Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-171/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X1 X2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 (mülki cavabdehlər): Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1994-cü ildə Oğuz rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Oğuz rayonu, Bayan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Ruslan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 05:07-də Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 37 saylı ünvanda yerləşən “Mini Market” adlı ərzaq mağazasının qarşısında aralarındakı razılaşmaya görə “Ruslan” kənarda dayanıb ətrafı müşahidə etmiş, Vüsal isə mağazanın pəncərəsinin şüşəsini üzərində olan, istintaqla müəyyən edilməyən bıçaqla sındıraraq onunla birlikdə içəriyə qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 3,20 manat təşkil edən 640 manat dəyərində 200 qutu “Winston” markalı, bir ədədinin qiyməti 3,40 manat təşkil edən 1.020 manat dəyərində 300 qutu “Kent” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 575 manat dəyərində 250 qutu “Rothmans” markalı, bir ədədinin qiyməti 3,70 manat təşkil edən 740 manat dəyərində 200 qutu “Sobranie” markalı, bir ədədinin qiyməti 2,60 manat təşkil edən 390 manat dəyərində 150 qutu “LD” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 460 manat dəyərində 200 qutu “Pallmal” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 360 manat dəyərində 200 qutu “Magna” markalı, bir ədədinin qiyməti 3,40 manat təşkil edən 68 manat dəyərində 20 qutu “Camel” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 345 manat dəyərində 150 qutu “Winchester” markalı, bir ədədinin qiyməti 2,60 manat təşkil edən 260 manat dəyərində 100 qutu “Davidoff” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 190 manat dəyərində 100 qutu “Argo” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 180 manat dəyərində 100 qutu “Viceroy” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 180 manat dəyərində 100 qutu “Want” markalı, bir ədədinin qiyməti 3,50 manat təşkil edən 175 manat dəyərində 50 qutu “Neo” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 190 manat dəyərində 100 qutu “Kingston” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 38 manat dəyərində 20 qutu “Keno” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 90 manat dəyərində 50 qutu “Prima” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 36 manat dəyərində 20 qutu “More” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 23 manat dəyərində 10 qutu “West” markalı, bir ədədinin qiyməti 2 manat təşkil edən 40 manat dəyərində 20 qutu “Classic” markalı tütün məhsullarını və 700 manat dəyərində bir ədəd “Dell” markalı noutbuku oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 6.700 manat məbləğində maddi ziyan vurmuşlar. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ruslan və Vüsalı hadisəni törətməmişdən üç ay əvvəl tanımış, bəzən birlikdə narkotik vasitələr qəbul etmişlər. xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində onlar üçü birlikdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşmüş, narkotik almaq üçün pul axtarmış və bu səbəbdən oğurluq etmək qərarına gəlmişlər. Həmin günü, saat 05 radələrində “Şamaxinka” deyilən əraziyə gəlib bir marketin qarşısında dayanmışlar. Ətrafda heç kimin olmadığını görüb o, üzərində olan mətbəx bıçağı ilə marketin pəncərəsini açmağa cəhd etsə də, bunu bacarmamışdır. Sonra isə Vüsal öz bıçağı ilə pəncərəni sındırmış və o, onunla birlikdə içəriyə daxil olmuş, Ruslan isə ətrafı müşahidə etmək üçün bayırda qalmışdır. Onlar kassaya baxıb pul tapa bilməmiş, kassanın yanında olan “Dell” markalı noutbuku isə Vüsal götürüb Ruslana vermişdir. Daha sonra onlar mağazada olan müxtəlif markalı siqaretləri sellofan paketlərə yığıb marketdən çıxmışlar. Götürdükləri siqaretləri aralarında bölmüş, noutbuku da Vüsal götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, bu siqaretlərin 60 qutusunu metronun “İnşaatçılar” stansiyasının yaxınlığında olan marketlərin birində 123 manata, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən digər marketə 90 qutunu 183 manata, 40 qutunu isə yaşadığı məhəllədə Elxan adlı şəxsin işlətdiyi mağazaya 120 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üçüncü qrup əlildir, skalioz xəstəsidir. Bakı şəhərində müxtəlif yerlərdə ev təmiri işləri ilə məşğul olmuş, lakin bir müddət işsiz olduğundan maddi vəziyyəti pisləşmişdir. Ruslan və Qafil ilə hadisədən üç ay əvvəl tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində o, Ruslan və Qafil metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşmüş, oğurluq edib əldə etdikləri əşyaları satmaqla pul əldə etmək qərarına gəlmişlər. Həmin günü, saat 05 radələrində onlar “Şamaxinka” deyilən yerə gəlmiş, orada olan marketin pəncərəsini o üzərində olan bıçaqla sındırıb Qafillə birgə içəri daxil olmuşlar. Ruslan isə bayırda gözləmişdir. Marketin kassasının yanından bir ədəd “Dell” markalı noutbuku götürüb Ruslana vermiş, daha sonra oradan çoxlu sayda siqaret qutularını sellofan paketlərə yığıb çıxmışlar. Siqaretləri öz aralarında bölmüş, onun da payına 80 qutu düşmüş, noutbuku da o, özü ilə götürmüşdür. xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində bu siqaretləri metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan köşkə 136 manata satmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 37 saylı ünvanda yerləşən “Mini Market” adlı ərzaq mağazasını icarə əsasında işlədir. xx.xx.2020-ci il tarixdə, saat 07:30 radələrində o, evdə olarkən marketin yanında olan ət mağazasını işlədən Kamil adlı şəxs ona zəng edib marketdən oğurluq olduğunu söyləmişdir. O da dərhal bu barədə “102” xidmətinə məlumat verərək cəld marketə gəlmişdir. Ora gələndə görmüşdür ki, pəncərənin şüşəsi sındırılıb və içəridə dağınıq vəziyyətdədir. Sonra müəyyən etmişdir ki, marketdən 700 manat dəyərində “Dell” markalı noutbuku və bir ədədinin qiyməti 3,20 manat təşkil edən 640 manat dəyərində 200 qutu “Winston” markalı, bir ədədinin qiyməti 3,40 manat təşkil edən 1.020 manat dəyərində 300 qutu “Kent” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 575 manat dəyərində 250 qutu “Rothmans” markalı, bir ədədinin qiyməti 3,70 manat təşkil edən 740 manat dəyərində 200 qutu “Sobranie” markalı, bir ədədinin qiyməti 2,60 manat təşkil edən 390 manat dəyərində 150 qutu “LD” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 460 manat dəyərində 200 qutu “Pallmal” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 360 manat dəyərində 200 qutu “Magna” markalı, bir ədədinin qiyməti 3,40 manat təşkil edən 68 manat dəyərində 20 qutu “Camel” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 345 manat dəyərində 150 qutu “Winchester” markalı, bir ədədinin qiyməti 2,60 manat təşkil edən 260 manat dəyərində 100 qutu “Davidoff” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 190 manat dəyərində 100 qutu “Argo” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 180 manat dəyərində 100 qutu “Viceroy” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 180 manat dəyərində 100 qutu “Want” markalı, bir ədədinin qiyməti 3,50 manat təşkil edən 175 manat dəyərində 50 qutu “Neo” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 190 manat dəyərində 100 qutu “Kingston” markalı, bir ədədinin qiyməti 1,90 manat təşkil edən 38 manat dəyərində 20 qutu “Keno” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 90 manat dəyərində 50 qutu “Prima” markalı, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 36 manat dəyərində 20 qutu “More” markalı, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 23 manat dəyərində 10 qutu “West” markalı, bir ədədinin qiyməti 2 manat təşkil edən 40 manat dəyərində 20 qutu “Classic” markalı tütün məhsullarını oğurlanmışdır. Marketdəki müşahidə kameralarına baxdıqda xx.xx.2020-ci il tarixdə, saat 05:07 radələrində üç nəfər naməlum şəxsin marketin qarşısına yaxınlaşdığını, sonradan həmin şəxslərdən ikisinin pəncərədən içəri daxil olduğunu, birinin isə isə çöldə dayandığını görmüşdür. Görüntülərdə bir neçə dəqiqə sonra iki nəfər şəxsin siqaretləri sellofan paketləriə yığaraq çöldəki şəxsə verdiyi, həmçinin içəridə olan şəxslərdən birinin kassanın yanındakı “Dell” markalı noutbuku da götürməsi əks olunmuşdur. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir. Onlara qarşı verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Səfərov küçəsi, 139 saylı ünvanda qardaşı oğluna məxsus ərzaq mağazasını işlədir, orada həmçinin siqaret də satır. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində mağazaya gələrkən qonşusu Ədalətlə qarşılaşmışdır. Bu zaman Ədalət ona yanındakı oğlanın məhlədə kirayədə qaldığını və işlədiyi mağaza bağlandığından siqaretlərini firma qiymətinə satdığını demişdir. Ədalətin yanındakı, sonradan adını bildiyi Qafil də bunu təsdiqləmişdir. Mağazaya gəldikdə Qafildən 120 manata 40 qutu siqaret almışdır. Aldığı siqaretlərin oğurluq olduğu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/5852 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 20 adda tütün məmulatlarının 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6.000,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.214-217); “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokollara əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 37 saylı ünvanda yerləşən “Mini Market” ərzaq mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar fiksə edilmiş videogörüntülərin qeydə alındığı CD diskə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə, saat 05:06:19-da üç nəfər şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi sözügedən marketə yaxınlaşmış, saat 05:07:35-də onlardan biri, yəni Təqsirləndirilən şəxs1 pəncərədən içəri daxil olmuş, bu zaman yıxılmış, saat 05:08:10-da Təqsirləndirilən şəxs2 pəncərədən marketə daxil olmuş, istintaq məlum olmayan “Ruslan” adlı şəxs isə çöldə qalmışdır. Saat 05:08:00-dan etibarən marketin içərisində hissə-hissə sellofan paketlərin yığılması və “Dell” markalı noutbukun götürülməsi müşahidə olunur (İİ cild, i.v.01-02); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-629/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.94-96); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-636/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.177- 179); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr və xx xxxxxx 2020-ci il tarixli arayışları və məhkəmə hökmünün surətindən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş bu cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.185-192); Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Babayev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 6.700 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir (İİİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Eyni zamanda məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, ona təyin edilmiş cəza şərti olaraq hesab edildiyindən, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 67.4-cü maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllərini ona Salyan Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş sınaq müddəti ərzində törətdiyindən həmin hökmlə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və ona təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli onların həbsə alındığı andan – Təqsirləndirilən şəxs1 münasibətdə xx xxxxxxx 2020-ci il, Təqsirləndirilən şəxs2 münasibətdə isə xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxslərə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş zərərə görə 6.700 manat məbləğində pul müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Salyan Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(057)-26/2019 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş zərərə görə 6.700 manat məbləğində pul müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-171/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-171/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver