Məhkəmə qərarları › İş №1(006)-171/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-171/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-171/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,230 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”i əldə edib üstündə saxlamış, həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 10A ünvanına kimi daşımış, xx.xx.2020ci il tarixdə saat 12:40-da göstərilən ünvanın qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman əynindəki qara rəngli cins şalvarın kiçik cibindən 1 ədəd gümüşü siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.230 qram narkotik vasitə olan “heroin” polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən fasilələrlə narkotik vasitə qəbul edir. Sonuncu dəfə 2014-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunduğunu və azad olduqdan sonra narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə, ad günündə yenidən narkotik vasitələrdən istifadə etməyə başladığını və həmin narkotik vasitələri adətən Bakı şəhəri “Papanin” kimi tanınan ərazidən, tanımadığı müxtəlif şəxslərdən aldığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində o, yenidən Papanin kimi tanınan əraziyə gedərək istifadə etmək üçün tanımadığı şəxsdən 20 manata bir büküm narkotik vasitə olan “heroin" aldığını, narkotik vasitəni alıb sonra yaşadığı ünvana gedən zaman, “Nevro-Cərrahiyə” institutunun qarşısında 3 nəfər mülki geyimli şəxslərin ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdiklərini və üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub-olmamasını xəbər aldıqlarını bildirmişdir. O, könüllü şəkildə üzərində narkotik vasitənin olmasını etiraf etdiyini və həmin narkotik vasitəni onlara təqdim etdiyini, bundan sonra həmin şəxslərin onu polis bölməsinə dəvət etdiklərini və xidməti otaqların birində ona hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Polis bölməsində, onu gətirən polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilərkən, polislərə təqdim etdiyi, bükümün içərisində olan maddə haqqında sual verdiklərini o isə, cavab olaraq həmin bükümdə “Kakos” (heroin) olmasını və həmin maddəni Bakı şəhəri, Papanin kimi tanınan ərazidən tanımadığı şəxsdən almasını bildirdiyini qeyd etmişdir. Daha sonra onun üzərinə baxışın keçirildiyini və qanunla qadağan edilmiş əlavə heç bir əşyanın tapılmadığını bildirmişdir. Üzərinə baxışın videokamera vasitəsi ilə qeydə alındığını, həmin videogörüntüyə baxıldığını və barədə tərtib olunmuş protokola heç bir etirazının olmamasını bildirdiyini qeyd etmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşiman olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki,o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə “Vüqar" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 20-ci PB-də bölmənin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 iştirakları və özünün rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində bölmənin əməliyyat müvəkkilləri Mirsənan Ağalarovla və Şahid2lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ilə Novruzov Qardaşları küçələrinin kəsişməsinə gəldiklərini bildirmişdir. Həmin küçədə bir müddət gözlədikdən sonra saat 12.20-də daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxsin qeyd edilən ünvana gəldiyini, bundan sonra onların həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdiklərini və həmin şəxsə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirdiklərini qeyd etmişdir. Üzərində qanunsuz olaraq əldə etdiyi və daşıdığı əşyaların olub-olmamasını soruşduqda “Vüqar” əynindəki qara rəngli cins şalvarının sağ kiçik cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddəni onlara təqdim etmiş, həmin maddənin narkotik vasitə hesab edilən “kokos" (heroin) olmasını və həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini qeyd etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etdiklərini və həmin şəxsin buna etiraz etməyərək onlarla bölməyə gəldiyini bildirmişdir. Bölmədə xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxsin, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyriqanuni əşyanın olduğu təqdirdə təqdim etməsinin təklif edildiyini qeyd etmişdir. Vüqarın təqdim etdiyi əşyadan başqa hər hansı qanunla qadağan edilmiş əşyanın olmadığını bildirdiyini qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddədən başqa hər hansı bir qanunla qadağan edilmiş maddənin və ya əşyanın aşkar edilmədiyini bildirmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş bükülünün içərisində olan maddənin narkotik vasitə "kokos" olmasını və həmin narkotik vasitəni həmin gün, yəni, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri “Papanin” kimi adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddənin götürüldüyünü, zərfə qoyularaq möhürləndiyini bildirmişdir. Daha sonra protokolun tərtib olunduğunu və ucadan oxunduğunu, protokolun doğru olmasını bütün iştirakçıların öz imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Narkotik maddənin çəkisinin və növünün müəyyən edilməsi məqsədilə möhürlənmiş zərfin Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyini və Təqsirləndirilən şəxs aşkar edilmiş maddə kütləsinin narkotik vasitə hesab edilən "heroin” olması müəyyən edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elşən Rəsulov tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Nəsimi RPİ-dən mütəxəssis qismində dəvət edilmiş X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” barədə protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşyanın olması təqdirdə təqdim edilməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs saxlanılarkən şalvarının sağ kiçik cibindən çıxardıb təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan narkotik maddədən başqa hər hansı bir qanunla qadağan edilmiş əşyanın və maddənin olmadığını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı o, bildirmiş ki, aşkar edilmiş bükümdəki maddə narkotik vasitə hesab edilən “kokos"-dur. Həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixində saat 12 radələrində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş əynində olan qara rəngli şalvarının sağ kiçik cibindəki bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün içindən spesifik iyə malik olan maddə qablaşdırılaraq götürülmüşdür. Baxış videoçəkilişdən istifadə edilərək keçirilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır (i/v 45-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2399 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,230 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 55-57). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 819 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 144-145). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,230 qram narkotik vasitə olan “heroin” cinayət işi üzrə maddi sübut kimi tanınmış və təyin edilmiş məhkəmə kimyəvi ekspetiza tədqiqatından qalıq qalmış 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 150-160). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 108-110). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 28-29). İş materiallarına əlavə olunmuş Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 88-93). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir(i/v 94-95). İş materiallarına əlavə olunmuş cinayət işi üzrə “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan, “axtarışda olan şəxsin yaxalanması” protokolundan və Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə axtarış elan edilmiş, xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində yaxalanmış, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-141/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 103, 112, 122-128). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 129). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,230 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,200 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyiBakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-171/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ilkin çəkisi 0,230 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,200 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar