Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-170/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Sisian rayonunun Arevis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Baki şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 1/3 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 1.464 manat pensiya alması barədə istintaqa “Əyyub Behbudov” kimi məlum olan şəxsdən əldə etdiyi, üzərində “Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 X14 İdarəsi AZ1108. Bakı şəh., Z.Bünyadov 43, №125, xx xxxxx 2019 il” sözləri yazılmış, texniki qurğu (skan fotoaparatı) vasitəsilə kompyuterə köçürülmüş, qrafik proqramı təminatından istifadə edilməklə birbaşa axınlı printerdə çap edilmiş, idarənin möhür və ştampının eksperimental əks nümünələri ilə eynilik təşkil edən saxta arayışı xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 71/77 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxx” MMC-yə təqdim edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağladıqdan sonra həmin günü saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxx” ASC-nin “Nəsimi” filialından qeyd olunan müqavilə əsasında 10.000 manat məbləğində pulu kredit götürməklə bilə-bilə rəsmi sənəd hesab olunan saxta arayışdan istifadə etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin may ayında mebel düzəltmək üçün dəzgah almaq məqsədi ilə ona 10.000 manat pul lazım olmuş, buna görə bankdan kredit götürmək istəmişdir. Həmin ərəfədə tanışı Şahid2 ilə görüşən zaman sonuncu ona demişdir ki, Əyyub Behbudov adlı bir şəxsi tanıyır, onun banklarda tanışı olduğu üçün kredit məsələsində ona köməklik edə bilər. Fikrət Əyyubla telefonla danışdıqdan sonra onun nömrəsini ona vermiş, o da onunla danışmışdır. Əyyub ona demişdir ki, bankdan 10.000 manat pulun kredit götürülməsində ona köməklik edə bilər, ancaq o bu puldan 4.000 manatı ona verməlidir. O da məcbur olub onunla razılaşmışdır. xx.xx.2019-cu il tarixdə “WhatsApp” proqramı vasitəsilə o Əyyuba öz şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. xx.xx.2019-cu il tarixdə Əyyub onu Nəsimi rayonu, 28 May küçəsi, 71/77 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxx” MMC-yə cağırmışdır. O da həmin yerə gedəndə Əyyubun yanında başqa bir şəxs də var idi. Sonra Əyyubla birlikdə o banka daxil olmuş, Əyyub onun yanında ona aid bütün sənədləri qadın işçiyə vermişdir. Həmin qadın da sənədlərə baxdıqdan sonra ona bir neçə yerdə imza atdırmış və qəbz verərək onun üçün ayrılmış 10.000 manat krediti götürmək üçün yaxınlıqda olan “xxxxxxxxxxxxxxx” ASC-nin “Nəsimi” filialına göndərmişdir. O da Əyyubla həmin filiala gedərək pulu götürmüş və bu məbləğdən Əyyuba 4.000 manat pul vermişdir. Vaxtlı-vaxtında kredit üzrə borcu və faizi banka ödəsə də, bir müddətdən sonra o banka çağırılmış və ona deyilmişdir ki, təqdim etdiyi pensiya rayışı saxtadır. O isə bundan xəbərinin olmadığını, bütün sənədlərin Əyyub tərəfindən düzəldiyini və banka təqdim olunduğunu söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri mebel ustasıdır. 2019-cu ilin may ayının əvvələrində ərinə mebel materialı kəsən dəzgah aparatı almaq lazım idi, lakin heç kimdən pul tapa bilmirdi. Buna görə də bankdan kredit götürmək istəyirdi. Bununla bağlı Rafiq ailəvi tanışları olan Şahid2 ilə danışarkən sonuncu Əyyub adlı tanışının bu işdə ona köməklik edəcəyini demişdir. Rafiq də Əyyubla danışmış, şəxsiyyət vəsiqəsinin surətini ona göndərmiş, Əyyub da bankdan kredit götürmək üçün bir nəfər şəxsin zamin durmasını bildirmişdir. O da ərinə zamin durmağa razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə o Rafiq ilə birlikdə 28 May küçəsində yerləşən banka getmiş, onun qarşısında Əyyubla görüşmüşlər. Əyyub lazım olan sənədləri Rafiqə verərək onları bankın əməkdaşına təqdim olunmasını söyləmiş, eyni zamanda demişdir ki, əgər ondan soruşsalar nə qədər pensiya alırsan, Rafiq 1.464 manat aldığını desin. Daha sonra onlar Əyyubla birgə içəri daxil olaraq qadın əməkdaşa yaxınlaşmış və sənədləri ona təqdim etmişlər. Bu əməkdaş sənədləri yoxladıqdan sonra bir neçə yerə ona və ərinə qol çəkdirmiş, daha sonra bir qəbz vermişdir. Onlar da oradan çıxıb “xxxxxxxxxxxxxxx” ASC-nin “Nəsimi” filialına gedərək 10.000 manat pulu götürmüşlər. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixinə kimi “xxxxxxxxxxxxxxx” MMC-də aparıcı kredit mütəxəssisi vəzifəsində işləmiş, hazırda isə cəmiyyətin “İnşaatçılar” fililalının müdiri vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pulu kredit götürmək məqsədi ilə MMC-yə müraciət edərkən onun təqdim etdiyi sənədləri o yoxlayıb qəbul etmiş, sənədlərlə bağlı bəzi dəqiqləşdirmələr də aparmışdır. Eyni zamanda sənədləri yoxlayarkən Dövlət X15 X14 İdarəsi tərəfindən verilmiş arayışın saxta olması onun diqqətini çəkməmişdir. Təqdim olunan bütün sənədləri yoxladıqdan sonra onları elektron qaydada aidiyyəti şöbəyə göndərmiş, orada kredit analitiki vəzifəsində işləyən əməkdaş tərəfindən bir daha həmin sənədlər yoxlanıldıqdan sonra pulun ayrılmasına qərar verilmiş və Təqsirləndirilən şəxs qəbz verilərək pulun “xxxxxxxxxxxxxxx” ASC-nin “Nəsimi” filialından götürülə biləcəyi söylənilmişdir. İş materiallarında olan: “xxxxxxxxxxxxxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxx 2019-cu il tarixli, BAKU1-38952-16455 saylı əsas kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC Təqsirləndirilən şəxs 10.000 manat məbləğində illik 24 faiz ödəmək şərtilə 24 ay müddətinə kredit verməyi,borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişləri və bu müqavilədə nəzərdə tutulduğu halda həm də dəbbə pulunu kredit verənə ödəməyi öhdəsinə götürür (İ cild, i.v.61-63); xx xxx 2019-cu il tarixli, BAKU1-38952-16455+BAKU1-38957 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Şahid1 xx xxx 2019-cu il tarixli, BAKU1-38952-16455 saylı kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxx” MMC-dən kredit götürmüş borcalan Təqsirləndirilən şəxs kreditor qarşısında götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür (İ cild, i.v.64-65); Azərbaycan Kredit Bürosundan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Təqsirləndirilən şəxs Həmzə oğlunun “borcalanın aktiv öhdəlikləri” bölməsində adına 5.000 manat məbləğində borc göstərilir (İ cild, i.v.57-58); Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin yanında Dövlət X15 X14 İdarəsinin Sənədlərlə iş sektoruna məxsus “Arayışların qeydiyyatı kitabı”ndan olan çıxarışdan aydın olur ki, həmin kitaba imza etməklə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli, 125 nömrəli arayışın alması barədə heç bir məlumat mövcud deyil (İ cild, i.v.91-96); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2020-ci il tarixli, 2984 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan xx xxxxx 2019-cu il tarixli, 125 nömrəli “Arayış”ın üzərindəki möhür və ştamp əksləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir (İ cild, i.v.104-106); - xx.xx.2020-ci il tarixli, 2985 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuşTəqsirləndirilən şəxs adına olan arayışda “Rəis müavini:”, “Baş mühasib:”, “İcraçı:” qrafalarındakı imzalar müvafiq olaraq X12, X2, X4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.Təqsirləndirilən şəxs adına olan xx xxxxx 2019-cu il tarixli, 125 nömrəli arayışın üzərindəki “Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 X14 İdarəsi” məzmunlu möhür və ştamp əksləri ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (İ cild, i.v.108-110); “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs adına tərtib edilmiş, üzərində “Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 X14 İdarəsi AZ1108. Bakı şəh., Z.Bünyadov 43, №125, xx xxxxx 2019 il” sözləri yazılmış ştampı və həmin idarənin həqiqi möhürü vurulmuş arayış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.113-114); “Qətimkan tədbirinin seçilməsi haqqında” Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli qərarı iləTəqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.146-147); “Sübutların qiymətləndirilməsi haqqında” və ”190070502 nömrəli cinayət işindən ayrıca ********* cinayət işinin ayrılması haqqında” xx xxxxx 2020-ci il tarixli qərarlarla ********* nömrəli cinayət işinin materiallarından X7, X5, XudiyevCabir Şahmar oğlunun və X3 barəsində, eləcə də Əyyub Behbudov adlı şəxs müəyyən edilərək onun əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (İ cild, i.v.151-157; 159-161); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.27). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Sadıqov X13 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış, üzərində “Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 X14 İdarəsi AZ1108. Bakı şəh., Z.Bünyadov 43, №125, xx xxxxx 2019 il” sözləri yazılmış ştampı və həmin idarənin həqiqi möhürü vurulmuş arayış cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 173,52 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.500 manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 173,52 manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, üzərində “Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X15 X14 İdarəsi AZ1108. Bakı şəh., Z.Bünyadov 43, №125, xx xxxxx 2019 il” sözləri yazılmış ştampı və həmin idarənin həqiqi möhürü vurulmuş arayış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-170/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-170/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver