Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-173/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 175, mənzil 10-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 251 saylı ünvanda yerləşən “xxxx” tibbi klinikasının arxa tərəfində olan, kənar şəxslərin daxil olması üçün nəzərdə tutulmayan mətbəxin giriş qapısının açıq olmasından istifadə edib oraya qanunsuz daxil olaraq masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus, içərisində 13 manat pul, 13 manat dəyərində “Control Freak” markalı qaş geli və sonuncuya aid şəxsiyyət və sürücülük vəsiqələri olan 100 manat dəyərində çəhrayı rəngli “Michael Kors” markalı əl çantasını, habelə giriş qapısından sol tərəfdə olan divanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 40 manat dəyərində “Baseus” markalı qulaqcıq, 250 manat dəyərində qızılı rəngli, 32 GB yaddaşlı “Samsung” markalı, T515 modelli, **********21721 İMEİ kodlu planşet və 280 manat pul olan 35 manat dəyərində markası olmayan açıq çəhrayı rəngli əl çantasını gizli yolla talayaraq zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, həmin günü, saat 15:00-da Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik istifadəçisidir, əvvələr məhkum olunub. Daimi iş yeri olmadığı üçün maddi çətinlikləri olub. xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı ağrılarını azaltmaq üçün narkotik qəbul etmək istəsə də, pulu olmadığı üçün onu əldə edə bilməmişdir. Bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. Həmin günü, saat 14 radələrində o, Milli Konservatoriyanın yanı ilə hərəkətdə olarkən onun arxasındakı məhəlləyə getmiş, bu zaman orada birinci mərtəbədə bir giriş qapısının açıq olduğunu görmüşdür. Ətrafda heç kim olmadığından o, qapıdan içəri daxil olmuş və masanın üzərində çəhrayı rəngli əl çantası və girişdən solda olan divanın üzərində başqa bir açıq çəhrayı rəngli əl çantasını görüb onları götürərək oradan cəld çıxıb getmişdir. Bir qədər uzaqlaşıb əl çantaların içərisinə baxdıqda birində “Samsung” markalı planşet, təxmini 105 manat məbləğində pul, bir ədəd “Baseus” markalı “airpods” qulaqcıq, digərinin içərisində isə təxmini 15 manat məbləğində pulun olduğunu görmüşdür. Çantalardan birinin içərisində həmçinin sürücülük və şəxsiyyət vəsiqələri də var idi. O, pulları, planşeti və qulaqcığı götürüb çantaları yaxınlıqdakı zibilə atmışdır. Oğurladığı pulun 40 manatına “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən heroin almışdır. Daha sonra Qoqol küçəsində gəzərkən post-patrul xidmətinin əməkdaşlarını görüb qaçmağa cəhd etmiş, lakin onu saxlayıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə aparmışlar. Şöbədə əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi oğurluq əməlini binaya qanunsuz daxil olmaq kimi qiymətləndirilməsini əsaslı hesab etmir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 251 saylı ünvanda yerləşən ev heyvanlarının tibbi müayinəsi və müalicəsi ilə məşğul olan “xxxx” klinikasında işləyir. Mütəmadi olaraq klinikada havanın dəyişilməsi üçün onun pəncərələrini və arxa qapısını tez-tez açıq qoyurlar. Klinikaya giriş ön qapıdandır və gələn müştərilər də buradan daxil olurlar. Klinikanın arxa qapısı isə məhəlləyə açılır, lakin bu qapıdan heç vaxt kənar şəxslər içəriyə girmir. Qapıdan klinikaya daxil olduqda mətbəx kimi istifadə olunan kiçik otaq yerləşir və adətən onlar əşyalarını da orada saxlayırlar. xx xxxxxx 2020-ci il tarixdə işə gələndə o, markası olmayan açıq çəhrayı rəngli əl çantasını otağın giriş qapısından içəri daxil olduqda sağ tərəfdəki divanın üzərinə, Nərmin isə otaqdakı masanın üzərinə qoymuşdur. Saat 14 radələrində mətbəxə keçdikdə çantasını qoyduğu yerdə görməmiş və Nərminin onun yerini dəyişdiyini düşünüb çantanı ondan soruşmuş, lakin sonuncu da onunla birlikdə mətbəxə keçəndə çantaların yerində olmadığını görmüşlər. Nərminlə obyektin müşahidə kameralarına baxandan arxa qapıdan bir nəfərin otağa girib masanın üzərindən onun və Nərminin çantalarını oğurlayıb getdiyini aşkar etmişlər. Bundan sonra dərhal “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişlər. Onun oğurlanmış çantasının içərisində “Baseus” markalı “airpods” qulaqcıq, “Samsung” markalı, T515 modelli planşet və 280 manat pul olmuşdur. Çantası və planşeti tapılmışdır. Ona vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs1 ifadələrindən aydın olur ki, o, ev heyvanlarının tibbi müayinəsi və müalicəsi ilə məşğul olan “xxxx” MMC-də direktor, eyni zamanda baytar həkim kimi işləyir. Ev heyvanları ilə işlədiklərindən havanın dəyişməsi üçün klinikanın pəncərələrini və arxa qapını tez-tez açıq qoyurlar. Klinikaya giriş ön qapıdandır və gələn müştərilər də buradan yoxlanışsız içəriyə keçə bilirlər. Klinikanın arxa qapısı isə məhəlləyə açılır və hərdən oranı hava dəyişikliyi üçün açıq qalır. Buna baxmayaraq həmin qapıdan heç vaxt kənar şəxslər içəri daxil olmamışlar. Həmin qapıdan klinikaya daxil olduqda kiçik otaq yerləşir, oranı onlar mətbəx kimi istifadə edirlər və öz əşyalarını da orada saxlayırlar. İşə gələn zaman o öz çantasını otaqda yerləşən masanın üzərinə, Fidan isə giriş qapısından içəri daxil olan kimi sol tərəfdə yerləşən divanın üzərinə qoymuşlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Fidan mətbəxə keçib çantasını tapa bilmədikdə bu barədə ona xəbər vermişdir. O da mətbəxə baxdıqda çantasının yerində olmadığını müəyyən etmişdir. Daha sonra obyektin müşahidə kameralarına baxdıqda arxa qapıdan otağa daxil olan bir nəfərin masanın və divanın üzərindəki çantaları oğurlayıb getdiyini görmüşdür. Bundan sonra dərhal “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Ona məxsus, bir il əvvəl internet vasitəsilə 300 manata aldığı “Michael Kors” markalı əl çantasının içərisində şəxsiyyət və sürücülük vəsiqəsi, 13 manat məbləğində pul və “Control Freak” markalı qaş geli olmuşdur (İ cild, i.v.115-116, 210-211). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə post-patrul xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş raport əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində şöbəyə gətirilmiş, orada videoçəkilişlə üzərinə axtarış aparılan zaman onda olan qanunsuz əşyaları könüllü təqdim etməsi təkif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağız bükümünü, daha sonra köynəyinin alt hissəsindən şalvarının kəmərinə keçirilmiş bir ədəd “Samsung” markalı planşeti çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, “Samsung” markalı planşeti isə qapısının açıq olmasından istifadə edərək tibbi klinika kimi fəaliyyət göstərən obyektdən oğurladığını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 0x xxxxxx 2020-ci il tarixli, 6/2381 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxsS” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,211 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,161 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.55-57); 1x xxxxxx 2020-ci il tarixli, 9/5251 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 15x20 sm ölçülü “Michael Kors” markalı, çəhrayı rəngli qadın əl çantasının qiyməti 100 manat, 30x30 sm ölçülü açıq çəhrayı rəngli qadın əl çantasının qiyməti 35 manat, qızılı rəngli, 32 GB yaddaşlı, Vyetnamda istehsal edilmiş, “Samsung” markalı, SM-T515 modelli, **********21721 İMEİ kodlu planşetin qiyməti isə 250 manat müəyyən edilir. Təqdim edilməyən, istifadədə olmuş “Baseus” markalı “airpods” qulaqcığın qiyməti nəzəri qaydada təxminən 40,00 manat müəyyən olunur, bir ədəd “Control Freak” markalı qaş geli isə qiymətsizdir. Aparılmış tədqiqatın dəyəri isə 50 manat təşkil edir (İ cild, i.v.206-209); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında xx.xx.2020-ci il tarixli, 3335 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.203-204); “Maddi sübut kimi tanınmaq haqqında” 04, xx xxxxxx 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx.xx.2020-ci il tarixli qərarlara əsasən Zərərçəkmiş şəxs1 məxsus 15x20 sm ölçülü 100 manat dəyərində “Michael Kors” markalı, çəhrayı rəngli qadın əl çantası, sonuncuya aid şəxsiyyət və sürücülük vəsiqələri, Zərərçəkmiş şəxs2 Nazim qızına məxsus 30x30 sm ölçülü, markalanmasına dair heç bir məlumat olmayan 35 manat dəyərində açıq çəhrayı rəngli qadın əl çantası, qızılı rəngli, 32 GB yaddaşlı, Vyetnamda istehsal edilmiş, “Samsung” markalı, SM-T515 modelli, **********21721 İMEİ kodlu planşet, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,161 qram heroin və hadisəni əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmiş, əl çantaları, vəsiqələr və planşet hər biri öz sahiblərinə qaytarılmış, bir ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.216-217, 219-220, 222, 224-225, 240-252); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)- 646/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.155-158); Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus 15x20 sm ölçülü “Michael Kors” markalı çəhrayı rəngli qadın əl çantası, şəxsiyyət və sürücülük vəsiqələri tapılmış, tapılmayan “Control Freak” markalı qaş geli və 13 manat pul isə Təqsirləndirilən şəxs yaxınları tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur (İ cild, i.v.215); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışı, məhkəmə hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 11 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.170-171,177-183, 188-189). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,161 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 164 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 məxsus 15x20 sm ölçülü, “Michael Kors” markalı, çəhrayı rəngli qadın əl çantası, şəxsiyyət və sürücülük vəsiqələri, Zərərçəkmiş şəxs2 Nazim qızına məxsus 30x30 sm ölçülü, açıq çəhrayı rəngli qadın əl çantası, qızılı rəngli, 32 GB yaddaşlı, Vyetnamda istehsal edilmiş, “Samsung” markalı, SM- T515 modelli, **********21721 İMEİ kodlu planşet sahiblərinin istifadəsində, bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 164 (yüz altmış dörd) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,161 qram narkotik vasitə heroin məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 15x20 sm ölçülü, “Michael Kors” markalı, çəhrayı rəngli qadın əl çantası, şəxsiyyət və sürücülük vəsiqələri, Zərərçəkmiş şəxs2 Nazim qızına məxsus 30x30 sm ölçülü, açıq çəhrayı rəngli qadın əl çantası, qızılı rəngli, 32 GB yaddaşlı, Vyetnamda istehsal edilmiş, “Samsung” markalı, SM-T515 modelli, **********21721 İMEİ kodlu planşet sahiblərinin istifadəsində, bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-173/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-173/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver