçinin, Şahid2 işlədiyi “KRİSTAL AA" MTK-nın təsisçilərindən Xoşbəxt Cəfərov "ELİPS-R” MTK-nın əvvəlki təsisçisi olmuş, sonuncu öldükdən sonra MTK-da nümayəndəsi vərəsəlik qaydasında arvadı Bikəxanım Cəfərova keçmişdir. Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X11 küçələrinin kəsişməsində 17 mərtəbəli, 4 bloklu yaşayış binasının inşası üçün “ELİPS- R" LTD MMC ilə "xxxx" MTK arasında podrat müqaviləsi bağlanandan sonra o, qeyd olunan ərazilərdə yaşayan fərdi yaşayış evlərinin müqabilində kompensasiya ödəyərək həmin mənzilləri almağa başlamışdır. Həmin vaxt qohumu Şahid2 ona zəng edərək tikinti apardığı Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində qonşusu Mirzəli adlı şəxsin yaşadığını, Sankt-Peterburq şəhərində yaşayan dostlarının zəng edərək Mirzəliyə məxsus mənzilinin müqabilində kompensasiya ödənilməsində köməklik göstərilməsini xahiş etdiklərini bildirmişdir. O, Əlixana Mirzəlinin yaşadığı ərazidə tikinti işləri aparılan zaman Mirzəli ilə danışaraq ortaq razılığa gəlməyə çalışacağını bildirmişdir. Təxminən 2023-cü il tarixdə Əlixan ona zəng edərək Mirzəlinin onun ofisinə gəldiyini, sonuncunun mənzilinin qarşılığında 120.000 manat pul istədiyini bildirmişdir. O, Əlixanla telefonla danışan zaman Mirzəlinin evinin təxminən 45 kv.m olduğunu, həmin evin müqabilində 110.00 manat pul verə biləcəyini bildirmişdir. Daha sonra Əlixan ona zəng edərək Mirzəlinin mənzilinə görə razılaşmaq üçün 115.000 manat pul istədiyini bildirəndə, o, Əlixana problem olmadığını, Mirzəliyə qeyd etdiyi 115.000 manat pulu verə biləcəyini, sonuncu ilə görüşərək razılaşacağını bildirmişdir. Təxminən 2023-cü ilin dekabr ayından etibarən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yaşayan qonşuları ilə yazılı müqavilələr bağlayaraq həmin evləri almağa başlamışdır. Həmin ərazidə yaşayan sakinlər ilə evlərinin müqabilində kompensasiya ödəyərək razılığa gəlməyində hər hansı problemlər ilə qarşılaşmamışdır. Zərərçəkmiş şəxs mənzilinin alınması ilə bağlı dəfələrlə ünvan 3 ünvanında yerləşən evinə getsə də, evdə yaşayış olmamış, qonşular Mirzəlinin ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığını bildirmişlər. Təxminən 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən fərdi yaşayış evləri onun göstərişi ilə sökülməyə başlamışdır. Zərərçəkmiş şəxs mənzilinin ətrafında fərdi yaşayış evləri sökülən zaman sonuncunun da evinin divarlarına ekskavator tərəfindən ziyan dəymişdir. O, bu halı görəndə Mirzəlinin qonşuları Nabat və Ətrəba adlı şəxslərə mənzilin açarlarının kimdəsə olub-olmadığını soruşmuş, sonuncular Mirzəlinin evinin açarlarını onlarda olduqlarını, ev boş olduğuna görə özlərinə məxsus bəzi əşyaları da orada saxladıqlarını bildirəndə o, Nabat və Ətrəba adlı qonşulara söküntü işlərinin aparıldığını, Mirzəliyə məxsus mənzildə saxlanılan əşyalara ziyan dəyməsin deyə həmin əşyaları mənzildən çıxarmaqlarını söyləmişdir. Nabat və Ətrəba mənzildən özlərinə məxsus əşyalarını çıxartdıqdan sonra sonunculardan mənzildə əşya qalıb-qalmadığını soruşanda qonşular mənzilin boş olduğunu ona bildirmişlər. O, Mirzəli ilə şifahi olaraq 115.000 manata razılaşdığını, sonuncunun qohumu Əlixanı tanıdığını, Mirzəlinin Bakıya gələndə rəsmi qaydada müqavilə bağlayacağını düşünərək evin sökülməsi ilə bağlı göstəriş vermiş, evlərin söküntüsünü günəmuzd tutduğu adını xatırlamadığı ekskavatorçu həyata keçirmişdir. 2024-cü ilin təxminən mart ayında Əlixan ona zəng edərək Mirzəlinin xəbərsiz mənzilinin sökülməsi, bu hadisədən məlumatı olub-olmadığını soruşduğunu bildirmişdir. Əlixan ona nəyə görə Mirzəli ilə razılaşmadan sonuncuya məxsus evin sökülməsini soruşanda o, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən mənzillərin sahibləri ilə müqavilə bağladığını, orada yerləşən bütün mənzillərin söküntüsünə başladığını, mənzilləri sökən zaman Mirzəlinin evinə ekskavatorun ziyan vurduğunu, təhlükəli şərait yaranmaması üçün Mirzəlinin də evinin sökülməsi ilə bağlı işçilərə göstəriş verdiyini, Mirzəlinin evinə müqavilə bağlamaq üçün dəfələrlə getdiyini, lakin qonşulardan aldığı məlumata görə Mirzəlinin Rusiyada yaşadığına görə sonuncu ilə müqavilə bağlaya bilmədiyini bildirmişdir. O, Əlixana Mirzəlinin onun ofisinə gələn vaxt şifahi olaraq 115.000 manata razılaşdıqlarına görə Mirzəliyə məxsus evin sökülməsində hər hansı problem yaşamayacağını düşündüyünü qeyd edəndən sonra Əlixandan Mirzəli ilə danışarkən ona narahat olmamağı, Bakıya gələndə şirkətin Mirzəli ilə müqavilə bağlayaraq 115.000 manat pulu verəcəyini deməsini xahiş etmişdir. Təxminən 2024-cü ilin yay aylarında Mirzəlinin prokurorluğa şikayət etdiyini öyrənəndə qohumu Əlixana zəng edərək Mirzəli ilə barışmaq üçün köməklik göstərməyini yenidən xahiş etmiş, çünki Əlixanın dostları Mirzəlinin tanışları olmuşdur. Əlixan Sankt-Peterburq şəhərində yaşayan Mirzəli ilə ortaq tanışlarına zəng etmiş, təxminin 2024-cü ilin sentyabr ayının axırlarında şəxsi işləri ilə bağlı Sankt-Peterburq şəhərinə gedəndə Mirzəlinin dostları ilə görüşü olmuş, onun Mirzəliyə evinin müqabilində etdiyi pul və mənzil təkliflərini bildirmişdir. Mirzəlinin dostları sonuncunun iki oğlu olduğunu, iki ev istədiyini Əlixana bildirmişdir. Əlixan Bakıya qayıdanda ona Zərərçəkmiş şəxs ilə məsələni həll etməyini, bu işə qarışmayacağını bildirəndə o, Əlixana Mirzəlinin vəkili Azərlə danışmağını sonuncu dəfə xahiş etmişdir. 2024-cü ilin oktyabr ayının ortalarında Əlixan Azərlə görüşərək onun Mirzəlinin mənzili müqabilində etdiyi təklifi Abşeron rayonu, Xırdalan şəhərində 2 ədəd bir otaqlı mənzil vermək istədiyni və ya 180.000 manat pul təklifini bildirmişdir. Azər adlı vəkil Zərərçəkmiş şəxsla danışacağını, sonuncunun Nəsimi rayonu ərazisində 3 otaqlı mənzil istədiyini Əlixana bildirmişdir. Azər adlı vəkil ilə görüşdən sonra Əlixan onunla görüşərək Mirzəlinin ev məsələsinə qarışmayacağını, evinin sökülməsində onun günahlandırdıqlarını bildirmişdir. “KRİSTAL A1" MTK şirkəti Bakı şəhəri, Nəsimi rayonu, X21 küçəsinin kəsişməsində tikintini həyata keçirən şirkətlərdən biri olmuş, "xxxx" MTK isə X17 küçəsinin kəsişməsində tikintini həyata keçirir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda fərdi yaşayış evlərinin söküntü və tikinti işləri “ELİPS-R" MTK tərəfindən həyata keçirilir. "xxxx" MTK-nın Zərərçəkmiş şəxs mənzilinin sökülməsi ilə əlaqəsi olmamışdır. 2023-cü ildə Mirzəli qohumu Əlixanın ofisində gedəndə evinin müqabilində 115.000 manat pul istəmiş, bu barədə Əlixan ona deyəndə problem olmadığını, Mirzəlinin mənzilinə sıra çatanda qeyd olunan pulu ona verəcəyini bildirmiş, Mirzəli Rusiya Federasiyasında yaşadığına görə o, müqavilə bağlaya bilməmiş, Mirzəlinin evinin sökülməsinə göstəriş verəndə sonuncu ilə şifahi razılaşma olduğu üçün ondan şikayətçi olacağını düşünməmişdir. Çünki Mirzəlinin tanışları Əlixanın dostları olmuş, həmçinin Əlixanın yanına gələndə Mirzəli ilə aralarında şifahi şəkildədə olsa razılaşma olmuşdur və o, Mirzəlinin şifahi razılaşmasına arxeyn olmuş və söküntü işləri ilə bağlı göstərişi hər hansı qəsdlə əmlakın bilərəkdən məhv edilməsi məqsədi ilə deyil, şifahi razılaşmaya əsasən vermişdir. Zərərçəkmiş şəxs fərdi yaşayış evinin açarlarının qonşuları Nabat və Ətrəba adlı şəxslərdə olmuş, ev sökülən zaman sonuncular evdə hər hansı əşya olmadığını bildirmişlər. Bundan başqa Zərərçəkmiş şəxs evi illərdir boş olmuş, orada yaşayış olmamış, ev köhnə, içərisi isə dağınıq və təmirsiz olmuş, ev sökülən zaman və sonra hər hansı seyf və ya qızıl aşkarlanmamışdır. Mirzəliyə məxsus mənzilin müqabilində kompensasiya ödənilməsində köməklik göstərilməsi üçün Əlixandan xahiş etmişdir. Mirzəli ilə aralarında olan şifahi razılaşmaya güvənərək evin sökülməsi əmrini vermiş, bu zaman hər hansı vəzifə səlahiyyətindən sui-istifadə etməmiş, Zərərçəkmiş şəxs evinə qəsdən zərər vurmamışdır. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə şifahi razılaşmasına əsasən söküntü barədə göstəriş verdiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Rusiya Federasiyasının Sankt-Peterburg şəhərində 2009-cu ildən etibarən yaşayır, həmin şəhərdə şəxsi bizneslə məşğuldur, ailəlidir, üç övladı var. Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 7 ünvanında yerləşən 45.72 kv.m sahəsi olan 1 otaqlı mənzili 1989-cu il tarixdə almış, həmin mənzilə dair Bakı şəhəri icra hakimiyyətinin texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1995-ci il tarixli 30/68600 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzili bir qonaq otağı, mətbəx, dəhliz və sanitariya qovşağından ibarət olmuşdur. 2024-cü ilə kimi yəni mənzili qanunsuz sökülənə kimi ildə iki dəfə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gələn vaxt həmin mənzildə yaşamışdır. Həmin yaşayış ünvanına o, həyat yoldaşı Təzəgül Cəfərova, oğlanları Mirnatiq Cəfərov, Mirnamiq Cəfərov və qızı Mirnəzrin Cəfərov qeydiyyatdadırlar. Onun mənzili təxminən 2024-cü ilin fevral ayının ortalarında sökülmüşdür. Həmin vaxt evdə heç kəs olmamış, o, ailə üzvləri ilə birlikdə Sankt-Peterburg şəhərində olmuş, evinin sökülməsi barədə məlumatı qonşusu Xeyransa adlı şəxs arvadı Təzəgül Cəfərovaya zəng vuraraq bildirmişdir. O, həmin gecə Bakı şəhərində yaşayan, onların yaşadığı ünvanda tikinti işləri ilə məşğul olan kimi tanıdığı Əlixan adlı şəxsə “whatsapp" sosial şəbəkəsi ilə sonuncuya mənzilinin xəbərsiz söküldüyünü ona bu barədə məlumat verməməsi barədə səs atmışdır. O, Əlixan adlı şəxsi 2019-cu il tarixdə tanımış, həmin il Sankt-Peterburq şəhərindən Bakı şəhərinə gələndə qonşuları ona evinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində tikinti işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirmişdir. Qonşuları bununla bağlı tikinti şirkətinin nümayəndəsi kimi tanıdıqları Əlixan adlı şəxsin onlarla danışıq apardıqlarını bildirmişlər. O, Bakı şəhərində daimi yaşamadığına görə Əlixan adlı şəxslə görüşmək üçün Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsinə yaxın yerləşən sonuncunun ofisinə yaxınlaşaraq Əlixanla orada görüşmüşdür. O, Əlixana ünvan 6 ünvanında yerləşən 45.72 kv.m sahəsi olan 1 otaqlı mənzilin sahibi olduğunu, Sankt- Peterburg şəhərində yaşadığını bildirəndə Əlixan ona yaşadığı ünvanda bina tikintisini apardığını söyləyərək evi üçün təxminən 110.000- 120.000 manat pul təklif etmişdir. Lakin o, Əlixanın təklifi ilə razılaşmayaraq evi üçün 160.000 manat pul istəmiş, görüşün sonunda Əlixanla razılaşmayaraq əlaqə nömrəsini sonuncuya verərək ofisdən ayrılmışdır. Daha sonra o, Sankt-Peterburg şəhərinə qayıtmış və Əlixanla indiki vaxta kimi bir daha görüşü olmamışdır. O, evinin sökülmə xəbərini alandan sonra Əlixana “whatsapp" sosial şəbəkəsi ilə səs göndərərək mənzilini xəbərsiz sökdüyünü, nəyə görə belə etməsi məzmununda səs atanda Əlixan ona narahat olmamağı, Bakıya qayıdanda razılaşma olacağını bildirmişdir. Daha sonra onun Əlixanla hər hansı əlaqəsi olmamış, o, bir müddət Əlixanın onun evini rəsmi qaydada müqavilə bağlayaraq almasını gözləmiş, lakin Əlixandan hər hansı bir xəbər çıxmamışdır. O, qohumu Faiq adlı şəxsi Əlixanın yanına göndərəndə Faiq Əlixana nəyə görə hər hansı bir müqavilə olmadan evinin qanunsuz söküldüyünü bildirmişdir. Əlixan isə onun evinə görə pul ödəməkdən və ya mənzil ilə təmin etməkdən imtina etmişdir. O, yenə bir müddət Əlixanın onunla əlaqə saxlamasını gözləmiş, buna görə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Lakin, nə Əlixan nə də onun mənzilinin yerləşdiyi ərazidə hər hansı tikintini aparan şirkət onunla razılıq üçün əlaqə saxlamamışdır. O, Əlixanın bu hərəkətindən sonra vəkili Müdafiəçi3 ilə əlaqə saxlayaraq hüquq mühafizə orqanlarına şikayət etmək istədiyini bildirmişdir. Nəsimi Rayon Prokurorluğuna şikayət edəndən sonra Əlixan barışmaq üçün onunla əlaqə saxlamaq istəmiş, buna görə Sankt-Peterburq şəhərindəki dostlarını onun yanına göndərmişdir. Həmin adamlar ona Əlixanın Abşeron rayonu, Xırdalan şəhərində 2 ədəd bir otaqlı mənzil vermək istədiyini təklifini bildirmişdir. Lakin o, Əlixanın təklifləri ilə razılaşmamış, daha sonra Əlixan onun vəkili Azər ilə Bakı şəhərində görüşmüşdür. Eyni qaydada həmin ev təklifi və ya 170000 manat pul təklifini onun vəkilinə etmiş, lakin o, həmin təkliflər ilə razılaşmamışdır. Daha sonra Əlixan və ya başqa şəxslə əlaqəsi olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, onun evinin sökülməsinə göstərişin kim tərəfindən verilməsini bilmir, evinin sökülməsi barədə məlumatı Xeyransa adlı şəxs məlumat vermişdir. Onun evi sökülən vaxtı orada hansı şəxslərin olması və ya göstərişi kimin verməyi barədə məlumatı olmamışdır. Qonşusu Xeyransa evi sökmək istəyənlərə yaxınlaşaraq nəyə görə mənzilin sökülməsini soruşanda orada olan şəxslər evin alındığını qonşusuna bildirmişlər. O, həmin zaman evini sökən şəxsləri tanımamışdır. ünvan 7 ünvanında yerləşən mənzili sökülən vaxt orada olan şəxslər barədə məlumatı olmamışdır. O, rayon prokurorluğuna ünvanlandığı ərizədə ünvan 8 mənzilinin “KRİSTAL-A1” şirkəti tərəfindən söküldüyünü qeyd etməsi barədə bildirmişdir ki, illərdir Bakı şəhərində yaşamır, ona görə tikinti aparan şirkətləri tanımır. Qeyd etdiyi “KRİSTAL-A1” şirkətinin adını qonşuları ona söyləmişdir. Evinin yerləşdiyi ərazidə kim tərəfindən tikinti aparılması və ya həmin tikinti şirkətin rəhbərliyi barədə məlumatı olmamış, evinin alınması ilə bağlı bir neçə dəfə Əlixan adlı şəxs ilə danışıqları olmuşdur. Başqa şəxs onunla əlaqə saxlamamış, mənzili qanunsuz olaraq sökülmüşdür. ünvan 8 evin həyətində iki siyirməli dolabda həyat yoldaşına məxsus mis qablar olmuş, həmçinin mənzilində otağın pəncərəsinin altında gizlin seyf olmuş, həmin seyfdə qızıllar olmuşdur. Seyfdə üç ədəd sep, üç dəst sırğa, üç ədəd qolbaq, üç ədəd üzük olmuş, həmin qızıllar brilyant qaşlar ilə bəzədilmişdir. Qızılların dəyəri 60.000 manatdan çox olmuş, indiki vaxtda qızılların şəkilləri onda yoxdur. Bundan başqa, seyfdə sayını xatırlamadığı həyat yoldaşına məxsus gümüş əşyalar olmuşdur. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, həmin şəxslə əlaqəsi olmamışdır. Ona məxsus evinin yerləşdiyi ərazidə hansı şirkətin tikinti apardığını bilməmiş, söküntünü həyata keçirən şirkətin sədrini cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. O, Əlixan ilə qonşu olmamış, sonuncunun ofisi onun evinin arxa məhləsində yerləşmişdir. 2019-cu il tarixdə Rusiya Federasiyasından Bakıya gələndə qonşularının Əlixan adlı şəxsin tikinti işləri apardığını, evlərin sökülməsi müqabilində pul verilməsi məsələlərinin onunla aparıldığını bildirmişlər. Ona görə də o, Əlixanla bir neçə dəfə danışmış, lakin sonuncu ilə hər hansı yazılı və ya şifahi razılıq olmamışdır. Əlixan onunla “ELİPS-R" MTK-nin sədri Təqsirləndirilən şəxs haqqında danışmamışdır. Sankt- Peterburq şəhərində yaşayan dostları Əlixanın tanışları olmuş, lakin onları razılığa gətirə bilməmişlər. O, bildirmişdir ki, onun Əlixanla şifahi və ya yazılı razılığım olmamış, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncu ilə əlaqəsi olmamışdır. 2019-cu il tarixdə həyat yoldaşı ilə birlikdə Əlixanın ofisinə gedəndə mənzilin qiyməti ilə bağlı aralarında razılaşma olmamışdır. Rauf və ya başqa tikinti şirkəti ilə də danışıqları olmamış, ona məxsus ev qanunsuz olaraq sökülmüşdür. Ona Əlixan 2019-cu il tarixdə 120.000 manat pul təklif edəndə onuncu ilə razılaşmamış, o, mənzilinin müqabilində 160.000 manat pul istəyəndə Əlixan onun təklifi ilə razılaşmamış, ümumiyyətlə onun evinin lazım olmadığını qeyd etmişdir. Mənzilinə məxsus evinin açarları Nabat, Ətrəba adlı qonşularında olmuş, sonuncular özlərinə məxsus bir neçə əşyası da onun evində saxlamışlar. Onun evində gizlin seyf olmuş, orada 60.000 manat dəyərində qızılları olmuşdur. Lakin seyf barədə qonşuları və ya başqa şəxslərin məlumatı olmamışdır. Təyin olunmuş tikinti texniki əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmamışdır. Sonda təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında tikinti işləri ilə məşğul olur, 2009ci il tarixdən etibarən "xxxx" MTK-da iş icraçısı, 10 may 2014-cü il tarixdən etibarən həmin MTK-nin sədri vəzifəsində işləməyə başlamış, həmin MTK-nin təsisçiləri Sevinc Cəbrayılova, Aydın Cəfərov, Xoşbəxt Cəfərov, Rauf Xalıqov və o olmuş, “Kristal AA" MTK Bakı şəhəri, Abşeron rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binalarının tikintisini aparmış, hazırda həmin ərazidə bütün tikinti işləri yekunlaşmış, MTK-nin idarə edilməsi ilə məşğuldur. Rayon prokurorluğuna daxil olmuş Zərərçəkmiş şəxs şikayəti ilə bağlı bildirmişdir ki, həmin şəxsi təxminən 8 ildir ki, tanıyır, Zərərçəkmiş şəxs ilə o, qonşu olmuş, ünvan 9 ünvanında yaşayanda Mirzəli Nəsimi rayonu, Mirqasımov küçəsində yaşamış, Mirzəlinin Sankt-Peterburq şəhərində yaşayan tanışları onun dostları olmuş, həmin vaxtdan Mirzəli ilə münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində tikinti işlərini həyata keçirən şirkət "ELİPS-R” MTK olmuşdur. Qeyd etdiyi şirkətin sədri onun qohumu Təqsirləndirilən şəxs olmuşdur. Təxminən 8 il əvvəl Mirzəli ilə ortaq tanışları ona zəng edərək Mirzəlinin yaşadığı ərazidə tikinti işlərinin aparıldığını, ərazidə tikinti aparan şirkətin sədri Raufun onun qohumu olduğunu bildiklərini, Mirzəlinin evi plana düşən vaxt sonuncuya mənzilinin əvəzində kompensasiyanın verilməsində köməklik etməyini xahiş etmişlər. Bu söhbətdən bir müddət sonra Zərərçəkmiş şəxs özü onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, Mirzəli ilə görüşəndə sonuncu evi sökülən vaxt köməklik göstərməyini ondan xahiş etmişdir. O, Mirzəliyə bu məsələyə görə ortaq tanışlarının ona zəng etdiyini, sonuncunun yaşadığı ərazidə tikintini həyata keçirən şəxsin “ELİPS-R" MTK-nin sədri Təqsirləndirilən şəxs qohumu olduğunu, evi sökülən zaman köməklik edilməsi üçün Raufa tapşıracağını bildirmişdir. Təxminən 2023-cü il tarixdə Zərərçəkmiş şəxs arvadı ilə birlikdə yaşadığı mənzilə yaxın Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımov ünvanında yerləşən ofisə gəlmişdilər. Həmin görüşdə Zərərçəkmiş şəxs evinin müqabilində şirkət tərəfindən 120.000 manat pul ödənməsini xahiş edən vaxt o, "xxxx" MTK-nin sədri Raufa zəng edərək Mirzəlinin təklifini bildirdəndə Rauf Mirzəlinin evinin müqabilində 110.000 manat pul verə biləcəyini söyləmiş, o, Raufun təklifini Mirzəliyə söyləyəndə sonuncu 115.000 manata şirkət ilə razışalacağını bildirmişdir. O, Mirzəliyə Raufa bu barədə deyəcəyini, özləri aralarında razılaşmaqlarını söyləmiş, bu görüşdən sonra Raufa Mirzəlinin evinə görə 115.000 manat pul istədiyini bildirəndə, Rauf bu qiymət ilə razılaşmışdır. Bu danışıqlardan sonra Zərərçəkmiş şəxs ilə görüşü, danışığı olmamış, 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs ona zəng edərək mənzilinin icazə alınmadan söküldüyünü, bu barədə məlumatı olub-olmadığını soruşmuş, o, Mirzəliyə mənzilin sökülməsindən xəbəri olmadığını bildirərək məsələ ilə bağlı Raufla danışacağını qeyd etmişdir. Daha sonra Raufa zəng edərək Mirzəlinin evinin xəbərsiz sökülməsi, nəyə görə belə iş görməsi barədə ona zəng edərək soruşduğunu söyləyəndə Rauf ona Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən mənzillərin sahibləri ilə müqavilə bağladığını, həmin ərazidə yerləşən bütün mənzillərin söküntüsünə başladığını, mənzilləri sökən zaman Mirzəlinin evinə ekskavatorun ziyan vurduğunu, təhlükəli şərait yaranmaması üçün Mirzəlinin də evinin sökülməsi ilə bağlı işçilərə göstəriş verdiyini söyləmişdir. Həmçinin Rauf ona Mirzəlinin evinə müqavilə bağlamaq üçün dəfələrlə getdiyini, lakin qonşulardan aldığı məlumata görə Mirzəlinin Rusiyada yaşadığını, ona görə müqavilə bağlaya bilmədiyini. Mirzəlinin onun tanışı olduğunu, danışıq zamanı şifahi şəkildə 115.000 manata razılaşdığına görə həmin evin sökülməsində hər hansı problem yaşamayacağını düşündüyünü bildirmişdir. Rauf ondan Mirzəli ilə danışarkən sonuncuya narahat olmamağı, Bakıya gələndə şirkətin onunla müqavilə bağlayacağını deməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona “whatsapp" sosial şəbəkəsi vasitəsilə evinin xəbərsiz sökülməyi barədə yenidən səs atanda o, Mirzəliyə narahat olmamağı, Bakıya gələndə hər şeyin qaydasına qoyulacağını qeyd etmişdir. Təxminən 2024-cü ilin yay aylarında Rauf ona zəng edərək Mirzəlinin prokurorluğa şikayət etdiyini, sonuncu ilə danışmağını, ortaq tanışlarının olduğuna görə Raufla Mirzəlini barışdırmağı ondan xahiş etmişdir. O, Sankt- Peterburq şəhərində yaşayan Mirzəli ilə ortaq olan tanışlarına zəng edərək sonuncu ilə qohumu Raufu razılığa gətirmək üçün köməklik göstərmələrini xahiş etmişdir. Təxminən 15 gün əvvəl şəxsi işləri ilə bağlı Sankt-Peterburq şəhərinə gedəndə Mirzəlinin dostları ilə görüşü olmuş, Raufun Mirzəliyə evinin müqabilində pul və mənzil təkliflərini bildirmiş, Mirzəlinin dostları sonuncunun iki oğlu olduğunu, iki ev istədiyini bildirmişdir. O, Mirzəlinin dostlarına artıq bu işə qarışmayacağını, Rauf ilə öz aralarında həll etmələrini bildirmiş, Bakıya qayıdanda Raufa Zərərçəkmiş şəxs ilə özünün danışmasını, məsələnin həll etməsini söyləmiş, Rauf ona Mirzəlinin vəkili Azərlə danışmağını xahiş etmişdir. O, 2024cü ilin oktyabr ortalarında Azərlə görüşərək Təqsirləndirilən şəxs Mirzəlinin mənzili müqabilində Abşeron rayonu, Xırdalan şəhərində 2 ədəd bir otaqlı mənzil vermək istədiyini və ya 180.000 manat pul təkliflərini bildirmiş, Azər adlı vəkil Zərərçəkmiş şəxsla danışacağını, sonuncunun Nəsimi rayonu ərazisində 3 otaqlı mənzil istədiyini söyləmişdir. Azər adlı vəkil ilə görüşdən sonra o, Təqsirləndirilən şəxs ilə danışaraq məsələyə qarışmayacağını, Zərərçəkmiş şəxs ilə özünün danışmasını məsləhət bilmişdir. Zərərçəkmiş şəxs evinin sökülməsi ilə bağlı heç kəsə göstəriş vermədiyini, ortaq dostlarının xahişi və Təqsirləndirilən şəxs qohumu olduğuna görə Mirzəlinin evinin müqabilində kompensasiya verilməsində köməklik etməyə çalışdığını söyləmişdir. O, verilən şullara cavab olaraq bildirmişdir ki, “ELİPS-R" MTK-da hər hansı vəzifədə işləməmiş, həmin MTK-nin sədri qohumu Təqsirləndirilən şəxs olmuş, "xxxx" MTK-nın təsisçilərindən X15 həmçinin '‘ELİPS-R’’ MTK-nın təsisçilərindən olmuş, sonuncu təxminən 2 il əvvəl ölmüş, "Kristal AA” MTK və “ELİPS-R" MTK-da vərəsəlik ilə qanuni təmsilçisi arvadı X8 olmuşdur. Buna görə hər iki şirkətin əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs mənzilinin sökülməsi ilə bağlı məlumatı olmamış, həmin mənzilin sökülməsinə görə hər hansı şəxsə göstəriş verməmiş, həmin ərazidə tikinti işlərini "ELİPS-R” MTK aparmışdır. Zərərçəkmiş şəxs yaxın dostları ondan Mirzəlinin evi sökülən zaman sonuncuya məxsus evin əvəzində kompensiyanın verilməsində köməklik göstərməyini istəmiş, o, Raufun onun qohumu olduğuna görə Mirzəliyə köməklik göstərməyə çalışacağını qeyd etmişdir. Elə bu səbəbdən bir neçə dəfə Mirzəli ilə evi ilə bağlı danışıqları olmuş, Zərərçəkmiş şəxs məxsus evin nə vaxt sökülməsi, evdə olan əşyalar barədə məlumatı olmamış, Mirzəlinin evinin sökülməsində yalnız sonuncu ona zəng edəndə 2024-cü ilin mart ayında xəbəri olmuşdur. O, Zərərçəkmiş şəxs şikayət ərizəsində mənzilinin “KRİSTAL А1 MTK tərəfindən sökülməsi barədə qeyd etmişdir ki, "KRİSTAL A1” MTK şirkəti Bakı şəhəri, Nəsimi rayonu, X21 küçəsinin kəsişməsində tikintini həyata keçirən şirkətlərdən biri olmuş, həmin şirkətlə hər hansı əlaqəsi olmuş, 2009-ci il tarixdən etibarən "xxxx" MTK-da iş icraçısı, 10 may 2024-cü il tarixdən etibarən həmin MTK-nın sədri vəzifəsində işləməyə başlamış, "xxxx" MTK xx.xx.2008-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrə ilə qeydiyyata alınmış, Bakı şəhər icra hakimiyyətinin 22 noyabr 2006-ci il tarixli 579 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan 0,4213 ha torpaq sahəsi X6 verilmiş, sonuncu ilə 2008-ci il tarixdə müqavilə bağlanmışdır. "Kristal AA” MTK Bakı şəhəri, Abşeron rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binalarının tikintisini aparmaqla məşğul olmuş, sədrlik etdiyi şirkətlə bağlı sənədləri rayon prokurorluğuna təqdim etmişdir. Zərərçəkmiş şəxs evinin sökülməsi ilə bağlı ona səs atanda narahat olmamağı deməsi ilə bağlı bildirmişdir ki, sonuncunun evinin sökülməsi ilə bağlı məlumatı olmamış, Raufla danışaraq Mirzəliyə xəbər edəcəyini düşünərəl elə bir səs atmışdır. Faiq adlı şəxs Zərərçəkmiş şəxs evinin qarşılığında iki ev verilməsi ilə bağlı yanıma gəlmiş, o, həmin şəxsə bu barədə Raufla danışacağını, şirkətin özünün onlarla əlaqə saxlayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında 1988-ci il tarixdən etibarən 2024-cü ilin fevral ayına kimi ailəsi ilə birlikdə yaşamış, həmin mənzili ərazidə tikintini həyata keçirən "ELİPS-R” MTK şirkətinə müqavilə bağlayaraq satmışdır. Zərərçəkmiş şəxs və arvadı Təzəgül onların qonşuları olmuşdur. O, illərdir həmin ailəni tanıyımış, 9 ildir ki, Rusiya Federasiyasının Sankt- Peterburg şəhərində yaşayırlar. Mirzəli ailəsi ilə birlikdə ildə bir və ya iki dəfə Bakıya gəlmiş, Rusiyaya getməmişdən əvvəl evlərinin açarlarını ona və bacısı Raifə Məmmədovaya vermişdir. Zərərçəkmiş şəxs evi boş olmuş, bütün əşyalarını evdən çıxarmışdır. O, işlənməyən əşyalarını və bankalarını onların evinə qoymuş, bacısınıb əri Rövşən isə evin içərisinə maşın təkərlərini qoymuşdur. Onların ərazidə bütün evlər "xxxx" MTK şirkəti tərəfindən alınmış, bacısı Raifə Məmmədovanın yaşadığı evi də həmin şirkət almışdır. Təxminən 2024-cü ilin fevral ayında "ELİPS-R” MTK şirkəti tərəfindən evlər sökülməyə başlamışdır. Zərərçəkmiş şəxs evi sökülməmişdən əvvəl şirkətin nümayəndələri ona yaxınlaşmış, Mirzəlinin evini qapısını açaraq onlar baxış keçirmişlər. Həmin ev boş olmuşdur. Zərərçəkmiş şəxs evində heç bir əşya olmamış, ev yararsız halda olmuş, hamamı uçmuş, divarlardan otaqlara su dolmuş, daha sonra şirkət tərəfindən həmin ev sökülmüşdür. O, Zərərçəkmiş şəxs evində gizlin seyfin içərisində 60.000 manat dəyərində qızılları olması barədə bildirmişdir ki Zərərçəkmiş şəxs 9 ildir ki, Azərbaycan Respublikasında yaşamamış, Bakıya gələndə həmin evdə qalmamışdır. Həmin ev boş, yararsız olmuş, evin içərisində siçanlar olmuşdur. Evin içərisində Zərərçəkmiş şəxs və onun ailəsinə məxsus hər hansı əşya və ya qızıllar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2017ci ilə qədər ünvan 2 ünvanında yerləşən nənəsinə məxsus evə arada gəlib yaşasa da, 2017-ci ildən etibarən həmin ünvanda yerlən evdə daimi yaşamışdır. Zərərçəkmiş şəxs onun yaşadığı evin qonşuluğunda yerləşmişdir. Uzun illərdir ki, onların yaşadığı ərazi planda olduğu üçün ailəsi yaşadıqları evi əsaslı təmir etdirməmişdir. 2024-cü ilin əvvələrindən isə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən evlər sökülməyə başlamışdır. Onlarla qonşuluqda olan şəxslərin evi sökülsə də, o və digər iki qonşu ərazidə söküntü işləri aparan şirkətlə razılığa gəlmədikləri üçün ilk əvvəl işləri məhkəməyə düşmüş, daha sonra isə kompensasiya məbləğində razılığa gəlmişlər və 2024-cü ilin mart ayından yaşadıqları evdən köçmüşlər və həmin vaxtda evləri sökülmüşdür. Zərərçəkmiş şəxs evi isə onların evindən əvvəl sökülmüş və həmin söküntü işləri aparılan zaman o, söküntü işlərinin aparıldığı ərazidə olmuşdur. Belə ki, həmin zaman ərazidə olan şirkət nümayəndələri ilə dialoqu olmuş və bildirmişdir ki, onların yaşadığı evə ziyan dəyməsin. Həmin vaxt şirkətin nümayəndəsi ona narahat olmamağı bildirmişdir. O, ərazidə olan şəxslərdən yalnız Əlixan adlı şəxsi tanımış, digər şəxsləri isə tanımamışdır. Əlixan isə həmin vaxt sadəcə ərazidə olmuş, sonuncunun hər hansı göstəriş verməsinin şahidi olmamışdır. Hazırki iş üzrə təqsirləndirilən şəxsi isə tanımır, sonuncunu bu zamana qədər görməmişdir. Onun yaşadığı ev 170000 manat məbləğində qiymətləndirilmişdir və həmin pul notariusda evin alqı-satqı müqaviləsi imzalandıqda nənəsinə verilmişdir. Onun nənəsinə məxsus evin qiymətləndiirlməsi və ümumi danışıqları Əlixan adlı şəxslə etmişlər. O, alqı-satqı müqaviləsinin bağlanmasındavə pulun verilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs evi 2017-ci ildən boş olmuş, həmin evdə bu zamana qədər hər hansı şəxs(lər) kirayədə yaşamamışdır. Mirzəli bəyin həyat yoldaşı Güllü xanım ilə danışanda sonuncu evlərinin sökülməsində razılığa gəldiklərini bildirmişdir. Lakin, əslində məsələnin nə yerdə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxs isə onun uzaq qohumudur. Zərərçəkmiş şəxs ona etibarnamə vermişdir ki, onun adından Azərbaycan Respublikasında olan işlərini, mülkiyyət məsələlərini və pul məsələlərini həll etsin. 2024-cü ilin təxminən mart aylarının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng vuraraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən evi ondan xəbərsiz tikinti şirkəti tərəfindən sökülmüşdür. Zərərçəkmiş şəxs ondan məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. O, dərhal həmin evin sənədlərini götürərək söküntünü həyata keçirən şirkətin ofisinə yaxınlaşmışdır. Orada onu özünü şirkətin rəhbəri kimi təqdim etmiş Əlixan adlı şəxsə yaxınlaşmışdır. O, məsələni əslini aydınlaşdırmaq üçün sakit formada Əlixan adlı şəxsdən hansı əsasla Mirzəli Cfərova məxsus yaşayış evinin sökülməsini soruşsa da, lakin Əlixan adlı şəxs onunla çox aqressiv danışmışdır. O, Əlixan adlı şəxslə evin mülkiyyətçisinin şikayətçi olduğunu, sökülmüş evin əvəzində ya iki ədəd bir otaqlı, yada bir ədəd iki otaqlı mənzil istədiyini bildirmişdir. Lakin, Əlixan adlı şəxs onun təklifləri ilə razılaşmamış və öz aqressiv hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, dəfələrlə Əlixan adlı şəxslə əlaqə saxlamış, lakin sonuncu onunla əlaqə saxlamaqdan imtina etmişdir. Bundan sonra isə söküntü işlərini aparmış şəxslər Rusiya Federasiyasına nümayəndə göndərərək Zərərçəkmiş şəxs Abşeron rayonunda iki ədəd bir otaqlı mənzil təklif etsələr də, lakin Zərərçəkmiş şəxs bu təkliflə razılaşmamışdır. Cinayət işinin 1-ci vərəqində olan “Cinayət işinin başlanması barədə” 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 13-15-ci vərəqlərində olan Bakı şəhəri icra hakimiyyətinin başçının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 30/68600 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 45.72 kvadrat metr sahəsi olan 1 otaqlı fərdi yaşayış evi Mirzəli Həsənovun xüsusi mülkiyyətindədir. Cinayət işinin 39-cu vərəqində olan xx.xx.2014-cü il tarixli, 10 nömrəli Əmrdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Mənzil-Tikinti Kooperativində sədr vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 43-46-cı vərəqlərində olan 21 noyabr 2014-cü il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi qismində "xxxx" MMC-nin direktoru X10 ilə podratçı “ ELİPS-R" MTK-nin sədri Təqsirləndirilən şəxs arasında müqavilə bağlanmış müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X11 küçələrinin kəsişməsində 17 mərtəbəli, 4 bloklu yaşayış binasının inşası üçün torpaq, o cümlədən tikintinin çala ətrafının bərkidilməsi işlərinin, daş hörgü, monolit-beton və dəmir-beton konstruksiyaların qurudulması, yığma, beton və dəmir -beton konstruksiyaların quraşdırılması işlərinin yerinə yetirilməsini və qeyd olunan ərazidə mövcud olan fərdi yaşayış evlərinin sahibləri ilə razılaşma əldə etdikdən sonra həmin evlərin söküntüsünü həyata keçirməsini öz öhdəsinə götürür. Cinayət işinin 49-50-ci vərəqlərində olan çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən ‘ELİPS-R" MTK-nın adı "xxxx" MTK kimi dəyişdirilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 60-cı vərəqində olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 45 nömrəli sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004cü il tarixli, 01-04/63 saylı razılıq məktubu, "xxxx" LTD MMC-nin xx.xx.2004-cü il tarixli 01 saylı müraciəti nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0,41 ha ərazi həmin MMC-nin istifadəsinə verilmişdir. Cinayət işinin 61-65-ci vərəqlərində olan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 187 nömrəli ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 45 saylı sərəncamı ilə Nəsimi rayonu, S.Rüstəm, F.Qasımzadə, M.Qasımov küçəsi 968-ci məhəllədə cizgidə 0.4100 hektar yaşayış binalarının tikintisi üçün "xxxx" LTD MMC-yə verilmişdir. Cinayət işinin 69-74-cü vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2014-cü il tarixli tarixli, 17664 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə 4 girişli 17 mərtəbəli yaşayış binasının (blok 1)-nin işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Cinayət işinin 76-80-ci vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2014-cü il tarixli tarixli, 19451 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə 4 girişli 17 mərtəbəli yaşayış binasının (blok 2)-nin işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Cinayət işinin 81-87-ci vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx-2017-ci il tarixli tarixli, 24543 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə 4 girişli 17 mərtəbəli yaşayış binası (blok 3-4) üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Cinayət işinin 94-cü vərəqində olan xx.xx.2014-cü il tarixli 23 nömrəli əmrdən görünür ki, Şahid2 “Kristal-AA" MTK-da sədr vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 95-97-ci vərəqlərində olan çıxarışlardan görünür ki, “Kristal-AA" MTK İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** nömrəli Vöenlə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi Şahid2dur. Cinayət işinin 98-ci vərəqində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2008-ci il tarixli şəhadətnaməsindən görünür ki, “KRİSTAL-AA" MTK ********** nömrəli Vöenlə qeydiyyatdan keçmişdir. Cinayət işinin 112-118-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/63xx-xx/6156-9/74xxxx/7149 nömrəli rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 45.72 kv.metr təşkil etdiyi nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, 60 mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 110505,0 manat müəyyən edilir. Cinayət işinin 130-131-ci vərəqlərində olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus qəbzdən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 110.505 (yüz on min beş yüz beş) manat ödənilmişdir. Cinayət işinin 132-133-cü vərəqlərində olan “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi/vəsaitin depozit hesaba yerləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 110.505 (yüz on min beş yüz beş) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. Cinayət işinin 179-cu vərəqində olan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə Zərərçəkmiş şəxs məxsus mənzilin söküntülərinin görünüşü olan 03 ədəd videofayl vardır. Bundan əlavə diskdə olan 02 ədəd audio fayla baxış zamanı Zərərçəkmiş şəxs Şahid2 1 dəqiqə 2 saniyə, Şahid2 Mirzəliyə 15 saniyəlik səsyazma atdığı müəyyən edilmiş və həmin səs yazısının məzmunundan başa düşülür ki, Zərərçəkmiş şəxs “Əliş qardaş, salam, axşamınız xeyir necəsiz, kefiniz əhvalınız, X12 narahat edən, bizə bir xəbər verdilər indi, mən inanmazdım ki, Əliş bir zəng edər xəbər edər etika xətrinə, sən bizim qarşdaşmızsan, üzrlü say, xəbərsiz sökmüsüz, nə deyim Vallah, belə qərara gəlmisiz, o biri nömrənə səs atmışam, bilmirəm vhatsapp işləyir ya yox, bu nömrəni bugün tapmışam, səs atdım, oldu, bazar günüdür istirahətdəsiz, sabah danışarıq, əlaqə saxlayarıq bir xəbər edərsiz”, Şahid2 isə “Salam, qardaş, necəsən? Yox, heç bir problem yoxdur, sən bilirsən nə problem olacaq, gələcəksən, yoluna qoyacayıq” deyir. Cinayət işinin 198-ci vərəqində olan 04 dekabr 2024-cü il tarixli Nizami rayonu 84 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında yaşayır və yaşadığı müddətdə onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 200-ci vərəqində olan xx.xx.2024-cü il tarixli X2 Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmmışdır. Cinayət işinin 205-212-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 9/9399 nömrəli rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 45.72 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 2 mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri nəzəri qaydada təqribən 110.505,0 manat müəyyən edilir. Cinayət işinin 213-228-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.2.2 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından sonuncu barəsində Azərbaycan Respublikası CPM-ni 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və həmin xüsusat üzrə material ayrılaraq rayon prokurorluğunun arxivinə verilməsi, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qanunsuz sökülməsi ilə əlaqədar Təqsirləndirilən şəxs başqa hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və material ayrılaraq rayon prokurorluğunun arxivinə verilməsi, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 186 və 308addələrinin tərkib əlamətləri olmadığından sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və material ayrılaraq rayon prokurorluğunun arxivinə verilməsi, zərərçəkmiş şəxs və şahid ifadələri, iş materiallarına əlavə edilmiş sənədlər, disklər yət işi üzrə sübut növü kimi tanınması, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzilin içərisində qızılların və ya digər qiymətli zinət əşyalarının olması toplanmış sübutlar ilə öz təsdiqini tapmadığına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və material ayrılaraq rayon prokurorluğunun arxivinə verilməsi, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi köhnə tikili mənzil olduğuna görə təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9399 nömrəli rəyinə əsasən 110505,0 manat kimi qiymətləndirilməsi, tikinti-texniki, məhkəmə əmətəəşünaslıq ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 10/7149 saylı rəyində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış ünvanı texniki səhvə verilərək ünvan 14imi qeyd olduğuna görə ünvan 2 kimi nəzərə alınması, Təqsirləndirilən şəxs tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmiş ümumilikdə 110.505 (yüz on min beş yüz beş) manat pul vəsaiti cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi kimi qəbul edilməsi qərara alınmışdır. Cinayət işinin 240-241-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin 262-263-cü vərəqlərində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, cinayət törətməkdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə maddi ziyana görə - 250.000 ( iki yüz əlli min) manat, mənəvi ziyana görə -100.000 (yüz min) manat və dövlət rüsumu olaraq məhkəmənin hesabına ödədiyi 640 (altı yüz qırx) manat dövlət rüsumunun tutlub ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus 20869 nömrəli qəbzdən görünür ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə cəmi 640 (altı yüz qırx) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsinə görə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun yaşını, törədilmiş əməli etiraf etməklə təqsirini qismən qəbul etməsini, əvvəllər məhkum olunmamasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər, maddi və məsul vəzifə tutma, tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, əvvəllər məhkum olunmamasını, dəymiş maddi ziyanın Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına ödəməsini və yaşını, təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs oğlunun üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi3 mülki iddia verərək, maddi ziyana görə 250.000 (iki yüz əlli min) manat, mənəvi ziyana görə 100.000 (bir yüz min) manat və dövlət rüsumujna görə 640 (altı yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 9/9399 nömrəli rəyi ilə ünvan 2 mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri nəzəri qaydada təqribən 110.505,0 manat müəyyən edilmişdir və Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 110.505 (yüz on min beş yüz beş) manat ödənilmiş həmin pul iş üzrə vurulmuş ziyanın ödənişi kimi alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. Bu hal “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəsaitin depozit hesaba yerləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçının maddi ziyana görə tələb etdiyi 250.000 (iki yüz əlli min) manat məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən 250.000 (iki yüz əlli min) manat maddi ziyan hissəsi qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 100.000 (bir yüz min) manat ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Bundan başqa Məhkəmə, ödənilmiş dövlət rüsumun 640 manat olmasına dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki işin faktiki halları nəzərə alınaraq Elektron Məhkəmə Sistemi dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən məhkəmə dövlət rüsumun ödənilməsi hissəsini qismən təmin edərək mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs dövlət rüsumunun əvəzi olaraq 400 manat tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxsnın mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 110.505 (yüz on min beş yüz beş) manat pul dəymiş maddi ziyanın əvəzi olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 3000 (üç min) manat mənəvi ziyan, 400 (dörd yüz) manat dövlət rüsumu, cəmi 113905 manat məbləğində pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 186.2.1-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər, maddi və məsul vəzifə tutma, tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər, maddi və məsul vəzifə tutma, tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq bu cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tələbi qismən təmin edilsin, 110.505 (yüz on min beş yüz beş) manat məbləğində pul vəsaiti dəymiş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına təhvil verilmiş pul vəsaitindən tutularaq mülki iddiaçının xeyrinə ödənilsin, 3000 (üç min) manat məbələğində mənəvi ziyan və 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-166/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-166/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver