Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-169/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs 10.000 (on min) manat pul müqabilində qısa müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin X15 hərbi qulluçu kimi işə düzəldəcəyini vəd verərək, onu aldadıb, etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ondan 25 yanvar 2020ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «28 May» metrostansiyasının qarşısında 4000 manat, 27 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi «Yeni yaşayış» massivinin ərazisində 3000 manat, 04 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı X1rşısında 1000 manat, sonunucu dəfə isə 02 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində Bakı Dəmir Yolu Vağzalının önündə yerləşən “LC Waikiki” geyim mağazasının qarşısında 2000 manat olmaqla ümumilikdə 10000 (on min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası qızı Şahid1 ilə 2017-ci ildə Şəmkirdə yerləşən N saylı hərbi hissədə birlikdə işləmişdir. Həmin vaxt o, hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsində çalışmış, Şahid1 isə tibb xidmətində sanitar kimi fəaliyyət göstərmişdir. Ordu sıralarından 2018-ci ildə tərxis olduqdan sonra Şahid1 ilə münasibətlərini davam etdirmiş və mobil telefonda tez-tez əlaqə saxlamışlar. 2020-ci ilin yanvar ayında Şahid1 onunla əlaqə zamanı səhhəti ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə aldığını bildirmişdir, o da sonuncuya baş çəkmək üçün ora getmişdir. 2020-ci ilin yanvar ayının 3-də hospitalda Şahid1 yanında olarkən xalası qızı Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onunla söhbət zamanı işsiz olduğunu bildirmiş və onun keçmiş hərbçi olduğunu bildikdən sonra Müdafiə Nazirliyinə işə düzəltməyi barədə xahiş etmişdir. O, isə Zərərçəkmiş şəxs Silahlı X14 Mərkəzinə MAHHXHQ kimi düzəltməyi öhdəsinə götürmüş, lakin bunun müqabilində 10.000 (on min) manat pul lazım olduğunu bildirmişdir. Hospitalda onun mobil nömrəsini götürdükdən sonra tezliklə əlaqə saxlayacağını demişdir. Həmin ərəfələrdə maddi sıxıntıları olduğundan Zərərçəkmiş şəxs aldadıb pul alaraq öz maddi ehtiyaclarını ödəmək üçün xərcləmək qərarına gəlmişdir. Birinci dəfə Zərərçəkmiş şəxs ilə mobil telefonla əlaqə saxlayıb onunla 2020-ci ilin yanvar ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının qarşısında saat 15:00-da görüşərək əlbəəl olaraq 4000 (dörd min) manat pul almışdır. Sonradan yenidən Zərərçəkmiş şəxs ilə 2020-ci ilin fevral ayının 27-si saat 19:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi yeni yaşayış massivində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında görüşərək ondan yenidən əlbəəl 3000 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs ilə mobil telefonla danışan zaman ona yenə də 1000 (min) manat pulun lazım olduğunu demiş və 2020-ci ilin fevral ayının 27-si tarixində Yasamal rayonu ərazisində yerləşən Silahlı X3rşısında görüşərək ondan əlbəəl olaraq 1000 (min) manat pul almışdır. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs zəng edərək 2021-ci ilin mart ayından kursa başlayacağını deməklə yalan vəd vermişdir. Son məbləği isə 02 iyun 2020-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dəmiryol Vağzalı ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında 2000 (iki min) manat pulu Zərərçəkmiş şəxs əlbəəl olaraq almışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığından və işə düzəltmək səlahiyyətinə malik olmadığından zərərçəkmiş şəxsə verdiyi vədləri yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina etmişdir. O, ümumilikdə 10000 manat pul vəsaitini Aytən Paşayevdan dələduzluq yolu ilə əldə etsə də, sonradan 4000 manat pul vəsaitini zərərçəkmiş şəxsə geri qaytarmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xalası qızı Şahid1 vasitəsiçiliyi ilə tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxslə 2020-ci ilin yanvar ayının 3-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xalası qızı Şahid1 yanında olarkən təsadüfən tanış olmuşdur. Həmin vaxt Şahid1 hospitalda ginekologiya şöbəsində müalicə almışdır. Təqsirləndirilən şəxs hospitalda işləyən atasının yanına baş çəkməyə gəlmişdir. Şahid1 müalicə aldığını eşidib ona baş çəkmək istəyən zaman otaqda təsadüfən rastlaşmışlar. Təqsirləndirilən şəxs xalası qızı Şahid1 ilə əvvəllər Gəncədə N saylı hərbi hissədə birlikdə işləmiş, münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxslə tanışlıq zamanı o özünü Müdafiə Nazirliyində maliyyə rəisi kimi işləyən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun işsiz olduğunu bildikdən sonra mobil telefon nömrəsini almış, davamlı olaraq mobil telefonda zəng edərək, onu Müdafiə Nazirliyinin Silahlı X14 Mərkəzinə MAHHXHQ kimi işə düzəldəcəyinə söz vermiş, işə düzəltmə qarşılığında 10.000 (on min) manat pulun lazım olacağını bildirmişdir. O edilən təkliflə razılaşmış və birinci dəfə 2020-ci ilin yanvar ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrosunun qarşısında saat 15 radələrində Təqsirləndirilən şəxslə görüşərək 4000 (dörd min) manat pulu əlbəəl olaraq ona vermiş, pulu verərkən yanında başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs 4000 manatı aldıqdan sonra ona mart ayında artıq işə başlayacağını demiş, növbəti dəfə 2020ci ilin fevral ayında Təqsirləndirilən şəxs onu yığaraq 3000 (üç min) manat lazım olduğunu demişdir. 27 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşadığı evin yaxınlığında əlbəəl olaraq Təqsirləndirilən şəxs 3000 (üç min) manat pulu vermişdir. Təqsirləndirilən şəxs pul vəsaitini aldıqdan sonra 2020-ci ilin mart ayında kursun yenidən başlayacağını bildirmiş, kursdan sonra isə işə başlayacağını demişdir. Aradan xeyli vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs işlətdiyi mobil telefonuna zəng edərək nə vaxt işə başlayacağını demiş, o isə cavabında ölkədə yaranmış pandemiya şəraiti ilə bağlı hər yerdə işlərin dayandığını, səbrli olmağını, tezliklə işə başlayacağını bildirmişdir. 2020-ci ilin aprel ayının əvvələrində Təqsirləndirilən şəxs ona zəng edərək təcili 1000 (min) manat pul lazım olduğunu, 1000 (min) manat verəcəyi təqdirdə işə başlayacağını demişdir. Bundan sonra 2020-ci ilin aprel ayının 4-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Silahlı X1rşısında Təqsirləndirilən şəxslə görüşərək ona əlbəəl olaraq yenə də, 1000 manat pul vermişdir. Yenə də aradan xeyli vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonla zəng edib işinin alınmayacağı təqdirdə ona verdiyi pulları geri istəmiş, Təqsirləndirilən şəxs yenə də ona yalan vədlər verərək hər şeyin həll olunduğunu, işə başlamağı barədə əmrin hazır olduğunu, əlavə olaraq 2000 manat pulun lazım olduğunu demişdir. O, çarəsiz qaldığından 2000 manat pulu 2020-ci ilin iyun ayının 2-də saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dəmiryolu Vağzalının qarşısında yerləşən “LC Waikiki” geyim mağazasının qarşısında Təqsirləndirilən şəxslə yenidən görüşərək ona əlbəəl olaraq vermişdir. Axırıncı məbləği Təqsirləndirilən şəxs verərkən onu mobil telefon vasitəsi ilə lentə almış, lakin Təqsirləndirilən şəxs bundan xəbəri olmamışdır. Sonradan Təqsirləndirilən şəxs onu aldatdığını dəqiqləşdirdikdən sonra DlNin 102 xidmətinə zəng edərək barəsində şikayət ərizəsi ilə mrüaciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı etibarından sui-istifadə edib aldatması nəticəsində 10.000 manat ziyan dəymişdir. Ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 4000 manatı qaytarılmış, qalıq qalan 6000 manat məbləğ isə hazırki günə qədər ödənməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, zərərçəkmiş şəxsi isə əvvəllər tanımamışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs işsiz olduğundan oğlu Təqsirləndirilən şəxs onu işə düzəltməyə söz verməsinə dair hadisə barəsində məlumatı yalnız zərərçəkəmiş şəxsin ona xəbər verməsindən sonra öyrənmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona oğlu Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını və 10000 manat pul vəsaitinin ələ keçirildiyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxsin şikayəti əsasında oğlu istintaqa cəlb edilmiş və barəsində cinayət işi üzrə icraat başlamışdır. Təhqiqat və istintaq müddəti və məhkəmə dövründə dəymiş ziyandan 4000 manat pul zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, təqsirləndirilən şəxsi isə hadisə ilə əlaqədar tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Qızı Zərərçəkmiş şəxs uzun müddət işsiz olmuşdur. Bacısı qızı Şahid1 2020-ci ilin yanvar ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan zaman qızı Zərərçəkmiş şəxs həmin vaxtlarda ona baş çəkməyə getmişdir. Həmin vaxt orada Şahid1 keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs işsiz olduğundan Təqsirləndirilən şəxs onu işə düzəltməyə söz vermiş, lakin bunun müqabilində 2020-ci ilin müxtəlif vaxtlarında ondan ümumilikdə 10.000 (on min) manata yaxın pulunu almışdır. Zərərçəkmiş şəxs ona bu barədə deyən zaman Nəsrəddinə verilmiş 10.000 (on min) manat pulu rayonda yaşayan qohumlarından borc müqabilində almışdır. Borc aldığı pulları işə düzəlməsi üçün qızı Zərərçəkmiş şəxs vermiş, Aytən öz növbəsində Nəsrəddinlə görüşərək pulları ona versə də, pullların verilməsində özü bilavasitə iştirak etməmişdir. Aradan xeyli vaxt keçdiyini görüb Təqsirləndirilən şəxs qızını işə düzəltməyindən məcbur olub DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs onları aldadaraq etibarlarından sui-istifadə edib ümumilikdə onlara 10.000 (on min) manat məbləğində ziyan vurmuşdur. İstintaq gedən zaman və məhkəmə dövrü ərzində dəymiş ziyandan 4000 (dörd min) manat geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 14 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 14.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs axırıncı dəfə 2000 manat pulu Təqsirləndirilən şəxs verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A ünvanını göstərmişdir (i/v 22-25). İş materiallarına əlavə olunmuş 08 yanvar 2022-ci il tarixli “Whatsapp sənədlərinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təhqiqat orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs ilə 04 aprel 2021-ci il tarixdə və 21 aprel 2021-ci il tarixlərdə “Whatsapp” ani mesajlaşma mübadilə sistemində aralarında yazışmalarına tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif yalan vədlər verərək tezliklə işə başlayacağını deyir, Zərərçəkmiş şəxs isə əlində videogörüntü olduğunu və ona verdiyi 10000 manat pulu geri alacağını bildirmişdir (i/v 57). İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 08 yanvar 2022-ci il tarixli “Whatsapp sənədlərinə baxış keçirilməsi barədə” protokol maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i/v 58). İş materiallarına əlavə edilmiş CD-də olan video görüntülərə baxış keçirilməsinə dair 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, görüntüyə baxdıqda 02 iyun 2020ci il tarixdə, saat 16:36-da Bakı şəhəri, Nəsimi rayonu, Dəmiryolu Vağzalının ərazisində yerləşən “LC Waikiki” geyim mağazasının qarşısında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onun etibarından sui-istifadə edərək onu aldadan şəxs Təqsirləndirilən şəxs ilə görüşərək 2000 manat pulu əlbəəl olaraq ona vermişdir. Aralarında yaranmış qısa danışıq zamanı Zərərçəkmiş şəxs ona ümumilikdə nə qədər məbləğ verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında 10000 manat pul aldığını təsdiqləmiş və qısa zaman ərzində işə başlayacağını demişdir (i/v 73). İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 10 yanvar 2022-ci il tarixli video görüntüləri olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i/v 74). İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Əqid Bayroyev tərəfindən ünvanlanmış 14 yanvar 2022-ci il tarixli, 16 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19.07.2018-ci il tarixli Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. 06.08.2018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdadır. Mirzəyev X4 Aytən Rafiq qızını Silahlı X14 Mərkəzinə işə düzəltmək adı ilə onun etibarından sui-istifadə edib aldadaraq 10.000 manat pulunu ələ keçirən zaman özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim etmişdir. Xətai SHÇDX-dən daxil olmuş arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs həmin vaxt artıq ehtiyyata buraxılmış, hərbi qulluqçu olmamışdır (i/v 85). İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Günel Mirzəyeva ilə nikahından 12.02.2012-ci il təvəllüdlü X10 və 26.03.2010-cu il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 90-92). İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı MKİS-in rəisi S.İbrahimova tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Cavanşir küçəsi ev 4, mənzil 3-də qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində qonşulardan onun barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır (i/v 94). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.01.2022-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 129-131). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 yanvar 2022-ci il tarixli qərarından, Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarından və qətimkan tədbirinin seçilməsi haqqında 29 yanvar 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və 29 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya protesti cinayət prosessual qanunvericiliyin tələbləri yerinə yetirilmədiyindən hərəkətsiz saxlanılmışdır (i/v 159-165, 170-171, 177-179). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.01.2022-ci il tarixli tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-053/2018 saylı, 01.03.2018-cı il tarixli hökmündən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-576/2022 saylı, 15 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 iyun 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəza 6 ay sınaq müddəti ilə şərti cəza təyin edilmiş və sınaq müddətinin sonu 08 dekabr 2018-ci il tarixdə bitmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablanmaqla qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i/v 96-97, 99-103, 194-204). Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-535/2022 saylı, 16 mart 2022-ci il tarixli hökmün icrası barədə göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(101)-535/2022 saylı hökmü 16 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.01.2022-ci tarixdən 29.01.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 15 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış “Whatsapp sənədlərinə baxış keçirilməsi barədə” protokolun və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmaları nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Whatsapp sənədlərinə baxış keçirilməsi barədə” protokolun cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-169/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-169/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver