Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-168/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 03 avqust 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan,Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroiniəldə etmiş, saxlamış və daşımışdır. Belə ki,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelılak miqdarından artıq miqdarda 0,234 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 25 dekabr 2021-ci il tarixdə Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat saat 13:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. O, həmin narkotik vasitəni 25 dekabr 2021 ci il tarixdə Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında İran İslam Respublikasının vətəndaşı “Həmzə’’ adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitəni aldıqdan sonra onu əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 13:35 radələrində o, yaşadığı ünvan 5 ünvanda olarkən qəflətən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və ona xidməti vəsiqəni göstərib polis əməkdaşları olmalarını bildirmişlər. Sonra isə həmin polis əməkdaşlarından biri ona demişdir ki, Siz narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində şübhəlisiniz. O da polis əməkdaşlarına narkotik vasitədən istifadə etməyini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona Nəsimi rayon polis idarəsinə gedəcəklərini bildirmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə həmin idarəyə gəlmişdir. İdarəyə gəldikdən sonra ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə ona müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, '‘videoçəkilişlə sənin üzərinə baxış keçiriləcək”. O da buna etiraz etməmişdir. Beləliklə onun, polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşlarının, onun və mütəxəssisin anket məlumatları soruşulmuş, daha sonra hüquqları və vəzifələri elan edilmiş, ona üzərində qanunsuz əşya varsa təqdim etməyini demişlər. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə r.arkotik vasitəni çıxarıb stolun üzərinə qoymuşdur. Bununla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza elmişlər. Eyni zamanda götürülmüş narkotik vasitə qablaşdırılmış, və ekspertizaya göndərilmişdir. Ona sonradan məlum olmuşdur ki, üzərindən götürülmüş maddə 0,234 qram narkotik vasitə hero indir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını,ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasınıolmasını və gənc olmasınınəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərvə iş materiallarında olan digər sənədlər ilətam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili,Şahid2 ifadəsində göstərmişdir ki, 25 dekabr 2021-ci il tarixdə bölməyə “Mətin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 25 dekabr 2021-ci il tarixdə saat 13 radələrində onlar hər ikisi ünvan 6 ünvana gəlmişlər. Saat 13:35 radələrində onlar həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun olan şəxsi görüb ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitəni əldə edib özündə saxlaması, daşıması, istifadəsi ilə məşğul olmasında şübhələndiklərini demişlər. Daha sonra onu Nəsimi rayon polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində həmin şəxsə yəni Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Hal-il oğlunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə olmasını bildirmiş və həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu. “İnşaatçılar” metrosunun yaxınlığında “Həmzə” adı ilə tanıdığı şəxsdən 10 manata istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm götürülmüş: zərlə qoyularaq DİN-nin 186 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun doğru olmasını biitün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəməekspertiza mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qran olan narkotik vasitə heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2021-ci il tarixdə bölməyə “Mətin’" adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 rəhbərliyi ilə onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 25 dekabr 2021-ci il tarixdə saat 13 radələrində onlar əməliyyat qrupunun üzvləri ünvan 6 ünvana gəlmişlər. Saat 13:35 radələrində onlar həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun şəxsi görüb ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər, ona qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlamaqla daşıması və istifadə etməsi ilə məşğul olmasında şübhələndiklərini bildirmişlər. Daha sonra onu Nəsimi rayon polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində həmin şəxsə yəni Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxsnıın əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə olmasını və həmin heroini Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar'" metrosunun yaxınlığında “Həmzə” adı ilə tanıdığı İran vətəndaşından 10 manata istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm götürülərək zərfə qoyulmuş, DİN-nin 186 nömrəli möhiirü ilə möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzalan ilə təsdiq etmişlər. Möhürlənmiş zərf məhkəmə-ekspertiza mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0.234 qram olan narkotik vasitə heroindir. Cinayət işinin 19-20-ci vərəqələrində olan 25 dekabr 2021-ci tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 103-104-ci vərəqələrində olan Nəsimi RPİ-nin 27dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan 08 fevral2022-ci tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Cinayət işinin 147-151-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində 03 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 60-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2021-ci il tarixli 6/5623 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Qeyd: Ekspertiza tədqiqatı zamanı heronin təmiz çəkisi 0,234 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,184 qram qalıq qalmışdır. Cinayət işinin 61-civərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatmüəyyən edilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09.02.2022-ci il tarixli 620 nömrəli ekspertiza rəyindən görünür ki,Təqsirləndirilən şəxs opioidlərin vəpsixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 152-158-ci vərəqlərində olan 15 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,184qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, digər maddi sübut şəxsi axtarışı özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 49-55-ci vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin görüntülər 25 dekabr 2021-ci il tarixdə, saat 15:30-dan başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ inzibati binasında xidməti iş otağında TŞ-nın baş təhqiqatçısı Babək Mirzəyev özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis qismində dəvət edilmiş X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır, lakin hər hansı bir əşya aşkar edilmir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd selofan bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunur. O, 01 ədəd şəffaf selofan bükümün içərisində “kakos” adlanan narkotik maddə olan heroin olduğunu bildirir, ondan həmin narkotik vasitələrin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs, 25.12.2021-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında "Həmzə" adlı şəxdən 10 manata aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroinişəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını,həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunucəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və sonuncunun 25 dekabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu və 08 fevral 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək, yəni 01 (bir) ay 28 (iyirmi səkkiz) gün həbsdə saxlanıldığı, yəni cəmi olaraq 02 (iki) ay həbsdə saxlanılma müddəti həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla,04 (dörd) aymüddət təyin olunmuş cəzadan çıxılmaqlaonun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09.02.2022-ci il tarixli 620 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış0,184qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmişBakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçidövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) aymüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu və 08 fevral 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək, yəni 01 (bir) ay 28(iyirmi səkkiz) gün həbsdə saxlanıldığı, cəmi olaraq 02 (iki) ay müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) aymüddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,184 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi– 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-168/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-168/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver