Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-167/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikası, Stepanavan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 2A, mənzil 03-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan “Malış” ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 31 avqust 2019-cu il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranının qarşısında tanışları Zərərçəkmiş şəxs ilə görüşüb onu tanışı Şahid3 idarə etdiyi “Lada Xray” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib həmin avtomobildə hərəkətdə olarkən Zərərçəkmiş şəxs pul tələb etmiş, sonuncunun bundan imtina etməsi səbəbindən ona həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib şillə ilə baş nahiyəsinə vurub sağ gicgah nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra “Malış” ləqəbli şəxslə birlikdə ondan 215 manat məbləğində nağd pul, Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi və “Vaz-2108” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi olan 20 manat dəyərində pul qabını və 3 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 180 manat dəyərində bir ədəd “iPhone 6” markalı mobil telefon aparatını götürüb ələ keçirməklə açıq talamışlar. Daha sonra onlar həmin avtomobillə Nəsimi Rayon Polis İdarəsinin X2rşısına çatdıqda Zərərçəkmiş şəxs məxsus avtomobili açıq talama məqsədi ilə T.Huseynovun idarə etdiyi avtomobildən düşərək Zərərçəkmiş şəxs tanışı Şahid2 idarə etdiyi “Mercedes-Benz E270” markalı, **-DN-*** dovlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib “Malış” ləqəbli şəxslə birlikdə yenidən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranının qarşısına qayıdaraq orada Zərərçəkmiş şəxs ona məxsus 5.000 manat dəyərində “Vaz-2108” markalı avtomobilin açarını götürüb hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmaqla avtomobili və onun içərisində olan 100 manat dəyərində bir ədəd “Ferrari” markalı idman dəstini, 200 manat dəyərində “Kenwood” markalı rabitə ötürücüsünü, 80 manat dəyərində bir ədəd elektron qəlyanı açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 5.583 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin may ayında o, “WhatsApp” proqramı vasitəsilə “Fast Loto” adlı sosial şəbəkə oyunu ilə məşğul olan Nüsrət adlı şəxslə əlaqə saxlamışdır. Nüsrətlə həmin oyun barəsində danışdıqda, sonuncu bu oyunu oynayan hər hansı bir şəxsin oyunda məğlub olacağı təqdirdə itirdiyi pulun 30 faizini ona verəcəyini söyləmişdir. Həmin vaxtlarda o, dostu Zərərçəkmiş şəxsla görüşmüş, ondan “Fast Loto” adlı sosial şəbəkə oyununu oynamaq istəyən tanışının olub-olmadığı ilə maraqlanmışdır. Babaş ondan oyun barəsində soruşduqda o, bu oyunun pul müqabilində oynanıldığını, oynayan şəxs pul uduzdugu halda, həmin məbləğin 30 faizini onlara qaytaracağını bildirmişdir. Buna görə də ondan bu oyunu oynamaq istəyən şəxs tapdıqda ona deyilməsini xahiş etmişdir. Bir neçə gündən sonra Babaş onunla əlaqə saxlayaraq bu oyunu oynamaq istəyən Məhəmməd adlı bir nəfər tanışının olduğunu demişdir. O da məsələni Nüsrətə bildirib ondan pul yüklənməsi üçün hesab nömrəsi almışdır. X4 adına olan hesaba müəyyən məbləğdə pul yüklədikdən sonra “Fast Loto” adlı oyunu oynamağa başlamışdır. Məhəmməd oyunda istənilən məbləğdə pul uduzduqca həmin pulun 30 faizini Nüsrət onun “xxxx” ASC-də olan hesab nömrəsinə yükləmiş, o da onun 15 faizini Babaşa vermişdir. 2019-cu ilin iyul ayında Babaş ona zəng vurub bildirmişdir ki, Məhəmməd “Fast Loto” adlı oyunu oynamaq istəyir, ona görə də onun adından Nüsrətin hesabına pul yüklənməsini xahiş edir, daha sonra özü Məhəmməddən bu pulu alıb ona qaytaracaq. O da bununla razılaşmış və həmin günü Nüsrətin hesabına 2.000 manat məbləğində pul yükləmişdir. Məhəmməd bu pulu “Fast Loto” oyununda uduzmuşdur. Bundan sonra o, Babaşa zəng edib pulunun qaytarılmasını istəmişdir. Babaş da guya pulu Məhəmməddən alıb ona qaytaracağına söz vermişdir. Lakin uzun müddətin keçməsinə baxmayaraq Babaş 2.000 manat pulu ona verməmiş, o isə hər dəfə onunla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirmişdir. O da Məhəmmədə zəng edib oyunda uduzduğu pulu Nüsrətin hesabına özünün yüklədiyini, bu səbəbdən də ona 2.000 manat borcu olduğunu söyləmişdir. Məhəmməd də həmin pulu Babaşa qaytardığını bildirmişdir. Bununla əlaqədar o Babaşla əlaqə saxlayıb Məhəmmədin verdiyi pulu niyə ona çatdırmadığını soruşanda, Babaş ona maddi durumu yaxşı olmadığı üçün bu pulu öz ehtiyaclarına xərclədiyini, lakin yaxın vaxtlarda pulunu qaytaracağını bildirmişdir. O da Babaşla razılaşmışdır. Bir müddət keçsə də, Babaş yenə də onun pulunu geri qaytarmamış və zənglərinə cavab verməmişdir. O da artıq Babaşın onun pulunu verməyəcəyini başa düşüb onu axtarmağa başlamışdır. 2019-cu ilin iyul ayının sonlarında ona məlum olmuşdur ki, Məhəmməd xəstəlikdən vəfat edib. O, Babaşla əlaqə saxlaya bilmədiyindən ortaq tanışları ilə qarşılaşdıqca onun barəsində maraqlanmışdır. 30 avqust 2019-cu il tarixdə Babaşın tanışı Turalla əlaqə saxlayıb onunla maraqlananda, sonuncu onunla teztez görüşdüyünü, hətta axşam vaxtı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında olacaqlarını bildirmişdir. Saat 22 radələrində o, taksi sürücüsü olan qonşusu “Koko” kimi tanınan Musa ilə əlaqə saxlayıb ondan Nəsimi Rayon X2rşısına gəlməsini istəmiş, o da buna etiraz etməmişdir. Həmin vaxt tanışı “Qallivar” kimi tanınan Anarla rastlaşmış, söhbət zamanı baş verənləri danışıb axşam onun da restorana gəlməsini təklif etmişdir. Musa sözləşdikləri kimi idarə etdiyi avtomobillə Nəsimi Rayon X2rşısına gəlmiş, o da Anarla birlikdə “Baku City” restoranına gəlmişlər. Saat 01:30 radələrində restoranın qarşısında olarkən Babaşın idarə etdiyi “Vaz-2108” markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı avtomobilin orada saxlanıldığını, Babaşın Turalla bərabər giriş qapısında dayandığını görmüşdür. O, Babaşa yaxınlaşaraq onu bir kənara çəkib Turalın avtomobilinə əyləşməsini, başqa yerə gedib orada söhbət etmələrini demişdir. Babaş da buna etiraz etməyib Turalın avtomobilinə, Anar isə Musanın avtomobilinə minmişdir. O, Musaya Turalın idarə etdiyi avtomobilin arxası ilə gəlməsini tapşırmış, özü də Babaşla bərabər Turalın avtomobilinin arxa oturacağında əyləşmişdir. Onlar yolda hərəkətdə olarkən o, Babaşdan ona olan 2.000 manat borcunu geri qaytarmasını tələb etmiş, Babaş da ona borcu olan Məhəmmədin artıq öldüyünü söyləmişdir. O, Məhəmmədlə ikisini onun tanış etdiyini, buna görə də bu pulu onun ödəməli olduğunu bildirmişdir. Babaş isə hazırda maddi vəziyyətinin yaxşı olmadığını, yaxın vaxtda pulunu geri qaytaracağını demişdir. O, Babaşa artıq onu dəfələrlə aldatdığını, bu səbəbdən də ona olan borcunu dərhal qaytarılmasını tələb etmişdir. O, Turala Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “FTC” kimi tanınan yerdə avtomobili saxlanmasını istəmiş, Musa da idarə etdiyi avtomobili onların arxa tərəfində saxlamışdır. O, Anar və Turala Babaşla təklikdə söhbət etmək istədiyini deyib onunla kənara çəkilmişdir. Babaşdan təkrar pulunu istəmiş, sonuncu da yaxın müddətdə verəcəyini deyəndə onunla razılaşmamış və ondan “Vaz-2108” markalı avtomobilini borcunun əvəzində istəmiş, borcunu ödədikdə avtomobili ona geri qaytaracağını söyləmişdir. Əvvəlcə Babaş buna etiraz etsə də, sonradan bununla razılaşmalı olmuşdur. Lakin Babaş avtomobilin açarlarının üzərində olmadığını, onu restoranda əyləşdiyi stolun üzərində qoyduğunu demişdir. Bundan sonra o, Babaşan üzərində ola biləcək dəyərli hər hansı əşyanı istəmiş, sonuncu da əynindəki şalvarın cibindən pul qabını çıxardıb ona vermişdir. Pul qabının içərisinə baxdıqda orada 215 manat nağd pul və avtomobilə aid texniki şəhadətnamə, Babaşa məxsus sürücülük vəsiqəsi olduğunu görmüş və qabı əynindəki şalvarın cibinə qoymuşdur. Daha sonra o, Turalı çağırıb Babaşa aid avtomobilin açarlarının “Baku City” restoranında olan stolun üzərində qaldığını, ondan oraya gedib açarların gətirilməsini istəmişdir. Tural həmin restorana getmiş, o da Babaşla birlikdə Musanın idarə etdiyi “Mercedes Benz E” markalı avtomobilə əyləşmişdir. Bir neçə dəqiqədən sonra qonşusu Nizami “BMW” markalı avtomobillə gələrək onun yanında dayanmış, avtomobildən düşərək ona yaxınlaşıb həmin yerdə dayanmağın səbəbini soruşmuş, o da Babaşı göstərərək məsələni ona danışmışdır. Bundan sonra Nizami Babaşla mübahisə etməyə başlayıb ona olan borcunu niyə geri qaytarmadığını soruşmuşdur. Həmin vaxt Anar Nizamiyə onun niyə Babaşla mübahisə etdiyini, onların arasındakı söhbətə qarışmasının düzgün olmadığını bildirmişdir. O da Nizami ilə Anar arasında mübahisə başladığını görüb aranı sakitləşdirmiş, sonuncuya Musanın avtomobilinə minməsini demiş, özü də Babaşla bərabər avtomobilin arxa oturacağına əyləşmişdir. Yolda olarkən Nizaminin də avtomobil ilə onların ardınca gəldiyini görmüşdür. O, Anarla Nizaminin yenidən mübahisə edəcəyindən ehtiyat edib sonuncunu uzaqlaşdırmaq üçün Musaya avtomobili sürətlə idarə etməyi xahiş etmişdir. Bu zaman Tural ona zəng edib avtomobilin açarlarını restoranda tapa bilmədiyini söyləmişdir. O da telefonu Babaşa verib Turala açarların yerini deməsini istəmiş, Babaş da açarların olduğu yeri sonuncuya başa salmışdır. Lakin Tural bir neçə dəqiqədən sonra yenidən onunla alaqə saxlayıb Babaşın yalan dediyini, açarların restoranda olmadığını söyləmişdir. Bundan sonra o, Babaşın əynindəki şalvarın ciblərini üstdən yoxlamış, lakin açarı tapa bilməmişdir. Onlar restoranın yanına çatanda Nizaminin avtomobili də onlardan arxada dayanmışdır. Anar avtomobildən düşüb Nizaminin əyləşdiyi avtomobilə yaxınlaşmış, onunla Babaş arasındakı söhbətə qarışmamasını deyərək yenidən onunla mübahisə etməyə başlamışdır. O isə Musaya avtomobildən düşüb Anarla Nizamini sakitləşdirməsini söyləmişdir. Musa da avtomobildən düşüb onlara yaxınlaşanda Babaş avtomobilin axra sağ tərəf qapısını cəld açıb oradan düşüb qaçmağa başlamışdır. O, Babaşa qışqıraraq qaçmamasını demiş, həmin vaxt sonuncu özünə məxsus avtomobilin açarlarını ona doğru ataraq uzaqlaşmışdır. O, avtomobilin açarlarını götürmüş və orada səs-küyün yarandığını görüb digərlərinə uzaqlaşıb getməyi tapşırmış, özü isə kənara çəkilərək sakitliyin olmasını gözləmişdir. Bir neçə dəqiqədən sonra Babaşa məxsus “Vaz-2108” minik markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onu idarə edərək ünvan 1 ünvana gəlib avtomobili orada saxlamışdır. Qeyd edir ki, “Malış” ləqəbli şəxslə birlikdə Zərərçəkmiş şəxs pul qabını və “iPhone 6” markalı mobil telefonunu zorla götürməmiş, bu əşyaları onun özü çıxarıb vermişdir. Həmçinin Babaşa qarşı fiziki zorakılıq göstərməmiş, sadəcə onun üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. Himayəsində bir azyaşlı uşağı var. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb “Fast Loto” adlı şəbəkə oyunu oynamaq istəyən tanışının olub-olmadığını soruşmuş, o da X1 adlı tanışının həmin oynu oynamaq istədiyini bildirmişdir. Şirxan bu oynu oynayan şəxsin pul uduzduğu halda uduzduğu məbləğin 30 faizinin onlara geri qaytarılacağını, buna görə də onun oyunu oynamaq istəyən kimisə tapdığı təqdirdə həmin şəxs oyunda uduzduğu pulun 15 faizini özündə saxlayacağını, qalan 15 faizini isə ona verəcəyini söyləmişdir. O, tanışı Məhəmmədin “Fast Loto” adlı oyunu oynadığını bildiyindən onunla əlaqə saxlayaraq oyunu onun dostları vasitəsilə oynamasını təklif etmiş, o da onunla razılaşmışdır. Şirxan ona Məhəmmədə bildirməsi üçün hesab nömrəsi verərək “Fast Loto” oyunu oynadıqda həmin hesab nömrəsinə pul yükləməsini tapşırmışdır. Bir müddətdən sonra Məhəmməd oyuna yüksək məbləğdə pul yükləmiş və Şirxanla onun arasında problem yaranmışdır. Belə ki, Məhəmməd bəzən oyunu nisyə olaraq oynamış, sonradan Şirxan sonuncunun uduzduğu pulu ondan istəmişdir. Buna görə o, bir müddət sonra Məhəmmədlə Şirxanı tanış edərək artıq bir-biriləri ilə əlaqə saxlamalarını bildirmişdir. 2019-cu ilin may ayının əvvəllərində Şirxan ona zəng edib Məhəmmədin “Fast Loto” oyununda 3.000 manat məbləğində pul uduzduğunu, bu pulu sonuncunun yerinə özünün verdiyini söyləmiş, hazırda isə onunla əlaqə saxlaya bilmədiyindən bununla bağlı köməklik göstərməsini xahiş etmişdir. O da Məhəmmədlə əlaqə saxlamağa çalışacağını bildirmişdir. Lakin müəyyən müddətdən sonra Şirxan gündəlik olaraq onunla əlaqə saxlayıb Məhəmməddən 3.000 manat pulu alıb ona verməsini demişdir. O isə Şirxana bildirmişdir ki, Məhəmmədlə onu özü tanış etsə də, bu cür problemlərdə adı hallanmasın deyə əvvəlcədən işlərini aralarında həll etmələrini tapşırdığını ona xatırlatmışdır. 2019-cu ilin may ayının sonlarında Məhəmməd xəstəlikdən vəfat etmişdir. Bundan sonra Şirxan tez-tez zəng edib Məhəmmədin borcunu ondan tələb etsə də, o, Məhəmmədə aid borcu onun verməli olmadığını deyib buna etiraz etmişdir. 30 avqust 2019-cu il tarixdə, saat 23 radələrində o, idarə etdiyi “Vaz-2108” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranına gəlmiş, avtomobili restoranın qarşısında saxlamışdır. Saat 01:30 radələrində restoranda olarkən Tural ona zəng edib onunla görüşmək üçün restorana gəldiyini və bayıra çıxaraq onu qarşılamasını istəmişdir. Küçəyə çıxdıqda Şirxanın və əvvəllər tanıdığı “Qallivar” ləqəbli Anarın, “Koko” ləqəbli Musanın və əvvəllər tanımadığı, hazırda da adını bilmədiyi “Malış” ləqəbli bir şəxsin ona doğru gəldiyini görmüşdür. Şirxan ona yaxınlaşıb onunla kənar bir yerdə təklikdə söhbət etmək istədiyini demiş, o da aralarında mübahisə yaranmasından qorxduğu üçün buna etiraz etməmişdir. O, Şirxan və digərləri ilə bərabər Turalın idarə etdiyi “Lada Xray” avtomobilə əyləşmişdir. Anar avtomobilin qabaq sağ oturacağında, Şirxan və “Malış” arxa oturacaqda, o isə onların ortasında əyləşmişdir. Şirxan Turaldan avtomobili Nəsimi Rayon Dövlət X9 yanına sürməyi istəmişdir. Yolda olarkən Şirxan Məhəmmədin ona borclu olduğu pulu yenə ondan tələb etmiş, o da sonuncunun öldüyünü və bu borcu niyə onun verməli olduğunu dedikdə, Şirxan nalayiq ifadələr işlədib onu təhqir edərək şillə ilə üz nahiyəsinə vurmuşdur. Daha sonra Şirxan onun restoranın qarşısında saxladığı avtomobilini özündə saxlayacağını və borcunu verdikdən sonra geri qaytaracağını demişdir. O isə avtomobili verməmək üçün yalandan demişdir ki, guya açar restoranda əyləşdiyi masanın üzərində qalıb. Halbuki, açar onun əynindəki şalvarın kəmərinə bərkidilmiş vəziyyətdə olmuşdur. Şirxan pulu verməsi üçün təkid etdikcə o, bir daha bu məsələnin ona heç bir aidiyyətinin olmadığını izah etməyə çalışmışdır. Şirxan ondan borcun əvəzinə üzərində olan qiymətli əşyanın verməsini tələb etmiş, o da əynindəki şalvarın cibindən içərisində 215 manat pul, ona maxsus avtomobilin texniki şəhadətnaməsi və sürücülük vəsiqəsi olan 20 manat dəyərində pul qabını və əlində olan, 3 manatlıq ***-***-**-** saylı GSM nömrə ilə istifadə edilən “iPhone 6” markalı mobil telefon aparatını onlara vermiş, telefonu “Malış” özündə saxlamış, digər əşyaları isə Şirxan götürmüşdür. Bir neçə dəqiqədən sonra onlar Nəsimi Rayon X2rşısında çatmış, Musa da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə onlardan arxada dayanmışdır. Onlar avtomobildən düşdükdən sonra Şirxan Turala ona məxsus avtomobilin açarını götürməsi üçün “Baku City” restoranına getməsini tapşırmışdır. Bir neçə dəqiqədən sonra Tural Şirxana zəng edib açarı restoranda tapmadığını demişdir. Şirxan açarın harada olduğunu ondan təkrarən soruşmuş, o da yenə onun guya restorandakı stolun üzərində qaldığını söyləmişdir. Həmin vaxt Şirxanın dostu Nizami adlı şəxs “BMW” markalı avtomobillə gələrək onların yanında dayanmışdır. Nizami avtomobildən düşərək onlara yaxınlaşıb Şirxana burada yığışmalarının səbəbini soruşmuş, sonuncu da məsələni qısaca ona danışmışdır. Bundan sonra Nizami onun üzərinə gəlib borcunu niyə qaytarmadığını soruşaraq təpiklə onun sol ayağından vurmuşdur. X5 arasında olan söhbətə müdaxilə etməməsini bildirmiş, bu vaxt elə onlar arasında kiçik bir mübahisə yaranmışdır. Tural onların yanına qayıtdıqdan sonra işləri ilə əlaqədar getməli olduğunu deyib idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra Şirxan ona məxsus avtomobili özlərinin “Baku City” restoranının qarşısından götürməli olduğunu demiş, bu səbəbdən onlar Musanın idarə etdiyi avtomobilə əyləşib oraya getmişlər. Onlar restoranın qarşısına çatanda Nizami də avtomobillə orada olmuşdur. Anar Nizaminin hərəkətlərinin xoş olmadığını deyərək onunla mübahisə etmək üçün avtomobildən düşüb ona doğru getmişdir. Şirxan da Anarla Nizaminin dalaşacağından narahat olub bunun qarşısını almaq məqsədilə avtomobildən düşüb onların yanına getmişdir. O, Şirxanın və digər şəxslərin başının qarışdığını görüb cəld avtomobilin qapısını açaraq qaçmağa başlamışdır. Həmin vaxt Şirxan onun qaçdığını görmüş, o da onun ardınca gəlməməsi üçün avtomobilin açarını ona tərəf atmışdır. Bundan sonra o, dərhal taksiyə minib oradan uzaqlaçıb getmiş, Şirxan isə onun avotomobili sürüb həmin yerdən uzaqlaşmışdır. Həmin vaxtı avtomobilin içərisində 100 manat dəyərində bir ədəd “Ferrari” markalı idman dəsti, 200 manat dəyərində “Kenwood” markalı rabitə ötürücüsü və 80 manat dəyərində bir ədəd elektron qəlyan aparatı da var idi. Hadisə barədə polisə məlumat verdikdən sonra avtomobili ünvan 2 ünvanda yerləşən binanın həyətində tapılmışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 avqust 2019-cu il tarixdə, saat 23 radələrində Nəsimi Rayon X2rşısında “FTC” kimi tanınan yerdə tanışı Şirxan ilə görüşmüş, həmin vaxt sonuncunun tanışı, adını bilmədiyi “Malış” ləqəbli şəxs də oraya gəlmişdir. Söhbət ərəfəsində Şirxan bir nəfər şəxsin ona pul borclu olduğunu, onunla birlikdə “Baku City” restoranına gedib həmin şəxslə görüşərək borcunu geri istəməsini təklif etmişdir. “Malış” ləqəbli şəxs və o, Şirxanla razılaşmışdır. Şirxandan bu şəxsin həmin restoranda olub-olmaması barədə haradan məlumatlı olduğunu soruşanda, bunu ona borcu olan şəxsin dostundan öyrəndiyini bildirmişdir. Bundan sonra orada taksi fəaliyyəti ilə məşğul olan tanışı “Koko” ləqəbli Musanın idarə etdiyi “Mercedes Benz” markalı avtomobil ilə saat 01:30 radələrində qeyd olunan restoranın qarşısına gəlmişlər. Şirxan orada əvvəlcə Babaşın dostu, əvvəllər tanımadığı Tural adlı şəxsə yaxınlaşmışdır. Elə bu vaxt Babaş da küçəyə çıxmışdır. Onlar Babaşla görüşdükdən sonra Şirxan sonuncuya yaxınlaşıb onunla kənar bir yerdə söhbət etmək istədiyini bildirmişdir. Bu məqsədlə o, Şirxan, Babaş və “Malış” ləqəbli şəxs Turalın idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə əyləşmiş, Musa da öz avtomobili ilə onların ardınca gəlmişdir. Yolda olarkən Şirxan Babaşdan ona olan borcunu geri qaytarmasını tələb etmiş, sonuncu da borclu şəxsin öldüyünü deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Babaş borc məsələsinin ona aidiyyəti olmadığını təkid etdikdə, Şirxan onu nalayiq ifadələrlə təhqir edərək şillə ilə üz nahiyəsindən vurmuş, Məhəmmədi onunla tanış etdiyi üçün borcu da onun geri qaytarmasını istəmişdir. Daha sonra Babaşdan borcun əvəzi olaraq ona məxsus pul qabını və “iPhone 6” markalı mobil telefonu almışlar. Həmin vaxt o avtomobilin ön oturacağında oturduğundan hadisələrin dəqiq necə baş verdiyini tam görə bilməmişdir. Həmçinin o, artıq Şirxanın hərəkətlərindən narahat olub çəkinməyə başlamış, buna görə də avtomobilin arxasında olan söhbətlərə müdaxilə etməmək üçün arxaya çevrilməmişdir. Onlar Nəsimi Rayon X2rşısına çatdıqda Şirxan Babaşa borcunu qaytarmadığı təqdirdə avtomobilini ondan alaraq özündə saxlayacağını, borcunu ödəyən zaman avtomobili geri verəcəyini bildirmişdir. Babaş da avtomobilinin açarının restoranında əyləşdiyi stolun üzərində qaldığını demişdir. Bundan sonra Şirxan Turala restorana gedərək Babaşın əyləşdiyi stolun üzərindən avtomobilinin açarını götürüb ona gətirməsini demişdir. Onlar orada olarkən tanışları Nizami “BMW” markalı avtomobillə ora gəlmiş gəlmiş, Şirxandan yığışmalarının səbəbini soruşanda, sonuncu Babaşı göstərərək hadisəni qısaca ona danışmışdır. Bundan sonra Nizami Babaşa yaxınlaşaraq onu nalayiq ifadələrlə təhqir edərək təpiklə vurmuş, buna görə o ona yaxınlaşaraq iki nəfərin arasındakı söhbətə müdaxilə etməsinin düzgün olmadığını bildirmişdir. Bu sözündən sonra Nizami ilə onun arasında mübahisə yaranmış, Şirxan və “Malış” da onları ayırmışlar. Elə bu vaxt Tural onların yanına qayıdıb Babaşa məxsus avtomobilin açarını restoranda tapmadığını və şəxsi işləri ilə əlaqədar getməli olduğunu deyərək idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Bundan sonra Şirxan Babaşa məxsus avtomobilin açarını götürmək üçün Musadan idarə etdiyi avtomobillə onları həmin restorana aparmasını istəmişdir. Yolda olarkən Şirxan yenidən Babaşdan borcunu tələb edib onu hədələməyə başlamışdır. Onlar restoranın qarşısına gəldikdə Nizaminin də idarə etdiyi avtomobillə arxada dayandığını görmüşdür. Nizaminin hərəkətləri ona xoş olmadığından o, avtomobildən düşüb ona yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Şirxan onları ayırmağa çalışanda o, Babaşın avtomobildən düşüb qaçdığını görmüşdür. Sonradan o özü də həmin yerdən uzaqlaşmış və ona məlum olmuşdur ki, Babaşın əslində Şirxana borcu olmamış, sadəcə olaraq Babaş Məhəmmədə görə zamin durduğu üçün Şirxan bu pulu ondan tələb etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07.12.2020-ci il tarixli, 9/4317 saylı rəyinə əsasən 1992-ci il buraxılışlı “Vaz- 2108” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 5.000, bir ədəd istifadədə olmuş “iPhone 6” markalı mobil telefonun isə 180,0 manat müəyyən edilir. Qərarda göstərilmiş 3 ay müddətinə istifadə olunmuş bir ədəd “Ferrari” markalı idman dəsti, 2 ay müddətinə istifadə olunmuş “Kenwood” markalı rabitə ötürücü haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.87-90); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETTB”nin Nəsimi rayon şöbəsinin 04.09.2019-cu il tarixli, 842 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – sağ gicgah nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən 31.08.2019-cu il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.35-36); “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 09.09.2020-ci il tarixli protokola və 11.09.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs 09.09.2020-ci il tarixdə saxlanılmış, 11.09.2020-ci il tarixdə isə müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild, i.v.128, 176- 177); “Sübutların qiymətləndiriləsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli qərardan aydın olur ki, “Malış” ləqəbli şəxsi müəyyən etmək mümkün olmadığından onun barəsində mövcud cinayət işindən Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə başqa cinayət işi icraata ayrılmış, Şahid1 əməlində cinayət tərkibi olmadığından Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə başlanmış cinayət təqibinə və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmişdir. Cinayət işi üzrə Məmmədova Babaş Orxan oğluna məxsus “Vaz-2108” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “Kenwood” markalı rabitə ötürücüsü, bir ədəd elektron qəlyan və bir ədəd “Ferrari” markalı idman dəsti maddi sübut kimi tanınaraq sahibinə təhvil verilmişdir (İİ cild, i.v.119-140); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.10.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.6-7); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.09.2020-ci il tarixli, 4(006)- 549/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmışdır (İ cild, i.v.211- 212); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 21.06.2019-cu il təvəllüdlü bir övladı var (İİİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli - 12 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2108” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “Kenwood” markalı rabitə ötürücüsü, bir ədəd elektron qəlyan və bir ədəd “Ferrari” markalı idman dəsti sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz-2108” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd “Kenwood” markalı rabitə ötürücüsü, bir ədəd elektron qəlyan və bir ədəd “Ferrari” markalı idman dəsti sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-167/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-167/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver