Məhkəmə qərarları › İş №1(006)-17/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-17/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-17/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zəngilan rayonu, Rəbənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X5 özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, P.A.Qarayeva xx.xx.2020-ci il tarixdə saat 16-23-də ünvan 2 ünvanında yerləşən Moskva univermağının 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qızıl satışı mağazasında rəfin üzərinə olan dəyəri 715 manat olan briliyant üzüyü gizli yolla talayıb, sonuncuya 715 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs P.A.Qarayeva ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 16-23-də ünvan 2 ünvanında yerləşən Moskva univermağına getmiş, orada bir müddət gəzərək müşahidə aparmış, 1-ci mərtəbədə rəfin üzərinə müştəriyə göstərmək üçün xeyli qızılar yığıldığını görmüş, ora yaxınlaşmış və satıcının digər müştərilərlə məşqul olduğundan istifadə edərək orada olan qızıl üzüyün birini oğurlayıb Univermaqdan çıxaraq yaşadığı ünvana getmişdir. Sonra o, pasportunu götürüb həmin üzüyü Nizami metrosunun yanında yerləşən lombarda qoyub 250 manat pul götürmüşdür. Həmin puldan 175 manat anasının dərmanlarına, 75 manat isə işığa olan borcunu ödəmişdir. xx.xx.2020-ci il tarixdə saat 21-00-da o, yaşadığı ünvanın qarşısında olan vaxt polis əməkdaşları onu saxlayıb 19-cu PŞ-nə aparmışlar. Polis şöbəsində o, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş sonra isə xx.xx.2020-ci il tarixdə lombrada 255 manat ödəyərək briliyant qızıl üzüyü alaraq polisə təqdim etmişdir. Daha sonra, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs P.A.Qarayevanın təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Cavadxan küçəsi 5 ünvanında yerləşən Moskva univermağının 1-ci mərtəbəsində yerələşən qızıl satışı mağazasını işlədir. Mağazada müxtəlif qızıl əşyaları satılır. Həmçinin briliyant qızıl üzüklər çoxlıq təşkil edir. xx.xx.2020-ci il tarixdə o, işdə olan vaxt təxminən 3- 4 müştəri olmuşdur. O, həmin müştərilərə rəfin üzərində qızıl üzükləri göstərirmiş, həmin vaxta da digər bir qadında üzüklərə baxırmış. Bir müddət sonra o, rəfin üzərinə baxarkən dəyəri 3000 manat olan briliyant qızıl üzüy oğurlandığını görmüş dərhal kameraya baxaraq müəyyən etmiş ki, üzüyü tanımadığı bir qadın oğurlamış və dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və sonuncu barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxnıdır ki,Yasamal rayonu, C.Cabbarlı küçəsi 5 ünvanında yerləşən lombarda işləyir. X3 müştərisi kimi tanıyır. Beləki Pərvanə əvvəl müxtəlif qızılları qoyaraq lombardan pul götümüş və ödəmişdir. Sonuncu dəfə xx.xx.2020ci il tarixdə Pərvanə lombarda gəlmiş və briliyant qaşları olan qızıl üzüyü qoyub pul götürmək istəmişdir. O, da üzüyü yoxlayıb ona 250 manat pul vermiş, xx.xx.2020-ci il tarixdə Pərvanə polis əməkdaşlar ilə birlikdə gəlib 250 manat pul ödəyib həmin üzüyü götürüb polislərə təhvil vermişdir. O. həmin üzüyün oğurluq olduğunu həmin gün bilmişdir. Sadələşdirilmiş icraat materialının 110-111-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, məhkəmə iclaslarında iştirakını təmin etmək üçün təqsirləndirilən şəxs P.A.Qarayeva barəsində məcburi gətirmə qərarı çıxarılmışdır. Sadələşdirilmiş icraat materialının 121-122-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmadığından təqsirləndirilən şəxs P.A.Qarayeva barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. Sadələşdirilmiş icraat materialının 134-135-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, təqsirləndirilən şəxs P.A.Qarayeva məhkəməyə gətirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatı təzələnmişdir. Sadələşdirilmiş icraat materialının 139-140-cı vərəqəsində olan olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, P.A.Qarayeva Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Sadələşdirilmiş icraat materialının 179-180-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, məhkəmə iclaslarında iştirakını təmin etmək üçün təqsirləndirilən şəxs P.A.Qarayeva barəsində təkrar məcburi gətirmə qərarı çıxarılmışdır. Sadələşdirilmiş icraat materialının 184-185-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmadığından təqsirləndirilən şəxs P.A.Qarayeva barəsində təkrar axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. Sadələşdirilmiş icraat materialında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il il tarixli Məhkəmənin qərarından görünür ki, təqsirləndirilən şəxs P.A.Qarayeva məhkəməyə gətirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatı təzələnmişdir. Sadələşdirilmiş icraat materialının 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5330/5331 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd çəkisi 4,21 qram metalı, 750 əyarlı, üzərində 27 ədəd ağ şəffav briliyant qaşları olan qızıl üzüyün xx xxxxxx 2020-ci il tarixə olan bazar qiyməti 715 manat müəyyən edilir. Sadələşdirilmiş icraat materialının 44-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 111 (bir yüz on bir) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materialının 24-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli, maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, P.A.Qarayeva tərəfindən oğurlanmış üzük maddi sübut kimi tanınmışdır. Sadələşdirilmiş icraat materialının 56-cı vərəqəsində olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün götürülmüş bir ədəd çəkisi 4,21 qram metalı, 750 əyarlı, üzərində 27 ədəd ağ şəffav briliyant qaşları olan qızıl üzük Zərərçəkmiş şəxs qaytarılmışdır. Sadələşdirilmiş icraat materialının 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, X5 Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sadələşdirilmiş icraat materialının 36-42-ci vərəqələrində olan hökmdən görünür ki, X5 Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)- 537/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sadələşdirilmiş icraat materialında olan xx xxxxxx 2021-ci il tarixli, Nəsimi rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü üzrə məhkum P.A.Qarayeva cəzasını çəkməmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs P.A.Qarayevaya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs P.A.Qarayevanın, zərəçəkmiş şəxsin məhkəmə iclasında, şahidin verdikləri ifadələri və digər iş materialları ilə sonuncunun özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxs P.A.Qarayevaya cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla P.A.Qarayevanın özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, sonununcun ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən P.A.Qarayevanın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə P.A.Qarayevaya cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, sonununcun ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, qadın olmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, P.A.Qarayevanı cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və hazırki hökmlə sonuncunun üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə P.A.Qarayevaya qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs P.A.Qarayevanın yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs P.A.Qarayevanın üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs P.A.Qarayevaya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut bir ədəd çəkisi 4,21 qram metalı, 750 əyarlı, üzərində 27 ədəd ağ şəffav briliyant qaşları olan qızıl üzük Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 111 (bir yüz on bir) manat 70 (yetmiş) qəpik P.A.Qarayevadan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs P.A.Qarayevanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, P.A.Qarayeva yagöstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 hazırki hökmlə üzərində saxlanılmış 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(001)-537/2019 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut bir ədəd çəkisi 4,21 qram metalı, 750 əyarlı, üzərində 27 ədəd ağ şəffav briliyant qaşları olan qızıl üzük Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 111 (bir yüz on bir) manat 70 (yetmiş) qəpik X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar