Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-169/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Türkmənistan Respublikası, Aşqabad şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxstəkrarən, saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 5 saylı binanın birinci blokunun giriş qapısının yanında, piləkənlərin altında quraşdırılmış dəmir barmaqlardan ibarət saxlanc yerinin kilidini özü ilə gəzdirdiyi dəmir parçası ilə sındıraraq içəriyə qanunsuz daxil olaraq həmin yerdənn Zərərçəkmiş şəxs1 məxsus 800 manat dəyərində 01 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı “LT PRO” modelli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 07:14 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu ev 22, 131 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 550 manat dəyərində 01 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Wolf” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 18:05-də Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 16 A, 19 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 450 manat dəyərində 01 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı “LT PRO” modelli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22:07 radələrində Bakı şəhəri ,Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 74, blok B 19, 13/4 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 1.500 manat dəyərində 01 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı “SL PRO” modelli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 1.500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 22 radələrində velosiped oğurlamaq məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən 5 saylı binanın qarşısına gəlmiş, bu zaman binanın blokunda piləkənlərin altında dəmir barmaqlıqları ilə bərkidilən bir saxlanc yerində velosiped olduğunu görmüş, dəmir barmaqlıqların qapısı qıfıl ilə bağlanmış, üzərində gətirdiyi təxminən 40-50 sm uzunluqda olan armaturun köməkliyi ilə həmin kilidi sındırıb oradan qara rəngli velosipedi götürüb sürüb çıxıb getmiş, səhərisi gün Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında tanımadığı bir şəxsə yaxınlaşıb velosipedin ona aid olduğunu və təcili pul lazım olduğu üçün 400 manata satmış, həmin şəxs onunla velosipedi 300 manata razılaşaraq pulu ona vermiş, həmin pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra yenədə oğurluq etmək qərarına gələrək xx xxxxxx 2019-cu il tarixdə təxminən, saat 07:14 radələrində velosiped oğurlamaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət məscidinə gedən yolun sağında yerləşən “Jurnalistlərin binası” deyilən binanın 12-ci mərtəbəsinə qalxaraq ətrafa velosipedin olub-olmaması ilə bağlı nəzər saldıqda dəhlizin başında vidomüşahidə kamerası olduğunu görmüş, velosipedin olduğu yerə arxasını kameraya tərəf çevirərək velosipedin yanına gedərək həmin velosipedi götürüb oradan uzaqlaşmış, həmin gün Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında tanımadığı bir şəxsə yaxınlaşaraq velosipedin ona aid olduğunu və təcili pul lazım olduğu üçün 80 manata satdığını qeyd etmiş, həmin şəxs onunla razılaşaraq 80 manat pulu verib velosipedi götürüb çıxıb getmiş, həmin pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən, saat 17:40 radələrində Nəsimi rayonu, Sarabski küçəsi 16 a ünvanına gələrək həmin binanın qaraj hissəsindən daxil olaraq yuxarı mərtəbəyə çıxıb velosiped axtarmağa başlamış, 8-ci mərtəbədə olan və divara söykənilmiş vəziyyətdə elan velosipedi götürüb lift vasitəsi ilə aşağı enib sürərək qarajdan çıxıb getmiş, həmin velosipedi bir gün sürdükdən sonra xx xxxxxx 2020-ci il tarixdə velosipedi satmaq üçün insanların sıx olduğu yerə 28 may metrostansiyasının yaxınlığına “KFC” adlı restoranın yanına gələrək tanımadığı şəxsə 100 manata satmış, həmin şəxsə velosipedin ona məxsus olmasını və evində xəstə olduğu üçün təcili pul lazım olduğuna görə satdığını deyərək onu inandırmış, sonuncuda velosipedi ondan almış, əldə etmiş olduğu 100 manat pulu öz şəxsi ehtiyaclarına istifadə etmiş, yenədə velosiped oğurlamaq üçün Nəsimi rayonu ərazisində olan binalara gedib velosiped axtarmağa başlamışdır. Bundan sonra, o, xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 74, blok B-yə qarajdan daxil olaraq mərtəbələrə çıxıb sahibsiz velosiped axtarımış, təxminən saat 22:07 radələrində həmin binanın 13-cü mərtəbədə sahibsiz velosiped gördükdə onu oğurlamış, lift vasitəsi ilə qaraja enib oradanda sürə-sürə çıxıb getmiş, həmin velosipedi 1 gün sürdükdən sonra yenədə insanların çox olduğu yerə gedərək Azadlıq meydanın arxasında tanımadığı şəxsə 120 manata satmış, həmin şəxsə velosipedin özünə məxsus olmasını və təcili pul lazım olduğu üçün satdığını bildirmiş, həmin şəxsdə ona inanmış, velosipedi almış və oradanda əldə etdiyi pulu öz şəxsi ehtiyaclar üçün xərcləmişdir. Daha sonra özünü təqsirli bilməsini, gənc olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Almaniya Federativ Respublikasının istehsalı olan “Cube” markalı, “LT-Pro” modelli velosipedi ona 2017-ci ildə hədiyyə olunmuş, hər dəfə işdən evə qayıtdıqdan sonra boş vaxtında həmin velosipedi sağlamlığı üçün sürürürmüş, həmin velosipedin bazar qiymətini 800 manat olduğunu qeyd etmişdir. Yaşadığı binanın birinci mərtəbəsində blokun girişindən sağda yerləşən piləkənin altında velosipedi saxlamaq üçün dəmir barmaqlıqlardan ibarət saxlanc yeri hazırlatdırmış, 02 ilə yaxındır ki, velosipedi orada saxlayırmış, həmin saxlanc yerinin qapısını qıfılla bağlamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 06 radələrində velosipedi sürmək üçün evdən çıxıb binanın birinci mərtəbəsinə enmiş, bu zaman saxlanc yerinin kilidini naməlum şəxs tərəfindən sındırıldığını və velosipedi isə yerində olmayıb oğurlandığını görmüş və bu barədə DİNnin 102 ZXM-nə zəng edib məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki,o, bir il bundan əvvəl, yəni, 2019-cu il tarixdə “Wolf” markalı velosipedi 550 (beş yüz əlli) manata almış, həmin velosipedi aldığı vaxtdan oğurlananadək yaşadığı mənzilin giriş qapısının qarşısında saxlamış, hər gecə işdən evə qayıtdıqdan sonra boş vaxtında həmin velosipedi sağlamlığı üçün sürürürmüş, belə ki, xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 10 radələrində evdən çıxan zaman qapınən ağzında olan ona məxsus “Wolf” markalı velosipedin oğurlandığını aşkar etmiş, mənzilinin qarşısında olan video müşahidə edici aparatına baxdıqda xx.xx.2019-cu il tarixdə naməlum kişi cinsinə mənsub bir şəxsin saat 07:14 radələrində velosipedi oğurlayıb oranı tərk etməsi qeydə alındığını görmüş və dərhal bu barədə 8-ci PB-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, bir il bundan əvvəl, yəni, 2019-cu il tarixdə “Cube” markalı, “LT-Pro” modelli qara rəngli velosipedi 450 (dörd yüz əlli) manata almış, həmin velosipedi aldığı vaxtdan oğurlananadək yaşadığı mənzilin giriş qapısının qarşısında saxlamış, hər gecə işdən evə qayıtdıqdan sonra boş vaxtında həmin velosipedi sağlamlığı üçün sürürürmüş, belə ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən axşam saat 18 radələrində işdən evə gəlmiş və şam yeməyi etdikdən sonra həmin velosipedi götürüb 1-2 saat şəhərdə sürdükdən sonra axşam saat 20:00 radələrində evə geri qayıtmış və mənzilinin qapısının qarşısında divara söykədilmiş vəziyyətdə velosipedi saxlamış, səhərisi gün yəni xx.xx.2020-ci il tarixdə işə gedərəkən təxminən saat 08:30 radələrində velosipedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir və bu barədə 21-ci PB-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, bir il bundan əvvəl, yəni, 2019-cu il tarixdə o, “Cube” markalı “SL-Pro” modelli qara rəngli velosipedi 2.500 (iki min beş yüz) manata almış, həmin velosipedi aldığı vaxtdan oğurlanan vaxtadək yaşadığı mənzilin giriş qapısının qarşısında saxlamış, hər gecə işdən evə qayıtdıqdan sonra boş vaxtında həmin velosipedi sağlamlığı üçün sürürürmüş, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21:30 radələrində o, bloka çıxmalı olmuş və ona məxsus həmin velosipedi orda yerində görmüş, səhərisi gün xx.xx.2020-ci il tarixdə, saat 08:30 radələrində evdəki olan zibilləri çələ qoymaq üçün mənzilinin qapısını açıb bloka qoymuş, həmin vaxt ona məxsus olan velosipedi yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, sonra bu barədə DİNnin 102 XZM-yə zəng edib məlumat vermiş, ona edilən sorğu suala cavab olaraq bildirmişdir ki, ona məxsus olan “Cube” markalı “SL-PRO” modclli qara rəngli velosipedin qiymətini hal-hazırda 1500 manat hesab edir və ona dəymiş olan həmin maddi ziyanın ödənilməsini xahiş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində idarə etdiyi avtomobillə tanımadığı müştərinin Nəsimi rayonu ərazisində yerləşən 28 Mall ticarət mərkəzinə aparmış, həmin müştərini düşürdükdən sonra özü də bir müddət avtomobili ticarət mərkəzinin yaxınlığında saxlayıb ticarət mərkəzinin içərisinə daxil olmuş, bir müddətdən sonra küçəyə çıxmış və avtomobilinə qayıdarkən 1 nəfər tanımadığı şəxsin qara rəngli “Cube” markalı velosipedi satmağa çalışdığını yolunkənarında dayanmış taksi sürücülərinə 400 manata satmağı təklif etdiyi görmüş, o özüdə uzun müddət velosiped sürən olduğundan həmin marka velosipedlərin əslində baha olduğunu, lakin həmin şəxsin iki qat ucuz satdığını bilmiş, həmin şəxsə yaxınlaşaraq velosipedi almaq istədiyini bildirmiş və 300 manat təklif etmiş, həmin şəxslə razılaşmış və sonuncuya 300 manat verib velosipedi özü ilə götürmüş, həmin velosipedi idarə etdiyi avtomobilin arxa oturacaqlarının üzərinə qoyub yaşadığı Xətai rayonu ərazisində yerləşən köhnə Günəşli adlanan yerə aparmış, təxminən 1 ay həmin velosipedi sürdükdən sonra tanımadığı avtomobilinə müştəri qismində əyləşmiş şəxsə 500 manata təklif etmiş və 300 manata razılaşaraq satmış, həmin müştəriyə velosipedi 2019-cu ilin oktyabr ayının ortalaraında Əhmədli metrosunun qarşısında satmışdır. Cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 95-97-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 147-151-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx xxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 120-121-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 132-133-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 27-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/698 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən velosipedlərin orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 1 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı, “LT Pro” modelli velosipedin 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti – 600,0 manat; 2. 1 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Wolf” markalı, velosipedin 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti – 160,0 manat, 3. 1 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı, “LT Pro” modelli velosipedin 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti – 600,0 manat; 4. 1 ədəd Almaniya Federativ Respublikasının istehsalı olan yeniyetmələr üçün nəzərdə tutulan “Cube” markalı, “SL Pro” modelli velosipedin 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti – 750,0 manat. Cinayət işinin 2-ci cild 28-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 46-54-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş oğurluq cinayətlərinin görüntülərinin əks etdirən 03 ədəd CD-R disk xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini könüllü etiraf etmişdir. Cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 02 il şərti sınaq müddəti təyin edilmiş; 2) Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2018-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə həmin cəza 02 il 09 aya endirilmiş və Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 1-ci cild 102-110-cu vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 110/6-cı vərəqəsində olan Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, sonuncu Salyan Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, qərar dərhal icra edilmiş, Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Sabirabad rayon icra və probasiya şöbəsinə həvalə edilmiş və sonuncunun üzərinə davranışı üzrəində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Cinayət işinin 2-ci cild 152-ci vərəqəsində olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbi edilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 153-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbi edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan CD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 74, blok B 19, 13/4 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 1.500 manat dəyərində 01 ədəd velosipedi oğurlayıb hadisə yerindən çıxıb getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 16 A, 19 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 450 manat dəyərində 01 ədəd velosipedi oğurlayıb hadisə yerindən çıxıb getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 07:14 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, ev 22, 131 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus 550 manat dəyərində 01 ədəd velosipedi oğurlayıb hadisə yerindən çıxıb getməsi müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi,cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD disklərdə olan videogörüntülər və digər iş materialları ilə onun təkrarən, saxlanc qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-ci maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olaraq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkənözünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 11 avqust və xx xxxxxx 2019-cu, 19 yanvar və xx xxxxxx 2020-ci il tarixlərdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmışüç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki,Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-169/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-169/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver