Məhkəmə qərarları › İş №1(006)-17/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-17/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-17/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Fərhad qızının, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5 saylı inzibati binada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 avqust 2021-ci il tarixdə, saat 10:30-da ünvan 1 ünvanda yerləşən K.Fərəcova adına X3 gəlib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra institutun zirzəmisində olan yalnız işçilərin azad girib çıxa biləcəyi paltar dəyişmə otağının qapısının açıq vəziyyətdə olmasından istifadə edərək, həmin otağa qanunsuz daxil olub, otaqda qoyulmuş dolabın qapısını istintaqa məlum olmayan üsulla açmaqla oradan Zərərçəkmiş şəxs1l qızına məxsus içərisində "xxxx" ASC tərəfindən verilmiş 5167-5133-4192-4173 nömrəli əmək haqqı kartı, sonuncunun qiymətləndirməsinə görə 01 ədəd 25 manat dəyərində qol saatı, 01 ədəd 10 manat dəyərində qolbaq, ümumi dəyəri 30 manat təşkil edən 07 ədəd kosmetik karandaş, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 02 ədəd qadın ətiri, 01 ədəd 20 manat dəyərində eynək qabı, 01 ədəd 30 manat dəyərində gümüş qadın üzüyü və hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 cüt sırğa olan 25 manat dəyərində qadın əl çantasını gizli olaraq taladıqdan sonra cinayət əməlini davam etdirərək əl çantasındakı kağıza yazılmış identifikasiya nömrəsi olan 4 rəqəmli pin kod vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 5167-5133-4192-4173 nömrəli bank kartının hesabından həmin gün saat 11:32-də ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus 036 nömrəli bankomatdan 1.000 manat və həmin gün saat 11:33-də 380 manat olmaqla, cəmi 1.380 manat məbləğində pulu nağdlaşdırmaqla gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1556 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanda yerləşən «X10»ına gəlib 3-cü mərtəbədə yerləşən, həkim-pediator vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 3001 nömrəli xidməti otağının giriş qapısının kilidlə bağlı olmamasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra həmin otağa qanunsuz daxil olaraq otaqda qoyulmuş dolabın qapısını istintaqa məlum olmayan üsulla açmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus əl çantasından içərisində 1000 manat, həmin günün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dollar, həmin günün məzənnəsi ilə 61 manat 30 qəpik təşkil edən 500 türk lirəsi pul və "xxxx" ASC tərəfindən verilmiş 5354-64**-****-0698 nömrəli əmək haqqı kartı elan 80 manat dəyərində «Tommy Hilfıger» markalı pul kisəsini gizli yolla taladıqdan sonra, cinayət əməlini davam etdirməklə pul kisəsindəki kağıza yazılmış identifikasiya nömrəsi olan 4 rəqəmli pin kod vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 5354-64**-****-0698 nömrəli bank kartının hesabından həmin gün saat 12:19-da ünvan 4 ünvanda yerləşən Mərkəzi Klinikanın ərazisində quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomatdan 500 manat, həmin gün saat 12:20-də 500 manat və həmin gün saat 12:22-də 210 manat olmaqla cəmi 1.210 manat pulu (komissiya ilə birlikdə 1228 manat 15 qəpik) nagdlaşdırmaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 2.879 manat 45 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanının giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olduqdan sonra yataq otağında qoyulmuş paltar dolabının içərisindən sonuncuya məxsus həmin günün məzənnəsi ilə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları və 15.000 manat nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 23.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanının giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olduqdan sonra yataq otağında qoyulmuş paltar dolabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus 7300 manat nağd pulu, 3400 manat dəyərində 1 ədəd 583 əyarlı klonlu boyunbağı, üzük, sırğa və qolbağdan ibarət 40 qram çəkidə qızıl dəsti, 1 ədəd 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl nişan üzüyünü, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl uzun sırğanı, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl qolbağı, 1 ədəd 25 manat 50 qəpik dəyərində 0.3 qram çəkidə 585 əyarlıqızıl toxunma qolbağı, 1 ədəd 340 manat dəyərində 4 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 50 manat dəyərində ümumilikdə 10 qram çəkidə 1 ədəd 925 əyarlı gümüş qolbaq və sırğadan ibarət dəsti, 1 ədəd 10 manat dəyərində 2 qram çəkidə 925 əyarlı gümüş qolbağı, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0.50 ml həcmli “Toud” markalı ətiri, 1 ədəd 1 manat dəyərində yarısı istifadə olunmuş 0,75 ml həcmli “Ka” markalı ətiri, 1 ədəd 15 manat eləyərində yarısı istifadə olunmuş 0.100 ml həcmli “Eternal” markalı ətiri, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş qablaşdırmada 0,30 ml həcmli “Giordani” markalı ətiri, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0,30 ml həcmli “Vogade” markalı ətiri gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.991 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın 1,2 və 4-cü epizodları üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 avqust 2021-ci il tarixdə saat 10:30-da Yasamal rayonu, Bəsti Bağırova küçəsi 17 ünvanda yerləşən K.Fərəcova adına Elmi X9 gəlmiş, institutun inzibati binasının birinci mərtəbəsinin zirzəmisinə gəlmişdir. Zirzəmidə heç kim olmamışdır. O, paltar dəyişmə otağında olan dolabların birinin qapısım əli ilə aralayıb dolabdan ağ rəngli qadın çantasını götürüb zirzəmidən çıxmış və piyada saat 11:30 radələrində Salatın Əsgərova küşəsində yerləşən Nizami metrostansiyasının qarşısına gəlmişdir. O, qadın əl çantasını açaraq çantanın içərisinə baxmışdır. Çantada sənədlər, qadın parlumeriyaları, açarlar və plastik bank kartı və “Nar-Sim-Sim” kartın qutusu vardır. O, kartı və “Nar-Sim-Sim” kartın qutusunu götürüb çantanı yaxınlıqdakı zibil qabına atmışdır. Bundan sonra “Nizami Mall” qarşısında olan "xxxx" ASC-yə məxsus bankomatdan kartın kodunu yığaraq iki dələyə kartdan 1.380 manat pulu nağdlaşdırıb çıxartmışdır. Bundan sonra o, plastik kartı və pulu cibinə qoyaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yaşayan qonşusu Feyziyə borcundan 700 manat vermişdir. O, 19 avqust 2021-ci il tarixdə, saat 15:20-də Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə piyada gedərkən Yasamal RPİ-nin 27-ci PBnin əməkdaşları onu saxlamışlar və onu polis bölməsinə dəvət etmişlər. Yasamal RPİ-nin 27-ci PB-də onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. O da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikası ümumvətəndaş pasportunu, Bakı istintaq təcridxanasından verilmiş vəsiqəni, cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışı, Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş plastik bank kartını və “Nar-Sim-Sim” kartının qabını təqdim etmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının ortalarında o, oğurluq etmək niyyəti ilə günorta saatlarında Badamdar qəsəbəsində yerləşən X10ına əsas qapıdan daxil olmuş və əlverişli məqam axtarmağa başlamışdır. O, əvvəl birinci mərtəbədə olan dəhlizi gəzmiş, sonra isə 2 və ya 3-cü mərtəbəsinə pilləkənlə qalxıb həmin mərtəbədə dəhlizdə çoxlu insanların olmasını görüb, düşünmüşdür ki, onlardan birinin başlarının qarışmasından istifadə edib çantalarını oğurlasın. Sonra o, dəhlizin demək olar ki, qurtaracağına qədər gəzib iş otaqlarının qapılarını bir-bir açıb yoxlamışdır. Bəzi otaqlar kilidli, bəzilərdə isə insanlar olduğundan növbəti otağı yoxlamış və dəhlizin qurtaracağında olan otağın qapısını açıb orada qaranlıq olduğunu və heç kəsin olmadığını aşkar etmişdir. O, həmin otağın ətrafında müşahidə kameralarının olmadığından əmin olandan sonra tez həmin otağa daxil olub otaqdakı əşyalara nəzər salarkən divar boyunca olan ağ rəngli, bir tərəfi şüşəli, digər şüşəsi olan paltar dolabı onun diqqətini çəkmişdir. O, həmin dolaba yaxınlaşıb şüşəsiz olan qapısını açmış və alt hissədə qadın əl çantasını görmüşdür. O, çantanı açıb içərisində pul kisəsini aşkar etmişdir. O, həmin pul kisəsini çantadan çıxarıb otağı tərk etmişdir. Sonra o, əsas qapıdan hospitalın binasını tərk etmiş və onun yanında yerləşən yaşayış binalardan birinin məhəlləsinə daxil olub oğurladığı pul kisəsini açaraq orada 200 ABŞ dolları, 300-400 manat civarında pul, qırmızı rəngli bank kartı və adı yadında qalmayan qadının şəxsiyyət vəsiqəsini aşkar etmişdir. Həmin kartın yanında bank tərəfindən kartla birlikdə verilən üzərində kartın 4 rəqəmli kodu yazılmış kağız da vardır. O, pul, bank kartı və kod yazılmış kağızı götürüb pul kisəsini içərisində şəxsiyyət vəsiqəsi ilə birlikdə elə həmin məhəllədə yerə atıb oradan çıxmış və şəhər istiqamətinə gedən marşrut avtobusuna minmişdir. Həmin avtobus Badamdar yolundan sağa dönüb üzü Milli Məclis binasına hərəkət etmişdir. O, narkobiznes adlı polis idarəsinin yanında çoxlu marketlərin olmasını görüb orada bankomat olacağını zənn edərək avtobusdan düşmüş və marketlərin ətrafında gəzib bankomat axtarsa da tapa bilməmişdir. Sonra orada dayanan taksi sürücülərdən yaxında yerləşən bankomatın yerini soruşduqda ona Mərkəzi Klinikanın həyətində bankomat olduğunu demişlər. O, taksi maşınların biri ilə həmin klinikanın yanına gəlmiş və həyətinə daxil olub bankomat taparaq oğurladığı kartı bankomata salıb kağızdakı kodu yığaraq bank hesabına daxil olmuş və müəyyən etmişdir ki, kartda 1.300 manata yaxın pul vəsaiti vardır. O, kartda olan vəsaitin hamısını bir əməliyyatla çıxarmaq istəsə də bankomatın ekranında yazılmışdır ki, bir dəfəyə 500 manatdan artıq çıxarıla bilməz. Ona görə də o, 3 dəfəyə kartda olan pulu çıxartmışdır. O, hospitala girəndə və bankomatdan pul çıxararkən üzündə tibbi maska, başında da çətirli papaq olmuşdur. Sonra o, Mərkəzi klinikanın həyətini tərk etmiş və marşrut avtobusa minib yaşadığı hotelə qayıtmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları o, təxminən 2 ay ərzində ehtiyaclarına və narkotik vasitələrə xərcləmişdir. Oğurladığı bank kartı harasa atmışdır. Bundan başqa, 26 aprel 2022-ci il tarixdə narkotik maddə almaq üçün pulu olmamışdır. Buna görə də, oğurluq elmək qərarına gəlmişdir. O, “kubinkda” deyilən ərazi ilə yəni, Nəsimi rayonu, S.Rəhimov küçəsi ilə piyada hərəkət etmişdir. O, binanın blokunun yanından keçəndə sakitçilik olduğunu görmüşdür. Daha sonra bloka daxil olub 3-cü mərtəbəyə qalxmışdır. O, əvvəlcə mənzilin qapısını döymüşdür. Heç kim açmadığını bildikdən sonra əvvəlcədən hazırladığı kilit açmaq üçün topa şəkildə açarları çıxarmış, hər bir açarı kilidə salaraq mənzilin qapısını açmağa çalışmışdır. Əlində olan açarlardan biri mənzilin qapısının kilidini açmışdır. Mənzilin içərisinə daxil olmuşdur. Tez bir zamanda yataq otağına daxil olmuşdur. Yataq otağına daxil olduqda şkaf görmüşdür. Şkafın qapısını açdıqda ağ rəngli zərf görmüşdür. Həmin zərf yun materialdan olan parçanın akında olmuşdur, zərfi çıxardıb içərisinə baxdıqda çoxlu pul olduğunu görmüşdür. O, pulları həmin zaman tələsdiyi üçün saya bilməmişdir. Tez bir zamanda digər yataq otağına keçmişdir. Həmin yataq otağında da, şkafın içərisinə baxdıqda paltarlar görmüşdür. Paltarı çaldırıb altına baxdıqda pul tapmışdır. O, pulları bir yerə yığıb tez bir zamanda mənzili tərk etmişdir. Artıq pul tapdığı üçün digər otaqlara girib axtarmağı ehtiyac bilməmişdir. Pulları götürüb küçəyə çıxaraq iti yerişlə həmin ünvanı tərk etmişdir. Bundan sonra o, ünvan 7 ünvanda yerləşən binanın zirzəmisinə daxil olmuşdur. Zirzəmidə həmin pulları saydıqda 5000 ABŞ dolları və 14.500 manat pul olduğunu bilmişdir. O, manatla olan puldan 600 manat dollarla olan puldan 1.500 götürərək həmin zirzəmidən çıxmışdır. Bundan sonra həmin pullarla narkotik maddələr alaraq istifadə etmişdir. Daha sonra isə içki məclisləri təşkil edərək əyləncəyə pul xərcləmişdir. Özü üçün bazarlıqlar etmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Günəş” petrolun yan tərəfi ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özünü təqdim edərək Nəsimi rayonu ərazisində edilən oğurluqda şübhəli olduğunu bildirib onu 21-ci PB-nə aparmışlar. O, polis bölməsində etdiyi oğurluğu etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən binanın 1-ci mərtəbəsindəki mənzildən oğurluq edilməsi epizod ilə bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin tarixdə, həmin ünvanda yerləşən mənzildən heç bir oğurluq etməmiş, o, polis əməkdaşları tərəfindən fiziki təzyiqə və zorakılığa məruz qaldığından, onu döydüklərinə görə həmin epizodu boynuna almış və əməli törətdiyini etiraf etmişdir. Bu halı ondan başqa, həmin epizod üzrə Zərərçəkmiş şəxs2 təsdiq edə bilər çünki sonuncu onun döyülməsini və xəsarət almasını (qaşının üzərində sıyrılmış yara) polis əməkdaşları tərəfindən hadisə yerinə aparılarkən görmüşdür. O, həmin evdə nəyin harada və necə olmasını bilmir, o, evə daxil olmayıb, həmin evi ümumiyyətlə tanımır. İstintaq zamanı polislər ona necə deyiblərsə elə izahat yazmış, fotoşəkillərdə ona deyilən yerləri göstərmiş və tərtib edilmiş sənədləri imzalamışdır. Həmçinin bildirmişdir ki, digər epizodlar üzrə özünü təqsirli bilir, etdiyi əməllərə görə peşmandır, Zərərçəkmiş şəxs4 götürülmüş pulları polisə qaytarmışdır. Daha sonra özünü təqsirli bilməsini, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən binanın 1-ci mərtəbəsindəki mənzildən oğurluq etməməsi halını nəzərə alaraq ona həmin epizod üzrə ona bəraət verilməsini və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın polis əməkdaşlarına qaytarılmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı- ayrılıqda, həm də məcmu halında, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə 1- 2-ci və 4-cü epizodlarda təqsirli olması sübuta yetirilsə də, 3-cü epizod üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kubra Fərəcova adına Elmi X13nda əməliyyat tibb bacısı işləyir. 16 avqust 2021-ci il tarixdə, səhər saat 08 radələrində işlədiyi K.Fərəcova adına X2 işlədiyi binanın zirzəmisində olan işçilər üçün nəzərdə tutulmuş paltar dəyişmə otağına gələrək içərisində özünə məxsus sənədlər şəxsiyyət vəsiqəsi, Beynəlxalq bankına məxsus **********924173 nömrəli içərisində 1787 manat olan bankomat kartı, yaşadığı mənzilin açarlarını, “Covid-19” pasportu, sosial müdafiə kartını, dəyəri 25 manat olan 01 ədəd qol saatı, dəyəri 10 manat olan mirvari qolbağ, 30 manat dəyərində0 7 ədəd kosmetik karandaş, 30 manat dəyərində 2 ədəd şüşədə qadın ətri, dəyəri 20 manat olan 01 ədəd eynək qabı, dəyəri 30 manat olan bir ədəd gümüş qadın üzüyü və hər birinin dəyəri 3 manat olan 2 cüt sırğa və dəyəri 25 manat olan ağ rəngli çantanı dolaba qoyaraq dolabı açarla bağlayaraq açarı da cibinə qoymuşdur. O, binanın 2-ci mərtəbəsində olan iş yerinə gəlmiş və iş vaxtı saat 15:40 dəqiqədə bitdiyi üçün zirzəmiyə düşmüş və dolabın qapısından paltarları götürən zaman, təəcüblənmiş və açarla dolabın qapısını açdıqda içərisində yuxarıda sadaladığı əşya və sənədlər olan çantasının yerində olmadığını, götürülüb aparıldığını görmüşdür. O, dərhal başa düşmüşdür ki, qoyduğu əşyalarını oğurlamışlar. Həmin vaxt onun iş yoldaşı tibb bacısı Afərin Şəldiyeva da orada olmuşdur. O, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermiş, polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, polis əməkdaşlarına oğurluq barəsində ərizə vermişdir. Bundan sonra saat 16:30 dəqiqədə o, İzmir parkı ilə üzbəüz olan Beynəlxalq Bankın filialına kartından əməliyyatı dayandırmaq üçün müraciət etmiş və ona onun bank kartından 16 avqust 2021-ci il tarixdə, saat 11:32-də və 11:33-də 02 dəfəyə cəmi 1787 manat pul çıxarıldığını bildirmişlər. O, həmçinin ifadəsində bank kartı işlədiyi yer tərəfindən verildiyi üçün ona maddi ziyan dəymədiyini, bank kartının alınması üçün hər hansı bir məbləğdə pul xərcləmədiyini, nar simkart qabı və plastik kartın oğurlanmasına görə ona maddi ziyan dəymədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində işdən çıxaraq yaşadığı mənzilə gəlmiş, mənzilin giriş qapısına çatdıqda əlində bazarlıq zənbilləri olduğu üçün qapını ayağı ilə itələyib açmışdır. Giriş qapısı açıq olduğu üçün gəlininin evdə olduğunu düşünmüşdür. Lakin içəriyə girib baxdıqda evdə gəlininin olmadığını görmüşdür. O, gəlininə zəng edərək mənzilin giriş qapısını nə səbəbə bağlamayıb çıxdığım demişdir. Gəlini ona qapını bağladığını, açıq qoymadığını, uşağı baxçaya apardığı üçün evdən çıxdığını demişdir. O, gəlininə evə naməlum şəxs girdiyindən şübhələndiyini, tez bir zamanda evə gəlməsini demişdir. O, yataq otağına keçərək pullarını qoyduğu şkafa yaxınlaşmış, şkafın qapısını açıb pulları qoyduğu yerə baxdıqda pulları qoyduğu zərfi yerində tapa bilməmişdir. Qonaq otağı tərəfə keçdikdə zərfin kəsik parçasını yerdə görmüşdür. Bundan sonra əmin olmuşdur ki, onun pulları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində həmişə olduğu kimi həkim-pediatr işlədiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 31 ünvanında yerləşən “X10”’a getmiş və Hospitalın 3-cü mərtəbəsində yerləşən 3001 nömrəli ış otağında əl çantasını şkafın sağ hissəsinə qoyub qapını açarla bağlamış, açarı isə həmin şkafın sağ hissəsində üst rəfə qoymuşdur. İşlə bağlı təxminən 3-4 dəfə reanimasiya otağına gedib-qayıtmışdır. Saat 12:30 radələrində otağa girib əl çantasından pul götürmək üçün açarla şkafın qapısını açdıqda əl çantasında qoyduğu, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nin maaş kartı, 1.000 manat, 300 ABŞ dolları, 500 Türk lirəsi ilə birlikdə 80 manata aldığı “Tommy Hiffiqer” markalı pul qabının oğurlandığını aşkar etmişdir. Maaş kartında pul olduğu üçün "xxxx"a zəng edib kartı bağlatdırmaq istəyərkən operator məlumat vermişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12:20-də X16 yaxınlığında yerləşən “ASB Bank”a məxsus bankomatdan 1252 manat pul çıxarılmış və kartında pul qalmamışdır. Bundan sonra o, barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, sonra onun iştirakı ilə hadisə sənədləşdirilmişdir. O, həmçinin bildirmişdir ki, bank kartı işlədiyi yer tərəfindən verildiyi üçün ona maddi ziyan dəyməmiş, bank kartının alınması üçün hər hansı bir məbləğdə pul xərcləməmişdir. Bundan başqa, bildirmişdir ki, ona vurulmuş ziyan ödənilməmişdir və pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə yoldaşı ilə evə gəldikdə mənzilin giriş qapısını açaraq içəri daxil olmaq istədikdə qapının tam bağlanmadığını görmüş, bundan şübhələnib içəri daxil olmuşdur. Bu zaman evin əyşalarının hər bir otaqda dağınıq vəziyyətdə olduğunu görmüş və bu halı gördükdə evə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etdiyini bilmişdir. O və yoldaşı evin otaqlarında tez bir zamanda qiymətli əşyalarının yerində olub-olmamasına baxmış, onlar yataq otağına baxış keçirdikdə şkafdan yoldaşı Səbinəyə məxsus təxminən 3.000 manat dəyərində 1 ədəd komplekt qızıl dəsti, klonlu boyunbağı, üzük, sırğa və qolbaqdan ibarət, təxminən 600 manat dəyərində 1 ədəd qızıl nişan üzüyü, təxminən 100 manat dəyərində 1 ədəd qızıl uzun sırğa, təxminən 70 manat dəyərində 01 ədəd qızıl qolbağı, təxminən 40 manat dəyərində 1 ədəd qızıl toxunma qolbağı, təxminən 300 manat dəyərində 1 ədəd qızıl boyunbağı, təxminən 150 manat dəyərində 1 ədəd gümüş qolbağı və sırğası, təxminən 40 manat dəyərində 1 ədəd gümüş qolbağı, konvertin içərisində saxladıqları, ümumilikdə 7.300 manat pul vəsaiti, təxminən 100 manat dəyərində istifadə olunmuş 1 ədəd “Tous” markalı ətir, təxminən 5 manat dəyərində istifadə olunmuş 1 ədəd “Fa” markalı ətir, təxminən 40 manat dəyərində istifadə olunmuş 01 ədəd “Eternal” markalı ətir, təxminən 50 manat dəyərində istifadə olunmuş 1 ədəd “Giordani” markalı ətir və təxminən 100 manat dəyərində 1 ədəd istifadə olunmuş “Vogade” markalı ətir naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmiş və dərhal DİN-nin 102 xidmətinə yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, evindən oğurlanmış əşyaların şəkillərini polisin xahişi ilə internet vasitəsi ilə tapıb sonuncuya göndərmişdir. Sonradan polis bölməsində ona təqdim olunan əşyaların ona məxsus olmamasını müstəntiqə bildirmişdir. Belə ki, onun istifadə etdiyi ətir mavi rəngdə olsa da, polis əməkdaşları ona başqa rəngdə olan ətir göstərmişdir. Həmçinin müstəntiq tərəfindən istintaq zamanı hadisə yerinə baxış üçün təqsirləndirilən şəxs onların evinə gətirilən zaman sonuncunun özündə olmamasını (qaşının üzərində sıyrılmış yaranın olması, həmçinin nəfəs almaqda çətinlik çəkməsi), sonuncunun onun evində oğurluq etməsində şübhələr yaratmışdır. Belə ki, o, təqsirləndirilən şəxsə pulları haradan götürməsi ilə bağlı sual verdikdə sonuncu onun polisə bildirdiyi yerləri göstərmiş, lakin digər götürülən əşyaların və pulların yerini soruşduqda hər hansı cavab verə bilməmişdir. Bundan başqa, o, polis bölməsində izahat verərkən evində olan oğurluq hadisəsinin başqa şübhələndiyi şəxs tərəfindən törədilməsi barədə məlumat verməsinə baxmayaraq müstəntiq tərəfindən bu hal ümumiyyətlə araşdırılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, evindən oğurluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs günahkar hesab etmir. Belə ki, işdə müəyyən edilmiş maddi sübutlar ona məxsus deyil. Həmin maddi sübutları internetdən köçürərək “Whatsapp” sosial şəbəkəsi ilə müstəntiqin telefonuna atmış, ilkin istintaq zamanı Təqsirləndirilən şəxs təzyiqlər göstərilməsini düzgün hesab etmir, evindən kimin oğurluq etməsi barədə polisə dəfələrlə məlumat versə də nəticəsi olmamışdır. Göstərilənlərin nəzərə alaraq, ona vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs təqsirli olmamasını, buna görə də sonuncuya bəraət verilməsini, həmin epizodun araşdırılması üçün iş materiallarının ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPl-nin 27-ci Polis Bölməsinin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 19 avqust 2021-ci il tarixdə PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 17 ünvanda yerləşən K.Fərəcova adına X1 Zərərçəkmiş şəxs1 məxsus plastik kartının oğurlanmasında şübhəli olan Təqsirləndirilən şəxs yaxalanaraq 27-ci PB-nə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasına ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o da iştirak etmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və əzifələri izah edilmişdir. Təhqiqatçı Ç.Qurbanov onun üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə qərarla tanış edərək video yazan texniki vasitə kimi “ciphonep” markalı mobil telefondan istifadə edilərək çəkiliş aparılmaqla paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin və ya onların prekursorlarını, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikası Ümumvətəndaş pasportunu, Bakı İstintaq Təcridxanasından verilmiş vəsiqə, cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayış, Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş plastik bank kartı və “Nar-Sim-sim” kartının qabını təqdim edərək həmin plastik kartı və “Nar-Sim-sim” kartının qabını 16 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 17 ünvanda yerləşən K.Fərəcova adına X1 zirzəmisindən geyinib soyunma otağından oğurlamasını bldirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPl-nin 27-ci Polis Bölməsinin sahə rəisi Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 avqust 2021-ci il tarixdə o, digər mühafizəçilər Şahid3 və Şahid5 ilə birlikdə növbədə olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 17 ünvanda yerləşən Kübra Fərəcova adın X2 tibb bacısı Zərərçəkmiş şəxs1 institutun zirzəmisindən əl çantasının oğurlanmasını həmin gün saat 17 radələrində sonuncunun özündən eşitmişlər. Belə ki, naməlum şəxs tərəfindən institutun zirzəmisində paltar dəyişmə otağından Zərərçəkmiş şəxs1 məxsus içərisində sənədlər, əşyalar və bank kartı oğurlanmışdır. Sonradan onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 əl çantasını oğurlanmasında şübhəli olan Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır. Sonuncu Zərərçəkmiş şəxs1 maaş kartından pul nağdlaşdırıb çıxarmışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış və onunla da heç bir münasibəti olmamışdır. Sonuncunun K.Fərəcova adına X3 hər gün 1000-1500 nəfər daxil olur. Ən əsası isə xəstələr gəlir. Onlar giriş qapısında yoxlanılmır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid5 və Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar ifadələrində göstərmişlər ki, onlar Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cild 32-ci vərəqəsində olan 19 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cild 114-115-ci vərəqəsində olan Yasamal Rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 4-7-ci vərəqələrində olan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi B.B.Rəhimovun 19 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 53-cü vərəqəsində olan 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 79-81-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 fevral 2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 128-129-cu vərəqələrində olan Səbail RPİ-nin İŞ-nin müstəntiqi R.Şərifovun 23 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 144-cü vərəqəsində olan Səbail RPİ-nin 06 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin və CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq X15 təhvil verilmişdir. Cinayət işinin 3-cü cild 32-33-cü vərəqəsində olan 29 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 102-107-ci vərəqələrində olan Nəsimi Rayon 01 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 194-197-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 29 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni 19 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 126-127-ci vərəqələrində olan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi B.B.Rəhimovun 22 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş Zərərçəkmiş şəxs1 adına Azərbaycan Beynəlxalq Bank tərəfindən verilmiş **********924173 saylı plastik kartı və Nar mobile sim kart qabı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan 06 may 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 35 ədəd 100 ABŞ dolları, 26 ədəd 200 manatlıq, 87 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 02 ədəd 01 manatlıq, cəmi 3.500 ABŞ dolları və 13.972 manat miqdarında pul əskinazları cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Cinayət işinin 3-cü cild 109-cu vərəqəsində olan 29 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" ASC-yə məxsus 036 nömrəli bankomatdan 1380 manat məbləğində pulun çıxarılmasına dair foto və videogörüntüləri əks etdirən CD-R disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 3-cü cild 126-cı vərəqəsində olan Səbail RPİ-nin İŞ-nin müstəntiqi R.Şərifovun 22 mart 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hadisə yerindən aşkar edilib götürülmüş, bir ədəd zərfdə olan 1 saylı daktilolentin səthindəki əl-barmaq izi işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 3-cü cild 202-228-ci vərəqlərində olan 09 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd **********924173 saylı plastik kartı və Nar mobile Simkart qabı, 03 ədəd DVD disk maddi sübut kimi kimi tanınmış iş materiallarına əlavə edilmiş, iş üzrə maddi sübut kimi tanınmış 3.500 ABŞ dolları, 13.972 manat pullar, 01 ədəd “Tous” markalı ətir, 01 ədəd “Eternal” markalı ətir və 01 ədəd “Fa” markalı ətir zərərməkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işinin 3-cü cild 119-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 17 mart 2022-ci il tarixli, 3/308 nömrəli rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin adsız barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3,4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin 3-cü cild 120-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 198-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 9/6359 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4691,50 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 3-cü cild 199-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 170-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 5-ci dəfə Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 fevral 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 234.1 və 66.5-ci maddələri təqsirli bilinərək qəti olaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cild 221-260-cı vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 1(004)-99/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 09 iyun 2016-cı il tarixdən hesablanmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, evindən oğurluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs günahkar hesab etmir. Belə ki, işdə müəyyən edilmiş maddi sübutlar ona məxsus deyil. Həmin maddi sübutları internetdən köçürərək “Whatsapp” sosial şəbəkəsi ilə müstəntiqin telefonuna atmış, ilkin istintaq zamanı Təqsirləndirilən şəxs təzyiqlər göstərilməsini düzgün hesab etmir, evindən kimin oğurluq etməsi barədə polisə dəfələrlə məlumat versə də nəticəsi olmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan 06 may 2022-ci il tarixli qəbzdən görünür ki, 35 ədəd 100 ABŞ dolları, 26 ədəd 200 manatlıq, 87 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 02 ədəd 01 manatlıq, cəmi 3.500 ABŞ dolları və 13.972 manat miqdarında pul əskinazları Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına sorğu verilmiş və həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilərkən sağ qaş nahiyəsində üzəri qərtməkli yara, sağ alın nahiyəsində sıyrılmış yara, hər iki saidin ön səthində, qarının ön divarında köhnə çapıqlar, hər iki qasıq büküşü nahiyəsində postinyeksiyon döyənəklər müşahidə olunmuşdur. Cinayət işinin 2-ci cild 46-48-ci vərəqələrində olan 19 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PBnin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı X18 özünü, sahə inspektoru Şahid1 və sahə rəisi Şahid2 və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikasının Ümumvətəndaş pasportunu, Bakı İstintaq Təcridxanasından verilmiş vəsiqəni, cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışı, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" tərəfindən verilmiş bank kartını və “Nar sim-kart qabı”nı təqdim edib bildirdi ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" tərəfindən verilmiş bank kartını və “Nar sim-kart qabı”nı xx.xx.2021-ci il tarixdə səhər saatlarında ünvan 9 ünvanında yerləşən “K.Fərəcova adına X4”nun geyinib-soyunma otağından oğurladığı əl çantasının içərisindən tapıb Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən bankomatdan 1386 manat məbləğində pul vəsaitini çıxardıqdan sonra üzərində saxlamışdır. Kartdan çıxardığı pulları isə narkotik vasitə aldığı Feyzi adlı şəxsə vermişdir. Cinayət işinin 3-cü cild 33-34-cü vərəqələrində olan video yazı məlumatlarına baxış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 163 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus “Nizami Mall“ adla qeydiyyatda olan 036 nömrəli bankomata yaxınlaşaraq şalvarının sağ yan cibindən plastik karta daxil edərək 100 manatlıq pul əskinazlarını naşdlaşdırıb çıxararaq, ikinci dəfə plastik kartı bankomata daxil edərək oradan bir dəstə pul əskinazlarını çıxarararq cibinə qoyur. Diskdə olan faylda ATM 036 bankomatından 16.08.21-ci il tarixdə, saat 11:32-də 1000 AZN, saat 11:33-də 380 manat AZN nağdlaşdırılıb çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə saat 11:35 dəqiqədə 0 AZN göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinəəsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın 3-cü epizod, yəni tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanının giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olduqdan sonra yataq otağında qoyulmuş paltar dolabının içərisindən Zərərçəkmiş şəxs2 məxsus 7300 manat nağd pulu, 3400 manat dəyərində 1 ədəd 583 əyarlı klonlu boyunbağı, üzük, sırğa və qolbağdan ibarət 40 qram çəkidə qızıl dəsti, 1 ədəd 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl nişan üzüyünü, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl uzun sırğanı, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl qolbağı, 1 ədəd 25 manat 50 qəpik dəyərində 0.3 qram çəkidə 585 əyarlıqızıl toxunma qolbağı, 1 ədəd 340 manat dəyərində 4 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 50 manat dəyərində ümumilikdə 10 qram çəkidə 1 ədəd 925 əyarlı gümüş qolbaq və sırğadan ibarət dəsti, 1 ədəd 10 manat dəyərində 2 qram çəkidə 925 əyarlı gümüş qolbağı, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0.50 ml həcmli “Toud” markalı ətiri, 1 ədəd 1 manat dəyərində yarısı istifadə olunmuş 0,75 ml həcmli “Ka” markalı ətiri, 1 ədəd 15 manat eləyərində yarısı istifadə olunmuş 0.100 ml həcmli “Eternal” markalı ətiri, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş qablaşdırmada 0,30 ml həcmli “Giordani” markalı ətiri, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0,30 ml həcmli “Vogade” markalı ətiri gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.991 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etməsi cinayəti üzrə təqsirsiz olması nəticəsinə gəlmişdir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamın 3-cü epizodu üzrə, ona Azərbaycan Respublikasının CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Belə ki, həmin epizod üzrə məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, evindən oğurlanmış əşyaların şəkillərini polisin xahişi ilə internet vasitəsi ilə tapıb sonuncuya göndərmişdir. Sonradan polis bölməsində ona təqdim olunan əşyaların ona məxsus olmamasını müstəntiqə bildirmişdir. Belə ki, onun istifadə etdiyi ətir mavi rəngdə olsa da, polis əməkdaşları ona başqa rəngdə olan ətir göstərmişdir. Həmçinin müstəntiq tərəfindən istintaq zamanı hadisə yerinə baxış üçün təqsirləndirilən şəxs onların evinə gətirilən zaman sonuncunun özündə olmamasını (qaşının üzərində sıyrılmış yaranın olması, həmçinin nəfəs almaqda çətinlik çəkməsi), sonuncunun onun evində oğurluq etməsində şübhələr yaratmışdır. Belə ki, o, təqsirləndirilən şəxsə pulları haradan götürməsi ilə bağlı sual verdikdə sonuncu onun polisə bildirdiyi yerləri göstərmiş, lakin digər götürülən əşyaların və pulların yerini soruşduqda hər hansı cavab verə bilməmişdir. Bundan başqa, o, polis bölməsində izahat verərkən evində olan oğurluq hadisəsinin başqa şübhələndiyi şəxs tərəfindən törədilməsi barədə məlumat verməsinə baxmayaraq müstəntiq tərəfindən bu hal ümumiyyətlə araşdırılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, evindən oğurluq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs günahkar hesab etmir. Belə ki, işdə müəyyən edilmiş maddi sübutlar ona məxsus deyil. Həmin maddi sübutları internetdən köçürərək “Whatsapp” sosial şəbəkəsi ilə müstəntiqin telefonuna atmış, ilkin istintaq zamanı Təqsirləndirilən şəxs təzyiqlər göstərilməsini düzgün hesab etmir, evindən kimin oğurluq etməsi barədə polisə dəfələrlə məlumat versə də nəticəsi olmamışdır. Bundan başqa, həmin epizod üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən binanın 1-ci mərtəbəsindəki mənzildən heç bir oğurluq etməmiş, o, polis əməkdaşları tərəfindən fiziki təzyiqə və zorakılığa məruz qaldığından, onu döydüklərinə görə həmin epizodu boynuna almış və əməli törətdiyini etiraf etmişdir. O, həmin evdə nəyin harada və necə olmasını bilmir, o, evə daxil olmamış, həmin evi ümumiyyətlə tanımır. İstintaq zamanı polislər ona necə deyiblərsə elə izahat yazmış, fotoşəkillərdə ona deyilən yerləri göstərmiş və tərtib edilmiş sənədləri imzalamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, ona fiziki təzyiq və zorakılıq göstərilmişdir. Həmin hal məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təcridxanasından göndərilmiş məktubla da öz təsdiqini tapmışdır. Belə ki, məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilərkən sağ qaş nahiyəsində üzəri qərtməkli yara, sağ alın nahiyəsində sıyrılmış yara, hər iki saidin ön səthində, qarının ön divarında köhnə çapıqlar, hər iki qasıq büküşü nahiyəsində postinyeksiyon döyənəklər müşahidə olunmuşdur. Bununla da, məhkəmə hesab edir ki, ittihamda Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən 3-cü epizod üzrə cinayət əməlinin törədilməsi yalnız ümumi sözlərlə göstərilmiş, müstəntiq tərəfindən həmin əməlin məhz təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmamış, həmin halları təsdiq edən və birbirini tamamlayan heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş, hadisəni gedişatını əks etdirən hər-hansı videogörüntülər cinayət işinin materiallarına əlavə edilməmiş, eyni zamanda hadisə baş vermiş ərazidə hər hansı bir kameralarının olubolmaması araşdırılmamış, hadisənin baş verdiyi yerdə və axtarış nəticəsində tapılmış maddi sübutlarda təqsirləndirilən şəxsin əl-barmaq izlərinin olub-olmaması ilə bağlı məhkəmə trasoloji ekspertiza təyin edilməmiş və yalnız öz subyektiv mülahizəsinə və özü tərtib etdiyi təqsirləndirilən şəxs tərəfindən təzyiq altında imzalanmış izahatlara əsaslanaraq ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Beləliklə də, iş üzrə tərtib edilmiş ittiham aktından (i/v: 3-cü cild, 269-288) və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə 1,2,3 və 4-cü epizodlar üzrə toplanmış zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın 3-cü epizodu üzrə cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən epizod üzrə cinayət əməlinin törətməsini məhz onun tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları araşdırmamış, həmin halları təsdiq edən və bir-birini tamamlayan heç bir mötəbər sübut iş materiallarına əlavə etməmiş, hadisəni gedişatını əks etdirən hər-hansı videogörüntülər cinayət işinin materiallarına əlavə edilməmiş, eyni zamanda hadisə baş vermiş ərazidə hər hansı kameralarının olub-olmaması araşdırılmamış, həmin epizod üzrə hadisənin baş verdiyi yerdə və axtarış nəticəsində tapılmış maddi sübutlarda təqsirləndirilən şəxsin əl-barmaq izlərinin olub-olmaması ilə bağlı məhkəmə trasoloji ekspertizası təyin etməmiş və yalnız öz subyektiv mülahizəsinə və özü tərtib etdiyi təqsirləndirilən şəxs tərəfindən təzyiq altında imzalanmış izahatlara əsaslanaraq ittiham irəli sürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın 3-cü epizodun əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də, ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi - ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın 3-cü epizodu üzrə cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə-nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın 1-ci, 2-ci və 4-cü epizodları üzrə cinayət əməllərini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş protokollarla və digər iş materialları ilə onun təkrar olaraq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrinə əsasən, oğurluq, yəni təkrar olaraq özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın 1, 2 və 4-cü epizodları üzrə özünü təqsirli bilməsini, Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın qismən ödəməsini cəzası yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs, sonuncu, yəni 5-ci dəfə Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 02 fevral 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 234.1 və 66.5-ci maddələri təqsirli bilinərək cəzası endirilərək qəti olaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 09 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni 16 avqust 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 19 avqust 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək 03 (üç) ay, 05 fevral 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət, ümumilikdə 04 (dörd) ay 18 (on səkkiz) gün müddət çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 28 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-in 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə elan edilmiş ittihamın 3-cü epizoduna dair cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin və ya şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 35 ədəd 100 ABŞ dolları, 26 ədəd 200 manatlıq, 87 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 02 ədəd 01 manatlıq, cəmi 3.500 ABŞ dolları və 13.972 manat miqdarında pul əskinazları Zərərçəkmiş şəxs4 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 3-cü epizod üzrə bəraət verildiyi üçün iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin CPM-nin 42.1.4, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən 3-cü epizod, yəni tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 ünvanının giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olduqdan sonra yataq otağında qoyulmuş paltar dolabının içərisindən sonuncuya məxsus 7.300 manat nağd pulu. 3400 manat dəyərində 1 ədəd 583 əyarlı kloıılu boyunbağı, üzük, sırğa və qolbağdan ibarət 40 qram çəkidə qızıl dəsti, 1 ədəd 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl nişan üzüyü, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl uzun sırğanı, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl qolbağı, 1 ədəd 25 manat 50 qəpik dəyərində 0.3 qram çəkidə 585 əyarlı qızıl toxunma qolbağı, 1 ədəd 340 manat dəyərində 4 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 50 manat dəyərində ümumilikdə 10 qram çəkidə 1 ədəd 925 əyarlı gümüş qolbaq və sırğadan ibarət dəsti, 1 ədəd 10 manat dəyərində 2 qram çəkidə 925 əyarlı gümüş qolbağını, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0.50 ml həcmli “Toud” markalı ətiri, 1 ədəd 1 manat dəyərində yarısı istifadə olunmuş 0,75 ml həcmli “Fa” markalı dezodorant, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş 0.100 ml həcmli “Eternal” markalı ətiri, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş qablaşdırmada 0,30 ml həcmli “Giordani” markalı ətiri, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0,30 ml həcmli “Vogade” markalı ətiri gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.991 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən oğurluq etməsi cinayəti üzrə əməlində təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək və 05 fevral 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 18 (on səkkiz) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 35 ədəd 100 ABŞ dolları, 26 ədəd 200 manatlıq, 87 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq, 02 ədəd 01 manatlıq, cəmi 3.500 ABŞ dolları və 13.972 manat miqdarında pul əskinazları Zərərçəkmiş şəxs4 Fərhad qızına qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X11, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə məhkəmə əməəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. 22 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 ünvanının giriş qapısını açarseçmə üsulu ilə açıb oraya qanunsuz daxil olduqdan sonra yataq otağında qoyulmuş paltar dolabının içərisindən sonuncuya məxsus 7.300 manat nağd pulu. 3400 manat dəyərində 1 ədəd 583 əyarlı kloıılu boyunbağı, üzük, sırğa və qolbağdan ibarət 40 qram çəkidə qızıl dəsti, 1 ədəd 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qızıl nişan üzüyü, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl uzun sırğanı, 1 ədəd 85 manat dəyərində 1 qram çəkidə 583 əyarlı qızıl qolbağı, 1 ədəd 25 manat 50 qəpik dəyərində 0.3 qram çəkidə 585 əyarlı qızıl toxunma qolbağı, 1 ədəd 340 manat dəyərində 4 qram çəkidə 583 əyarlı qızıl boyunbağını, 50 manat dəyərində ümumilikdə 10 qram çəkidə 1 ədəd 925 əyarlı gümüş qolbaq və sırğadan ibarət dəsti, 1 ədəd 10 manat dəyərində 2 qram çəkidə 925 əyarlı gümüş qolbağını, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0.50 ml həcmli “Toud” markalı ətiri, 1 ədəd 1 manat dəyərində yarısı istifadə olunmuş 0,75 ml həcmli “Fa” markalı ətiri, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş 0.100 ml həcmli “Eternal” markalı ətiri, 1 ədəd 15 manat dəyərində yarısı istifadə olunmuş qablaşdırmada 0,30 ml həcmli “Giordani” markalı ətiri, 1 ədəd 35 manat dəyərində yarısı istifadə olunmuş 0,30 ml həcmli “Vogade” markalı ətiri gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 11.991 manat 50 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurması epizoduna dair cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin və ya şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ayrılaraq Nəsimi rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar