Məhkəmə qərarları › İş №1(006)-17/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-17/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-17/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əbdürrəhmanlı ərazi dairəsi, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2004-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, 27 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən avtomobildə icazəsiz siqaret çəkmələri səbəbindən Zərərçəkmiş şəxs iradını bəhanə edib sonuncu ilə sözlü mübahisə edərək avtomobili yol kənarında saxlamasını tələb edib Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanın qarşısında avtomobildən düşərək orada digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs2 ilə bir bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib idman fəndi ilə sonuncunu yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik zərbələri vuraraq ona başın sağ gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, 27 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən avtomobildə icazəsiz siqaret çəkmələri səbəbindən Zərərçəkmiş şəxs iradını bəhanə edib sonuncu ilə sözlü mübahisə edərək avtomobili yol kənarında saxlamasını tələb edib Bakı şəhəri Nəsimi rayonu ünvan 3 ünvanın qarşısında avtomobildən düşərək orada digər şəxslərin olmasına əhəmiyyət vermədən Təqsirləndirilən şəxs1 ilə bir bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib idman fəndi ilə sonuncunu yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik zərbələri vuraraq ona başın sağ gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən “28 Pub” adı ilə fəliyyət göstərən restoranda dostları ilə birlikdə spirtli içki qəbul etmişdirlər. Daha sonra oradan çıxıb dostu Təqsirləndirilən şəxs2 və Şahid3 ilə yaşadıqları evə getmək üçün “Yango” mobil tətbiqi vasitəsi ilə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksi ünvanına taksi sifariş vermişdirlər. Təxminən 4-5 dəqiqə sonra “Toyota Prius” markalı, **-LZ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınılığında yerləşən “28 Pub” adı ilə fəaliyyət göstərən restoranın qarşısına gəlmişdir. Avtomobilin ön sərnişin oturacağında o, arxa sağ sərnişin oturacağında Raul əyləşmişdir. Hüseyn əlində siqaret ilə avtomobilin arxa sol sərnişin oturacağında əyləşmək istəyən zaman, avtomobil sürücüsü avtomobildə siqaret çəkmək olmaz demişdir və Hüseyn əlindəki siqareti yerə ataraq avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başladıqdan təxminən 1-2 dəqiqə sonra avtomobili idarə edən taksi sürücüsündən, adı sonradan onlara məlum olan Zərərçəkmiş şəxs avtomobildə siqarət çəkmək üçün icazə istəmişdir. Müşfiq isə avtomobildə siqaret çəkməyə icazə verməmişdir. Daha sonra o, Müşfiqdən siqaret çəkmək üçün avtomobili saxlamasını xahiş etmişdir və Müşfiq ilkin olaraq razılaşmışdır. Lakin az müddət sonra Müşfiq fikirini dəyişərək avtomobili saxlamayacağını bildirmişdir. Bu zaman Müşfiqdən gedişi tamamlamağı və avtomobili saxlamasını xahiş etmişdir. Müşfiqə gedişin pulunu da ödəyəcəklərini demiş, Müşfiq onlarla razılaşmışdır. Müşfiq avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən H.Əliyev sarayının yaxınlığında dayandırmışdır. Müşfiq mobil tətbiq vasitəsi ilə gedişi dayandırmış və gediş haqqının 3 manat 40 qəpik olduğunu bildirmişdir. Bu zaman Hüseyn Müşfiqə öz etirazını bildirərək gediş haqqının çox olduğunu bildirmişdir. Müşfiqdən gediş haqqını ödəmək üçün kart hesabı istəmişdir. Daha sonra avtomobildən enmişdirlər və o, avtomobilin sağ ön pəncərəsinində Müşfiqdən kart hesabını almaq istəyən zaman Müşfiq ünvansız olaraq nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman Hüseyn Müşfiqə “ağsaqqal adamsan, bu nə sözlərdi işlədirsən” demişdir. Daha sonra Müşfiq avtomobildən enərək Hüseynin üzərinə doğru hərəkət etməyə başlamışdır. Müşfiq Hüseynin üzərinə gedən zaman Hüseyn onu vuracağını güman edib və idman fəndi işlədərək Müşfiqi yerə yıxmışdır. Müşfiq yerə yıxılan zaman əli ilə Hüseynin paltarından tutmuş və Hüseyn müvazinətini saxlaya bilməyib Müşfiqin üzərinə yıxılmışdır. Bu zaman o, yaxınlaşaraq onları ayırmağa başlamışdır. Daha sonra ətrafda olan 2 nəfər şəxs yaxınlaşaraq dava-dalaşın yaxşı bir şey olmadığını demişdir. Müşfiq isə öz mobil telefonu ilə DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək baş vermiş hadisə ilə bağlı şikayətinin olduğunu bildirmişdir. Təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları gələrək onları 22-ci PŞ-yə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 22-ci PŞyə getmişlər. Göstəriləmlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yerləşən “28 Pub” adı ilə fəliyyət göstərən restoranda dostları ilə birlikdə spirtli içki qəbul etmişdir. Daha sonra oradan çıxıb dostu Təqsirləndirilən şəxs1 və Şahid3 ilə yaşadıqları evə getmək üçün “Yango” mobil tətbiqi vasitəsi ilə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksi ünvanına taksi sifariş vermişlər. Təxminən 4-5 dəqiqə sonra “Toyota Prius” markalı, **-LZ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınılığında yerləşən “28 Pub” adı ilə fəaliyyət göstərən restoranın qarşısına gəlmişdir. Avtomobilin ön sərnişin oturacağında Nihat, arxa sağ sərnişin oturacağında Raul əyləşmişdir. Onun əlində siqaret avtomobilin arxa sol sərnişin oturacağında əyləşmək istəyən zaman, avtomobil sürücüsü avtomobildə siqaret çəkmək olmaz demiş və bu zaman o, əlindəki siqareti yerə ataraq avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başladıqdan təxminən 1-2 dəqiqə sonra Nihat avtomobili idarə edən taksi sürücüsündən, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs avtomobildə siqarət çəkmək üçün icazə istəmişdir. Zərərçəkmiş şəxs isə Nihata avtomobildə siqaret çəkməyə icazə verməmişdir. Daha sonra Nihat Zərərçəkmiş şəxs siqaret çəkmək üçün avtomobili qarşıda 2-3 dəqiqəlik saxlamasını xahiş etmiş və Zərərçəkmiş şəxs ilkin olaraq razılaşmış, daha sonra isə fikrini dəyişərək avtomobili saxlamayacağını bildirmişdir. Bu zaman Nihat Zərərçəkmiş şəxs gedişi tamamlamasını və avtomobili saxlamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs gedişin pulunu ödəyəcəklərini demişlər, sonuncu razılaşaraq avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən H.Əliyev sarayının yaxınlığında saxlamışdır. Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsi ilə gedişi tamamlamış və gediş haqqının 3 manat 40 qəpik olduğunu bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs öz etirazını bildirərək gediş haqqının çox olduğunu bildirmişdir. Nihat isə Müşfiqdən gediş haqqını ödəmək üçün kart hesabı istəmişdir. Daha sonra onlar avtomobildən enmiş və Nihat avtomobilin sağ ön pəncərəsindən Zərərçəkmiş şəxs kart hesabını almaq istəyən zaman sonuncu ünvansız olaraq nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs “ağsaqqal adamsan, bu nə sözlərdi işlədirsən” demişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomobildən enərək onun üzərinə doğru hərəkət etməyə başlamış, o, sonuncunun onu vuracağını güman etmiş və idman fəndi işlədərək Zərərçəkmiş şəxs yerə yıxmışdır. Zərərçəkmiş şəxs yerə yıxılan zaman əli ilə onun paltarından tutmuş və bu zaman o, müvazinətini saxlaya bilməyib Zərərçəkmiş şəxs üzərinə yıxılmışdır. Bu zaman Nihat yaxınlaşaraq onları ayırmağa başlamışdır. Daha sonra ətrafda olan 2 nəfər şəxs onlara yaxınlaşaraq dava-dalaşın yaxşı bir şey olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs isə öz mobil telefonu ilə DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. Təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları gələrək onları 22-ci PŞ-yə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-yə getmişlər. Mübahisə zamanı o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sadəcə idman fəndi işlədərək yerə yıxmış, lakin ona yumruq və təpik zərbələri vurmamışdır, Təqsirləndirilən şəxs1 mübahisə zamanı zərər çəkmiş şəxsi vurmamış, sadəcə onunla zərər çəkmiş şəxsi ayırmağa çalışmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Toyota Prius C” markalı, **-LZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan zaman “Yango taksi” şirkətindən sifariş qəbul etmişdir. Həmin sifarişdə qeyd olunan ünvan olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsinə gedərək orada olan 3 nəfər müştərini avtomobilə əyləşdirib sifarişdə göstərilən ünvana getmək üçün hərəkətə başlamışdır. Həmin şəxslər adları sonradan məlum olan Nihat, Hüseyn və Raul adlı şəxslərdir. Nihat ön sərnişin oturacağında, Hüseyn və Raul isə arxa sərnişin oturacağında əyləşmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə hərəkətdə olan zaman arxa sərnişin oturacağında olan Hüseynin siqaret çəkdiyini görmüşdür. O, Hüseyndən avtomobildə siqaret çəkməməsini istəmişdir. Hüseyn ona məhəl qoymayaraq siqareti çəkməyə davam etmiş və siqareti çəkib bitirmişdir. Daha sonra isə ön sərnişin oturacağında olan Nihat kobud şəkildə siqaret çəkmək istədiyini demiş və avtomobili dayandırmağını tələb etmişdir. Nihata avtomobili dayandıra bilməyəcəyini bildirən zaman isə aralarında mübahisə yaranmışdır. Bu zaman avtomobili dayandırmışdır. Nihat ondan gedişi tamamlamağı tələb etmişdir. O, gedişi tamamlamış və onlara həmin yerə qədər olan yol pulunun proqramda göstərilən 3 manat 40 qəpik olduğunu bildirmişdir. Nihat pulu ödəmək üçün ondan plastik bank kartı istəmiş və o, plastik bank kartını çıxararaq Nihata vermişdir. O və avtomobildə olan digər iki şəxs də avtomobildən enmişdir. Avtomobildən enən kimi Hüseyn üzərinə gələrək idman fəndi işlətmiş və onu yerə yıxmışdır. Yerə yıxılan zaman başı yerə dəydiyindən baş nahiyəsindən xəsarət almışdır. Yerdə olan zaman isə Nihat və Hüseyn onu təpikləməyə başlamışlar. Vurulan təpiklərdən biri sağ bilək nahiyəsinə dəymişdir. Əli ilə özünü qorumağa çalışdığından kimin həmin zərbəni vurduğunu görməmişdir. Hadisə yerində olan Raul isə yerdə olan zaman Nihat və Hüseyini üzərindən götürmüş və onları sakitləşdirmişdir. Hadisə yerində olan şəxslərdən ona xəsarət yetirməyən sadəcə yaranmış mübahisəni sakitləşdirməyə çalışan Raul olmuşdur. Başı asfalt örtüyünə dəydikdən sonra gözü qaralmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və həmin şəxsləri avtomobilə əyləşdirib Polis şöbəsinə aparmışlar. O da öz avtomobilinə əyləşib polis şöbəsinə getmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin manqa komandiri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində iş yoldaşı Şahid2 ilə xidmətdə olmuşdur. Həmin gün saat 23 radələrində avtopatrul ilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən H.Əliyev sarayının yaxınlığı ilə hərəkətdə olan zaman, yolun kənarında “Toyota Prius” markalı avtomobilin dayandığını görmüşlər. Həmin əraziyə yaxınlaşan zaman orada çox sayda insan olduğunu görmüş, ilk əvvəl avtomobilin sürücüsünə yaxınlaşmış və həmin şəxs əli ilə səkidə dayanan iki nəfər şəxsi işarə edərək onlar tərəfindən döyüldüyünü bildirmişdir. Hər iki şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və onları Nəsimi RPİ-nin 22-ci PŞ-yə dəvət etmişlər. Həmin şəxslər razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişlər. Onlar avtombili idarə edən şəxsdən də idarə etdiyi avtomobil ilə birlikdə 22-ci PŞ-yə yaxınlaşmasını istəmişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-də olan zaman məlum olmuşdur ki, avtomobili idarə edən şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs onu döydüyünü bildirdiyi şəxslər isə xx.xx.2004-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1dur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin manqa komandiri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və cinayət işinin başlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1-2); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.115-116); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.83-84); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v.132-133); - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir (i.v.188-189); - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir (i.v.186-187); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.195-196); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.190-191); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş xuliqanlıq hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanın qarşısında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı hadisənin əks olunduğu görüntülər müəyyən edilmiş, həmin görüntülər 1(bir) DVD diskə yazılaraq protokola əlavə edilmişdir (i.v.12-15); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən H.Əliyev adına sarayın yaxınlığında xuliqanlıq etdiyini əyani olaraq göstərmişdir (i.v.224-226); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən H.Əliyev adına sarayın yaxınlığında xuliqanlıq etdiyini əyani olaraq göstərmişdir (i.v.219-221); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 X5 xx.xx.2023-cü il tarixli 1553 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - başın sağ gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i.v.25-27); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 (bir) ədəd CD-R formatlı disk ağ rəngdədir, üzərində heç bir yazı yoxdur. Həmin disk Nəsimi RPİ-də 405 nömrəli xidməti otaqda “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs2 iştirakı ilə «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “WhatsApp Video 2023-11-28 at 15.13.37” adlı 1 (bir) ədəd videogörüntü vardır. “WhatsApp Video 2023-11-28 at 15.13.37” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 42 saniyə davam edir. Baxış zamanı iki nəfər kişi cinsindən olan şəxsin yan-yana dayandıqları, daha sonra həmin şəxslərdən birinin digərini yerə yıxdığı, daha sonra isə başqa iki nəfər şəxsin onlara yaxınlaşdığı, yerə yıxılmış şəxsin yerdən qalxdığı və 3 nəfər şəxsin ondan uzaqlaşdığı aşkar şəkildə görsənir. Həmin görüntünü Təqsirləndirilən şəxs2 gördükdən sonra video görüntüdə olan şəxsin özü, Təqsirləndirilən şəxs1 və Raul olduğunu təsdiq edib, bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 23 radələrində Zərərçəkmiş şəxs ünvansız olaraq nalayiq sözlər işlətməyə başlamış, ona öz iradını bildimişdir. Zərərçəkmiş şəxs avtomobildən enərək üzərinə doğru hərəkət etməyə başlamış, Zərərçəkmiş şəxs üzərinə gələn zaman onu vuracağını güman etmiş və idman fəndi işlədərək Zərərçəkmiş şəxs yerə yıxmışdır. Zərərçəkmiş şəxs yerə yıxılan zaman əli ilə paltarından tutmuş və müvazinətini saxlaya bilməyib Zərərçəkmiş şəxs üzərinə yıxılmışdır. Onlara yaxınlaşan Təqsirləndirilən şəxs1 və Raul isə yaranmış mübahisəni sakitləşdirmişlər (i.v.213-214); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 (bir) ədəd CD-R formatlı disk ağ rəngdədir, üzərində heç bir yazı yoxdur. Həmin disk Nəsimi RPİ-də 405 nömrəli xidməti otağımda 14 saylı vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs1 iştirakı ilə «HP» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “WhatsApp Video 2023-11-28 at 15.13.37” adlı 1 (bir) ədəd videogörüntü vardır. “WhatsApp Video 2023-11-28 at 15.13.37” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 42 saniyə davam edir. Baxış zamanı iki nəfər kişi cinsindən olan şəxsin yan-yana dayandıqları, daha sonra həmin şəxslərdən birinin digərini yerə yıxdığı, daha sonra isə başqa iki nəfər şəxsin onlara yaxınlaşdığı, yerə yıxılmış şəxsin yerdən qalxdığı və 3 nəfər şəxsin ondan uzaqlaşdığı aşkar şəkildə görsənir. Həmin görüntünü Təqsirləndirilən şəxs1 gördükdən sonra video görüntüdə olan şəxslərin özü, Təqsirləndirilən şəxs2 və Raul olduğunu təsdiq edib, bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 23 radələrində Zərərçəkmiş şəxs ünvansız olaraq nalayiq sözlər işlətməyə başlamış, Təqsirləndirilən şəxs2 ona irad bildimişdir. Zərərçəkmiş şəxs avtomobildən enərək Təqsirləndirilən şəxs2 üzərinə doğru hərəkət etməyə başlamış, Zərərçəkmiş şəxs üzərinə gələn zaman Təqsirləndirilən şəxs2 idman fəndi işlədərək Müşfiqi Ağayevi yerə yıxmışdır. Zərərçəkmiş şəxs yerə yıxılan zaman əli ilə Təqsirləndirilən şəxs2 paltarından tutmuş və Təqsirləndirilən şəxs2 müvazinətini saxlaya bilməyib Zərərçəkmiş şəxs üzərinə yıxılmışdır. O və Raul isə yaranmış mübahisəni sakitləşdirmişlər (i.v.215-216); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin əks olunduğu görüntünün yazıldığı 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir (i.v.254-263); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (i.v.210); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (i.v.211); - DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin, ekspert rəyi, DVD diskdə olan görüntü və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 01 (bir) gün tutulma müddətinin 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli qismən etiraf edərək peşman olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 01 (bir) gün tutulma müddətinin 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 64 saata görə 384 (üç yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 saata görə 384 (üç yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 64 saata görə 384 (üç yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 saata görə 384 (üç yüz səksən dörd) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar