Məhkəmə qərarları › İş №1(006)-172/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-172/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-172/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.1-ci maddələri ilə; xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 28, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx.xx.1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 mənzil 54 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanliq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə saat 10:30-da ictimai yer hesab edilən ünvan 5 ünvanında yerləşən “Həzz" hotelinin qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib heç bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs2 onun tanışı Təqsirləndirilən şəxs1 üstünə qışqırmasını bəhanə edib buna görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək öz şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətləri fövqündə qoymaqla Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib qəsdən yumruq və başı ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə vurub onu yerə yıxaraq sonuncuya burun nahiyyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözaltı nahiyənin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətləri ilə müşahidə olunan dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq xuliqanliq etmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında böləcəklərinə dair razılığa gəlib xx.xx.2020-ci il tarixdə saat 17:29-da vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gələn olarsa bu barədə xəbər vermək üçün əvvəlcədən aralarında olan cinayət planına görə Təqsirləndirilən şəxs1 həmin evin giriş qapısından 10-15 metr aralıda dayanıb ətrafı müşahidədə saxlamış və o, tanışı Təqsirləndirilən şəxs3 ilə kimsənin gəlməməsinə tam əmin olduqlarından həmin evin giriş qapısının açıq olmasından istifadə edib fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin dəhlizində olan karton qutuların üzərindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd içərisində 15 (on beş) manat dəyərində 077 *** ** ** saylı GSM nömrə olan **********60465 İMEİ kodlu 1000 (min) manat dəyərində “HTC 10” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1.015 (min on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında böləcəklərinə dair razılığa gəlib xx.xx.2020-ci il tarixdə saat 17:29-da vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gələn olarsa bu barədə xəbər vermək üçün əvvəlcədən aralarında olan cinayət planına görə həmin evin giriş qapısından 10-15 metr aralıda dayanıb ətrafı müşahidədə saxlamış, tanışları Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 isə kimsənin gəlməməsinə tam əmin olduqlarından həmin evin giriş qapısının açıq olmasından istifadə edib fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin dəhlizində olan karton qutuların üzərindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd içərisində 15 (on beş) manat dəyərində 077 *** ** ** saylı GSM nömrə olan **********60465 İMEİ kodlu 1000 (min) manat dəyərində “HTC 10” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1.015 (min on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs təşkil edərək oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında böləcəklərinə dair razılığa gəlib xx.xx.2020-ci il tarixdə saat 17:29-da vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gələn olarsa bu barədə xəbər vermək üçün əvvəlcədən aralarında olan cinayət planına görə Təqsirləndirilən şəxs1 həmin evin giriş qapısından 10-15 metr aralıda dayanıb ətrafı müşahidədə saxlamış və o, tanışı Təqsirləndirilən şəxs2 ilə kimsənin gəlməməsinə tam əmin olduqlarından həmin evin giriş qapısının açıq olmasından istifadə edib fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin dəhlizində olan karton qutuların üzərindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd içərisində 15 (on beş) manat dəyərində 077 *** ** ** saylı GSM nömrə olan **********60465 İMEİ kodlu 1000 (min) manat dəyərində "HTC 10” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1.015 (min on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.1-ci maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 Ramiz oğlunu onun tanışı Kənanın vasitəsilə tanımışdır. xx xxx 2019-cu il tarixdə saat 10 radələrində o, dostu Kənanla birlikdə “Malakan" bağı kimi tanınan parkda olan zaman Samirlə qarşılaşmışlar. Samir Kənana 50 manat əskinaz verib pulu xırdalayıb gətirib ona verməyini demişdir. Kənan Samirdən 50 manatı götürüb yaxınlıqda olan mağazalardan birinə gedərkən o, da Kənanla getmişdir. Kənan bir neçə mağazaya getsə də 50 manatı xırdalaya bilməmiş və sonda pulu xırdalayıb “Həzz" hotelinin qarşısı ilə gedərkən Samir Kənanı görüb qışqıraraq Kənanı çağırmışdır. Samir Kənandan harada olduğunu soruşub 50 manat pulunu Kənandan istəmişdir. Kənan Samirə pulu xırdalaya bilmədiyi üçün gec gəldiyini deyəndə o, Samirin Kənanla ucadan və kobud danışdığını görüb Samiri nalayiq sözlərlə təhqir etmiş və Samirə “səbrin olsun” gəlirik dedikdən sonra Kənan onu kənara çəkmişdir. Bundan sonra o, Samirin üstünə gedərək əlləri və başı ilə Samirin sifətinə vurmuşdur. Mübahisə vaxtı Kənan Samiri vurmamışdır. Samiri yalnız o, vurmuşdur və Samiri vurmasına səbəb isə Samirin Kənanla ucadan danışması olmuşdur. Samirdən heç kim məcbur pul almayıb və xırdalamaq üçün Samirin vermiş olduğu pulu Kənan Samirə qaytarmışdır. Oğurluq cinayəti ilə bağlı isə bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında tanışları Kənan və Nemət ilə birlikdə şəhərdə gəzmək məqsədilə görüşmüşlər. Şəhərdə bir qədər gəzdikdən sonra onların maddi durumları zəif olduğuna görə oğurluq etmək qərarına gəlmişlər. Lakin həmin vaxt haradan və nə oğurlayacaqları barədə heç bir planları olmamışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edən zaman o, əlini fərdi yaşayış evlərinin birinin qapısına ataraq açaraq qapının açıq olub-olmamasını yoxlamışdır. Həmin qapı boz rəngdə olmuş və qapı açıq olduğundan o, dərhal tanışları Kənan və Nemətə oğurluq etmələrini bildirmişdir. Həmin vaxt Kənan evin giriş qapısından 10-15 metr kənarda dayanaraq ətrafı müşahidə etməklə şübhəli bir şey görsə onlara məlumat verəcəyini demişdir. O, və Nemət isə evə daxil olmuşdur. Evə daxil olduqdan sonra o, evin içərisində qapının qarşısında dayanmış və əli ilə qapını saxlamışdır ki, qəfil gələn olsa və ya Kənan kiminsə gəlməyini xəbər etsə, tez Nemətə də məlumat verərək, evi tərk etsinlər. Nemət dərhal evin dəhlizi ilə içəri getmiş və dəhlizdə olan karton qutuların üzərində qoyulmuş bir ədəd mobil telefonu götürmüşdür. Həmin evin içərisindən səs gəldiyindən o, əli ilə Nemətə bayırı göstərərək evi tərk etməsini demişdir. Çünki evin içərisində olan şəxs onları görə bilərdi. Nemət əlində olan mobil telefonu cibinə qoymuş və onlar evi tərk etmişlər. Bütün bu proses bir-neçə saniyə ərzində baş vermişdir. Evdən çıxdıqdan sonra Nemət mobil telefonu ona və Kənana göstərərək, telefonun "HTC 10” markalı olmasını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən mobil telefon satıldıqdan sonra əldə edilmiş pul onun, Kənanın və Nemətin arasında bölünəcəkdir. Mobil telefon satılması üçün Nemətdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə Kənan ilə o, şəhərdə gəzən zaman onlara polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onlara oğurluq cinayətini törətməkdə şübhəli olduqlarını bildirib onları Nəsimi RPl-nə gətirmişlər. Hal-hazırda törətdiyi cinayət əməllərini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında tanışları Nurlan və Nemət ilə birlikdə şəhərdə gəzmək məqsədilə görüşmüşlər. Şəhərdə bir qədər gəzdikdən sonra maddi durumları zəif olduğuna görə onlar oğurluq etmək qərarına gəlmişlər. Lakin həmin vaxt haradan və nə oğurlayacaqları barədə heç bir planları olmamışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edən zaman Nurlan əlini fərdi yaşayış evlərinin birinin qapısına ataraq açıb qapının açıq olub-olmamasını yoxlamışdır. Həmin qapı boz rəngdə olmuş və qapı açıq olduğundan Nurlan və Nemət dərhal evin içərisinə daxil olmuşdur. Onun özü isə qapıdan təxminən 10-15 metr kənarda dayanaraq ətrafı müşahidə etmişdir. Bir-neçə saniyə sonra Nurlan və Nemət daxil olduqları evin qapısından çıxmışlar və onlar yollarına davam etmişlər. O, onlardan nə oğurladıqlarını soruşan zaman Nemət cibindən bir ədəd “HTC 10” markalı mobil telefon çıxararaq ona göstərib bildirmişdir ki, evin dəhlizində həmin telefon var olub və həmin telefonu götürərək evdən çıxmaq məcburiyyətində qalmışdır, çünki evin içərisindən səs gəlmişdir. Aralarında olan razılaşmaya əsasən mobil telefon satıldıqdan sonra əldə edilmiş pul onun, Nurlanın və Nemətin arasında bölünməli idi. Mobil telefon satılması üçün Nemətdə qalmışdır. Bundan sonra onlar yaşadıqları evə getmişlər. xx xxxxxx 2020-ci il tarixdə Nurlan ilə o, şəhərdə gəzən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onlara oğurluq cinayətini törətməkdə şübhəli olduqlarını bildirib onları Nəsimi RPİ-nə gətirmişlər. Həmin evin kimə məxsus olması barədə onların heç bir məlumatı olmayıb. Nurlan təsadüfən əlini evin giriş qapısına atmış və qapı açıq olduğu üçün həmin evin içərisinə Nurlan və Nemət daxil olmuşdur. Daxil olduqdan sonra isə artıq mobil telefonu oğurlayaraq evdən çıxmışlar. Onun özü isə giriş qapısından təxminən 10-15 metr kənarda duraraq ətrafı müşahidə etmiş və evə gələn şəxslər olduğu halda dərhal Nurlana və Nemətə məlumat verməli idi. Bundan başqa onu da bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Ramiz oğlunu təxminən dörd ildir ki, tanıyır və Samirlə 2015-ci ildə təsadüfən Bakı şəhərində yerləşən “Mojo” klubda tanış olmuşdur. xx xxx 2019-cu il tarixdə ssat 10 radələrində o, dostu Nurlanla birlikdə “Malakan” bağı kimi tanınan parkda olan zaman Samirlə qarşılaşmışdır. Samir ona 50 manat pul verib həmin 50 manatı xırdalayıb gətirib ona verməyini xahiş etmişdir. O, Samirdən 50 manatı götürüb yaxınlıqda olan mağazalardan birinə getmişdir. Həmin vaxt Nurlan da onunla getmişdir. Bir neçə mağazaya getsə də 50 manatı xırdalaya bilməmiş və sonda pulu xırdalayıb “Həzz” hotelin qarşısı ilə gedərkən Samir qışqıraraq onu səsləmişdir. Samir ona bayaqdan harada olduğunu ondan soruşub 50 manat pulunu istəmişdir. Samirə pulu xırdalaya bilmədiyi üçün gec gəldiyini deyəndə Nurlan Samiri nalayiq sözlərlə təhqir etmiş və Samirə “səbrin olsun” gəlirik dedikdən sonra o, tanışı Nurlanı kənara çəkmiş və Samirin haqlı olduğunuNurlana dedikdə Nurlan onun dediklərinə məhəl qoymayıb Samirin üstünə gedərək Samiri əlləri və başı ilə sifətinə vurmağa başlamışdır. Onun özü və kənarda dayanmış bir iki nəfər tanımadığı cavan oğlan Nurlanı Samirdən aralamışlar. Nurlanı o, sakitləşdirib evinə yola salmışdır. Həmin mübahisə vaxtı o, Samiri vurmamışdır. Samiri yalnız Nurlan vurmuşdur və Nurlanın Samiri vurmasına səbəb Samirin onunla ucadan danışması olmuşdur. Samirdən heç kim məcbur pul almayıb və xırdalamaq üçün Samirin vermiş olduğu 50 manatı o, Samirə qaytarmışdır. Samirin qolunda olan qol saatı isə Nurlanla Samir mübahisə edən zaman yerə düşmüşdür və daha sonra Samir saatını tapıb qoluna taxmışdır.Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə şəhərdə gəzmək məqsədilə görüşmüş, şəhərdə bir qədər gəzdikdən sonra maddi durumları zəif olduğuna görə oğurluq etmək qərarına gəlmişlər. Lakin həmin vaxt haradan və nə oğurlayacaqları barədə heç bir planları olmamışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət edən zaman Nurlan əlini fərdi yaşayış evlərnin birinin qapısına ataraq açmışdır ki, qapının açıq olubolmamasını yoxlasın. Həmin qapı boz rəngdə olmuş və qapı açıq olduğundan Nurlan və o, dərhal evin içərisinə daxil olmuşdur. Həmin vaxt Kənan qapıdan təxminən 10-15 metr kənarda dayanaraq ətrafı müşahidə etmişdir. Evə daxil olduqdan sonra Nurlan evin içərisində qapının qarşısında dayanmış və əli ilə qapını saxlamışdır ki, qəfil gələn olsa və ya Kənan kiminsə gəlməyini xəbər etsə tez ona da məlumat verdikdə bu zaman evi tərk etsinlər. O, dərhal evin dəhlizi ilə içəri getmiş və dəhlizdə olan karton qutuların üzərində qoyulmuş bir ədəd mobil telefonu götürmüşdür. Həmin evin içərisindən səs gəldiyindən Nurlan əli ilə ona bayırı göstərmişdir ki, artıq evi tərk etsinlər, çünki evin içərisində olan şəxs onları görə bilərdi. O, əlində olan mobil telefonu cibinə qoymuş və sonra onlar evi tərk etmişlər. Bütün bu proses bir-neçə saniyə ərzində baş vermişdir. Evdən çıxdıqdan sonra mobil telefonu Nurlana və Kənana göstərərək, telefonun “HTC 10” markalı olmasını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən mobil telefon satıldıqdan sonra əldə edilmiş pul onun, Kənanın və Nurlanın arasında bölünəcəkdir. Mobil telefon satılması üçün onda qalmışdır. Bundan sonra onlar yaşadıqları evə getmişlər. Hadisə baş verən gün axşam saatlarında oğurladığı mobil telefonu o, Bakı şəhəri, Nizami rayonu, "Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 120 (yüz iyirmi) manata satmışdır. Həmin şəxsə özünə məxsus mobil telefonunu maddi durumu zəif olduğuna görə satdığını bildirmişdir. Həmin şəxs də mobil telefona baxdıqdan sonra ona 120 manat pul verərək həmin telefonu almışdır. Həmin şəxsi əvvəllər görməmişdir, onun barəsində heç bir məlumatı olmamışdır. Mobil telefonu satdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 axtarmış, oğurluq nəticəsində əldə etdiyi mobil telefonun satılması ilə əldə etdiyi 120 (yüz iyirmi) manat pulu onlarla bölmək istəsə də, həmin şəxslərin polis tərəfindən tutulduğu ona məlum olmuşdur. Ona görə də, polis tərəfindən tutulacağından qorxduğuna görə bir müddət yaşadığı evə gəlməmiş və polisdən gizlənmişdir. xx.xx.2020ci il tarixdə saat 09 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə gətirilmişdir.Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, hadisə ilə əlaqədar ona dəymiş ziyan tamamilə ödənilib və hadisə ilə əlaqədar şikayəti yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxs X6 ilə barışmış və ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. Məhkəmə prosesinin onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vəZərərçəkmiş şəxs2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində “VVhatsApp Video 2020-01-08 at 12.43.24” adlı video fayl vardır. Həmin video görüntüdə 3 nəfər naməlum şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi ilə hərəkət etdikləri müəyyən edilir. Daha sonra xx.xx.2020-ci il tarixdə saat 17:29-da həmin 3 nəfər şəxsin ünvan 7 ünvanının qarşısından keçən zaman həmin 3 nəfər şəxsdən birinin evin qapısına əlini ataraq açması, daha sonra həmin şəxslərdən ikisinin evə daxil olmaqları və bir neçə saniyə sonra evi tərk edərək, oradan uzaqlaşmaları müəyyən edilir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-18/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 44-45, 149-153). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-17/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 72-73, 144-148). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdəşübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-57/2020 saylı qərarı ilə barəsində 2 ay 4 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 191-192, 249-250). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild1, i/v 168). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1əvvəllər məhkum edilməmişdir (cild1, i/v 169). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 tərəfindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir (cild 2, i/v 100-101). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2019-cu il tarixli 415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - burun nahiyyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözaltı nahiyənin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində əmələ gələ bilərdilər (cild 2, i/v 36-38). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2019-cu il tarixli 662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 2, i/v 56-58). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 658 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 169-170). Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 Ramiz oğlu ilə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs2 müraciəti əsasında Bakı istintaq təcridxanasından alınmış xasiyyətnamədən görünür ki, həbs edilmiş şəxsTəqsirləndirilən şəxs2 Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Təqsirləndirilən şəxs3 müraciəti əsasında Bakı istintaq təcridxanasından alınmış xasiyyətnamədən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs3 Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələri özlərinin etirafı, iş materiallarında olan zərərçəkmiş şəxslərin ifadələri, onların məhkəməyə ünvanladıqları teleqramları, ekspert rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.1-ci maddələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, törətdiyi əməlləri etiraf etməklə peşman olmalarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən ona məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2, X4 və X5 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkiliX16 qızı, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəX5 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 132 (yüz otuz iki) manat,Təqsirləndirilən şəxs2 isəgöstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı isə dövlət büdcəsinin hesabındanX4vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manatpul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar