Məhkəmə qərarları › İş №1(006)-170/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-170/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-170/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Şimal şitliyi 19 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Range Rover” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa şüşəsinin açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra arxa oturacağın üzərində olan Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindəki pul kisəsindən 6000 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, iki övladı vardır. Ailə üvzləri, anası və yoldaşı ilə birlikdə yaşayır. Hal-hazırda heç bir işlə məşğul olmur. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 1 il olar ki, azadlığa buraxılmışdır. O uzun müddətdir ki, narkotik vasitə asılılığından əziyyət çəkir. Bununla bağlı müalicə almış və hazırda da X6 qeydiyyatdadır və hər gün təqribən saat 09-10 radələri aralığında ora gedərək metodon suyu içir. Qalan günü isə dolanmaq üçün “Kubinka” adlı ərazidə corab və salfet satmaqla keçirir. xx.xx.2022-ci il tarixində təqribən saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi tərəfdə gəzərək, oralarda market qarşısında corab və salfet sataraq pul qazanmaq istəmişdir. Yol kənarında olan zaman “Land Rover” markalı avtomobilə yaxınlaşaraq ondan salfetka almasını və maddi imkanı aşağı olduğu üçün ona köməklik etməsini xahiş etmişdir. Həmin avtomobilin sürücüsü onun xahişini rədd edərək oradan uzaqlaşmışdır. Bundan bir qədər sonra hündürmərtəbəli binanın qarşısında yol kənarında “Land Rover” markalı qara rəngli avtomobilin arxa sol qapısının şüşəsinin açıq olduğunu görmüş, ilk əvvəl avtomobilə yaxınlaşmaq istəməsə də, sonradan nəfsinə aldanmış və pul taparsa bayram qabağı ailəsi ilə xoş gün keçirəcəyini düşünmüş, avtomobilin arxa sol qapısının şüşəsinin açıq olmasından istifadə edib içərisinə əlini uzatmış və oradakı əl çantasının içərisində topa halda olan xeyli miqdarda pulu götürmüşdür. Əl çantasını yenidən avtomobilə qoyub oradan dərhal uzaqlaşmış, bundan sonra yaşadığı “Xutor” qəsəbəsi tərəfə getmişdir. Növbəti gün gecə vaxtlarında yaşadığı ünvanın “Xutor” qəsəbəsi, Qaz İdarəsinin yanında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə oğurluq hadisəsi barədə sual etmişlər və o da törətdiyi oğurluq hadisəsini səmimi etiraf etmiş və oğurladığı 6000 (altı min) manat pulun üzərində olduğunu demişdir. Ümumilikdə üzərində 6400 (altı min dörd yüz) manat pul olsa da, 400 (dörd yüz) manat pul onun şəxsi pulu olmuşdur. O qalan 6000 (altı min) manat pulun oğurladığı pul olduğunu bildirib həmin pulu təhvil vermişdir. Törətdiyi oğurluq hadisəsini də səmimi etiraf etmişdir. Əməlindən çox peşman olmuş, elə bu səbəbdən də oğurladığı puldan 1 manat belə xərcləməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, himayəsində iki uşağının olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında tək yaşamış, müğənnilik fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bildiyinə görə ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində o idarə etdiyi özünə məxsus “Range Rover” markalı **-CG-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə yeni mahnı yazdırmaq məqsədi ilə ünvan 5 ünvanda yerləşən studiyaya gəlmiş, avtomobilini həmin ünvanda yerləşən hündürmərtəbəli binanın qarşısında saxlayıb səs studiyasına daxil olmuş, avtomobilinin arxa oturacağına o özünə məxsus içərisində 6000 manat və digər özünə məxsus əşyalar, yəni kosmetika və s. olan əl çantasını qoymuş, avtomobildən enmiş, həmin ünvanda yerləşən studiyaya getmişdir. Təxminən 03:30 radələrində o avtomobilinə yaxınlaşdıqda arxa sol pəncərənin açıq olduğunu görmüş, həmin vaxt studiyaya gələn zaman avtomobilinin sol qabaq yan şüşəsini açmaq istəyərkən səhvən sol arxa şüşəsini açmış və unutqanlıq edib həmin şüşəni bağlamaması yadına düşmüşdür. Belə ki, o, studiyaya gələrkən avtomobili orada saxladıqda avtomobilinin sol arxa yan şüşəsi açıq olmuş və avtomobildən düşərək studiyaya girən zaman bunun fərqinə varmamışdır. O dərhal avtomobilin qapısını açmış, çantanın içərisinə baxmış, çantanın içərisində olan pul qabının içərisinə baxdıqda orada olan 6000 manat pulunun yerində olmadığını görmüşdür. Bu zaman oğurluq hadisəsi baş verdiyini anlamış, avtomobilindən ona məxsus ancaq 6000 manat oğurlanmış, qalan digər əşyaları yerində olmuşdur. Bu barədə o, ilkin olaraq yaxın rəfiqəsinə zəng vuraraq telefonla oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Rəfiqəsi ona polisə zəng etməyini tövsiyə etmişdir. Bundan sonra, o, DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan “Hadisə yerinin müayinə olunması haqqında” 30 dekabr 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanıdır (i/v 4-8). İş materiallarında olan “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” 31 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 6000 manatı könüllü olaraq təqdim etmişdir və həmin pullara Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Sadıqov tərəfindən baxış keçirilmiş və protokol tərtib olunaraq götürülmüşdür (i/v 17-19). İş materiallarında olan 31 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ona məxsus 6000 manat pulu təhqiqatçı Nicat Sadıqovdan təhvil almışdır (i/v 20). İş materiallarında olan “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 39- 40). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 01 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Ağayev X2 RPİ-nin MSY-dən azad edilmişdir (i/v 68-69). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 70-71). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-11/2-50/2023 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Range Rover” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müyainəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədəd əl izi (N-3 Sol arxa qapının pəncərəsinin şüşəsinin içəri hissəsindən götürülmüş) (ADİS-in məlumat bankına Ağdaş RPŞ, Nəsimi RPİ və Binəqədi RPİ-dən daxil olan) xx.xx.1984-cü ildə Ağdaş şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta barmağının və sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir (i/v 85-86). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 6000 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i/v 103-109). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan, Ağdaş Rayon Məhkəməsinin 1(014)-55/2020 saylı, 07 iyul 2020-ci il tarixli hökmündən, Ağdaş Rayon Məhkəməsinin 7(014)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Ağdaş rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 01 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası və 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Ağdaş rayon məhkəməsinin qərarı ilə AR CM-nin 52-1.5-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 06 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə təyin (əvəz) edilmiş 06 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmış, Təqsirləndirilən şəxs əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, o, cəza çəkməkdən azad edilmişdir (i/v 87-89, 97-99, 100-102, 206-209). İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 22 avqust 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 3500 manat məbləğində cərimə cəzasından 1501 manat ödəmiş, qalan 1999 manat cərimə cəzası qalmışdır (i/v 210). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-170/2023 saylı, 23 avqust 2023-cü il tarixli qərarından və 13 sentyabr 2023-cü il tarixli göstərişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli, 1(014)-5/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 69.3, 67.1,68.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə o, ödənilməmiş 1.999 (bir min doqquz yüz doxsan doqquz) manat miqdarında cərimə cəzasından azad edilmiş və qeyd olunan qərar 13 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır (i/v 218-220, 223). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi və həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır (i/v 228-230). İş materiallarında olan Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 26 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7387/2023 nömrəli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 23 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 27 aprel 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Ailə vəziyyti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmir (i/v 150). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təqsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 fevral 2020-ci il təvəllüdlü X5 və 10 oktyabr 2023-cü il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-355/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli hökmündən və həmin hökmün Bakı şəhər probasiya İdarəsinə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-355/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınamaqla qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm 01 noyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayət törətməsi özünün etirafı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-355/2023 saylı hökmü ilə qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-355/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-355/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ili, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət və hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 6000 (altı) min manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-170/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 31 mart 2023-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-355/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün müddət və hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 6000 (altı) min manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar