Məhkəmə qərarları › İş №1(006)-170/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-170/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-170/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə ermənistan respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs 1000 manat pul müqabilində əvvəllər işlədiyi Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Kürdəmir rayonunda yerləşən 5 saylı idarəsinə keçid növbətçisi vəzifəsinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanının qarşısında 1000 manat püunu ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayının ortalarında tanışı Şahid2 vasitəsi ilə tanımışdır. 2020-ci ilin mart ayının ortalarında Şahid2 onun mobil telefonuna zəng edərək iş yoldaşı Zərərçəkmiş şəxs Dəmiryolları QSC-nin Kürdəmir rayonundakı 5 saylı idarəsində işdə yol verdiyi nöqsana görə işdən çıxarıldığını, onun əvvəlki işinə yəni, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Kürdəmir rayonunda yerləşən 5 saylı idarəsinə keçid növbətçisi vəzifəsinə bərpa olunmaq istədiyini, onun əlaqələrinin geniş olduğundan kömək edib-edə bilməyəciyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs kömkəlik edə biləcəyini, heç bir problemin olrrayacağını bildirmişdir. Həmin vaxt onun maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də o, Zərərçəkmiş şəxs əvvəlki işinə bərpa edirmək adı ilə adadaraq pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləmək fikrinə düşmüşdür. Bu minvalla o, Zərərçəkmiş şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq əvvəlki işinə bərpa etdirə biləcəyini deyərək Qiyasa bu işin müqabilində ona 1000 manat pul vermək lazım olduğunu dedikdə, Qiyas onunla dərhal razılaşmış və o, Qiyasa 2020-ci ilin mart ayının 20-də Bakı şəhərinə gəlməyini bildirmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının 20-də saat 12 radələrində Zərərçəkmiş şəxsla Nəsimi rayonu Səməd Vurğun parkının girişində görüşərək Qiyasın qayınatası Alikin yanında 1000 manat pulu götürmüşdür. Martın 20-si 5-ci gün imiş. Pulu aldıqdan sonra Qiyasa işinə 1-ci gün bərpa olunacağını və əmrinin çıxacağını demişdir. Lakin onun Qiyası əvvəlki işinə bərpa etdirmək fikri yox imiş, sadəcə niyyəti işə bərpa etdirmək adı ilə Qiyası aldadaraq 1000 manat pulunu ələ keçirmək olmuşdur. 1-ci gün Zərərçəkmiş şəxs ona zəng edərək işinin nə yerdə olduğunu soruşduqda, o, işin bu gün alınmadığını, gələn həftənin 1-ci günü əmrinin olacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs əldə etdiyi pulu heç kimə verməmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs hər dəfə ona zəng edib işinin nə yerdə olduğunu soruşduqda, o, müxtəlif bəhanələr gətirmişdir. Qiyas işinin alınmadığını və aldadıldığını başa düşərək ona verdiyi 1000 manat pulu geri tələb etməyə başlamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs bu barədə polisə müraciət etdiyini eşitmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2017-ci ildən Azərbaycan Dəmiryolları QSC-nin Kürdəmir rayonundakı 5 saylı idarəsində keçid növbətçisi vəzifəsində işləmişdir. 2020-ci ilin mart ayının ortalarında işdə yol verdiyi nöqsanlara görə o, tutduğu vəzifədən xaric edilmişdir. O, işlədiyi idarədə onunla birlikdə Şahid2 işləyirmiş. Əlvan ilə iş yoldaşı kimi şəxsi münsaibətləri yaxşı olmuşdur. Onun işdən çıxarılmağı barədə Əlvanın məlumatı var imiş, iş yoldaşı Əlvan həmin vaxtı ona bildirmişdir ki, Bakı şəhərində Şamşaddin adlı tanışı var, əlaqələri çoxdur, həmin şəxsə desək, səni işə bərpa etdirə bilər. Sonra Əlvan onun yanında Şamşaddin adlı tanışına zəng ©dərək onun işə bərpa olunma məsələsini danışmışdır. Şamşaddin isə Əlvana öz nömrəsini ona verməyini xahiş etmişcir. O, öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəylə Şamşaddinin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng edərək Şamşaddinlə öz məsələsi barədə, yəni işə bərpa olunmaq istədiyini bildirmişdir. Şamşaddin ona işdən necə çıxarıldığını soruşmuş o, işdən yol verdiyi nöqsanlara görə çıxarıldığını bildirdikdə, ona əlaqələrinin geniş olduğunu, bu məsələni həll etmək üçün 1000 manat pul verilməli olduğunu bildirmişdir. Oda dərhal Şamşaddinlə razılaşmışdır. O, Şamşaddindən nə vaxt görüşə biləcəklərini soruşanda, ona indi gələ bilirsənsə, indi gəl demişdir. Lakin o, sabah gələ biləcəyini bildirmişdir. Onun nağd 1000 manat pulu olmadığı üçün qayınatası X1 borc götürüb sonuncu ilə birlikdə Bakı şəhərinə gəlmişdir. 2020-ci ilin mart ayının 20-də saat 12 radələrində o, Nəsimi rayonunda Dəmiryolları QSC ilə üzbəüz yerləşən Səməd Vurğun parkının girişində qayınatası Alik Xasməmmədov ilə birlikdə Şamşaddinlə görüşmüşdür. Şamşaddin ona əlaqələrinin çox olduğunu, onun işinin 1-ci gün həll olunacağını, əmrinin veriləcəyini bildirmişdir. Oda Şamşaddinlə razılaşaraq sonuncuya 1000 manat pul vermişdir. Pulu aldıqdan sonra Şamşaddin onlardan uzaqlaşıb getmişdir. 1-ci gün o, Şamşaddinlə əlaqə saxladıqda, ona işin həll olunmadığını, gələn həftənin 1-ci günü həll olunacağını bildirmişdir. O, yenədə 1-ci günü gözləmiş və 1-ci gün Şamşaddinlə əlaqə saxladıqda, ona bəhanə gətirərək işin həll olunmadığını bildirmişdir. O, işinin həll olunmadığını görüb Şamşaddinə verdiyi pulu geri tələb etməyə başlamışdır. O, həmin gündən bu günə kimi Şamşaddinlə dəfələrlə əlaqə saxlasa da, Şamşaddin müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O, məcbur qalıb bu barədə polisə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, kürərəkəni Zərərçəkmiş şəxs Azərbaycan Dəmiryolları QSC-nin Kürdəmir rayonu 5 saylı idarəsində keçid növbətçisi işləmişdir. Kürəkəni işdə yol verdiyi nöqsanlara görə 2020-ci ilin mart ayının ortalarında işdən xaric olunmuşdur. Həmin vaxtı Qiyas ona iş yoldaşı Əlvanın Bakı şəhərində Şamşaddin adlı tanışının olduğunu, həmin şəxsin əlaqələrinin gəniş olduğunu və onu işə bərpa etdirə biləcəyini bildirmişdir. Bu barədə Qiyas Şamşaddin adlı şəxsə zəng edərək vəziyyəti izah etmişdir. Şamşaddin Qiyasa tanışları vasitəsi ilə onu işə bərpa etdirə biləcəyini, lakin bunun müqabilində özünə 1000 ( min ) manat pul verməli olduğunu bildirdi. Qiyas Şamşaddinlə razılaşdı. Həmin vaxtı Qiyasın 1000 (min) manat pulu olmadığı üçün ondan həmin məbləğdə borc pul istəmiş, oda Qiyasa 1000 (min) manat pul borc vermişdir. O, kürəkəni Qiyasla birikdə 2020-ci ilin mart ayının 20-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində Dəmiryolları QSC ilə üzbəüz olan Səməd Vurğun parkının girişində Şamşaddin adlı şəxslə görüşmüşdür. Qiyas onun yanında 1000 (min) manat pulu Şanşaddinə vermişdir. Həmin gün 5-ci gün imiş. Şamşaddin pulu aldıqdan sonra Qiyasa 1-ci gün işinə bərpa olunacağını və əmrinin çıxacağını bildirmişdir. Onlar Şamşaddindən ayrılaraq Kürdəmir rayonuna qayıtmışlar. 1-ci gün Qiyas Şamşaddinlə əlaqə saxadıqda, Şamşaddin işin həll olunmadığını, gələn həftənin 1-ci günü həll olunacağını demişdir. Qiyas yenədə deyilən vaxtı gözləmişdir. Deyilən vaxt gəlib çatdıqda Qiyas Şamşaddinlə əlaqə saxladıqda, Şamşaddin bəhanə gətirərək işin həll olunmadığını bildirmişdir. Qiyas Şamşaddinin onu aldatdığını başa düşüb bu barədə polisə müraciət etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, Dəmiryolları QSC-nin Kürdəmir rayonunda yerləşən 5 saylı idarəsində fəhlə işləyir. Bildirmişdir ki, idarədə əsas işləri dəmir yolunda relsaltı şpalları dəyişdirməkdən ibarətdir. Onunla birgə Zərərçəkmiş şəxs işləyirmiş. 2020-ci ilin mart ayının ortalarında Qiyas işdə yol verdiyi nöqsanlara görə işdən xaric olunmuşdur. İşdən çıxarıldıqdan sonra Qiyas ona demişdir ki, işə bərpa olunmaq istəyir və bu işi həll edə biləcək adam axtarır. Həmin vaxt Şamşaddin adlı tanışı yadına düşmüş və o, Şamşaddinə zəng edərək bu məsələ ilə bağlı danışmışdır. Şamşaddin ona Qiyası işə bərpa etdirə biləcəyini və öz mobil nömrəsini Qiyasa verməyini xahiş etmişdir. Qiyas mobil telefonla Şamşaddinlə danışdıqca Şamşaddin əhatəsinin geniş olduğunu, Qiyası işinə yenidən bərpa etdirə biləcəyini və bunun müqabilində özünə 1000 manat (min) manat pul verməli olduğunu bildirmişcir. Sonra o, Qiyasdan eşitmişdir ki, onun tanışı olan Şamşaddin Qiyası aldadaraq 1000 (min) manat pulunu alıb və işə bərpa etdirməyib. Cinayət işinin 58-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-80-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Ş.R.X2 Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 7 il 7 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona 4 il sınaq müddəti verilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışı iclası zamanı verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş 1000 manat ziyanı tamamilə ödəmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayətvə tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verilən ərizəsindən görünür ki, özünü təqsirli bilirək, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin müəyyən edilmişdir ki, hazırda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinin tələbinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.R.Məmmədova məhkəmədə iştirak etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. M.T.Məmmədovun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar