Məhkəmə qərarları › İş №1(006)-17/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-17/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-17/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə ziyan vurmaqla təkrar dələduzluq etmiş və elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun anası Zərərçəkmiş şəxs2 aldığı pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən qohumları vasitəsilə artırılmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 19 iyul 2019-cu ildə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 ünvanında yerləşən '‘Gənclik Mall” ticarət mərkəzində Zərərçəkmiş şəxs1 600 manat pulunu və 10 avqust 2019-cu ildə saat 10 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən Şəmkir rayonunda yerləşən "xxxx" vasitəsilə onun bacısı Şahid3 adına göndərilən 307 manat 80 qəpik pulu Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Ağayev küçəsi 120/1-də yerləşən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 6 saylı Poçt Filialından qəbul etməklə ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 907 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı Şahid1 üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən qohumlarının vasitəsilə pensiya təyin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 09 avqust 2019-cu ildə saat 10 radələrində “Kapital Bank" ASC-nin Şəmkir filialından onun bacısı Şahid3 adına Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 3158/3156-də yerləşən “Kapital Bank" ASC-nin “Şuşa” filialına göndərdiyi 453 manat pulu, 11 avqust 2019-cu ildə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsi 7-də yerləşən “Gənclik Mall" ticarət mərkəzində Zərərçəkmiş şəxs1 1000 manat pulu, 20 avqust 2019-cu ildə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Ayna Sultanova" heykəlinin yanında sonuncudan 500 manat pulu, 22 avqust 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu ,X7 küçəsi 7-də yerləşən “Gənclik Mall" ticarət mərkəzində 500 manat pulu və Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən Nizami metrostansiyasının qarşısında 400 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2.853 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun qohumu Şahid2 aldığı pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən qohumlarının vasitəsilə artırılmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 15 avqust 2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 7 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzində Zərərçəkmiş şəxs1 600 manat və 21 avqust 2019-cu il tarixdə saat 11 radələrində həmin ünvanda 600 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun qohumu Şahid4 aldığı pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən qohumlarının vasitəsilə artırılmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 803 manat və 13 sentyabr 2019-cu il tarixdə saat 17 radələrində həmin ünvanda 400 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.203 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 aldığı pensiya məbləğinin artırılmasında köməklik edəcəyi adı ilə sonuncunun qızı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 adına olmaqla elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid təqaüd kartını və həmin karta aid şəxsi pin kod nömrəsini götürüb vahid niyyətlə əhatə olunmuş qəsdlə 23 avqust 2019-cu il saat 19:25-də Bərdə rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "xxxx" ASC-nin bankomatından 160 manat, 20 sentyabr 2019-cu il tarixdə, saat 14:04-də həmin ünvanda yerləşən bankomatdan 172 manat və 22 oktyabr 2019-cu il tarixdə, saat 11:50-də ünvan 4 ünvanında yerləşən Azadlıq metrostansiyasının çıxışında quraşdırılmış "xxxx" ASC-nin bankomatından 200 manat pulu çıxarmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 532 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Şahid4 aldığı pensiya məbləğinin artırılmasında köməklik edəcəyi adı ilə sonuncunun qohumu Zərərçəkmiş şəxs1 Şahid4 adına olmaqla elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə aid təqaüd kartını və həmin karta aid şəxsi pin kod nömrəsini götürüb vahid niyyətlə əhatə olunmuş qəsdlə 23 avqust 2019-cu il tarixdə, saat 19:26-da Bərdə rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən "xxxx" ASC-nin bankomatından 180 manat, 27 avqust 2019-cu il tarixdə, saat 19:03-də həmin ünvanda yerləşən bankomatdan 6 manat, 20 sentyabr 2019-cu il tarixdə, saat 14:02-də həmin ünvanda yerləşən bankomatdan 187 manat, 22 oktyabr 2019-cu il tarixdə, saat 11:49-da ünvan 4 ünvanında Azadlıq metrostansiyasının çıxışında yerləşən "xxxx" ASC-nin bankomatından 200 manat, 21 noyabr 2019-cu il tarixdə, saat 19:00-da Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 3158/3156 məhəllədə yerləşən “Kapital Bank" ASC-nin bankomatından 196 manat və 22 dekabr 2019-cu il tarixdə, saat 09:48-də Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi 71-də yerləşən “Kapital Bank" ASC-nin bankomatından 200 manat pulu çıxarmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Aysel Hüscynovaya ümumilikdə 969 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1 ilə tanışlığı olmuşdur. Aysel ona müraciət edib bildirmişdir ki, anasının pensiyasını artırmaq istəyir. O da həmin məsələni yaxın tanışının vasitəsilə 1.100 manat pul müqabilində düzəldə biləcəyini demiş, Aysel də onun təklifi ilə razılaşmışdır. O, Aysellə “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüşdükdə Aysel ona 500 manat pul vermiş, qalan məbləği də iş yekunlaşdıqdan sonra verəcəyini bildirmişdir. Ayselin qardaşı həmin iş düzələcəyi təqdirdə pensiya düzəltmək üçün başqa şəxslərin də sənədlərini gətirəcəyini bildirmişdir. İttiham aktında yazılan və Ayselin tələb etdiyi məbləğ şişirdilmişdir. O, Ayseldən 4.000 manatdan bir qədər artıq pul almışdır. O, Zərərçəkmiş şəxs2 pensiyasını artırmaq üçün Ayseldən ittiham aktında yazılan 907 manat məbləğində yox, 500 manat məbləğində pul almışdır. Bu iş Aysellə qarşılıqlı razılıq əsasında başlanmışdır. Belə ki, qazanılan məbləğdən həm Ayselə, həm də ona pul çatacaqdı. O, özü tikinti işi ilə məşğul olur. Pensiyanı isə yaxın bir tanışı düzəltməli idi. O, Zərərçəkmiş şəxs2 tanımır. Poçt vasitəsilə göndərilən 1.100 manata yaxın pul Ayselin əmisi oğlunun sənədi ilə bağlı olmuşdur. Şahid1 xəstəliklə bağlı 2.200 manat müqabilində pensiya düzəldəcəyini Ayselə bildirmişdir. Həmin pulun bir hissəsi Aysel tərəfindən ona verilmişdir. Poçt vasitəsilə pullar bacısı Şahid3 adına 4 epizod üzrə göndərilmişdir. Qalan pullar iş yekunlaşandan sonra verilməli idi. Şahid2 işi ilə bağlı o, pul almamışdır. Onun işi ilə bağlı sənədi götürmüşdür. Həmin işlə bağlı pul iş yekunlaşandan sonra veriləcəkdi. Şahid4 işi ilə bağlı danışılmışdır ki, onun da pensiyası artırılsın, amma pul almamışdır. Pul iş yekunlaşandan sonra veriləcəkdi. Pensiya kartlarını Aysel özü ona vermişdir. Karta vurulan pulu Aysellə birlikdə çıxarıb iş üçün lazım olan pulu vermək, qalan pulu da öz aralarında bölmək barədə razılığa gəlmişlər. Kartın şifrəsini Aysel özü vermişdir. Pensiyaların artırılması və pensiya düzəldilməsi ilə bağlı vəd verilmiş işin heç bir nəticəsi olmamışdır. Kartdan pulu o, özü çıxartsa da bunu oğurluq niyyəti ilə etməmiş və həmin puldan Ayselə də vermişdir. Ayselin kartlardan pul çıxartmağından xəbəri olmuşdur. Pensiyanın artırılması ilə bağlı işin görülməsi üçün ehtiyac yarandığından pulu çıxartmışdır. İstintaq zamanı vurulmuş zərərdən Ayselə 500 manat ödəmişdir. Şahid4 kartından pulu onun öz işini düzəltmək üçün çıxartmışdır. Kartlardan pulu çıxaranda Ayselə də 50 və 100 manat olmaqla 150 manat pul vermişdir. Kartlardan 3-4 dəfə pul çəkmişdir. Şahid2 adına olan kart aktiv olmamışdır. Kartlardan 1000 manata yaxın pul çəkilmişdir. Poçt vasitəsilə bacısının adına 1000 manatdan artıq pul göndərilib. Digər məbləğləri işi düzəldəcək olan şəxsə vermişdir. Həmin şəxs də hazırda ölkədə yoxdur. Pensiya ilə bağlı alınan puldan Ayselə 650 manat ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Çünki çox şeylər yalan yazılıb. O, özü heç bir şey yazmamışdır, izahat müstəntiq tərəfindən yazıldıqdan sonra o, həmin izahatı oxumadan imzalamışdır. O, 4.000 manatdan bir qədər artıq pul almışdır, həmin məbləği qəbul edir. O, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə özünü təqsirli bilmir. Daha sonra özünü CM-nin 178.2.2-ci maddəsi üzrə qismən təqsirli bildiyini, anasının xəstə olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olduğunu və həmin uşağa görə aliment ödənilməli olduğunu, 1 ilə yaxın müddətdir ki, həbsdə olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə kafedə tanış olmuşdur. Samirlə söhbət zamanı o, bildirmişdir ki, valideynlərinin təqaüdü azdır. Samir isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininin onun qohumu olduğunu və o, həmin qohumunun köməyi ilə bacısının və bir neçə nəfərin pensiyasının məbləğini artırdığını, onun da anasının pensiyasının artırılmasına kömək edə biləcəyini demişdir. Samir anasının pensiyasının 350 manata kimi artırılması üçün 1.200 manat pul lazım olduğunu ona demiş, o da bununla bağlı anasına, anasının bibisi Tamiləyə və Tamilənin oğlu Sahibə demişdir. Onlar da pensiyalarının artırılmasını istədiklərini və bunun qarşılığında lazım olan pulu verəcəklərini demişlər. Sonralar Samir ona pensiya almayan şəxslər üçün pensiya düzəldə biləcəyini və bunun üçün 4.400 manat pul lazım olduğunu bildirmişdir. Səhəri gün Samir ona zəng edərək anası Rənanın pensiyasının artırılması ilə bağlı “Forma 9” arayışı lazım olduğunu demiş və bunun üçün 600 manat pul istəmişdir. O, Samirə 300 manat pulunun olduğunu dedikdə, Samir qalan 300 manatı özünün qoyacağını və iş düzəldikdən sonra ondan alacağını bildirmişdir. O, Samirlə razılaşdıqdan sonra sənədləri və 300 manat pulu götürmüş və “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Samirlə görüşmüşdür. O, pulu və sənədləri Samirə vermiş, Samir də cibindən 300 manat pul çıxararaq yaxınlıqda yerləşən köşkdən aldığı zərfin içərisinə qoymuşdur. O daha sonra 300 manatı poçt vasitəsilə Samirin bacısı Afaqın adına göndərmişdir. Bundan başqa Şahid4 pensiyasının artırılması ilə bağlı Samirə 1203 manat, Şahid2 əlilliklə bağlı təqaüdünün artırılması ilə bağlı 1.800 manat, qardaşı Elvinə əlilliklə bağlı təqaüd düzəltmək üçün 2853 manat pul vermişdir. 30.03.2021-ci il tarixdə isə Samirin bacısı Şahid3 “Ayna Sultanova” heykəlinin yanında 500 manat pul vermişdir. Samir anasının və Tamilənin kartlarından 5 ay pullarını çəkmişdir. Sonradan Samirin söz verdiyi işləri həll etmədiyini görüb ondan ödədiyi pulları geri qaytarmasını istəmişdir. Lakin Samir hər dəfə müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmamışdır. Ümumilikdə ona faizlərlə birlikdə 11.800 manat maddi ziyan dəymişdir. 10.000 manat da mənəvi ziyanın əvəzi olaraq tələb edir. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində ona ümumilikdə 11.800 manat məbləğində maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq, vurulmuş maddi zərərə görə 11.800 manat, dəymiş mənəvi zərərə görə isə 10.000 manat, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 21830 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan 500 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona 1075 manat zərər vurulduğunu, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, 15 avqust 2019-cu il tarixdə qızı Zərərçəkmiş şəxs1 ona demişdir ki, özünü Rövşən kimi təqdim edən, sonradan ad və soyadının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxsin anasının Sosial Müdafiə Fondunda yüksək vəzifədə tanışları vardır, onların köməkliyi ilə Samir təqaüdləri artıra bilir və bu işlərin görülməsi üçün 1200 manat pul istəyir. O, 173 manat təqaüd alırdı, əgər artım olsaydı 355 manat təqaüd alacaqdı. O da qızı ilə qərarlaşdırmışdır ki, Samirə 1200 manat pul versinlər və Samir onun təqaüdünü artırsın. Ayselin dediyinə görə təqaüdün artırılması üçün onun bibisi Şahid4 və Tamilənin oğlu Şahid2 da təqaüd kartlarını Samirə vermişdir. O, Ayselə Beynəlxalq bankın plastik kartını vermiş, 1200 manatı da Aysel Samirə özü verəcəyini demişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində qızı Aysel ona Samirin onu aldatdığını, təqaüdün artırılması üçün heç bir iş görmədiyini demişdir. Daha sonra onlar Beynəlxalq banka gedib təqaüd kartını yoxlatdırmış və məlum olmuşdur ki, Samir verilən təqaüd kartı vasitəsi ilə onun xəbəri olmadan 532 manat pul çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Samir ona bir nəfər qadının evini təmir etdiyini və həmin təmirlə bağlı həmin qadının pul göndərəcəyini demiş və pulu götürmək üçün onun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. O, Samirin dediklərinə inanaraq pulu çıxardıb ona vermişdir. O, Ayselin evin sahibi olduğunu zənn etmişdir. Aysellə heç bir tanışlığı olmamışdır. Qardaşının Ayseldən pulu hansı məqsədlə aldığını bilməmiş, Samir ona pulun evin təmiri üçün göndərildiyini demiş, Samirin dələduzluq etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, təqsirləndirilən şəxs 2.500 manat müqabilində ona pensiya düzəldəcəyi barədə bacısı Zərərçəkmiş şəxs1 yalan vəd verərək onları aldatmışdır. Eyni zamanda anasının pensiyasını artıracağını da demişdir. Bunun üçün bacısı Ayselə təxminən 2019-cu ilin iyulavqust aylarında 2.500 manat pul vermişdir. Anasının pensiyasının artırılması üçün isə 300 və 600 manat olmaqla iki dəfə tanımadığı bir qadının adına bank vasitəsilə pul göndərmişdir. Verdiyi pulları bankdan kredit olaraq götürmüşdür. Təqsirləndirilən şəxs eyni zamanda onun şəxsiyyət vəsiqəsini də götürmüşdür. O, özü Rusiya Federasiyasında işləyir. Pensiyanın düzəldilməsi ilə bağlı götürdüyü krediti ödəyə bilmədiyi üçün 2019-cu ilin noyabr ayında işləmək üçün yenidən Rusiya Federasiyasına getmək istəmişdir. Lakin şəxsiyyət vəsiqəsi təqsirləndirilən şəxsdə olduğu üçün gedə bilməmişdir. Hər dəfə vəsiqəsini istəyəndə onu aldatmış, gah Gürcüstanda, gah da Daşkəsəndə olduğunu bildirmişdir. Aysel verdiyi pulu ona geri qaytarmışdır. Lakin təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O, pensiyasının artırılması ilə bağlı Ayselə demiş, Aysel də sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi Rövşən adlı tanışının Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə pensiyanın artırılmasını həll edə biləcəyini bildirmişdir. O, 150 manat pensiya alırdı. Aysel ona Samirinin onun pensiyasını 350 manata kimi qaldıracağını demişdi. Samir pensiyanın artırılmasında köməklik etməsi qarşılığında 2500-2600 manat pul istəmiş, o da razılıq vermişdir. Aysellə aralarında olan razılaşmaya əsasən pensiya artımı üçün Samirə veriləcək pulu Aysel verəcək, pensiya işi düzəldikdən sonra isə o, Ayselə Samirə verdiyi pulu verəcəkdi. 2019-cu ilin avqust ayında o, şəxsiyyət vəsiqəsinin surətini Samirə vermək üçün Ayselə vermişdir. 2019-cu ilin dekabrın sonlarında Aysel ona zəng edib Samirin onu aldadıb heç bir iş görmədiyini və Samirə 1200 manata yaxın pul verdiyini demişdir. Ayselin dediyinə görə bu işlərin qarşılığında Samir Ayseldən 7000 manata yaxın pul almış və qarşılığında da heç bir iş görməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O, 150-160 manat pensiya alır. Pensiyasının artırılması ilə bağlı Ayselə demiş, Aysel də sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi Rövşən adlı tanışının Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə pensiyanın artırılmasını həll edə biləcəyini bildirmişdir. Aysel ona Samirin pensiyanın artırılmasında köməklik etməsi qarşılığında 2.000 manat pul istədiyini demiş, o da razılıq vermişdir. Aysellə aralarında olan razılaşmaya əsasən pensiya artımı üçün Samirə veriləcək pulu Aysel verəcək, pensiya işi düzəldikdən sonra isə o, Ayselə Samirə verdiyi pulu verəcəkdi. 2019-cu ilin avqust ayında Aysel ondan şəxsiyyət vəsiqəsinin surətini, pensiya aldığı plastik kartını və şəxsiyyət vəsiqənin surətini Samirə vermişdir. 2019-cu ilin dekabrın sonlarında Aysel ona zəng edib Samirin onu aldatdığını, pensiya artırılması ilə bağlı heç bir iş görmədiyini və onun işinə görə Samirə 1.200 manata yaxın pul verdiyini bildirmişdir. Aysel ona qardaşı Elvinin, anası Rənanın və Sahibin də pensiya artımı ilə bağlı Samirə pul verdiyini demişdir. Samir onlara da heç bir köməklik etməmişdir. Ayselin dediyinə görə Samir Ayseldən aldığı pulu qaytarmamışdır. Kartı Samirdə olduğu müddətdə avqust-dekabr ayları ərzində aldığı pensiya kartından 900 manata yaxın pulu oğurlamışdır. Ona dəymiş ziyanı Aysel tam olaraq ödəmişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması” haqqında 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v. 116-117); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 4(006)-127/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17.03.2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v. 157-160); - Zərərçəkmiş şəxs2 və Şahid4 məxsus plastik pensiya kartlarından 2019-cu ilin avqust-dekabr ayları ərzində vəsaitlərin nağdlaşdırılması zamanı bankomatlar tərəfindən qeydə alınan fotogörüntülərdən görünür ki, Hümbətov X1 Rəna Vəli qızı və Şahid4 adına olan plastik kartdan istifadə etməklə ATM-dən (bankomat) onlara məxsus pulu əldə edir (i.v. 184-196); - "xxxx"nın 20.05.2021-ci il tarixli məktubundan görünür ki, bankomatlardan Tamila Aslanovaya məxsus hesabdan 13.08.2019-22.12.2019-cu il tarixlərdə 374, 180, 6, 187, 200, 196 və 200 manat, Zərərçəkmiş şəxs2 məxsus hesabdan isə 13.08.2019- 22.10.2019-cu il tarixlərdə 160, 172 və 200 manat məbləğində pul çıxarılmışdır (i.v. 214); - "xxxx" ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Şəmkir filialı vasitəsi ilə Təqsirləndirilən şəxs bacısı Şahid3 adına göndərilən Binəqədi rayonu, İ.Dadaşov küçəsi 3158/3156-də yerləşən "xxxx" ASC-nin “Şuşa” filialı vasitəsi ilə 453 manat pulu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin qəbzlərindən görünür ki, 10 avqust 2019-cıı ildə saat 10 radələrində Şəmkir rayonundan "xxxx" MMC vasitəsi ilə Şahid3 adına 300 manat pul əldə etmişdir (i.v 36, 84); - Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Elektron Məhkəmə İnformasiya Mərkəzindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14.05.2009-cu il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. şıyaşaY“ sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi isə eyni əməllərin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı oğurluq cinayətini törətməməsi, dələduzluq cinayətində isə özünü təqsirli bilməsinə dair vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun dəymiş ziyanı qismən ödəməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 1(021)-156/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 1(021)-156/2021 saylı saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 1(021)-156/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin dilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17.03.2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 7132 manat 80 qəpik maddi ziyan dəydiyi və həmin ziyanın 500 manat hissəsinin ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, Zərərçəkmiş şəxs1 dəymiş ziyana görə 6632 manat 80 qəpik məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bərdə Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 1(021)-156/2021 saylı hökmü ilə təyin dilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17.03.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 6632 (altı min altı yüz otuz iki) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar