Məhkəmə qərarları › İş №1(006)-173/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-173/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-173/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2017-ci ilin sentyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən «Buxara» kafesinin qarşısında Zərərçəkmiş şəxs1 ona verilməsi üçün Şahid2 verdiyi 15000 (on beş min) manat, 2017-ci ilin noyabr ayının əvvəllərində yenidən həmin ünvanda Zərərçəkmiş şəxs1 15000 (on beş min) manat olmaqla, ümumilikdə 30000 (otuz min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs LH.Həsənovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən «Zengi liseyi»-nə direktor vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən «Buxara» kafesinin qarşısında 48000 (qırx səkkiz min) manat pulunu alıb ələ keçirərək vədinə əməi etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 tanışı Şahid4 Bakı şəhəri, Xəzər rayonu, 26 saylı orta məktəbinə kimya müəllimi vəzifəsinə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq 29 mart 2018-ci il tarixdə ünvan 4 ünvanında 6000 (altı min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 tanışı Şahid3 Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə tarix müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq 10 iyun 2018-ci il tarixdə ünvan 5 ünvanında 10000 (on min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar səxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 qızı Ulduz Tağızadəni Bakı şəhəri 198 saylı uşaq bağçasına müdir vəzifəsinə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs2 yalandan vəd verib aldadaraq 28 iyun 2018-ci il tarixdə ünvan 6 ünvanında 25000 (iyirmi beş min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayında tanışı Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona borca pul lazım olduğunu, borc verən tanışı olub-olmadığını soruşmuş Xuramanda qonşuluğunda yaşayan Ləman adlı qadının aylıq 5% ilə sələmə pul verdiyini bildirdikdə o, Ləman ilə danışmasını ona 15000 manat sələmə pul verə bilib- bilməməsini soruşmasını istəmişdir. Təxminən 1-2 saatdan sonra Xuraman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Ləman ilə danışdığını, sonuncunun ona 10000 manat pulu sələm olaraq verə biləcəyini demiş, o da razılaşmış. Xuramanda 10000 manat pulu Ləmandan alıb ona verəcəyini bildirmişdir. Həmin günün səhəri təxminən saat 19 radələrində Xuraman yaşadığı Nəsimi rayonu, R.Rza 31 ünvanının qarşısına gələrək onunla görüşmüş və Ləmandan aldığı 10000 manat pulu ona vermişdir. Təxminən 3-4 gündən sonra o, yenidən Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona əlavə olaraq 1000 manat borca pul tapmasını istəmiş, Xuramanda maraqlanıb ona deyəcəyini bildirmişdir. Təxminən 2-3 saatdan sonra Xuraman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Ləmandan aylıq 5% ödəməklə 1000 manat sələmə pul ala biləcəyini bildirmiş, o Xuramanın vasitəsi ilə Ləmandan aldığı 11000 manat pul müqabilində aylıq olaraq 550 manat pulu Ləmana verilməsi üçün Xuramana və onun həyat yoldaşı Azərə vermişdir. 2018-ci ilin mart ayında o, Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Ləmandan ona borca pul istəməsini xahiş etmiş. Xuraman onun Ləmandan yuxarı məbləğdə borca pul aldığını, ona görə artıq Ləmanın özünün də onunla tanış olmaq istədiyini demişdir. Bundan sonra Xuramandan Ləmanın istifadəsində olan mobil telefon nömrəsini öyrənib onunla əlaqə saxlamış, Ləmanla telefon vasitəsi ilə əlaqə saxladıqda işlədiyi BDU-ni bitirdiyini öyrənmişdir. 2018-ci ilin aprel ayında Ləmanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona borca pul lazım olduğunu, borca pul verə biləcək tanışı olub-olmadığını soruşmuş, Ləman da Qamət adlı tanışinin sələmə pul verdiyini, onunla əlaqə saxlaması üçün istifadəsində olan mobil telefon nömrəsini Qamətə verəcəyini bildirmişdir. Təxminən 1-2 gündən sonra Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, söhbət zamanı aylıq 10% ödəmək şərti ilə sələmə pul verdiyini bildirmiş, o da Qamətə ona nə qədər yuxarı məbləğdə sələmə pul verə bilərsə verməsini istəmişdir. Həmin ərəfələrdə Qamət ilə də əlaqə saxlayaraq ona sələmə pul verməsini istəmiş, Qamətdə ona sələmə pul verməyə razılaşmış, lakin pulu notariat qaydada verəcəyini dedikdə o, da Qamətlə razılaşmışdır. 29 mart 2018-ci il tarixdə təxminən saat 15 radələrində Qamət ilə Nəsimi rayonu ərazisində yerləşən 29 saylı notariat kontorunda sonuncu ona 6000 manat, pulu borc verməsi barədə “Kredit müqaviləsi“ bağlamışlar, Qamət ona 6000 manat pulu sələm olaraq vermişdir. Bundan sonra o, aylıq olaraq 600 manat olmaqla 3 ay müddətində götürdüyü pulun sələmi olaraq 1800 manat pulu Qamətə yaşadığı evdə görüşüb ona vermişdir. Həmin ərəfələrdə Qamət ilə əlaqə saxlayaraq ona yenidən sələmə pul lazım olduğunu demiş, sonuncuda etiraz etmədən sələmə pul verməyə razılaşaraq 2018-ci ilin iyun ayında sonuncu və onun anası Şahid1 ilə 1 saylı ASAN xidmət mərkəzində10000 manat, 28 iyun 2018-ci il tarixdə 29 saylı notariat notariat kontorunda Qamətin ona 25000 manat məbləğində borca pulu vermiş və həmin pula dair '‘Kredit müqavilələri” bağlamışlar 2018-ci ilin iyul ayından 2019-ctı ilin oktyabr ayınadək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 14000 manat pulu sələm olaraq Qamətə vermişdir. Bununla paralel olaraq o, Ləmana da ondan aldığı 11000 manat pul müqabilində aylıq olaraq 550 manat olmaqla ümumilikdə 13750 manat pul vermişdir. Lakin, maddi imkanı zəif olduğundan daha onlardan sələm götürdüyü pulları geri qaytara bilməmişdir. Həmçinin bildirmişdir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 5000 manat olmaqla cəmi olaraq 10000 manat ödəmişdir. Daha sonra, özünü qismən təqsirli bilməsini, məhkumluğunun olmamasını, qadın olmasını, məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs2 8000 manat, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hər birinə 5000 manat, cəmi olaraq 10.000 vurulmuş ziyandan ödəməsini, həmçinin “Sol sidik axarının konkrementi, sol tərəfli hidronefroz, kalkulyoz pielonefrit, sağ böyrəyin kistası, hipertoniya” xəstəliyindən əziyyət çəkməsini və qısa müddətə ona verilmiş pulların qaytaracağını bildirərək ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri CD disklərdə olan məlumatlarla və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində işləyir. 2017-ci ilin avqust ayının sonlarında yaşadığı evin qarşısında olarkən qonşuluğunda yaşayan tanışı Şahid2 ilə görüşmüş, görüş zamanı gələcək planları barədə söhbət etmişlər. Həmin vaxt Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə düzəlmək istədiyini dedikdə Xuraman Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, sonuncunun onunla birlikdə Bakı Dövlət Universitetində işlədiyini, Sevərin anası olan Şahid10 Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun və Təhsil Nazirinin müavini Mətin Eynullayevin orta məktəbdə təhsil alarkən müəlliməsi olduğunu, Şahid10 onun orta məktəblərin birinə direktor düzəlməsinə köməklik edə biləcəyini demiş, o da Xuramana Sevər ilə onun işi ilə bağlı əlaqə saxlamasını dedikdə Xuraman Sevər ilə bu barədə danışıb ona deyəcəyini bildirmişdir Təxminən 2-3 gündən sonra Xuraman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıraq Sevər ilə onun işi barəsində söhbət etdiyini. Sevərin onu Sabunçu rayonu əraziyində yerləşən orta məktəblərin birinə direktor kimi işə düzələcəyi halda 30000 manat məbləğində pul verməli olduğunu, lakin 30000 manat pulun 15000 manatını ilkin olaraq sənədləri ilə birlikdə Sevərə verməli olduğunu, yerdə qalan 15000 manat pulu isə direktor vəzifəsinə təyinat aldıqdan sonra verəcəyini demiş, o da razılaşmışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində Xuraman onunla yenidən əlaqə saxlayaraq onun sənədləri ilə birlikdə 15000 manat pulu Sevərə verməli olduğunu demişdir. Bundan sonra o, Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun direktor vəzifəsinə düzəlməsi üçün görüşmək istədiyini demiş, Xuramanda ona etiraz etməmişdir. Təxminən saat 19 radələrində Xuramanla yaşadığı evin qarşısında görüşmüş, görüş zamanı Sevərə verməsi üçün Xuramana 15000 manat pulu, diplomunun, şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının sürətini vermişdir. Təxminən yarım saatdan sonra Xuraman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış. Sevər ilə yaşadığı evin qarşısında görüşdüyünü, ona məxsus olan 15000 manat pulu və sənədlərin surətlərini sonuncuya verdiyini bildirmişdir. Bundan sonra, o qısa vaxt ayrıcında tez-tez Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, işi ilə əlaqədar maraqlanmış. Xuramanda Sevərlə danışdığını, onun yaxın müddəldə Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə düzələcəyini bildirmişdir. Həmçinin istifadəsində olan mobil telefonla Sevər ilə əlaqə saxlamış və işi ilə maraqlandıqda, sonunvu Xuramanın onun direktor vəzifəsinə təyinat alması üçün ona 15000 manat məbləğində pul verdiyini, bununla əlaqədar anası Həlimənin Təhsil Naziri Mikayıl Cabbarovla danışdığını, onun direktor vəzifəsinə təyin olunması üçün tərtib olunmuş sənədlərə artıq Təhsil Naziri tərəfindən «dərkənar” qoyulduğunu demişdir. 2017-ci ilin oktyabr ayında iş yoldaşı Fidanın ərinin vəfatı ilə əlaqədar keçirilən yas mərasiminə getmiş, yas mərasimində olarkən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Qamət ilə yas mərasimində danışarkən Qamətin təhsil sahəsində işlədiyini görüb ona gələcək planları barədə söhbət etdikdə məktəb direktoru vəzifəsinə keçmək istədiyini bildirmiş. Zərərçəkmiş şəxs2 əvvəllər məktəb direktoru vəzifəsində işlədiyini, yenidən məktəb direktoru vəzifəsinə keçmək istədiyini demiş, o sonuncuya əlaqə saxlaya bilməsi üçün Sevərin istifadəsində olan mobil telefon nömrələrini vermiş, daha sonra özü məlumat üçün Sevər ilə əlaqə saxlamış, Zərərçəkmiş şəxs2 adlı tanışının əvvəllər məktəb direktoru işlədiyini, hal-hazırda da yenidən məktəb direktoru keçmək istədiyindən Qamətə onun istifadəsində olan mobil telefonu nömrəsini verdiyini bildirmişdir. Bundan sonra Qamət Sevər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Sevər Qamətin orta məktəblərin birinə direktor vəzifəsinə işə düzəlməsinə görə onun 50000 manat verməsini istədikdə Qamətdə Sevər ilə razılaşmışdır. Belə ki, o Qamət ilə söhbət eldikdə bu barədə Qamət özü ona danışmışdır. Həmin ərəfələrdə, 2017-ci ilin noyabr ayının əvvəllərində Sevər onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun yerdə qalan 15000 manat pulu da verməli olduğunu demiş, o 15000 manat pulu məktəb direktoru vəzifəsinə təyinat aldıqdan sonra verəcəyini bildirmiş, həmin vaxt Sevər 10-15 gün müddətində onun məktəb direktoru vəzifəsinə təyinat alacağını dedikdə o, artıq Sevər ilə razılaşmalı olmuşdur. Həmin ərəfələrdə Sevər onur işə düzəlməsi üçün yerdə qalan 15000 manat pulu da verməsini tələb etmişdir. Təxminən 2 gündən sonra o, Xuramanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 15000 manat pulu Sevərə verməli olduğunu, pulu onunla birlikdə vermək istədiyini bildirmiş, Xuramanda işdən çıxdıqdan sonra onunla birlikdə Sevər ilə görüşə biləcəyini demişdir. Təxminən saat 19 radələrində Xuraman yaşadığı evin qarşısına gəlmiş, Xuramanla görüşdükdən sonra Sevərlə görüşmək məqsədi ilə ünvan 8 ünvanında yerləşən «Buxara» restoranının qarşısına getmişlər. «Buxara» restoranının qarşısında Sevər ilə görüşmüş, görüş zamanı 15000 manat pulu Sevərə vermiş, Sevərdə pulu bu gün Təhsil Nazirinin müavini M.Eynullayevin sürücüsünə verəcəyini, təxminən 5-6 gün müddətində onun məktəb direktoru vəzifəsinə təyinat alacağını demişdir. Təxminən 2-3 gündən sonra Qamət onunla əlaqə saxlamış, Sevərlə onun məktəb direktoru vəzifəsinə keçməsi üçün danışdığını, Sevərin onu Bakı şəhəri ərazisində mərkəzi rayonların birinə məktəb direktoru keçməsi üçün ondan 50000 manat məbləğində pul istədiyini, həmin pulu Sevərlə görüşüb verməli olduğunu, ona görə Sevərlə görüşməyə onunla birlikdə getmək istədiyini demiş, o da Qamətlə razılaşmışdır. Bundan sonra o, Xuramanla əlaqə saxlamış, Qamətin Sevərə pul verməsi üçün birlikdə getməklərini təklif etmiş, Xuramanda onunla razılaşmışdır. Təxminən saat 19 radələrində Xuraman və Qamətlə Yasamal rayonu ərazisində yerləşən «Buxara» restoranının qarşısında görüşmüşlər. Təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs «Buxara» restoranının qarşısına gəlmiş, Sevər onlarla görüşdükdən sonra Qamət 48000 manal məbləğində pulu ona vermiş, Sevərdə Qamətin yaxın müddətdə məktəb direktoru vəzifəsinə təyinat alacağını demiş, o Sevər ilə tez-tez əlaqə saxladıqda Sevər hər dəfəsində müxtəlif tarixlər göstərərək onun məktəb direktoru vəzifəsinə təyinat alacağını demişdir. 2017-ci ilin dekabr ayında Təhsil Naziri M.X6 təyin olunmuş. Təhsil Naziri isə Ceyhun Bayramov təyin olunmuşdur. Bundan sonra o, Sevər ilə əlaqə saxladıqda Sevər yeni Təhsil Naziri təyin olunmuş C.Bayramovun M.Cabbarovla yaxın münasibətdə olduğunu, ona görə onun və ya Qamətin məktəb direktoru təyin olunmasında heç bir problem olmayacağını demişdir. Həmin ərəfələrdə Sevər onun yaxın müddətdə direktor vəzifəsinə təyinat alacağını deyərək onu aldatmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Sevər onun yaxın müddətdə işinin düzələcəyini deyərək onu aldatdığını gördüyündən verdiyi 30000 manat pulu geri qaytarmasını istəmiş. Sevər hər dəfəsində ayrı-ayrı tarixlərdə pulu geri qaytaracağını desə də onu aldadaraq pulu qaytarmamışdır. İlk əvvəl o Sevərə inanmış, lakin daha sonra sonuncunun əvvəllərdə bir neçə şəxsi aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirməsi barədə Bakı şəhər BPİ-nin İstintaq İdarəsində cinayət işinin istintaq edilməsini öyrənmişdir. Bundan sonra o, Sevərin onu aldadaraq dələduzluq yolu ilə 30000 manat pulunu ələ keçirməsini başa düşmüşdür. Bununla əlaqədar o, qayınatası Nizami, qayınanası Roza, Xuramanla birlikdə Sevərin yaşadığı evə getmiş, orada Sevərin anası Həlimə və qardaşı Sevərin hal-hazırda həbsdə olduğunu, ona görə şikayət etməmələrini, Sevər həbsdən azad olunduqdan sonra onlara dəymiş maddi ziyanı tam ödəyəcəyini bildirmiş, onlarda Həlimə və Ucala inanmışlar. Bir müddətdən sonra Sevər dəymiş maddi ziyanları ödədiyindən Yasamal Rayon Məhkəməsinin hökmü ilə həbsdən azad olunmuşdur. O, bununla əlaqədar Sevərlə və anası Həlimə ilə əlaqə saxladıqda onlar hər dəfəsində ayrı-ayrı vaxtlarda pulu geri qaytaracağını deyərək onu aldatmışdır. Həmin ərəfələrdə ona məlum olmuşdur ki, Sevər ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs2 aldadaraq onun ümumilikdə 89000 manat pulunu ələ keçirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 30000 (otuz) min manat ziyandan 5000 (beş min) manatını ödənilməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayında tanışı Fidanın əri vəfat etdiyindən onun yas mərasiminə getmiş, yas mərasimində olarkən Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Ləman ilə yas mərasimində danışarkən, Ləman məktəb direktoru keçmək istədiyini bildirmiş, o Ləmandan kimin köməkliyi ilə məktəb direktoru keçmək istədiyini soruşduqda, Ləman Xətai rayonu 147 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyən Şahid10 qızı Təqsirləndirilən şəxs köməkliyi ilə 30000 (otuz min) manat müqabilində Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzələcəyini bildirmişdir. Həmin vaxt o, Ləmana əvvəllər orta məktəbdə direktor işlədiyini, hal-hazırda direktor müavini vəzifəsində işlədiyini, mümkün olarsa onun da direktor vəzifəsinə düzəlməsi ilə əlaqədar Şahid10ıı qızı Təqsirləndirilən şəxs ilə danışmasını istəmiş, Ləmanda ona razılıq vermişdir. Təxminən 3-4 gündən sonra Ləman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun işi ilə əlaqədar Şahid10 qızı Təqsirləndirilən şəxs ilə danışdığını, onun orta məktəbə direktor vəzifəsinə işə düzələ biləcəyini deyərək əlaqə saxlaması üçün Sevərin istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Sevər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, söhbət zamanı Sevər anası Həlimənin onun barəsində həmin ərəfələrdə Azərbaycan Respublikası Təhsil Naziri vəzifəsində işləyən Mikayıl Cabbarovla və Təhsil nazirinin müavini Mətin Eynullayevlə danışdığını, göstərilən şəxslərin onun Nizami rayonu ərazisində yerləşən «Zəngi» litseyinə direktor keçməsinə razılıq verdiklərini, lakin bunun müqabilində onun 50000 manat məbləğində pul verməli olduğunu demiş, o da Qamətin təklifi ilə razılaşmışdır. Təxminən 3-4 gündən sonra, 2017-ci ilin noyabr ayının əvvəllərində 48000 manat pul toplayıb Ləman ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, direktor vəzifəsinə keçmək üçün Sevərlə görüşüb ona 48000 manat məbləğində pul verməli olduğunu, Sevərlə görüşməyə gedərkən onunda iştirak etməsini xahiş etmiş, Ləman da ona razılıq vermişdir. Təxminən saat 19 radələrində Yasamal rayonu ərazisində yerləşən «Buxara» restoranının qarşısında Ləman və onun tanışı Xuraman adlı şəxslə görüşmüş, Ləman onu Xuramanla tanış edərək Sevərlə onu Xuramanın tanış etdiyini demişdir. Təxminən 5 dəqiqədən sonra Sevər gəlmiş, onlarla görüşdükdən sonra o, Sevərə 50000 manat pul tapa bilmədiyindən 48000 manat məbləğində pul gətirdiyini demiş, Sevərdə heç bir problem olmadığını deyərək 48000 manat pulu ondan almış, o Sevərdən «Zəngi» İitseyinə nə vaxt direktor vəzifəsinə düzələcəyini soruşduqda, Sevər yaxın müddətdə müsabiqələr keçiriləcəyini, həmin ərəfədə də Ləmanın və onun direktor təyin olunacaqlarını demiş, o da Ləmanda Sevərə inanaraq çox sağolarını bildirmişlər. Bundan sonra o, tez-tez Sevərlə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq nə vaxt direktor vəzifəsinə işə düzələcəyini soruşmuş, Sevərdə müxtəlif tarixlər göstərərək onun direktor vəzifəsinə təyinat alacağını deyib onu aldatmışdır. 2017-ci ilin dekabr ayında Təhsil Naziri Mikayıl X6 təyin olunmuş. Təhsil Naziri isə Ceyhun Bayramov təyin olunmuşdur. Bundan sonra o, Sevər ilə əlaqə saxladıqda, Sevər yeni Təhsil Naziri təyin olunmuş X5 Cabbarovla yaxın münasibətdə olduğunu, ona görə onun həmçinin Ləmanın məktəb direktoru təyin olunmasında heç bir problem yaranmayacağını demişdir. 2018-ci ilin mart ayının ortalarında Xəzər rayonu 26 saylı orta məktəbin direktoru vəzifəsində işləmiş tanışı Natiq onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, o onunla söhbət zamanı yenidən direktor vəzifəsində işləyəcəyini bildirmiş, həmin vaxt Natiq də ona xeyirli olsun deyə cavab vermişdir. Təxminən 1-2 gündən sonra Natiq onunla mobil telefen vasitəsi ilə əlaqə saxlamış və 26 saylı orta məkləbdə kimya müəllimi kimi işə düzəlmək istədiyini, onu direktor vəzifəsinə keçməkdə köməklik edən şəxsin ona da işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o da onu direktor vəzifəsinə düzəldən şəxsə maraqlanıb məlumat verəcəyini demişdir. Bundan sonra Sevər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, tanışının əvvəllər 26 saylı orta məktəbdə direktor vəzifəsində işlədiyini, hal-hazırda isə işsiz olduğunu və həmin məktəbdə kimya müəllimi kimi işə düzəlmək istədiyini, tanışını işə düzəlməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Sevərdə göstərilən işi həll edə biləcəyini, lakin bunun müqabilində 6000 manat məbləğində pul verilməli olduğunu demişdir. O. Natiq ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu direktor vəzifəsinə düzəldən Sevər adlı şəxslə əlaqə saxladığını, həmin şəxsin onu göstərilən işə düzəldəcəyini, lakin bunun müqabilində 6000 manat məbləğində pul verilməli olduğunu demiş, Natiqdə razılaşmışdır. Həmin günün sabahı təxminən saat 16 radələrində Natiq ilə «Koroğlu» metrostansiyasının yaxınlığında görüşmüş, görüş zamanı Natiq 6000 manat pulu ona vermiş, o, da evə qayıtmış, Sevərlə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, onunla görüşüb tanışının işə düzəlməsi üçün ona 6000 manat məbləğində pul verməli olduğunu demiş, Sevərdə gəlib pulu onun yaşadığı evdən götürəcəyini bildirmişdir. 29 mart 2018-ci il tarixdə Sevər yaşadığı evə gəlmiş, söhbət zamanı o, ona yüksək məbləğlərdə pul verdiyi üçün narahat olduğunu dedikdə, Sevər onun narahat olduğu halda pulu rəsmi qaydada notariat kontorunda müqavilə bağlamaqla verə biləcəyini demişdir. O, da Sevərin təklifi ilə razılaşmışdır. Və sonuncu ilə birlikdə yaşadığı evin yaxınlığında Bakı şəhəri 29 saylı notariat kontoruna getmiş, kontorda onun Sevərə 6000 manat pulu borc olaraq verməsi barədə «Kredit müqaviləsi» bağlamışlar. Bundan sonra təxminən saat 17 radələrində o, Sevərlə Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 46 mənzil 8 ünvanında qonşuluğunda yaşayan anası Şahid1 evinə qayıtmış. 6000 manat məbləğində pulu Sevərə vermiş. Sevər də yaxın müddətdə onun tanışının işə düzələcəyini demişdir. 2018-ci ilin iyun ayının sonlarında tanışı Zərdab rayonunda orta məktəb direktoru işləyən Rəna Əhmədovla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Rəna ilə söhbət zamanı o, yaxın müddətdə yenidən məktəb direktoru vəzifəsinə təyinat alacağını dedikdə Rənada qızının təhsili ilə əlaqədar Bakı şəhərində olan məktəblərin birinə müəllimə kimi işə düzəlmək istədiyini, onu direktor vəzifəsinə düzəldən şəxsin onu da Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə tarix müəlliməsi kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o da həmin şəxslə maraqlanıb və ona məlumat verəcəyini demişdir. Bundan sonra Sevər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, tanışının Zərdab rayon ərazisində yerləşən orta məktəbdə direktor vəzifəsində işlədiyini, həmin şəxsin Bakı şəhəri ərazisində yerləşən orta məkəblərin birinə tarix müəlliməsi kimi işə düzəlməsində köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Sevərdə həmin işi həll edəcəyini, lakin bunun müqabilində 10000 manat, məbləğində pul verilməli olduğunu demiş, o Rəna ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onu direktor vəzifəsinə düzəldən Sevər adlı şəxsin onun Bakı şəhər orta məktəblərin birinə müəllimə kimi işə düzəlməsi üçün 10000 manat məbləğində pul istədiyini demiş, Rənada onunla razılaşaraq Bakı şəhərinə gəldikdə 10000 manat pulu ona verəcəyini demişdir. Həmin ərəfədə Şahid3 yaşadığı evə gəlmiş, işə düzəlməsi üçün 10000 manat pulu ona vermişdir. 10 iyun 2018-ci il tarixdə Sevər onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq tanışının işə düzəlməsi üçün ona verməli olduğu 10000 manat pulu ondan götürmək istədiyini demiş, o da hal-hazırda işdə olduğunu, işə düzəlməli olan şəxsin verdiyi 10000 manat pulun anası Larisanın yaşadığı evdə olduğunu, Sevərin anası Larisanın yaşadığı evə gedərək pulları anasından götürməsini demiş, Sevərdə razılaşımışdır. Təxminən saat 18 radələrində yaşadığı evə getmiş, anası Larisa ilə söhbət edərkən, Larisa Sevərlə birlikdə Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı «ASAN» xidmət mərkəzinə getdiklərini, orada Sevərə 10000 manat pulu borc olaraq verməsi barədə «Kredit müqaviləsi» bağladığını, daha sonra isə 10000 manat pulu verdiyini bildirmişdir. Buııdan sonra o, Sevər ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış. Sevər anası Larisadan 10000 manat pulu aldığını, göstərilən şəxsin yaxın müddətdə işə düzələcəyini demiş o, da Sevərə inanmışdır. Təxminən 10 gündən sonra, yəni 2018-ci ilin iyun ayının sonlarında Sevər ilə mobil telefon vasitəsi ilə danışarkən o, Bakı şəhər İcra Hakimiyyətinin müavini Hidayət müəllimin onun anası Həlimə ilə yaxın münasibətdə olduğunu demiş, o da Hidayət müəllimin vasitəsi ilə qızı Ulduzu Sabunçu rayonu 198 saylı uşaq bağçasına direktor vəzifəsinə düzəldə bilib bilməyəcəyini soruşmuş, Sevərdə qızı Ulduzu 198 saylı uşaq bağçasına direktor vəzifəsinə düzəldə biləcəyini, lakin bunun müqabilində onun 25.000 manat məbləğində pul verməli olduğunu demiş, o da Sevərlə razılaşmışdır. 28 iyun 2018-ci il tarixdə təxminən saat 16 radələrində Sevər yaşadığı evə gəlmiş, o Sevərlə birlikdə yaşadığı evin yaxınlığında yerləşən 29 saylı Notariat Kontoruna getmiş, notariat Kontorunda Sevərə 25000 manat məbləğində pul verməsi barədə «Kredit müqaviləsi» bağlamışlar, daha sonra təxminən saat 17 radələrində Sevərlə birlikdə anası Larisanın yaşadığı evə qayıtmışlar, anası Larisanın iştirakı ilə 25000 manat pulu Sevərə vermiş. Sevərdə təxminən 1 ay müddətində qızının bağça müdiri vəzifəsinə təyin olunacağını demişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq o, qızı Ulduz, tanışları Rəna və Natiq işə düzəlməmiş, o bu barədə Sevər ilə əlaqə saxladıqda. Sevər hər dəfəsində müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Həmin ərəfələrdə Rəna və Natiq onunla tez-tez mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, işə düzəlmə məsələsinin nə yerdə olduğunu soruşurmuşar, o da onlardan aldığı pulları Təqsirləndirilən şəxs adlı şəxsə verdiyini, həmin şəxsində hər dəfəsində onu müxtəlif bəhanələr gətirdiyini demişdir. O, Rənanın və Natiqin mütəmadi olaraq onunla əlaqə saxlayıb, ondan iş soruşmalarından narahat olduğundan onlara aldığı pulları geri qaytarmaq istədiyini demişişdir. Belə ki, bu işlərlə əlaqədar o hər dəfəsində Sevərlə əlaqə saxlamış, Sevərin dediyi işləri həll edəcəyi tarixləri onlara demiş həmin tarixlərdə iş düzəlmədiyindən onlar onunla yenidən əlaqə saxlamış, ondan iş barəsində soruşmuşlar. Bundan əlavə o, artıq Sevərin bir neçə şəxsi aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmiş, ona görə də Rəna və Natiqə pulların, geri qaytarıb özünün Sevərdən pulunu tələb etməyi düşünmüş, o ayrı-ayrı vaxtlarda Rəna və Natiq ilə görüşmüş. Rənadan aldığı 10000 manatı, Natiqdən aldığı 6000 manatı onlara geri qaytarmışdır. Bundan sonra Sevər ilə əlaqə saxlamış, ona verdiyi ümumilikdə 89000 manat pulu geri qaytarmasını tələb etmiş, Sevər 89000 manat müqabilində onu Gəncə şəhər Təhsil İdarəsinə müdir vəzifəsinə keçirdə biləcəyini demiş, o ona artıq inanmayaraq pulunu geri qaytarmasını tələb etmişdir. Sevər hər dəfəsində ayrı-ayrı tarixlərdə pulu geri qaytaracağını desədə onu aldadaraq pulu qaytarmamışdır. İlk əvvəl o. Sevərə inanırmış, lakin daha sonra onun əvvəllərdə bir neçə şəxsi aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirməsi barədə Yasamal Rayon Məhkəməsinin icraatında cinayət şi olduğunu öyrənmişdir. Bununla əlaqədar o, Sevərin qardaşı Ucalla və anası Həlimə ilə əlaqə saxlamış, onlar hər ikisi Sevərin ondan aldığı 89000 manat pulu geri qaytaracağını demiş, lakin nəticədə Sevərin ondan aldığı 89000 manat pul geri qaytarılmamışdır. Bundan sonra o, Sevərin qardaşı Ucall polisə şikayət edəcəyini bildirmiş, 2018-ci ilin oktyabr ayında Sevər 8000 manat pulu anasının yaşadığı evə gətirib ona vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə 8000 manat və məhkəmə istintaqı zamanı 5000 manat pulun aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə uzun illərdir ki, qonşuluqda yaşayır, ailəvi yaxın münasibətləri olmuş, sonuncu ilə eyni zamanda BDU-da 1994-2000-ci illərdə təhsil almışlar. Təhsil aldıqları illərdə Təqsirləndirilən şəxs Filologiya fakültəsi Klassik Azərbaycan ədəbiyyatı kafedrasında laborant vəzifəsində çalışmış, təhsillərini bitirdikdən sonra X2, o isə BDU-ya Sevərin çalışdığı kafedraya işə qəbul olmuşdur. Həmin vaxtdan etibarən Ləman ilə və Sevər ilə münasibəti olmuşdur. Sevər ilə söhbət zamanı, sonuncu anası Şahid10 Xətai rayonu 147 saylı orta məktəbdə direktor vəzifəsində çalışdığını, anası Şahid10 Təhsil Nazirliyində rəhbər vəzifədə çalışan keçmiş şagirdləri vasitəsilə tanışlarını işə düzəltməkdə köməklik göstədiyini demiş, xatırladığı qədər təxminən 12 il bundan əvvəl tanışı Arzuya işində dərs yükü ilə bağlı Sevərin anası Həlimə xanım Mehdiyeva təmənnasız yardım etmişdir. 2017-ci ilin avqust ayında yaşadığı evin yaxınlığında olarkən qonşuluğunda yaşayan Ləman ilə görüşmüş, görüş zamanı sonuncu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə düzəlmək istədiyini dedikdə o, Sevərin tanışlarını anası Şahid10 vasitəsi ilə Təhsil Nazirliyində yüksək vəzifələrə işə düzəltdiyini deməsini xatırlamış, ona görə də Ləmana Sevərin ona anası Həlimənin Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun və Təhsil Nazirinin müavini Mətin Eynullayevin orta məktəbdə təhsil alarkən müəlliməsi olduğunu, Həlimənin onu orta məktəblərin birinə direktor düzəlməsinə köməklik edə biləcəyini demişdir. Ləmanda onun Sevər ilə bu məsələ ilə bağlı əlaqə saxlamasını xahiş etmişdir. Bundan sonra o, Sevər ilə mobil telefon vasitə ilə əlaqə saxlamış, Zərərçəkmiş şəxs1 Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzəlmək istədiyini, anası Şahid10 bu işdə köməklik edə bilibbilməyəcəyini soruşmuş Sevərdə anası Şahid10 danışıb ona məlumat verəcəyini demişdir. Təxminən 2-3 gündən sonra Sevər onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq :ir asının Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən orta mək əblərin birinə direktor vəzifəsinə işə düzəldə biləcəyini, lakin bunun müqabilində Ləmanın ümumilikdə 30000 manat məbləğində pul verməli olduğunu, pulun yarısını, yəni 15000 manatını əvvəldən verəcəyini, yerdə qalan 15000 manatı isə Ləman direktor vəzifəsinə təyinat aldıqdan sonra verəcəyini demiş, o da Ləman ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Ləman ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Sevərin ona dediklərini demiş, Ləmanla belə razılığa gəlmişlər ki, bundan sonra daha o özü də Sevər ilə əlaqə saxlasın. 2017-ci ilin sentyabr ayının əvvəllərində Sevər onunla əlaqə saxlayaraq Ləmanın sənədləri ilə birlikdə 15000 manat pulu təcili olaraq verməli olduğunu, belə ki anası Həlimənin Ləmanın işə düzəlməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Mətin Eynullayevlə görüşəcəyini demiş, o da Ləman ilə əlaqə saxlamış, Sevərin onun sənədləri ilə birlikdə 15000 manat pulu verməsini istədiyini demiş, Ləmanda Sevər ilə özü danışacağını demişdir. Təxminən bir neçə dəqiqədən sonra Ləman onunla əlaqə saxlamış, Sevər ilə danışdığını ona ilkin olaraq 15000 manat verməyə razılaşdığını, lakin özünün şəxsi işləri olduğundan pulu ona verəcəyini, onun da Sevər ilə görüşüb pulu ona verməsini xahiş etmiş, o da etiraz etməmişdir. Təxminən saat 19 radələrində Təmanla onun yaşadığı evin qarşısında görüşmüş, görüş zamanı Ləman Sevərə verməsi üçün 15000 manat pulu, diplomunun, səxsiyyəl vəsiqəsinin və əmək kitabçasının sürətini ona vermiş, o da Sevər ilə əlaqə saxlamış, yaşadığ evin qarşısına gəlməsini, Ləmanın ona verdiyi sənədlərin sürətlərini və 15000 manat pulu ona verməli olduğunu demiş. Sevərdə tez bir zamanda gələcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra Sevər onunla mobil telefon vasitəsi əlaqə saxlamış, həmin ərəfələrdə yaşadığı ünvan 9 ünvanının qarşısında Sevər ilə görüşmüş, Sevərə Ləmanın ona verdiyi sənədlərin surətini və 15000 manat pulu vermiş, Sevərdə tez bir zamanda Ləmanın direktor kimi işə düzələcəyini demişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində Ləman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 15000 manat pulu Sevərə verməli olduğunu. Sevərə 15000 manat pulu onun iştirakı ilə vermək istədiyini demiş, o da hal-hazırda işdə olduğunu, işdən çıxdıqdan sonra onunla birlikdə Sevər ilə görüşə biləcəyini demişdir. Təxminən saat 19 radələrində Ləmanın yaşadığı evin qarşısına getmiş, daha sonra Sevərlə görüşmək məqsədi ilə Yasamal rayonu Mətbuat prospektində yerləşən «Buxara» restoranının qarşısına getmişlər. «Buxara» restoranının qarşısında Sevər ilə görüşmüşlər, görüş zamanı Ləman 15000 manat pulu Sevərə vermiş, Sevərdə 15000 manat pulu bu gün Təhsil Nazirinin müavini Mətin Eynullayevin sürücüsünə verəcəyini, təxminən 5-6 gün müddətində Ləmanın məktəb direkitoru vəzifəsinə təyinat alacağını demişdir. Həmin ərəfələrdə Ləman ilə söhbət zamanı, Ləman Qamət adlı tanışınında Sevər ilə danışdığını, Sevərin Qaməti də direktor vəzifəsinə işə düzəldəcəyini demişdir. Təxminən 3-4 gündən sonra Ləman onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış. Qamətin işə düzəlməsi ilə əlaqədar Sevərə pul verməsi üçün birlikdə getməklərini təklif etmiş, o da Ləmanla razılaşmışdır. Təxminən saat 19 radələrində Ləman və Qamətlə Yasamal rayonu Mətbuat prospektində yerləşən «Buxara» restoranının qarşısında görüşmüşlər. Təxminən 5 dəqiqədən sonra Sevərdə «Buxara» restoranının qarşısına gəlmiş, Sevər onlarla görüşdükdən sonra Qamət 48000 manat məbləğində pulu Sevərə vermiş. Sevərdə Qamətin yaxın müddətdə məktəb direktoru vəzifəsinə təyinat alacağını demişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Sevər nə Qaməti və nədəki Ləmanı direktor kimi işə düzəltməmiş, bununla əlaqədar o, dəfələrlə Sevərlə söhbət etsə də Sevər hər dəfəsində yaxın müddətdə Qaməti və Ləmanı işə düzəldəcəyini deyərək onu aldatmışdır. Bundan əlavə ona məlum olmuşdur ki, Sevər daha sonra Qaməti yenidən aldadaraq guya ümumilikdə 89000 manat məbləğində pul almışdır. X8 və Qamətdən başqada bir çox şəxsi aldadaraq dələduzluq yolu ilə pul ələ keçirdiyini və Yasamal Rayon Məhkəməsində məhkum olduğunu öyrənmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Sevər onları da aldatmışdır, Ləmanın 30000 manat Qamətin isə 89000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Onlar bu işlə əlaqədar dəfələrlə Sevərlə əlaqə saxlasa da, Sevər hər dəfəsində onları aldadaraq müxtəlif bəhanələr gətirmişdir. Bununla əlaqədar o, Ləmanın qayınatası Nizami, qayınanası Roza, Qamətin anası Larisa, Qamət və Larisa birlikdə Sevərin yaşadığı evə getmişlər, orada Sevərin anası Həlimə və qardaşı Ucal Sevərin halhazırda həbsdə olduğunu, ona görə onların şikayət etməmələrini, Sevər həbsdən azad olunduqdan sonra Ləman və Qamətə dəymiş maddi ziyanı tam ödəyəcəklərini bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara şahid A.Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona hissə-hissə müxtəlif vaxtlarda verdiyi pullar (güya faiz verirmiş) Təqsirləndirilən şəxs ona olan əvvəl ki, borcu ilə əlaqəli olmuş, həmçinin zərərçəkmiş şəxs H.Zərərçəkmiş şəxs1 ilə onun arasında olan telefon danışıqlarında Təqsirləndirilən şəxs onlara faiz ödənilməsi ilə əlaqədar deyil, o, H.Zərərçəkmiş şəxs1 “sonuncunun pulu olsa onlara vurduğu zərəri tam qaytarardı yoxsa niyə banka faiz ödəyir!” izahını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2017-ci ilədək olan müddətdə Xəzər rayonu 26 saylı tam orta məktəbdə direktor vəzifəsində işləmiş, həmin ərəfələrdə də Zərərçəkmiş şəxs2 Sabunçu rayonu 78 saylı tam orta məktəbdə direktor vəzifəsində işləmiş, onunla da tanışlıqları buradan yaranmışdır. 2018-ci il mart ayının sonlarında Qamət ilə mobil telefon vasitəsi ilə danışarkən. Qamət yenidən direktor vəzifəsində işləməsi üçün Sevər adlı qadına müəyyən məbləğdə pul verdiyini, həmin şəxsin anasının Təhsil Naziri ilə yaxın münasibətdə olduğunu bildirmiş, o da xeyirli olsun deyərək onu təbrik etmişdir. Həmin ərəfələrdə o, heç bir işlə məşğul olmadığından yenidən əvvəllər direktor kimi işlədiyi Xəzər rayonu 26 saylı tam orta məktəbdə kimya müəllimi kimi işə düzəlməyi düşünmüşdür, bu məqsədlə Qamət ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Qamətə Xəzər rayonu 26 saylı tam orta məktəbdə kimya müəllimi kimi işə düzəlmək istədiyini demiş, sonuncu da onu direktor kimi işə düzəldən Sevər adlı qadınla bu barədə danışıb ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2-3 gündən sonra Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onu direktor vəzifəsinə işə düzəldən Sevər adlı qadının onu Xəzər rayonu 26 saylı tam orta məktəbdə kimya müəllimi kimi işə düzəldə biləcəyini, lakin bunun muqabilində 6000 manat məbləğində pul istədiyini demiş, o da işə düzəlməsinə görə 6000 manat pul verməyə razılaşmışdır. Təxminən 2-3 gündən sonra saat 15 radələrində Zərərçəkmiş şəxs2 ilə «Koroğlu» metrostansiyasının yaxınlığında görüşmüş, görüş zamanı Qamət 6000 manat pul vermiş, sonuncu onu direktor kimi işə düzəldən şəxsin onu 15 sentyabr 2018-ci il tarixdə işə düzəldəcəyini dediyini bildirmişdir. Lakin, 15 sentyabr 2018-ci il tarixdə o, işə düzəlməmiş, bununla əlaqədar o, Qamət ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu onu direktor kimi işə düzəldən Sevər adlı qadınla danışdığını, Sevər adlı qadının onu yaxın müddətdə işə düzəldəcəyini demişdir. Lakin, Sevər adlı şəxsin dediyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq o, 26 saylı orta məktəbə kimya müəllimi kimi işə düzəlməmiş, ona görə də Qamət ilə əlaqə saxlayarkən ona Sevər adlı qadından pulunu geri almasını istəmişdir. Təxminən 10-15 gündən sonra Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Sevər adlı qadının onu aldatdığını, ona müxtəlif bəhanələr gətirdiyini, bu işlə əlaqədar özünü xəcalətli hiss etdiyindən ondan utandığını, ona görə də 6000 manat pulu özünün ona verəcəyini, daha sonra Sevər adlı qadından özünün 6000 manat pulu tələb edəcəyini bildirmişdir. Həmin gün təxminən saat 15 radələrində «Koroğlu» metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 ilə görüşmüş, görüş zamanı Qamət 6000 manat pulu ona vermişdir. Təxminən 4-5 aydan sonra o, Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onunla hal-əhval etdikdən sonra Qamət Sevər adlı qadının onu ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələrlə aldadaraq ümumilikdə 89000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən Zərdab şəhər 3 saylı tan orta məktəbdə direktor vəzifəsində işləyir. 2018-ci ilin iyun ayında o, iş yerini Bakı şəhərinə dəyişmək istəmişdir. Belə ki, qızı X7 Universitetində təhsil aldığından Bakı şəhərində yaşayır, ona görə o da iş yerini Bakı şəhərinə dəyişmək istəmişdir. Həmin ərəfədə o, tanışı əvvəllər məktəb direktoru işləmiş Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən ona iş yerini Bakı şəhərinə dəyişmək istədiyini, Bakı şəhəri ərazisində olan məktəblərin birinə tarix müəlliməsi kimi işə düzəlmək istədiyini dedikdə, Qamət Sevər adlı şəxsin onu məktəb direktoru vəzifəsinə təyin etdirəcəyini, həmin işə görə də Sevər adlı şəxsə 48000 manat pul verdiyini bildirmişdir. O da Qamətdən xahiş edərək onun işi ilə əlaqədar Sevər adlı qadınla danışmasını istəmişdir. Təxminən 1-2 gündən sonra Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun işi ilə əlaqədar Sevərlə danışdığını, sonuncunun onu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə tarix müəlliməsi düzəldəcəyini, lakin bunun müqabilində 10000 manat pul və «şəxsi işi»-ni istədiyini bildirmiş, o da 10000 manat pulu verməyə razılaşmışdır. Təxminən 3-4 gündən sonra, yəni 2018-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərinə Qamətin yaşadığı evə getmiş, 10000 manat pulu və «şəxsi işi»-ni Qamətə vermişdir. Təxminən 5-10 gündən sonra Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onun işi ilə əlaqədar 10000 manat pulu və «şəxsi işi» Sevər adlı şəxsə verdiyini, Sevərin onun 2018-ci ilin sentyabr ayından artıq Bakı şəhəri ərazisindəki orta məktəbləri birnə tarix müəlliməsi kimi işə başlayacağını dediyini bildirmişdir. Təxminən 1 aydan sonra Sevər özü onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onunla hal-əhval və tanışlıq eldikdən sonra onun məktəb direktorunun müavini vəzifəsinə düzəltdirə biləcəyini, lakin bunun müqabilində onun əlavə pul verməli olduğunu demiş, o isə ona veriləcək əlavə pulun olmadığını bildirmişdir. 2018-ci il sentyabr ayında o, Bakı şəhər orta məktəblərin birinə müəllimə kimi işə düzəlməmiş, o bu işlə əlaqədar dəfələrlə Qamətə zəng edərək maraqlanmış, Qamət isə Sevərlə danışdığını, Sevərin müxtəlif tarixlərdə onun işini həll edəcəyinə söz verdiyini bildirmişdir. O, artıq Sevərin Qaməti aldadaraq pulunu ələ keçirdiyini gördüyündən Qamətə Sevərlə əlaqə saxlamasını və pulunu geri qaytarmasını istəmiş, lakin Sevər yenidən müxtəlif tarixlərdə pulu geri qaytaracağını deyərək aldatmışdır. Bundan sonra o, Qamətə 10000 manat pulu onun vasitəsi ilə Sevərə verdiyini, ona görə onun pulunu geri qaytarmasını istəmiş. Qamətdə özünün ona 10000 pulu qaytaracağını, daha sonra isə Sevərdən pulunu tələb edəcəyini demişdir. 2019-cu ilin sentyabr ayında o, Qamətin yaşadığı evə getmiş. Qamət 10000 manat pulu ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2001-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. 22 mart 2017-ci i tarixdə əri X1 beyin qansızmasından ölmüşdür. 2017ci ilin oktyabr ayında atası Nizaməddin Şəmsizadə yaşadığı evdə əri Azad Abdurəhmanovun vəfatı ilə əlaqədar yas mərasimi təşkil etmişdir, həmin yas mərasimində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirak etmişdir. 2019-cu ilin əvvəllərində Ləman ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu Sevərin onu aldadaraq 30000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş, o bu hadisənin necə baş verməsini soruşduqda Ləman Sevərin onu Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor təyin olunacağı adı ilə aldadaraq 30000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Bundan başqa söhbət zamanı Ləman 2017ci ilin oktyabr ayında onun ərinin vəfatı ilə əlaqədar keçirilən yas mərasimində tanış olduğu Zərərçəkmiş şəxs2 da Gəncə şəhər Təhsil İdarəsinə müdir təyin olunması üçün 89000 manat məbləğində pulu Təqsirləndirilən şəxsva verdiyini, Sevərin onuda aldadaraq 89000 manat pulunu ələ keçirdiyini bildirmişdir. O, Ləman və ya Qamət işə düzəlmələri üçün Sevərə pul vermələrindən məlumatı olmamış, bu barədə Ləman Sevərin onu aldadaraq pulunu ələ keçirməsini bildikdən sonra anlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayının əvvəllərində evdə olarkər gəlini Ləman Xuraman adlı tanışının vasitəsi ilə tanıdığı Sevər adlı qadının onu Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzəldəcəyini, lakin bunun müqabilində Sevər adlı qadının 30000 manat məbləğində pul istədiyini bildirmiş, o Ləmandan Sevər adlı qadının onu aldatma ehtimalının olub-olmamasını soruşduqda, X9 tanıdığını, Sevərin anasının Təhsil Naziri Mikayıl Cabbarovla yaxın münasibəti olduğunu və hal-hazırda da məktəb direktoru işlədiyini, ona görə Sevər adlı qadının onu aldatma ehtimalının olmadığını demişdir. O, mütəmadi olaraq Ləmandan onun direktor vəzifəsinə keçməsi ilə bağlı maraqlanmış, Ləmanda artıq 30000 manat məbləğində pulu Sevər adlı qadına verdiyini, Sevərin onun Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyinə söz verdiyini demişdir. Lakin, həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Ləman məktəb direktoru vəzifəsinə təyinat almamışdır. Bununla əlaqədar o, Ləmandan səbəbini soruşduqda, Ləman Səvərin ona hər dəfəsində müxtəlif tarixlər deyərək onu aldatdığını demişdir. Təxminən bir neçə aydan sonra ona məlum olmuşdur ki, Sevər Ləmandan başqa bir neçə şəxsi də aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirmişdir. Bundan sonra Ləman Sevərin onu da aldadaraq 30000 manat pulu ələ keçirdiyini gördüyündən ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, Sevər isə müxtəlif tarixlərdə pulu geri qaytaracağını demiş, daha sonra isə həmin tarixlərdə müxtəlif bəhanələr gətirmişdir. O. Ləmana arvadı Roza və Xuramanın əri Azərlə birlikdə Sevərin yaşadığı ünvana getmiş, orada Sevərin anası Həlimə və qardaşı Ucal ilə görüşmüşlər, görüş zamanı onlar Sevərin onlardan başqa bir neçə şəxsi aldadaraq pullarını ələ keçirdiyini, ona görə də ondan şikayət etməmələrini, Ləmandan aldığı 30000 manat pulu geri qaytaracağını demişlər, lakin daha sonra Sevərin anası və qardaşıda pulu geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşayır, bundan əlavə həyat yoldaşı Xuraman ilə Ləman BDU-də eyni vaxtda təhsil almışlar, həmin ərəfədə isə Təqsirləndirilən şəxs universitetdə laborant kimi işləmiş, bu barədə ona həyat yoldaşı danışmışdır. Xatırladığı qədər 2018-ci ilin sonlarında və ya 2019-cu ilin əvvəllərində evdə olarkən arvadı Xuramanın fikirli və həyacanlı vəziyyətdə olduğunu görmüş, o bu barədə Xuramandan soruşarkən, X11 ilə tanış etdiyini, Sevərin Ləmanı orta məktəbə direktor təyin etdirəcəyi adı ilə 30000 manat məbləğində pulunu aldığını, lakin Ləmanı məktəb direktoru vəzifəsinə düzəltmədiyini, tam əksinə Zərərçəkmiş şəxs1 aldığı 30000 manat məbləğində pulu isə geri qaytarmaqdan imtina etdiyini bildirmişdir. O, bu məsələ ilə əlaqədar ona ətraflı danışmasını dedikdə, Xuraman Ləmanın məktəb direktoru təyin olunması üçün Sevərə 30000 manat məbləğində pul verdiyini, həmin pulun 15000 manatını Ləmanın vasitəsi ilə Sevərə verdiyini bildirmiş, o da bu işə qarışmasında səhv etdiyini dedikdə Xuraman Ləmana köməklik üçün etdiyini demişdir. Bundan sonra o, arvadı Xuramanla birlikdə Ləman və onun qayınatası Nizami ilə görüşərək Sevərin yaşadığı ünvana getmişlər. Sevərdən Ləmandan aldığ pulları geri qaytarmasını istəmişlər, həmin vaxt orada olan Sevərin anası və qardaşı Sevərin pulu geri qaytaracağını bildirmişlər, lakin sonradan həmin şəxslərdə verciyi vədləri yerinə yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qayınatası Şahid6 ilə qonşuluqda yaşamış, onlarla da münasibəti buradan yaranmışdır. O, taksiçiıik fəaliyyəti ilə məşğul olduğu üçün Ləmanı və ya onun ailə üzvlərini ayrı-ayrı vaxtlarda idarə etdiyi avtomobillə verdikləri sifariş üzrə idarə etdiyi avtomobillə aparmışdır. Xatırladığı qədər 2017-ci ilin sonlarından etibarən isə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, dəfələrlə olmuşdur ki, Ləman ondan xahiş etmişdir ki, idarə etdiyi avtomobillə Sevərin yaşadığı ünvana aparsın, o da aparmışdır. Bundan başqa Ləmanla Sevər görüşərək idarə etdiyi avtomobilə əyləşmişlər, onlar arasında gedən söhbətlərin şahidi olmuş və ona məlum olmuşdur ki, Ləman məktəb direktoru təyin olunması üçün Sevərə 30000 manat məbləğində pul vermişdir, Sevər verdiyi vədi yerinə yetirmədiyi üçün Ləman pulunu geri qaytarmasını tələb edirmiş, Sevər isə pulu qaytaracağını deyərək Ləmanı aldatdığından çox vaxt onlar arasında sözlədə olsa mübahisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Sevərin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hansı məqsədlə, hansı tarixlərdə və nə qədər pul almasından məlumatı olmamışdır. Bu barədə ona nə qızı Sevər, nə Qamət, nə də ki Ləman məlumat verməmişdir. Ümumiyyətlə Qaməti və Ləmanı əvvəllər tanımamışdır. Xatırladığı qədər 2018-ci ilin payız aylarında evdə olarkən Ləman ailə üzvləri və Qamət ilə birlikdə yaşadığı evə gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qızı Sevər Ləmandan və Qamətdən pul almışdır, bu barədə ona Ləman və Qamət bildirmiş, onlar Sevərin onları işə düzəldəcəyi adı ilə aldadaraq müəyyən məbləğlərdə pullarını aldığını demişlər. Həmin ərəfələlərdə qızı Sevər Yasamal Rayon Məhkəməsi tərəfindən həbs edilmişdir. Bununla əlaqədar o, Ləmana və Qamətə Sevərin hal-hazırda həbsdə olduğunu, Sevərin onlardan aldığı pulları geri qaytaracağını demişdir. Bir müddətdən sonra Sevər həbsdən azad olunmuş, o bu barədə Sevərdən soruşmuş, Sevərdə Ləman və Qamətin ona sələmə pul verdiklərini, həmin pulların bir qismini geri qaytardığını demişdir. Onların maddi imkanı zəif olduğundan Sevərin aldığı borcalın geri qaytara bilməmişdir. Bundan başaq qızı Sevər ondan xahiş etmişdir ki, Qaməti məktəb direktoru keçməşi üçün ona köməklik eləsin, o bu işə maraqlandıqda köməklik edə bilməyəcəyini görüb bu barədə qızı Sevərə demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ondan əvvəl şahid qismində dindirilmiş anası Şahid10 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. 2017-ci ilin oktyabr ayında qızı ilə yaşadığı evdə söhbət edərkən Qamət tanışının vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olduğunu, sonuncunun onu Zəngi Litscyinə direktor təyin etdirəcəyini, lakin Sevərin bunun müqabilində 50000 manat məbləğində pul istədiyini demiş, o qızı Qamətdən Sevəri yaxından tanıyıb-tanımadığını soruşaraq ona külli miqdarda pul verdiyini, Sevərin onu aldada biləcəyini demişdir. Qamətdə Sevərin BDU-da işlədiyini, Sevərin anasının təhsil naziri ilə yaxın münasibətdə olduğunu və hal-hazırda da məktəb direktoru vəzifəsində işlədiyini bildirmişdir. Təxminən 10 gündən sonra qızı ilə evdə söhbət edərkən ona məlim olmuşdur ki, Qamət məktəb direktoru təyin olunması üçün Sevərə 48000 manat məbləğində pul vermişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Qamət məktəb direktoru təyin olunmamış, bununla əlaqədar o, Qamət ilə söhbə edərkən hər dəfəsində soruşmuş, Qamət isə Sevər adlı qadınun Təhsil Nazirliyində islahatlar getdiyini, yaxın müddətdə onun da məktəb direktoru təyin olunacağını demişdir. 2018-ci ilin mart ayında evdə olarkən qızı tanışını Sevər adlı şəxsin vasitəsi ilə müəllim kimi işə düzəltmək istədiyini, Sevərin onun tanışını müəllimə kimi işə düzəltmək üçün 6000 manat məbləğində pul istədiyini demiş, o da Sevər çox inandığını, ona yüksək məbləğlərdə pul verdiyini, gələcəkdə Sevərin ondan aldığı pulları etiraf etməyəcəyini, ona görə də ona pul verərkən həmin pulu verilməsi barədə notariusda müqavilə bağlamasını demiş, Qamətdə onunla razılaşmışdır. 2018-ci ilin mart ayının sonlarında evdə olarkən Sevər gəlmiş Qamət Sevəri onunla tanış edərək onu məktəb direktoru təyin etdirən şəxs olduğunu bildirmişdir. O, Sevərlə tanış olduqdan sonra Qamətin işinin nə vaxt alınacağını soruşmuş, Sevərdə yaxın müddətdə Qamətin məktəb direktoru təyin olunacağını demiş, bundan sonra Qamət Sevərlə birlikdə çıxıb getmişlər. Təxminən 1 saatdan sonra geri qayıtmışlar, Qamət notariusda Sevərlə «Kredit müqaviləsi» imzalamış, 6000 manat pulu Sevərə verdiyini bildirmişdir. Sevərdə Qamətə narahat olmamasını onun tanışını yaxın müddətdə müəllimə kimi işə düzəldəcəyini demişdir. 2018-ci ilin iyun ayında Qamət ilə söhbət edərkən o, tanışı Rənanın Bakı şəhərində müəllimə işləmək istədiyini, Sevərin Rənanı Bakı şəhəri ərazisində müəllimə kimi işə düzəldəcəyini bunun müqabilində Sevərin 10000 manat pul istədiyini bildirmişdir. 2018-ci ilin iyun ayının ortalarında evdə olarkən Qamət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Sevərin onlara gələcəyini, Rənanın işə düzəlməsi üçün 10000 manat pulu evdən götürüb ona verməsini istəmiş, belə ki həmin vaxt Qamət işdə olmuşdur. Təxminən saat 12 radələrində evdə olarkən Sevər gəlmiş, Sevər Qamətlə danışdığını Rənanın işə düzəlməsi üçün 10000 manat pulu və Rənanın «şəxsi işi» sənədləri ona verməli olduğunu demiş, o da etiraz etməmişdir. Bundan sonra Sevərlə H.Əliyev küçəsində yerləşən 1 saylı «ASAN» xidmət mərkəzinə getmişlər, orada Sevərə 10000 manat pulu borc olaraq verməsi barədə müqavilə bağlamışlar, daha sonra o Sevərlə birlikdə yaşadığı evə qayıtmış, 10000 manat pulu ona vermişdir. Təxminən 10-15 gündən sonra evdə olarkən Qamət qızı Ulduzu Sevərin köməkliyi ilə baxca direktoru vəzifəsinə işə düzəltmək istədiyini, Sevərin bunun müqabilində 25000 manat pul istədiyini bildirmiş, o Qamətə Sevərin onu aldadacağını, Sevərə külli miqdarda pul verdiyini dedikdə Qamət Sevərə inandığını Sevərin onu aldatmayacağını bildirmişdir. Təxminən 1-2 gündən sonra evdə olarkən Sevər gəlmiş, daha sonra Qamətlə Sevər notariusda müqavilə imzalaması üçün çıxıb getmişlər. Təxminən 1 saatdan sonra Qamətlə Sevər geri qayıtmış, Qamət 25000 manat pulu Sevərə vermiş, Sevərdə nəvəsi Ulduzu tez bir zamanda bağça müdiri vəzifəsinə təyin olunacağını demişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Sevər verdiyi vədləri yerinə yetirməmişdir. Bununla əlaqədar o, hər dəfəsində Qamətdən soruşduqda Qamət Sevərin ona müxtəlif bəhanələr gətirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində axtarışda olan şəxsin tutulması barədə 27 may 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 20-00 radələrində Gəncə şəhərində yaxalanaraq 27 may 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişdir. Cinayət işinin İ cild 221-223-cü vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 28 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 185-188-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə şahidlər Şahid3 və Şahid9 barəsində məhkəmə iclaslarında iştirakları təmin edilməsi üçün məcburi gətirmə qərarı çıxarılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə şahidlər Şahid2 və Şahid10 barəsində məhkəmə iclaslarında iştirakları təmin edilməsi üçün məcburi gətirmə qərarı çıxarılmışdır. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin vəkilinin vəsatətləri təmin edilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, Şahid10 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında daxil olan və çıxan zənglər, zənglər arasında olan danışıqların məzmunu, göndərilmiş və qəbul edilmiş SMSlərin mətnləri barədə məlumatların (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC-dən və “Azercell“MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Zərərçəkmiş şəxs1 qəzının istifadəsində olmuş (olan) +**********08 saylı telefon nömrəsinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş (olan) +**********35 saylı telefon nömrəsinin, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş (olan) +**********27 saylı telefon nömrəsinin və Şahid2 istifadəsində olmuş (olan) +**********60 və +**********77 saylı telefon nömrələrinin anten məlumatlarının əhatə dairəsi barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC götürülməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin İİ cild 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin 06 dekabr 2021-ci il tarixli 493 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibəti ilə aministiya elan edilməsinə haqqında” AR MM-nin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İİİ cildinə əlavə edilmiş 13 iyun 2022-ci il tarixli "xxxx" MMC-nin və 14 iyun 2022-ci il tarixli "xxxx" MMC-nin Nəsimi Rayon Məhkəməsinə həmin məhkəmənin 11 may 2022-ci il tarixli qərarlarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmənin 18 iyun 2022-ci il tarixli iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs 2017-ci ilin 1, 2, 3, 7, 8, 12 və 15 noyabr tarixlərində ünvan 11 ünvanında yerləşən “Buxara” restoranının yanında görüşmüşlər. Cinayət işinin İİİ cildinə əlavə edilmiş 23 iyun 2022-ci il tarixli "xxxx" MMC-nin və 24 iyun 2022-ci il tarixli "xxxx" MMC-nin Nəsimi Rayon Məhkəməsinə həmin məhkəmənin 11 may 2022-ci il tarixli qərarlarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmənin 29 iyun 2022-ci il tarixli iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, 1, 2 və 3-cü fayllar üzrə 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək, 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək və 01 yanvar 2019-cü il tarixdən 31 dekabr 2019-cü il tarixədək müxtəlif vaxtlarda şahidlər Şahid2 ilə Şahid10 arasında telefon danışıqları və SMS yazışmaları, 4 və 5-ci fayllar üzrə 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək, 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 ilə Şahid2 arasında müxtəlif vaxtlarda telefon danışıqları, 6-cı fayl üzrə 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək Zərərçəkmiş şəxs1 ilə Şahid10 arasında müxtəlif vaxtlarda telefon danışıqları, 7 – 19 və 21-ci fayllar üzrə 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2019-cü il tarixədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2, Şahid2 arasında telefon danışıqları və SMS yazışmaları, 22-24-cü fayllar üzrə 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 ilə arasında telefon danışıqları, 27-ci fayl üzrə 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək, müxtəlif vaxtlarda Şahid2 ilə Zərərçəkmiş şəxs1 arasında telefon danışıqları, 28 və 29-cu fayllar üzrə 22 noyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Şahid10, 10 oktyabr 2017-ci il tarixdən 22 iyun 2018-ci il tarixədək, müxtəlif vaxtlarda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında SMS yazışmaları olmuş və sair. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan 29 mart 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri 29 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında 6.000 manatın əvvəlkinin sonuncuya verməsinə dair müqavilə rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan 10 iyun 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Zərərçəkmiş şəxs2 anası T.Şahid1 ilə Təqsirləndirilən şəxs arasında 10.000 manatın əvvəlkinin sonuncuya verməsinə dair müqavilə rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 78-ci vərəqəsində olan 28 iyun 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri 29 saylı notariat kontorunda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında 25.000 manatın əvvəlkinin sonuncuya verməsinə dair müqavilə rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan 06 noyabr 2020-ci il tarixli 3 saylı ŞKX PHŞ-nın arayışından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək xəstəxananın Uroloji şöbəsində stasionar müalicə alıb diaqnozu - sağ böyrəyin kistası, sol tərəfli böyrəyin sancısı, sol sidik axarının konkrementi, sol tərəfli hidronefroz, hipertoniya xəstəliyinin İİ-ci mərhələsi. Cinayət işinin 145-149-cu vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 sağlamlığa zərər vurmanın təyini ekspertiza rəyindən 17 dekabr 2020-ci il tarixli 572/KEŞ saylı rəyindən görünür ki, “3 nömrəli Şəhər Klinik Xəstaxanası” Publik hüquqi şəxsində Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, “Sol sidik axarının konkrementi, sol tərəfli hidronefroz, kalkulyoz pielonefrit, sağ böyrəyin kistası, hipertoniya xəstəliyi” diaqnozu ilə xəstaxanada stasionar müalicədədir, sonuncunun sağlamlıq durumu onun stasionar müalicəsi başa çatdıqdan sonra əlavə məhkəmə-tibbi ekspertiza təyin edilməklə qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etiraf edici, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan məlumatlarla (telefon danışıqları və SMS yazışmaları) və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclaslarında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri bilavastə öz təsdiqini tapır. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş, məhkəmənin qərarı əsasında "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək müxtəlif tarixlərdə və vaxtlarda zərərçəkmiş şəxslərlə, şahidlərlə hazırki cinayət əməlləri ilə əlaqədar dəfələrlə telefon danışıqları aparmış və SMS yazışmaları olmuşdur. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 48.000 manat almasına baxmayaraq vəd etdiyi sözü həll etmədən, sonuncunun pulunu əvəzsiz olaraq ələ keçirmək niyəti ilə 28 mart 2018-ci il tarixdə 6.000 manata dair, 10 iyun 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 anası T.Şahid1 ilə 10.000 manata dair və 28 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə 25.000 manata dair aralarında dair kredit müqavilələri bağlamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dairişlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətinin müəyyən olunması müəyyən edilmiş olsun. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu əvəzsiz olaraq ələ keçirmək niyyəti kredit müqavilələri bağlanmamışdan əvvəl yaranmışdır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət əməlində özünü təqsirli bilməsə də, məhkəmə istintaqın sonunda zərərçəkmiş şəxslərin hər birinə vurulmuş zərərdən 5000 manat ödəmiş və bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini dolayı yolla olsa da etiraf edir. Beləiklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi təqsirinin olmamasına dair ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min“manatadək miqdarda cərimə və ya“ bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, məhkumluğunun olmamasını, qadın olmasını, məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs2 8000 manat, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərəhər birinə 5000 manat, cəmi olaraq 10.000 vurulmuş ziyandan ödəməsini, həmçinin “Sol sidik axarının konkrementi, sol tərəfli hidronefroz, kalkulyoz pielonefrit, sağ böyrəyin kistası, hipertoniya” xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü qismən təqsirli bilməsini, məhkumluğunun olmamasını, qadın olmasını, məhkəməyədək istintaq dövründə Zərərçəkmiş şəxs2 8000 manat, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hər birinə 5.000 manat, cəmi 10.000 manat vurulmuş ziyandan ödəməsini, həmçinin “Sol sidik axarının konkrementi, sol tərəfli hidronefroz, kalkulyoz pielonefrit, sağ böyrəyin kistası, hipertoniya” xəstəliyindən əziyyət çəkməsini, həmçinin cəzanı ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 6 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddialar qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddialar qismən təmin edilməli və vurulmuş maddi zərərə görə 76.000 (yetmiş altı min) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və vurulmuş maddi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia mənəvi zərər və digər hissələrdə rədd edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 06 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 76.000 (yetmiş altı min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia mənəvi zərər və digər hissələrdə rədd edilsin. İş üzrə məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar