Məhkəmə qərarları › İş №1(006)-172/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-172/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-172/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 30.08.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Beyləqan şəhəri, SMD 42 qəsəbəsi ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16.03.2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən “Sevinc Dental” klinikasının fəaliyyət göstərdiyi vaxtda həmin klinikaya daxil olub klinikanın 6 saylı sterilizasiya otağının qapısının açıq olmasından və otaqda digər şəxslərin olmamasından istifadə edib həmin otağa qanunsuz daxil olaraq dolabın açıq hissəsinə qoyulmuş Lalə Əliyevaya məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 600 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı üzük və 60 manat nəğd pul olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla Lalə Əliyevaya ümumilikdə 675 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunaraq cəza çəkmişdir. Sonuncu dəfə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 30.08.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində çəkir. Hadisə baş verən gün, yəni 16.03.2021-ci il taixdə Bakı şəhərinə gəlmişdir. Həmin gün ünvan 2 ünvanında yerləşən “Sevinc Dental” klinikasının qarşısında olduğu vaxt oraya nəzər yetirdikdə həmin klinikadan oğurluq etmək fikrinə gəlmişdir. Bundan sonra o, klinikanın içərisinə daxil olmuş və içəriyə daxil olduqdan sonra şübhə yaratmamaq üçün ilkin olaraq qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Oradan ətrafa nəzər yetirdikdə dəhlizin sağ və sol tərəfində otaqların olduğunu görmüşdür. O, dəhlizdə hərəkət edərək otaqların içərisinə baxmağa başlamışdır. Dəhlizdə hərəkət edən zaman 6 saylı otağın qapısının açıq vəziyyətdə olduğunu və içəridə heç kimin olmadığını görmüşdür. O, içəriyə daxil olduqda orada olan mavi rəngli dolabın açıq hissəsində qadın əl çantasının olduğunu görmüş və əl çantasının içərisinə baxdıqda orada göy rəngli pul kisəsinin olduğunu görmüşdür. Həmin vaxt o, ətarafa bir daha nəzə yetirmiş və onu görə biləcək heç kimin olmadığına əmin olduqdan sonra göy rəngli pul kisəsini götürüb cibinə qoymuşdur. Sonra isə o, klinikadan çıxaraq oradan uzaqlaşmışdır. Uzaqlaşdıqdan sonra ünvanı xatırlamadığı yerdə o, göy rəngli pul kisəsini açaraq içərisində pul olub-olmadığına baxmışdır. Həmin vaxt orada ümumilikdə 60 manat pul olduğunu görmüşdür. O, orada olan pulu götürüb pul kisəsini isə yaxınlıqda olan zibil qutusuna atmışdır. Həmin pul kisəsinin içərisində göstərdiyi məbləğdə puldan başqa, heç bir dəyərli əşya olmamışdır. O, pul kisəsinin içərisinə baxan zaman həyəcanlı olsa da, diqqətlə baxmış və orada zərərçəkənə məxsus qızıl üzük görməmiş və götürməmişdir. Oğurladığı pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilmir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2021-ci il tarixdən ünvan 2 saylı ünvanda yerləşən “Sevinc Dental” klinikasında tibb bacısı işləyir. İşlədiyi klinika bir mərtəbədən ibarətdir. O, klinikada 6 saylı sterilizasiya otağında oturur. İş vaxtı səhər saat 09:00-da başlayır, axşam saat 06:00-da bitir. O, hər gün işə gələn zaman otağında olan dolabın qapısı olmayan yerinə əl çantasını qoyur. İş otağının qapısı həmişə açıq vəziyyətdə olur. Lakin otağa digər kənar şəxslərin girməsi qadağandır. Otağa ancaq klinikada işləyən həkim və tibb bacıları lazım olduqda girə bilir. Sonuncu dəfə 16 mart 2021-ci il tarixdə yaşadığı ünvandan çıxaraq “Sevinc Dental” klinikasına gəlib öz iş otağına daxil olaraq əl çantasını dolabın qapısı olmayan tərəfinə qoymuşdur. Əl çantasının içərisində bir ədəd özünə məxsus olan göy rəngli pul kisəsi var imiş. Pul kisəsinin içərisində 60 manat nağd pul və bir ədəd 600 manat dəyərində 750 əyyarlı, briliant qaşlı italian üzüyü olmuşdur. Həmin üzüyü iş vaxtı tibbi əlcəklərdən istifadə etdiyi uçun pul kisəsinin içərisinə qoymuşdur. O, həmin gün saat 16 radələrinə kimi öz iş fəaliyyəti ilə məşğul olmuşdur. Saat 16 radələrində öz otağına daxil olub əl çantasına baxdıqda açıq vəziyyətdə olduğunu və içərisində olan göy rəngli pul kisəsinin yerində olmadığını aşkar etmişdir. O, narahat olduğu üçün klinikada işləyən digər şəxslərdən pul kisəsini görüb-görmədiklərini soruşmuşdur. Lakin heç kim onun pul kisəsini gördüyünü deməmişdir. O, səhəri gün klinikanın rəhbərliyinə 30 manat dəyərində olan göy rəngli pul kisəsinin, içərisində olan 60 manat nağd pulun və bir ədəd 600 manat dəyərində, 750 əyyarlı qızıl üzüyünün oğurlandığı barədə məlumat vermişdir. Onlar klinkanın təhlükəsizlik kameralarına baxmışlar. Kameraya baxan zaman 16 mart 2021-ci il tarixdə əynində dəri gödəkçə olan 40-45 yaşlı bir kişinin klinikaya daxil olaraq içəridə şübhəli şəkildə gəzdiyini aşkar etmişdir. Həmin şəxs klinikaya saat 14 radələrində daxil olmuş, saat 15 radələrində çıxmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilkdə 675 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir. İş materiallarına əlavə olunmuş 01 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01.04.2021-ci il tarixdə vətəndaş X2 RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, işlədiyi “Sevinc Dental” klinikasında saxladığı pul kisəsinin içərisindən 600 manat dəyərində qızıl üzüyün və 60 manat nağd pulu oğurlanmışdır. Hadisə yeri ünvan 4 ünvandır. (i/v 6-8) İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsinə dair 20.09.2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskdə videogörünütləri əks etdirən 03 ədəd fayl möcuddur. 1-ci fayla baxış zamanı məlum olmuşdur ki, videogörüntülərdəki şəxs Təqsirləndirilən şəxsdur. İlkin olaraq Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən “Sevinc Dental” klinikasının qeydiyyat otağında dayanaraq ətrafa nəzər yetirir. 2-ci fayla baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sevinc Dental klinikasının dəhlizində hərəkət edərək oradakı otaqlara nəzər yetirir. 3-cü fayla baxşı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs dəhliz ilə hərəkət edir. (i/v 33) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 20.09.2021-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan qətimkan tədbirinin nəzərə alınması haqqında 24.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “azadlıqdan məhrumetmə” cəzasını çəkməsi nəzərə alınmışdır. (i/v 74) İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 24.12.2021-ci il tarixdə 15:00-dan 15:50-dək müddət ərzində Təqsirləndirilən şəxs habelə onun müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən hadisənin baş verdiyi ünvanın ünvan 6ntal” klinikasının olduğu müəyyən edilmişdir. (i/v 77) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli tələbnamədən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-205/2021 saylı, 30.08.2021-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunaraq sonuncu dəfə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 1(044)- 205/2021 saylı, 30.08.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli onun barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 mart 2021-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (i/v 88-93, 95-105) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2022-ci il tarixli, 9/127 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd göy rəngli qadın pul kisəsinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15,00 manat müəyyən olunur. 01 ədəd 750 əyyarlı, brilliant qaşlı (İtaliya) üzüyünün çəkisi və üzərində olan brilliant qaşların əlamətləri (kütləsi, keyfiyyəti və sair) məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i/v 83-85) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 1(044)-205/2021 saylı, 30.08.2021-cı il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Gəncə şəhəri Nizami rayon məhkəməsinin 1(044)-205/2021 saylı, 30.08.2021-cı il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun barəsində olan Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 mart 2021-ci il tarixdən hesablanmalı, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, ondan ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-172/2022 saylı, 10.03.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 11 mart 2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 28 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar