Məhkəmə qərarları › İş №1(006)-171/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-171/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-171/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Masallı rayonu Yeyənkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Yeyənkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə eldiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-NA-*** dövləl qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində təxminən 5-6 km saat sürətlə geriyə doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin geriyə hərəkətinə icazə verilən təhlükəsiz manevr, hərəkətin digər iştirakçılarına mane yaratmamaq, lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etmək kimi şərtlərini yerinə yetirməyə texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək həmin vaxt avtomobil yolunu keçən piyada X6 avtomobilin arxa sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun baş beyinin ağır dərəcəli əzilməsi, sol alın-təpə-gicgah nahiyəsinin kəskin subdural hematoması, ənsə sümüyünün yerdəyişməmiş sınığı, əsas sümüyün cisminin sınığı, dislokasion sindromla müşayiət olunan qapalı kəllə-beyin travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər nəticəsində müalicə aldığı “Yeni Klinika” xəstəxanasında ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı rayonunda iş tapmadığından işləmək üçün 10.05 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. O, tanışlarının vasitəsilə həftəlik maaşla “Toyota Prius” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsində müştərini düşürmək məqsədi ilə geriyə doğru hərəkət edərkən yan güzgülərə və arxa kameraya baxmışdır. O, qəflətən taqqıltı səsi eşitmiş, avtomobili tez dayandırmış və avtomobildən enib arxaya tərəf gedəndə asfaltın üzərinə uzanmış vəziyyətdə bir qadın görmüşdür. O, X17 Xidmətinə zəng edərək piyada vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini, tez bir zamanda həmin qadına gəlib köməklik göstərmələrini bildirmişdir. X17 avtomobili bir qədər sonra gələrək həmin qadını 1 saylı X15 aparmışdır. O özü də tez bir zamanda həmin xəstəxanaya getmişdir. Həkimlər həmin qadını reanimasiya şöbəsinə aparmışlar. O, xəstəxanada qadının X2 bilmişdir. Bir müddət xəstəxanada gözlədikdən sonra həkimlər Yevgeniyanın vəziyyətinin kafi olduğunu, komadan ayılmadığını bildirmişlər. O, hər gün xəstəxanaya gedib-gəlmiş, xəstənin vəziyyəti ilə maraqlanmış, anası da hər gün xəstəxanada olmuşdur. O, özü “Medical Plaza” klinikasından da həkim gətirmiş, həkim xəstəni müayinə etmiş və 10 gün ərzində vəziyyətində irəliləyiş olduğu halda düzələcəyini bildirmişdir. Bir müddət sonra xəstənin artıq xəstəxanadan çıxarılacağını bilmiş, lakin onu müayinə edən “Medical Plaza” klinikasının həkimi xəstədə kəllə-beyin travması olduğuna görə xəstənin çıxarılmamasını məsləhət bilmişdir. Lakin buna baxmayaraq xəstə xəstəxanadan çıxarılmışdır. Bir müddətdən sonra isə X4 “Yeni Klinika” xəstəxanasında rəhmətə getdiyini öyrənmişdir. Daha sonra zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ondan şikayət və tələbinin olmadığını, dəymiş zərəri ödədiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 bibisinin nəvəsidir. Bibisinin nəvəsi X8 doğulduğu gündən Bakı şəhərində yaşamışdır. Lakin atası və anası rəhmətə getdikdən sonra Bakı şəhərində tək yaşamışdır. X8 Bakı şəhərində uşaq baxıcısı kimi işləmiş, orta təhsilli olmuşdur, heç bir psixi xəstəliyi olmamış, ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. Yevgeniya hər hansı bir xəstəlikdən əziyyət çəkməmiş və səhhətinə təsir edən bır xəstəliyi olmamışdır. Yevgeniya əvvəllər heç bir zaman məhkum olunmamışdır xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Yevgeniyanı dayə kimi işə düzəldən Diana adlı tanışı ona zəng edərək X9 rayonu, Keykab Səfərliyeva küçəsində yolu keçmək istəyərkən “Toyota Prius” markalı avtomobilin vurmasını və onu X15 apardıqlarını bildirmişdir. O, dərhal evdən çıxıb xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda Bespalova Yevgeniyanı reanimasiya bölməsinə yerləşdirmişlər. O, həmin yerdə “Toyota Prius” markalı avtomobilin sürücüsünü görmüşdür. Həkimlər ona X4 komada olduğunu bildirmişlər. Bir qədər həmin X14 müalicə alsa da, komadan ayılmamışdır. Buna görə də onlar X11 köçürmək barədə qərara gəlmişlər. Lakin həmin klinikada da Yevgeniyanın komadan ayılması mümkün olmamış, 2 gün həmin klinikada qaldıqdan sonra rəhmətə getmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs ümumiyyətlə tanınmamışlar, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin vurulmuş ziyanı ödədiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti olmadığından cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.117-118); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir (i.v.4-6); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və idarə sistemi, tormoz sistemi saz vəziyyətdədir, avtomobilə ziyan dəyməmişdir (i.v.9-11); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada X6 vurduğu yeri əyani olaraq göstərib bir daha təsdiq etmişdir (i.v.81-82); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd diskdə 01 ədəd videofayl vardır. Yideofayl açıldıqda müəyyən olunmuşdur ki, həmin videofayl 13 saniyə müddətində olmaqla baxış zamanı müəyyən olunmuşdur ki, videofaylda Nəsimi rayonu Keykab Sələrəliyeva küçəsində avtomobil yolunda, yolun sağ hissəsində “Toyota Prius” markalı avtomobil arxaya doğru hərəkət edən zaman yolun sol istiqamətdən sağ istiqamətə keçən piyadanı qəfildən vurur və piyada yerə yıxılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “Toyota Prius” markalı avtomobili idarə edən şəxs o, özüdür, vurduğu piyada isə adını sonradan öyrəndiyi X5 (i.v.45-46); - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə” dair xx.xx.2023-cü il tarixli, 2/15215 saylı protokola əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur (i.v.19); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X16 xx.xx.2023-cü il tarixli, 111 nömrəli rəyindən görünür ki, X4 adına tərtib olunmuş tibbi sənədlərə əsasən onda “Baş beyinin ağır dərəcəli əzilməsi, sol alın-təpə-gicgah nahiyəsinin kəskin subdural hematoması, ənsə sümüyünün yerdəyişməmiş sınığı, əsas sümüyün cisminin sınığı, dislokasion sindromla müşayiət olunan qapalı kəllə-beyin travması ilə əlaqədar inkişaf edən bakterial pnevmaniya, sepsis, kəskin ağciyər emboliyası, kəskin respirator çatışmazlığı” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi, sol alın-təpə-gicgah nahiyəsinin kəskin subdural hematoması, ənsə sümüyünün yerdəyişməmiş sınığı, əsas sümüyün cisminin sınığı, dislokasion sindromla müşayiət olunan qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisədi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqələri inkar olunmur (i.v.66-70); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 17 mart 2023-cü il tarixli 8/235 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.87-90); - BD009515 nömrə və seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “A1, A, B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir və xx.xx.2031-ci il tarixədək etibarlıdır (i.v.17); - "xxxx" MMC-nin yol vərəqəsindən görünür ki, “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün verilmişdir (i.v.18); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil və 01 ədəd CD disk sübut kimi tanınmış və həmin avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v.121- 130); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.92); - Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2022-ci təvəllüdlü iki azyaşlı övladı var. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddiası, şikayəti və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X13 Müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar